Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-402/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 06 iyun 2023-cü il tarixdə, saat 10:30-da, Bakı şəhərində, xx xxxxx 1996-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Binə” çörək zavodunda fəhlə işləyən, məhkumluğu olmayan, Qusar rayonu, Qayakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 9, nömrəsiz ünvanda fərdi yaşayış evində yaşayan, 25 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2023cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, 17 mart 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus içərisində 10 manat dəyərində 070- ***-**-** saylı mobil nömrə olan 01 ədəd 650 manat dəyərində Çin istehsalı olan “Xiaomi” markalı “21081111RG” (1İT) model mobil telefon aparatını istifadə edərək qaytaracağına dair yalan vəd verib aldadaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Playstation” oyun zalında ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 660 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər Qusar rayonunda restoranların birində inzibatçı işləmişdir və həmin vaxt həmin restoranda ofsiant işləyən Zərərçəkmiş şəxs tanımışdır. Sonra Bakı şəhərinə köçmüş, Bakı şəhərinə gəldikdən sonra Ülviyyə Məmmədova adlı qadınla tanış olub ailə qurmuşdur. X4 və onun oğlu Şahid1 ilə birlikdə kirayədə yaşayır. Bakı şəhərinə köçdükdən sonra Elvin ona zəng edərək anası ilə birlikdə Bakı şəhərinə köçdüyünü bildirmiş və iş olarsa ona xəbər verməyini xahiş etmişdir. Sonrakı günlərdə Qaraçuxur qəsəbəsindəki restoranların birində ofsiant yeri olduğunu öyrəndiyindən ona zəng edərək bu barədə bildirmişdir. xx.xx.2023-cii il tarixdə günorta radələrində Elvin ona zəng edərək görüşməyi təklif etmiş, özü də razı olmuş və ona Qaraçuxur qəsəbəsində yerləşən məscidin yanma gəlməsini demişdir. Elvin ona zəng edəndə Ata Məmmədi evdə yatmış olduğundan sonuncunu oyandırmış və tanışı Elvinlə görüşüb, Qaraçuxur qəsəbəsində yerləşən Playstation oyun zalına gedəcəklərini bildirərək, oyun oynamaq üçün onu da oyun zalına dəvət etmişdir. Ata da onunla razılaşmış, həmin günü Zərərçəkmiş şəxsla Qaraçuxur qəsəbəsində yerləşən məscidin yanında görüşmüşlər və Qaraçuxur qəsəbəsində C.Qurbanov küçəsində yerləşən Playstation oyun zalına getmişlər. Oyun zalında Elvin Ata ilə oyun oynayan zaman cibindən çıxardığı “Xiomi 1 İT" markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Həmin vaxt pula ehtiyacı olduğundan onun həmin mobil telefonunu aldadıb ələ keçirdikdən sonra sataraq pul əldə etmək qərarına gəlmişdir. Buna görə də Elvinə yaxınlaşıb ona guya kimdənsə pul gələcəyini bildirib telefonla zəng edib danışmaq üçün bir-neçə dəqiqəliyinə telefonunu istəmiş, Elvin telefonun klidini ona izah edib telefonu ona verdikdən sonra zalda səs-küy olduğunu deyərək, danışmaq üçün ikinci mərtəbədə olan zaldan birinci mərtəbəyə enmişdir. Bir neçə dəqiqədən sonra Ata da birinci mərtəbəyə gəlmiş, Atadan soruşduqda sonuncu su içmək üçün gəldiyini bildirmiş, sonra Ataya “Neftçilər” metrostansiyasmın yanında işi olduğunu bildirib, ona oraya onunla birlikdə getməyi təklif etmişdir. Ata da Elvini də çağırmaq istədikdə ona Elvinin oyun oynadığını, tezliklə qayıdacağını deyərək, Elvini çağırmamasım istəmişdir. Əslində isə məqsədi Elvinin ona zəng etmək üçün verdiyi mobil telefonu “Neftçilər” metrostansiyasmın yanında olan telefon mağazalarının birində satmaq olduğundan, Elvinin gəlməsini istəməmişdir. Marşrut avtobusu ilə “Neftçilər” metrostansiyasmın yanma gəlib avtobusdan düşdükdən sonra telefon mağazalarının birinə girmişdir. Yol gələrkən Elvin başqa bir nömrədən zəng vurub harada olduğunu soruşduqda ona tezliklə qayıdacağını bildirmişdir. Elvindən götürdüyü həmin “Redmi 1 İT” markalı mobil telefonu mağazada işləyən şəxsə verərək, özünün olduğunu, təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Həmin şəxs də telefonu alıb, baxaraq 350 manata ala biləcəyini demişdir. Həmin qiymətlə razılaşdığından, həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Özü də özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb özündə saxladıqdan sonra ona 350 manat pul vermiş, Elvindən aldığı telefonu ondan götürmüş və mobil nömrəni isə çıxarıb ona vermişdir. Mağazadan çıxdıqdan sonra Ataya mağazada satdığı mobil telefonun Elvinə məxsus olduğunu bildirmişdir. Həmin vaxtadək Ata “Neftçilər” metrostansiyasmm yaxınlığına getmələrinin məqsədini və onun Elvinin telefonunu satmaq istədiyini bilməmişdir. Ata yalnız mağazada mobil telefonu satdıqdan sonra ona dedikdə bu barədə məlumatı olmuşdur. Telefonun satışından əldə etdiyim pulun 200 manatına özü üçün evə ərzaq almış, qalan 150 manatını həmin günü öz şəxsi ehtiyaclarına xərcləmişdir. Mobil nömrəsini isə hazırda yadında qalmayan bir yerdə atmışdır. Sonda o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs barışdığını, sonuncuya vurulmuş zərəri tamamilə ödədiyini bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 ilə birlikdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur, qeyd olunanlara əsasən iş üzrə icrata xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin iyun və avqust aylarında pula ehtiyacı olduğu üçün öz xoşu ilə Qusar rayonunda müxtəlif hazırda yadında qalmayan restoranlarda ofsiant kimi işləmişdir. Restoranların birində ofsiant işləyən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki. Vadim də həmin restoranda inzibatçı işləmişdir. Sonradan Vadim Bakı şəhərinə köçmüş və ailə qurub Bakı şəhərində yaşamağa başlamışdır. Hərdən onunla mobil telefonla əlaqə saxlayıb hal-əhval tutmuş, bir neçə ay sonra özü də anası X2 ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Bir neçə gün sonra Vadimlə telefonla əlaqə saxlayarkən ona anası ilə birlikdə Bakı şəhərinə köçdüklərini, pula ehtiyacı olduğunu, əgər ofsiant işi olarsa ona məlumat verməsini bildirmişdir. Sonrakı günlərdə Vadim ona zəng vurub Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində restoranların birində ofsiant işi olduğunu bildirmişdir. Özü də ona görüşüb söhbət edə biləcəklərini demişdir. 24.01,2023-cü il tarixdə Vadimə zəng vurub görüşməyi təklif etmiş, iş barədə onunla söhbət etmək istəmişdir. Vadim də ona Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məscidin yanma gəlməyini bildirmişdir. Günorta radələrində tək həmin yerə getmiş, Vadim də yanında əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Ata adlı bir şəxslə gəlmişdir. Bundan sonra Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən Pleystation oyun zalına getməyi qərarlaşdırmış, oyun zalında ikinci mərtəbədə oturub oyun oynamağa başlamışlar. Belə ki. Ata ilə birlikdə avtomobil yarışı oyunu oynamışdır. Həmin zaman özünə məxsus "Xiomi 1 İT” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Təxminən saat 14 radələri olardı, Vadim ona yaxınlaşıb kimdənsə ona pul gələcəyini bildirib danışmaq üçün mobil telefonunu istədikdə mobil telefonunun klidini Vadimə izah etmiş və ona etibar edib inandığı üçün telefonunu sonuncuya vermişdir. Vadim telefonu götürüb danışa-danışa getmiş, özü isə Ata ilə birlikdə oyun oynamağa davam etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Ata su içmək üçün aşağı düşmüş, aradan bir neçə dəqiqə keçdikdən sonra Vadim və Atanın gəlmədiklərini görüb birinci mərtəbəyə düşmüş, sonra isə çölə çıxdıqda onları görməmişdir. Daha sonra tanımadığı şəxsdən xahiş edib öz mobil nömrəsinə zəng vurmuş, Vadim telefona cavab verib bir neçə dəqiqəyə gələcəyini bildirmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Vadimin gəlmədiyini görüb tanımadığı şəxsdən xahiş edib anasına zəng vurub mobil telefonunun ələ keçirilməsi barədə məlumat vermişdir. Qeyd olunan mobil telefonunu 1500 manata kredit şərtləri ilə almışdır. Həmin telefonun içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Lakin, başqa hər hansı bir aksesuar və s. olmamışdır. İş materiallarında olan “Baxış və götürmə keçirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 01 ədəd Çin istehsalı olan “Xiaomi” markalı “21081111RG” (1 İT) model mobil telefon aparatını təqdim etmişdir. İş materiallarında olan “Əşyanın zərərçəkmiş şəxsə təqdim edilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 tərəfindən təqdim edilmiş 01 ədəd Çin istehsalı olan “Xiaomi’ markalı “21081111RG” (11 T) model mobil telefon aparatı Zərərçəkmiş şəxs tanınmaya təqdim etmiş və sonuncu qeyd olunan mobil telefon aparatını tam yəqinliklə tanıyaraq Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilən mobil telefonu olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 14 mart 2023-cü il tarixli 9/1061 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan “Xiaomi” markalı “21081111RG” (1 İT) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, 2023-cü ilin yanvar ayına orta bazar qiyməti təxminən 650 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və maddi tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmçinin iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd Çin istehsalı olan “Xiaomi” markalı “21081111RG” (1İT) model mobil telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd Çin istehsalı olan “Xiaomi” markalı “21081111RG” (1İT) model mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-402/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-402/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver