Məhkəmə qərarları › İş №1(010)-403/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-403/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-403/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 may 2023-cü il tarixdə, saat 09:40-da, Bakı şəhərində, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 avqust 2022-ci il tarixdə gecə saat 01-dən saat 06-dək olan müddəti ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə daxil olaraq evin mətbəx hissəsinin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan ilə açaraq yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq bir ədəd qiyməti 700 manat olan 107 düyümlii “Samsung” markalı televizoru, bir ədəd qiyməti 300 manat olan olan su dispenserini, bir ədəd qiyməti 400 manat olan “HP” markalı printeri, bir ədəd qiyməti 600 manat olan velosipedi, qonaq otağından birinin qiyməti 40 manat olan 04 ədəd maşın maqnitafonlarını, bir ədəd qiyməti 500 manat olan xəmir yoğuran aparatı, bir ədəd qiyməti 200 manat olan “LG” markalı kompyuter monitorunu, bir ədəd qiyməti 10 manat olan klaviaturanı və bir ədəd qiyməti 400 manat olan “Fujitsu” markalı kompyuter prosessorunu (sistem bloku), bir ədəd qiyməti 700 manat olan “Electrolux” markalı kondisioneri, birinin qiyməti 100 manat olan 04 ədəd peyk antenası aparatını, bir ədəd qiyməti 100 manat olan fotoaparatı, koridordan bir ədəd qiyməti 150 manat olan inkubator aparatını, həyət hissədə 10 metr uzunluğunda qiyməti ümumilikdə 40 manat olan evə gələn mis işıq xəttini, bir ədəd həyətdəki qapısı həmişə açıq olan, lakin örtülü vəziyyətdə olan hamamdan qiyməti 100 manat olan su qızdırıcısını, evin yan hissəsindən iki ədəd ümumi qiyməti 50 manat, diametri təxminən 20 santimetr olan 10 metr uzunluğunda dəmir boruları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 4 ünvanında yerləşən evə daxil olmamış, oradan oğurluq etməmişdir. Belə ki, bir dəfə tanışı Kamran ona kondisioner satmaq istədiyini bildirmiş, ondan bu barədə kömək istəmişdir. O da Kamranı Sabunçu bazarında işləyən “Elvin” adlı şəxslə tanış etmiş, sonuncu sözügedən kondisioneri Kamrandan 200 manat ödəməklə almışdır. Onun kondisionerin oğurluq olmasından ümumiyyətlə xəbəri olmamış, belə ki o, ancaq alış-verişdə iştirak etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı etirafedici ifadə verdiyi iş materiallarından görünsə də, cinayət işinin materiallarında olan imzalar ona məxsus deyil. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2022-ci ilin avqust ayında ona məxsus Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi ev 29 ünvanında yerləşən evin satılması üçün vasitəçilərə bildirmişdir. O, həmin evdən köçmüş və evin satılmasını gözləməyə başlamışdır. Ancaq tez tez gələrək evə baş çəkmişdir. 16 avqust 2022-ci il tarixdə günorta saatlarında evə gəlmişdir. Evdə hər şeyin yerində olduğu müşahidə etmişdir. 16 avqust 2022-ci il tarixdə evdən gedərkən oğlu darvazanı içəri hissədən qıfılla bağlamış və sonra hasardan aşaraq çöl hissəyə çıxmışdır. Onlar evdən gedərkən darvazanın qapısı içəri hissədən bağlı olmuşdur. Sonra 18 avqust 2022-ci il tarixdə saat saat 12 radələrində yenidən həmin evə gəlmişdir. Evə gələrkən qonaq otağına keçmiş və “Elektrolux” markalı kondisionerin yerində olmadığını görmüşdür. Sonra həyətin çöl hissəsinə çıxdıqda evin arxa hissəsində mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Mətbəx mebelinin üstündə isə dəmir alət olmuşdur. O, bunu görüb evə icazəsiz daxil olunmaqla ona məxsus əşyaların gizli olaraq oğurlandığını başa düşmüşdür. Qayıdıb evdəki əşyaları yoxlayarkən mətbəxdən bir ədəd qiyməti 700 manat qiymətində olan 107 düyümlü “Samsung” markalı televizorun, bir ədəd 300 manat qiymətində olan su dispenserinin, bir ədəd 400 manat dəyərində olan “HP” markalı printerin, bir ədəd 600 manat dəyərində olan velosipedin, qonaq otağından 04 ədəd birinin qiyməti 40 manat olan maşın maqnitafonlarının, bir ədəd 500 manat qiymətində olan xəmir yoğuran aparatın, bir ədəd 200 manat dəyərində olan “LG” markalı kompyuter monitorunun, bir ədəd 10 manat qiymətində olan klaviaturanın və bir ədəd 400 manat dəyərində olan “Fujitsu” markalı kompyuter prosessorunun (sistem bloku), bir ədəd 700 manat qiymətində olan “Elektrolux” markalı kondisionerin, 04 ədəd birinin qiyməti 100 manat olan peyk antenası aparatının, bir ədəd 100 manat dəyərində olan fotoaparatın, koridordan bir ədəd qiyməti 150 manat olan inkubator aparatının, həyət hissədə 10 metr uzunluğunda qiyməti ümumilikdə 40 manat olan evə gələn mis işıq xəttinin, bir ədəd həyətdəki qapısı həmişə açıq olan, lakin örütülıi vəziyyətdə olan hamamdan qiyməti 100 manat olan su qızıdırıcısının, evin yan hissəsindən iki ədəd ümumi qiyməti 50 manat, diametri təxminən 20 santimetr olan 10 metr uzunluğunda dəmir boruların naməlum şəxs və ya şəxslər tərəfindən gizli olaraq və qanunsuz daxil olmaqla oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 4810 (dörd min səkkiz yüz on manat) maddi ziyan dəydiyini bildirmişdir. Sonda o, evindən oğurlanmış kondisionerin ibtidai istintaq zamanı ona qaytarıldığını, lakin oğurlanmış digər əşyalara görə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, əvvəllər ünvan 5 ünvanında təxminən 16 il yaşamışdır. Həmin 16 il müddətində Təqsirləndirilən şəxs ilə qonşu olmuşdur. Onun qardaşı Qabil ilə yaxın münasibəti olmuş, onun özü ilə isə münasibəti olmamışdır. Təxminən 2022-ci il avqust ayının ortalarında yaşadığı evə gedərkən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə kondisioneri yenisi ilə əvəz etdyini, köhnə kondisioneri satmaq istədiyini ona bildirmişdir. Şahid ondan qiymət barədə soruşduqda Təqsirləndirilən şəxs, ona 250 manata satdığını bildirmişdir. Yaşadığı evdə kondisioner olmadığından və hava da isti olduğundan Şahid onunla razılaşmışdır. Həmin əşyanın oğurluq olub-olmaması barədə soruşsa da o, kondisionerin oğurluq olmadığını işlədiyi evdə ev sahibinə məxsus olduğunu bildirmişdir. Şahid, Təqsirləndirilən şəxs kondisionerin harada olması barədə soruşduqda o, kondisionerin həyətdə olduğunu bildirmişdir. O, həmin gün Təqsirləndirilən şəxsla onun yaşadığı həyətə getmişdir. “Elektrolux” markalı kondisionerin onun yaşadığı evin həyətində olduğunu görmüşdür. Həmin vaxt o, ona 250 manat pul vermişdir və kondisioneri yaşadığı qonşuluqda yerləşən Yeni ünvan 6 ünvanında yerləşən evə gətirmişdir. O, şahid qismində dindirilərkən “Electrolux” markalı kondisioneri istintaqa təqdim etmişdir. O, həmin “Elektrolux” markalı kondisioneri 2022-ci ilin avqust ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 250 manata almışdır. Kondisioneri həmin yerdə yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürərək yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs ona kondisionerin onun özünə məxsus olduğunu, yeni kondisioner aldığı üçün bu kondisioneri satdığını bildirmişdir. Şahid ondan oğurluq olub-olmaması barədə soruşduqda Təqsirləndirilən şəxs kondisionerin oğurluq olmadığını bildirdi. İş materiallarında olan “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 13 mart 2023cü il tarixli protokoldan görünür ki, X3 01 ədəd “Electrolux” markalı kondisioneri istintaqa təqdim etmişdir. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 mart 2023cü il tarixli protokoldan və ona əlavə ediliş fotoşəkillərdən görünür ki, Şahid götürülmüş 01 ədəd “Electrolux” markalı kondisioner zərəçəkmiş Zərərçəkmiş şəxs vahid nüsxədə təqdim olunmuş, Zərərçəkmiş şəxs isə təqdim edilən əşyanı tanıyaraq həmin əşyanın xx.xx.2022 və 18 avqust 2022-cü il tarixləri aralığında ona məxsus ünvan 4 ünvanında yerləşən evdən oğurlanan ona məxsus kondisioner olduğunu, xarici görünüş əlamətlərindən, markasından və aparat hissəsinin üzərində olan sarı ləkədən tanıdığını bildirmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 17 mart 2023-cü il tarixli protokoldan və ona əlavə ediliş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən, oğurluq etdiyi evi və oradan oğurladığı 01 ədəd “Electrolux” markalı kondisioneri satdığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən təqdim olunan 9/2048 nömrəli 28 mart 2023-cü il tarixli rəydən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Electrolux” markalı, “EACS-18HGB\N3İn”modelli kondisionerin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən evə daxil olmaması, oradan oğurluq etməməsi, tanışı Kamranı Sabunçu bazarında işləyən “Elvin” adlı şəxslə tanış etməklə Kamrana kondisioneri satmaqda kömək etməsi barədə ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 16 avqust 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Yeni ünvan 8 ünvanında olarkən narkotik maddələrə olan tələbatı ilə əlaqdədar bədənində ağrılar yaranmağa başlamışdır. Bundan başqa maddi ehtiyacları olduğundan pul əldə etmək qərarına gəlmişdir. Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi ilə gedib gələrkən qonşuluqda əvvəllər qonşusu Dilarə və uşaqlarının yaşadığı evdə bir müddətdir ki, heç kimin yaşamadığını müşahidə etmişdir. Buna görə də, küçədə heç kimin olmadığı şəraitdə və həmin evə hər hansı şəxs və ya şəxslərin gəlməyəcəyini güman etdiyi vaxtda yəni gecə saatlarında həmin evə ev sahibindən xəbərsiz daxil olaraq həmin evdə və həyətdə olan əşyaları gizli olaraq oğurlamaq qərarına gəlmişdir. 17 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində evdən pəncərəni açmaq üçün oval formalı dəmir aləti götürərək evdən çıxmışdır. O, evdən çıxarkən ailə üzvləri yatmış vəziyyətdə olmuşdur. Onların onun evdən çıxmağından xəbərləri olmamışdır. O, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində əvəllər qonşusu Dilarənin uşaqları ilə birlikdə yaşadığı həmin evin qarşısına gəlmişdir. Əvvəlcə küçədə sonra isə evdə hər hansı şəxs və ya şəxslərin olmasını dəqiqləşdirmişdir. Darvazanı açmaq istədikdə darvazanın bağlı olduğunu görmüş və hasardan aşaraq həyətə daxil olmuşdur. Evə daxil olmaq üçün evin arxa hissəsinə keçmişdir. Evin plastik pəncərəsini əlində olan oval formalı dəmir alətlə açaraq evin mətbəx hissəsinə daxil olmuşdur. Əlindəki dəmir aləti mətbəx mebelinin üstünə qoymuşdur. Evə daxil olduqdan sonra otaqları gəzərək qiymətli əşyaların olub-olmamasını dəqiqləşdirməyə başlamış, mətbəxdən başlayaraq bir-bir əşyaları mətbəxin pəncərəsindən çölə çıxararaq həyətə daşımağa başlamışdır. Mətbəxdən “Samsung” markalı televizoru, su dispenserini, bir ədəd printeri, bir ədəd velosipedi, qonaq otağından 04 ədəd maqnitafonu, 01 ədəd xəmir yoğuran aparatı, bir ədəd kompyuter monitorunu, 01 ədəd kalviaturanı, 01 ədəd prosessoru, 01 ədəd “Elektrolux” markalı kondisionerin otağa hava ötürən hissəsini, 04 ədəd peyk antenası aparatını, 01 ədəd fotoaparatı, koridordan 01 ədəd inkubator aparatını mətbəxin pəncərəsindən evin həyət hissəsinə daşımışdır. Sonra özü də həmin mətbəxin pəncərəsindən çölə çıxmış, həyəti gəzərək qiymətli əşyaları axtarmağa başlamışdır. Evin çöl hissəsində yerləşən kondisioner aparatını oğurlaya biləcəyimi fikirləşmişdir. Sonra hamamı görmüş və orada su qızdırıcı qurğu olacağını və onu da oğurlayıb qarşılığında pul əldə edə biləcəyini fikirləşmişdir. Həmin qurğu və aparatları sökərək çıxarmaq üçün onun aləti olmadığından evə gedərək çəkic, kəlbətin, vintaçan gətirmək qərarına gəlmişdir. Hasardan aşaraq yaşadığı evə getmiş və çəkic, kəlbətin və burğac gətirərək geri qayıtmışdır. “Elektrolux” markalı kondisionerin çöl hissədə yerləşən aparatını, həyətdə hamamdakı su qızdırıcı qurğunu da sökərək həyətin orta hissəsinə digər əşyaların yanma gətirmişdir. Sonra həyətdəki işıq xəttini də əridib pul əldə etmək üçün kəsmişdir .Bundan sonra evin yan hissəsində olan iki ədəd turbanı həyətin orta həssinə digər əşyaların yanma yerləşdirmiş, sonra həmin əşyaları hissə-hissə hasardan çöl tərəfə keçirməklə yaşadığı Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində yerləşən evin həyətinə aparmışdır. Sonra yola çıxaraq yaşadığı küçədə taksi gözləməyə başlamışdır. Bir ədəd ağ rəngli sürücüsünü əvvəllər görmədiyi və tanımadığı “Vaz 2107” markalı avtomobilin gəldiyini görmüş və onu saxlayaraq ona həyətdəki əşyaları ehtiyac olduğu üçün satmaq istədiyini bu səbəbdən həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarına aparmasını xahiş etmişdir. Sonuncu da onunla razılaşmış və qarşılığında ondan 20 manat yol haqqı alacağını bildirmişdir. O, həyətdəki əşyaların bir hissəsini həmin maşına yükləmiş və satmaq üçün Rus bazarına aparmışdır. Həmin əşyaların bir hisssəni ümumi 500 manata Sabunçu bazarında səyyar satışla məşğul olan tanımadığı şəxsə satmışdır. Alan şəxs ondan həmin əşyaların oğurluq olub-olmaması barədə soruşduqda o həmin əşyaların ona məxsus olduğunu ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Sonra həmin taksi ilə geri qayıtmış, qalan əşyaları da satmaq üçün həmin taksiyə yerləşdirərək 8-ci Kilometr bazarı adlanan bazara aparmış və əşyaları ümumilikdə 700 manata səyyar satışla məşğul olan şəxsə satmışdır. Oğurladığı əşyalardan 01 ədəd “Elektrolux” markalı kondisioneri evdə kondisioner olmadığından gələcəkdə quraşdırmaq məqsədilə yaşadığı evin həyətində saxlamışdır. Oğuruq etməsi barədə ailə iivzlərinin məlumatı olmamışdır. Əldə etdiyi pul haqqında da onlara heç bir məlumat verməmişdir. Həyətdə qalan kondisioner barədə soruşduqda isə dostunun həmin kondisioneri yenisi ilə əvəz etdiyini həmin kondisioneri isə 400 manata gələcəkdə ödəmək şərti ilə ona satdığını bildirmişdir. Əldə etdiyi pulu isə narkotik maddə almaq üçün və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra qonşuluqda yaşayan Elvinlə qarşılaşmışdır. Həmin vaxt da pula ehtiyacı olduğundan o ona evdəki kondisioneri yenisi ilə əvəz etdiyini köhnə kondisioneri çıxararaq həyətə qoyduğunu və satmaq istədiyini bildirmişdir. Elvin ondan qiymət barədə soruşduqda Təqsirləndirilən şəxs ona 400 manat demişdir. Lakin o, razılaşmamış və 250 manat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və o, 250 manat verərək “Elektrolux” markalı həmin kondisionerin içəriyə hava ötürən və aparat hissələrini yaşadığı evin həyətinə gələrək aparmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmasını, sonuncunun zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi və barışıq əldə etməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi qəti olaraq təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxsya Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Electrolux” markalı, “EACS-18HGB\N3İn” modelli kondisioner Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının cəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-251/2023 saylı, 13 aprel 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə qətimkan tədbiri seçilməsin, həbsdə olduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 01 ədəd “Electrolux” markalı, “EACS-18HGB\N3İn” modelli kondisioner Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar