Məhkəmə qərarları › İş №1(010)-403/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-403/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-403/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, , Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırkı iş üzrə 25 – 27 fevral 2025-ci il və 20 - 21 may 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 14 oktyabr 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa malum olmayan vaxtda va manbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,384 qram ağ rəngli kristaİşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 25.O2.2O25-ci il tarixdə Suraxanı RPİ-nin 3O-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən həmin tarixdə saat 17:O5-də Bak səhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 6 ünvanda yerləşən «Qarabağ» kafesində saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama keçirilərkən əynində olan göy rəngli cins salvarinin sag yan cibindan 01 ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan ag rəngli kristaİşəkilli maddə kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin askar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin 15 iyul 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildən çoxdur ki, narkotik vasitənin heroin və metamfetamin növündən istifadə edir. Heç vaxt buna görə müalicə almamış və ilk dəfə son 4 aydır ki, başlamışdır müalicəyə. Həmin ünvanda binanın sahə müvəkkili və yanında olan polis əməkdaşı onu gəlib götürmüşdür. Bildirmişdir ki, üzərinə baxış keçirilməlidir. Üzərində hazır vəziyyətdə metamfetamin olmuş və o, bunu danmamışdır. Onu aparmışlar bölməyə və orada 1-2 saat saxlamışlar. Daha sonra çəkiliş olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polislər ona yaxınlaşanda 3 nəfər olmuşlar, biri tanıdığı Toğrul olmuş, amma digər şəxsi tanımamışdır. Həmin yerdən 1 km aralıda yaşayır. Həmin yerdə elə belə durmuşdur. Ona 2 nəfər polis yaxınlaşmışdır. Yaxınlaşıb demişlər ki, dava-dalaşla bağlı onun barəsində sikayət var. Üzərində narkotik olduğu üçün bununla bağlı reaksiya verə bilməmişdir. Aparmışlar sahə müvəkkilin yanına, üstünə baxış keçirtmişlər, oradan da bölməyə aparmışlar. Sahə müvəkkilin yeri binaya yaxın yer punkt idi. Bölmədən sonra aparmışlar kafeyə. Orada narkotiki kimdən aldığını soruşmuşlar. Narkotiki kimdən aldığı yadında deyil. Narkotikin heroin və metamfetamin növündən istifadə edir. Yanındakı şəxslərin üzərindən heçnə çıxmamışdır. Ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Narkotiki kimdən aldığı yadında olsa idi belə deməzdir Əməlindən peşmandır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, xx.xx.2025-ci iı tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov köçəsi, 6 ünvanda yerləşən Qarabağ adlanan kafedə tanışları Toğrul və Temur ilə çay içdikləri zaman 2 nəfər mülki geyimdə və 2 nəfər polis geyimdə olan polis əməkdaşları onlara yaxınlaşaraq üzlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o əynində olan göy rəngli cins salvarının sağ yan cibindən 01 ədəd bükümdə şəffaf rəngli selofana bükülmüş psixotrop maddə «patı» kimi tanıdığı maddəni təqdim etmişdir. Sonra polis əməkdaşları üstünu yoxlamışlar. Əynində olan şalvarının sol yan cibindən 3 ədəd 1 manatlıq əskinazlar aşkar olunmuşdur. Daha sonra isə o masanın üzərində olan özunə məxsus mobil telefonunu təqdim etmişdir. Onunla sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat verməklə əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Bundan əlavə keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra polis şöbəsində onun iştirakı ilə qablaşdırılmış zərfə baxış keçirilmiş və ekspertizaya göndəriləcəyi ona elan olunmuşdur. O əvvəllər psixi xəstəlik keçirməmişdir və müalicə almamışdır. O saxlanılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. Belə ki, əməliyyatçı X7 oglunun məlumatı əsasında getmişlər İlqar Əhlimanov küçəsinə. Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və 30-cu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında verilmiş suallara Şahid4 cavab olaraq bildirmişdir ki, 3-4 nəfər polis əməkdaşı yaxınlamışdır. İlqar Əhlimanov küçəsində saxlamışdıq. 3 nəfər olmuşlar və çöldə dayanmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir müqavimət olmamışdır. Hər üç şəxsdən də narkotik aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı polis şöbəsində fiziki təsir, döymə olmamışdır. 30-cu polis şöbəsində də təqsirləndirilən şəxsin üzərinə çəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə məıiyyat müvəkkili vəzifəsində xidmət edir.Belə ki, təqsirləndirilən şəxs onun ərazisində yaşayır. Narkotik vasitələr, xırda oğurluqla məşğul olmuşdur. Axırıncı dəfə də elə narkotikə görə tutulmuşdur. Məlumat gəlmiş, kafedə oturmuşlar, götürüb gəlmişlər şöbəyə. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, fevral ayı olmuş, amma hansı tarixdə və günün hansı yarısında olmağı yadında deyil. 4 nəfər polis əməkdaşı yaxınlaşmışlar. Təqsirləndirilən şəxsin yanında daha iki nəfər olmuşdur. Kafedə yaxınlaşmışlar, çay içirdilər. Onlara qarşı heç bir müqavimət göstərməmişdir. Könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Sənədləşdirib çəkiliş edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı yenidən əşyaya baxış keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı polis şöbəsində heç bir fiziki təsir, döymə olmamışdır. Təqsirləndirilən şəxsi punkta aparmamışlar, elə bir hal olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə məıiyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 21 fevral 2025-ci il tarixdətəqsirləndirilən şəxsin İlqar Əhlimanov küçəsində yerləşən “Qarabağ” kafesində yığışması ilə bağlı əməliyyat xətti ilə məlumat daxil olmuşdur. Əməliyyat tədbiri qurulmuş, gedib yaxınalşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsə üzərində hər hansı bir narkotik vasitə, predmet və əşya varsa təqdim olunması bildirilmişdir. Təqsirləndirilən şəxs bir büküm metamfetamin təqdim etmişdir. Yerində sənədləşdirmişlər və təqsirləndirilən şəxsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onlar hadisə yerində çəkiliş etmişlər və təqsirləndirilən şəxsdə narkotikin maye halında olduğunu görməmişlər. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid X7 oglu ifadəsində bildirmişdir: “xx.xx.2025-ci il tarixdə etimad doguran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotk vasitələr va psixotrop maddələri əldə etməsi, saxlaması va istifadəsi iəa məşğul olması barədə daxil olmus məlumatın əməliyyat yolu ila yoxlanması məqsədi ilə şöbənin rəhbərliyinə tərəfindən raportla müraciət olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qabul edilmiş, o və şöbənin digər əməkdaşları Teymur Əİiyev, Şahid2 va Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:06-da X6, X1 oglu va Təqsirləndirilən şəxs oglu ünvan 4 ünvanında yerləşən “Qarabağ” adlı kafedə tərəflərindən saxlanmış, onlara özlərini taqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması va istifadəsində şübhəli olduqlarını izah edərək üzərində qanunla dövriyəsi qadağan edilmiş əşya olub-olmadığını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs oglu əynində olan göy rəngli cins salvarın sağ yan cibində olan bir büküm şəffaf rəngli selofana bükülmüş kütləni teqdim etmiş və həmin kütlənin psixotrop maddə (patı) metamfetamin olduğunu bildirmiş, həmin kütlə tərəflərindən elektron tərəzidə çəkilmiş 0,62 qram olduğu müəyyən edilmişdir. Bundan sonra masanın üzərində olan "Redmi" markalı mobil telefonun da ona məxsus oldugunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş və bir manatlıq əskinazlardan ibarət 3 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən basqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmis psixotrop maddə metamfetamin və 01 ədəd "Redmi" markalı mobil telefon qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Suraxan RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonra orada şöbənin rəhbərliyinə raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs oglunun qeyd olunan psixotrop maddə metamfetamini kimdan ve hansı məqsədlə alması ilə bağlı tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmisdir”. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 X2 ifadəsinə oxşar ifadə vermişlər. Şahidlər Şahid3 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 X2 ifadəsinə oxşar ifadə vermişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 oglu ifadəsində bildirmişdir: “o, Suraxam RPİ-nin 30-cu PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2025-ci ii tarixdə saat 18 radələrində işdə olduğu zaman şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində narkotk vasitələr va psixotrop maddələr əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olmasİ barədə daxil olmus məlumat əsasında şöbəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şöbənin əməkdaşları tərəfindən saxlanaraq üzərinə baxış keçirilərkən sonuncunun üzərindən aşkar olunmuş, zərfə qoyularaq qablasdırılmış içərisində 0,62 qram metamfetamin olan 01 ədəd büküm və 01 ədəd mobil telefon tahqiqatçı Vüqar İsizadə tərəfindən zərfdən çıxarılaraq baxış keçirilmiş, eləcədə qeyd olunanları əks etdirən videogörüntüyə baxıs keçirilmiş və yenidən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar zərflərə və protokola imza etmişlər”. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs saxlanılarkən təqdim etdiyi 01 ədəd zərfdə qablaşdırılmış şəffaf sellofan büküm və 01 ədəd qara rəngli mobil telefon vardır, həmin bükümə təhqiqatçı tərəfindən baxılır. Daha sonra isə polis əməkdaşlarına Təqsirləndirilən şəxs özünü təqdim edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxararaq təqdim etməsi və həmin kütlənin adını “patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu deməsi, polis əməkdaşları tərəfindən həmin bükümün elektron tərəzidə çəkilərək 0,62 qram olması, daha sonra Təqsirləndirilən şəxs masanın üzərində olan 01 ədəd qara rəngli mobil telefonun ona məxsus olduğunu bildirməsi, bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilməsi, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilmədiyi, üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli mobil telefon qablaşdırılaraq möhürlənərək götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 6/873 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,384 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,334 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1145 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs oğli 12 avqust 2022-ci il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,384 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir, 08 may 2025-ci il tarixdə barəsində axtarış elan olunmuş, 20 may 2025-ci ildə tutularaq MSY-nə verilmiş, 21 may 2025-ci ildə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 15 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 15 oktyabr 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən cinayət işi üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunur ki, Kərimli X4 Rayon Məhkəməsinin 1(010)-418/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarına əsasən 02 ay 15 gün cəzasından vaxtından əvvəl azad edilmiş, 21 may 2024-cü ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 25 – 27 fevral 2025-ci il və 20 – 21 may 2025-ci il tarixləri (saatlar nəzərə alınmaqla) üzrə tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 14 oktyabr 2025-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,334 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 27 fevral 2025-ci il və 20 – 21 may 2025-ci il tarixləri (saatlar nəzərə alınmaqla) üzrə tutulduğu cəmi 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 14 oktyabr 2025-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,334 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar