Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-407/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X4 iştirakı ilə, xx.xx.1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-91/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 yaşamış, hazırda ƏN-nin PXnin 17 saylı CM-də cəza çəkən X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 dekabr 2021 -ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, S.Əliyev A yaşayış massivi, nömrəsiz ünvanın qarşısında saxlanılıb, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,537 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. X4 törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 01 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını, onun narkotik vasitənin əldə edilib saxlanmasında və daşınmasında şübhəli olduğu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, PB-də xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərində axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşularaq, onu təqdim etməsi təklif olunmuşdur. O, üzərində saxlayıb gəzdirdiyi bir bükümdə olan narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq, polis əməkdaşlarını təqdim etmişdir. Onun təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək, bir ədəd zərfə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, protokolu iştirakçılar və o, özü imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloci təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun polis bölməsinə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət edilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilərək, bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 01 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili Şahid1la birlikdə Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinə getmişlər. Həmin küçədə A yaşayış massivində məlumatda bildirilən əlamətlərə görə Təqsirləndirilən şəxslə rastlaşaraq, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. PBnin rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi 31-ci PB- nin təhqiqatçısı Sail Hacıyevə həvalə edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim edərək, həmin maddəni bir neçə saat əvvəl Suraxanı rayonunun Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə olan həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfə qablaşdırılıb, Suraxanı RPİ-nin 31-ci PB-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək, protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vastəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixoloci təsir göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, X8 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, X8 barəsində xx.xx.2021-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X9 qeyd edilən cinayəti törədərkən məhkumluğu olmamışdır. Lakin Suraxanı Rayon Məhkəməsinin icraatında sonuncunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21000503 saylı cinayət işi olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-91/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının başlancığının 10 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli 6/5321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «X5 üzərindən....» və s. Yazılar və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,537 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli 4567 nömrəli rəyindən görünür ki, X6 opioidlərin və psixotrop maddə olan metamfetaminin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli özünün etirafedici izahatı, məhkəmə və ibtidai istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini etiraf etməsi barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs X8 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, X8 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109,90 (yüz doqquz manat doqsan qəpik) X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-91/2022 nömrəli hökmü ilə X7 qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 cəzasının əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. X8 barəsində başqa cinayət işi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-91/2022 nömrəli hökmü ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınaraq, onun barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin və hazırki işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. X8 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,487 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-407/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-407/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver