Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-399/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Ucar rayonu, Qazıqımlaq Ə\D, qazıqumlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində nömrəsiz evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,826 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yein Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən «Araz» marketin yaxınlığında saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,826 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata bir büküm psixotrop maddə metamfetamin öz istifadəsi üçün almışdır. xx.xx.2025-ci il tarixdə saat 18:05 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən «Araz» marketin yaxınlığında piyada gedən zaman ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra ona üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığın soruşmuşlar, bundan sonra o özü könüllü olaraq əldə etdiyi selofan bükümdə olan həmin psixotrop maddə metamfetamini əynindəki cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Şalvarımın arxa sağ cibindən isə özünə məxsus 01 ədəd «Xiaomi Redmi 13» markalı mobil telefon aşkar edilmişdir. Təqdim etdiyi maddəni və mobil telefonu onun iştirakıyla ayrı-ayrı zərflərə qoyaraq möhürləmişlər, o və digər iştirakçılar zərfin üzərində imza etmişlər. Sonra onu Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmişlər, bu barədə protokol tərtib etmişlər və protokolu da imzalamışlar.O psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş psixotrop maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etmiş olduğu əməldən səmimi peşmandır, himayəsində azyaşlı övladı vardır. Sonda o, qeyd etdiyi xüsusatların nəzərə alınmasını və məhkəmədən onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cu PB-nin sahə inspektoru Şahid3 izahatında bildirdi ki, yaz ayları, may ayları idi, vətəndaşın narkotik vasitəni qanunsuz saxlaması, istifadəsi, gəzdiməsi ilə bağlıdaxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradıldı. X8 küçəsində yaxınlaşdıq, saxlamışlar. Qanunla qadağan edilmiş varsa, təqdim edilməsini bildirmişlər, həmin şəxs də özünü təqdim etdi. Yaz ayları idi, həmin şəxs tək idi. Həmin hadisə may ayında olub, çəkiliş yadındaa deyildir. O da aparmış ola bilər, aparmaya da bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-də CA üzrə əməliyyat müvəkkili Şahid1 izahatında bildirdi ki, may ayında daxil olmuş məlumat əsasında şəxs barəsində tədbir həyata keçirilmişdir. Şəxs tərəflərindən saat 17.00-18.00 arası axşam Samir Cəfərov küçəsində saxlanılmışdır. Üzərindən bir ədəd metamfetamin aşkarlanmışdır və protokollaşdırılmışdır. Əməliyyat axtarış fəaliyyətli ilə əlaqədar narkotikin əldə olunması, saxlanılması və istifadəsi ilə bağlı idi əməliyyat məlumatı ona məxsus idi. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanıması məqsədi ilə tərəfindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, mən və bölmənin digər əməkdaşları Əlövsat Əlizadədən və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:45 radələrində Hüseynov X3 rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Araz” marketin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 20 dəqqiqə sonra, yəni saat 18:05 radələrində Təqsirləndirilən şəxs “Araz” marketin yaxınlığında yaxınlaşmışlar və Təqsirləndirilən şəxs tərəflərindən saxlanmışdır. Ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotk vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduğunu izah edərək üzərinə videoçəkilişlə yoxlama aparacaqlarını bildirmişlər. Daha sonra üzərində paltarlarında, əşyalarında və ya bədənində qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmiş və həmin kütlənin metamfetamin olduğunu bildirmişdir. Bndan sonra Kənan Hüsenovun üzərinə yoxlanış keçirilmiş, şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə və 01 ədəd “Xiaomi Redmi 13” markalı mobil telefon qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Daha sona Hüseynov X3 RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini kimdən və hansı məqsədlə alması ilə bağlı tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cu PB-nin sahə inspektoru Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cu PB-nin əməliyyat müvəkkili Şahid2, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin başlanması üçün səbəb və əsas xx.xx.2025-ci il tarixdə Suraxanı RPİnin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən «Araz» maketin yaxınlığında saxlanaraq üzərinə videoçəkilişlə axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,826 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi barədə toplanmış material olmuşdur. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 mart 2025-ci il tarixdə saat 18:05 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 59-60-ci vərəqlərində olan 09 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 76-77-ci vərəqlərində olan 09 mart 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Habil Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 78-79-cu vərəqlərində olan 09 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 10-11-ci və 99-cu vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar tərtib olunmuş protokola və qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis polkonikleytenantı Zaur Şirinov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, əsədiyyat müvəkkili, polis baş leytenantı Şahid2, sahə inspektoru polis mayoru Şahid3 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddə çıxapraraq təqdim etməsi, həmtn maddənin metamfetamin olduğunu və həmin psixotrop maddəni tanımadığı şəxsdən alıb özündə saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxsn şalvarının arxa sağ cibindən 01 ədəd «Xiaomi Redmi 13» markalı mobil telefon aşkar oluqur. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm və 01 ədəd mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 47-50-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, 6/1023 nömrəli ekspert rəyində göstərilir ki, tətqiqata təqdim edilmiş üzərində «...Vətandaş Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,826 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 100-101-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 1460 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSTS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika NM-də (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 96-98-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş AZE 12467208 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X5 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş AZ-İİİ№ 525794 seriyalı 21 aprel 2015-ci il taixli, 352 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 27 mart 2015-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X4 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,726 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,826 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,726 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-399/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-399/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver