Məhkəmə qərarları › İş №1(010)-401/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-401/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-401/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X17, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 14 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməsi ilə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 05 aprel 2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi nömrəsiz fərdi yaşayış evində olarkən qızı 2015-ci il təvəllüdlü X3 ona X19 tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması barədə məlumat verməsinə, 06 aprel 2024-cü il tarixdə yenidən həmin ünvanda söhbət zamanı X8 X5 qarşı törətdiyi əməli etiraf etməsinə baxmayaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, nömrəsiz fərdi yaşayış evinin yataq otağında 26 mart 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda X8 onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, özünə qarşı edilən hərəkətlərin mahiyyətini başa düşməməklə, köməksiz vəziyyətdə olan 2015-ci il təvəllüdlü X9 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bilib, həmin xüsusilə ağır cinayətin törədilməsi barədə müvafiq dövlət orqanlarına xəbər verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildə qeyrirəsmi olaraq X12 ilə evlənmiş, həmin evlilikdən 2014-cü il təvəllüdlü Mələk, 2015-ci il təvəllüdlü Nuray və 2018-ci il təvəllüdlü Əli adlı oğlan övladı dünyaya gəlmişdir. Oğluna hamilə olarkən Teymurla yola getmədiklərindən ayrılmışlar. Bundan sonra, bir müddət anasının evində yaşamış, lakin anası ilə də yola getmədikləri üçün 2022-ci ildə anasının evindən uşaqlarını da götürüb çıxmışdır. Bakı şəhərinə gələrək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, nömrəsiz evdə kirayə yaşamağa başlamışdır. Aydanı Yevlax rayonundan tanımışdır. Aydanın uşağı ilə onun qızı Nuray bir sinifdə oxumuşlar. Yevlax rayonundan Aydanla birlikdə, Bakı şəhərinə gəlmişlər. Aydan bir gün sonra rayona qayıtmış, o isə özünə iş taparaq Bakı şəhərində yaşamağa davam etmişdir. Aydanın vasitəsilə onun qohumu və Yevlax rayonundan olan Cavidlə tanış olmuşdur. Cavid Bakı şəhərində, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yaşamışdır. O, həmin vaxt Binə çörək zavodunda işləmişdir. Cavidi özünə qardaş kimi bildiyinə görə, evdə olmayan vaxt uşaqlara nəzarət etmək üçün evin açarlarından birini Cavidə vermişdir. Gecə növbəsində işləsə də, əmək haqqı az olduğu üçün gündüz vaxtları da iş axtardığından evdə olmamışdır. Xatırladığı qədərilə 04 aprel 2023-cü il tarixdə rayona getmiş, səhər çıxıb rayonda işlərini görüb, axşam evə qayıtmışdır. Axşam gələrkən Cavid onlarda olmuş, həmin vaxt qızı Nuray isə bir qədər halsız olduğundan Cavid Nurayın qızdırması olduğunu demişdir. Nuraydan soruşduqda isə Nuray qızdırması olmadığını bildirmişdir. Növbəti gün, yəni 05 aprel 2023-cü il tarixdə, səhər saat 09 radələrində Nuray ona söz demək istədiyini, lakin onun əsəbləşməməsini xahiş etmişdir. Nuray ona Cavidin əvvəlki gün böyük qızı Mələyə və oğlu Əliyə telefonu verib həyətdə oynamalarını deməsini bildirmiş, Nurayın dodağından öpmüş, yataqda olarkən şalvarını aşağı salaraq arxa tərəfdən cinsi əlaqədə olmuşdur. Nuray Cavidin cinsi orqanını onun cinsi orqanına sürtdüyünü demişdir. Nuray Cavidin bu hərəkətlərindən qorxaraq dolabda gizləndiyini, dəfələrlə Cavidin ona qarşı eyni hərəkətlər etdiyini bildirmişdir. Cavid Nurayı dəfələrlə qorxutduğu üçün ona bu barədə heç nə deməmişdir. Bunu öyrəndikdən sonra, o, Cavidə zəng vurmuş, Cavid ilkin olaraq etiraf etməmiş, Nurayın yalan danışdığını bildirmişdir. Daha sonra, Aydana və Cavidin anası Sevincə zəng etmiş, ilk öncə Aydan ilə Sevinc ona Cavidə şər atdığını demişlər. O, gözəllik salonunda işləyən rəfiqəsi Könülün yanına getmiş, orada X16 arxadan cinsi əlaqədə olduğunu bildirmişdir. Könül Nurayın arxa nahiyəsinə baxaraq şübhəli olduğunu bildirib həkimə getməyi məsləhət görmüşdür. Nurayın qabaq tərəfində isə heç nə olmadığını bildirmişdir. Növbəti gün, yəni 06 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Cavid anası ilə onun evinə gələrək törətdiyi əməli etiraf etmiş, Sevinc Cavidə sillə vurmuş, ondan isə şikayət etməməyi xahiş etmiş, əks halda onu qorxudaraq uşaqlarının dövlət tərəfindən əlindən alınaraq uşaq evinə yerləşdiriləcəyini bildirmişlər. Uşaqlarından ayrılmamaq üçün qorxudan şikayət etməmişdir. Bundan sonra, uşaqlarını Yevlax rayonuna anası Mayanın yanına göndərmişdir. Rayonda olarkən qızı Nuray Mayaya bu barədə demiş, Maya isə 13 may 2023-cü il tarixdə DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Bundan sonra, istintaq hərəkətləri aparılmış, Cavid isə etdiyi əməli polisdə də etiraf etmişdir. Cavid və ailəsi onu şikayət etsə, uşağının dövlət tərəfindən əlindən alınaraq uşaq evinə yerləşdirəcəyi ilə qorxutduğundan polisə bu barədə məlumat verməmişdir. O, anasının evindən uşaqlarını götürüb çıxan zaman da anası polisə şikayət etdiyindən, bu məsələ də bilinsə, uşaqlarının əlindən alınacağını düşünmüşdür. Bakıda başqa heç kimi olmadığından uşağının qızlıq pərdəsinin pozulub-pozulmadığını öyrənmək üçün rəfiqəsi Könülə Cavidin qızına qarşı əxlaqsız hərəkətindən şübhələndiyini demiş, lakin Könül dəqiqliklə belə bir hadisənin olduğunu tam dəqiq şəkildə bilməmişdir. Könül uşağa baxaraq qızlıq pərdəsinin pozulmadığını, arxa nahiyəsinin isə şübhəli olduğunu demiş və həkimə getməyi məsləhət görmüşdür. Könül, həmçinin Cavid dəqiq nəsə edibsə, mütləq polisə deməsini ona bildirmişdir. Bakı şəhərinə gəldiyi gündən Könül ona və uşaqlarına yalnız yaxşılıq etmiş, işdə olan vaxt uşaqlarına yemək vermişdir. Könülün uşağı xərçəng xəstəsi olduğundan başı uşağına qarışmışdır. Ona görə də, bu məsələ ilə çox maraqlana bilməmişdir. Başqa kiməsə bu məsələ barədə heç nə deməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhərində uşaqları Mələk, Nuray və Əli ilə birlikdə yaşamışdır. X22 vasitəsilə tanış olmuşdur. Aydan ona Cavidin onun xalası nəvəsi olduğunu demişdir. Cavidi, təxminən 2022-ci ildən tanıyır. X20 qeyritəbii yolla cinsi əlaqədə olması barədə məlumatı ona hadisənin sabahısı günü, yəni 06 aprel 2023-cü il tarixdə xəbər vermişdir. Həmin vaxt Nurayın dodağı şişmiş idi. Bununla bağlı, qızını həkimə aparmamış, polisə də müraciət etməmişdir. Polisə müraciət etməməsinin səbəbi uşaqlarının onun əlindən alınmasından qorxması olmuşdur. Polisə bu barədə anası məsələni öyrənən zaman, yəni hadisədən təxminən 21 gün sonra xəbər vermişdir. Hazırda uşaqları anası ilə birlikdə Yevlax rayonunda yaşayır. O, hadisə vaxtı Cavidlə birgə yaşamamışdır. Cavid öz xalasının evində yaşamış və aralarında sevgi münasibətləri olmamışdır. X27 atasının Cavidin onun qızına qarşı etdiyi bu əməl barədə məlumatı yoxdur. Sonda isə əməlindən çox peşman olmasını, ailə vəziyyətini və himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yoldaşı Elmir hərbi qulluqçudur, hazırda Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmət edir. Səbinə və Xədicə adlı 2 övladı vardır. Hazırda anası Ziyafət, qardaşı Vüsal və uşaqları ilə birlikdə ünvan 3 prospekti nömrəsiz ev ünvanında kirayədə yaşayır. Əvvəllər ailəsi ilə birlikdə, ünvan 4 ünvanında kirayədə yaşamışdır. Qızı Xədicə xərçəng xəstəsi olduğundan uzun müddət işləməmişdir. Əvvəllər Qaraçuxur qəsəbəsində yerləşən "Nur" gözəllik salonunda dırnaq ustası işləmişdir. Təqsirləndirilən şəxs, təxminən 1 il qabaq tanışı və həmyerlisi olan Aydanın vasitəsilə tanımışdır, Lamiyə ilə yaxın münasibətləri olmuşdur. Lamiyənin Mələk, Nuray və Əli adlı 3 övladı olmuşdur. Lamiyə özü işlədiyindən, uşaqları evdə tək qalmışlar. X13 da Aydanın qohumu kimi tanımışdır. 2023-cü ilin aprel ayında Lamiyə qızı Nuray ilə birlikdə, həmin vaxt işlədiyi Qaraçuxur qəsəbəsində yerləşən "Nur" gözəllik salonuna gələrək Cavidin qızı Nuraya qarşı əxlaqsız hərəkətlər etməsindən şübhələndiyini demiş və ondan Nurayı yoxlamasını xahiş etmişdir. O, Nurayın arxasını yoxladıqda qırmızı rəngli nəcis olduğunu görmüş, qızlıq pərdəsinin pozulub-pozulmaması barədə anlamadığı üçün heç nə deməmişdir. Arxa nahiyənin şübhəli olduğunu demiş, həkimə gedib uşağı yoxlatmağı məsləhət görmüşdür. Cavidin Nuraya qarşı əxlaqsız hərəkət etməsini dəqiq bilmədiyindən heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Lamiyəyə Cavid, həqiqətən Nuraya qarşı əxlaqsız hərəkətlər etmişsə, polisə məlumat verməsini bildirmişdir. O, Nuraydan kimsə nəsə edibmi deyə soruşsa da, Nuray ona cavab verməmişdir. Lamiyə uşağı həkimə aparıb göstərəcəyini demişdir. O, Lamiyənin uşağı həkimə aparıb- aparmaması, hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsini bilməmişdir. 8 yaşlı qızı Xədicə onkoloji xəstə olduğundan başı qızına qarışdığı üçün Lamiyə ilə əlaqə saxlaya bilməmiş, məsələdən məlumatsız olmuşdur. Cavidin Nuraya qarşı əxlaqsız hərəkətlər etməsi dəqiqləşsə, Lamiyənin həkimə və hüquq-mühafizə orqanlarına məlumat verəcəyini düşünmüş, özü isə dəqiq bilmədiyindən və başı öz övladına qarışdığından heç kimə bu barədə məlumat verməmişdir. Cavidin Nuraya qarşı əxlaqsız hərəkətlər etməsini dəqiq bilməmiş, Lamiyə belə bir şübhəsi olduğunu dedikdən sonra isə sonuncuya məsələni dəqiqləşdirib polisə məlumat verməsini demişdir. Xərçəng xəstəsi olan uşağına başı qarışdığından məsələ ilə daha sonra maraqlana bilməmiş, dəqiq nəsə bilmədiyi üçün də yalan ola biləcəyindən qorxub heç bir hüquq-mühafizə orqanına məlumat verməmişdir. Lamiyə ilə bir müddət danışmamış, Lamiyənin həkimə gedib məsələni dəqiqləşdirdikdən sonra polisə məlumat verəcəyini düşünmüşdür. Qızı xərçəng xəstəsi olduğundan 5 il qabaq əməliyyat olmuş, Lamiyənin uşağının söhbəti olan vaxt qızının xəstəliyi yenidən başladığından həmin ərəfədə heç nə gözünə görünməmiş, sadəcə qızının sağalmasını düşünmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və X28 vasitəsilə tanımışdır. Bu hadisə ilə bağlı Cavidlə danışmış, o, bu hadisənin yalan olduğunu, belə bir şeyin baş vermədiyini bildirmişdir. Hadisədən təxminən 3 gün sonra, Lamiyəni görmüşdür. Lamiyəyə uşağı həkimə aparmasını və polisə müraciət etməli olduğunu demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, evli olub boşanmış və Şahvələd adlı bir övladı vardır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Lamiyənin özü Yevlax şəhərində yaşamışdır. Lamiyə də boşanmışdır və 3 övladı vardır. Lamiyənin qızı Nurayla onun oğlu Yevlax şəhərində sinif yoldaşı olmuşlar. Lamiyə ilə birbirlərini məktəbə gedib gələn zaman tanımışlar. Cavid Mustafayev onun xalası Yeganənin nəvəsidir. Cavidin anası X10 onun xalası qızıdır. Cavid hərdən onunla birgə uşağı məktəbə aparıb gətirən zaman Lamiyə ilə tanış olmuşlar. 2023-cü ildə öz ailəsi ilə problemlər olduğuna görə, evdən çıxıb Bakı şəhərinə gəlməyə qərar vermişdir. Lamiyənin də evdə anası ilə problemləri olduğundan evdən bezmiş və bir yerdə Bakı şəhərinə gəlmişlər. Lamiyə ilə birlikdə kirayə tutduqları evdə bir gecə qalmışlar. Həmin vaxt ağılsızlıq etdiyini düşünüb Bakıya gələn günü ailəsi ilə danışmış və səhv eldiyini anlayıb elə növbəti gün övladı ilə birlikdə, ilk avtobusla valideynlərinin yanına kəndə qayıtmışdır. Lamiyə isə övladları ilə Bakıda qalmışdır. Bundan sonra, Lamiyə ilə arabir telefonla danışmışlar. Bir dəfə Lamiyə ona telefonla zəng edərək Cavidin qızı Nuraya qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdikdə o, buna inanmamışdır. Cavidi uşaqlıqdan tanıdığına görə, belə bir əməl törədəcəyinə ehtimal verməmiş, hətta Lamiyəyə Cavidə şər aldığını demişdir. Bundan sonra, Lamiyə ilə danışmamışdır. Bir müddət sonra Cavidin anası Sevincdən Lamiyənin qızına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə, Cavidin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Bu an şok keçirmiş, bəzən öz uşağını da Cavidə əmanət etdiyindən bunun olacağına inana bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavidin Lamiyənin övladı Nurayla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə məlumatı olmamış, Yevlax rayonunda boşanma prosesi gedən zaman Lamiyə zəng edərək ona bu barədə desə də, o, Lamiyəyə inanmamışdır. Cavidin belə bir hərəkət edəcəyinə inanmadığı üçün kiməsə bu barədə heç nə deməmişdir. Həqiqətən elə bir hal olsa, Lamiyənin aləmi bir-birinə qatacağını düşündüyündən Lamiyə bu mövzu haqqında sakit formada danışdığına görə, sonuncunun dediklərinə əhəmiyyət verməmişdir. Cavidin anası Sevinclə isə bu barədə danışıqları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 18 aprel 2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X25 tərəfindən Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 16 avqust 2023-cü il tarixli X19 barəsində olan ********* saylı iş üzrə “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 əməllərinə CM-in 307-ci maddəsi ilə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılıb aidiyyəti üzrə Suraxanı rayon prokurorluğuna göndərilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində iştirakına xitam verilmişdir. (iş.v. 4-10) X14 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanan 13 may 2023cü il tarixli ərizədən görünür ki, 1 aya yaxın müddətdir ki, himayəsində olan 7 yaşlı qız nəvəsi X9 anasının tanışı olan Cavid adlı şəxs tərəfindən zorlanması barədə 13 may 2023-cü il tarixdə ona məlumat vermişdir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 12) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2015-ci il təvəllüdlüdür. (iş.v. 18) 16 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X19 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş.v. 26) 17 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, X15 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (iş.v. 57-58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X18” X34 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 15 may 2023-cü il tarixli, 205 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, N.T.Abdullayevanın bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. N.T.Abdullayevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı onunla cinsi əlaqəyə girməyə imkan vermir. N.T.Abdullayevada arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. (iş.v. 32-34) Məhkəmə ambulator psixoloji ekspertizasının 08 iyun 2023-cü il tarixli, 11/263 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, 31 may 2015-ci il təvəllüdlü X3 fərdipsixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Əqli inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhəmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. X9 əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik deyildir. X9 ona qarşı edilən seksual hərəkətlər zamanı qorxu ilə müşayət olunan emosional gərginlik halını keçirmişdir. X9 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə, hadisə zamanı ona qarşı edilmiş hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətində olmamışdır. (iş.v. 36- 41) Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 24 iyun 2023-cü il tarixli, 1775 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, X8 əqli-intellektual normaya uyğundur. Eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına biganəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. X19 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. X11 özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə yalan danışa bilər. (iş.v. 42-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X30təcrübi və Tədris Birliyi tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 15 may 2023cü il tarixli, 206 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X8 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. X8 cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. (iş.v. 50-52) 16 avqust 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin baxışla müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən nömrəsiz evi göstərərək bildirir ki, burada 2023-cü ilin may ayınadək 3 azyaşlı uşağı ilə yaşamış və tanışı Cavid Mustafayev məhz həmin evdə azyaşlı qızı Nuray Abdullayevaya qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs bildirir ki, göstərdiyi həyət evinin həyəti içəridən olmaqla, zumbalı kilidlə bağlanır. Hazırda bağlı olduğundan həyətə daxil olmaq mümkün olmamışdır. (iş.v. 53-54) Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(101)-2092/2023 saylı hökmündən görünür ki, X19 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, əvvəli 14 may 2023-cü il tarixdən hesablanmaqla, 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (iş.v. 76-81) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-235/2024 saylı qərarından görünür ki, məhkum X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(101)-2092/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (iş.v. 98-107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X34 tərəfindən Suraxanı Rayon Prokurorluğunun 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 06 iyun 2024-cü il tarixli, 7180 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmayıb. (iş.v. 91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X7 tərəfindən Suraxanı Rayon Prokurorluğunun 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 06 iyun 2024-cü il tarixli, 1/2607 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (iş.v. 92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X24 Hüquqi Şəxsi tərəfindən Suraxanı Rayon Prokurorluğunun 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 06 iyun 2024-cü il tarixli, 3220 saylı və 11 iyun 2024-cü il tarixli, 3277 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (iş.v. 93; 95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən Suraxanı Rayon Prokurorluğunun 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 04 iyun 2024-cü il tarixli, xx/xx-7409 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (iş.v. 94) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2024-cü il tarixli 5-20/2-2-87/2024 saylı məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, 1997-ci ildə Azərbaycan Respublikası, Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v. 112-113) 15 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində 14 iyun 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində Cavid və anasının onu qorxudaraq şikayət etsə uşaqlarının dövlət tərəfindən alınaraq uşaq evinə yerləşdiriləcəyini dediklərinə görə, uşaqlarından ayrılmamaq üçün müvafiq dövlət orqanlarına xəbər vermədiyini bildirməsi barədə göstərdikləri öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş və sübut kimi qəbul olunmadan rədd edilmişdir. Şahid1, Şahid2 və X4 əməlində cinayət tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən sənədlərin kserosurətləri çıxarılaraq Suraxanı Rayon Prokurorluğunun arxivinə təhvil verilmişdir. X8 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(101)-2092/2023 saylı hökmü Azərbaycan Respublikası CPM-in 142-ci maddəsinə əsasən preyudisiallığı nəzərə alınmışdır. (iş.v. 139-151) 14 iyun 2023-cü il tarixdə saat 14:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 122-123, 132-133) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə—min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v 96.) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, himayəsində 3 azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirəni olması, əvvəllər məhkumluğunun olmaması və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi CM-nin 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-in 44.2-ci maddəsinə əsasən cərimə-törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanı təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə növündə cəzaya məhkum edilməli, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Cəzaların İcrası Məcəlləsinin 15-1.2-ci maddəsinə əsasən probasiya nəzarəti tətbiq edilən şəxslər siyahısında cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər vardır. Bakı şəhərinin inzibati rayonları üzrə probasiya xidmətini isə Bakı şəhər Probasiya İdarəsi həyata keçirir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500 (min beş yüz) manat məbləğində cərimə növündə cəzaya məhkum edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar