Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-405/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ortaq tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı cinayətkar niyyətini pərdələmək və həyata keçirmək, həmçinin Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmaq üçün yalandan özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək şəxsiyyəti barədə yalan məlumat verməklə Zərərçəkmiş şəxs1 ona inanmasına və etibar etməsinə nail olduqdan sonra sonuncunun övladı X2 daxili işlər orqanlarında xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 2023-cü ilin avqust və sentyabr ayları ərzində ilkin olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən kafedə Zərərçəkmiş şəxs1 3.000 manat, daha sonra yaşadığı ünvan 1 ünvanında yerləşən evin yaxınlığındakı kafedə 800 manat, 750 manat, 500 manat və sonuncu dəfə 2023-cü ilin sentyabr ayında həmin ünvanda 3.000 manat olmaqla, ümumilikdə 8.050 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 8.050 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində ortaq tanışları vasitəsilə tanıdığı 01 sentyabr 2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı cinayətkar niyyətini pərdələmək və həyata keçirmək, həmçinin Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmaq üçün yalandan özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək şəxsiyyəti barədə yalan məlumat verməklə Zərərçəkmiş şəxs2 ona inanmasına və etibar etməsinə nail olduqdan sonra sonuncunu daxili işlər orqanlarında xidmətə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2024cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlağındakı kafedə Zərərçəkmiş şəxs2 4.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 4.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən avtotəmir sexində ortaq tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 ilə aralarında olan söhbət zamanı cinayətkar niyyətini pərdələmək və həyata keçirmək, həmçinin Zərərçəkmiş şəxs3 inam və etibarını qazanmaq üçün yalandan özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək şəxsiyyəti barədə yalan məlumat verməklə Zərərçəkmiş şəxs3 ona inanmasına və etibar etməsinə nail olduqdan sonra sonuncunun daxili işlər orqanlarında xidmət edən qohumu X8 xidmət yerinin dəyişilməsini təmin etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 12 mart 2024-cü il tarixdə Rusiya Federasiyasında olduğu vaxt Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs tanışı cinayətə aidiyyəti olmayan Şahid7 verilmiş 13.000 manat pul vəsaitindən Təqsirləndirilən şəxs tələbi ilə Şahid7 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin tarixdə Təqsirləndirilən şəxs yanında olan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin istifadəsində olan naməlum bank kartı hesablarına köçürülmüş 3.000 manat, 13 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında olarkən istifadəsində olan mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs tələbi ilə həmin naməlum bank kartı hesablarından birinə elektron köçürmə üsulu ilə köçürülmüş 1.000 manat, 28 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən “Ləvəngi” kafesində Şahid7 qalan Zərərçəkmiş şəxs3 məxsus 10.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 14.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən sonrakı müddətdə yeni tanış olduğu şəxslərə özünü polis əməkdaşı kimi təqdim etmiş və baş idarədə işlədiyini demişdir. Hətta 1-2 il əvvəl adını və yerini xatırlamadığı mağazadan arxa hissəsinə “polis” yazılmış qara rəngli qolsuz jilet almış və arabir həmin jileti geyinmişdir. 2023-cü ilin avqust ayında qonşuluqda yaşayan və onu polis əməkdaşı kimi tanıyan Akim adlı şəxs ona zəng edərək yaşadığı evin yaxınlığında yerləşən kafeyə dəvət etmişdir. Həmin kafeyə getdiyi vaxt Akim onu Tofiq və Baxış adlı şəxslərlə tanış etmişdir. Söhbət əsnasında ona məlum olmuşdur ki, Baxış Tofiqin kürəkənidir. Tofiq oğlu Toğrulu polis orqanlarında serjant kimi işə düzəlməsini istədiyini dedikdə Tofiqi yalan vəd verməklə aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Tofiqə özünü polis əməkdaşı kimi təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini və oğlu Toğrulu asanlıqla polis orqanına işə düzəldə biləcəyini demişdir. Tofiqə bu işin görülməsi üçün 8.000 manat pul lazım olduğunu demişdir. Təxminən 2023-cü ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində Tofiqlə bir neçə dəfə həmin kafedə görüşmüşlər. Tofiq hər dəfə Keşlə qəsəbəsində yaşadığım evin yaxınlığında yerləşən kafedə olmaqla ilkin olaraq mənə 3.000, daha sonra isə 800, 750, 500 və 3.000 manat, ümumilikdə 8.050 manat pul vermişdir. Hətta o, bir dəfə Toğrulu özü ilə DİN-in poliklinikasının, bir dəfə isə adını xatırlamadığı başqa bir klinikanın qarşısına aparmışdır. Toğrula maşında gözləməsini, tibbi müayinə ilə bağlı həkimlərlə görüşüb qayıdacağını demiş, klinikaya girib 2.-25 dəqiqə vaxt keçirdikdən sonra çıxaraq Toğrulun yanma getmişdir. Bundan başqa, Tofiqdən oğlu Toğrulun şəxsiyyət vəsiqəsinin surətini də ona verməsini istəmişdir. 8.050 manat pulu aldıqdan sonra Tofiqə oğlu Toğrulun qısa müddətdə Bakı şəhərinin hansısa rayonunda post- patrul xidmətində serjant kimi işə başlayacağını demişdir. Vaxt keçdikcə isə Tofiq ona davamlı olaraq zənglər etmiş, o, hər dəfə müxtəlif bəhanələr göstərməklə vaxt istəmişdir. Tofiqdən aldığı 8.050 manat pulu isə tam şəkildə şəxsi məsrəflərinə xərcləmişdir. Tofiqi oğlu Toğrulu polis orqanına işə düzəldəcəyini vəd edib aldadaraq ümumilikdə 8.050 manat pulunu ələ keçirmişdir. Bundan başqa, 2024-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Arif adlı tanışı ona zəng edərək tanışı ilə bağlı bir məsələdə köməklik etməyini xahiş etmiş və görüşmək istədiyini demişdir. Həmin gün günorta saatlarında Arifin iş yerinin yanında Ariflə görüşmüş, Arifin yanında isə tanımadığı bir nəfər şəxs olmuşdur. Arif onları tanış edərək həmin şəxsin admm Orxan olduğunu və dost olduqlarını demişdir. Arif Orxanın əvvəllər polisdə işlədiyini, sonradan xaric edildiyini, xidmətə bərpa olunmaq üçün onun kömək etməyini xahiş etmişdir. Həmin anda o, Orxana özünü polis əməkdaşı kimi təqdim edərək əlaqələri vasitəsilə Orxanın məsələsini həll edə biləcəyini demiş və əvvəlki işi ilə bağlı bəzi suallar vermişdir. Orxana 3-4 ay ərzində polisə bərpa etdirə biləcəyini dedikdən sonra birbirilərinin mobil nömrələrini götürmüşlər. İnamının artması üçün Orxandan öz şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməsini xahiş etmişdir. Orxan evə getdikdən sonra axşam onun telefonuna “Whatsapp” vasitəsilə öz şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmişdir. Bundan sonra Orxana zəng edərək polisə bərpa olunması üçün 10.000 manat pul lazım olduğunu demiş, Orxan isə həmin pulu tam verə bilməyəcəyini, bir hissəsini verə biləcəyini, qalan hissəsini isə işə çıxdıqdan sonra verə biləcəyini bildirmişdir. Orxanla razılaşıb görüşməyi təklif etmiş və növbəti gün Orxanla Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında adını bilmədiyi kafedə görüşmüşdür. Həmin görüşdə Orxanın tanışı olan başqa bir nəfər şəxs də iştirak etmişdir. Söhbət zamanı Orxan ona ilkin olaraq 4.000 manat pul verəcəyini, qalan 6.000 manat pulu isə işə çıxdıqdan sonra verəcəyini demişdir. Orxanla razılaşmış, lakin Orxan 4.000 manat pulu daha sonra vermək istədiyini demişdir. Bir neçə gün sonra o, Ariflə birlikdə axşam saatlarında Orxanın yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmiş və Orxana zəng edərək pulu götürmək istədiyini demişdir. Orada çay evində Orxanla görüşdükləri vaxt Orxandan başqa həmin görüşdə 2 nəfər şəxs də olmuşdur. Orxan orada ona pulu vermək istəsə də, lakin əlavə şəxslər olduğu üçün o, pulu almamış və növbəti gün görüşəcəklərini demişdir. Növbəti gün yenə də Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında adını bilmədiyi kafedə Orxanla görüşdükləri vaxt Orxan həmin görüşə tək gəlmişdir. Orada Orxan ona 4.000 manat pul vermiş, o da Orxana narahat olmamasını, 2 ay ərzində polisə bərpa olunacağını demişdir. Orxan ona inandığı üçün gözləməyə başlamışdır. Orxandan aldığı 4.000 manat pulu da öz məsrəflərinə xərcləmişdir. Orxan arabir ona zəng etdiyi vaxtlarda narahat olmamasını, işini həll edəcəyini demişdir. Arif də ona bir neçə dəfə zəng edərək Orxanın işini həll etməyini xahiş etmiş, Arifə də eyni sözləri demişdir. 2024-cü il aprel ayının sonlarında Orxan artıq narahat olmağa başladığı üçün görüşməyi təklif etmişdir. Orxanla Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafedə görüşdükləri vaxt 10 gün ərzində işinin həll olunacağını demişdir. Orxanı polisə bərpa etdirəcəyini vəd edərək aldatmış və 4.000 manat pul almışdır. Bundan başqa, təxminən 10 ay əvvəl Bakı şəhəri Xətai rayonu Köhnə Günəşli qəsəbəsində Neapol dairəsinin yaxınlığında yerləşən avtotəmir sexində həmin vaxt idarə etdiyi avtomobili təmir etdirdiyi vaxt orada rəngsaz işləyən Raqif adlı şəxslə tanış olmuş, Raqiflə ilk tanış olduğu vaxtda ona da özünü polis əməkdaşı kimi təqdim etmişdir. İşini bəyəndiyi üçün sonrakı müddətdə aldığı avtomobilləri təmir etdirmək üçün Raqifın yanına aparmışdır. Aralarında yaxın münasibət olduğu üçün Raqifın mobil nömrəsini götürmüş və əlaqə saxlamışlar. Raqifın yanma getdiyi vaxtlarda Raqifın dostları olan Nəsib və Əbdül adh şəxslərlə də tanış olmuşdur. Nəsib və Əbdül də onu polis əməkdaşı kimi tanımışlar. Raqifın yanma getdiyi bəzi vaxtlarda da aldığı arxa hissəsinə “polis” yazılan jileti geyinmişdir. 2024-cü il mart ayının əvvəlində Bakı şəhəri Xətai rayonu Köhnə Günəşli qəsəbəsində Neapol dairəsinin yaxınlığında Raqif, Nəsib və Əbdüllə görüşdükləri vaxt Nəsib ona Nəsimi Rayon Mühafizə Şöbəsində işləyən qohumu Nicatın xidmət yerindən gileylənmişdir. Həmin vaxt gördüyü işlə bağlı borcları yarandığından qərara gəlmişdir ki, Nəsibə yalan vəd verərək pulunu ələ keçirsin. Raqif və Nəsib onu tanıdıqları və polis əməkdaşı olduğunu düşündükləri üçün ona etibar etmişlər. Buna görə də, Nəsibə qohumunun xidmət yerini Bakı şəhərinin hər hansı rayon polis idarəsində post-patrul xidmətinə asanlıqla dəyişə biləcəyini, hətta yaxın zamanda bir neçə nəfərin iş yerinin dəyişilməsinə köməklik etdiyini demişdir. Nəsibə həmin işin müqabilində 15.000 manat pul lazım olduğunu, lakin Raqifı tanıdığı üçün 14.000 manata həll edə biləcəyini demişdir. Nəsib bir qədər düşündükdən sonra onunla razılaşmış və pulu verə biləcəyini demişdir. 1-2 gün sonra istirahət etmək məqsədilə Rusiya Federasiyasının İrkutsk vilayətinə getmiş, 2024-cü ilin mart ayının ortalarında Rusiya Federasiyasının İrkutsk vilayətinin Ulanude şəhərində olduğu vaxt Nəsib “Whatsapp” vasitəsilə ona zəng edərək 13.000 manat pul düzəltdiyini demişdir. Nəsibə Rusiya Federasiyasında olduğunu, buna görə də həmin pulu Rüstəm adlı tanışma çatdırmalarını, qalan 1.000 manat pulu hazırladıqdan sonra onun bank kartına göndərməsini istəmişdir. Tanışı olan taksi sürücüsü Rüstəmin mobil nömrəsini Nəsibə göndərdikdən sonra Rüstəmə zəng edərək əmanəti götürüb onun kartına göndərməsini istəmiş, təxminən 1 saat sonra Rüstəm Nəsibdən 13.000 manat pulu götürərək ona zəng edib pulu götürdüyünü demişdir. Ona rus pulu lazım olduğu üçün orada tanış olduğu əslən azərbaycanlı olan adlarını xatırlamadığı Gürcüstan Respublikasının vətəndaşlarından xahiş etmişdir ki, ona köməklik etsinlər. Həmin şəxslər özlərinə məxsus bank kartlarının fotoşəkillərini ona göndərmiş, o da həmin fotoşəkilləri Rüstəmə göndərmişdir. Rüstəmə həmin kartlara 3.000 manat pul göndərməsini demişdir. Rüstəm 3.000 manat pulu göndərdikdən sonra həmin şəxslər ona həmin pulu rus rublu şəklində vermişlər. Rüstəmə qalan 10.000 manat pulu özündə saxlamasını, mart ayının axırında Bakı şəhərinə qayıtdıqdan sonra götürəcəyini demişdir. Növbəti gün də həmin kartlardan birinin fotoşəklini Nəsibə göndərərək həmin karta qalan 1.000 manat pulu göndərməsini demişdir. Nəsib də həmin karta 1.000 manat pul göndərdikdən sonra yenə də həmin şəxs ona pulu rus rublu şəklində vermişdir. 28 mart 2024-cü il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra Rüstəmə zəng edərək görüşmək istədiyini demiş, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Ləvəngi” kafesində Rüstəmlə görüşmüşdür. Həmin görüş zamanı Rüstəm özündə saxladığı 10.000 manat pulu ona vermişdir. Nəsibdən aldığı 14.000 manat pulu borclarına və digər şəxsi məsrəflərinə xərcləmişdir. Nəsib və Raqiflə danışdığı vaxtlarda isə məsələni həll edəcəyini deyib hər dəfə müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Nəsibi mühafizə polisində işləyən qohumunun xidmət yerini post-patrul xidmətinə dəyişəcəyini vəd edib aldadaraq ümumilikdə 14.000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan əməlləri əməlləri tək törətmiş və ona heç kim kömək etməmişdir. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu 2001-ci il təvəllüdlü Toğrul Abdullayevin uşaq yaşlarından polisə marağı olmuş və polis əməkdaşı olmaq istəmişdir. Bununla bağlı normativlərdə iştirak etsə də, lakin fiziki idman təlimindən keçə bilmədiyi üçün xidmətə qəbul edilməmişdir. Buna görə də oğlu onun Ağsu rayonunda yerləşən şəxsi təsərrüfatında işləmişdir. 2023-cü ilin avqust ayında Bakı şəhərində yaşayan kürəkəni Şahid1 ona zəng edərək tanışı Akim adlı şəxsin onun oğlu Toğrulun polisdə işə düzəlməsinə köməklik edə biləcəyini demiş və görüşmək üçün onu Bakı şəhərinə çağırmışdır. Baxışın deməsinə görə oğlu Toğrul polisə düzəldikdən sonra “şirinlik” kimi 5.000 manat pul veriləcəkmiş. 3-4 gün sonra o, oğlu Toğrulla birlikdə Bakı şəhərinə gəlmiş və Baxışla görüşmüşlər. Baxış idarə etdiyi avtomobil ilə onları Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kafeyə aparmış və həmin kafedə Baxış onları Akim adlı şəxslə tanış etmişdir. Akim əvvəllər hərbi xidmətdə olduğunu və ehtiyatda olduğunu demişdir. Akim bacısıoğlu olan Mirhəşim adlı şəxsin ona köməklik edə biləcəyini və oğlu Toğrulu polisə düzəldə biləcəyini demişdir. Akimin deməsinə görə Mirhəşim Bakı Şəhər Baş Polis İdarəsində işləmiş və polis əməkdaşı olmuşdur. Bundan sonra Akim həmin şəxsə zəng edib çağırmış və təxminən yarım saat sonra 1 nəfər şəxs kafeyə gəlmişdir. Həmin şəxs özünü Mirhəşim kimi təqdim edərək polis əməkdaşı olduğunu, Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini bildirmişdir. Hətta Mirhəşim əyninə arxa hissəsində polis yazılmış jilet geyinmişdir. Mirhəşim yaxın əlaqələrinin olduğunu, bir çox insanı polis kimi işə düzəltdiyini və onun oğlu Toğrulu da asanlıqla polisə işə düzəldə biləcəyini, lakin bunun üçün Toğrulun müxtəlif proseduralardan keçməli olduğunu demişdir. Mirhəşim Toğrulu əvvəlcə tibbi müayinədən və digər yoxlamalardan keçirəcəyini, daha sonra polis əməkdaşı kimi xidmətə başlayacağını demişdir. Mirhəşim gördüyü işin müqabilində ondan 6.000 manat pul istəmiş, o, pulu iş həll olunduqdan sonra vermək istədiyini dedikdə isə Mirhəşim bunu qəbul etməmişdir. Həmin məbləğdə pulunun olmadığını dedikdə isə Mirhəşim əvvəlcə 3.000 manat pul verməyini, tibbi müayinədən sonra isə qalan 3.000 manat pulu verməyini təklif etmiş, o da Mirhəşimin təklifi ilə razılaşmışdır. Akimdən məsləhət istədikdə Akim qəti narahat olmamağım, Mirhəşimin bir çox insanı işə düzəltdiyini demişdir. Mirhəşimin polis əməkdaşı olduğuna əmin olduğu üçün inanmış və etibar etmişdir. Görüş zamanı birbirilərinin əlaqə nömrəsini götürmüşlər və o, Mirhəşimin istəyi əsasında oğlu Toğrulun şəxsiyyət vəsiqəsinin fotoşəklini Mirhəşimin mobil telefonuna göndərmişdir. Daha sonra o, Ağsu rayonuna qayıtmışdır. Sonrakı günlərdə Mirhəşim tez-tez ona zəng edərək pulu verməyini istəmiş və məsələnin həll olunduğunu demişdir. İlk görüşlərindən təxminən 1 həftə sonra 3.000 manat pul götürüb oğlu Toğrulla birlikdə yenidən Bakı şəhərinə gəlmişdir. Yenə də kürəkəni Baxışla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində X15 Mübarizə Baş İdarəsinin arxa tərəfində yerləşən adını bilmədiyi kafedə Akim və Mirhəşimlə görüşmüşlər. Mirhəşim 10 gün ərzində Toğrulun Bakı şəhərində Polis idarələrindən birində polis əməkdaşı kimi xidmətə başlayacağını demişdir. Mirhəşimin danışıqlarına inandığı üçün orada 3.000 manat pulu Mirhəşimə vermişdir. Mirhəşim bundan sonra ona rayona qayıtmağını, Toğrulu tibbi müayinədən keçirəcəyini demişdir. O, həmin gün Ağsu rayonuna qayıtmış, oğlu isə Bakı şəhərində qalmışdır. Hətta 'Mirhəşimin istəyi əsasında o, oğlu Toğrulu Ağsu rayonunda daimi qeydiyyatdan çıxararaq Bakı şəhərində yaşayan dayısıqızının evində qeydiyyata saldırmışdır. Oğlu Toğrulun deməsinə əsasən Mirhəşim həmin gün onu DİN-in poliklinikasına apararaq tibbi müayinədən keçirmişdir. Növbəti gün, Mirhəşim ona zəng edərək Toğrulun çəkisinin az olduğunu, 1.000 manat pul qarşılığında Toğrulun tibbi müayinə məsələsini həll edə biləcəyini demişdir. Əvvəlki müddətdə artıq 3.000 manat pul verdiyi üçün Mirhəşimlə razılaşmış, lakin 800 manat pul verə biləcəyini demişdir. Mirhəşim razılaşdığı üçün 2-3 gün sonra o, Bakı şəhərinə gəlmiş və Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ilk dəfə görüşdükləri kafedə Mirhəşimlə görüşmüşdür. Həmin görüşdə də kürəkəni Baxış və Akim iştirak etmişdir. Orada Mirhəşimə 800 manat pul vermişdir. Mirhəşim pulu aldıqdan sonra kiminləsə danışaraq Toğrulun çəkisi barədə danışmışdır. Həmin gün o, Ağsu rayonuna qayıtdıqdan sonra Mirhəşim Toğrulu yenə də tibbi müayinəyə aparmışdır. Həmin gün axşam saatlarında Mirhəşim ona zəng edərək Toğrulun ürəyində xəstəlik olduğunu, tibbi müayinədən keçə bilmədiyini demişdir. Mirhəşim 800 manat pul qarşılığında Toğrula başqa tibb müəssisəsindən sağlamlıq barədə arayış ala biləcəyini demişdir. Mirhəşimə 750 manat pul verə biləcəyini dedikdə Mirhəşim razılaşmışdır. Bundan sonra növbəti gün Toğrul Bakı şəhərinə gələrək Mirhəşimə 750 manat pulu çatdırmışdır. Həmin gün axşam Mirhəşim ona zəng edərək ehtiyat kimi əlavə də 500 manat pul verməyini, ehtiyac olmasa qaytaracağını demişdir. Yenə də razılaşmış və dəqiq xatırlamadığı tarixdə şəxsi işi ilə Bakı şəhərinə gəldiyi vaxt kürəkəni Baxışla birlikdə Nizami rayonu Keşlə qəsəbəsində yerləşən kafedə Mirhəşimlə görüşüb Mirhəşimə 500 manat da pul vermişdir. Mirhəşim artıq arxayın olmağını, bir neçə gün ərzində Toğrulu iş üçün çağıracaqlarını demişdir. Mirhəşimin deməsinə görə Toğrul ya Nərimanov, ya Binəqədi, ya da Bakı Şəhər Baş Polis İdarəsində işə başlayacaqmış. Bir neçə gün sonra Mirhəşim ona zəng edərək artıq bütün sənədlərin hazır olduğunu, pulun qalan hissəsini, yəni 3.000 manat pulu təcili çatdırmalı olduğunu demişdir. Növbəti gün o, yenə də Bakı şəhərinə gəlmiş və əvvəllər görüşdükləri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən kafedə Mirhəşimlə görüşmüşdür. Həmin görüşdə kürəkəni Baxış, oğlu Toğrul və Akim iştirak etmişlər. Orada yemək yedikdən sonra Mirhəşim həmin gün 3.000 manat pulun çatmalı olduğunu, əks halda işin həll olunmayacağını demişdir. Bundan sonra orada 3.000 manat pulu Mirhəşimə vermiş, Mirhəşim yenə də 10 gün ərzində Toğrulun işə başlayacağını demişdir. Bundan sonra arxayın şəkildə Ağsu rayonuna qayıtmış, sonrakı müddətdə 10 gün, 1 ay keçdikdən sonra tez-tez Mirhəşimlə əlaqə saxlamağa başlamışdır. Mirhəşim isə hər dəfə sıra olduğunu, buna görə işin gecikdiyini demiş, beləcə 2024-cü ilin mart ayına qədər Mirhəşim məsələni uzatmışdır. Mirhəşim hər dəfə müxtəlif bəhanələr işlətməklə ondan vaxt istəmişdir. 02 may 2024- cü il tarixdə artıq əsəbləşdiyi üçün Bakı şəhərinə gəlmiş və əvvəllər görüşdükləri kafedə Mirhəşimlə görüşmüşdür. Mirhəşim yenə də eyni sözlərlə ondan vaxt istəmişdir. O, qəti şəkildə pulunu istədikdə Mirhəşim kiməsə zəng etmiş və 2-3 gün ərzində Toğrulu iş üçün çağıracaqlarını demişdir. 08 may 2024-cü il tarixdə Mirhəşimə zəng etdiyi vaxt telefona cavab verməmişdir. Akimə zəng etdikdə isə Akim Mirhəşimin ayrı-ayrı şəxslərə qarşı dələduzluq etdiyini demişdir. O da kürəkəni Baxışa zəng edərək Mirhəşim barəsində şikayət etməsini demiş və Baxış da Bakı Şəhər Baş Polis İdarəsinə gələrək ərizə yazmışdır. Özü isə 09 may 2024-cü il tarixdə Ağsu Rayon Polis İdarəsinə gedərək ərizə və izahat yazmışdır. Mirhəşim onun oğlu Toğrul Abdullayevi polisə işə düzəldəcəyini vəd edib onu aldadaraq 8.050 manat pulunu ələ keçirmişdir. Pulları şəxsən Mirhəşimin özünə vermişdir. İlkin söhbətləri zamanı Akim Mirhəşimin etibarlı adam olduğunu desə də, lakin Akimin bu işdə əlinin olub-olmadığını bilmir. Sonda o, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənilmiş olduğunu, Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2007-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş və Abşeron Rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyündə polis nəfəri kimi xidmət etməyə başlamışdır. 2020-ci ilin avqust ayında karantin rejimi qaydaları ilə bağlı yol verdiyi nöqsana görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. 2020-ci ilin oktyabr ayında könüllü olaraq “Vətən müharibəsi”ndə iştirak etmiş, sonrakı müddətdə daxili işlər orqanlarında xidmətə qəbulla bağlı bir neçə dəfə müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Buna görə də, müxtəlif fərdi işlərdə işləyərək qazanc əldə etməyə başlamışdır. 2024-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Fövqəladə Hallar Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı olan Arif adlı dostu ilə söhbət etdiyi vaxt Arifə xidmətə bərpa olunmaq istədiyini demişdir. Arif isə Mirhəşim adlı polis əməkdaşı olan tanışının olduğunu və Mirhəşimin ona kömək edə biləcəyini demişdir. Ariflə razılaşdığı üçün növbəti gün Arifin iş yerinin yanında yol kənarında Ariflə birlikdə Mirhəşimlə görüşmüşlər. Mirhəşim Bakı Şəhər Baş Polis İdarəsinin Katibliyində işlədiyini, polis serjantı olduğunu demişdir. Bir qədər iş barəsində danışdıqdan sonra Mirhəşimə xidmətdən xaric edilməyini və bərpa edilmək istədiyini demişdir. Mirhəşim isə yaxşı əlaqələrinin olduğunu və onu xidmətə bərpa etdirə biləcəyini demişdir. Mirhəşimin polis əməkdaşı olduğunu düşündüyü üçün inanmış və etibarı yaranmışdır. Mirhəşimlə bir-birilərinin mobil nömrələrini götürmüşlər və Mirhəşim ondan şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmişdir. Söhbət zamanı Arif Mirhəşimi uzun müddətdir tanıdığını və onun kimi bir çox insana kömək etdiyini demişdir. Arifi uzun müddətdir tanıdığı üçün Arifə inanmışdır. Həmin gün evə getdikdən sonra şəxsiyyət vəsiqəsinin şəklini çəkərək “Whatsapp” tətbiqi vasitəsilə Mirhəşimə göndərmişdir. Mirhəşim gecə saatlarında ona zəng edərək işin həll oluna biləcəyini, lakin bunun qarşılığında 10.000 manat pul verməli olduğunu demişdir. Həmin məbləğdə pulunun olmadığını, müəyyən miqdarda düzəldib verə biləcəyini, qalan hissəsini isə iş həll olunduqdan sonra vermək istədiyini demişdir. Mirhəşim onunla razılaşmış və görüşüb danışmağı təklif etmişdir. Növbəti gün özündə olan 4.000 manat pulu götürüb sinif yoldaşı Poladla birlikdə Yasamal rayonu ərazisində yerləşən adını xatırlamadığı kafedə Mirhəşimlə görüşmüşlər. Mirhəşim həmin yerə Ariflə birlikdə gəlmişdir. Söhbət zamanı Mirhəşimə 4.000 manat pul verə biləcəyini, qalan 6.000 manat pulu isə iş həll olunduqdan sonra verə biləcəyini demiş, Mirhəşim də onun təklifi ilə razılaşmışdır. Yenə də Arif Mirhəşimin dediklərini təsdiqləyib narahat olmamağım, Mirhəşimə zamin olduğunu və əks halda özünün onun pulunu qaytaracağını demişdir. Lakin həmin anda o, tam olaraq əmin olmadığı üçün Mirhəşimə pulu verməkdən imtina etmiş və daha sonra görüşməyi təklif etmişdir. Həmin gün axşam saatlarında Mirhəşim Ariflə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsinə gedərək onu görüşə çağırmışdır. O, sinif yoldaşları Polad və Novruzla birlikdə Mehdiabad qəsəbəsində yerləşən “Gold” çay evində Mirhəşimlə görüşmüşdür. Söhbət zamanı Mirhəşim pulu verdikdən sonrakı 2 ay ərzində onu xidmətə bərpa etdirəcəyini demiş, Arif isə Mirhəşimin dediklərini yenə də təsdiqləmişdir. O, həmin anda Mirhəşimə 4.000 manat pulu vermək istəmiş, lakin Mirhəşim yanımda başqa şəxslərin olduğunu gördüyü üçün pulu götürməyib növbəti gün görüşəcəklərini demişdir. Növbəti gün Bakı şəhəri, Yasamal rayonunda yerləşən adını xatırlamadığı kafedə Mirhəşimlə görüşmüşdür. Həmin görüşə tək getmiş, Mirhəşim də tək gəlmişdir. Görüş zamanı yenə də Mirhəşim onu asanlıqla polisdə xidmətə bərpa etdirəcəyini vəd etmişdir. Hətta Mirhəşim bildirmişdir ki, onun kimi bir çox şəxsin işə düzəlməsinə yaxud bərpa olunmasına kömək etmişdir. Mirhəşim onun verdiyi pulun qanuni ödəniş olduğunu və xidmətə bərpa olunmağı üçün rüsum kimi büdcəyə köçürülməli olduğunu demişdir. Mirhəşimin polis əməkdaşı olduğuna əmin olduğu və etibar etdiyi üçün həmin söhbətləri zamanı 4.000 manat pulu Mirhəşimə vermişdir. Sonrakı müddətdə Mirhəşimin dediyi vaxta qədər gözləməyə başlamışdır. Bu müddət ərzində 2-3 dəfə Mirhəşimə zəng etmiş və Mirhəşim hər dəfə 2024-cü ilin aprel ayının sonuna qədər məsələnin həll olunacağını demişdir. Mirhəşimin vəd etdiyi müddət başa çatdıqdan sonra zəng edərək işim barəsində maraqlanmış, Mirhəşim isə narahat olmamağım demişdir. Onun təkidi ilə Abşeron rayonu Masazır qəsəbəsində Mirhəşimlə görüşdükləri vaxt Mirhəşimdən pulunu geri qaytarmasını istədikdə Mirhəşim 10 gün ərzində onu nazirliyə çağıracaqlarını demişdir. Lakin sonrakı müddətdə artıq Mirhəşimin onu aldadaraq dələduzluq etdiyini başa düşdüyü üçün 09 may 2024-cü il tarixdə Mirhəşim barəsində şikayət etmək qərarına gəlmişdir. Mirhəşim özünü polis əməkdaşı kimi təqdim edərək onu qısa müddətdə daxili işlər orqanlarında xidmətə bərpa etdirəcəyi barədə yalan vəd verib aldatmaqla onun 4.000 manat pulunu ələ keçirmiş və ona qarşı dələduzluq etmişdir. Sonda təqsirləndirilən şəxsin tam olaraq (ibtidai istintaq zamanı 3000 manat, məhkəmə istintaqı zamanı isə 1000 manat) ziyanın ödənilmiş olduğunu və ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının əvvəllərində özünü polis əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanışları Şahid2 və Şahid6 vasitəsi ilə tanış olmuşdur. Həmin tanışlıq zamanı Mirhəşim özünün polis əməkdaşı olmasını, uzun illərdir ki, polisdə xidmət apardığı üçün yuxarı vəzifədə çalışan tanışlarının olduğunu söyləmişdir. Bundan başqa, Mirhəşim lazım olacağı halda yerdəyişmə işlərinin həll olunmasında köməklik göstərə biləcəyini bildirmişdir. O, Mühafizə Polisində çalışan X12 iş yerinin dəyişdirilməsi ilə bağlı bir neçə yerdən maraqlansa da, lakin müsbət nəticə əldə edə bilmədiyindən bu barədə dostları olan Əbdül və Raqifə də məlumat vermişdir. 2024- cü ilin mart ayının əvvəlində dostu Raqif digər dostu Əbdülə bu barədə məlumat vermişdir. Bu mövzuda öz aralarında danışdıqdan sonra Mirhəşimlə görüşmək qərarına gəlmişdir. 2024-cü ilin mart ayının əvvəlində Raqif və Əbdüllə birlikdə Raqifın çalışdığı Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən avtomobil təmiri sexində Mirhəşimlə görüşüb bu məsələ barədə maraqlanmışdır. Bu zaman Mirhəşim uzun müddətdir polisdə xidmət apardığını, ona görə də yerdəyişmə məsələlərini rahat şəkildə həll etdiyini, bunun üçün onun pul verməli olduğunu, yaxın zamanlarda da bir neçə nəfərin yerdəyişmə məsələsini rahat şəkildə həyata keçirməsini söyləmişdir. Mirhəşimdən nə qədər pul verməli olduğunu maraqlandıqda işin xərcinin 15.000 manat olmasını, Raqifı uzun müddətdir tanıdığından 14.000 manata həll edəcəyini demişdir. Mirhəşimlə razılaşdıqdan sonra 2024-cü ilin mart ayının 12-də Mirhəşimlə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb pulu hazır etdiyini bildirən zaman Mirhəşim Rusiya Federasiyasında olmasını, ona görə də pulu götürməyə özünün gələ bilməyəcəyini, tanışı olan Ruslan adlı şəxsin pulu onlardan götürəcəyini bildirmişdir. Mirhəşimə 13.000 manat pul düzəltdiyini bildirdikdə isə Mirhəşim onun istifadəsində olan mobil nömrəyə bank kartının fotoşəklini göndərərək 1.000 manat pulu həmin karta növbəti gün göndərməyini söyləmişdir. 12 mart 2024-cü il tarixdə tanışı olan Raqiflə birlikdə günorta saatlarında Mirhəşimin göndərdiyi adının Ruslan olduğunu sonradan bildiyi şəxslə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yolayrıcında görüşmüş və həmin şəxsə Mirhəşimə çatdırması üçün 13.000 manat pulu sayaraq vermişdir. Bundan sonra Mirhəşimlə əlaqə saxladıqda Mirhəşim heç bir problemin olmadığını, 1.000 manatı da karta göndərməyini demişdir. Növbəti gün yaşadığı evdə olan zaman kartdan karta köçürmə yolu ilə Mirhəşimə qalan 1.000 manat pulu da köçürmüş, Mirhəşim onunla yenidən əlaqə saxlayaraq pulun ona köçürüldüyün təsdiqləmişdir. Bütün bunlara baxmayaraq Mirhəşim ona qarşı dələduzluq etmiş və qohumunun işini həll etməmiş, beləcə onun 14.000 manat pulunu ələ keçirmişdir. X12 isə həmin məsələdən məlumatı olmamışdır. Məhkəmə iclasınadək Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyinə görə ondan hər-hansı şikayəti olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 3-4 il əvvəl yaşadığı qəsəbədə yerləşən kafedə olduğu vaxt eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Mirhəşim ona polis əməkdaşı olduğunu və Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini demişdir. Həmin vaxt Mirhəşimlə bir-birilərinin əlaqə nömrəsini götürmüşlər və Mirhəşim istənilən problemi asanlıqla həll edə biləcəyini demişdir. Sonrakı müddətdə Mirhəşim arabir ona zəng edərək hərbi məsələlərlə bağlı müxtəlif xahişlər etsə də, lakin o, hər dəfə tanışlarının olmadığını demişdir. Bundan başqa, arabir Mirhəşimlə görüşüb yemək yedikləri vaxtlarda Mirhəşim tez-tez kimlərləsə telefonda danışmış və müxtəlif məsələləri həll etmişdir. Mirhəşimin polis əməkdaşı olduğuna inandığı üçün həqiqətən də insanlara kömək etdiyini düşünmüşdür. Mirhəşim ona polisə işə düzəlmək istəyən şəxs olarsa deməyimi, yaxın əlaqələri vasitəsilə istənilən şəxsi polisə işə düzəldə biləcəyini demişdir. 2023-cü ilin avqust ayında hərbi hospitala getmək üçün “Bolt” tətbiqindən taksi sifariş etmiş, taksi gəldikdən sonra maşına əyləşmiş və yola düşmüşlər. Yol boyu sürücü ilə söhbət zamanı əvvəllər hərbçi olmağı barədə danışmışdır. Adını sonradan öyrəndiyi taksi sürücüsü Şahid1 ona üzdən tanış olduğunu dedikdə məlum olmuşdur ki, Baxışla eyni hərbi hissədə xidmət etmişlər. Bundan sonra daha səmimi şəkildə söhbət etməyə başlamışlar. Baxış söhbət əsnasında qaynı Toğrul Abdullayevin iş tapmaqda çətinlik çəkdiyini, polisdə işləmək istədiyini, lakin bunun üçün tanışı olmadığını demişdir. Həmin anda o, Baxışa qonşusu Mirhəşimin Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini və onlara kömək edə biləcəyini demişdir. Baxış Mirhəşimlə görüşməyə razılaşdığı üçün onun telefon nömrəsini götürmüşdür. Bir neçə gün sonra Baxış ona zəng edib görüşmək istədiyini demiş və həmin gün yaşadığı qəsəbədə yerləşən kafedə Baxışla görüşmüşlər. Baxış həmin yerə qaynatası Zərərçəkmiş şəxs1 və qaynı Toğrul Abdullayevlə birlikdə gəlmişdir. Tanış olduqdan sonra Tofiq oğlu Toğrulu polisə işə düzəltmək istədiyini dedikdə həmin işi Mirhəşimlə danışmalarını məsləhət görmüşdür. Bundan sonra o, Mirhəşimə zəng edərək kafeyə çağırmış, Mirhəşim gəldikdən sonra birlikdə əyləşib söhbət etməyə başlamışlar. X4 polisə işə düzəltmək istədiyini dedikdə Mirhəşim polis əməkdaşı olduğu üçün yaxın əlaqələri vasitəsilə həmin məsələni həll edə biləcəyini demişdir. Mirhəşimin deməsinə görə Toğrul əvvəlcə tibbi komissiyadan keçməli, daha sonra müxtəlif idman normativləri verməli imiş. Mirhəşim bu proseduralar yekunlaşdıqdan sonra qısa müddətdə Toğrulun polis kimi işə başlayacağını demişdir. Tofiq də Mirhəşimin dedikləri ilə razılaşdığından onlar bir- birilərinin əlaqə nömrələrini götürmüş və bundan sonra Mirhəşim çıxıb getmişdir. Baxışa Mirhəşimə görəcəyi işlə bağlı əvvəlcədən pul verməmələrini, yalnız məsələ tam həll olunduqdan sonra pul vermələrini demişdir. Təxminən 1 həftə sonra Mirhəşim ona zəng edərək yenə də Tofiqlə görüşəcəyini demiş və birlikdə getməyi təklif etmişdir. Mirhəşimlə birlikdə Binəqədi rayonu Azadlıq prospektində X15 Mübarizə Baş İdarəsinin yaxınlığında yerləşən kafedə Tofiqlə görüşmüşlər. Həmin görüşdə Toğrul və Baxış da iştirak etmişlər. Görüş zamanı Mirhəşim Toğrulu tibbi müayinədən keçirəcəyini və qısa müddətdə polis kimi işə başlayacağını demişdir. Tofiq bundan sonra Mirhəşimə bilmədiyi məbləğdə pul vermişdir. Daha sonra Mirhəşim Toğrul ilə kafedən çıxıb getmiş, o isə Tofiqlə qalmışdır. Təxminən 1 saat sonra Mirhəşim qayıtmış və Toğrulu komissiyadan keçirdiyini demişdir. Sonrakı müddətdə bir neçə dəfə yaşadığı qəsəbədə yerləşən və əvvəllər görüşdükləri kafedə yenə də Mirhəşim Tofiqlə görüşmüşdür. Həmin görüşlərdə Tofiqin istəyi ilə o da iştirak etmiş, lakin həmin görüşlər zamanı Tofiqin Mirhəşimə pul verməsinin şahidi olmamışdır. Ola bilər ki, o, kafedən çıxdığı vaxtlarda Tofiq Mirhəşimə yenə də pul vermişdir. Lakin həmin görüşlər zamanı Mirhəşim Tofiqə narahat olmamasını, Toğrulun məsələsinin qısa müddətdə həll olunacağını demişdir. Mirhəşimin deməsinə görə Toğrul Bakı şəhərinin rayonlarından birində polis idarəsində post-patrul xidməti kimi işə başlayacaqmış. Sonrakı müddətdə artıq məsələ yubandığı üçün Tofiq ona zəng edərək Mirhəşimlə danışmağını demiş, o da Mirhəşimə zəng edərək Tofiqin məsələsini həll etməsini demişdir. Mirhəşim isə narahat olmamağım, məsələni həll edəcəyini demişdir. 2024-cü ilin may ayının əvvəllərində Tofiq sonuncu dəfə əvvəllər görüşdükləri kafedə Mirhəşimlə görüşmüş, həmin görüş vaxtı Tofiq Mirhəşimə işi həll etmədiyi üçün pulu qaytarmasını demişdir. Mirhəşim yenə də vaxt istəyərək pulu qısa müddətdə qaytaracağını demişdir. O da Mirhəşimə əsəbləşərək Tofiqi pis vəziyyətdə qoyduğunu, buna görə də qısa müddətdə pulu qaytarmasını demişdir. Bir neçə gündən sonra isə artıq Mirhəşimin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Yalnız araşdırma zamanı izahat verdiyi vaxt Mirhəşimin həqiqətdə polis əməkdaşı olmadığını və insanları, o cümlədən onu aldatdığını bilmişdir. Mirhəşim Tofiqdən aldığı pul vəsaitindən ona heç bir pul verməmiş, yaxud pul verəcəyini vəd etməmişdir. Mirhəşim Tofiqə oğlunu polisə işə düzəldəcəyini vəd edərək pul aldığı vaxt Mirhəşimin Tofiqi aldatmaq niyyətinin olduğunu bilməmişdir. Mirhəşim ondan yaşda çox balaca olduğu üçün hörmət mənasında Mirhəşimi Tofiqə “bacıoğlu” kimi təqdim etmiş, lakin həmin anda Mirhəşimin onun həqiqətən də bacısıoğlu olduğunu nəzərdə tutmamışdır. Ola bilər ki, Tofiq bunu yanlış anlamışdır. Lakin Tofiq onun Mirhəşimlə heç bir qohumluq əlaqəsinin olmadığını bilmişdir. Yalnız Binəqədi rayonu Azadlıq prospektində X15 Mübarizə Baş İdarəsinin yaxınlığında yerləşən kafedə görüşdükləri vaxt Tofiqin Mirhəşimə pul verdiyini görmüş, digər vaxtlarda bunu görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, adı Rüstəm olsa da, lakin yaxın ətrafı ona adı ilə yanaşı, həm də “Ruslan” kimi xitab edirlər. Təxminən 7-8 ay əvvəl xatırlamadığı kafelərdən birində dostları ilə əyləşdiyi vaxt ortaq dostları vasitəsilə Mirhəşim adh şəxslə tanış olmuşdur. Mirhəşim özünü polis əməkdaşı kimi təqdim etmiş və Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini demişdir. Söhbət zamanı Mirhəşimlə aralarında səmimiyyət yarandığı üçün bir-birilərinin mobil nömrəsini götürmüşlər. Sonrakı müddətdə Mirhəşimlə mobil telefon vasitəsilə əlaqə saxlayıb görüşmüşlər. Aralarında dostluq münasibətləri yarandığı üçün demək olar ki, hər gün Mirhəşimlə görüşüb kafeyə getmiş, bir çox hallarda da hesabı Mirhəşim ödəmişdir. Görüşləri vaxtı Mirhəşim həmişə mobil telefonda kimlərləsə danışaraq məsələlər həll etmişdir. Mirhəşim ona da yaxın əlaqələrinin olduğunu və istənilən problemi asanlıqla həll edə biləcəyini demişdir. 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə Mirhəşim istirahət etmək üçün Rusiya Federasiyasına getmişdir. Bir neçə gündən sonra Mirhəşim ona zəng edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bir nəfər şəxslə görüşməyini, həmin şəxsin verəcəyi pulu götürməyini demiş, o da razılaşmışdır. Bir neçə dəqiqədən sonra tanımadığı mobil nömrədən ona zəng gəlmiş, zəng edən şəxs ona pul çatacağını deyərək görüşməyi təklif etmişdir. Həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçauxur qəsəbəsində adını sonradan öyrəndiyi Raqif və Nəsib adh şəxslərlə görüşmüş, Raqif rəngsaz işlədiyi üçün Raqifi əvvəlki müddətdən tanımışdır. Orada Raqif və Nəsib ona 13.000 manat pul vermiş, onların həmin pulu nə üçün Mirhəşimə verdiklərini ümumiyyətlə bilməmişdir. Pulu götürdükdən sonra Mirhəşimə zəng edərək məlumat vermiş, Mirhəşim isə həmin puldan 3.000 manat pulu ayırıb Mirhəşimə məxsus bank kartlarına göndərməyini, qalan 10.000 manat pulu isə özündə saxlamağını, Bakı şəhərinə qayıtdığı vaxt ondan götürəcəyini demişdir. Mirhəşim özünə məxsus 2 yaxud 3 bank kartının fotoşəkillərini ona göndərmiş və hər karta nə qədər pul göndərməyini demişdir. Bundan sonra Qaraçuxur qəsəbəsində yerləşən xatırlamadığı ünvanda quraşdırılan ödəmə terminalı vasitəsilə Mirhəşimin göndərdiyi kartlara dediyi məbləğlərdə olmaqla, ümumilikdə 3.000 manat pul göndərmiş, 10.000 manat pulu isə özündə saxlamışdır. 28 mart 2024-cü il tarixdə Mirhəşim Rusiya Federasiyasından qayıtdıqdan sonra həmin gün onunla əlaqə saxlayaraq görüşmək istədiyini demiş, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Ləvəngi” kafesində Mirhəşimlə görüşmüşdür. Həmin görüş zamanı o, özündə saxladığı 10.000 manat pulu Mirhəşimə vermiş, Mirhəşim isə həmin pulu götürüb idarə etdiyi avtomobilə qoymuşdur. Daha sonra kafedə əyləşib yemək yemişlər, hesabı yenə də Mirhəşim vermişdir. Sonrakı müddətdə yenə də Mirhəşimlə tez-tez görüşməyə davam etmiş, həmin görüşlər vaxtı da Mirhəşim mütəmadi olaraq telefonla danışdığı üçün başa düşmüşdür ki, Mirhəşim Nəsib və Raqifdən pulu kimisə işə düzəltmək üçün almışdır. Lakin bu barədə ətraflı məlumatı olmamışdır. Sonuncu dəfə may ayının əvvəllərində Mirhəşimlə görüşmüş, 2-3 gün sonra isə Raqif və Nəsib ona zəng edərək Mirhəşimin polis əməkdaşları tərəfindən tutulduğunu demişlər. 13.000 manat pulu Raqif və Nəsibdən aldığı və Mirhəşimə çatdırdığı müddətdə Mirhəşimin həmin pulu hansı məqsədlə alması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Mirhəşim avtomobil alqı-satqısı ilə də məşğul olduğu üçün Nəsibin həmin işlə bağlı Mirhəşimə pul verdiyini düşünmüşdür. Lakin sonrakı müddətdə Mirhəşimin Nəsiblə və Raqiflə telefon danışıqlarını eşitdiyi üçün başa düşmüşdür ki, Mirhəşim Nəsibdən pulu kimisə işə düzəltmək üçün almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun sinif yoldaşı olmuşdur. Orxan uzun müddət polis nəfəri kimi işləsə də, 2020-ci ildə yol verdiyi nöqsana görə daxili işlər orqanlarından xaric edilmişdi. Lakin Orxan yenidən xidmətə bərpa olunmaq istəmiş və bunun üçün səy göstərmişdir. 2024-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində Orxan və digər sinif yoldaşları Poladla görüşdükləri vaxt Orxan bir nəfər şəxsin onun polisə bərpa olunmasına köməklik edəcəyini, həmin şəxsin görüşmək üçün Mehdiabad qəsəbəsinə gəldiyini demiş və birlikdə görüşməyi təklif etmişdir. Bundan sonra Orxan və Poladla birlikdə Mehdiabad qəsəbəsində yerləşən “Gold city” çay evinə getmişlər. Təxminən yarım saat sonra tanımadığı 2 nəfər şəxs çay evinə gəlmiş və onlarla eyni kabinetdə əyləşmişlər. Orxan həmin şəxslərdən birinin adının Mirhəşim olduğunu və Mirhəşimin polis əməkdaşı olduğunu, digər şəxsin adının isə Arif olduğunu demişdir. Orxan onun polisə düzəlməsində məhz Mirhəşimin köməklik edəcəyini demişdir. Mirhəşim də Orxanın dediklərini təsdiq edərək həqiqətən polis əməkdaşı olduğunu və yaxın ətrafı sayəsində Orxanın polisə bərpa olunması işini bir neçə ay ərzində asanlıqla həll edə biləcəyini demişdir. Mirhəşim Orxana ilkin olaraq 4.000 manat pul verəcəyini, həmin pulla ilkin sənədləşmə işlərini həll edəcəyini, daha sonra Orxana komissiya ilə bağlı SMS göndəriləcəyini və bundan sonra qalan 6.000 manat pulu verəcəyini demişdir. Mirhəşimin polis əməkdaşı olduğuna əmin olduqları üçün Mirhəşimin dedikləri ona da inandırıcı gəlmişdir. Orxan da Mirhəşimə inandığı və etibar etdiyi üçün pul verməyə razılıq vermişdir. Orxanla Mirhəşimin arasında olan razılığa əsasən onların növbəti görüşləri zamanı Orxan Mirhəşimə 4.000 manat pulu verəcəkmiş. Onlar arasında razılıq əldə olunduqdan sonra Mirhəşim və Arif çıxıb getmişlər. Onlar getdikdən sonra Orxana ehtiyat etməsini və Mirhəşimin polis əməkdaşı olmasına əmin olduqdan sonra pulu verməsini məsləhət görmüşdür. Orxan isə Mirhəşimi tanışı olan Arif vasitəsilə tanıdığını, buna görə də Arifə etibar etdiyini demişdir. Sonrakı görüşlərindən birində Orxan artıq Mirhəşimə 4.000 manat pul verdiyini demişdir. Lakin o, həmin görüşdə iştirak etmədiyi üçün Orxanın Mirhəşimə həmin pulu harada və nə vaxt verdiyini bilməmişdir. Yalnız 2024-cü ilin may ayının ortalarında Orxanla telefonla danışdığı vaxt işi barədə soruşduqda Orxan Mirhəşimin ona qarşı dələduzluq etdiyini və buna görə də polis əməkdaşları tərəfindən tutulduğunu demişdir. Qeyd etdiyi ilkin görüş vaxtı Mirhəşim telefonla danışmaq üçün kabinetdən bayıra çıxdığı anda X13 barədə soruşmuş, Arif Mirhəşimin etibarlı adam olduğunu demişdir. Lakin Arif özü konkret olaraq pul barəsində yaxud iş barəsində Orxana heç bir söz deməmişdir. Məhkəmə iclasınadək şahid qismində dindirilmiş Şahid9 xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, İsmayıllı rayonunda işlə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin iyul ayında taksi fəaliyyəti ilə məşğul olan zaman keçmiş tanışı olan Şahid4 müştəri qismində idarə etdiyi taksiyə əyləşmiş və Akimi “Papanin” Hərbi Hospitalına aparmışdır. Yolboyu Akimlə aralarında olan danışıq əsnasında Akimə qaynı olan Toğrul Abdullayevin hərbi xidmətini başa vurmasına baxmayaraq hal-hazırda işsiz olmasını, Toğrulun polis orqanlarında işə qəbul olunması üçün tanışının olub olmadığını maraqlandıqda Akim qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs polis əməkdaşı olmasını, polisdə geniş əlaqələrinin olması səbəbindən bu işdə köməklik göstərə biləcəyini söyləmişdir. Belə olduqda qaynatası ilə danışdıqdan sonra Akimə xəbər verəcəyini söyləyib sağollaşmışdır. Bu barədə qaynatası olan Zərərçəkmiş şəxs1 məlumat verdikdə Tofiq Bakı şəhərinə gələcəyini, bu barədə ətraflı söhbət aparacaqlarını demişdir. Qaynatası Tofiq Bakı şəhərinə gəldikdən sonra 2023-cü ilin iyul ayının sonlarında Akimlə və Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində görüşmüşlər. Həmin tanışlıq zamanı Təqsirləndirilən şəxs özünün polis əməkdaşı olmasını, uzun illərdir ki, polisdə xidmət apardığı üçün polisdə xidmətə qəbul olunmada köməklik göstərə biləcəyini demişdir. Mirhəşimdən qaynı Toğrul Abdullayevin polis orqanlarında işə düzəlməsində köməklik göstərə bilib- bilməyəcəyini maraqlandıqda Mirhəşim bu* məsələdə heç bir problemin olmadığını, 8.000 manat pul qarşılığında işə qəbul məsələsini həll edəcəyini demişdir. Tofiq də razılaşaraq həmin pulu hissə-hissə olmaqla verəcəyini demişdir. Bununla da, 2023-cü ilin avqust ayından sentyabr ayının sonunadək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kafedə olan görüşlərində qaynatası Toğrul Abdullayev hissə-hissə olmaqla Mirhəşimə onun və Akimin yanında ilkin olaraq 3.000 manat, daha sonra isə 3000, 800, 750, 500 manat olmaqla ümumilikdə 8.050 manat pul vermişdir. Hər dəfə ona pul verən zaman işin gedişatı ilə maraqlandıqda Mirhəşim problemin olmadığını, pulun çatdırılmasına görə əmrin yubandığını demişdir. Mirhəşim 2023-cü ilin sentyabr ayında onun qaynatası Zərərçəkmiş şəxs1 ümumilikdə 8.050 manat pul almasına baxmayaraq vədinə əməl etməmiş, qaynı Toğrulu işə düzəltməyək pulu ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Onun uşaq yaşlarından polisə marağı olmuş və polis olmaq istəmişdir. Bununla bağlı normativlərdə iştirak etsə də, lakin fiziki idman təlimindən keçə bilmədiyi üçün xidmətə qəbul edilməmişdir. Buna görə də Ağsu rayonunda yerləşən atasına məxsus şəxsi təsərrüfatda işləyir. 2023-cü ilin avqust ayında atası onun polisə işə düzəlməyi ilə bağlı bir nəfər şəxsin köməklik edəcəyini demiş və birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində bacısının həyat yoldaşı Baxışla görüşdükdən sonra Baxış idarə etdiyi avtomobil ilə onları Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kafeyə aparmışdır. Həmin kafedə Baxış onları Akim adlı şəxslə tanış etmiş, Akim əvvllər hərbi xidmətdə olduğunu, və ehtiyatda olduğunu demişdir. Akim Mirhəşim adlı şəxsin onlara köməklik edə biləcəyini və onu polisə düzəldə biləcəyini demişdir. Akimin deməsinə görə Mirhəşim Bakı Şəhər Baş Polis İdarəsində işləmiş və polis əməkdaşı olmuşdur. Bundan sonra Akim həmin şəxsə zəng edib çağırmış və təxminən yarım saat sonra 1 nəfər şəxs kafeyə gəlmişdir. Həmin şəxs özünü Mirhəşim kimi təqdim edərək polis əməkdaşı olduğunu, Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini bildirmişdir. Hətta Mirhəşim əyninə arxa hissəsində polis yazılmış jilet geyinmişdir. Mirhəşim yaxın əlaqələrinin olduğunu, bir çox insanı polis kimi işə düzəltdiyini və onu da asanlıqla polisə işə düzəldə biləcəyini, lakin bunun üçün onun müxtəlif proseduralardan keçməli olduğunu demişdir. Mirhəşim onun əvvəlcə tibbi müayinədən və digər yoxlamalardan keçəcəyini, daha sonra polis əməkdaşı kimi xidmətə başlayacağını demişdir. Mirhəşim gördüyü işin müqabilində onun atasından 6.000 manat pul istəmişdir. Atası Tofiq pulu iş həll olunduqdan sonra vermək istədiyini dedikdə Mirhəşim bunu qəbul etməmişdir. Atası həmin məbləğdə pulunun olmadığını dedikdə isə Mirhəşim onun atasına əvvəlcə 3.000 manat pul verməyini, tibbi müayinədən sonra isə qalan 3.000 manat pulu verməyini təklif etmiş, atası da Mirhəşimin təklifi ilə razılaşmışdır. Mirhəşimin polis əməkdaşı olduğuna əmin olduqları üçün inanmış və etibar etmişlər. Atası və Mirhəşim görüş zamanı bir-birilərinin əlaqə nömrəsini götürmüşlər. Daha sonra atası Mirhəşimin istəyi əsasında onun şəxsiyyət vəsiqəsinin fotoşəklini Mirhəşimin mobil telefonuna göndərmişdir. Bundan sonra atası ilə birlikdə Ağsu rayonuna qayıtmışlar. Sonrakı günlərdə Mirhəşim tez-tez onun atasına zəng edərək pulu verməyini istəmiş və məsələnin həll olunduğunu demişdir. İlk görüşlərindən təxminən 1 həftə sonra yenə də atası ilə birlikdə Bakı şəhərinə gəlmiş və yenə də Baxışla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində X15 Mübarizə Baş İdarəsinin arxa tərəfində yerləşən adını bilmədiyi kafedə Akim və Mirhəşimlə görüşmüşlər. Mirhəşim 10 gün ərzində onun Bakı şəhərində Polis idarələrindən birində polis əməkdaşı kimi xidmətə başlayacağını demişdir. Atası da Mirhəşimin danışıqlarına inandığı üçün orada 3.000 manat pulu Mirhəşimə vermişdir. Mirhəşim bundan sonra atasına rayona qayıtmağını, onu tibbi müayinədən keçirəcəyini deimşdir. Atası həmin gün Ağsu rayonuna qayıtmış, o isə Bakı şəhərində qalmışdır. Hətta Mirhəşimin istəyi əsasında atası onu Ağsu rayonunda daimi qeydiyyatdan çıxararaq Bakı şəhərində yaşayan qohumlarının evində qeydiyyata saldırmışdır. Həmin gün Mirhəşimin idarə etdiyi avtomobil ilə DİN-in poliklinikasının yerləşdiyi əraziyə getmişlər. Orada o, avtomobildə gözləmiş, Mirhəşim isə poliklinikaya gedərək 15-20 dəqiqədən sonra geri qayıtmışdır. Mirhəşim onun artıq tibbi müayinədən keçdiyini demişdir. Həmin gün Mirhəşim onun atasına zəng edərək çəkisinin az olduğunu, 1.000 manat pul qarşılığında onun tibbi müayinə məsələsini həll edə biləcəyini demişdir. Atası Mirhəşimlə razılaşmış, lakin 800 manat pul verə biləcəyini demişdir. Mirhəşim razılaşdığı üçün 2-3 gün sonra atası Bakı şdhərinə gələrək Mirhəşimə 800 manat pul vermişdir. Həmin gün atası Ağsu rayonuna qayıtdıqdan sonra Mirhəşim onu adını bilmədiyi başqa bir tibb müəssisəsinə aparmışdır. Yenə də o, avtomobildə gözləmiş, Mirhəşim avtomobildən düşüb təxminən yarım saat sonra geri qayıdaraq məsələnin həll olunmadığını demişdir. Həmin gün axşam saatlarında Mirhəşim onun atasına zəng edərək onun ürəyində xəstəlik olduğunu, tibbi müayinədən keçə bilmədiyini demişdir. Mirhəşim 800 manat pul qarşılığında ona başqa tibb müəssisəsindən sağlamlıq barədə arayış ala biləcəyini demişdir. Atası 750 manat pul verə biləcəyini dedikdə Mirhəşim razılaşmışdır. Növbəti gün o, Bakı şəhərinə gələrək Mirhəşimə əvvəllər görüşdükləri kafedə 750 manat pulu çatdırmışdır. Həmin gün axşam Mirhəşim onun atasına zəng edərək ehtiyat kimi əlavə də 500 manat pul verməyini, ehtiyac olmasa qaytaracağını demişdir. Atası yenə də razılaşmış və Bakı şəhərinə gəldiyi vaxt Mirhəşimlə görüşüb ona 500 manat da pul vermişdir. Mirhəşim artıq arxayın olmaqlarını, bir neçə gün ərzində onu iş üçün çağıracaqlarını demişdir. Mirhəşimin deməsinə görə o ya Nərimanov, ya Binəqədi, ya da Bakı Şəhər Baş Polis İdarəsində işə başlayacaqmış. Bir neçə gün sonra Mirhəşim onun atasına zəng edərək artıq bütün sənədlərin hazır olduğunu, pulun qalan hissəsini, yəni 3.000 manat pulu təcili çatdırmalı olduğunu demişdir. Növbəti gün atası ilə birlikdə Bakı şəhərinə gəlmiş və əvvəllər görüşdükləri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən kafedə Mirhəşimlə görüşmüşlər. Orada yemək yedikdən sonra Mirhəşim həmin gün 3.000 manat pulun çatmalı olduğunu, əks halda işin həll olunmayacağım demişdir. Atası bundan sonra orada 3.000 manat pulu Mirhəşimə vermiş, Mirhəşim yenə də 10 gün ərzində onun işə başlayacağını demişdir. Bundan sonra arxayın şəkildə Ağsu rayonuna qayıtmışlar. Sonrakı müddətdə atası tez- tez Mirhəşimlə əlaqə saxlamış, Mirhəşim isə hər dəfə sıra olduğunu, buna görə işin gecikdiyini demişdir. Beləcə 2024-cü ilin mart ayına qədər Mirhəşim məsələni uzatmış, hər dəfə müxtəlif bəhanələr işlətməklə vaxt istəmişdir. Sonrakı müddətdə Mirhəşimin dələduzluq etdiyi üçün tutulduğunu eşitdikdən sonra atası Mirhəşim barəsində şikayət etmişdir. Mirhəşim onu polisə işə düzəldəcəyini vəd edib atası Zərərçəkmiş şəxs1 aldadaraq 8.050 manat pulunu ələ keçirmişdir. Atası pulları şəxsən Mirhəşimin özünə vermiş, Mirhəşimə bu işlərdə hansısa şəxsin kömək etdiyini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Texniki Xidmət- Təchizat Dəstəsinin sürücüsü vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 qardaşı Elxan vasitəsilə tanımışdır, belə ki, Elxan da onun kimi Dəstədə sürücü işləyir. Orxanı uzun müddətdir tanıdığı üçün əvvəllər polis əməkdaşı olduğunu, sonradan isə orqandan xaric edildiyini bilmişdir. Təqsirləndirilən şəxs isə təxminən 2 ildir tanıyır və Mirhəşimlə ortaq dostları vasitəsilə tanış olmuşdur. Mirhəşim ona özünü polis əməkdaşı kimi təqdim etmiş və Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini demişdir. Sonrakı müddətdə Mirhəşimlə yaxın münasibətləri yaranmış və tez-tez görüşmüşlər. Mirhəşim həmişə yaxın əlaqələrinin olduğunu və bir çox şəxsin işə düzəlməsinə köməklik etdiyini demiş, Mirhəşimin həqiqətən də polis əməkdaşı olduğunu düşündüyü üçün inanmışdır. 2024- cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə işlədiyi idarənin yaxınlığında dayandığı vaxt Orxanla rastlaşmış, bir qədər söhbət etdikdən sonra Orxan polisə bərpa olunmaq istədiyini, bununla bağlı bir neçə dəfə müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini demişdir. Həmin anda Orxana dostu Mirhəşim barəsində danışmış və Mirhəşimin bu işdə Orxana köməklik edə biləcəyini demişdir. Orxan Mirhəşimlə görüşmək istədiyi üçün o, Mirhəşimə zəng edib olduqları yerə çağırmışdır. Mirhəşim nahar vaxtı gələ biləcəyini dediyi üçün həmin gün günorta saatlarında yenə də onun işlədiyi idarənin yanında Orxanla birlikdə Mirhəşimlə görüşmüşlər. X11 tanış etmiş və polis əməkdaşı olduğunu demişdir. Mirhəşim Orxandan işi və hansı səbəbdən orqandan xaric edilməsi barədə soruşduqda Orxan bunlarla bağlı Mirhəşimə ətraflı danışmışdır. Mirhəşim Orxana Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini, yaxın əlaqələri olduğunu və bu kimi işləri asanlıqla həll etdiyini demiş və 3- 4 ay ərzində Orxanın polisə bərpa olunması işini həll etməyi vəd etmişdir. Mirhəşim Orxandan lazımi sənədlərin şəkillərini göndərməsini istəmiş və onlar bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bundan sonra Mirhəşim çıxıb getmişdir. Orxan ondan Mirhəşimin necə insan olmasını soruşduqda Mirhəşimi uzun müddətdir tanıdığını və etibar etdiyini, hər hansı mənfi hərəkətini görmədiyini demişdir. Sonrakı müddətdə Mirhəşimlə görüşdüyü vaxt Orxanın işini həll etməsini, onu pis vəziyyətdə qoymamasım xahiş etmişdir. Mirhəşim isə ona arxayın olmağını, Orxanın işini həll edəcəyini demişdir. Təxminən 2-3 gün sonra Orxan zəng edərək Mirhəşimin görüşə çağırdığını dedikdə o, işdə olduğu üçün həmin görüşə gedə bilməmişdir. 2-3 gün sonra isə Orxan ona zəng edərək Mirhəşimlə görüşmək üçün Mehdiabada çağırdığını demişdir. Bundan sonra o, Mirhəşimə zəng etdikdə Mirhəşim onun yaşadığı Masazır qəsəbəsinə gəlmiş, Mirhəşimin idarə etdiyi avtomobilə əyləşdikdən sonra birlikdə Mehdiabad qəsəbəsində yerləşən çay evinə getmişlər. Orada Orxan və 2 nəfər sinif yoldaşı ilə görüşmüşlər. Görüş zamanı Orxan və sinif yoldaşları Mirhəşimə ətraflı suallar verərək yaxından tanımaq istəmiş, Mirhəşim isə onların dediyi bütün şəxsləri tanıdığını demişdir. Mirhəşim yenə də Orxana narahat olmamasını, onun kimi bir çox şəxsə kömək etdiyini demişdir. Mirhəşim telefonla danışmaq üçün kabinetdən çıxdığı vaxt Orxan və sinif yoldaşları yenə də ondan Mirhəşim barəsində soruşduqda o, Mirhəşimin həqiqətən də polis əməkdaşı olduğunu və etibar edə biləcəklərini demişdir. Çünki o, özü də Mirhəşimin həqiqətdə polis əməkdaşı olduğunu və işi həll edəcəyini düşünmüşdür. Mirhəşim geri qayıtdıqdan sonra Orxan artıq Mirhəşimə görəcəyi işin müqabilində pul vermək istədiyini demiş, Mirhəşim isə pulu növbəti gün alacağını demişdir. Orxan və Mirhəşim razılığa gəldikdən sonra Mirhəşimlə birlikdə oradan qayıtmışlar. Növbəti gün günorta saatlarında Orxan qardaşı Elxanın yanma gəldiyi vaxt Orxanla görüşmüş, Orxan artıq Mirhəşimlə görüşüb 4.000 manat pul və lazım olan sənədləri verəcəyini demişdir. Bir neçə saatdan sonra Orxan ona zəng edərək Yasamal rayonunda yerləşən kafedə Mirhəşimlə görüşüb 4.000 manat pulu verdiyini demiş və ondan həmin işə nəzarət etməyini xahiş etmişdir. Sonrakı müddətdə Mirhəşimlə görüşdüyü və əlaqə saxladığı vaxtlarda Orxanın işi barəsində maraqlanmış, Mirhəşim isə narahat olmamağım, işi həll edəcəyini demişdir. 2024-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Mirhəşimə zəng etdiyi vaxt telefonunun bağlı olduğunu görmüşdür. Daha sonra ortaq dostlarından soruşduğu vaxt Mirhəşimin dələduzluq etdiyi üçün polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Buna görə də özü Orxana zəng edərək Mirhəşim barəsində şikayət etməsini istəmiş, Orxan da bu barədə şikayət etmişdir. Mirhəşim Orxandan aldığı 4.000 manat pul vəsaitindən ona heç bir pul verməmiş, yaxud pul verəcəyini vəd etməmişdir. Orxanı tanıdığı üçün əvvəldə ona kömək etmək istəmiş, Mirhəşimin həqiqətən də polis əməkdaşı olduğunu və Orxana kömək edəcəyini düşündüyü üçün Orxanla tanış etmişdir. Lakin sonradan bilmişdir ki, Mirhəşim polis əməkdaşı olduğunu deyərək onu da aldatmışdır. Məhkəmə iclasınadək Şahid8 tərəfindən 26 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun sinif yoldaşı olmuşdur. Orxan uzun müddət polis nəfəri kimi işləsə də, 2020-ci ildə yol verdiyi nöqsana görə daxili işlər orqanlarından xaric edilmişdir. Lakin Orxan yenidən xidmətə bərpa olunmaq istəmiş və bunun üçün səy göstərmişdir. 2024-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Orxan Arif adlı tanışının ona işə bərpa olunmağa kömək edəcəyini demiş, bundan sonra Orxanla birlikdə Yasamal rayonunda Fövqəladə Hallar Nazirliyinə məxsus binanın yaxınlığında Arif adlı şəxslə görüşmüşlər. Arif Mirhəşim adlı tanışının polis əməkdaşı olduğunu və Orxana məhz Mirhəşimin kömək edəcəyini demişdir. Arif zəng etdikdən təxminən 10-15 dəqiqə sonra tanımadığı bir nəfər şəxs həmin yerə gəlmişdir. Həmin şəxsin əynində arxa hissəsinə polis yazılan jilet olmuş və həmin şəxs özünü təqdim edərək adının Mirhəşim olduğunu demişdir. Arif Mirhəşimlə ətraflı söhbət etmələrini deyərək işi olduğu üçün çıxıb getmişdir. Bundan sonra Mirhəşimlə birlikdə “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən kafeyə getmiş, kafedə əyləşib Mirhəşimlə söhbət etməyə başlamışlar. Mirhəşim Bakı Şəhər Baş Polis İdarəsində işlədiyini, yaxın əlaqələrinin olduğunu və bir çox şəxsin işə düzəlməsinə və bərpa olunmasına kömək etdiyini demişdir. Orxan Mirhəşimə məsələni izah edərək polisə bərpa olunmaq istədiyini dedikdə Mirhəşim əlaqələri vasitəsilə həmin işi asanlıqla həll edə biləcəyini, lakin bunun üçün 10.000 manat pul lazım olduğunu demişdir. Mirhəşim Orxana əvvəlcə 4.000 manat pul verməsini, qalan 6.000 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini dedikdə Orxan razılaşmışdır. Orxan pulu hazır etdikdən sonra göndərəcəyini demiş və oradan çıxmışlar. O, sonradan Orxana Mirhəşimin etibarlı adama oxşamadığını və pulu verməməsini desə də, Orxan Mirhəşimin polis əməkdaşı olduğuna inandığı üçün pulu vermək istəmişdir. 2-3 gün sonra Orxan yenidən Mirhəşimlə görüşmək istədiyi üçün Arifə zəng edib görüşmək istədiyini demiş, həmin gün axşam saatlarında Arif və Mirhəşim birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsinə gəlmişlər. Orada yerləşən “Gold city” çay evində Arif və Mirhəşimlə görüşdükləri vaxt ondan və Orxandan başqa sinif yoldaşları Novruz da orada iştirak etmişdir. Görüş zamanı Mirhəşimdən Orxanın pulu çətinliklə qazandığını, buna görə də Orxanı aldatmamasını xahiş etmişlər. Mirhəşim isə narahat olmamalarını, yaxın əlaqələrinin olduğunu, Orxanın işini asanlıqla həll edəcəyini demişdir. Mirhəşim Orxanın verəcəyi pulun qanuni rüsum olduğunu, polisə bərpa olunmaq üçün həmin pulu ödəməli olduğunu demişdir. Mirhəşim bir çox şəxsin işinə köməklik etdiyini dediyi üçün artıq Orxan Mirhəşimə tam şəkildə inanmışdır. Orxan söhbət zamanı Mirhəşimə pulu verməyə razılıq vermiş və qısa müddət ərzində görüşüb pulu çatdıracağını demişdir. Bundan sonra Mirhəşim və Arif çıxıb getmişlər. O yenə də Orxana Mirhəşimə etibar etməməsi və pul verməməsini demişdir. 1-2 gün sonra Orxanla görüşdükləri vaxt isə Orxan Mirhəşimlə görüşüb 4.000 manat pulu Mirhəşimə verdiyini demişdir. Orxanın deməsinə görə Mirhəşim qısa müddət ərzində onu polisə bərpa etdirəcəkmiş. Mirhəşimin vəd etdiyi müddət keçdikdən sonra isə artıq Mirhəşim müxtəlif bəhanələrlə Orxanı aldatmışdır. O, sonrakı müddətdə Mirhəşimlə görüşdə iştirak etməsə də, lakin Orxanın dediklərinə əsasən bilir ki, telefon danışıqları zamanı Mirhəşim Orxana işin həll olunacağını deməkdə davam etmişdir. Arifi 2 dəfə Mirhəşimlə görüşdükləri vaxtlarda görmüş, ilkin olaraq onları Mirhəşimlə Arif tanış etmişdir. Lakin Arif onların danışığına müdaxilə etməmiş və Orxana hər hansı vəd verməmişdir. Orxanın deməsinə əsasən bilir ki, Orxan Mirhəşimə 4.000 manat pulu verdiyi vaxt da Arif orada iştirak etməmişdir. Məhkəmə iclasınadək Şahid5 tərəfindən 26 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onunla eyni idarədə mexanik vəzifəsində işləyir və Nəsiblə yaxın münasibəti var. 2024-cü ilin mart ayının əvvlərində onlarla birlikdə sahə rəisi işləyən Şahid6 ona Nəsibin bacısının əri, yəni yeznəsi Nicat Xuduyevin daxili işlər orqanlarında işləməsi, lakin maaşı aşağı olduğu üçün yerdəyişmə ilə bağlı köməklik edə biləcək adam axtardığını demişdir. Həmin anda Əbdülə Bakı Şəhər Baş Polis İdarəsində işləyən Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Mirhəşimlə bu barədə söhbət edə biləcəklərini demişdir. Mirhəşimi 2023-cü ilin yay aylarından etibarən tanımış, tanışlıqları usta kimi Mirhəşimin avtomobilini düzəldən zaman yaranmışdır. Münasibətləri yarandıqdan sonra Mirhəşim ona özünü Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Sonra Əbdül ondan Mirhəşimlə görüşüb söhbət edə biləcəklərini soruşmuş, o isə heç bir problemin olmadığını demişdir. Bir neçə gün sonra Əbdüllə Bakı şəhəri, Suraxanı rayonu ərazisində çayxanada görüşmüşdür. Əbdül yenidən Mirhəşimin yerdəyişmə məsələsini həll edə biləcəyi barədə sual vermiş, o isə Mirhəşimi həmin yerə çağırdığını deyib Mirhəşimin cavabını gözləməyi təklif etmişdir. Bir neçə dəqiqə sonra Mirhəşim onların olduğu yerə gəlmişdir. Əbdüllə Mirhəşimi tanış etdikdən sonra Mirhəşim Əbdülə özünü Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra Əbdül məsələni Mirhəşimə danışmış, Mirhəşim isə özündən razı halda həll edə biləcəyini demişdir. Sonra Əbdül çölə çıxaraq Nəsibi həmin yerə dəvət etmiş, bir neçə dəqiqə sonra Nəsib də onların yanma gəlmişdir. Mirhəşim ilə Nəsibi tanış etdikdən sonra Mirhəşim Nəsibə də özünü Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Nəsib yeznəsinin vəziyyətini Mirhəşimə başa salıb yerdəyişmə ilə bağlı nə kimi köməklik göstərə biləcəyini soruşduqda Mirhəşim tam əminliklə Nəsibə yeznəsi Nicatın xidmət yerini Bakı Şəhər Baş Polis idarəsinə dəyişdirəcəyi ilə bağlı söz vermişdir. Bundan sonra sağollaşıb oradan çıxmışlar. Bir neçə gün sonra Mirhəşim ona zəng edərək yerdəyişmə ilə bağlı 15.000 manat pul lazım olduğunu, ona görə 14.000 manata həll edə biləcəyini demişdir. Bunu Nəsibə dedikdə Nəsib razılaşmışdır. Bir neçə gün sonra Mirhəşim ona zəng edərək ölkə ərazisində olmadığını, pulu götürmək üçün adam göndərəcəyini demişdir. Həmin gün o, Nəsiblə birlikdə Mirhəşimin göndərdiyi şəxsə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Aura” restoranının yaxınlığında 13.000 manat pul vermişlər. Bundan bir neçə gün keçdikdən sonra isə Nəsib Mirhəşimin göndərdiyi bank hesabına 1.000 manat da pul köçürmüşdür. Lakin, sonrakı müddətdə Mirhəşim Nəsibdən aldığı 14.000 manat pulu geri qaytarmamış, yaxud verdiyi vədə əməl etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları tamamilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasınadək Şahid6 tərəfindən 21 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdi. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 135-139-cu vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-366/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 may 2024-cü il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 50-51-ci vərəqlərində olan 13 iyun 2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 10 iyun 2024-cü il tarixli, AZF/LGL-4658/24 nömrəli məktubu ilə istintaqa daxil olmuş “CD” diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********580 saylı mobil nömrə arasında 12 sentyabr 2023-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 77 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********580 saylı mobil nömrə arasında 14 yanvar 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 6 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan +**********04 saylı mobil nömrə arasında 12 sentyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 31 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan +**********30 saylı mobil nömrə arasında 03 oktyabr 2023-cü il tarixdən 07 may 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 123 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olan +**********40 saylı mobil nömrə arasında 24 avqust 2023-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 48 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid8 istifadəsində olan +**********87 saylı mobil nömrə arasında 11 yanvar 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 42 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan +**********01 saylı mobil nömrə arasında 14 dekabr 2023-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 30 dəfə mobil əlaqə yaradılmışdır. Cinayət işinin 1-ci cildinin 157-159-cu vərəqlərində olan 15 may 2024-cü il tarixli “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Honor” markalı “RMO-NX1” modelli mobil telefon cihazının yaddaşına baxış keçirilərkən “Qalereya” bölməsində “Bütün fotolar” adlı hissədə Zərərçəkmiş şəxs1 övladı X3 məxsus şəxsiyyət vəsiqəsinin, Zərərçəkmiş şəxs3 qohumu X9 məxsus xidməti vəsiqənin, həmçinin Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan başqa, mobil telefonda quraşdırılmış “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 mobil nömrəsi ilə +**********40 mobil nömrəsinin istifadəçisi “Akif vp komutan” kimi adlandırılmış şəxs arasında aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: “Akif vp komutan”: Bir xəbər dimirsən, saat ııje 4-ün yarısıdı, apar qardaş onun pulun ver, cəhənnəm olub çıxıb getsin də, mənki nə qədər dınqıdırınq- dınqıdırınq, elə bil xeyrin zadın görmüşəm e, apar ver, qardaş, onun pulun cəhənnəm olub çıxıb getsin, mənim hər gün işim-gücüm yox, ora gəl, bura get, (səsli mesaj, tarix: 03 may 2024-cü il, saat 15:25) “Akif vp komutan”: O uşağı ba nöş saxladın sən, bax neçə gündür saxlamısan burda, hələ diyeydün ki çağıracaqlar gələn həftə, 50 dəfə sənə deyirəm, bu qulağınnan ahrsan, o birisinnən buraxırsan, (səsli mesaj, tarix: 03 may 2024-cü il, saat 18:21) “Akif vp komutan”: Zəng vur Tofiqə denən də, day man bezmişəm, onun telefonun götürmiyəcəm. (səsli mesaj, tarix: 03 may 2024-cü il, saat 18:21) “Akif vp komutan”: Apar sən alla o şeyin pulun ver də, mən katib zadam, sənin sekreterin zadınam telefonlara cavab verim, (səsli mesaj, tarix: 03 may 2024-cü il, saat 18:49) “Akif vp komutan”: Götür də bu telefonu da. (səsli mesaj, tarix: 04 may 2024- cü il, saat 15:54) “Akif vp komutan”: O gün dedin ki, 1-ci gün, narahat olmayın, gözliyirəm, saat 6-dı kimi gözdiyirsən qardaş, camaatın yanında niyə biabır olmalıyam (səsli mesaj, tarix: 07 may 2024-cü il, saat 17:54) “Akif vp komutan”: Çox interesni adamsan e, Qurana and olsun, nə bilim valla, ba söz verirsən elə mənniydi, 1-ci gün, 2-ci gün, 5-ci gün, sora görüşürəm, nəbilim ala davernis verirəm, necə adamsan baş açmıram e sənnən (səsli mesaj, tarix: 07 may 2024-cü il, saat 20:38) “Akif vp komutan”: Sən bu neynəmək istiyirsən e, Ağsuya cavab vermirsən, mənə cavab vermirsən, hansısa pe..x götürür telefonu, haranın k„, si...n başının kamandiriyəm, maşennik blət, götür də camaatın telefonun, almısan pulun basıb yemisən, götür də sən nə istiyirsən, istiyirsən getsin ora-bura şikayət eləsin, u/e mən saxlaya bilmirəm a, dedim özün bilərsən, hara istiyirsən get, başa düşdün, telefonu da götür, özüvü lotulıığa vurma (səsli mesaj, tarix: 08 may 2024-cü il, saat 10:06) Həmçinin “Whatsapp” ani meşajlaşma tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan +**********03 mobil nömrəsi ilə +**********87 mobil nömrəsinin istifadəçisi “Arif FHN” kimi adlandırılmış şəxs arasında aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: “Arif FHN”: Qaqaw (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:23), “Arif FHN”: Necesen (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:23) “Arif FHN”: Sen cani bu orxanin iwinin uste duw (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:23), “Arif FHN”: Meni cox six ir (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:23), “Arif FHN”: Hami deyir alinmiyacaq (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:23), Təqsirləndirilən şəxs: O mənim s...i yeyir hamısıynan bərabər 1-ci, qardaşım 2 dəfə, 3 dəfə cənab nazirin qəbulunda olub bu 1, 2-cisi işə bu günləri 3 dəfə atkaz gəlib, 4-cü dəfə işə girişəndə nə gözdüyür gözdüyürki ona şey verəcəyki hə gəl bura, 3 dəfə səf eləmişik, bu dəfə düz eliyirik, işi araşdırır, araşdırmanın nəticəsin verir, bərpa eliyir də qardaş (səsli mesaj, tarix: 07 may 2024-cü il, saat 14:24) “Arif FHN”: Men sene inaniram guvenirem o bawqa (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:26), Təqsirləndirilən şəxs: Araşdırmaya verilib, araşdırmanın qardaşım nəticəsi bi dənə bəlli olmalıdı, bi dənə rəy çıxmalıdı (səsli mesaj, tarix: 07 may 2024-cü il, saat 14:26), “Arif FHN”: Tamam (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:27), “Arif FHN”: Bilirem sene guvenirem hem keçimdi hem iw yoldawimin qardawi yeni o menada deyirem kimin iwin gorursen meni qabağa sal (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:39), “Arif FHN”: Hemin adami dire nese elesin (mətn mesajı, tarix: 07 may 2024-cü il, saat 14:39) Cinayət işinin 2-ci cildinin 29-30-cu vərəqlərində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 29-30-cu vərəqlərində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2015-ci il tarixli, l(007)-133/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 35-37-ci vərəqlərində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 7(102)-104/l 8 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il 09 aya endirilmişdir. Cinayət işinin 1-ci cildinin 184-cü vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onu vurmuş olduğu 14000 manat ziyan tam şəkildə ona ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayətui, tələbi və iddiası yoxdur. Cinayət işinin 2-ci cildinin 174-cü vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir və hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 25-ci vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhər Baş polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyevə ünvanlanan 08 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ona vurduğu 4000 manat maddi ziyanın 3000 manat hissəsini ona ödənilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs tərəfindən ona ödənildiyi ziyan məbləğindən qalan 1000 manat ödənilmiş olduğunu, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyinə görə ondan hər-hansı şikayəti olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, qeyd edilən xüsusatı nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tərtib edilmiş 22 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Babək oğluna 1000 manat ödənilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə iclasınadək şahid qismində dindirilmiş Şahid9 xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, İsmayıllı rayonunda işlə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam həcmdə ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs oğlunun əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdsırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus “Honor” markalı “RMO-NX1” modelli mobil telefon Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinin maddi sübutları saxlama otağında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 may 2024 cü il tarixindən 06 dekabr 2024-cü il tarixədək 06 ay 28 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 01 il 01 ay 26 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus “Honor” markalı “RMO-NX1” modelli mobil telefon Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinin maddi sübutları saxlama otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X7 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-405/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-405/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver