Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-404/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xanım qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində ictimai yer sayılan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” adlı kafedə heç bir əsaslı səbəb olmadan, yəni kafedə sifariş verilən musiqini oynamaq üstündə tanımadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində xuliqanlıq niyyəti ilə sonuncunu masaya itələmiş və masanın üzərində olan şüşə qırıntıları Zərərçəkmiş şəxs əlini kəsərək, ona bükücü vətərin zədələnməsi ilə müşayiət olunan sol əlin İ barmağının kəsilmiş yarası, sağ əlin İV barmağının kəsilmiş səthi yarası kimi bədən xəsarəti və əlləri və ayaqları ilə vuraraq ona sağ budun, sol bazunun, sağ saidin qançırları, bel nahiyısinin və alt dodağın sıyrığı, ənsə nahiyəsinin şişkinliyi ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” kafe kimi adlanan kafedə bir aya yaxın müddətdir ofisiant işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sümbül tanışı bir nəfər yaşlı kişi ilə sərxoş vəziyyətdə kafeyə gəlib müştəri kimi əyləşmişlər. Bundan sonra o, həmin şəxslərə qulluq etməyə başlamış və onlar pivə sifariş vermişlər. Bundan sonra onların sifariş verdiyi pivələri gətirmiş və onlar pivə içməyə başlamışlar. Biraz sonra onlar spirtli içki olan araq, eyni zamanda xəngəl sifariş vermişlər və onlara araq və xəngəl gətirərək onlarla əyləşib yeyib içməyə başlamışdır. Təxminən saat 22 radələrində Sümbül rəqs etmək üçün musiqi sifariş vermiş və tanışı Rəhim ilə birlikdə rəqs etmək üçün masadan qalxıb ortaya keçmişlər. Bu zaman kafedə olan digər müştərilər də rəqs etməyə başlamışlar. O da həmin müştərilərlə birlikdə rəqs etməyə başlamışdır. Bir az keçmiş o, Sümbülün masada gedib əyləşməsini görmüş və bir neçə dəqiqə sonra Sümbül geri qayıdaraq, onunla rəqs edən Rəhimi rəqs etməyi dayandıraraq, masaya qayıtmasını dediyi eşitmiş, bu zaman o, anidən Sümbülün ona əl atmaq istədiyini görüb, əlləri ilə onu masaya tərəf itələmişdir. Bu səbəbdən Sümbül masaya yıxılmış və daha sonra masanın üzərində olan şüşə qırıntıları onun əllərini kəsmişdir. Daha sonra Sümbül yanında olan Rəhimin köməkliyi ilə kafeni tərk etmiş və AR DİN- nin 102 xidmətinə zəng edərək, döyülməsi barədə məlumat vermişdir. Həmin vaxt kafedə o, Sümbül, yanında olan yaşlı Rəhim adlı kişi və digər adları yadında qalmayan çoxsaylı müştərilər olmuşlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Bu hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən «Mətiş» kafesi kimi adlanan kafedə baş vermiş, münaqişə nəticəsində kafenin fəaliyyəti pozulmuş və o vaxtdan hazırki vaxtadək kafe fəaliyyət göstərmir. Hadisə vaxtı o, Sümbülü döyməmiş, sadəcə onun üstünə gəldiyini düşünərək, onu masaya tərəf itələmiş və nəticədə Sümbülün əlini kəsilərək, xəsarət almışdır. Hadisə zamanı kafedə olan müştərilər ilkin olaraq onları aralaşdırmış, sonra isə kafeni tərk edərək getmişlər. Əlavə olaraq bildirir ki, o, hazırda zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya dəymiş ziyan ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır və əvvəllər aralarında heç bir ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” cafe adlı kafeyə tanışı Şahid1 ilə yemək yeməyə getmişlər. Kafeyə daxil olduqdan onra özlərinə spirtli içki pivə sifariş vermişlər və spirtli içkini gətirdikdən sonra içməyə başlamışlar. Daha sonra yemək sifariş vermişlər və eyni zamanda Rəhim spirtli içki olan araq sifariş vermişdir. Onların əyləşdiyi masaya qulluq edən adının sonradan Fərqanə olduğunu öyrəndiyi qız sifarişləri gətirdikdən sonra özü də onlarla əyləşərək, yemək yeməyə və spirtli içki qəbul etməyə başlamışdır. Bir neçə saat bərabər əyləşib spirtli içki qəbul edərək, yemək yemişlər və aha sonra o, rəqs etmək üçün musiqi sifariş vermişdir. Musiqi sifarişini musiqiçi ifa etdiyi zaman masadan başqa qızlar da rəqs etmək üçün masadan duraraq ortaya gəlmişlər. Həmin vaxt o, və Rəhim də ortada rəqs etməyə başlamışlar. Rəqs etdikləri zaman Fərqanə də onlarla rəqs etmiş və o, ortada başqa adamların olduğunu gördüyü üçün əyləşmək qərarına gəlmişdir. Əyləşməyi barəsində Rəhimə də demiş və Rəhimə “istəyirsən otur, istəyirsən oyna” demişdir. Rəhim onunla masaya qayıtmış və o, divanda əyləşdiyi zaman Fərqanə ona yaxınlaşaraq, nə üçün Rəhimi oynamağa qoymadığını demişdir. O, da Fərqanəyə “oynayırsa oynasın, mənə aidiyyatı yoxdur» demişdir. Bu zaman Fərqanə anidən onun saçından tutub dartaraq masanın üzərinə itələmiş və əlləri ilə onun bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Həmin vaxt masanın üzərində olan fincan qırıqları onun hər iki əlini kəsmişdir. Həmin vaxt yanında olan Rəhim onu Fərqanənin əlindən almış və onları ayırmışdır. O, masadan kənara keçdiyi zaman Fərqanə yenidən ona yaxınlaşmış və təkrarən ona zərbələr vurmağa başlamışdır. Bu zaman kafedə olan adlarını bilmədiyi eyni zamanda tanımadığı müştərilər onları ayırmış və onu Fərqanənin əlindən almışlar. Bundan sonra o, əsəbləşərək, bu barədə AR DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Həmi hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Suraxanı, rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” adlı kafedə olmuşdur. Həmin vaxtı kafedə o, Rəhim, Fərqanə və adlarını bilmədiyi çoxsaylı müştərilər olmuş, mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə nəticəsində kafenin işi tamamilə dayanmış, orada olan işçilər və müştərilər Fərqanəni ondan ayırmağa çalışmışlar. Müştərilər isə kafeni tərk edərək getmişlər. Əlavə olaraq bildirir ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan sonuncu tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır və əvvəllər aralarında heç bir ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən Mətiş kafe adlı kafeyə tanışı Zərərçəkmiş şəxs ilə yemək yeməyə və Sümbülün rəqs etməsi üçün getmişlər. Kafeyə daxil olub masada əyləşdikdən sonra özlərinə spirtli içki pivə sifariş vermişlər və adının sonradan Fərqanə olduğunu öyrəndiyi onlara qulluq edən ofisiant Fərqanə spirtli içkini gətirdikdən sonra onlar içməyə başlamışlar. Daha sonra yemək sifariş vermişlər və onların əyləşdiyi masaya qulluq edən Fərqanə sifarişləri gətirdikdən sonra özü də onlarla birlikdə əyləşmişdir. Həmin vaxtı Fərqanə içmək üçün spirtli içki olan araq da gətirmiş, bu zamanda onlarla yemək yeməyə və spirtli içki qəbul etməyə başlamışdır. Bir neçə saat bərabər əyləşib spirtli içki qəbul edərək yemək yemişlər və daha sonra Sümbül musiqiçiyə rəqs etmək üçün sifariş vermişdir. Musiqiçi sifarişi ifa etdiyi zaman yan masadan başqa qızlar da rəqs etmək üçün masadan duraraq ortaya gəlmişlər. Eyni zamanda Fərqanə, o və Sümbül orta da rəqs etmişlər. Rəqs etdikləri zaman Sümbül ortada başqa adamların olduğunu gördüyü üçün əyləşmək qərarına gəlmiş, əyləşməyi barəsində ona demiş və ona istəyirsə oturmasını, istəyirsə də oynamasını demişdir. O, Sümbül ilə masaya qayıtmış və Sümbül divanda əyləşdiyi zaman musiqiçiyə nə üçün onun sifarişində başqaları da oynadığını demiş, bu zaman musiqiçi onun da oynamasını demişdir. Bu zaman Sümbül bu səbəbdən pulunu qaytarmasını bildirmişdir. Həmin vaxt Fərqanə Sümbülün yanma yaxınlaşaraq nə üçün Rəhimi oynamağa qoymadığını və musiqiçidən nə üçün pulu geri istədiyini demişdir. Sümbül Fərqanəyə oynayırsa oynamasını, bunun ona aidiyyatı olmadığını demiş və bu zaman Fərqanə anidən Sümbülü masanın üzərinə itələmişdir. Fərqanə əlləri ilə Sümbülün bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Həmin vaxt masanın üzərində qırılan fincan qırıqları Sümbülün hər iki əllərini kəsmişdir. Həmin vaxt o, Sümbülü yan masada əyləşən müştəri qızların köməkliyi ilə Fərqanənin əlindən almış və onları ayırmışlar. Sümbül masadan kənara keçdiyi zaman Fərqanə yenidən Sümbülə yaxınlaşaraq və təkrarən əli, eyni zamanda ayaqları ilə Sümbülün bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bu zaman kafedə olan adlarını bilmədiyi eyni zamanda tanımadığı müştərilər onları ayıraraq, Sümbülü Fərqanənin əlindən almışlar. Bundan sonra Sümbül əsəbləşərək bu DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” adlı kafedə olmuşdur. Hadisə vaxtı orada o, Sümbül, Fərqanə və adlarını bilmədiyi çoxsaylı müştərilər olmuşdur. Həmin hadiosə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə olan müştərilər arasında təşviş yaranmış, Sünbül ilə Fərqanəni ayırmağa kömək etdikdən sonra, kafeni tərk edərək getmişlər. Kafenin iş rejimi baş vermiş hadisəyə görə pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində yerləşən “Mətiş” kafe kimi adlanan kafeni uzun müddətdir ki, işlədir. Həmin kafeni icarəyə götürərək işlətmişdir. Hər gün kafeni səhər saat 11 radələrində açmış və axşam saat 24:00-da bağlamışdır. 26 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində uzun müddətdir ki, tanıdığı Sümbül tanımadığı bir yaşlı kişi ilə sərxoş vəziyyətdə kafeyə gəlib müştəri kimi əyləşmişdir. Sümbül tez-tez işlətdiyi kafeyə gələrək yemək yeyib spirtli içi qəbul etmişdir. Sümbül həmin kişi ilə kafedə oturub pivə sifariş vermiş və kafedə ofisiant işləyən Fərqanə onlara qulluq etməyə başlamışdır. Fərqanə onlara bir neçə dəfə pivə vermiş və daha sonra onlar araq və xəngəl sifariş vermişlər. Təxminən saat 22 radələrində Sümbül rəqs etmək üçün musiqi sifariş vermiş və yanında olan, sonradan tanıdığı tanışı Rəhim ilə birlikdə rəqs etmək üçün masadan qalxıb ortaya keçərək, rəqs etməyə başlamışlar. Bu zaman kafedə olan digər müştərilər də rəqs etməyə başlamışlar. Fərqanə də həmin müştərilərlə birlikdə rəqs etmişdir. Biraz keçmiş Sümbül rəqs etməyi dayandırıb, öz masasına gedərək, əyləşmişdir. Bir neçə dəqiqə sonra Sümbül geri qayıdaraq Fərqanə ilə rəqs edən Rəhimi rəqs etməyi dayandırıb, masaya qayıtmasını demiş və bu zaman qəflətən Sümbül sərxoş olduğu üçün Fərqanəyə əl atmaq istəmişdir. Fərqanə isə Sümbülü özündən uzaqlaşdırmaq üçün özündən kənara itələmiş və Sümbül masaya yıxılmışdır. Bu zaman həmin masanın üzərində olan şüşə qırıntıları Sümbülün əllərini kəsmişdir. Daha sonra Sümbül yanında olan Rəhimin köməkliyi ilə kafeni tərk etmiş və AR DİN-nin 102 xidmətinə zəng edərək, döyülməsi barədə məlumat vermişdir. Hadisə zamanı həmin vaxt kafedə o, Sümbül, yanında olan yaşlı Rəhim adlı kişi, Fərqanə və digər adları yadında qalmayan tanımadığı müştərilər olmuşdur. Bu hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən və onun işlətdiyi Mətiş kafe kimi adlanan kafedə baş vermişdir. O, Fərqanənin Sümbülü döyməsini görməmişdir. Hadisə zamanı Sümbül Fərqanəni vurmaq istədiyi üçün Fərqanə onu özündən kənara itələmiş, bu vaxt Sümbül sərxoş olduğu üçün masanın üstünə yıxılaraq, masanın üstündəki şüşə qırıntıları onun əlini kəsmişdir. Hadisə zamanı kafedə olan müştərilər ilkin olaraq onları aralaşdırmış, sonra isə kafeni tərk edərək getmişlər. Kafenin işi isə baş vermiş hadisəyə görə dayanmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 113 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - bükücü vətərin zədələnməsi ilə müşayiət olunan sol əlin İ barmağının kəsilmiş yarası, sağ əlin İV barmağının kəsilmiş səthi yarası, sağ budun, sol bazunun, sağ saidin qançırları, bel nahiyısinin və alt dodağın sıyrığı, ənsə nahiyəsinin şişkinliyi. Qeyd edilən kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin üşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən nüəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində ictimai yer sayılan kafedə heç bir əsaslı səbəb olmadan tanımadığı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə masaya itələmiş və masanın üzərində olan şüşə qırıntıları Zərərçəkmiş şəxs əlini kəsmiş, daha sonra əlləri və ayaqları ilə vuraraq, ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Münaqişə çoxsaylı müştərilərin iştirakı ilə baş vermiş, nəticədə kafenin fəaliyyəti tamamilə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İbtidai və məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs və şahidlər ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-404/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-404/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver