Məhkəmə qərarları › İş №1(010)-406/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-406/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-406/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Xüsusi ittihamçı X2, Xüsusi ittihamçı X2 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs X3, Təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X3, xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, "xxxx" MMC-də icraçı direktor, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs (Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs) X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Rzayeva ArifəTelman qızı şikayət onunla əsaslandırmışdır ki, X10 04 sentyabr 2023cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı verilişdə (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir” xx.xx.2023 adı altında yayımlanan veriliş) özünə məxsus heç bir fəaliyyəti olmayan və insanlara məxsus əmlakları dələduzluq yolu ilə ələ keçirmək üçün adından istifadə etdiyi "xxxx" MMC-nin fəaliyyəti və daha sonra isə onu və həmçinin digər müxtəlif çox sayda insanları aldadaraq ələ keçirdiyi pul vəsaitləri ilə bağlı şikayətlər əsasında barəsində başlanılmış cinayət işi üzrə istintaqın aparılmasında narazılığını bildirmək bəhanəsi ilə çıxışında onun barəsində onun şərəf və ləyaqətini alçaldan, onu nüfuzdan salan ifadələr işlətməklə, həmçinin veriliş efirə getdikdən və yayımlandıqdan sonra 06 sentyabr 2023-cü il tarixdə «youtube» kanalında yaratdığı @İlaheİlyasova- xi2jy profili vasitəsi ilə həmin verilişin şərh bölməsində onun ünvanına nalayiq ifadələr işlətməklə, onun şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan şərhlər yazmışdır. Bundan başqa, X10 2023-cü ilin sentyabr ayında təkrarən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Hürriyyət» Media Qrupunun rəhbəri X12 kanalında (X18 hesab edir ki, qardaşı Elmarın milyonları sizdədir... SİZDƏDİRMİ_) adı altında yayımlanan verilişin şərh bölmələrində X10 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə verilişin şərh bölmələrində ünvanına nalayiq formada böhtan və təhqir xarakterli ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaldıb, onu nüfuzdan salan hərəkətlərə yol verməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla da, X10 tərəfindən mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Həmin verilişlərə dair materiallarda bütün yuxarıda qeyd olunan İlahə İlyasovanm onun barəsində böhtan, təhqir əməllərini törtəməsi kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, 04 sentyabr 2023-cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı 1:13:15 (01 saat 13 dəqiqə 15 saniyə) müddət ərzində davam edən verilişin (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir” xx.xx.2023 adı altında yayımlanan veriliş) şərhlər bölməsində İlahə İlyasova 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə «Arifə canım har sey kabakdadi döz gec deyil azizim cana ağızdan yaxşı gedir şanda»,«Gancikdan amala galan balla Arifə Sanin abrını kara torpak orta torpakda gahbaya komak etmaz valla», «Mahammad bagirovpernisanin aşlıdı ay soska», «Gazetin yorumunu hazırla bunun başını burax»;«Arifə az qalıb soska olmağa az prezident aparatından danış ay canim suleysin indida sananı sevisan»; «Ay kisilar Arifə bedavada verir harda istiyisiz gayıra bilərsiz taki onu çağırın kişi xastasidi atasini olmayan goru»; «Sizin hamınızı ifşa edacak az kalıb bir gözləyin na galıb bu oyunun sonuna bu oyunda kim uduzdu kim uddu pesimanim kim olacak bilmiram.»; «Canın ucu arife zona hazırlaş orda yoburundanda namikdanda artım oğlanlar var»; «Sanan sikmadi Sani Arifə?»; «Anan Arifə çalır sen almırsan kisilarin videoda belədi ana bala az çalın ay it usaklan gahbanin belindən dusanlar» «Tibb və zon kraliçası gahba soska arifə ura»; «Tibb bacılarımn kraliçası bu gün sabaxzobun kraliçası olacak san özüm orda necə lazımdı daldan kabakdan duzaltdiracam ve balla doğadan al caksasanbu kisilardan»; «Mana ali dayan olmuyub amma Sani ay bədbəxt arife bütün Azərbaycan axtaliyib iyrancsan kül bü kisilarin başına sana tamah salir»; «Zonda özünü sikdirmalisan vasalam Arifa sosi amma mandan geyinməyə götürdüyün paltarla sikdirma man burda narahat oluram paltar gondarim yena Armani olsun»; «Man na bir azərbaycanlı kişisiyle alaka kurmamisam kurmaramda Arifə kimi arım var deyib yo burla yaşayır oda azlik edir gunda namik kimi oğlanlarla kef...»; Bundan başqa, 2023-cü ilin sentyabr ayında kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Hürriyyət» Media Qrupunun rəhbəri X12 kanalında yayımlanan (X18 hesab edir ki,qardaşı Elmarın milyonları sizdədir... SİZDƏDİRMİ_) adlı 2:31:44 (02 saat 31 dəqiqə 44 saniyə) müddət ərzində davam edən verilişin şərhlər bölməsində İlahə İlyasova 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova- xi2jy adlı profili vasitəsi ilə «Mən barata 100 min vermamisam amma sanin kardasımn kolu kandali galmasina 100 min harcayacam sanin var yoxunu man sikdirim ki»; «San ol kuran sizekanim olsun ki, arife yaxsi ağızdan verir yaxsi calandiyaxsi amir masennikin kubudu va naturalni cindirdi ona goregalib onu sika bilarsizneca lazimdipulu manikdi»; «Bu kadın tam faise diyani Arife özü olsun bacı cani çalıb size kayf veracak amma pulu manikdi anasıda ustunde bonusdu 100mindafa..»; «Anasi gahba bayakdan xanlar veliyevin adami idim indi oldum elmar veliyevin adami yalandi gahbe arife namik agzina vermayik ay soska bilet»; sözlərini yazmış və nəticədə həmin videoları izləmiş olan ona məlum olan X8, Şahid2, Şahid3, Şahid1, eləcə də, tanımadığı ətrafında ola biləcək, onu tanıyan şəxslər kütləvi şəkildə izləmiş həmin şərhləri görmüşdür ki, bununla da, X10 bu əməlləri ilə kütləvi şəkildə yayımlanan verilişin şərhlərində yalan, nalayiq və etik olmayan ifadələrlə onu təhqir etməklə və böhtan atmaqla şərəf və ləyaqətini alçaltmış, nüfuzuma xələl yetirmişdir. Kütləvi İnformasiyalar haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələbinə əsasən Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həvatma. onların sərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Göründüyü kimi, İlahə İlyasovaonun ünvanına ona aid olmayan və nalayiq ifadələr yazıb işlətməklə ona böhtan atıb, təhqir edərək mənə maddi və mənəvi ziyan vurmuşdur. Göründüyü kimi İlahə İlyasova məni heç bir əsası olmayan əxlaqsız qadın kimi qələmə verməklə ona böhtan atır və həmin hərəkətlərini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış bu səbəbdən hesab edirəm ki, İlahə İlyasovanın əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi açıq-aydın mövcuddur. İlahə İlyasova onun haqqında yuxarıda qeyd olunan məzmunda məlumatları 04 sentyabr 2023- cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı 1:13:15 (01 saat 13 dəqiqə 15 saniyə) müddət ərzində davam edən verilişin (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir ” 4.09.2023 adı altında yayımlanan veriliş) şərhlər bölməsində İlahə İlyasova 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə böhtan və təhqir olaraq şərhlər yazaraq yayması onun cəmiyyətdəki nüfuzunun zədələnməsinə, həm şəxsi, həm də iş həyatında böyük problemlərin yaranmasına səbəb olmuşdur. Buna görə də, hesab edir ki, İlahə İlyasovanın böhtan atmaqla və təhqir etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 izahatında bildirdi ki, o, dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina edir. O, teleqram vura-vura ona axtarış vermilmişdir. O, Xocalıda olub, işini görə-görə axtarış verilmişdir. 4-5 dəfə teleqram vurmuşdur. O, bildirmişdir ki, o lahiyədədir, hamıda bilir ki, o, Xocalı Xanabad-da işləyir. Buna görə gələ bilmir. Sonrada onun səhhətində ciddi problem yarandı, yoxlama keçirildi, mina axtarışında onda qanaxma oldu, o, Topçubaşov xəstəxanasında Maya xanımın xəstəsidir. Orada da teleqram yazdı ki, gələ bilmir, vəziyyəti çox pisdir. Məcbur şirkətdə lahiyəni Mətin bəyə təqdim etmək məcburiyyətində qalmışdır. “Arifə qadın fahişədir, şalavadır, ərdə olan qəhbənin üstə məni bura gətirir, cındırın biri, qəhbənin biri, onu Məhəmməd Bağırov saxlayır”. Onun şəkəri bu dəqiqə 400-dən artıqdır. O bu qadına demişdir ki, gəl şirkəti sat, get. “Kiminsə tapşırığını yerinə yetirən cındırdır”. Sənə yazmışdım ki, mən gələcəm bu zibilxanaya. Yazmışdım ki, oktyabrın axırına kimi gələcəm. O Bakıda yox, Xocalıda olmuşdur. O, Xankəndindən göndərmişdir, bulara tapşırır ki, aparın göndərin. Xanım İdeal mediada onu təhqir etmişdi. O, bişdi ki, qurma qurulub. X14 təşkil edib. “Bu yazı getməmişdən Qarayevdə yazadığım evə gəlib dedi Nazim bu videonu hazırlayıb efirə verəcək”. Onun tutulmağı polislə bağlı idi. Sürücü dedi cərimələrini ödəməmişdir, “dedi polisə şikayət elə dedim hara edirsən elə, onan sonra başıma bu gəldi”. Ona nələr deyib Nazirində adı yazılmışdı, “guya mən Mikayıl Cabbarovun qara kaşilokuyam”. “Bu da məni təhqir edib məhkəməyə verməliyəm”. Bu xanımın çıxışları dəhşətli dərəcədə idi, o da ona qarşı cavab idi. “Tapşırıqla gəlmişdir buraya”, “hansısa bir şalabanın üstündə tutulmuşam”. “Sizdə tapşırıq yerinə yetirən bir insan”. “Onun rolu şalabadır”. O, şirkətin vəkilinə demişdir, məhkəmə məlumat versin, bütün sənədlərdə ondadır. Ona bildirişlər əvvəlki hakim Samir Əliyevin adı ilə gəlib. Zəlimxan vəkilə sözlərini deyirdi, o da deyirdi, baş üstə. Özünü təqsirli bilmir. “İdeal” media saytı var, hazırda onun şikayəti əsasında həbsdədir. O, saytda onu polis aparmasına kimi, özü çıxıb Larisa Eyibova ilə birlikdə guya Larisa Eyibova dərzidir, burada onun hüquqları tapdanır, bunun pulları yeyilir. 9 sayt bu yazıları qoymuşdur, onun şikayəti əsasında həmin adam Cinəyatkarlığa qarşı Mübarizə İdarəsində 1 il bundan əvvəl həbs olundu, Həmin saytın yazıları var, bir dəfə Samir Əliyeva, bir dəfə Xətai Məhkəməsinə verdi. Kommersiya Məhkəməsinə müraciət etmişdir. 6 dəfə Kənan Hüseynovda məhkəmə keçirildi. Dəfələrlə zəng olundu, məktub göndərildi. Xanım gəlmədi, vəkili Yeganə ilə o, gəlmişdir. Xocalı Xanabadda fəaliyyət göstərirlər, həm də Türk şirkətidirlər. Burada yalan yoxdur. Onun burada 17 gün olmağı, 200.000-300.000 ziyan dəyib. Birinci o, onu şikayət etmiş, onun danışmadığı söz qalmamışdır. Birincisi onun telefonu 3 gün polisdə olub, bunun əlində olub. “Hürriyyət kanalında o videonu göstərsin mənə”. “Verlişləri də göstərsin mənə”. “Məlahət xanım həyatdadır, çağırılsın görsün, orada ona aid varmı”. O, google istifadə etmir, nə olsa, vəkilə, mühasibə deyir. Sözü var, üzə deyir. 75.000 manat deyilirsə, sübut etsin, “heç sübut eləmə verim, get, bu şirkətdən.” “Dövlətdən bir yardım, pul almışıq, araşdırın, şəxsi Türkiyyədən gələn hesabına bunu tikirik”. “Bundan artıq dövlətə neyləməliyik”. “Əlimizdən gələni etmişik”. Onun işgüzar nüfuzu yoxdur, onun işgüzar nüfuzu var. Mühasibini də çağıra bilər. Onun elə mailim yoxdur. O istəyir ki, mail yoxladılsın. Onun maili ilə uyğumluğu yoxdur. İdeal media mənim şikayətim əsasında 8 il iş aldı, xanım çıxışında Larisa ilə onu milləti aldatan nələr demiyib. O, 7 dəfə Xətai məhkəməsinə vermişdir, 1 dəfə də bu məhkəməyə. Xanım haqqında nələr deyib. Biabr olmuşdu. O, nə deməliydi. O bu yazılar yazılanda həbsdə olmuşdur. 6 ay 15 gün həbsdə olmuşdur. Dəfələrlə vəkillə söz göndərir ki, gəl nizamnamə kapitalını artırır. Bu videolar hamısı silinib, yoxdur internetdə. Tək bu xanıma görə yox, ona Xocalı Xonabad lahiyəsini verdilər. 29 video var idi, xanım haqqında orada nəsə yox idi, Kürdəxanıdan çıxan günü səhəri bir-bir sildirmişdir. Sonra DİN-ə müraciət eləmişdir, məktubla üzürxahlıq eləmiş, nə gəlir onu yazır. Xanıma görə yox lahiyəyə görə silinib. Xanım onun haqqındakı hamısı qalır. Şahid1 şikayəti əsasında tutulmamışdır. “X19 adına kredit götürmüşük, oyun qurulmuşdu”. Gördülər bu yalandır, şirkətin aiddiyatı yoxdur. X15 Şirvan Apellyasiya məhkəməsinin sədridir, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovla ilə problemi var. Bu adamı oyuncaq kimi salıblar. Guya ona 20000 verib bu, “o da aparıb vermişəm Salman müəllimə o da mənə bəraət hökmümü qüvvədə saxlayıb”. Bu küçədə qalıb, “necə 20000 var bunda”. Nərimanov Polis İdarəsinə çeklər təqdim olunub, buna nə qədər verilib. Bütün banklardan çıxarılıb. Ekspresbank, VTB bankdan, hardan pul vermişdir, hamısının çekləri var. Onun səsini bunların tapşırığı ilə taksi şoferi ona zəng vurdu ki, “pulumu verməmisən, cəriməmi ödəməlisən, dedi ki, polisə şikayət edəcəm”, “dedim ki, sən də belə, polisdə belə”. Bu onun səsini paylaşdı. Arifə gecə onlara gəldi, sonra başına həbs gəldi. Çıxandan sonra Cinayətkarlıqla Mübarizə İdarəsi onu çağırdı, ona hamısını göstərdi ki, necə tutulmusan. Ondan sonra Nazim Quliyev həbs oldu, 8 il həbs aldı. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, "xxxx"-də işləyir. İcraçı direktordur. Anası zəng vurub, vəkil Gürcüstandadır, 12-i burada olacaq. Sənədlər hamısı ondadır. Keçən iclasda dedi ki, axtarış oldu, qanaması başladı. Güvənirdi ki, vəkil gəlib sənədləri verəcəkdir. Təhqir ola bilməz, o yazı şəklindədir, heç onun profil hesabı yoxdur. “Gəlsin yoxlasınlar görüm, hesabım, mailim yoxdursa, adicə T-Finansın mailindən istifadə edirəm”, analiz cavabı da o mailə gəlir. Onun mühasibi, vəkili var, bir də Türkiyyədə vəkili var. Onun başı çıxmır. Onun elə profili yoxdur. Ümumiyyətlə o, profil işlətmir. Youtubedə də belə şeydən qaçır ki, Qarabağ lahiyəsindədir. Onun vəkili var, mühasibi var, onlar məşğul olur. “Sözdü, sözü danmır, dediyi sözün altıdanda imza atıram”. Belə videolar nə internetdə var hazırda. “Gəlin olan bir şeydən danışaq”. İş materialları ilə tanış deyildir, vəkili tanışdır. “Gəlsin, pulu varsa da, verək, bezdik”. Söyüş söymüşdür, o, danmır ki, “onda axtarır, bütün günü T-Finansın haqqında google girəm”. Tək o deyil ki, bu yaxınlarda çıxıb ki, onlar üzr istəməlidirlər, Cavad Cavadovdan, belə yazı gedib, internətdə. Ona mətbuat katibi xəbər verib. O da açıb baxır, youtube, google axtarır. Onun accountu yoxdur. Cəmilə Əliyeva adından accountu gedir. "xxxx" haqqında məlumatları axtarır, tapmır. Onu o, necə yaza bilər ki, Kürdəxanıda olmuşdur. Onu məhkəməsiz buraxıblar. Nəsimi qətimkan tədbirin seçmişdi. Avqust ayında barəsində həbs seçilib. 70000 istəyən vicdandan danışır? O tikişçi işləyir ki, İdealda çıxıb deyir tikişçi işləyir. “Onda mən də yaxşı edib yazmışam, sən məni niyə təhqir edirsən? Sənin işgüzar nüfuzun sıfırdır, mənidə öz gününə salırsan. Çıxandan sonra baxıram ki, yazıb “Məhəmməd səni belə eləsin, Salman belə eləsin, küçədə qalmış kiraçı”. Salman Hakimdir, Məhəmməd hakimdir. O öz adını yazar, Sənan müəlimin adın yazmaz. Cəmilə Əliyeva adından accountu gedir. "xxxx" haqqında məlumatları axtarır, tapmır. Məhkəmə iclasında xüsusi ittihamçı izahatında bildirdi ki, saytlarda, şərhlərdə yazıb, o, bir müdaxilə eləməmişdir. O gün burada Pərnəstə adlı xanımın adını çəkdi, Məhəmməd Bağırovun adını çəkdi, biz bunun ağzından eşitmişlər, onlar tanımırlar. O, onu şərləmir. Öz ad familyası ilə yazıb. Hərənin öz şəxsiyyəti var, gəlir burada da təhqir edir. Onu borca salıb, iki ildir o, faiz ödəyir. Məhkəmə iclasında şahid qismində Şahid1 izahatında bildirdi ki, 2021-ci ilin dekabr ayı İlahə xanım onu sürücü kimi qeydiyyatdan keçirdib. İlahə xanımı da, Arifə xanımı da o şirkətdən tanıyır. Onun əmək haqqısı təqdim olunmadı. O, may ayının 25-ə kimi işlədi. Əmək haqqı almamışdır. 2023-cü ilə qədər onu aldada-aldada onun ödənişləri var idi, vermədi. O, Nəsimi Polisinə vermişdir. Sentyabr ayının 16-sı 2023-cü il tutulub. 2023-cü il kanala çıxıb hamını, əsasən də Arifə xanımı təhqir etməyinin şahidi olmuşdur. O, indi də, hamının yanında da təhqirlər edib. Arifə xanımı təhqir etməsinin şahididir. Kanalda çıxışını görmüşdür, yazıları görmüşdür, Arifə xanıma yığıb demişdir ki, tərbiyyəsiz sözlər, söyüşlər, yazılıb. O, deyəndən sonra Arifə xanım baxdı. 2023-cü ilin avqust-sentyabr ayları idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, telefonda qalır. Kanalın adı yadından çıxıb. Şəkillər story-lər vardır. İlahə xanımın çıxışı da var, çəkib götürmüşdür. O, Nərimanov Polisinə müstəntiqə də görüntüləri vermişdir. Linki Arifə xanıma atmışdır. 3 il keçib, sentyabr-avqust ayları idi, 2023-cü il. Yazılar təhqir idi. İlahə xanımla aralarında olan söhbəti üçüncü şəxs necə bilə bilər. 2023cü il sentyabr ayında yazılıb. O, Arifə xanıma göndərdi. O, kanalda gördü. Telefona baxacaqdır, orada olmalıdır. O, şikayət edəndən sonra həbs olunub. 16 sentyabr həbs olunub, ya 14-ü, deyəsən 18-i. Dəqiq bilmir, 2-18 aralığı olub. 2024-cü ilin martın 18-20-si çıxıbdır. 2023-cü ildə Azərbaycanda olmuşdur. Avqust ayında çıxış edib, sentyabrda tutulub. Avqustda yoxdursa, sentyabrda olub. Tutulmamışdan qabaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, İlahəni 2021-ci ilin iyun ayından tanıyır. Qəbələ rayonunda vergi işçisi var idi, yoldaşı da baş mühasib işləyirdi. Göndərdi onların yanlarına ki, o da o vaxt BP şirkətində sürücü işləyirdi. Göndərdi ki, “sən buna kömək elə”. Yoldaşı da sistemə girərək gördü ki, 5000-ə yaxın əlavə hesablanma olub. Bunu təmizlədi, bu insanları ordan tanımışlar. Onlardan qabaq 1 qardaş bir bacı var idi, onlar bir yerdə gəldi dedilər ki, “növbəti siz olacaqsınız ehtyatlı olun”. Arifə xanımı 2023-cü ildə tanımışdır. Hər ikisi ilə heç bir münasibəti yoxdur. İlahə xanıma cinayət işi açdırmışdır. Sentyabr ayının əvvəlləri idi, o, youtuba girəndə gördü ki, orada Vüqar və İlahə gördü ki, danışırlar. Düzdür, onun uşağına da başdan xarab dedi. Şərhləri oxumuşdur, Arifəyə qarşı biədəb yazılar yazılmışdı. Efir nə vaxd olub bilmir, sentyabr 2023-cü ildə qarşılaşdı. Vüqara zəng etmiş, dedi ki, “sən tanıyırsan kimi efirə gətirmisiniz?”. Dedi əlində sənəd var dövlət bunu aldadıb. Sonra İlahəni tutdular. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 suallara cavab olaraq bildirmişdir ki, oğluna, yoldaşına, Arifə xanıma qarşı nalayiq sözlər işlədib. O, şərhləri youtubedə görmüşdür. 2-3 gün ərzində gördü, sonra uzaqlaşdı. Tanıdığı zərərçəkmişlərə demişdir ki, iranlı var, 5 ay pulun vermirdi, ona da demişdir. Arifə xanıma da məlumat vermişdir. Silinib şərhlər. Verlişə qulaq asmış, şərhləri oxumuşdur. 5-6 sentyabrda oxumuşdur. Veriliş haçan olub bilmirəm. Götürmüş idi, telefonu yandı, suya düşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirdi ki, bir neçə nəfər zərərçəkmiş şəxsdirlər. Zərərçəkmiş Günay zəng eləmişdi ki, Arifənin haqqında İlahə biabrçı sözlər danışır. Keçmiş yoldaşına da dedi ki, belə-belədir, telefonda ona göstərdi, söyüşləri İlahə Arifə haqqında deyirdi. Video deyildi, yazı idi. 2023-cü il sentyabr-oktyabr ayı idi. Yazılar söyüşlər idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 suallara cavab olaraq bildirmişdir ki, yazıları yoldaşı göstərdi. Hamı bir birinə atmışdı və yayılmışdı. Günay xanım və yoldaşı ikisindən məlumatlanmışdır. Günay telefonda dedi. İlk vaxtlar onları bu şahid xanım tanış edib. Münasibətləri yaxşı olub, onlara gəlib-gedib. Əşya yox, verməmişik birbirə. Don vermişdır, Armanidən. Afətin yanında 3 adamın yanında vermişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X10 barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı İstintaq təcridxanasının 23 oktyabr 2025-ci il tarixli məktubuna əsasən X10 20 oktyabr 025-ci il tarixdə tutularaq, Suraxanı RPİ-in əməkdaşları tərəfindən tutularaq 21.10.025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərarına əsasən X10 barəsində cinayət işi təzələnərək, iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:50-yə təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 07 noyabr 2025-ci il tarixli qərarına əsasən X1 həbs qətimkan tədbirir dəişdirilərək, ona alternativ olan ev dustaqlığı qətimkn tədbiri seçilmiş və X10 məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 07 noyabr 2025-ci il tarixli qərarına əsasən X10 barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi və ona polisin nəzarəti altına vermə qətimkan tədibir seçilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri-qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X4rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan yazıların ümumi məzmunundan doğan fikirlərdən aydın olur ki, X10 birmənalı şəkildə xüsusi ittihamçı Arifə Rzayevanın yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaq, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaq məqsədi güdmüşdür. Diffamasiya kimi qəbul edilən bu ifadələrin məhkəmə istintaqı zamanı hər hansı mötəbər dəlillərlə sübut olunmaması xüsusi ittihamçıya qarşı böhtan cinayətlərinin törədildiyini təsdiq etmiş olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Belə ki, X10 04 sentyabr 2023-cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı verilişdə (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir” xx.xx.2023 adı altında yayımlanan veriliş) və T-Finans» MMC-nin fəaliyyəti ilə bağlı veriliş efirə getdikdən və yayımlandıqdan sonra 06 sentyabr 2023-cü il tarixdə «youtube» kanalında yaratdığı @İlaheİlyasova- xi2jy profili vasitəsi ilə həmin verilişin şərh bölməsində onun ünvanına nalayiq ifadələr işlətməklə, onun şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan şərhlər yazmışdır. Bundan başqa, X10 2023-cü ilin sentyabr ayında təkrarən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Hürriyyət» Media Qrupunun rəhbəri X12 kanalında (X18 hesab edir ki, qardaşı Elmarın milyonları sizdədir... SİZDƏDİRMİ_) adı altında yayımlanan verilişin şərh bölmələrində X10 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə verilişin şərh bölmələrində ünvanına nalayiq formada böhtan və təhqir xarakterli ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaldıb, onu nüfuzdan salan hərəkətlərə yol verməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla da, X10 tərəfindən mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Həmçinin təqsirləndirilən şəxs X10 04 sentyabr 2023-cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı 1:13:15 (01 saat 13 dəqiqə 15 saniyə) müddət ərzində davam edən verilişin (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir” xx.xx.2023 adı altında yayımlanan veriliş) şərhlər bölməsində İlahə İlyasova 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə «Arifə canım har sey kabakdadi döz gec deyil azizim cana ağızdan yaxşı gedir şanda»,«Gancikdan amala galan balla Arifə Sanin abrını kara torpak orta torpakda gahbaya komak etmaz valla», «Mahammad bagirovpernisanin aşlıdı ay soska», «Gazetin yorumunu hazırla bunun başını burax»;«Arifə az qalıb soska olmağa az prezident aparatından danış ay canim suleysin indida sananı sevisan»; «Ay kisilar Arifə bedavada verir harda istiyisiz gayıra bilərsiz taki onu çağırın kişi xastasidi atasini olmayan goru»; «Sizin hamınızı ifşa edacak az kalıb bir gözləyin na galıb bu oyunun sonuna bu oyunda kim uduzdu kim uddu pesimanim kim olacak bilmiram.»; «Canın ucu arife zona hazırlaş orda yoburundanda namikdanda artım oğlanlar var»; «Sanan sikmadi Sani Arifə?»; «Anan Arifə çalır sen almırsan kisilarin videoda belədi ana bala az çalın ay it usaklan gahbanin belindən dusanlar» «Tibb və zon kraliçası gahba soska arifə ura»; «Tibb bacılarımn kraliçası bu gün sabaxzobun kraliçası olacak san özüm orda necə lazımdı daldan kabakdan duzaltdiracam ve balla doğadan al caksasanbu kisilardan»; «Mana ali dayan olmuyub amma Sani ay bədbəxt arife bütün Azərbaycan axtaliyib iyrancsan kül bü kisilarin başına sana tamah salir»; «Zonda özünü sikdirmalisan vasalam Arifa sosi amma mandan geyinməyə götürdüyün paltarla sikdirma man burda narahat oluram paltar gondarim yena Armani olsun»; «Man na bir azərbaycanlı kişisiyle alaka kurmamisam kurmaramda Arifə kimi arım var deyib yo burla yaşayır oda azlik edir gunda namik kimi oğlanlarla kef...»; Bundan başqa, 2023-cü ilin sentyabr ayında kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Hürriyyət» Media Qrupunun rəhbəri X12 kanalında yayımlanan (X18 hesab edir ki,qardaşı Elmarın milyonları sizdədir... SİZDƏDİRMİ_) adlı 2:31:44 (02 saat 31 dəqiqə 44 saniyə) müddət ərzində davam edən verilişin şərhlər bölməsində İlahə İlyasova 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova- xi2jy adlı profili vasitəsi ilə «Mən barata 100 min vermamisam amma sanin kardasımn kolu kandali galmasina 100 min harcayacam sanin var yoxunu man sikdirim ki»; «San ol kuran sizekanim olsun ki, arife yaxsi ağızdan verir yaxsi calandiyaxsi amir masennikin kubudu va naturalni cindirdi ona goregalib onu sika bilarsizneca lazimdipulu manikdi»; «Bu kadın tam faise diyani Arife özü olsun bacı cani çalıb size kayf veracak amma pulu manikdi anasıda ustunde bonusdu 100mindafa..»; «Anasi gahba bayakdan xanlar veliyevin adami idim indi oldum elmar veliyevin adami yalandi gahbe arife namik agzina vermayik ay soska bilet»; sözlərini yazmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Hazırki iş üzrə məhkəmə hazırlıq iclasında və məhkəmə baxış iclasında tərəflərə barışıqlar bağlı hüquqlarının olması təklif olunsa da aralarında barışıq olmamışdır. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. CM-nin 147.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). "İnsan Hüquqlarının və X5 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 17-ci maddəsində və “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının” 10-cu maddəsində də öz əksini tapmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs X10 tərəfindən xüsusi ittihamçı barəsində böhtan xarakterli söz və ifadələr “İnstaqram” sosial şəbəkəsində paylaşıldığından bu internet informasiya ehtiyatı hesab olunur. Bundan əlavə məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Bununla da həmin şərhlərdə X10 qızı öz düşüncəsinə görə fikirləri, ehtimalları olub-olmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatları yaymışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, Rzayeva ArifəTelman qızının şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Qeyd olunan ifadələrin açıq yayılan şəkildə yazılması X2barəsində yanlış fikirlərin formalaşmasına səbəb olur. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10, ona qarşı xüsusi ittihamçı Rzayeva ArifəTelman qızının verdiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdə təqsirlidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 293-cü maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə vəzifə olaraq qoyulmuşdur. Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İş materiallarında olan 01 ədəd “USB” flash kart X10 tərəfindən X11 barəsində “İnstaqram” sosial şəbəkəsində CM-in 147.1 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün hallarını özündə əks etdirir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, həmin 01 ədəd 01 ədəd “USB” flash kartın cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X3 Arifə Rzayevanın ünvanına «Arifə canım har sey kabakdadi döz gec deyil azizim cana ağızdan yaxşı gedir şanda»,«Gancikdan amala galan balla Arifə Sanin abrını kara torpak orta torpakda gahbaya komak etmaz valla», «Mahammad bagirovpernisanin aşlıdı ay soska», «Gazetin yorumunu hazırla bunun başını burax»;«Arifə az qalıb soska olmağa az prezident aparatından danış ay canim suleysin indida sananı sevisan»; «Ay kisilar Arifə bedavada verir harda istiyisiz gayıra bilərsiz taki onu çağırın kişi xastasidi atasini olmayan goru»; «Sizin hamınızı ifşa edacak az kalıb bir gözləyin na galıb bu oyunun sonuna bu oyunda kim uduzdu kim uddu pesimanim kim olacak bilmiram.»; «Canın ucu arife zona hazırlaş orda yoburundanda namikdanda artım oğlanlar var»; «Sanan sikmadi Sani Arifə?»; «Anan Arifə çalır sen almırsan kisilarin videoda belədi ana bala az çalın ay it usaklan gahbanin belindən dusanlar» «Tibb və zon kraliçası gahba soska arifə ura»; «Tibb bacılarımn kraliçası bu gün sabaxzobun kraliçası olacak san özüm orda necə lazımdı daldan kabakdan duzaltdiracam ve balla doğadan al caksasanbu kisilardan»; «Mana ali dayan olmuyub amma Sani ay bədbəxt arife bütün Azərbaycan axtaliyib iyrancsan kül bü kisilarin başına sana tamah salir»; «Zonda özünü sikdirmalisan vasalam Arifa sosi amma mandan geyinməyə götürdüyün paltarla sikdirma man burda narahat oluram paltar gondarim yena Armani olsun»; «Man na bir azərbaycanlı kişisiyle alaka kurmamisam kurmaramda Arifə kimi arım var deyib yo burla yaşayır oda azlik edir gunda namik kimi oğlanlarla kef...»; «Mən barata 100 min vermamisam amma sanin kardasımn kolu kandali galmasina 100 min harcayacam sanin var yoxunu man sikdirim ki»; «San ol kuran sizekanim olsun ki, arife yaxsi ağızdan verir yaxsi calandiyaxsi amir masennikin kubudu va naturalni cindirdi ona goregalib onu sika bilarsizneca lazimdipulu manikdi»; «Bu kadın tam faise diyani Arife özü olsun bacı cani çalıb size kayf veracak amma pulu manikdi anasıda ustunde bonusdu 100mindafa..»; «Anasi gahba bayakdan xanlar veliyevin adami idim indi oldum elmar veliyevin adami yalandi gahbe arife namik agzina vermayik ay soska bilet»; sözlərini yazmış kimi nalayiq sözlər işlətməsi X7 qarşı təhqirdir və bu paylaşmalar internet informasiya ehtiyatında yayıldığından, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin təsiri altına düşür. Həmçinin həmin sözləri ilə ittiham etməsi ona qarşı atılmış böhtandır. Buna görə də həmin ittihamlar yalan olduğundan və həqiqəti əks etdirmədiyndən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin təsiri altına düşür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, xüsusi ittihamçı Rzayeva ArifəTelman tərəfindən X10 qızının CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsiri kifayət qədər mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 147.1-ci maddənin sanksiyasında min manatdan min beş yüz manatadək cərimə ilə və ya iki yüz qırx saatdan dörd üz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. 148-ci maddəsinin sanskiyasında isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. 15-ci maddəsinə əsasən həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X10 əvvəllər məhkum olunmamışdır. X10 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsi məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X10 qızının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44-cü maddəsinə əsasən cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 15.2-cü maddəsinə əsasən həmin Məcəllənin 162-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Eyni Məcəllənin 75.1.1-ci maddəsinin tələbinə görə «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır…». Xüsusi ittim qaydasında verilmiş şikayətə əsasən X10 04 sentyabr 2023-cü il tarixdə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Xural TV» Media kanalında yayımlanan «Siyasət Meydanı» adlı verilişdə (“Siyasət meydanı_#2220“_Xanlar Vəliyev iş qadınından nə istəyir” xx.xx.2023 adı altında yayımlanan veriliş) və T-Finans» MMC-nin fəaliyyəti ilə bağlı veriliş efirə getdikdən və yayımlandıqdan sonra 06 sentyabr 2023-cü il tarixdə «youtube» kanalında yaratdığı @İlaheİlyasova- xi2jy profili vasitəsi ilə həmin verilişin şərh bölməsində onun ünvanına nalayiq ifadələr işlətməklə, onun şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan şərhlər yazmışdır. Bundan başqa, X10 2023-cü ilin sentyabr ayında təkrarən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «youtube» sosial şəbəkəsində «Hürriyyət» Media Qrupunun rəhbəri X12 kanalında (X18 hesab edir ki, qardaşı Elmarın milyonları sizdədir... SİZDƏDİRMİ_) adı altında yayımlanan verilişin şərh bölmələrində X10 06 sentyabr 2023-cü il tarixdə yaratdığı @İlaheİlyasova-xi2jy adlı profili vasitəsi ilə verilişin şərh bölmələrində ünvanına nalayiq formada böhtan və təhqir xarakterli ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaldıb, onu nüfuzdan salan hərəkətlərə yol verməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla da, X10 tərəfindən mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Göründüyü kimi, cinayətin törədildiyi vaxtdan etibarən iki ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinin tələblərinə görə «Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur». Bu maddədən irəli gələn məsələlərlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Hadisəni 04 sentyabr və 06 sentyabr 2023-cü il tarixində törədilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X10 barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı İstintaq təcridxanasının 23 oktyabr 2025-ci il tarixli məktubuna əsasən X10 20 oktyabr 025-ci il tarixdə tutularaq, Suraxanı RPİ-in əməkdaşları tərəfindən tutularaq 21.10.025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərarına əsasən X10 barəsində cinayət işi təzələnərək, iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:50-yə təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 07 noyabr 2025-ci il tarixli qərarına əsasən X1 həbs qətimkan tədbirir dəişdirilərək, ona alternativ olan ev dustaqlığı qətimkn tədbiri seçilmiş və X10 məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 07 noyabr 2025-ci il tarixli qərarına əsasən X10 barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi və ona polisin nəzarəti altına vermə qətimkan tədibir seçilməsi qərara alınmışdır. Müvafiq dövrlər üzrə icraatın Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsində və axitarışla bağlı dayandırıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, 13 oktyabr 2025ci il –24 oktyabr 2025-ci il tarixləri üzrə dövrləri əhatə edən müddət Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan müddətə hesablana bilməz. Beləliklə, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə hesablanmalı olan müddət bu gün üçün 02 il 5 ay təşkil edir. Göründüyü kimi təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçib. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X10 barəsində seçilmiş «polisin nəzarəti altına vermə haqqında» növündə qətimkan tədbirinə xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar