Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-40/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4, 221.3, 177.2.1, 177.2.3, 150.2.1, 150.2.4 və 145.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu tətbiq edilərək ona Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təyin edilmiş cəza 06 ay azaldılmaqla və həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 18 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-372/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 04 avqust 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılmışdır) və 04 avqust 2021-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, xx xxxxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Günnüt kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-370/2021 nömrəli işi üzrə 06 avqust 2021ci il tarixli qərarı ilə əvvəli 04 avqust 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılmışdır) və 04 avqust 2021-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 03 avqust 2021-ci ildə saat 15 radələrində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu, Məktəbli küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 gəlib-gedən şəxsləri müşahidə etmək üçün həyətdə dayanmış, o isə evin plastik pəncərəsindən evə daxil olub evdən cəmi 330 manat dəyərində yeddi ədəd alüminium profilləri, cəmi 1.200 manat dəyərində ümumilikdə 40 metr uzunluğunda, 10x10 ölçüdə 5 mm-lik dəmir profilləri, cəmi 500 manat dəyərində iyirmi ədəd 80x2.40 ölçüdə laminat listləri, 180 manat dəyərində bir ədəd samovarı, cəmi 240 manat dəyərində avtomobil üçün iki ədəd qış təkərlərini, 250 manat dəyərində bir ədəd “Bosch” markalı paltaryuyanı, 250 manat dəyərində bir ədəd “Siemens” markalı soyuducunu, cəmi 280 manat dəyərində iki ədəd dəmir barmaqlıqları, cəmi 80 manat dəyərində hidroforu ilə birlikdə su motorunu, 1.200 manat dəyərində pultla işləyən bir ədəd jalüz qaraj qapısını, cəmi 300 manat dəyərində 30 kv.m laminat parketi, cəmi 150 manat dəyərində 150 metr uzunluğunda 4-lük elektrik naqilini, cəmi 390 manat dəyərində 13 kv.m döşəmə üçün taxtanı, cəmi 480 manat dəyərində 5 ədəd 10 seksiya radiatorları, cəmi 90 manat dəyərində iki ədəd smesitelləri, cəmi 80 manat dəyərində qabqacaq dəstlərini (6 ədəd stəkan, 6 ədəd boşqab və iki ədəd qazan), 170 manat dəyərində bir ədəd Jalüz pərdəni, cəmi 190 manat dəyərində 3 ədəd divar üçün güzgüləri, 100 manat dəyərində bir ədəd “Ariston” markalı, “Ti-Shape lOOQB EE” modelli, 100 litr tutumlu su qızdırıcısını və 100 manat dəyərində bir ədəd “Electronicsdeluxe” markalı, “5W60V1” modelli su qızdırıcısını gizli olaraq talamış, nəticədə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 6.560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 04 avqust 2021-ci ildə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,396 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 04 avqust 2021-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Bizim Market” mağazasının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq yaşıl rəngli şalvarının arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 03 avqust 2021-ci il tarixdə saat 15 radələrində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu, Məktəbli küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə etmək üçün həyətdə dayanmış, Təqsirləndirilən şəxs1 isə evin plastik pəncərəsindən evə daxil olub evdən, cəmi 330 manat dəyərində yeddi ədəd alüminium profilləri, cəmi 1.200 manat dəyərində ümumilikdə 40 metr uzunluğunda, 10x10 ölçüdə 5 mm-lik dəmir profilləri, cəmi 500 manat dəyərində iyirmi ədəd 80x2.40 ölçüdə laminat listləri, 180 manat dəyərində bir ədəd samovarı, cəmi 240 manat dəyərində avtomobil üçün iki ədəd qış təkərlərini, 250 manat dəyərində bir ədəd “Bosch” markalı paltaryuyanı, 250 manat dəyərində bir ədəd “Siemens” markalı soyuducunu, cəmi 280 manat dəyərində iki ədəd dəmir barmaqlıqları, cəmi 80 manat dəyərində hidroforu ilə birlikdə su motorunu, 1.200 manat dəyərində pultla işləyən bir ədəd jalüz qaraj qapısını, cəmi 300 manat dəyərində 30 kv.m laminat parketi, cəmi 150 manat dəyərində 150 metr uzunluğunda 4-lük elektrik naqilini, cəmi 390 manat dəyərində 13 kv.m döşəmə üçün taxtanı, cəmi 480 manat dəyərində 5 ədəd 10 seksiyalı radiatorları, cəmi 90 manat dəyərində iki ədəd smesitelləri, cəmi 80 manat dəyərində qabqacaq dəstlərini (6 ədəd stəkan, 6 ədəd boşqab və iki ədəd qazan), 170 manat dəyərində bir ədəd jalüz pərdəni, cəmi 190 manat dəyərində 3 ədəd divar üçün güzgüləri, 100 manat dəyərində bir ədəd “Ariston” markalı, “Ti-Shape lOOQB EE” modelli, 100 litr tutumlu su qızdırıcısını və 100 manat dəyərində bir ədəd “Electronicsdeluxe” markalı, “5W60V1” modelli su qızdırıcısını gizli olaraq talamış, nəticədə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 6.560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 4 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Bizim Market” mağazasının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən qara rəngli pul kisəsinin içərisindən 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,067 qr, 0,123 qr, 0,047 qr, 0,027 qr, ümumi təmiz çəkisi 0,264 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,028 qr, 0,031 qr, 0,036 qr, ümumi təmiz çəkisi 0,095 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə pulu olmadığından oğurluq etmək qərarına gəlib bu məqsədlə 03 avqust 2021-ci il tarixdə saat 15 radələrində adını və soyadını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu, Məktəbli küçəsində yerləşən evi görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Həmin ev iki mərtəbəli olmaqla, evin ətrafında daş hasar olsa da, evə giriş qapısı olmayıb. Nazimlə birlikdə həyətə daxil olduqdan sonra evin içərisinə daxil olmaq üçün taxtadan olan pilləkənlə yuxarı qalxmış, evin qapısı bağlı vəziyyətdə olduğundan, Nazimə gələn olsa ona xəbər verməsi üçün evin həyətində dayanmasını bildirmiş, həmçinin evin içərisindən Nazimə verəcəyi əşyaları evin həyətinə yığması barədə razılaşmışlar. Bundan sonra evin plastik pəncərəsinin açıq olduğunu görüb, itələyərək onu açıb içəriyə daxil olmuş və daxil olduqdan sonra evdə yeni əşya olmadığından, evin mətbəxindəki bir ədəd su qızdırıcı cihazını daxil olduğu pəncərədən Nazimə vermiş, Nazim isə həmin əşyanı həyətə qoymuşdur. Sonra evin digər otağından sayını xatırlamadığı 10x10 ölçüdə 5mm-lik dəmir profillər, alüminium profillər, bir ədəd jalüz pərdə, iki ədəd dəmir barmaqlıq götürüb evin həyətinə yığmışlar. Daha sonra Nazimlə birlikdə gedib yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə həmin əşyaları oradan götürüb apardılar. Həmin əşyalardan əldə etdiyi pulları Nazim ilə birlikdə öz ehtiyaclarına xərcləyiblər. O, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və oğurladığı əşyaların nələrdən ibarət olduğunu etiraf etmişdir. Lakin qeyd olunan bəzi əşyaları o, oğurlamayıb. Zərərçəkmiş şəxs evinə aparılan zaman orada da zərərçəkmiş şəxsə hansı əşyaları oğurladığını bildirdi. Polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona təzyiq və təsir olub. O, isə bu səbəbdən qeyd olunan bütün əşyaları oğurladığını etiraf etmiş və iş materiallarında olan sənədləri imzalamışdır. Beləliklə, zərərçəkmiş şəxsin evindən yuxarıda qeyd olunanlardan başqa heç nə oğurlamayıb. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, təxminən doqquz ildir narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edirdi. 04 avqust 2021-ci il tarixdə saat 17:50 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən «Bizim Market»-in qarşısındakı dayanacaqda olan zaman iki nəfər mülki geyimdə olan şəxslərin Təqsirləndirilən şəxs2 yaxınlaşıb, təzyiq göstərərək aparmaq istədiklərini gördü. Həmin vaxt onun üzərində narkotik vasitə var idi. O, Təqsirləndirilən şəxs2 təzyiq göstərdiklərini görən zaman onlara tərəf gedərək cibində olan bıçağı çıxardı. Həmin şəxslərin polis əməkdaşları olduqlarından xəbəri yox idi. Sonra polis əməkdaşları onları döyərək polis bölməsinə apardılar. Qeyd edir ki, hadisə vaxtı üzərində narkotik vasitə olub, lakin ittiham aktının nəticəvi hissəsində göstərilən miqdarda deyil, daha az miqdarda olubdur. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə arasında dostluq münasibəti vardır. Baba ilə birlikdə pulu olmadığından oğurluq etmək qərarına gəldilər. Bu məqsədlə yaşayış olmayan ev axtardılar. 03 avqust 2021-ci il tarixdə saat 15 radələrində adını və soyadını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu, Məktəbli küçəsində yerləşən evini görüb həmin evdən oğurluq etmək qərarına gəldilər. Həmin ev iki mərtəbəli olmaqla, həyətin yanları daş hasar olsa da, evin giriş qapısı yox idi. Baba ilə birlikdə həyətə daxil olduqdan sonra evin içərisinə daxil olmaq üçün taxtadan olan pilləkənlə yuxarı qalxmaq lazım olduğundan, Baba pilləkən ilə yuxarı qalxıb evin qapısının dəmirdən qapı olmaqla bağlı vəziyyətdə olduğunu gördü və ona evin həyətində gəlib-gedən şəxsləri müşahidə etmək üçün dayanmağını bildirdi. Həmçinin evin içərisindən Baba oğurladıqları əşyaları ona verməli və o, da həmin əşyaları evin həyətinə yığmalı idi. Bu razılaşmadan sonra Baba evin plastik pəncərəsinin açıq olduğunu görüb, pəncərədən evin içərisinə daxil oldu, sonra isə oradan müəyyən əşyalar götürüb ona verdi ki, həyətə yığsın. Təqsirləndirilən şəxs2 həmçinin bildirir ki, zərərçəkmiş şəxsin evindən yalnız Təqsirləndirilən şəxs1 bildirdikləri əşyaları oğurlayıblar. Daha sonra Baba ilə birlikdə gedib yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə həmin əşyaları oradan götürüb apardılar. Həmin əşyalardan əldə etdiyi pulları Nazim ilə birlikdə öz ehtiyaclarına xərclədilər. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, təxminən 2 il idi narkotik vasitə olan heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddədən istifadə edirdi. 03 avqust 2021-ci il tarixdə bədənində ağrılar başladığı üçün axşam saat 21 radələrində yaşadığı evdən çıxıb və narkotik vasitə almaq üçün Zığ qəsəbəsi ərazisinə gəlib Zığ qəsəbəsində tanımadığı şəxslə rastlaşmış, həmin şəxs ilə söhbət edən zaman sonuncu ona narkotik vasitə satdığını demişdir. Bundan sonra həmin şəxsdən ona narkotik vasitə satmasını xahiş etdi, həmin şəxs də nə qədər pulunun olmasını soruşduqda ona üzərində 20 manat olduğunu bildirdi, həmin şəxs ona bir ədəd sellofanın içərisində narkotik maddələr verdi. Həmin şəxsə 20 manat pul verdikdən sonra oradan çıxıb getdi, həmin şəxs getdikdən sonra sellofanı açıb içərisinə baxdıqda sellofanın içərisində bir neçə büküm olduğunu gördü. Narkotik maddələri götürüb oradan yaşadığı evə gəldi, 04 avqust 2021-ci il tarixdə axşam saatlarına qədər narkotik maddələrin bir qismini inyeksiya yolu ilə istifadə etdi, qalan qismini isə axşam saat təxminən 18 radələrində pul kisəsinin içərisinə qoyub cibində saxladı. Piyada yol ilə gələn zaman ona bir neçə nəfər şəxs yaxınlaşmış məlum oldu ki, həmin şəxslər Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşlardır. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdikdən sonra özünü təqdim etdi, polis əməkdaşları ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmağını deyib onu Suraxanı RPİnin 30-cu polis şöbəsinə dəvət etdilər. Suraxanı RPİ-nin 30-cu polis şöbəsində üzərinə baxış keçirilərkən narkotik vasitələr aşkar olundu. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, üzərində həqiqətən də narkotik vasitələr aşkar olunduğuna baxmayaraq, miqdarı ittiham aktında göstərilən qədər deyil, daha az olmuşdur. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq yaşayış massivində ona məxsus bağ evi var. Bağ evi iki mərtəbəlidir. Birinci mərtəbədə iki otaq var. İkinci mərtəbədə otaqları hələ bölməmişdir. Evində təmir işləri gedirdi. Həmin bağ evi təmirli olmadığından orada yaşamır və arada bir nəzarət etmək üçün gedib-gəlirdi. Sonuncu dəfə həmin bağ evinə 23.07.2021-ci il tarixdə gedib nəzarət etmişdir. Həmin vaxt evində hər şey qaydasında idi. 03.08.2021-ci il tarixdə saat 16 radələrində evinə nəzarət etmək məqsədilə getmiş, evinin plastikdən olan pəncərəsinin açıq olmasını görüb sonra evinin dəmir qapısını açıb evə daxil olduqda gördü ki, evində bəzi əşyalar yerində yoxdur. Evində olan əşyaların olmamasını gördükdən sonra başa düşdü ki, naməlum şəxslər evindən oğurluq etmişdir. Sonra evinə baxış keçirdi və müəyyən etdi ki, evində olan 330 manat dəyərində yeddi ədəd alüminium profillər, 1.200 manat dəyərində 40 metr uzunluğunda 10x10 ölçüdə 5 mm qalınlığında dəmir profillər, 500 manat dəyərində iyirmi ədəd 80x2.40 ölçüdə laminat list, 180 manat dəyərində bir ədəd samovar, 240 manat dəyərində iki ədəd avtomobil üçün qış təkərləri, 250 manat dəyərində bir ədəd “Bosh” markalı paltaryuyan, 250 manat dəyərində bir ədəd “Siemens” markalı soyuducu, 280 manat dəyərində iki ədəd dəmir barmaqlıq, 80 manat dəyərində hidroforu ilə birlikdə su motoru, 1.200 manat dəyərində pultla işləyən jalüz qaraj qapısı, 300 manat dəyərində 30 kv.m laminat parket, 150 manat dəyərində 150 metr uzunluğunda 4-lük elektrik naqili, 390 manat dəyərində 13 kv.m döşəmə üçün taxta, 480 manat dəyərində 5 ədəd 10 seksiyalı radiator, 90 manat dəyərində iki ədəd smesitel, 80 manat dəyərində qab-qacaq dəsti (6 ədəd stəkan, 6 ədəd boşqab və iki ədəd qazan), 170 manat dəyərində bir ədəd jalüz pərdə, 190 manat dəyərində 3 ədəd divar üçün güzgü, 100 manat dəyərində bir ədəd “Ariston” markalı, “Ti Shape lOOQB EE” model, 100 litr tutumlu su qızdırıcı və 100 manat dəyərində bir ədəd “Electronicsdeluxe” markalı, “5W60V1” model su qızdırıcı oğurlanmışdır. Hadisə nəticəsində ümumilikdə mənə 6.560 manat maddi ziyan dəymişdir. Sonra bu barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə müraciət etdi, ərizə yazan zaman təxmini olaraq hesablayıb 6.000 manat ziyan dəyməsini bildirdi, hal-hazırda isə oğurlanan əşyaların hamısını aldığı qiymətlə hesablamış, ümumilikdə ona 6560 manat dəyərində maddi ziyan dəyməsini müəyyən etdi. Şahid3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən bir il olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ləvəngi” adlanan ərazidə metal qəbulu məntəqəsində işləyir. İşlənmiş metalları alıb sonra da həmin metalları satır. 03 avqust 2021-ci il tarixdə saat 18 radələrində iki nəfər şəxs ona yaxınlaşıb özlərinə məxsus iki ədəd su qızdırıcı, iki ədəd də dəmir profil satmaq istədiklərini bildirdilər. Həmin şəxslərdən ona satmaq istədikləri əşyaların kimə məxsus olmasını soruşduqda hər ikisi də əşyaların özlərinə məxsus olduğunu yararsız olduğundan satmaq istədiklərini bildirdilər. Sonra onlardan şəxsiyyət vəsiqələrini tələb etdi ki, həmin əşyaların oğurluq olubolmamasını dəqiqləşdirsin. Həmin vaxt şəxslərdən biri şəxsiyyət vəsiqəsini ona göstərdiyindən, inanmışdır. Sonra həmin əşyaları onlardan 50 manata almışdır. Daha sonra işdə olan zaman polislər ona yaxınlaşıb ondan iki ədəd su qızdırıcı və dəmir profilləri alıb-almamağını soruşduqda polislərə Baba və Təqsirləndirilən şəxs2 ona iki ədəd su qızdırıcı və iki ədəd dəmir profillər satdıqlarını bildirdi, həmin vaxt polislər ona həmin əşyaların oğurluq yolu ilə əldə olunmuş əşyalar olduğunu dedilər. Bunu bildikdən sonra həmin əşyaları könüllü olaraq polislərə təhvil verdi. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarına üzrlü səbəbdən gələ bilmədiyini, iş üzrə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərinə baxmayaraq, onların ittiham aktının nəticəvi hissəsində göstərilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə bununla bağlı məsələyə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslər iş üzrə ibtidai araşdırma dövründə müdafiəçilərinin iştirakı ilə verdikləri yazılı ifadələrində onlara ittiham olunan bütün cinayət əməllərini tam etiraf etmiş, ibtidai araşdırma orqanına törətdikləri cinayətlərin təfsilatı ilə bağlı ətraflı məlumat vermişlər. Bununla yanaşı, 05 avqust 2021-ci il tarixli 6/3311 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,396 qram boz rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. 05 avqust 2021-ci il tarixli 6/3312 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 7 büküm...” yazısı olan zərfdəki 4 (dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,067 qr, 0,123 qr, 0,047 qr, 0,027 qr, ümumi təmiz çəkisi 0,265 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3(üç) ədəd bükümdə, onlardan 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,028qr və 0,031qr boz rəngli tozşəkilli maddələr və 1(bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,036qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər, lakin 1 (bir) ədəd bükümdə olan heroin xarici əlamətlərinə və təkirblərindəki komponentlərinə görə onlardan fərqlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. 05 oktyabr 2021-ci il tarixli 3788 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 07 oktyabr 2021-ci il tarixli 3819 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 22 oktyabr 2021-ci il tarixli 9/7597nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 225,00 manat müəyyən edilir. O, cümlədən: 01 ədəd “Ariston” markalı, “Ti-Shape 100QB EE” model, 100 l tutumlu su qızdırıcı-100,0 manat; 01 ədəd “Electronicsdeluxe” markalı, “5W60V1” model, su qızdırıcı-80,0 manat; 01 ədəd 3 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil-30,0 manat; 01 ədəd 1,5 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil-15,0 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin işin məhkəmə baxışı dövründəki ifadələri bir sıra halları gizlətməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən olsa da etiraf etdiyini və peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4, 221.3, 177.2.1, 177.2.3, 150.2.1, 150.2.4 və 145.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu tətbiq edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş cəza 06 ay azaldılmaqla və həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 18 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayət əməlini yuxarıda qeyd olunan hökmlər üzrə məhkumluğu götürülmədən və ödənilmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən «Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz». Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini qismən olsa da etiraf etdiyini və peşman olduğunu, bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,346 qram və 0,065 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin; qalıq çəkisi 0,185 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli; bir ədəd “Ariston” markalı, “Ti-Shape lOOQB EE” modelli, 100 litr tutumlu su qızdırıcısı, bir ədəd “Electronicsdeluxe” markalı, “5W60VT’ modelli su qızdırıcısı, bir ədəd 3 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil və bir ədəd 1,5 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil Zərərçəkmiş şəxs qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilməli; 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 278 (iki yüz yetmiş səkkiz) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,346 qram və 0,065 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin; qalıq çəkisi 0,185 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsinlər. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Ariston” markalı, “Ti-Shape lOOQB EE” modelli, 100 litr tutumlu su qızdırıcısı, bir ədəd “Electronicsdeluxe” markalı, “5W60VT’ modelli su qızdırıcısı, bir ədəd 3 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil və bir ədəd 1,5 metr uzunluğunda 10x10 ölçüdə 5 mm-lik dəmir profil Zərərçəkmiş şəxs qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 278 (iki yüz yetmiş səkkiz) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-40/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-40/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver