Məhkəmə qərarları › İş №1(010)-4/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-4/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-4/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1978-ci il tarixdə Naxçıvan Mutar Respublikası, Naxçıvan şəhərində doğulmuş, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Penitensiar Xidmətin X2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib arvadı həmin ərəfədə Gədəbəy rayon Səbətkeçməz kənd orta məktəbində coğrafiya müəlliməsi işləyən Şahid1 Bakı şəhəri Xətai rayonu 265 saylı tam orta məktəbə cəmi 13.000 manat müqabilində coğrafiya müəlliməsi vəzifəsinə işə qəbul etdirməklə əmrinin verilməsinə köməklik göstərib yeni tədris ilində dərslərə başlayacağı barədə yalan vəd verib aldadaraq 21 mart 2021-ci il tarixdə ünvan 3 ünvanda olan “Fovarit marketin” qarşısında 5000 manat, 24 mart 2021-ci il tarixdə eyni adla Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində olan "xxxx" MTK- nın binasının qarşısında 5000 manat olmaqla cəmi 10.000 manat aldıqdan sonra həmin vaxta kimi almış olduğu həmin məbləğin üzərinə əlavə olaraq 11.000 manatda vermiş olduğu halda cəmi 21.000 manata Bakı şəhəri Suraxanı rayonu 275 saylı tam orta məktəbdə ibtidai siniflər üzrə direktor müavini işləyən anası X5 yaşla əlaqədar yeni tədris ilində təqaüdə çıxacağına görə onun yerinə yəni direktor müavini olaraq işə qəbul etdirməklə əmrinin verilməsinə köməklik göstərib yeni tədris ilində işə başlayacağı barədə vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 14 aprel 2021-ci il tarixdə eyni adlı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində olan “Şam Bağı” restoranında 6000 manat, 2021-ci ilin may ayının ilk 10 günlüyündə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində olan 24 saylı evin qarşısında qeyd edilən işlə əlaqədar olaraq kursa getməməsi adı ilə 800 manat, 16 may 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi, “Binə” ticarət mərkəzi İİ korpus 67 nömrəli mağazada mobil telefonundan istifadə etməklə “Kapital” bankdan adına olan **********456357 nömrəli “Bir kart” şəxsi hesab kartından ona göndərilmiş olduğu **********010674 nömrəli şəxsi hesab kartına 1000 manat, 22 iyun 2021-ci il tarixdə eyni adla eyni vasitələrdən istifadə etməklə həmin ünvandan karta 1000 manat, həmin tarixdə eyni adla, eyni ünvandan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi, “Binə” ticarət mərkəzində olan “MilliÖn” terminalından **********010674 nömrəli hesab kartına 600 manat, 06 avqust 2021-ci il tarixdə adına olan həmin şəxsi hesab kartından eyni adla, eyni ünvandan həmin nömrəli karta 1070 manat, həmin tarixdə həmin kartından eyni adla, eyni ünvandan “MR.Jabrayıl Rajabov” ad, soyadlı şəxsin **********600942 nömrəli şəxsi kartına 500 manat, 04 sentyabr 2021-ci il tarixdə eyni ünvandan şəxsi hesab kartından həmin karta həmin adla 251 manat, 101 manat, 130 manat, 16 sentyabr 2021-ci il tarixdə eyni ünvandan həmin adla şəxsi hesab kartından həmin karta 250 manat, 18 sentyabr 2021-ci il tarixdə eyni adla Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi, “Binə” ticarət mərkəzində olan “MilliÖn” terminalından “MR.Jabrayıl Rajabov” ad, soyadlı şəxsin **********600942 nömrəli kartına 500 manat, 23 sentyabr 2021-ci il tarixdə eyni ünvandan həmin adla həmin şəxsi hesab kartına 230 manat, 27 sentyabr 2021-ci il tarixdə eyni adla Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində olan "xxxx" MTK-ın binasının qarşısında 500 manat, 16 oktyabr 2021-ci il tarixdə isə artıq direktor müavini olaraq işə qəbul olunması ilə bağlı həqiqətə uyğun olmayan əmri “watsap messenger” xidməti vasitəsi ilə atdıqdan sonra hədiyyə olaraq bir ədəd 500 manat dəyərində qızıl qolbağını yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində olan "xxxx" MTK- a olan mənzilində vahid niyyəti ilə əhatə edilən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 23.432 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, ailəsi 3 nəfərdən ibarətdir. X17 ilə rəsmi nigahından Ayan Quluzadə doğulmuşdur. X18 rayonu 275 saylı tam orta məktəbdə 3 B sinfində təhsil alır. Şahid1 və əri Zərərçəkmiş şəxs 1 övladı Zəhra Musazadə onun qızı ilə eyni məktəb və sinifdə təhsil alır. Nigar Heydərova ilə Şahid1 uşaqlarını dərsdən götürən zaman bir valideyin olaraq münasibətləri yaranmışdır. Arvadı bildirmişdir ki, Məhsəti Gədəbəy rayonunda olan tam orta məktəbdə müəllimə işləyir, lakin yol məsafəsindən asılı olaraq, dərslər gedib gəlmək çətinlik yaradır. Belə ki, X9 yerdəyişmə ilə Bakı şəhərinə gəlmək istədiyini bildirmişdir. Qardaşı Şahid2 Təhsil Nazirliyinin Bakı təhsil idarəsində mütəxəssis olaraq işləmişdir. Anası Bağdad isə 275 saylı tam orta məktəbdə direktor işləyir. Sonradan Şahid1 ilə Nigar Heydərovanın vasitəsi ilə o, Zərərçəkmiş şəxs ilə tanış olmuş və həmin ərəfədə Samirin istifadəsində 050 *** ** ** nömrəsi, onun istifadəsində isə 050 *** ** ** nömrəsi olmuşdur və həmin mobil nömrələr ilə zəngləşib danışmış və görüşə gələn zaman o, arvadı Şahid1 diplomunu və şəxsiyyət vəsiqəsinin surətini, özü barəsində olan tərcümeyi halı tərtib edib gətirməsini bildirmişdir. Bundan sonra onlar arasında növbəti danışıq 18 mart 2021-ci il tarixdə olmuş və o yenə istifadəsində olan nömrənin votsap zəngi ilə Zərərçəkmiş şəxs votsap nömrəsinə zəng etmiş səhəri günü yəni 19 mart 2021-ci il tarixdə Əcəmi Metrosunun yaxınlığında olan X1rşısında görüş təyin etmişdir. 19 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə demiş olduğu qeyd edilən ünvanda görüşmüş və həmin vaxtı o ilk dəfə idi ki, Zərərçəkmiş şəxs görmüş və onunla əvvəllər hər hansı ədavət düşmənçiliyi olmamışdır. X10 Xidmətinin və ya hər hansı bir dövlət qurumunun əməkdaşı olaraq təqdim etməmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs qardaşının Təhsil Nazirliyində işləməsini bildirmiş və arvadının sənədlərini ona təqdim etməsini bildirmiş və o diplomun surəti, şəxsiyyət vəsiqəsinin surətini tərcümeyi halı ilə birlikdə ona təqdim etmişdir. Həmin vaxtı qardaşının əməllərindən xəbəri olmamış və onu özünə inandırmaq üçün anası və qardaşının adın çəkmişdir ki, özünə inam qazansın və şəxsi xərclərini ödəmək üçün ona lazım olan pulu ondan ələ keçirsin, sonra həmin pulu qaytarar. Belə ki, o xeyli müddət olar ki, ingilis və ərəb dilinin tədrisi ilə məşğul olmuş və həmin təhsili distant və ya iş yerlərinə getməklə şəxslərə öyrətmişdir. Qardaşının onun əməllərindən xəbəri olmamışdır. Tanışlar vasitəsi ilə Xətai rayonu Köhnə Günəşli qəsəbəsində olan 265 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi yerinin boş olmasını öyrənmiş və ona görə onu həmin məkətəb işə qəbul etdirəcəyini və bunun müqabilində 13.000 manat pul lazım olmasını bildirmiş və 2021-ci ilin sentyabr ayında arvadının həmin məktəbdə müəllimə olaraq əmirini alacağını bildirmişdir. Özünün ona pulla bağlı xəbər verəcəyini bildirmiş və ona hazırlıqlı olmasını bildirmişdir. Həmin görüşdən 2 gün sonra təxminən 21 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs zəngə etmiş və bildirmişdir ki, Yasamal rayonu Zahid Xəlilov küçəsi 13 saylı ünvanda olan «Favorit» marketin qarşısında bir nəfər Sabir müəllim adlı tanışının onu gözləməsini bildirmiş və pulunun 5000 manatını aparıb həmin şəxsə verməsini bildirmişdir. «Favoritin» marketin qarşısına getməli olmasını bildirmiş və o etiraz etməmiş və 21 mart 2021-ci il tarixdə Yasamal rayonu Zahid Xəlilov küçəsi 13 ünvanında olan «Fovarit» marketin qarşısında o onun dostu X6 ilə görüşmüş və onun sözü ilə ona 5000 manat pul vermiş və hətta onlar həmin ünvandan onunla danışmışlar və Zərərçəkmiş şəxs həmin şəxsin, o göndərən şəxs olmasına tam olaraq əmin olduqdan sonra onun sözü ilə həmin pulu Rəcəbli Cəbrayıla vermişdir. O özü onu adını sabir olaraq demiş, faktiki olaraq onun dostunun onun əməllərindən xəbəri olmamış və Samirə hər hansı pul vermədən onun göstərişi ilə pulu götürüb ona vermişdir. Həmin görüşdən təxminən 2-3 gündən sonra Samirə həmin işin ona cəmi 10.000 manat həll olunacağını bildirmiş və ona görə 5000 manat verib həmin pulu yekunlaşdırmasını bildirmiş və sonra ondan 5000 manat almaqla cəmi 10000 manat almış və bundan sonra onu yenə aldadıb əlavə pul almaq üçün faktiki olaraq qızlarının oxuduğu 275 saylı tam orta məktəbdə direktor müavini olaraq işləyən anam Bağdadın təqaüdə yaşında olmasını və yaş həddi ilə bağlı olaraq yeni tədris ili müqaviləni uzatmaq istəmədini bildirmiş və onun arvadının əmrinin 275 saylı tam orta məktəbə direktor müavini olaraq əmirinin alınmasına köməklik edəcəyimi bildirmişdir. Zərərçəkmiş şəxs zəng edərək həmin işi 21.000 manat həll edəcəyini bildirmiş və həmin vaxta kimi artıq ona 10.000 manat ödənməsini və yerdə qalan 11.000 manatda ona ödədikdən sonra işin həll olunacağı və yeni tədris ilində aravadının direktor müavini olaraq işə çıxacağını bildirdi. Təxminən 14 aprel 2021-ci 1 tarixdə yenə votsap zənglərindən sonra onlar «D» yaşayış sahəsində olan 24 saylı evin yanında görüşmüş və söhbət etmişlər. Sonra arvadının kursa getməməsi üçün 800 manat, sonra «Kapital» bankdan adına olan **********010674 nömrəli hesab kartına 1000 manat, 1000 manat telefonundan, 600 manat, 06 avqust 2021-ci il tarixdə adına olan kartdan 1070 manat, sonra Şahid3 adına olan **********600942 nömrəli kart 500 manat, 251 manat, 101 manat, 130 manat, 250 manat, 230 manat olmaqla təxminən ona 22.682 manata yaxın pul göndərmişdir. 16 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs özünün kompytuerdə çıxarmış olduğu faktiki olaraq mövcud olmayan əmri votsap vasitəsi ilə atmış və sonra həmin əmri votsapdan pozmuşdur. Onu arvadını həmçinin onun arvadıda təhrik etmiş və arvadıda onun əməllərindən xəbərsiz olmuş və o onun əsl niyyətini bilməmişdir. Buna görə onlar onlara gəlmiş və onu arvadı tərəfindən qızına qızıl qolbağ alınmışdır. Sonradan Zərərçəkmiş şəxs anlamışdır ki, bəs o ona qarşı dələduzluq etməklə onu pulunu ələ keçirmiş və bundan sonra onlar arasında evin yaxınlığında dayanacaqda görüş olmuş və Zərərçəkmiş şəxs tərəfindən onun ondan 21.000 manat pul almasını telefonu vasitəsi ilə video-müşahidə ilə qeydə alınmış və həmin onun istintaqa təqdim olduğu CD diskdə olan şəxs özüdür. Qardaşı və arvadının onun əməllərindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında bildirdi ki, o, həmin şəxslə, yəni Zərərçəkmiş şəxslə, birinci ailəvi olaraq dost olmuş, uşaqları bir məktəbdə oxuduğu vaxt bir-birilərini tanımışlar. Həmin vaxt o, Samirdən 5000 manat bir dəfə, 5000 manat başqa dəfə olmaqla, 10000 manat pul qəbul etmişdir. Onun Samirə bundan sonrakı borcu 16800 manat olmuş, 6000 manatı, qeyd edilən karta 500 manat bir, 100 manat, 200 manat, 300 manat bir və s. şəkildə şəxsi borc olaraq göndərmişdir. Borca istəmiş, o da göndərmişdir. Özü dəfələrlə 102 xidmətinə müraciət edib. Onun işini aparan müstəntiq Racib Almazov onu dəvət edib, dəfələrlə onun yanında olmuşdur. İlk öncə 33-cü Polis Bölməsinə dəvət edilmiş, oraya gedib izahatında da bildirmişdir ki, Racib Almazov onu dəvət etdi və həmin müddətdə o dəyən ziyanın 4700 manatını ödəmişdir. Bu məbləği doğma qardaşı X7 vasitəsilə ödəmişdir. Racib Almazovdan isə vaxt aldı ki, ziyanın qalanını ödəyəcək. Həmin vaxt 16800 manatın, hansı ki 10000 manatını da iş üçün almışdı, onu aldadıb almışlar, həmin pulu da o aldığı üçün o özü də öhdəsinə götürmüşdür ki, ödəyəcək. Sonra da o, 2 dəfə Racib Almazovun yanında olmuşdur. O, uşağını 270 saylı məktəbdən götürdüyü zaman, onu 33-cu PB-nin əməkdaşları saxlamışdır ki, onun barəsində axtarış elan olunub. Hansı ki, o, bilməyib ki, bu axtarış niyə elan olunub. O, Racib Almazov onu çağıranda 4700 manat pul ödəmişdir. Onu nə zaman ki müstəntiq çağırıb dəfələrlə qardaşı da, o da getmişdir. Bununla bağlı dəfələrlə dövlət orqanlarına müraciət etmiş, şikayəti əsasında ona heç bir dövlət orqanı cavab verməmişdir. Hansı ki, göndərdiyi məktubları da məhkəmə iclasında təqdim etməyə hazırdır. Həmçinin kartında olan və göndərilən vəsaitləri də təqdim etməyə hazırdır. O, bunun üçün 102 xidmətinə dəfələrlə müraciət etmiş, onu müstəntiq qəbul etməmişdir. Neçə dəfə də Suraxanı RPİ qarşısında 32 dəfə zəng etmiş, lakin heçbir nəticə olmamışdır. 10000 manat məvacib almış, özünü qismən təqsirli bilmişdir. Özü də aldadılmış amma həmin pulu o, aldığı üçün öz öhdəsinə götürmüş və bunun üçün də müəyyən dövlət orqanlarına müraciət etmişdir. O, həbs edilib Saxlama Məntəqəsində saxlanılan zaman vəkillə də təmin edilməmişdir. Onun valideyni və qardaşı gətirilib, izahatı alınıb və orada heç bir yazılan oxunmadan və müstəntiq onu vəkillə təmin etmədən izahatına qol çəkdirib. O, müstəntiqə izahatında demişdir ki, 16800 manat almış, ona da cavabdehdir. Həmin iş üçün 10000 manat almış, 6800 manatını öz şəxsi borcu üçün almışdır. Ona demişdir ki, “Samir müəllim mənə 500 manat göndər, 200 manat göndər və s.” hamısının kartında qəbzləri də mövcuddur. Zərərçəkmiş şəxsdən ilk dəfə 5000 manatı şalvar arasında almışdır. Zərərçəkmiş şəxs cins şalvar ticarət ilə məşğuldur və ona 3 ədəd şalvar vermiş, arasına da həmin 5000 manatı qoymuşdur. İkinci dəfə 5000 manatı verəndə təxminən 15 gün vaxt keçmiş, həmin məbləği də Günəşlidə çörək yedikləri vaxtda almışdır. Ona əlavədən 800 manat və evinin qarşısında 600 manat pul verilib, cəmi 16800 manat pul almışdır. Həmin borcun 14000 manatını PB-də ödəyib. O, Zərərçəkmiş şəxs həyat yoldaşı dostu vasitəsi ilə Qazax rayonunda məktəbdə müəllimə vəzifəsində işə düzəltmək məqsədi ilə pul almış, daha sonra aldadıldığı üçün həmin pulu geri qaytarmağı öz öhdəliyinə götürmüşdür. Həmçinin, özü üçün əlavə də borc pul almış, birlikdə cəmi 16800 manat pul almış, həmin məbləğin də 14000 manatını ibtidai istintaq zamanı polis bölməsində müstəntiqə ödəmişdir. Məhkəmə iclasına gələndə də üzərində 2000 manat gətirmişdir. Ümumilikdə, zərərçəkmiş şəxsə 2800 manat borcu qaldığını bildirdi. İlk dəfə istintaqda ona 21000 manat borcu oldu, sonra isə 23000 manat borcu olduğu yazılmışdır. Həmçinin, orada Məhsəti Əlistan qızının işə düzəlməsi ilə bağlı vəsait aldığı qeyd edilmişdir, lakin həmin qadın onun anasıdır və artıq 2 ildir ki, təqaüdə çıxıb. O, qeyd etdiklərinə əsasən məhkəmədən işin düzgün araşdırılıb, düzgün qiymət verilməsini xahiş etdi və bütün borcunu ödəməyə hazır olduğunu bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, arvadı Şahid1 ilə rəsmi nigahından 1 övladı olmuşdur. 2013-cü il tarixdə X22 doğulmuşdur. O 2002-ci il tarixdən Aqrar Universitetin gömrük ekspertizası ixdisası üzrə 2006-cı il tarixədək təhsil almışdır. Arvadı Şahid1 Bakı Dövlət Unversitetin coğrafiya fakültəsini bitirmiş, 3 il müddətində Gədəbəy rayonu Səbətkeçməz kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyir. O hazırda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. X22 isə Bakı şəhər Suraxanı rayonu 275 saylı tam orta əktəbin 3cü sinfində təhsil almışdır. Zəhra Musazadə və onun sinif yoldaşı olan X14 275 saylı tam orta məktəbin 3B sinfində təhsil alır. Ayan Quluzadənin anası Nigar Heydərova ilə arvadı Şahid1 uşaqları dərsdən götürən zaman bir valideyin olaraq münasibətləri yaranmışdır. Onlar uşaqları dərsə qoyduqdan və ya dərsdən çıxan zaman götürdükdə aralarında söhbət edən zaman arvadı bildirmişdir ki, bəs Gədəbəy rayonunda olan tam orta məktəbdə müəllimə işləyir, lakin yol məsafəsindən aslı olaraq və onlar Bakı şəhərində yaşamasına görə Bakı şəhərinə yerdəyişmə ilə gəlib burda olan hər hansı bir orta məktəbdə o cümlədən qızının təhsil almış olduğu 275 saylı tam orta məktəbdə müəllimə işləmək istədiyini bildirmişdir. Belə ki,X9 yerdəyişmə ilə Bakı şəhərinə gəlmək istədiyini bilmiş və bu söhbətdən sonrada əri Təqsirləndirilən şəxs deyəcəyini bildirmişdir. Nigar Heydərova sonradan adını bilmiş olduğu və əvvəllər tanımadığı aralarında hər hansı ədavət düşmənçilik olmayan əri X8 Dövlət Təhlükəsizlik xidmətində və onun qardaşı X11 isə Təhsil Nazirliyində işləməsini bildirmişdir ki, bəs əri ilə bu barədə söhbət etdikdən sonra ona cavab verəcəyini bildirmişdir. Hətta arvadı ona bildirmişdir ki, Nigar Heydərovanın qaynanası Bağdad adlı qadın 275 saylı tam orta məktəbdə direktor işləyir. Şahid1 ona hətta Nigar ‘Heydərovanın deməsinə görə qaynanası Bağdadın artıq 67 yaşı olmasına baxmayaraq Təhsil Nazirliyində işləyən qaynı vasitəsi ilə onun müqavilə üzrə hər il bir il bir il artırıldığın bildirmişdir. 2021-ci ilin mart ayında Şahid1 ona bildirmişdir ki, bəs telefon danışığı zamanı Nigar Heydərova ona bildirmişdir ki, bəs əri ilə danışmış onun 275 saylı tam orta məktəbdə müəllimə olaraq işə düzəlməsinə köməklik edəcəyini bildirmişdir və ona görə onun istifadəsində olan mobil nömrəni ona verməsini bildirmişdir ki, bəs əri Təqsirləndirilən şəxs onunla əlaqə saxlasın. Arvadı ona bunları dedikdən 2-3 gün sonra təxminən 2021-ci ilin mart ayında onun istifadəsində olan 050 *** ** ** nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsindən zəng edib özünü təqdim etmiş və bir qədər telefonda danışmışlar. Telefon danışığı zamanı o ona özünü DTX-in əməkdaşı olaraq təqdim etmiş və bildirmişdir ki, bəs o, ona heç bir zaman açıq nömrə ilə zəng etməyi ona yalnız votsap zəngi vasitəsi ilə zəng etmişdir. O ona bildirmişdir ki, bəs onun arvadı 275 saylı tam orta məktəbə müəllimə olaraq işə qəbul olunması ilə bağlı danışmış və həmin işin həll olunmasında ona köməklik edəcəyin bildirmiş və görüşməli olduqları demişdir ki, işin halları ilə bağlı ətraflı danışsınlar və həmçinin görüşə gələn zaman arvadı Şahid1 diplomunu və şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla özü barəsində olan tərcümeyi halı tərtib edib gətirməsini bildirmişdir. O isə həmin sənədləri hazır edəcəyini bildirmiş və Ramin Quliyev onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra onlar arasında növbəti danışıq 18 mart 2021-ci il tarixdə olmuş və Təqsirləndirilən şəxs yenə istifadəsində olan nömərənin votsap zəngi ilə ona zəng etmiş və bildirmişdir ki, səhəri günü yəni 19 mart 2021-ci il tarixdə Əcəmi Metrosunun yaxınlığında olan X1rşısında görüşsünlər. 19 mart 2021-ci il tarixdə o Təqsirləndirilən şəxs demiş olduğu qeyd edilən ünvana getmiş və həmin ünvanda görüşmışlar və həmin vaxtı o ilk dəfə Təqsirləndirilən şəxs görmüş və onunla əvvəllər hər hansı ədavət düşmənçiliyi olmamış və görüş zamanı o bir daha Ayan Quluzadənin atası olmasını, xeyli müddət olar ki, uşaqlarının biryerdə oxumasına baxmayaraq bunu günə kimi görüşmədiklərini bildirmiş və özünü yenə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olaraq təqdim etmiş və o isə onun yenə hansı şöbədə işləməsi və.s digər hallar barədə məxfi qurum olmasına görə maraqlanmamışdır. Həmin görüş zamanı o pencək, şalvar və kalustukda olmaqla səliqəli formada olmuşdur. Görüş zamanı o ona bildirmişdir ki, bəs qardaşı Təhsil Nazirliyində işləyir və ona arvadının sənədlərini ona təqdim etməsini bildirmiş və o diplomun surəti və şəxsiyyət vəsiqəsinin surətini tərcümeyi halı ilə birlikdə ona təqdim etmiş və o ona özünü geniş əlaqələri olan şəxs olaraq təqdim edib, anasınında həmin məktəbdə direktor müavini olaraq işləməsini və onun arvadınında Xətai rayonu Köhnə Günəşli qəsəbəsində olan 265 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi olaraq işə qəbul olnmasına köməklik edəcəyini və həmin işi Təhsil Nazirliyində işləyən X25 vasiətəsi ilə düzəldəcəyini bildirmişdir. X25 vasitəsi ilə anasının belə təqaüd yaş həddinə çatmasına baxmayaraq hazırda yenə həmin məktəbdə müqavilə müddətinin artırmaqla işlədiyini bildirmişdir. O onu qızının, onun qızım ilə oxumasını və onların arvadının xeyli müddət olar ki, valideyinlərin rəfiqə olaraq bir-birini tanımasını anasının 275 saylı tam orta məktəbdə təqaüd yaş həddinə çatmasına baxmayaraq 67 yaşında belə həmin məktəbdə işlərinə davam etməsinə görə onun sözlərin hər hansı şübhə etməmiş və o ona bildirmişdir ki, bəs 265 saylı tam orta məktəbdə coğrafiya müəllimi olaraq işə qəbul olmasına köməklik adı ilə 13.000 manat pul verməli olmuş və həmin pulun verilməsindən sonra arvadı may ayından başlayaraq 3 ay müddətində kursa yazdıracağını və həmin müddət dolandan sonra 2021ci ilin sentyabr ayında arvadının həmin məktəbə müəllimə olaraq əmirini alçağını bildirmişdir. Özü ona pulla bağlı xəbər verəcəyini bildirmiş və ona hazırlıqlı olmasını demişdir ki, bəs onun zəngindən sonra o onun demiş olduğu şəxslər və ya özü ilə görüşüb pulu tam olaraq versin. O da razılıq vermiş və ordan onlar ayrılmışdar. Həmin görüşdən 2 gün sonra təxminən 21 mart 2021- i il tarixdə Təqsirləndirilən şəxs ona zəngə etmiş və bildirmişdir ki, Yasamal rayonu Zahid Xəlilov küçəsi 13 saylı ünvanda olan «Fovarit» mareketin qarşısında bir nəfər Sabir müəllim adlı şəxsin onu gözləməsini bildirmiş və pulun 5000 manatını aparıb həmin şəxsə verməsini bildirmişdir. O həmin şəxsin istifadəsində olan nömrəni ona verməsini bildirmiş o isə mən birmənalı olaraq «Fovaritin» marketin qarşısına getməsini və həmin şəxsə onu tanıtmaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı və avtomobilin markasını həmin şəxsə verməsini bildirmiş və ona yaxınlaşacağın demişdir. O etiraz etməmiş və 21 mart 2021-ci il tarixdə Yasamal rayonu Zahid Xəlilov küçəsi 13 ünvanında olan «Fovarit» marketin qarşısında idarə etdiyi «Toyota Rav4» markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil getmiş və avtomobili tanımış və bu zaman o, ona bir nəfər təxminən 50- 5 yaşlarında, orta boylu, qarabəniz pencək şalvarlı əlində şapkası olan şəxs yaxınlaşmış və o Təqsirləndirilən şəxs məni göndərib göndərmədiyini xəbər almış və o ona Ramil tərəfindən göndərilməsini təsdiq etmiş və onu avtomobilə dəvət etmiş o isə oturmaqdan imtina etmiş və bundan sonra o Təqsirləndirilən şəxs zəng etmişdir ki, həmin şəxs ilə danışdır və onun demiş olduğu şəxs olubolmamasma əmin olduqdan sonra üzərində olan 5000 manatı ona versin. O Sabir adlı şəxs olaraq ona özünü təqdim edən şəxslə danışmış və pulu bundan sonra ona verməsini bildirmiş və o həmin ünvanda avtomobilin ön hissəsində pulu saymaqla 5000 manat Sabir adlı şəxsə vermişdir. O Sabir adlı şəxslə heçnə danışmamış və onun həqiqətən Sabir olub-olmamasına dəqiq olaraq bilməmişdir. Təqsirləndirilən şəxs Sabir adlı şəxslə hər hansı bir söbhəbəti etməyi qadağan etmiş, yalnız pul aparıb verməmi bildirmişdir. Oda həmin 5000 manatı həmin ünvanda Sabirə vermiş və sonra həmin ünvanı tərk etmişdir. Təxminən 2-3 gündən sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və bildirmişdir ki, bəs arvadının 265 saylı tam orta məktəbə müəllimə olaraq əmrinin alnmasına köməklik etməsi üçün onunla 13.000 manat razılaşmasına baxmayaraq özünün DTX-in əməkdaşı olmasına görə ona güzəşt olunmaqla həmin işi cəmi 10.000 manat həll olunacağını bildirmiş və ona görə 5000 manat verib həmin pulu yekunlaşdırmasmı bildirmiş və həmin pulu onun yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» Yaşayış sahəsi "xxxx" binasının qarşısında 24 saylı binanın qarşısında gətirib ona verməsini və özünündə həyətə düşməsini demiş və oda təxminən 24 mart 2021-ci il tarixdə qeyd edilən ünvanda o Ramin Quliyev ilə görüşmüş və artıq bu dəfə o rəsmi deyil idman geyim paltarında olmuş və onlar görüşmüş və o bir daha ona DTX əməkdaşı olmasına görə güzəşt olunmasını və qeyd edilən işin onun üçün 13.000 manat deyil 10.000 manat görüləcəyini bildirmiş və pulu ondan alıb arvadı kursu bitən kimi yəni 2021-ci lin sentyabr ayının 15-dək yəni dərs ili başlayana kimi arvadının əmrini alacağını demişdir. Təxminən 20-25 gündən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bəs onun anası yəni qızının oxuduğu 275 saylı tam orta məktəbdə direktor müavini olaraq işləyən anası Bağdadın təqaüdə yaşında olmasın və onlara görə artıq anasının yaş həddi ilə bağlı olaraq yeni tədris ili müqaviləni uzatmaq istəmədiyini və ona təqaüdə çıxması ilə bağlı olaraq onun arvadının həmin 275 saylı tam orta məktəbə direktor müavini olaraq əmirinin alınmasına köməklik olunmasını bildirmişdir. O isə artıq müəllimə işi danışlmış olduğu halda, ona belə bir vəd verildiyi halda artıq arvadının direktor müavini təyin olunması ilə bağlı əmrinin alınacağı halda onun tərəfindən nə qədər ödəniş olmancağmı xəbər almış və o isə bir daha həmin işlə bağlı yekun söhəti danışıb ona məlumat verəcəyini bildirmişdir. O bu barədə ailə üzvlərinə demiş və arvadıda etiraz etməmiş həmçinin böyükləri ilə məsləhət etmşidir ki, elə qızıda həmin məktəbdə oxuyur və əgər belə bir işə vədə verib həll edərsə nə yaxşı görə həmin işinin həll müqabilində nə qədər pul tələb edəcəklər. Təxminən Təqsirləndirilən şəxs ona zəng edərək həmin işi 21.000 manat həll edəcəyini onun tərəfindən artıq ona 10.000 manat ödənməsini və yerdə qalan 11.000 manatıda ona ödədikdən sonra işin həll olunacağını və yeni tədris ilində aravadının direktor müavini olaraq işə çıxacağını bildirmişdir. Təxminən 14 aprel 2021-ci 1 tarixdə yenə ona votosap nömrəsindən zəng etmiş və onlar «D» yaşayış sahəsində olan 24 saylı evin yanında görüşmüş və söhbət zamanı ona bildirmişdir ki, bəs özünü yuxarı dairəli şəxslərin tələbə yoldaşı olaraq təqdim etmiş və həmin yuxarı dairəli şəxs vasitəsi ilə Nərimanov, Nəsimi rayon icra hakimiyyətlərinə 450.000 manat müqabilində icra başçısı gedəcəyini bildirmişdir. O orda ona yerdə qalan 11.000 manat pulun 6.000 manatını vermişdir. Sonra onlar Yeni Günəşli qəsəbəsində olan «Şam Bağında» çörək yemiş və söhbət zamanı o ona Qubada milyonluq bağlı olmasını həmin bağı satmaqla onunla ortaq iş görmək istədiyini və icra başçısı olduqdan sonra özünün onu yanma gətircəyini və ortaq işə görəcəklərini bildirmişdir. Onlar masadan ayrılan zaman o ofisanta hesab ödəmək istəyən zaman o bildirmişdir ki, bəs o belə etməsin ondan heç bir yerdə pul götürülmədiyini bildirmişdir. Təxminən bir həftədən sonra o votsap vasitəsi ilə zəng etmiş və ondan işinin sonun nə yerdə olmasını xəbər almış və o ona danışıq zamanı Nəsimi və Nərimanov işinin alınmadığını ya Tovuz yada Gədəbəy rayonlarına icra başçısı gedəcəyini bildirmişdir. Belə ki, artıq 2021-ci ilin may ayı olmuş və həmin vaxtdan etibarən onun arvadı kurslara getməli idi və bu zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bəs belə bir variant mümkündür ki, o arvadının kursa getməməsi üçün 800 manat pul vermişdir ki, kursa getməsin və oda razılıq vermiş və təxminən 2021-ci ilin may aynın ilk 10 günlüyündə yenə «D» yaşayış sahəsində olan 24 saylı binanın qarşısında həmin pulu təklikdə ona vermiş və o bildirmişdir ki, bəs sentyabr ayında arvadının direktor müavini olaraq əmri alınmaqla dərsə gedəcəyini bildirmişdir. 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs nömrəsinin votsap xidmətindən onun telefonuna «Kapital» bankın **********010674 nömrəli kartını göndərmiş və həmin karta 1000 manat arvadının direktor müavini işə ilə əlaqədar verməli olmasını bildirmiş və o öz adma olan kapital bankdan əldə etmiş olduğu bir kart vasitəsi ilə iş yerində 1000 manat telefonumdan, 22 iyun 2021-ci il tarixdə eyni karta eyni adlı eyni ünvanda yəni iş yeri olan Binə bazarından 1000 manat kart vasitəsi ilə 600 manat isə Milli ön ödəmə terminalı ilə eyni karta göndərmişdir. 06 avqust 2021-ci il tarixdə adma olan kartdan eyni karta 1070 manat, sonra ona Təqsirləndirilən şəxs tərəfindən votsap vasitəsi ilə onun votsap nömrəsinə «MR.JABRAYİL RAJABOV»-un adına olan **********600942 nömrəli kart göndərildi və həmin karta 500 manat pul göndərməsini bildirmiş və o yenə öz adma olan kartdan həmin karta 500 manat pul göndərmişdir. 04 sentyabr 2021-ci il tarixdə öz adına olan kartdan 251 manat, 101 manat, 130 manat, xx.xx.2021 -ci il tarixdə 250 eyni kartdan eyni adla 18 sentyabr 2021-ci il tarixdə Binə ticarət mərkəzində olan milli ödəmə terminalından 250 manat MR.JABRAYİL RAJABOV-un kartına, xx.xx.2021-ci il tarixdə eyni kartından 230 manat eyni karta, 27 sentyabr 2021-ci il tarixdə eyni kartdan həmin krata 500 manat pulu onun yaşadığı evin qarşısında onunla görüşməklə vermişdir. Ona cəmi 22.682 manat pul vermişdir. Artıq sentyabr ayında dərslər başlamamış və Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bəs pandemiya ilə əlaqədar olaraq dərslər oktyabr ayında başlayacaqdır və ona görə həmin vaxta kimi onun arvadının əmrini alçağını bildirmişdir. 16 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona arvadının adma Təhsil Nazirlinin adından 275 saylı tam orta məktəbə direktor müavini təyin olunması ilə bağlı votspa vasitəsi ilə əmr atmış və həmin əmridə səhəri günü pozmuş, ona inandığından əmiri fıksə etməmiş və həmin günü arvadıda zəng edib arvadını təbrik etmişdir. Bundan sonra həmin gün arvadının işini həll etməsinə görə bir ədəd 500 manat dəyərində qızıl qolbağlı alıb aparmışdır ki, sağolsun onun işlərini həll etməsinə görə etmişdir. Arvadına votsap yazılar atmışdır ki, bəs arvadı Məhsətinin işləri düzəlmişdir. Həmçinin sonra heç kimə heçnə deməməyini bildirmişdir. Həmin votsap yazıları izahatına əlavə etmişdir. Bundan başqa bank göndərişləri və ona ödəniş etməsi üçün votsap vasitəsi ilə almış kartların surətinə dair votsap xidmətindən çıxarmış olduğum surətləri izahatıma əlavə etmişdir. Artıq səhəri günü onun ona votsap vasitəsi ilə arvadının əmrini alması ilə bağlı əmri pozması pis təsir etmiş və ona zəng etmişdir ki, bəs bu nə hərəkətdir. O isə əsas əmiri olmasıdır qeyd edilən əmrin məxfi olmasını və votsapda olmasının düzgün olmadığı kimi bəhanə gətirib 2 gündən sonra əmrin əslini ona verəcəyini bildirmişdir. Həmin əmrin qardaşı tərəfindən ona atılmasın və belə bir halın düzgün olmadığını bildirmişidir. Artıq Təqsirləndirilən şəxs onu aldadıb 500 manatlıq qolbağ ilə birlikdə 23.432 manat pulumu ələ keçirməsini bilmişdir. Bundan sonar o həmin pulu ona verməsini sübut etmək üçün səsini yazmaq və ya pulu kimə verməsini sübut etmək istəmiş və 14 dekabr 2022-ci il tarixdə axşam saatlarında yenə pulla bağlı ona zəng etmiş və danışıq zamanı onun sərxoş olmasını müəyyən etmiş və ona vacibi görüşməli olduqlarını bildirmiş və onunla Suraxanı rayonu «D» Y/S 64 Ne-li marşrut avtobusun son dayanacağında idarə etdiyi avtomobildə onunla görüşmüş və onun ayıq olmasını görmüş və bundan istifadə edib sakitcə onun ondan almış olduğu pula dair səmimi etirafı ilə bağlı videosunu çəkmiş və o həmin pulu hansı tarixdə və hansı hissələrlə qaytarmasına dair vədlər vermişdir. Həmin CD diski izahatına əlavə olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, danışılan sözlərin hamısı yalandır, onlar ailəvi dost olmamışlar, sadəcə uşaqları eyni məktəbdə oxuyurlar. Sadəcə onun yoldaşı ilə təqsirləndirilənin yoldaşı uşağı məktəbə aparan zaman aralında yaxınlıq qurublar. Bu zaman Ramilin yoldaşı onun yoldaşına deyib ki, “yoldaşım DTX əməkdaşıdır, qayınım isə Bakı şəhər Baş Təhsil İdarəsində işləyir”. Bununla bağlı yoldaşı ona evdə danışmış, daha sonra Ramilin yoldaşı ilə danışmışdır. O, həyətdə oturub qonşularla söhbət etdiyi vaxt ona Whatsapp zəngi gəlmiş və açdıqda zəng edənin Ramil olduğunu bilmiş, onunla danışdığı vaxt internetinin zəif olduğunu, normal zəng edəcəyini bildirmiş, Ramil isə normal zəng etməməsini bildirmişdir. Biraz danışdıqdan sonra anlaşmışlar ki, yoldaşını işə düzəltsin. Ramil ilk olaraq yoldaşını müəllimə adı ilə Gədəbəy rayon Səbətkeçməz kəndindən 275 saylı məktəbə transfer edib müəllimə düzəltməyi vəd edib. Bir müddət keçəndən sonra günorta saat 1-2 radələrində zəng edib ki, Favorit marketin yaxınlığına bir adamı var, o gələcək, ona 5000 manat pul ver. O, bununla razılaşmış, Favorit marketin yanına gedərək Ramilin göndərəcəyi adamı gözləmişdir. Öz maşınının nömrəsini söyləmiş, Ramilin göndərdiyi şəxs gəldikdə Ramilə “Whatsapp”la zəngi etmiş, çünki normal zəngləri əsla açmamışdır. Danışanda pulu verməsini demiş, o da ilk dəfə 5000 manatı orada vermişdir. Bir müddət keçəndən sonra Əcəmi metrosunun yaxınlığında Xəstəxana var, orada görüşmüşlər, orada 3 dənə cins şalvarla pul vermişdir. Özü Binə Ticarət Mərkəzində cins şalvarların satışı ilə məşğuldur, Ramilə pay kimi şalvar gətirmişdir. Ramil özü ona söyləmişdir ki, “mənə şalvar gətirərsən”, o da paketdə gətirib vermişdir. Odur ki, onların ailəvi yaxınlığı olmayıb. İlk görüşləri isə X28 bağı deyilən restoranda olub. Orada yemək yemişlər, hesabı ödəmək istəyəndə ona demişdir ki, “sən nə edirsən, biz DTX işçisiyik, bizdən heç yerdə pul götürülmür”. Ofisiant isə dedi ki, haqq-hesab çatıb, bu hadisə sentyabr ayında olub. Onun Ramillə hansı bir tanışlığı olub ki, ona da borca pul versin?. Belə bir söhbət olmayıb. Bir müddət keçdikdən sonra bu adam dedi ki, “öz anam təqaüddədir, mənim özüm DTX-da işlədiyim üçün onu 3 ildir ki, artıq müqavilə ilə saxlayıram. Amma artıq saxlaya bilmirəm. 3 ildən artıq saxlamaq olmur”. Dedi ki, “bəlkə öz anamın yerinə düzəldim, istəyirsənsə onda bu qədər verərsən”. Bunu deyəndə artıq 10000 manat vermiş, 6000 manat da ayrıca vermişdir. Ramil onunla hər şeyi telefonda danışmış, bəlkə də 10-15 dəfə onu işindən etmişdir. Onu, Bakı şəhər Baş Təhsil İdarəsinə aparmış, getdikdə oradan 1 nəfər çıxmış, onunla bir müddət söhbət etmişlər. Sonra isə demişdir ki, əmr Gənclikdə 200 nömrəli məktəbə gedib, daha sonra isə həmin məktəbə getmişlər, Ramil ona maşında oturmasını demiş, gedib bir müddət sonra gələrək əmri Yeni Günəşliyə dəyişdiyini demişdir. Guya ki, Yeni Günəşliyə düzələn adam Mikayıl Cabbarovun bibisi nəvəsi olub. Bu insan o qədər çox yalanlar söyləyib ki, guya böyük vəzifəli şəxslərin tələbə yoldaşı olub, guya xarici dillər öyrənmək üçün xaricə göndərilib, özünü DTX əməkdaşı kimi tanıdıb, guya qardaşı da Bakı şəhər Baş Təhsil İdarəsində işləyir, amma kim olduğunu bilmir. 5000 manat bir, 6000 manat bir, 5000 manat bir pul vermişdir. Ramil onun telefonuna nəsə atmış, sonra isə hər iki tərəfdən də silmişdir, soruşduqda isə əmrin şəkli olduğunu bildirmişdir. Bu səbəblə onun uşağına 500 manat məbləğində bir qızılı Laçın Ticarət Mərkəzindən alıb vermişdir. İlk dəfə Elmlər metrosu yuxarısında yerləşən “Favorit” marketin yanında 5000 manat vermiş, daha sonra Şam bağı yanında ikinci dəfə 5000 manat vermiş, 3-cü dəfə isə evinin qarşısında 6000 manat vermişdir. İlk dəfə 5000 manatı başqa şəxslə vermiş, qalan pulu isə özü əlbəəl vermişdir. O, hazırda 2000 manat verilməsinə və ya hissə-hissə ödənilməsinə razı olmadığını, qalan 9432 manat məbləğin ödənilməsi üçün bank kartı verə biləcəyini bildirdi. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə iclaslarının gedişatı dövründə də ödənişlər etdiyini, buna dair qəbzlərin iş materiallarına əlavə edildiyini və yekun olaraq onlara 7632 manat məbləğində borcları qaldığını bildirərək mülki iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ramil uşağının ingilis dili müəllimi olub, Samiri isə tanımır. Ramil ona 1 dəfə xahiş edib ki, “sənə vəsait verəcəklər, mənə çatdırarsan”. O, aldığı məbləğin miqdarının yadında olmadığını, pulun paketdə olduğunu, paketin içində sənədlər və zərf olmuş, zərfin içindəki pulu saydığını və təxminən 2000-3000 manat olduğunu bildirdi. Onun kartına pul atılmadığını, atılan məbləği də verdiyini bildirdi. O, karta pul vurduğunu, ancaq məbləğini xatırlamadığını bildirmişdir. O, 23432 manat o adama pul verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ilk olaraq Ramilin həyat yoldaşı ilə tanışlığı olub, uşaqları sinif yoldaşıdır. Yoldaşı demişdi ki, Ramil DTX-da işləyir, o formada əlaqələri yaranmışdır. O, yoldaşına pul verildiyini, yoldaşının pulu verdiyini, Ramilin isə onlara əmrin şəklini göstərərək inandırdığını bildirdi. Ramil əvvəl müəllimə kimi işə düzəltmək üçün 13000 manat, sonradan isə “zavuç” kimi işə düzəltmək üçün 21000-23000 manat istəmişdir. O, Ramilin evinə 2 dəfə getdiyini, 1 dəfə Ramil əməliyyat olanda, 1 dəfə də əmri görəndə getmiş, qızına da qızıl qolbaq almışlar. O, Ramilə 23000 manat verdiklərini, həmin məbləğin də 14000 manatını geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, atası X15 ilə anası X5 rəsmi nigahından 1978-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs və 1983-cii il tarixdə o anadan olmuşdur. O 2017-13 dekabr 2021-ci il tarixlərinədək olan müddət ərzində Bakı Şəhər üzrə Təhsil İdarəsində məsləhətçi olaraq işləmiş və qeyd edilən tarixdə öz ərizəsi əsasında könül olaraq işdən çıxmışdır. Hazırda evli olmaqla arvadı ilə yuxarda göstərilən ünvanda yaşayır. Həmin vaxtdan işsizdir. Qardaşı Təqsirləndirilən şəxs ilə X17nın rəsmi nigahından Ayan Quluzadə doğulmuş və onların qızları Suraxanı rayonu 275 saylı tam orta məktəbdə 3 B sinfində təhsil alır. Anası isə həmin məktəbdə direktorun ibtidai işlər üzrə müavini işləmişdir. Polisə dəvət olunan zaman bilmişdir ki, bəs onun qardaşı arvadı öz qızı ilə eyni sinifdə təhsil alan sonradan adını bildiyi Şahid1 ilə tanış olmuşdur. Onların qızları eyni sinifdə təhsil almışdır. Sonradan qadınlar vasitəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə tanış olmuşdur. Onlar zəngləşib görüşmüş və qardaşı Zərərçəkmiş şəxs arvadı Şahid1 diplomunu və şəxsiyyət vəsiqəsinin surətini, özü barəsində olan tərcümeyi halı istəmişdir ki, onun tanışları vasitəsi ilə Xətai rayonu Köhnə Günəşli qəsəbəsində olan 265 nömrəli tam orta məktəbdə coğrafiya müəlliməsi qismində işə düzəltməklə işə qəbul etdirəcəyini və 2021-ci ilin sentyabr ayında arvadının həmin məktəbdə müəllimə olaraq əmirini alçağını bildirmiş və bundan sonra Zərərçəkmiş şəxs bu və ya digər formada pullar almışdır. Sonradan isə artıq təqaüd yaşı olan anasının yerinə məktəbə direktorun ibtidai işlər üzrə müavini olaraq işə qəbul olunmasına köməklik göstərmək adı ilə həmçinin özü və adına olan kart, və tanışının adına olan kartlar vasitəsi ilə pullar almışdır. Lakin həmin pulların miqdarını tam olaraq bilməmişdir lakin sonra o istintaqa Zərərçəkmiş şəxs tərəfindən qardaşının videogöriintii olan CD diski ilə tanış olan zaman orda qardaşının həmin şəxsə 17.000 manat və 4.000 manat olmaqla ondan almış olduğu pul qaytaracağı ilə bağlı söz vermişdir. O həmin işdə Zərərçəkmiş şəxs arvadının işə qəbul olunması və ya direktor müavini olaraq işə qəbul olmasını ilə bağlı onun həmin şəxs ilə hər hansı söhbəti və onlara vəd verməsi olmamışdır. Onun nə səbəbə onun adını çəkməsini bilməmiş, yəqin ki, qardaşının onu aldatmasından sonra danışıq zamanı qardaşının onun inamını qazanmaq üçün o həmin ərəfədə Bakı Təhsil İdarəsində işləməsinə görə onun adını çəkmiş. Samir müavin işini diizləmədikdən sonra qərəzli olaraq sonuncu onun adını çəkmişdir. Zərərçəkmiş şəxs və onun arvadıda təsdiq etdərlər ki, onun onlara qeyd edilən mövzuda hər hansı görüşü, qeyd edilən mövzud hər hansı söhbəti, onlara vəd verməsi və ya hər hansı miqdarda pul alması olmamışdır. Onun barəsində göstərilənlər tam olaraq Təqsirləndirilən şəxs görə qərəzli olmuşdur. Qeyd edilən əməllərə hər hansı aidiyyatı olmamışdır. Qeyd edilən ifadəni könüllü olaraq vermiş və ifadə verən zaman ona hər hansı təziq və təsir olmamışdır. Onun tərəfindən həmin şəxslər bu və ya digər formada aldadılmamış, o həmin ərəfədə Zərərçəkmiş şəxs və onun ailə üzvülərini tanımamışdır. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqində olan 04 aprel 2022-ci il tarixli “şübhəli şəxs barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsindən ötrü axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 82-ci vərəqində olan 26 aprel 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, "xxxx" MMC-nin qarşısında saxlanılaraq, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Raciv Almazova təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqsində olan “şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 116-124-cü vərəqlərində olan üzləşdirmə protokoluna əsasən, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzəşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 128-131-ci vərəqlərində olan 28 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Raciv Almazovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi, qəbul edilmiş qərar Təqsirləndirilən şəxs elan edilməklə həbsdə saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 132-133-cü vərəqlərində olan 28 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqində 10 iyun 2022-ci il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması, habelə ittihamın düzgün həlli üçün toplanan sübutların həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədi ilə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə 1 ədəd faylında 1 ədəd səsli videogörüntü vardır. Videogörüntünün müşahidəsi zamanı avtomobilin salonunda ön oturacaqda oturmuş görüntüdə 1-ci olan şəxs qara gödəkcəli Zərərçəkmiş şəxs olmaqla digər sərnişin oturacağında Təqsirləndirilən şəxs oturmuşdur və dialoq həmin şəxslər arasında olmuşdur və görüntüdə Təqsirləndirilən şəxs videogörüntüyə baxaraq Zərərçəkmiş şəxs ünvanlayaraq “Samir 2-ci gün saat 14:00-da, yəni saat 2-də sənin 17.000 manat pulun çatdıracam, qalan 4.000 manat puluda 5-10 gün müddətinə çatdıracam”. Cinayət işinin 1-ci cildinin 65-66-cı vərəqlərində olan istintaq zamanı DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Quliyev X13 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3500 manat məbləğində cərimə edilmiş və xx.xx.2015-ci il tarixdə cərimə məbləğini tam həcmdə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 3500 manat məbləğində cərimə edilmiş və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistya” Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasının ödənilmiş 1200 manat hissəsindən azad edilmiş və xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 169-182-ci vərəqlərində olan 17 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi CD disk iş üçün əhəmiyyətli halları daşıdığından maddi sübut, pul köçürmələrinə dair qəbzlər, Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə həmin əməli törətməməsinə dair hərhansı dəlil gətirmədən özünü təqsirli olmasını göstərməsi, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, CD diskə baxış protokolu vəişdə olan digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X16 adlı uşağı vardır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs qardaşı Şahid2, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Raciv Almazov tərəfindən imzalanmış “dəymiş ziyanın bir qisminin könüllü ödənilməsi” haqqında protokollardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 2500 (iki min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 2500 (iki min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə 2 dəfə 500 manat olmaqla, cəmi 1000 (bir min) manat, xx.xx.2025-ci il tarixdə 400 (dörd yüz) manat, xx.xx.2025-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2025-ci il tarixdə 200 (iki yüz) manat ödəniş etmişdir. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, ibtidai istintaq zamanı ona məxsus 14000 (on dörd min) manat pulu təhvil almışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarda göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı əqd bağlamağa, onun mənafelərini təmsil etməyə hər hansı etibarnaməsi və yaxud səlahiyyətini təsdiq edən digər sənədin, təsdiqləyici arayışın, yazışmanın olmadığı halda zərərçəkmiş şəxsdən 16000 manat pulu alınması, öz mənafeni güdmək öz maddi tələbatlarını ödəmək və niyyətini keçirtmək niyyətinin olduğunu təsdiq edir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması növündə qəti cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş maddi sübut olan 1 ədəd CD formatlı disk, pul köçürmələrinə dair qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 15800 manat ödənilməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, hökm çıxarılarkən ittiham üzrə ona vurulmuş 23432 manat məbləğində maddi ziyanın ödənilməmiş qalan 9432 manat hissəsinin mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 əlavə ödəniş etdiyini nəzərə almaqla, mülki iddia qismən təmin olunaraq 7632 (yeddi min altı yüz otuz iki) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 23432 (iyirmi üç min dörd yüz otuz iki) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 23432 manat məbləğində vurulmuş ziyanın məbləğinə dair iddia tələbini qismən qəbul edir və etiraf edir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 23432 (iyirmi üç min dörd yüz otuz iki) manat məbləğində ziyandan 15800 (on beş min səkkiz yüz) manat məbləğində hissəsini zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə həmin halı mübahisələndirilməyən hallara aid edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, mülki iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən yekun məhkəmə aktı tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı vurulmuş maddi ziyanın tutulması iddiası qismən təmin edilməli və 7632 (yeddi min altı yüz otuz iki) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Mülki iddia qismən təmin olunsun və 7632 (yeddi min altı yüz otuz iki) manat məbləğində pul vəsaiti X4 tutularaq Zərərçəkmiş şəxs verilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş olan maddi sübut 1 ədəd CD disk, pul köçürülmələrinə dair qəbzlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar