Məhkəmə qərarları › İş №1(010)-409/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-409/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-409/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi (atası) X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci ildə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 54 nömrəli evin qarşısında qardaşı oğlu Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində sağ göz nahiyəsindən xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yaşayır. X4 divar qonşudur. Emin Səfərov və onun ailəsi ilə münasibətləri heç vaxt yaxşı olmayıb. 17 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olduğu zaman Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları qardaşı Fuad Səfərovun evinə gəlmişlər. O, oğlu Ramin Səfərov, qızının əri Pərviz Ramizzadə və qardaşı Fuad Səfərov qapının qarşısına məhəlləyə çıxmışlar. Polis əməkdaşları qardaşı Emin Səfərovun arvadı Şahid2 DİN-nin 102 xidmətinə zəng vuraraq qardaşı Fuad Səfərovun əlində bıçaqla onların qapısına hücum çəkib təhqir etməsi barədə məlumat verdiyini bildirmişlər. Qardaşının uşaqlarının bərbərxanasından Şahın Səfərovu çağıraraq Fuadın onları bıçaqla hədələyib-hədələmədiyini soruşmuşdur. Şahid1 elə bir hadisə olmadığını bildirmişdir. Həmin vaxt qardaşı Emin Səfərovun arvadı Şahid2, oğlanları Şahin və Zərərçəkmiş şəxslar küçəyə çıxaraq onun ailəsinin ünvanına nalayiq söyüşlər işlətməyə başladılar. Onların söyüşlərinin cavabını verdikdə Şahin və Zərərçəkmiş şəxslar əllərində boru kəsiyi və bıçaqla üstünə hücum çəkdilər. Zərərçəkmiş şəxs yumruqla sifətinə, Şahid1 isə boru kəsiyi ilə çiyninə vurub xəsarət yetirdilər. Buna görə də Zərərçəkmiş şəxs sillə ilə yüngülcə vurub özündən ayırmaq istəmişdir. Oğlu Ramin araya girdikdə Şahin və Zərərçəkmiş şəxslar əlbəyaxa olaraq oğlu Ramin Səfərovu da vurdular. Şahin və Zərərçəkmiş şəxslar ona və oğluna Ramin Səfərova xəsarət yetirdilər. Pərviz Ramizzadəyə və Fuad Səfərova heç bir xəsarət yetirməmişlər. Şahid2 və ana nənələri onu söyüb təhqir etdilər. Küçəyə çıxmış qonşular onları sakitləşdirmişlər, sonra polis əməkdaşları ora gəlib hamısını polis bölməsinə apardılar. Hadisə zamanı heç kimə xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, yaşadıqları ünvan 2 ünvanının qarşısında qardaşı Şahinlə birlikdə bərbərxana açıb orada işləyirlər. Son 1 aydır ki, qonşuluqda yaşayan əmiləri Təqsirləndirilən şəxs, X3, babası Şahid1 Şixəli oğlu onunla, anası Şahid2 və qardaşı Şahid1 ilə yola getmirlər. X7 hər gün spirtli içki içərək sərxoş halda onları narahat edirdi, hər gün nalayiq sözlərlə təhqir edirdi, rahat yaşamağa imkan vermirdi. X8 “COVİD 19” virusu xəstəliyinə yoluxduğu üçün xx.xx.2021-ci il tarixdə onu “Ağciyər İnstitutu” xəstəxanasına yerləşdirdilər. xx.xx.2021-ci il tarixdə evə gəldikdən sonra qardaşı Şahin, X7un həmişə olduğu kimi sərxoş halda qapılarına gələrək qapının qarşısında olan zibil arabasını təpiyi ilə vuraraq aşırdıb, «burada kişi varsa çıxsın çölə» deyərək qonşuları və anasını təhqir etmişdir. Anası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşlarının gəlib X7u oradan uzaqlaşdırdıqlarını ona dedilər. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində ərazinin əməliyyat müvəkkili yaşadıqları evə gəlib hadisə barədə maraqlanmışdır. O, qardaşı Şahin və əməliyyat müvəkkili əmisi Fuaddan onlara nə üçün narahat etməsinin səbəbini soruşmağa Fuad Səfərovun yaşadığı evin qarşısına getmişlər. Orada əmiləri Fuad Səfərov, Təqsirləndirilən şəxs, X7un qohumu Pərviz Ramizzadə, X2 Səfərov və babası Şahın Səfərovla rastlaşıb X7dan nə üçün evdə olmadığı müddətdə gəlib anasını və ailəsini söyərək təhqir etməsinin səbəbini soruşmuşdur. Fuad Səfərov heç bir söz deməmiş o, əmisinə «onun ailəsini kim təhqir edirsə öz ailəsini təhqir edir» demişdir. Həmin vaxt əmisi Təqsirləndirilən şəxs onları küçə söyüşü ilə söyərək təhqir etmişdir. Həmin söyüşləri əmisi Təqsirləndirilən şəxs qaytardıqda Təqsirləndirilən şəxs üzərinə hücum çəkərək yumruqla burnuna vurmuş, burnu qanamış, sonra isə qolu ilə boynunu tutub sıxmağa başlamışdır. X2 Səfərov da yumruqla başına vurmuşdur. Təqsirləndirilən şəxs onun üstünə hücum çəkib onu vurduğu vaxt Pərviz Ramizzadə və X7 qardaşı Şahini yerə yıxmışdır. Pərviz Ramizzadə yumruq və təpiklə qardaşı Şahid1 vurmuşdur. Əməliyyat müvəkkili onu və qardaşı Şahid1 onların əlindən alıb həyətlərinə apararaq çölə çıxmamalarını tapşırmışdır. Münasibətlərinin pozulmasına səbəb əmilərinin onların işləməyinə mane olmasıdır, müştərilərinə onların xəstə olmağı deməsi olmuşdur. xx.xx.2021-ci ildə isə mübahisəyə səbəb onların xx.xx.2021-ci il tarixdə mübahisə barədə polisə məlumat verməyi və əmisi Təqsirləndirilən şəxs bundan qəzəblənərək onu və ailə üzvlərini söyüb təhqir etməsi olmuşdur. Bədəni üzərində olan burun sümüyünün qəlpəli yerdəyişən sınığı, burun kökünün şişkinliyi, sol alt gözünün qapağı nahiyəsinin qançırı, üst dodağının sıyrığı, selikli qişasının qansızması və səthi əzilmiş yara xəsarətlərini ona konkret olaraq əmisi Təqsirləndirilən şəxs yumruqla vuraraq yetirmişdir. Əmisi oğlu Ramin Səfərov başının təpə nahiyəsinə yumruqla vuraraq xəsarət yetirsə də təpə nahiyəsində xəsarət izi qalmamışdır. Qardaşı Şahid1 xəsarətləri Pərviz Ramizzadə yetirmişdir. Əmisi Təqsirləndirilən şəxs və orada olanlar onu vurub yerə yıxıb sürüdükləri zaman özünü müdafiə etmək üçün əl-qol atıb, kimsəyə qəsdən xəsarət yetirmək fikri olmamış və kimsəyə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, münaqişə vaxtı ətrafa xeyli adam toplaşmış, təqsirləndirilən şəxs ətrafdakı adamların gözü qarşısında ona və ailə üzvlərinə qarşı ifadəolunmaz dərəcədə nalayiq söyüşlər söymüşdür. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanının qarşısında qardaşı Zərərçəkmiş şəxsla birlikdə bərbərxana açıb orada işləyirlər. Son 1 aydır ki, qonşuluqda yaşayan əmiləri, Təqsirləndirilən şəxs, X3, babası Şahid1 Şixəli oğlu onunla, anası Şahid2, qardaşı Şahid1 ilə yola getmirlər. X7 hər gün spirtli içki içərək və sərxoş halda onları narahat edir, hər gün nalayiq sözlərlə təhqir edir, rahat yaşamağa imkan vermir. X8 “COVİD 19” virusu xəstəliyinə yoluxduğu üçün xx.xx.2021-ci il tarixdə onu “Ağciyər İnstitutu” xəstəxanasına yerləşdirdilər. xx.xx.2021-ci il tarixdə X7 həmişə olduğu kimi sərxoş halda qapılarına gələrək qapının qarşısında olan zibil arabasını təpiklə vuraraq aşırdı, «burada kişi varsa çıxsın çölə» deyərək qonşuları və anasını təhqir etdiyi üçün anası DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları gəlib X7u oradan uzaqlaşdırmışdır. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs evdə olmadığına görə evə gəldikdə hadisə barədə ona danışmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində ərazinin əməliyyat müvəkkili yaşadıqları evə gəlib hadisə barədə maraqlanmış, o, qardaşı Zərərçəkmiş şəxs və əməliyyat müvəkkili əmisi Fuaddan onları nə səbəbə görə narahat etməsinin səbəbini soruşmaq üçün Fuad Səfərovun yaşadığı evin qarşısına getdilər. Qardaşı Zərərçəkmiş şəxs X7dan evdə olmadığı müddətdə gəlib anasını və ailəsini söyüb təhqir etməsinin səbəbini soruşmuş, X7 heç bir söz demədikdə Zərərçəkmiş şəxs «onun ailəsini kim təhqir edirsə öz ailəsini təhqir edir» demişdir. Həmin vaxtı orada olan əmisi Təqsirləndirilən şəxs onları küçə söyüşü ilə söyərək təhqir etmişdir. Söyüşlərini geri qaytardıqda Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək yumruqla burnundan vurmuş, sonra da qolu ilə boynunu tutub sıxmağa başlamışdır. Əmisi oğlu Ramın Səfərov da yumruqla Zərərçəkmiş şəxs başına vurmuşdur. X7 və Pərviz Ramizzadə onu yerə yıxıb yumruq və təpiklə vurduqda əməliyyat müvəkkili əvvəlcə qardaşı İsmayılı Səfərovu, sonra da onu onların əlindən alıb həyətinə gətirmişdir. Münaqişə vaxtı ətrafa xeyli adam toplaşmış, təqsirləndirilən şəxs ətrafdakı adamların gözü qarşısında ona, qardaşına və ailə üzvlərinə qarşı ifadəolunmaz dərəcədə nalayiq söyüşlər söymüşdür. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, oğlanları Şahin və Zərərçəkmiş şəxslar birlikdə ünvan 1 ünvanda yaşadıqları evin qarşısında bərbərxana işlədirlər. Son 1 aydır ki, qonşuluqda yaşayan qayınları, Təqsirləndirilən şəxs, X3, qayınatası Şahid1 Şixəli oğlu ilə yola getmirlər. X9 hər gün spirtli içki içirək sərxoş halda onları narahat edir, nalayiq sözlərlə təhqir edir, rahat yaşamalarına imkan vermir. X10 xx.xx.2021-ci il tarixdə “COVİD 19” virusu xəstəliyinə yoluxduğu üçün onu “Ağciyər İnstitutu" xəstəxanasına yerləşdirdilər. xx.xx.2021-ci il tarixdə X9 onların evinə yaxınlaşmışdır. Ərinin yanına getmək üçün evdən çıxdıqda Fuad Səfərov ona nə üçün gedib kef edib başqaları ilə gəzmirsən, deyə soruşmuşdur. Ona ərinin evdə olmamasını gözlədiyini və onunla yaxınlıq etmək istədiyini dedikdə, Təqsirləndirilən şəxs polisə yığacağı ilə xəbərdar etsə də ailə üzvlərinə bu barədə bildirməmişdir. Oğlu Şahid1 küçəyə çıxdıqda Fuad Səfərov əli ilə Şahid1 saqqalından tutaraq küçə söyüşləri ilə söyüb təhqir etmiş, tez oğlu Şahid1 həyətə salıb polisə məlumat vermişdir. Fuad Səfərov qapılarının qarşısındakı zibil arabasına təpiklə vuraraq aşırtmış, «burada kişi varsa çıxsın çölə» deyərək qonşuları və onu yüksək səslə təhqir etmişdir. Qorxduğu üçün DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları gələrək Fuad Səfərovu oradan uzaqlaşdırdılar. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində ərazinin əməliyyat müvəkkili gəlib hadisə barədə maraqlandıqda oğlanları Şahid1 və Zərərçəkmiş şəxs əməliyyat müvəkkili ilə birlikdə Fuad Səfərovun qapısının qarşısına getdilər. Məhəllədən səs-küy gəldiyi üçün qaçaraq çölə çıxdığında qayınlarının, qayınatasının və onların qohumlarının oğlanlarını vurub yerdə sürüdüklərini görmüşdür. Qayınatasına qışqıraraq onları oğlanlarından ayırmasını demişdir, qayınatası isə qışqıraraq çox uca səslə küçə söyüşləri ilə onu təhqir etmişdir. Əməliyyat müvəkkili oğlanları Zərərçəkmiş şəxs və Şahin İsmayılovu onların əlindən alıb həyətinə gətirmişdir. Oğlanları Şahid1 və Zərərçəkmiş şəxs sifətlərinin sıyrılıb qançır olduğunu görmüşdür. Hadisə vaxtı ətrafa yığılmış xeyli adamların gözü qarşısında təqsirləndirilən şəxs ifadəolunmaz dərəcədə nalayiq söyüşlər söyürdü. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 18 sentyabr 2021-ci il tarixli 1018 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmişdir - sol alın və alt göz qapağı nahiyəsinin sıyrığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti qərarda göstərilən şəraitdə və müddətdə, yəni 17 sentyabr 2021-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarət digər şəxs tərəfindən vurulma nəticəsində yetirilə bilərdi. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcədə yıxılma nəticəsində alınması inandırıcı deyildir. 18 sentyabr 2021-ci il tarixli 1017 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarətlər aşkar edilmişdir - burun sümüyünün qəlpəli yerdəyişən sınığı, burun kökünün şişkınliyi, sol alt göz qapağı nahiyəsinin qançırı, üst dodağın sıyrığı, selikli qişasının qansızması və səthi əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə burun sümüyünün qəlpəli yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, müvafiq münaqişənin qohumlar arasında baş verdiyini və təqsirləndirilən şəxsin özünün də xəsarət aldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar