Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-402/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 21 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə verilmiş ittihama görə o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 31 oktyabr 2021-ci il tarixdə günorta saatlarında satıcı kimi işlədiyi ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus inşaat malları mağazasında sonuncunun olmadığı müddətdə bundan istifadə edərək, kassada olan 600 manat nağd pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır, evlidir və bir azyaşlı uşağı vardır. Əvvəllər bir neçə ayrı-ayrı tikinti malları mağazalarında satıcı işləmişdir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu ilə heç bir ədavəti və narazılığı olmamışdır. Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində tikini materialları mağazası vardır. 2021-ci ilin oktyabr ayının sonlarında eşitmişdir ki, Şair mağazasına satıcı axtarır. 30 oktyabr 2021-ci il tarixdə Şairin mağazasına gedərək orada sonuncu ilə söhbət etmiş, belə ki, Şairdən mağazasında satıcı kimi işə götürməsini xahiş etmişdir. Şair ilə danışdıqdan sonra xx.xx.2021-ci il tarixdə işə başlamağa razılaşmışlar. xx.xx.2021-ci il tarixdə, saat 08 radələrində Şairə məxsus ünvan 5 ünvanda yerləşən inşaat malları mağazasına gəlmişdir. Həmin andan etibarən işə başlamışdır. Həmin mağaza bir otaqdan ibarət olmuşdur. Mağazanın içərisində və küçə tərəfində müşahidə kameraları quraşdırılmışdır. Mağazada iş fəaliyyəti müştərilərlə maraqlanıb şifarişləri yerinə yetirmək olmuşdur. Həmin günü mağazanın sahibi Zərərçəkmiş şəxs ilə saat 13 radələrinə qədər mağazada olmuşdur. Sonra Şair yemək yemək üçün mağazadan çıxıb yaşadığı evə getmişdir. Şair getdikdən sonra mağazada tək qalmış və kassada olan pulu oğurlamaq qərarına gəlmişdir. Kassa bağlı, lakin açarları üzərində olmuşdur. Açarla kassanı açmış, orada olan 350 manat pulu götürmüş və oranı tərk etmişdir. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İttiham aktında 600 manat pulu oğurlanması qeyd olunsa da o, kassadan 350 manat məbləğində pul oğurlamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 10 ildən artıqdır ki, sahibkarlıqla məşğul olur. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində mağazası vardır. Həmin mağazada yalnız inşaat malları satılır. Mağazanın içərisində müşahidə kameraları vardır və mağazada 24 saat kameralarla videoçəkiliş aparılır. VÖEN-i olmaqla dövlətə vergi ödəyir. Mağazanın gözətçisi olmamışdır. Mağazada daima özü işləmiş və başqa heç kim işləməmişdir. Mağzada müxtəlif növ tikinti və inşaat materialları satır. 2021-ci ilin oktyabr ayının sonlarında mağazaya Təqsirləndirilən şəxs satıcı kimi işə götürmüşdür. Lakin onunla heç bir əmək müqaviləsi bağlamamışdır. Belə ki, Vüsala 10 gün vaxt vermişdir ki, işləməyini görsün və sonuncunun işləməsindən razı qaldığı halda onu rəsmi olaraq mağazada işə götürüb əmək müqaviləsi bağlamağı fikirləşmişdir. Mağazanı hər gün səhər saatlarında özü açmış və axşam saatlarında özü bağlamışdır. Mağazanın açarları yalnız özündə olmuşdur. Belə ki, Vüsala mağazanın açarının nüsxəsini verməmişdir. 31 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında mağazanı açmış və işə başlamışdır. Həmin gün günorta saatlarına qədər mağazada 350 manat dəyərində inşaat malları satılmışdır. 350 manat pulu kassaya qoymuşdur. Bundan Vüsalın da xəbəri olmuşdur. Həmin günü saat 13 radələrində yemək yemək üçün mağazanı Vüsala təhvil vermiş və getmişdir. Evinə gəlib yemək yedikdən sonra geri mağazaya qayıtmışdır. Mağazaya qayıtdıqda, Vüsalın mağazada olmamasını görmüşdür. Əvvəlcə Vüsalın ətrafda olacağını güman etmiş, lakin ətrafa baxsa da, Vüsalı görməmişdir. İbtidai istintaq zamanı ilkin olaraq verdiyi ifadəsində kassadan 600 manat məbləğində pulun oğurladığını bildirmiş, belə ki, hesab etmişdir ki, 350 manata satılmış inşaat materiallarından savayı əlavə olaraq mağaza olan motorlar da satılmışdır. Sonradan daha dəqiq hesablama aparmış, müəyyən etmişdir ki, mağazada olan və dolabın altında saxlanılan motorlar satılmamışdır, kassadan cəmi 350 manat pul oğurlanmışdır. Vüsal ilə əlaqə saxlamaq istəsə də, sonuncunu tapa bilməmiş və əlaqə saxlaya bilməmişdir. Bundan sonra mağazada olan müşahidə kameralarına baxdıqda kassada olan pulların Vüsal tərəfindən götürüldüyünü görmüşdür. Ona görə də Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Bundan sonra polis əməkdaşları ilə mağazaya gəlmiş və polis əməkdaşları mağazaya baxış keçirib fotoşəkillər çəkmişlər. Oğurlanan pul özünə məxsus olmuş, belə ki, pulu inşaat materialları sataraq əldə etmişdir. Təqsirləndirilən şəxs satıcı kimi funksiyasına müştəriləri qəbul etmək, onlara mal satmaq, satdığı malların pulunu qəbul edib, kassaya mədaxil etmək, müştəriyə kassadan götürməklə qalıq qaytarmaq, mağazaya nəzarət etmək və s ibarət olmuşdur. Yəni satıcı kimi kassanı açmaq, pulları qəbul etmək, qalıq qaytarmaq hüququ olmuşdur. Təqsirləndirilən şəxs mağazanın kassasında olan 350 manat nağd pulu oğurlasa da, başqa əşya, mal götürməmiş, oğurlamamışdır. O, sonradan istintaqı aparmış müstəntiqə müraciət edərək bildirmişdir ki, kassadan 600 manat deyil, 350 manat manat oğurlanmışdır, ilkin hesablamaları düzgün olmamışdır, belə ki, mağazada olan motorların satılmadığını sonradan müəyyən etmişdir. Lakin müstəntiq ona bildirmişdir ki, artıq cinayət işi üzrə istintaq tamamlanmışdır və göstərdiyi halları məhkəmədə bildirməyi tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi onun icraatında olmuşdur. Zərərçəkmiş şəxs mağazasından 600 manat məbləğində pulun oğurlanmasına dair ərizə ilə müraciət etmişdir. Bundan sonra onun ifadəsi alınmış, bu ifadəsində o, 600 manat pulun oğurlandığını bildirmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək, ittihamın müdafiəsindən imtina etdiyini bildirmiş, cinayət işi üzrə icraata xitam verilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi, dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etdikdə, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nın 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-402/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-402/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver