Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-40/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun tanışı Şahid məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən boş torpaq sahəsində ümumulikdə 68.000 manata 120 kv. tam təmirli fərdi yaşayış evi tikdirəcəyinə və tikinti üçün müvafiq orqanlardan lazımi icazə sənədlərini əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 8.500 manat pulunu, bir neçə gün sonra Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2.500 manat pulunu, bir neçə gün sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Bizim market” mağazasının yaxınlığında 2.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 13.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə əvvəlki məhkəmə iclasında təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yeni ev inşa edilməsi üçün özü tərəfindən usta birliyi yaratmış və istənilən müştəridən sifariş qəbul edib müştərinin zövqünə uyğun yeni fərdi yaşayış evləri inşa edərək, evləri tam təmirli vəziyyətdə müştəriyə təqdim etmişdir. 2022-ci ilin may ayında ona tanımadığı nömrə ilə bir nəfər şəxs zəng vurub özünü Zərərçəkmiş şəxs kimi təqdim etmiş, Zərərçəkmiş şəxs bildirmişdir ki, tanışı Aygün adlı xanım özünə fərdi yaşayış evi tikdirmək istəyir, bu məqsədlə ona zəng vurmuşdur. Telefonla danışarkən Zərərçəkmiş şəxsla görüş təyin etmiş və onunla Bakı şəhəri, Binəqədi rayonunda görüşmüşlər. Zərərçəkmiş şəxs bir daha bildirmişdir ki, tanışı Aygün xanım Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində torpaq sahəsində tikinti üçün icazə alınıb özünə 1 mərtəbən ibarət kürsülü fərdi yaşayış evi inşa etmək niyyətindədir, bu növ evlərin ümumi xərcini ondan soruşduqda Zərərçəkmiş şəxs Aygün xanımın sifariş etdiyi 120 kv evi tam təmirli vəziyyətdə tikdirə biləcəyini, həmçinin tikinti üçün müvafiq orqanlardan icazə sənədləri ala biləcəyini, bunun üçün ümumilikdə 68.000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da Aygün xanımla danışdıqdan sonra bir söz deyəcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb razılaşdığını bildirmiş, Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra sonuncu bildirmişdir ki, Aygün xanımla görüşüb onu tanış etmək istəyir. Aygün adlı xanımın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən fərdi yaşayış evində görüşmüşlər, orada özü, Aygün və Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs həmin zaman Aygün xanıma onu torpaq sahəsində tikinti üçün icazə sənədləri almaq və fərdi yaşayış evini tikdirmək məsələsini həll edəcək şəxs kimi təqdim etmişdir. Lakin, Aygünlə onun arasında heç bir razılaşma, sövdələşmə olmamışdır. Aygün yalnız ona bildirmişdir ki, yeni evin inşası üçün nə lazımdırsa Zərərçəkmiş şəxsla əlaqə saxlasın, Zərərçəkmiş şəxs ona pulu ödəyəcəkdir. Aygün adlı xanım yaşadığı evində onun yanında Zərərçəkmiş şəxs 19.000 manat pul vermiş, Zərərçəkmiş şəxs pulu özü ilə götürdükdən sonra onunla oradan çıxıb şəhərə gəlmişlər. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, evin inşası üçün pulu ona hissə-hissə verəcəkdir. Həmin ərəfələrdə maddi cəhətdən sıxıntıları olduğu üçün düşünmüşdür ki, Zərərçəkmiş şəxs pulu alıb borcunu ödəyər və təxminən 1 aydan sonra tikinti materialları satılan mağazadan inşaat materialları alaraq həmin evin tikintisinə başlayar. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs əvvəlcə ona Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində hazırda yadında qalmayan yerdə 8.500 manat, bir neçə gün sonra həmin qəsəbədə 2.500 manat və bir neçə gün sonra sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Bizim market" mağazasının yaxınlığında 2.000 manat pul ödəmişdir. Orxan hər dəfə ona pulları verərkən yanlarında kənar heç kəs olmamışdır. Bu ödəmələr arasında 3-4 gün fərq olmuşdur. Qeyd etdiyi kimi pula ehtiyacı olduğu üçün həmin pullarla borcunu ödəmişdir. Təxminən 10 gün sonra Zərərçəkmiş şəxs ona zəng vurub evin inşasına nə vaxt başlayacağını soruşmuş, həmin zaman Zərərçəkmiş şəxs yaxın günlərdə evin inşasına başlayacağını bildirmişdir. Sonrakı vaxtlarda maddi cəhətdən sıxıntılar yaşamış və işi görə bilməmiş, həmçinin pulu da geri qaytara bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla danışıb pulu geri qaytarmağını tələb etsə də, maddi imkanı olmadığı üçün pulu geri qaytara bilməmişdir. Aygün adlı xanıma torpaq sahəsində tikinti üçün müvafiq icazə sənədlərinin alınması və həmin torpaq sahəsində tam təmirli 120 kv yeni 1 mərtəbədən ibarət kürsülü olmaqla fərdi yaşayış evini tikdirmək üçün 68.000 manata Orxanla razılaşmışdır. Aygünlə aralarında qeyd olunan məsə ilə bağlı hər hansı bir söhbəti, razılaşma və sövdələşmə olmamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 13.000 manat pul almış, həmin puldan 2.700 manat bir və 3.000 manat bir olmaqla, cəmi 5.700 manatını Zərərçəkmiş şəxs geri qaytarsa da, 7.300 manat pulu qaytara bilməmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında, yəni cinayət işinin digər hakimin icraatında olan zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aygünlə təxminən 4 il olar ki, aralarında tanışlıqları vardır. 2022-ci ilin may ayının əvvəllərində Aygünlə söhbət zamanı sonuncu ona bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsində müvafiq orqanlardan icazə sənədləri alıb fərdi yaşayış evi tikdirmək istəyir. Lakin, bunun üçün vaxtı olmadığını və qeyd olunan məsələ ilə bağlı anlaşıyı olmadığını bildirmişdir. Aygünə həmin məsələdə köməklik göstərə biləcək bir nəfər şəxs tapa biləcəyini demiş, bundan sonra maraqlandıqda ona hazırda yadında qalmayan tanışları Təqsirləndirilən şəxs fərdi yaşayış evi tikdirməklə ev alqı-satqısı ilə məşğul olduğunu demişdirlər. Təqsirləndirilən şəxs mobil nömrəsini tapıb onunla əlaqə saxlamış, sonra Təqsirləndirilən şəxs ilə görüşüb söhbət zamanı ona tanışı Aygün adlı xanımın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində boş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində icazə alınmaqla fərdi yaşayış evi tikdirmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsində tikinti işləri aparılması üçün müvafiq sənədlərin alınmasını, həmçinin 120 kv tam təmirli fərdi yaşayış evi tikdirmək məsələsini özünün həll edə biləcəyini, bunun üçün 68.000 manat pul lazım olduğunu demişdir. Daha sonra Aygünlə ikilikdə danışıb ona Şahin adlı tanışının olduğunu, sonuncunun ona məxsus torpaq sahəsində 120 kv tam təmirli fərdi yaşayış evi tikdirmək və tikinti üçün icazə sənədləri almaqda köməklik göstərə biləcəyini, bunun üçün ümumilikdə 68.000 manat pul lazım olduğunu dediyini bildirmiş, Aygün də onunla razılaşıb bildirmişdir ki, bu işdə Şahin adlı şəxsi tanımır, pulu ona verəcəkdir və ona inanır. Dəqiq tarix yadında deyil, 2022-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə birlikdə Aygünün yaşadığı Bakı şəhəri, Surxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən evinə getmişlər, arada Aygünlə Təqsirləndirilən şəxs tanış etmişdir. Aygün ona yaşadığı evdə ilkin olaraq 19.000 manat pul vermişdir. 2022-ci ilin may ayının əvvəllərində qeyd olunan məsələ ilə bağlı hissə-hissə olmaqla Təqsirləndirilən şəxs 13.000 manat pul vermişdir. Belə ki, birinci dəfə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində hazırda yadında qalmayan yerdə Təqsirləndirilən şəxs ikilikdə 8.500 manat, bir neçə gün sonra yenə də Rəsulzadə qəsəbəsində Təqsirləndirilən şəxs 2.500 manat, bir neçə gün sonra sonuncu dəfə 2.000 manat pulu isə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən "Bizim market" mağazasının yaxınlığında vermişdir. Hər dəfə Təqsirləndirilən şəxs pulları verəndə yanlarında ikisindən başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs həmin pulları 2022-ci ilin may ayının əvvəllərində təxminən 10 gün ərzində vermişdir. Lakin bir neçə gün keçdikdən sonra görmüşdür ki, Təqsirləndirilən şəxs tikinti işlərini başlatmayıbdır, ondan bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, tikinti üçün icazə vermirilər. Daha sonrakı günlərdə isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirdiyini görüb onun artıq etibarından sui-istifadə edərək aldatdığını bilmiş, buna görə də, Təqsirləndirilən şəxs pulu geri qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Aygün isə Şahinlə heç bir danışığı və razılaşması olmadığından, pulunu ondan tələb etməyə başlamış, sonradan hissə-hissə olmaqla Aygünün 19.000 manat pulunu tam olaraq geri qaytarmışdır. Sonda bildirdi ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmiş və hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmənin əvvəlki iclasında, yəni cinayət işinin digər hakimin icraatında olan zaman şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi vardır. 2022-ci ilin may ayında həmin torpaq sahəsində tikinti işləri aparılması üçün müvafiq orqanlardan icazə sənədləri almaq, həmçinin fərdi yaşayış evi tikdirmək istəmişdir. Bu məqsədlə tanışı Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncu bildirmişdir ki, həmin torpaq sahəsində tikinti tişləri aparılması və tikinti işləri aparılmasına icazə alınması üçün bir nəfər tanışı var, həmin tanışının vasitəsilə həmin işləri həll edə bilər. Həmin vaxt Orxanla razılaşmış, Orxan həmin tanışı ilə bu barədə söhbət etdikdən sonra ona bir söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Orxan bildirmişdir ki, tanışı Şahin adlı şəxslə bu barədə danışmış, Şahin həmin torpaq sahəsində tikinti işləri aparılması üçün müvafiq icazə sənədlərinin alınmasına və 120 kv tam təmirli fərdi yaşayış evi tikdirməkdə köməklik göstərə biləcəyini, bunun üçün 68.000 manat pul lazım olduğunu bildirmişdir. Orxana həmin şəxsi tanımadığını, razılaşma və danışığının onun özü ilə olduğunu demiş, Orxan da ona narahat olmamağını demişdir. Bundan sonra Orxanla razılaşmış, dəqiq tarix yadında deyil, 2022-ci ilin may ayının əvvəllərində günorta saatlarında Orxan və əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Şahin adlı şəxs onun yaşadığı evə gəlmişlər. Orxan ona Şahin adlı şəxsin onun torpaq sahəsində tikinti işləri aparılmasına və tikinti işləri üçün müvafiq icazə sənədlərinin alınmasına köməklik göstərəcək şəxs olduğunu demişdir. Bundan sonra yaşadığı ünvan 2 ünvanda Orxana Şahin adlı şəxsin yanında ilkin olaraq 19.000 manat pul vermiş və Şahin adlı şəxsə bildirmişdir ki, evin tikintisi ilə bağlı nə lazımdırsa Orxanla əlaqə saxlasın, sonuncu ona lazım olan məbləğlərdə pulları verəcəkdir. Həmin zaman orada özü, Orxan və Şahin olmuşdur, başqa heç kəs olmamışdır. Bir müddət keçdikdən sonra evin tikintisi üçün müvafiq icazə sənədləri alınmadığını və ev tikintisi başlamadığını görüb Orxandan pulunu tələb etməyə başlamış, Orxan da ona həmin pulun bir hissəsini Şahin adlı şəxsə verdiyini, lakin sonuncunun onu aldatdığını demişdir. Orxana əvvəlcədən razılaşdıqları kimi Şahin adlı şəxsi tanımadığını, pulu özünə verdiyini və hazırda da ondan tələb etdiyini demiş, Orxan da ona dəqiq tarixlər və məbləğlər yadında deyil, hissə-hissə olmaqla ümumilikdə 19.000 manat pulunu geri qaytarmışdır. Əvvəl etdiyi müraciətlərilə bağlı araşdırmalardan narazı qaldığından və hər hansı bir nəticə əldə edə bilmədiyi üçün fikirləşmişdir ki, yəqin pulun verilməsində ailə üzvlərini və rəfiqəsini göstərsə bir nəticə əldə edə bilər. Ona görə də, sonrakı yuxarı instansiyalara etdiyi müraciətlərində Orxana pulun verilməsində ailə üzvlərinin və rəfiqəsinin də iştirak etdiyini qeyd etmişdir. Əsil həqiqətdə yuxarıda da qeyd etdiyi kimi yaşadığı evdə Orxana pulu verərkən yanlarında yalnız Şahin adlı şəxs olmuşdur. Başqa heç kəs olmamışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il təvəllüdlü X1 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onun təqsirləndirilən şəxsə şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 21– 23 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21– 23 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-40/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-40/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver