Məhkəmə qərarları › İş №1(010)-41/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-41/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-41/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxsin və mülki cavabdehin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 16 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 02 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 71.5 və 67.1-ci maddələri tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmündən xaric edilmiş, ona həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmişdir), Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasının 10 ay 04 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Suraxanı rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(010)-12/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 31 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 4 fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan dəyəri 1500 manat olan bir ədəd 750 əyarlı briliyant qaşlı qadın üzüyünü, bir ədəd dəyəri 700 manat olan 750 əyarlı qadın üzüyünü, dəyəri 500 manat olan 350 qram kişi gümüş boyunbağısını, dəyəri 300 manat olan 200 qram kişi gümüş boyunbağısını, dəyəri 2 manat olan, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 38,04 qram olan bir ədəd qol saatını, 5 manat dəyərində olan, siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 89,52 qram olan bir ədəd qol saatını və 200 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 3207 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 4A 3 nömrəli fərdi yaşayış mənzilinə qanunsuz daxil olaraq, orada olan, dəyəri 1200 manat olan bir ədəd briliyant qaşlı qadın üzüyünü, dəyəri 600 manat olan bir ədəd qadın nişan üzüyünü, dəyəri 1400 manat olan iki ədəd qadın boyunbağılarını, dəyəri 1000 manat olan iki cüt qızıl sırğanı, dəyəri 6 manat olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış, 2,15 qram çəkisi olan bir ədəd üzüyü və 1500 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 5706 (min beş yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaqla, evin ön pəncərəsinin divarına bərkidilmiş dəmir barmaqlıqları yerindən çıxardaraq sındırmış, plastik pəncərəni açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, yataq otağından 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pulu, digər yataq otağından isə ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğasını, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağını, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyünü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyünü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyünü, 2 manat dəyərində olan bir ədəd, üzərində “VVishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutunu, 28 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli, 925 əyarlı üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulonu, 4 manat dəyərində olan, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış, 42,53 qram çəkisi olan bir cüt sırğanı, 11 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı, üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğanı və 2 ədəd məmulat hissəsini, 2 manat dəyərində, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağı, 5 manat dəyərində olan, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli, çəkisi 9,44 qram olan 1 ədəd qolbağı, 1 manat 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağı, qiyməti olmayan, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsini, 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağı, 2 manat dəyərində olan, sarı rəngli sink və mis ərintidən hazırlanmış, çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağını və 995 manat dəyərində olan, üzərində 8 ədəd, hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla, ümumilikdə 4/3 karat olan, 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt qızıl sırğanı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 13651 (on üç min altı yüz əlli bir) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2020-ci il tarixdə, 08 mart 2020-ci il tarixdə və 14 may 2020-ci il tarixdə heç bir oğurluq etməmişdir. Qeyd etmək istəyir iş üzrə zərəçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs1 oğlu Fərid Tapdıqov DİN-nin zabitidir və 35-ci PB-də xidmət edir. O, Zərərçəkmiş şəxs1 oğlu Fərid Tapdıqov tərəfindən heç bir əsas olmadan güdülərək, 24 may 2020-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və idarə etdiyi avtomobildən güclə kənarlaşdırılaraq, 35-ci Polis Bölməsinə gətirilmişdir. Avtomobili isə başqa şəxsin idarəçiliyi ilə 35-ci PB-nin həyətinə gətirilmişdir. Bölmədə yenə də heç bir əsas olmadan onun avtomobilinə baxış keçirilərək, guya törədilmiş cinayətlərə aid əşyalar aşkar edilmişdir. Onu tutmuş Fərid Tapdıqov 29.10.2020-ci il tarixli məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, dindirilmə zamanı bildirmişdir ki, onu 31-ci PB-nin əməliyyat müvəkkili Səmiyəddin Əliyevin məlumatı əsasında tutmuşdur. Yəni, anasının evində oğurluq edilmiş Fərid Tapdıqov dəfələrlə ərazi üzrə 31-ci PB-nə müraciətlər etmiş, evindən kimin oğurluq etdiyini öyrənməyə çalışmış, sonda 31-ci PB-nin əməliyyat müvəkkili Səmiyyədin Əliyevin oğurluğu onun etdiyini bildirdikdən sonra, onu izləyib tutmuşdur. O, 35-ci PB-nə gətirildikdən sonra, ona heç bir əsas olmadan daha əvvəllər Xətai rayonunun inzibati ərazisində baş vermiş digər iki oğurluq epizodları üzrə ittiham verilmişdir. Yəni, onun tutulması, ona qarşı ittihamların verilməsinin kökündə sübutlar yox, 31-ci PB-nin əməliyyatçısı Səmiyyədin Əliyevin fərziyələri və anasının evi oğurlanmış polis əməkdaşı Fərid Tapdıqovun oğrunu tapıb cəzalandırmaq istəyi durmuşdur. Bundan əlavə, hər üç epizod üzrə hadisə yerinə baxış zamanı əl-barmaq izləri aşkar edilmiş, həmin əl-barmaq izləri üzrə keçirilmiş məhkəmə trasoloci ekspertizanın rəyinə görə ekspert tədqiqatına təqdim edilmiş izlər ona yox, başqa şəxsə məxsus olmuşdur. Həmin oğurluq əməllərinin kim tərəfindən törədilməsi barədə heç bir məlumatı olmadığını qeyd etmişdir. Ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini qeyd etmiş və onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayının 31-də, saat 22 radələrində Xətai rayonu, General Şıxlinski küçəsində bir qədər gəzdikdən sonra bir binanın birinci mərtəbəsindəki mənzilin işığının yanmadığını görüb, həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Mənzildə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra yerdən tapdığı dəmir parçası ilə mənzilin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarının bir hissəsini sındırmış və fiziki güc tətbiq edərək, plastikdən olan pəncərəni itələyib açmışdır. Həmin vaxt arıq olduğu üçün rahatlıqla pəncərədən mənzilə daxil olmuşdur. Mənzildə əl-barmaq izlərini qoymamaq üçün həmin vaxt rezin əlcəklərdən istifadə etmişdir. Bir qədər axtarışdan sonra mənzilin qonaq otağındakı servantda olan qabların içərisindən qızıl-zinyət əşyalarını və 200 manat pulu götürüb cibinə qoymuş və mənzilə daxil olduğu kimi də çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı qızıl-zinyət əşyalarını «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı bir şəxsə 600 manata satmışdır. 08 mart 2020-ci il tarixdə, axşam saat 22 radələrində o, Xətai rayonu ərazisində «Heydər parkı»nın yaxınlığında gəzmişdir. Həmin gün «8 mart» beynəlxalq qadınlar bayramına görə yaddaşında qalmışdır. Oğurluq etmək məqsədilə o, münasib mənzil axtarmış, «Qarmon» şəkilində olan binaları görüb, orada olan mənzilin birindən oğurluq etmək qərarına gəlmişdir. Həmin binaların arxa tərəfi ağaclıq olduğu üçün, yoldan həmin yeri görmək olmamışdır. O, kolluqlarla və dəmir setka ilə əhatə olunmuş bir yerə keçmişdir ki, oradan birinci mərtəbədə yerləşən mənzilə daxil olsun. Mənzildə işıq yanmamış və mənzilin pəncərəsi üzərində dəmir barmaqlıqlar olduğundan, ətrafı gəzib bir dəmir parçası tapmış və həmin dəmir parçası ilə dəmir barmaqlıqlar üzərində halqavari şəkildə olan dəmiri sındırmışdır. Sonra isə həmin dəmir parçası ilə plastikdən olan pəncərəni çərçivədən aralayıb açmışdır. Əl-barmaq izlərini qoymamaq üçün o, rezin əlcəklərdən istifadə etmişdir. Həmin vaxt arıq bədən quruluşuna malik olmuşdur. Ona görə də dəmir barmaqlıqların arasından içəri - otağa rahat daxil ola bilmişdir. Daxil olduğu otaq qonaq otağı olmuşdur. O, üzərində gəzdirdiyi alışqanın işığını yandırıb, otağa nəzərə salmışdır. Otaqda böyük bir dolab olmuş və o, dolabın qapılarını açıb, rəfləri axtarmağa başlamışdır. Dolabın orta hissəsində olan rəflərdə qoyulmuş döşək və yastıq üzlüklərinin arasından təxminən 2000 manata yaxın pulu aşkar edib, həmin pulu götürmüşdür. Pulu tapandan sonra o, qızıl-zinyət əşyaları da həmin dolabda olacağını fikirləşmiş, ona görə də otaqda olan oturacağı götürüb üstünə çıxmış və dolabın yuxarı qapılarını açıb, oranı axtarmağa başlamışdır. Dolabın yuxarı hissəsində balaca bir sandıqçanı görüb, onu açmışdır. Həmin sandıqçanın içərisində qızıl-zinyət əşyalarını görüb, onları götürmüşdür. Sandıqçanı isə yerə tullamışdır. Sonra o, mənzildə olan yataq otağına keçib oranı da axtarmış, lakin orada qiymətli bir əşya tapa bilməmişdir. Sonra isə mənzilə necə daxil olmuşdursa, o cür də mənzili tərk etmişdir. Növbəti gün isə həmin mənzildən oğurladığı qızıl-zinyət əşyalarının bir hissəsini Bakıxanov qəsəbəsində tanımadığı şəxsə ucuz qiymətə satmış, bir hissəsini isə özündə saxlamışdır. Qızıl-zinyət əşyalarının satışından əldə etdiyi pulu və mənzildən oğurladığı pulu müxtəlif yerlərdə xərcləmişdir. Həmin oğurluqdan öncə və sonra da oğurluqlar etmişdir. Oğurladığı əşyaların bir hissəsini satmış, qalan hissəsi isə icarəyə götürüb sürdüyü «Hyundai» markalı «Veloster» modelli avtomobildən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Suraxanı və Xətai rayonlarının ərazilərində oğurluq etmişdir. Sonuncu dəfə Suraxanı rayonunun ərazisində bir polis əməkdaşının evindən oğurluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. 31 yanvar 2020-ci il tarixdə, saat 17:30 radələrində o, işdən evə gəlmiş, həmin gün oğlu Fuad Musayevin nişan günü olmuş, buna görə də onlar ailəlikcə hazırlaşıb, nişan məclisinə yola düşmüşlər. Təxminən saat 18 radələrində o, mənzilinin qapısını bağlayıb taksiyə əyləşmiş və Qaraçuxur qəsəbəsinə yola düşmüşdür. Nişan məclisi qurtardıqdan sonra, saat 22:20-də o, mənzilin qapısını açmış və dəhlizdə olan əşyaların dağınıq halda olmasını görmüşdür. Həmin vaxt o, mənzilə oğru daxil olduğunu başa düşmüşdür. Sonra o, mənzilə daxil olmuş və mətbəxə keçib pəncərəyə baxan zaman, pəncərənin dəmir barmaqlıqlarının qırılmış və pəncərənin açılmış halda olmasını görmüşdür. Bundan sonra o, digər yataq və qonaq otağına baxmış və orada olan əşyaların da dağıdıldığını görüb, 102 xidmətinə zəng edərək, bu barədə polisə məlumat vermişdir. Sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona məxsus olan evin qonaq otağında yerləşən mebelin içərisindəki qabların içindən dəyəri 1500 manat olan bir ədəd 750 əyarlı briliyant qaşlı qadın üzüyünün, bir ədəd dəyəri 700 manat olan 750 əyarlı qadın üzüyünün, dəyəri 500 manat olan 350 qram kişi gümüş boyunbağısının, dəyəri 300 manat olan 200 qram kişi gümüş boyunbağısının, dəyəri 2 manat olan, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 38,04 qram olan bir ədəd qol saatının, 5 manat dəyərində olan, siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 89,52 qram olan bir ədəd qol saatının oğurlandığını müəyyən etmişdir. Bundan əlavə, mənzildən 200 manat nağd pul da oğurlanmışdır. Hadisə zamanı o, çox həyəcanlı olduğu üçün, həmin iki ədəd saatın oğurlanması yadına düşməmişdir. Buna görə də, bundan əvvəl ifadə verdiyi zaman həmin iki ədəd saatın oğurlanmasını bildirməmişdir. Həmin iki ədəd qol saatı ona məxsusdur. Hadisə zamanı oğurlanmış əşyalardan iki ədəd qol saatının qiymətini xatırlamamışdır, lakin sadə saat olduğu üçün qiymətinin çox olmadığını, buna görə də, məhkəmə-əmtəəşünaslıq ekspertizasında göstərilən qiymətlərlə razı olduğunu və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1362-9/2584 saylı rəyi ilə bağlı heç bir şikayət, etiraz və ya vəsatəti olmadığını bildirmiş və nəticə etibarilə, ona vurulmuş maddi ziyanı ümumilikdə 3207 manat miqdarında qiymətləndirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə özünə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 4A 3 nömrəli fərdi yaşayış mənzilində yaşayır. Yaşadığı mənzil layihəyə əsasən bir otaq, bir mətbəx və sanitar qovşağından ibarətdir, lakin o, həmin mənzili alanda, mənzilin mətbəxi kiçik bir otaq kimi düzəldilmiş, ön həyətə baxan eyvan isə mətbəx kimi düzəldilmişdir. Qonaq otağının giriş qapısı ilə üzbəüz olan eyvan isə hörülmüş və arakəsmə götürüldükdən sonra qonaq otağına birləşdirilmişdir. Həmin yerdə yalnız arxa həyətə açılan bir pəncərə vardır. Həmin mənzildə o, arvadı və qızı ilə birlikdə yaşayır. 08 mart 2020-ci il tarixdə, saat 17:30-da o, arvadı və qızı ilə birlikdə evdən çıxıb, ünvan 5 ünvanda yaşayan qayınanasıgilə qonaq getmişdir. Evdə heç kim qalmamışdır. Həmin gün, saat 23:30-da o, yaşadığı ünvana qayıtmış, mənzilin giriş qapısını açarla açıb içəri daxil olanda, qonaq otağının qapısının örtülmüş vəziyyətdə olduğunu görmüş, halbuki onlarda heç kimi həmin qapını bağlamır. O, bundan şübhələnmiş və qonaq otağının qapısını açıb, içəri daxil olmuşdur. Həmin vaxt otaqda olan dolabın qapılarının açıq vəziyyətdə olduğunu, dolabın içərisində olan əşyaların isə döşəmənin üzərində dağınıq vəziyyətdə olduğunu, arxa həyətə açılan pəncərənin isə açıq vəziyyətdə olduğunu, pəncərənin üzərində olan dəmir barmaqlıqların bir dəmirinin isə sınmış vəziyyətdə olduğunu görmüş və evə oğru girdiyini başa düşmüşdür. O, qonaq otağında olan dolabda pul və qızıl zinyət əşyalarını saxladığı yerlərə baxmışdır. Pulu dolabın içərisində döşək üzlüklərinin arasında, qızıl-zinyət əşyalarını isə dolabın yuxarı hissəsində kiçik ölçülü sandıqçanın içərisində saxlamışdır. Pulun yerinə baxanda orada, saxladığı 1500 manat pulun yerində olmadığını, dolabın yuxarı hissəsində isə saxladığı kiçik ölçülü sandıqçanın açıq vəziyyətdə döşəmənin üzərində olduğunu görmüşdür. Sandıqça boş olmuşdur. Sandıqçanın içərisindən dəyəri 1200 manat olan bir ədəd briliyant qaşlı qadın üzüyünün, dəyəri 600 manat olan bir ədəd qadın nişan üzüyünün, dəyəri 1400 manat olan iki ədəd qadın boyunbağılarının, dəyəri 1000 manat olan iki cüt qızıl sırğanın, dəyəri 6 manat olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış, 2,15 qram çəkisi olan bir ədəd üzüyün oğurlandığını müəyyən etmişdir. Boyunbağının birinin kulonunun üzərində qızıl hərflərlə arvadının adı «Sabina» yazılmışdır. Sonra o, və ailə üzvləri mənzildə olan digər əşyalara nəzərə salmışlar, lakin 1500 manat puldan və yuxarıda sadaladığı qızıl-zinyət əşyalarından başqa mənzildən heç nə oğurlanmamışdır. Yaşadığı evdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyaların hamısını o, almışdır və hadisə nəticəsində ona maddi ziyan vurulmuşdur. Oğurluğu aşkar edəndən sonra o, DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o, çox həyəcanlı olduğu üçün həmin bir ədəd sadə üzüyün oğurlanması yadına düşməmişdir. Buna görə də, istintaqda əvvəl ifadə verdiyi zaman həmin üzüyün oğurlanmasını bildirməmişdir. Həmin bir ədəd üzüyü də o, yoldaşına aldığı üçün, hadisə nəticəsində ona ziyan vurulmuşdur. Hadisə zamanı oğurlanmış əşyalardan bir ədəd sadə üzüyün qiymətini xatırlamır, lakin sadə üzük olduğu üçün qiymətinin çox bahalı olmadığını, buna görə də, məhkəmə-əmtəəşünaslıq ekspertizasında göstərilən qiymətlərlə razıdır və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1362-9/2584 saylı rəyi ilə bağlı heç bir şikayət, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Nəticə etibarilə, ona vurulmuş maddi ziyanı ümumilikdə 5706 manat miqdarında qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onun oğlu polis əməkdaşıdır. 14.05.2020-ci il tarixdə, saat 14:00da o, əri X2 ilə evdən çıxıb bazarlıq etmək üçün Suraxanı bazarına getmişlər. Həmin gün, saat 16:00-da evə geri qayıtdıqda, həyətin darvazasının içəridən bağlı olduğunu görmüşlər. Qonşuluqda yaşayan uşağı hasardan aşıraraq həyətə salmışlar. Uşaq həyətə düşdükdən sonra qapını açmış və onlar da içəri daxil olmuşlar. Evə nəzər yetirdikdə, evin ön pəncərəsinin divarına bərkidilmiş dəmir barmaqlıqların yerindən çıxardılaraq sındırıldığını və plastik pəncərənin də açıq olduğunu görmüşlər. Evin isə giriş qapısı da içəridən bağlanmışdır. Bu barədə qonşusu X12 DİN-nin 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Sonradan polislər və oğlu X6 da evə gəlmişlər. O, polislər gəldikdən sonra evin açıq pəncərəsindən evə daxil olub qapını içəridən açmışdır. Evin içərisinə nəzər yetirdikdə, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs tərəfindən pəncərəni açma yolu ilə içəri qanunsuz daxil olaraq, yataq otağında paltar şkafında paltarların arasında gizlətdiyi 6000 manat dəyərində yəni 3530 ABŞ dolları nağd pulun, gəlininin yataq otağından da müxtəlif çeşidli bəzək əşyalarının, o, cümlədən, ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğasının, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağının, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyünün, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyünün, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyünün, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyünün, ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyünün, 2 manat dəyərində olan bir ədəd, üzərində “VVishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutunun, 28 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli, 925 əyarlı üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulonun, 4 manat dəyərində olan, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış, 42,53 qram çəkisi olan bir cüt sırğanın, 11 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı, üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğanın və 2 ədəd məmulat hissəsinin, 2 manat dəyərində, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağın, 5 manat dəyərində olan, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli, çəkisi 9,44 qram olan 1 ədəd qolbağın, 1 manat 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağın, qiyməti olmayan, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsinin, 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağın, 2 manat dəyərində olan, sarı rəngli sink və mis ərintidən hazırlanmış, çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağın və 995 manat dəyərində olan, üzərində 8 ədəd, hər biri 0,021 karat və 48 ədəd, hər biri 0,012 karat olmaqla, ümumilikdə 4/3 karat olan, 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt qızıl sırğanın oğurlanmasını aşkar etmişdir. Onun telefonu evdə olduğu üçün, qonşuları da yanlarında olduğu üçün, o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda həmin əşyaların işlənməsini və aşınmasını nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasında göstərilən qiymətlərlə razı olduğunu və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1362-9/2584 saylı rəyi ilə bağlı heç bir şikayəti, etirazı və ya vəsatəti olmadığını qeyd etmişdir. Jinayət mühakimə icraatı zamanı verdiyi mülki iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qızı göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır. İş üzrə Zərərçəkmiş şəxs2 onun əridir. 08.03.2020-ci il tarixdə, saat 17.30-da onlar ailəlikcə evdən çıxıb, ünvan 5 ünvanda yaşayan anasıgilə qonaq getmişlər. Evdə heç kim qalmamışdır. Həmin gün saat 23.30-da onlar yaşadığı ünvana qayıtmışlar. Mənzilin giriş qapısını açarla açıb içəri daxil olanda, qonaq otağının qapısının örtülmüş vəziyyətdə olduğunu görmüşlər, halbuki həmin qapını heç kim bağlamır. Əri Elman bundan şübhələnərək, qonaq otağının qapısını açaraq, içəri daxil olmuşdur. Həmin vaxt otaqda olan dolabın qapılarının açıq vəziyyətdə olduğunu, dolabın içərisində olan əşyaların isə döşəmənin üzərində dağınıq vəziyyətdə olduğunu, arxa həyətə açılan pəncərənin açıq vəziyyətdə olduğunu, pəncərənin üzərində olan dəmir barmaqlıqların bir dəmirinin isə sınmış vəzyyətdə olduğunu görmüşlər. Bu zaman başa düşmüşlər ki, evə oğru girib. Sonra qonaq otaqda olan dolabda pul və qızıl-zinyət əşyalarını saxladığı yerə baxmışlar. Pulu dolabın içərisində döşək üzlüklərinin arasında, qızıl-zinyət əşyalarını isə dolabın yuxarı hissəsində saxladığı kiçik ölçülü sandıqçanın içərisində saxlamışlar. Pulun yerinə baxanda, orada saxladıqları 1500 manat pulun yerində olmadığını, dolabın yuxarı hissəsində isə saxladıqları kiçik ölçülü sandıqçanın açıq vəziyyətdə dğşəmənin üzərində olduğunu görmüşlər. Sandıqça boş idi. Sandıqçanın içərisindən dəyəri 1200 manat olan bir ədəd briliyant qaşlı qadın üzüyünün, dəyəri 600 manat olan bir ədəd qadın nişan üzüyünün, dəyəri 1400 manat olan iki ədəd qadın boyunbağılarının, dəyəri 1000 manat olan iki cüt qızıl sırğanın, dəyəri 6 manat olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış, 2,15 qram çəkisi olan bir ədəd üzüyün oğurlandığını müəyyən etmişdir. Boyunbağının birinin kulonunun üzərində qızıl hərflərlə onun adı «Sabina» yazılmışdır. Baxış zamanı ona təqdim edilmiş üzüklərin arasından o, buciteriya olan üzüyünü tanımışdır. Həmin üzük bicuteriya olduğundan və qiyməti təxminən 5 manat olduğundan, əri Zərərçəkmiş şəxs2 həmin üzüyün oğurlanması ilə bağlı ifadəsində heç nə göstərməmişdir. Həmin üzüyün onlar üçün əhəmiyyəti yoxdur. Oğurluq aşkar ediləndən sonra əri Elman DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Dəqiq tarixini unutduğu gün o, müştərini ünvana çatdırıb qayıdanda, 35-ci PB-nin yanından keçərkən, polis əl edib onu saxlatdırmış və bölmənin həyətinə dəvət etmiş, orada dayanan maşına baxış keçiriləcəyini, baxış zamanı maşından çıxan əşyaları təsdiq etməyini xahiş etmişdir. Bölmənin həyətində Hyundai markalı maşın olmuşdur. Daha çonra maşının qapısını açmışlar, rulun sol tərəfindən içərisində qolbağ, sırğa olan qab aşkar edilmiş, qoltuqaltından və ön oturacağın saxlanc yerindən isə saatlar aşkar edilmişdir. O, da gördüklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs N.Tağdıqova onun anasıdır, özü isə Xətai RPİ 35-ci PB-ndə sahə inspektoru vəzifəsində işləyir, polis kapitanıdır. Xidmət etdiyi ərazi üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı müvafiq araşdırma aparılarkən, o, hadisə ilə bağlı Suraxanı RPİ 31-ci PB-nin əməliyyat müvəkkili Səmiyəddin Əliyevin məlumatı əsasında əldə etmiş videogörüntüləri müşahidə etmiş və orada əks olunmuş şəxsin anasının evinin yaxınlığında da olduğunu digər video kamerelarda olan görüntülərdən müəyyən etmişdir. 24.05.2020-ci il tarixdə o, digər əməliyyatçılarla birlikdə hazırki iş üzrə Təqsirləndirilən şəxs yerini müəyyən edərək, R.Behbudov küçəsində saxlayıb, 35-ci PB-nə gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs bölmənin həyətinə gətirilmiş avtomaşınına baxış keçirilmış, baxış zamanı maşından rolun altından, qolaltından və saxlanc yerindən sırğa, üzük və saatlar çıxmışıdır. Bu zaman Təqsirləndirilən şəxs onun anasının evindən də oğurluq etdiyini etiraf etmiş, o, cümlədən, anasının evindən götürdüyü qızılları 850 manata satdığını bildirmiş, qızıl zinət əşyalarını alan adamla görüşdükdə isə, sonuncu qızlları başqa şəxsə satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərmişdir ki, anasının evindən oğurladığı pulun bir qisminə narkotik vasitə almış, 2000 manatını atasına, 2000 manatını isə əmisinə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-də baş təhqiqatçı vəzifəsində işləyir, polis kapitanıdır, Xidmət etdiyi ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı o, əməliyyat qrupunda olmuşdur. Əməliyyat müvəkkilləri 24.05.2020-ci il tarixdə hazırki iş üzrə Təqsirləndirilən şəxs saxlayıb bölməyə gətirmişlər, bu barədə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş, raportun icrası ona tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə və maşınına hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, maşına baxış zamanı rulun sol tərəfindəki qabdan sırğa, üzük, qolbağ, qoltuqaltından və saxlanc yerindən isə saatlar çıxmış, təqsirləndirilən şəxs həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bildirmiş, əşyalar siyahıya alınmış, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, təqsirləndirilən şəxsin izahatı alınmış və material istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, Suraxanı RPİ 31-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili işləyir, polis mayorudur. Hazırki iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs onun xidmət apardığı ərazidə 2 mənzildən, yəni ərazidə yaşayan Şəhriyar adlı şəxsin və 35-ci PB-nin əməkdaşı Fərid Tapdıqovun anasının evindən oğurluq etmişdir. Şəhriyarın evindən 20.03.2020-ci il tarixində oğurluq olub, Fəridin anasının evindən isə may ayında oğurluq olub. Onlar əməliyyat axtarış tədbirləri həyata keçirərək, baş vermiş hadisələr barəsində videogörüntülər əldə etmişlər, həmin görüntülərdə hazırki iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Görüntülərdən müəyyən olmuşdur ki. Təqsirləndirilən şəxs əlində qutu ağ rəngli taksiyə otururb, Oba Marketin qarşısında düşərək, başqa maşına əyləşmişdir. Əməliyyat tədbirləri nəticəsində Təbrizin şəxsiyyəti və ona məxsus olan telefon nömrəsi müəyyən etdikdən sonra müvafiq araşdırma aparmaq məqsədilə sonuncu ilə telefon əlaqəsi saxlanılmış və bölməyə dəvət edilmiş, lakin Təbriz bölməyə gəlməkdən imtina etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən tutlmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 4(011)-353/2020 saylı, 26.05.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həbs etmənin əvvəli 24 may 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-185/2020 saylı, 18.08.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 14 oktyabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(010)-12/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 19 yanvar-19 aprel 2019-cu il tarixləri üzrə həbsdə saxlanıldığı 03 ay müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hasablanmış və ona qti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan azadlıqdan məhrum etmə cəzasının xüsusi recimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 01.12.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin icraatında olan başqa cinayət işi ilə əlaqədar “həbs” növündə qətimkan tədbirinin seçildiyi nəzərə alınaraq, onun barəsində hazırki iş üzrə seçilmiş”polisin nəzarəti altına vermə”növündə qətimkan tədbirinin ləğv edilməsi və hazırki işlə əlaqədar barəsində qətimkan tədbirinin seçilməməməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 29.01.2021-ci il tarixli 1(103)-420/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Suraxanı Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(010)-12/2020 saylı hökmü məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 24.05.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ 35-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5, hal şahidləri X7 və X8 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, üzərində qanunla dövriyyəsi qadağan edilən predmet və əşya şkar edilməmişdir. Daha sonra 35-ci PB-nin inzibati həyətində olan Təqsirləndirilən şəxs oğunun icarə əsasında idarə etdiyi Hyundai Velosten markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə dirsəklik adlanan hissədə 1 ədəd göy rəngli kəməri dəridən olan və 1 ədəd üzərində Wavifone yazısı olan kəməri metal olan kişi qol saatları, sonra sükanın altındakı kiçik saxlanc yerindən 1 ədəd üzərində qaşlar olan qadın qolbağı və 1 ədəd içərisində bicuteriya və brilyantın olmasını söylədiyi karton qutu, avtomobilin böyük saxlanc yerində olan üzərində 3 ədəd qaş və qara rəngli çiçək şəkli, CH,Calven Cleen firmasına məxsus qadın qol saatı, və 1 ədəd qara rəngli dəri kəmərli,saniyə ölçən,əqrəbi qırmızı rəngli kişi qol saatını,yenidən kiçik saxlanc yerindən 1 ədəd qəhvəyi rəngli dəri kəmərli qol saatını təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi karton qutunun içərisində isə 1 cüt sarı rəngli,1 cüt brilyant qaşlı 2 ədəd qadın sırğası, 3 ədəd qadın qolbağı, 1 ədəd qalstuq bəzəyi, 1 dəst üzərində qaşlar olan(1 üzük 3 klon)bicuteriyalar aşkar olunmuşdur.Baxış keçirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bütün əşyaların müxtəlif vaxtlarda müxtəlif evlərdən oğurlamasını, bəzi oğurladığı əşyaları isə satmasını bildirmişdir. Avtomobilin salon, ön mühərrik və arxa yük yerlərində axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməmişdir.Götürülmüş maddi sübutlar hal şahidlərin və iştirakçıların önündə qablaşdırılmışdır.Baxış zamanı 17 ədəd maddi sübut götürülüb,müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir.Baxış zamanı İphone XS markalı mobil telefon vasitəsi ilə foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Protokol oxunarkən, heç bir əlavə, düzəliş daxil olmamışdır, iştirakçılar və hal şahidləri tərəfindən imzalanmışdır. İş materiallarında olan 25 may 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ İŞ-nin baş müstəntiqi polis mayoru X9 iştirakı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 həyat yoldaşı olan Şahid hüquqları izah olunduqdan sonra, bir ədəd qadın üzüyü tanımağa təqdim olunmuşdur. Üzük əlavə 3 ədəd üzük ilə 3cü nömrədə təqdim edilmişdir. Şahid 3-cü nömrədəki üzüyü qaşına və rənginə görə tanımışdır. İş materiallarında olan 24.05.2020 tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, ifadəsi yerində yoxlanılan Təbriz Ağasıyev Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 4a, 3 nömrəli mənzilin arxa eyvanını göstərərək bildirmişdir ki, o, 08.03.2020-ci ildə, saat 22.00 radələrində həmin eyvanın üzərində olan pəncərənin dəmir barmaqlıqlarının halqavari şəkildə olan dəmirini yerdən tapdığı dəmir parçası ilə sındırmış, sonra həmin dəmir parçası ilə plastikdən olan pəncərəni çərçivədən aralayıb keçmişdir. Barmaqlıqların arasından içəri otağa keçmişdir. Üzərində gəzdirdiyi alışqanın işığını yandırıb otağa nəzər salmış, otaqda olan dolabın qapılarını açıb rəfləri araşdırmağa başlamış, dolabın orta hissəsində rəflərdə qoyulmuş döşək və yastıq üzlüklərinin arasından təxminən 2000 azn-ə yaxın pul aşkar edib götürmüşdür. Dolabın yuxarı hissəsini axtaranda orada balaca bir sandıqçanı görüb onu açmış, həmin sandıqçanın içərisində olan qızıl zinət əşyalarını götürüb, sandıqçanı döşəmənin üzərinə tullamışdır. Sonra mənzilin yataq otağına keçib oranı axtarmış, lakin orada qiymətli bir əşya tapa bilməmiş, mənzili tərk etmişdir. İş materiallarında olan 25 may 2020-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaqa ifadə vermiş X10 dindirmə zamanı haqqında danışdığı yeri göstərməsi, orada baş vermiş hadisəyə dair ifadə verilməsi təklif olunmuşdur. X14 istintaqa şahid qismində verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, bunun üçün hadisənin baş verdiyi yerə-2020-ci ilin yanvar ayının 31-də Xətai rayonu G.Şıxlınski küçəsində bir qədər gəzişdikdən sonra birinci mərtəbədəki evin işiğının yanmadığını gördüyünü, ona görə də oğurluq niyyətini reallaşdırdığını, həmin evin yaxınlığında bir qədər gözlədikdən sonra evdə heç kimin olmadığını dəqiqləşdirib, pəncərənin dəmir barmaqlıqlarını sındırıb pəncərəni güc tətbiq edərək itələdiyini, pəncərə açıldıqdan sonra isə həmin vaxt arıq olduğu üçün rahatlıqla evə daxil olduğunu, bir qədər axtarışdan sonra evin qonaq otağındakı şkafın içərisində qablara baxdığını və qabların içərisindən bir ədəd kişi boyunbağını, iki ədəd qadın üzüyünü, bir ədəd gümüş kişi boyunbağını, həmçinin 200 manat pulu oğurlayıb cibinə qoyub evə daxil olduğu kimi də çıxıb oradan uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan 25.05.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ İŞ-nin müstəntiqi Taleh Şamilovun və X11 iştirakları ilə bir ədəd kişi qol saatı tanınmaya təqdim olunmuş, zərəxəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqdim edilmiş əşyaları nəzərdən kexirərək, bir ədəd qəhvəyi rəngli kəmərinin üzərində olan dəmir hissələrdən saatın üzərində rənginin pozulmasından fərqləndirilən təqdim olunmuş iki ədədin içərisindən onu tanımışdır. İş materiallarında olan 25.05.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Səyyad Musayev ona təqdim olunmuş 3 ədəd qol saatının arasından ona məxsus olan saatı, üzərində olan beş ədəd qaşdan və gül formalı əlavəsindən tanımışdır. İş materiallarında olan 30.07.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 tanımaya təqdim edilən əşyaları nəzərdən keçirib bildirmişdir ki, ona təqdim edilən 1 cüt sarı rəngli iri ölçülü sırğa, bir ədəd dairəvi formalı qolbaq, 1 ədəd üzəri qaşlı qolbaq, 1 cüt sırğa, 1 cüt gülşəkilli sırğa və üzükdən ibarət dəst, 1 ədəd rezin və 1 ədəd qadın sancaqları, və tək bir ədəd dördbucaq formalı qadın sırğası ondan oğurlanmış əşyaların bir qismidir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1362-9/2584 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş əşyaların 2020ci ilin yanvar və may aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11.4,0 manat müəyyən edilir. Həmin əşyalardan 01 ədəd üzərində “Vvishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutu - 2,00 manat; Zinət əşyalarının, bicutriyaların və digər əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərildiyi kimi belədir: Üzərində rəngsiz, şəffaf qiymətsiz qaşlar olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 2,15 qram çəkisi olan 1 ədəd üzük - 6,00 manat; Üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulon. Dəstin elementlərinin üzərində “925” damğası vardır - 28,00 manat; Sarı rəngli mis əsaslı ərintidən hazırlanmış 42,53 qram çəkisi olan bir cüt sırğa-4,00 manat; Üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğa və 2 ədəd məmulat hissəsi. Sırğa kilidinin iç tərəfində “925” damğası vardır (qırıntı) - 11,00 manat; Üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbaq - 2,00 manat; Uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli çəkisi 9,44 qram olan 1 ədəd qolbaq - 5,00 manat; Üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbaq - 1,50 manat; Üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsi - qiymətsiz; Üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancaq - 0,50 manat; Sarı rəngli sink və mis ərintidən hazırlanmış çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağı 2,00 manat; Üzərində 8 ədəd hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla ümumilikdə 4/3 karat olan 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt sırğa - 995,00 manat; Siferblarının iç tərəfində “Naviforce” yazısı olan dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 163,07 qram olan 1 ədəd qol saatı - 15,00 manat; Siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 38,04 qram olan 1 ədəd qol saatı -2,00 manat; Siferblarının iç tərəfində “BRAVE AND COURAGEOUS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış çəkisi 68,77 qram olan 1 ədəd qol saatı - 10,00 manat; Siferblarının iç tərəfində “FERRO” yazısı olan dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 110,05 qram olan 1 ədəd qol saatı - 15,00 manat; Siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış çəkisi 89,52 qram olan 1 ədəd qol saatı 5,00 manat; Cəmi 1102 manat. İş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 3/1005 saylı rəyindən müəyyən edilmişdir ki, 1 nörməli zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl- barmaq izi, 2 saylı daktilolentin səthindəki əlbarmaq izi, 3 saylı daktilolentin səthindəki əl- barmaq izi, 4 saylı aktilolentin səthindəki əlbarmaq izi, 5 saylı daktilolentin səthindəki əl- barmaq izi, 6 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi və “b” barmaq izi 7 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi və “b” barmaq izi, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi, 9 saylı daktilolentin səthindəki pailyar naxış izi, 10 saylı daktilolentin səthindəki papilyar naxış izi, 11 aylı daktilolentin səthindəki ovuc izi, 12 “a” saylı daktilolentin səthindəki ovuc izi, “b” saylı daktilolentin səthindəki papilyar naxış izi, 2 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 “a” və “b" saylı daktilolentin səthindəki əlbarmaq izləri, 2 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -1 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1,2,3,4,10-28 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 2 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1,3,4,5,6 syalı daktilolentin səthindəki papilyar naxış izləri, 3 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1,2,3,4 syalı daktilolentin səthindəki papilyar naxış izləri tam və aydın əks olunmadığından, habelə, kifayət qədər xüsusi əhəmiyyətə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. -1 nörməli zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl- barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl- barmaq izi, 4 saylı aktilolentin səthindəki əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki əl- barmaq izi, 6 saylı daktilolentin səthinəki “a” papilyar naxış izi və “b” barmaq izi 7 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi və “b” barmaq izi, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi, 9 saylı daktilolentin səthindəki pailyar naxış izi, 10 saylı daktilolentin səthindəki papilyar naxış izi, 11 aylı daktilolentin səthindəki ovuc izi, 12 “a” saylı daktilolentin səthindəki ovuc izi, “b” saylı daktilolentin səthindəki papilyar naxış izi, 13 “a” saylı daktilolentin səthindəki ovuc izi, “b” saylı daktilolentin səthindəki papilyar naxış izi, 2 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 “a” və “b” saylı daktilolentin səthindəki əlbarmaq izləri, 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. İş materiallarında olan cinayət mühakiməsi icraatı zamanı verilmiş mülki iddiadan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia verərək, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş 3000 manat məbləğində mənəvi zərərin, həmçinin 13681 manat məbləğində maddi zərərin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərindən əvvəl CM-nin 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi də eyni qaydada tövsif edilir. CM-nin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq törətmiş şəxslərin əməlini yuxarıda qeyd edilən əlamətlə (CM-nin 177.2.2, 180.2.2 və 181.2.2-ci maddələri ilə)həm də o zaman tövsif etmək olar ki, AR CM-nin 177ci maddəsinin qeydinin 3-cü bəndində sadalanan cinayətlərə görə məhkumluq yeni cinayət törədilən anda ödənilməmiş və ya götürülməmiş olsun və törədilmiş əməlləri CMnin 177.3.3, 180.3.3 və 181.3.4-cü maddələri ilə hüquqi tövsif etmək üçün əsaslar olmasın. Eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində 31 yanvar 2020-ci il tarixdə, 08 mart 2020-ci il tarixdə və 14 may 2020-ci il tarixdə heç bir oğurluq etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 16 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 02 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 71.5 və 67.1-ci maddələri tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmündən xaric edilmiş, ona həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmişdir), Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasının 10 ay 04 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan işlər üzrə məhkumluğu ödənilmədiyi dövrdə törədib. Bu Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən xüsusilə təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən «Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz». Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası xüsusi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 dekabr 2020-ci ildən hesablanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 240,16 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 240,16 manat məhkəmə məsrəfləri tutulub dövlət büdcəsinə ödənilməlidir. Jinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd, üzərində “Vvishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutu, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşlar olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 2,15 qram çəkisi olan 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulon, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış 42,53 qram çəkisi olan bir cüt sırğa üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğa və 2 ədəd məmulat hissəsi. Sırğa kilidinin iç tərəfində “925” damğası vardır (qırıntı), üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbaq, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli çəkisi 9,44 qram olan 1 ədəd qolbaq, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbaq, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsi, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancaq, sarı rəngli sink və mis ərintidən hazırlanmış çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancaq, üzərində 8 ədəd hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla ümumilikdə 4/3 karat olan 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt sırğa, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 38,04 qram olan bir ədəd qol saatı, 5 manat dəyərində olan siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış çəkisi 89,52 qram olan bir ədəd qol saatı iş üzrə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və məhkəmə baxışınadək saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmiş şəxslərə qaytarılmış hesab edilməlidir. Məhkəmə, Zərərçəkmiş şəxs1 tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı təhlil edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı təmin edə və ya onu rədd edə bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə müttəhimə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, müttəhimin isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:

1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;

2. bu zərər nəticə etibarilə ödəniləndirmi;

3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;

4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. Jinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus, 28 manat dəyərində olan, üzərində “VVishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutu, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli, 925 əyarlı üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulon, 4 manat dəyərində olan, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış, 42,53 qram çəkisi olan bir cüt sırğa, 11 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı, üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğa və 2 ədəd məmulat hissəsi, 2 manat dəyərində, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağı, 5 manat dəyərində olan, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli, çəkisi 9,44 qram olan 1 ədəd qolbağı, 1 manat 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağı, qiyməti olmayan, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsi, 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağı, 2 manat dəyərində olan, sarı rəngli sink və mis ərintidən hazırlanmış, çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağı və 995 manat dəyərində olan, üzərində 8 ədəd, hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla, ümumilikdə 4/3 karat olan, 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt qızıl sırğa zərərçəkmiş şəxs və mülki iddiaçıya qaytarıldığından, mülki iddia bu hissədə təmin olunmamalıdır. Həmçinin, iddia tələbi vurulmuş mənəvi zərərin ödənilməsinə dair hissədə əsaslandırılmadığından, təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, mülki iddia qalan hissədə qismən təmin edilməli, 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pul, ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğası, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağı, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyü və ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyü və ya bu əmlakların dəyəri təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə əmlak müsadirəsi yoxdur. Məhkəmə digər zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 07 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 6 ay 07 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Suraxanı rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(010)-12/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 03 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 240,16 (iki yüz qırx manat, on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd, üzərində “Vvishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutunun, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşlar olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 2,15 qram çəkisi olan 1 ədəd üzüyün, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulonun, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış 42,53 qram çəkisi olan bir cüt sırğanın, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğanın və 2 ədəd məmulat hissəsinin, Sırğa kilidinin iç tərəfində “925” damğası vardır (qırıntı), üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağın, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli çəkisi 9,44 qram olan 1 ədəd qolbağın, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağın, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsinin, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağın, sarı rəngli sink və mis ərintidən hazırlanmış çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağının, üzərində 8 ədəd hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla ümumilikdə 4/3 karat olan 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt sırğanın, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış çəkisi 38,04 qram olan bir ədəd qol saatının, 5 manat dəyərində olan, siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış çəkisi 89,52 qram olan bir ədəd qol saatının məhkəmə baxışınadək saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmiş şəxslərə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək, 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pul, ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğası, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağı, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyü və ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyü və ya bu əmlakların dəyəri təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. İş üzrə digər zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar