Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-40/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 nömrəli inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi, Füzuli küçəsində nömrsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşayış evində heç kimin olmamasından istifadə edərək, daş hasarın üzərindən həyətyanı sahəyə keçdikdən sonra evin giriş qapısının klidini əli ilə itələyib sındıraraq, yaşayış sahəsinə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2.000 manat dəyərində istifadə olunmuş “Kristina” markalı “Koniktiker” modelli, 46 ölçülü, astarı qara rəngli ipək polister tərkibli parçadan tikilmiş, hündürlüyü 70 sm, üstünə tikilmiş papaq ilə birlikdə, təbii xəzdən yarım paltonu, 01 ədəd 20 manat dəyərində üzərində sarı sarı-gümüşü rəngli kürə formalı elementlər olan, sarı rəngli əlvan metal ərintisindən hazırlanmış 19.21 qram çəkidə sırğa cütünü, 01 ədəd 13 manat dəyərində sarı rəngli əlvan metal ərintisindən hazırlanmış 19.21 qram çəkidə üzərində qiymətli qaşlara aid olmyan ağ şəffaf qaşları olan sırğa tayını, 01 ədəd 03 manat dəyərində sarı rəngli əlvan metal ərintisindən hazırlanmış 10.12 qram çəkidə üzərində qiymətli qaşlara aid olmayan müxtəlif rəngli qaşlar olan üzüyü, 01 ədəd 05 manat dəyərində gümüş rəngli əlvan metal ərintisindən hazırlanmış 2.02 qram çəkidə üzərində 01 ədəd qiymətli qaşlara aid olmayan ağ şəffaf qaş olan üzüyü - bujiteriya dəstini, ümümilikdə dəyəri 500 manat təşkil edən 01 ədəd üzüyü, bir ədəd boyunbağını, bir cüt gümüş sırğa dəstini, 01 ədəd 1.000 manat dəyərində 750 əyarlı 8 qram çəkidə üzərində bir ədəd briliyant qaşı olan sarı qızıldan qadın üzüyünü və 01 ədəd 1.000 manat dəyərində 750 əyarlı 7 qram çəkidə üzərində bir ədəd briliyant qaşı olan sarı qızıldan qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4.541 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ilin iyul-avqust ayında narkotik vasitədən istifadə etdiyi üçün inzibati qaydada həbs olunmuş və həmin ərəfədə onunla birlikdə inzibati həbs olunanların saxlanılma məntəqəsində həbsdə olan Şahid2 ilə tanış olmuşdur. Azadlığa buraxıldıqdan sonra münasibətlərini kəsməmişlər, bir-birləri ilə əlaqə saxlamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Kamranın yaşadığı evin qarşısına gəlmiş, ordan isə sonuncu ilə birlikdə xatırlamadığı kafeyə gedib yemək yeyib spirtli içki qəbul etmişlər. Kafedən çıxdıqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşayış evinin qarşısından keçdikləri zaman evin giriş qapısının qıfılla bağlı olduğunu gördükdə Kamrana evdə heç kəsin olmadığını bildirib oradan oğurluq etməyi təklif etmiş, sonuncu da onun təklifini qəbul etmişdir. Ətrafa baxıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra Kamranla birlikdə evin daş hasarından həyətə düşmüşlər. Həyətə düşdükdə Kamran oğurluq etmək istəmədiyini, getmək istədiyini bildirmişdir. Buna görə Kamrana əsəbləşmiş və aralarında sözlə mübahisələri olmuşdur. Buna baxmayaraq həyətə daxil olduqları yerdən çıxıb getmişdir. Bundan sonra özü tək evin giriş qapısını itələyib açaraq evə daxil olmuş, oradan qadın gödəkçəsini və müxtəlif növ sarı və gümüşü rəngli məmulatları özü ilə götürmüş, tapdığı digər əşyaları isə evdən tapdığı torbaya yığıb evin içərisində qoymuşdur. Oğurladığı əşyaları yaşadığı evə gətirib gizlətmiş, ailə üzvülərinə isə bu barədə heç nə deməmişdir. Sonradan qadın gödəkçəsini və sarı rəngli dəmir məmulatdan olan əşyaların bir neçəsini satmaq üçün yaşadığı qəsəbənin ərazisində olan “Xəyal” ticarət mərkəzinə aparmış, orada mağazası olan Seyid ləqəbli tanışına həmin əşyaları göstərib onların özünə məxsus olduğunu bildirərək 50 manata sonuncuya satmış, əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin əşyaları Seyid adlı şəxsə satarkən sarı rəngli dəmir məmulatından olan əşyaların bijuteriya olduğu ona məlum olmuşdur. Yaşadığı evə qayıtdıqdan sonra qalan əşyaların da bijuteriya olduğunu düşünüb onları xatırlamadığı ərazidə zibil qabına atmışdır. Oğurluq hadisəsindən sonra Kamranı bir daha görməmiş, xx xxxxxxxx 2019-cu il tarixdə isə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, hadisəni törədərkən spirtli içkinin təsiri altında olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı evdən konkret olaraq hansı əşyaları oğurladığını, habelə Seyid ləqəbli şəxsə konkret olaraq hansı bijuteriyaları satdığını xatırlamır, Zərərçəkmiş şəxs Feruz qızının ifadəsində göstərdikləri ilə razıdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, adətən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən evdə yaşayır, yay fəslində isə Bakı şəhəri, Xəzər rayonu Şüvələn qəsəbəsində olan bağ evinə gedir. xx xxxxxx 2019-cu il tarixdə qeyd etdiyi bağ evinə getmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində ailə üzvüləri ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi 17 ünvanında yerləşən evlərinə gəlmiş, həyətdən pilləkənlə evə qalxdıqda qapının klidinin sındırıldığını görmüşdür. Dərhal anası ilə birlikdə içəri girmiş, içəri girdikdə evdə olan müəyyən əşyaların dağıdıldığını görüb evdən oğurluq edildiyini başa düşmüşdür. Qonaq otağına girdikdə evinin içərisində olan qab-qacaq dəstlərinin və başqa əşyaların selefon və parça bağlamalara yığıldığını görmüş, yataq otağına baxdıqda isə oradan özünə məxsus bir cüt sırğa, bir ədəd sırğa, iki ədəd üzük bujiteryaların, bir dəst, yəni bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğa gümüş dəstinin, bir ədəd qadın xəz gödəkçənin, iki ədəd qızıl üzüyün oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən polis əməkdaşları gəlib evə baxış keçirərək fotoşəkillər çəkmişlər. Səhəri gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə ərizə ilə polis bölməsinə müraciət etmiş və izahatı alınmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, ona məxsus evdən oğurlanmış bir ədəd sırğa, iki ədəd üzük bijuteriyaları, bir ədəd qadın xəz gödəkçəsi, iki ədəd qızıl üzük ona məxsus olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 6.000 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, evindən dəyəri 3000 manat olan bir ədəd xəz qadın gödəkçəsi, ümuilikdə dəyəri təxminən 500 manat təşkil edən bir cüt sırğa, bir ədəd sırğa, iki ədəd üzük bijuteriyaları, 500 manat dəyərində bir dəst, yəni bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğa gümüş dəsti, 1.000 manat dəyərində 750 əyarlı təxminən 8 qram çəkidə üzərində bir ədəd briliyant qaşı olan bir ədəd qadın üzüyü və 1.000 manat dəyərində 750 əyarlı təxminən 7 qram çəkidə üzərində bir ədəd briliyant qaşı olan bir ədəd qadın üzüyü oğurlanmışdır. Belə bir hadisə ilə ilk dəfə rastlaşdığından həyəcanın təsirindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə etdiyi müraciətdə, ilkin araşdırma zamanı ərizəsində və izahatında oğurlanmış əşyaları təxmini olaraq göstərmişdir. Sonradan ibtidai araşdırma zamanı bir ədəd “Kristina” markalı “Koniktiker” modelli yarım palto, sarı metal məmulatdan olan bir cüt sırğadan, bir ədəd sırğadan və iki ədəd üzükdən ibarət bijuteriyaları aşkar edilərək ona qaytarılmış, lakin ona vurlmuş maddi ziyanın qalan hissəsi ödənilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışalmadığını, ondan şikayətçi olduğunu bildirdi və sonuncuya ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, adı Vəli olsa da, yaşadığı kənddə Seyid kimi tanınır və buna görə də ona Seyid deyə müraciət olunur. Təxminən 06 aydır Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində olan “Xəyal” ticarət mərkəzinin yaxınlığında icarəyə götürüb işlətdiyi mağazada qədim əşyaların alqı-satqısı ilə, eyni zamanda məişət əşyalarının təmiri ilə məşğul olur. 2019-cu ilin sentyabr ayının ortalarında səhər satlarında işlədiyi mağazada olarkən, əvvəllər tanımadığı, adını sonradan bildiyi Rəfail adlı şəxs ona yaxınlaşıb arvadına məxsus 01 ədəd qadın gödəkçəsini, yəni şubanı, bir cüt sırğadan, bir ədəd sırğadan və iki ədəd üzükdən ibarət bijuteriyaları satmaq istədiyini bildirmişdir. Rəfailin satmaq istədiyi gödəkçə və bijuteriyalar xoşuna gəldiyindən, onları daha sonra satmaq məqsədilə almaq qərarına gəlmişdir. Rəfailin şəxsiyyət vəsiqəsinin kserosurətini götürdükdən sonra qeyd etdiyi əşyaları 50 manata almışdır. Bundan sonra Rəfail çıxıb getmiş və bir daha onu görməmiş, aldığı əşyaları isə mağazada satışa qoymuşdur. Sonradan polis əməkdaşları işlədiyi mağazaya gəlib Rəfaildən aldığı əşyaların oğurluq olduğunu bildirmişlər. Buna görə də o, həmin əşyaları, o cümlədən Rəfailin şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2019-cu ilin iyul-avqust ayında narkotik vasitədən istifadə etdiyi üçün inzibati qaydada həbs olunmuş və həmin ərəfədə onunla birlikdə inzibati həbs olunanların saxlanılma məntəqəsində həbsdə olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Azadlığa buraxıldıqdan sonra münasibətlərini kəsməmişlər, bir-birləri ilə əlaqə saxlamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Ramil onun yaşadığı evin qarşısına gəlmiş, ordan isə birlikdə xatırlamadığı kafeyə gedib yemək yeyib spirtli içki qəbul etmişlər. Kafedən çıxdıqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşayış evinin qarşısından keçdikləri zaman Ramil evin giriş qapısının qıfılla bağlı olduğunu gördükdə ona evdə heç kəsin olmadığını bildirib oradan oğurluq etməyi təklif etmiş, spirtli içkinin təsiri altında olduğu üçün Ramilin təklifini qəbul etmişdir. Ətrafa baxıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra Ramillə birlikdə evin daş hasarından həyətə düşmüşlər. Həyətə düşdükdən sonra ev sahibinin kasıb olduğunu görüb Ramilə oğurluq etmək istəmədiyini, getmək istədiyini bildirmişdir. Oğurluq etməkdən vaz keçdiyinə görə Ramil əsəbləşərək ona “gör sənin başına nə oyun açacam” demiş və aralarında sözlə mübahisələri olmuşdur. Buna baxmayaraq həyətə daxil olduqları yerdən çıxıb yaşadığı evə getmiş və Ramili bir daha görməmişdir. İş materiallarında olan baxış keçirmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin dəhlizdən sol tərəfdə olan yataq otağının dağınıq vəziyyətdə olduğu, həmin otağın girişindən sol tərəfdə olan şkaflardan Zərərçəkmiş şəxs məxsus xəz kürkün, habelə qızıl və gümüş zinyət əşyalarının oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı hadisə yerindən 14 ədəd əl-barmaq izləri müəyyən edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bazasına Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən, Nizami rayon Polis İdarəsindən, Sabunçu rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından və Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş), xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, sol əlinin isə orta barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan götürmə haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, cinayət yolu ilə ələ keçirilmiş bir ədəd xəz qadın gödəkçəsi, həmçinin sarı metal məmulatdan olan bir cüt sırğadan, bir ədəd sırğadan, iki ədəd üzükdən ibarət bijuteriyalar Şahid1 götürülmüşdür. İş materialalrında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bir ədəd xəz qadın gödəkçəsini, həmçinin sarı metal məmulatdan olan bir cüt sırğadan, bir ədəd sırğadan, iki ədəd üzükdən ibarət bijuteriyaları nəzərədən keçirib həmin əşyaların ona məxsus olduğunu, onları əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Şahid2 Bakı şəhəri, Suraxanı, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən fərdi yaşayış evini göstərərək, xx xxxxxxxx 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə həmin evin həyətinə daxil olduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid2 və şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmədindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Şahid2 xx xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşayış evinin həyətinə daxil olduğunu, lakin sonradan həmin evdən oğurluq etməmək qərarına gəldiyinə görə oradan çıxıb getdiyini, bu zaman aralarında sözlə mübahisələrinin olduğunu, sonuncunun orada qaldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşayış evinə haradan, necə daxil olduğunu, həmin evdən hansı əşyaları oğurladığını əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiy ifadəsini təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə, sonuncu isə öz növbəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq etməklə ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan materialların məhkəmə ekspertizasının, məhkəmə iqtisad ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27127/27128 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bijuteriyaların və gödəkçənin 2019-cu ilin sentyabr ayına olan pərakəndə satış qiyməti ümumilikdə 2.041 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 19/447R nömrəli daktiloskopik ekspertiza rəyindən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs qıəzına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl barmaq izi xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmaqlığının əksi ilə eynilik təşkil etmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq və 03 ədəd ovuc izi ilə DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri arasında eynilik müəyyən edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid2 əməlində cinayət tərkibi əlaməti olmadığından cinayət işinin icratının ona aid olan hissəsinə hissəvi xitam verilməklə yanaşı onun barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunmuş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxx 2019-cu il tarixli məlumatından həmçinin görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin cinayət residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə olan halda, qəsdən cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, həmin məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla ağır cinayət törətməyə görə təyin edilmiş cəzanı çəkilib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə, həmçinin qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. İş materiallarından müəyyən edildiyi kimi hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Habelə iş materiallarından görünür ki, başqa bir cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(010)- 16/2020 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işi üzrə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə hazırki cinayət işi üzrə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kristina” markalı “Koniktiker” modelli yarım paltonun, sarı metal məmulatdan olan bir cüt sırğadan, bir ədəd sırğadan və iki ədəd üzükdən ibarət bijuteriyaların ibtidai araşdırma zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(010)-16/2020 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kristina” markalı “Koniktiker” modelli yarım paltonun, sarı metal məmulatdan olan bir cüt sırğadan, bir ədəd sırğadan və iki ədəd üzükdən ibarət bijuteriyaların ibtidai araşdırma zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-40/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-40/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver