Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-409/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1964-cü ildə, Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sürücü işləyən, məhkum olunmamış, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, inzibati binada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2024-ci il tarixdə, saat 18:40-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «Daewoo BS 090» markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı avtobusla 132 nömrəli şəhərdaxili müntəzəm maşrut xətti üzrə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesində Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun solundan sağma doğru keçən xx.xx.1963-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtobusun qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi, başın ənsə nahiyəsinin əzilmiş yarası, başın alın nahiyəsinin, üzün, sağ əlin arxa səthinin qançırları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beynin əzilməsi səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayından "xxxx" MMC-yə məxsus Daewoo markalı **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sürücü işləyir. İş vaxtı saat 06:30 dəqiqədə başlayıb saat 23:00 dəqiqədə baş çatır. İki gün işləyir iki gün isə istirahət edir. İşlədiyi hər gün üçün "xxxx" MMC tərəfindən 45 manat pul verilir. İdarə etdiyi avtobusla Suraxanı rayonu Hövsan qəsəbəsindən sərnişin götürüb Əhmədli metrostansiyası istiqamətində hərəkət edirmiş, 17 yanvar 2024-cü il tarixdə saat 06:00 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus dayanacaqdan Daewoo markalı **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun sükanı arxasında əyşləşib avtobusu idarə etməyə başlamışdır. Saat 18:40 dəqiqədə idarə etdiyi həmin avtobusla təxminən 50-60 km/saat sürətlə Suraxanı rayonu Zığ-Hövsan şossesinin Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən ani olaraq yolun solundan yolun sağ tərəfinə keçmək istəyən piyadanı idarə etdiyi avtobusun qabaq hissəsi ilə vurmuş, piyada almış olduğu zərbədən avtobusun qabaq alın şüşəsinə dəyərək asfaltın üzərinə yıxılmışdır. O, avtobusu saxlayıb avtobusda olan sərnişinlərlə aşağı düşmüşlər. Vurduğu piyadaya yaxınlaşmış və həmin piyadanın təxminən 60 yaşlı qadın olduğunu görmüşdür. Piyada almış olduğu zərbədən hadisə yerində öldüyünü görmüş və hadisə yerində olan şəxslərdən xahiş etmişdir ki, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat versinlər. Həmin vaxtı hadisə yerində tanımadığı şəxslər olmuşdur. Qeyd edir ki, həmin vaxt hava qaranlıq olduğundan və yolda işıqlandırma sistemi olmadığından ani olaraq piyadanın yolu keçdiyini görmüş, əyləc sistemindən istifadə etsə də hadisənin qarşısını ala bilməmiş və nəticədə piyadanı idarə etdiyim avtobusla vurmuşdur. Həmin vaxt avtobusda təxminən 10 nəfərə yaxın sərnişin olmuşdur. Sonradan məlum olmuuşdur ki, vurduğu piyada Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsdır. Onun hüquqi varisi olan qardaşı Qəhrəman Muradovla barışıq əldə etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Bacısı Qəmər ailəli olmadığından qardaşı X4 Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mənzilində yaşayırmış. Qəmər Suraxanı rayonu Yeni Azərbaycan Partiyasında katibə işləyirmiş. 17 yanvar 2024-cü il tarixdə qardaşı Mais onun mobil nömrəsinə zəng edərək Qəməri Zığ- Hövsan şossesində maşın vurmasını və rəhmətə getməsini bildirmişdir. O, Sumqayıt şəhərindən çıxıb məhkəmə tibbi ekspertiza və Pataloji anatomiya birliyinin Suraxanı rayonu şöbəsinə gəlmişdir. Bacısının meyiti ekspertiza müayinəsindən keçirildikdən sonra morqdan təhvil ahb Sumqayıt şəhərinə aparmış və dini adətlərə uyğun olaraq meyit yuyulduqdan sonra Sumqayıt qəbirstanlığında dəfn etmişlər. Sonradan öyrənmişdir ki, bacısı Qəməri Təqsirləndirilən şəxs idarə etdiyi Daewoo BS 090 markalı **- TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Suraxanı rayonu Zığ-Hövsan şossesində vurmuşdur. Özünün və ailəsinin hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 həm məhkəmə istintaqı zamanı şifahi olaraq, həmçinin də notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirmişdir. Cinayət işininin 4-15-ci vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesində Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 01, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 9 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, piyada yolun Zığ-Hövsan şossesində yolun solundan sağa doğru hərəkət etmiş və sağda avtobusun hərəkət zolağında vurulmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan 17 yanvar 2024-cü il tarixli, 1/459 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 57-60-cı vərəqələrində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024ci il tarixli 07 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin əzilməsi, başın ənsə nahiyəsinin əzilmiş yarası, başın alın nahiyəsinin, üzün, sağ əlin arxa səthinin qançırları həyati olub bərk küt əşya təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi şəraitində ölümündən az əvvəl avtobus vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqədərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur. Cinayət işinin 66-69-cu vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2024-cü il tarixli 8/1148 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Daewoo BS 090» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin 53-56-cı vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 12 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 52-ci vərəqində olan X2 tərəfindən istintaq zamanı verilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, baş vermiş hadisə ilə əlaqədar başlanmış cinayət işi üzrə onun və ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbləri yoxdur. Cinayət işinin 84-85-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməs qərara alınmışdır. Cinayət işinin materiallarının 99-cu vərəqində olan 24 iyun 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 38-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 19 dekabr 2024-cü il tarixli 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı hər hansı bir tələbi, şikayəti olmadığını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-409/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-409/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver