Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-41/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində xx xxx 1974-cü il tarixdə Şabran rayonu, Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-442/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmış, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17A nömrəli evin 73 nömrəli mənzilində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs3 Cahangir oğluna Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, Şəhərcik deyilən ərazidən 2,5 sot torpaq sahəsini başqasına məxsus olmasına baxmayaraq özünə aid olmasını bildirib torpağa dair bütün sənədləri də hazırlayıb təqdim edəcəyinə dair yalan vəd verərək A.C.Cahangirovun 3.750 (üç min yeddi yüz əlli) manat pulunu 15 mart 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, Şəhərcik deyilən yerdə ələ keçirib dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, Şəhərcik deyilən ərazidən 1,5 sot torpaq sahəsini başqasına məxsus olmasına baxmayaraq, özünə aid olmasını bildirib ona mülkiyət hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydiyata alınması barədə saxta sənədi təqdim edib həmin torpaq sahəsinə görə 4.500 (dörd min beş yüz) manat pulunu 25 may 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, Şəhərcik deyilən yerdə ələ keçirib dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Şahid3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisindəki Betonzavodun yaxındığında yerləşən fərdi yaşayış evinin 16000 manata satılaraq pulunun həmin şəxsə verilməsini ona həvalə etməsinə baxmayaraq, yəni evi sərbəst şəkildə satıb qazanc əldə etmək səlahiyətinin olmamasını bilərək Zərərçəkmiş şəxs1 aldadıb həmin evin özünə məxsus olması və sonuncunun adına keçirilməsi barədə lazimi sənədləri hazırlayıb təqdim edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 11000 manat pulunu əvvəlcə 2000 manat və 8000 manat olan hissəsini xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində saat 15-16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsi deyilən yerdə, əmisi Şahid4 vasitəsi ilə, sonuncu 1000 manat pulu isə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində onun özündən Bakı şhəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, Betonzavodun yaxınlığında yerləşən satdığı evin yanında vahid niyətlə ələ keçirərək evin satılmasının mümkün olmadığı halda isə güya aldığı pulun əvəzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Quşçuluq sovxozu ərazisində özünə aid olmayan 07 sot torpaq sahəsini verəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 11000 (on bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsini başqasına məxsus olmasına baxmayaraq, özünə aid olmasını bildirib torpağa dair bütün sənədləri də hazırlayıb təqdim edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs2 3.010 (üç min on) manat pulunu xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ildə torpaq alqı-satqısı ilə məşğul olmuş, Əhmədli qəsəbəsində yaşayan, soyadını, ata adını, ünvanını və mobil nömrəsini bilmədiyi “Fazil” adlı şəxsdən iki sot torpaq sahəsini almış, amma Fazil torpaq sahəsinin sənədini ona verməmişdir. 2019cu ilin mart ayında Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Şəhərcik adlandırılan ərazidə iki sot torpaq sahəsi almaq istəməsini bildirdikdə özünə məxsus olan həmin iki sot torpaq sahəsini satmaq istəmiş, fikirləşmişdir ki, Fazil adlı şəxsə deyərək sənədləri bir başa Zərərçəkmiş şəxs3 adına keçirtdirər. Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsini göstərmiş, sonuncu torpaq sahəsini bəyənmiş və sotu 1.400 manatdan olmaqla iki sot torpraq sahəsinə görə 2.800 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 torpağın satılmasına dair etibarnaməni vermişdir. Fazil adlı şəxs torpağın çıxarışını ona vermədiyi üçün öz növbəsində digər sənədləri hazırlayıb Zərərçəkmiş şəxs3 verə bilməmişdir. Zərərçəkmiş şəxs3 da bu səbəbdən torpaq sahəsindən imtina edərək torpaq sahəsinə görə verdiyi pulu tələb etməyə başlamış, aldığı 2.800 manat pulu qaytara bilmədiyinə görə barəsində şikayət etmişdir. 2020-ci ilin may ayında əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yaşayan Cəfər adlı şəxsdən aldığı torpaq sahəsini satmaq istədiyini öyrənən Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda Şəhərcik deyilən yerdən 1,5 sot torpaq sahəsini almaq istəməsini bildirmiş, o, Zərərçəkmiş şəxs4 və qızı Nuranə ilə görüşərək 1,5 sot torpaq sahəsini onlara göstərmişdir. Zərərçəkmiş şəxs4 və qızı torpaq sahəsini bəyənib almaq istədikdə 4.500 manata razılaşmışlar. Zərərçəkmiş şəxs4 4500 manat pulu 2020-ci ilin may ayının axırlarında ona vermişdir. Cəfər adlı şəxsdən torpağı satdığı Zərərçəkmiş şəxs4 adına çıxarış verməsini xahiş etdikdə Cəfər adlı şəxs də Zərərçəkmiş şəxs4 adına 1,5 sot torpaq sahəsinin keçirilməsinə dair çıxarışı ona vermiş, həmin çıxarışı Zərərçəkmiş şəxs4 vermişdir. Çıxarışın saxta olması barədə isə heç bir məlumatı olmamışdır. 2021-ci ilin fevral ayində tanıdığı Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində, Betonzavodun yaxınlığında olan bir mərtəbəli fərdi yaşayış evini 16.000 manata satışa qoymuş, həmin vaxtı alqı-satqı işi ilə məşğul olduğuna görə evin satılmasını ona həvalə etmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 əmisi Şahid4lə birlikdə onu tapıb görüşmüş, evə baxmaq istədiklərini bildirmişlər. O, da evi onlara göstərdikdə Zərərçəkmiş şəxs1 evi bəyənmiş, evə görə ancaq 11.000 manat verməyə gücü çatdığını bildirmişdir. Təcili olaraq qaytarmalı borcları olduğuna görə Şahid3 evi 11.000 manata satmağa razılıq verməsini xahiş edərək Şahid3 pulunu sonra verəcəyini demiş, Şahid3 da razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 əmisi Şahid4 bir dəfə 2.000 manat, sonra isə 8.000 manat pulu 2021-ci ilin mart ayının əvvəllərində Biləcəri dairəsi deyilən yerdə Zərərçəkmiş şəxs1 adından ona vermiş, iki-üç gündən sonra isə Zərərçəkmiş şəxs1 özü qalan 1.000 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yeni aldığı evin qarşısında ona vermişdir. Lakin bir müddətdən sonra Şahid3 aralarında olan razılaşmanı pozaraq evə görə qiymətləndirdiyi 16.000 manat pulu verməsini tələb etdikdə, pulu verə bilmədiyinə görə Zərərçəkmiş şəxs1 evdən çıxartmağa çalışmışdır. Çingiz və Şahid4lərin yanında Şahid3la söhbətləri olmuş, sonuncu ona borclu qalmağı şərti ilə evin Zərərçəkmiş şəxs1 qalmasına razılıq versə də bir müddətdən sonra bu razılaşmanı da pozaraq Zərərçəkmiş şəxs1 evdən çıxartmışdır. Aldığı 11.000 manat pulun əvəzində həmin ərazidə İlyas adlı şəxsdən aldığı özünə məxsus olan yeddi sot torpaq sahəsini Zərərçəkmiş şəxs1 vermək istəsə də sonuncu həmin ərazini almaqdan imtina etdimiş, pulunu tələb etdikdə isə qaytara bimədiyimə görə şikayət etmişdir. 2021-ci ilin iyul ayının axırlarında Binə qəsəbəsində Talışlar məhəlləsi deyilən yerdə yaşayan Müşfiq Əliyevdən dörd sot torpaq sahəsi almış, Müşfiq Əliyev torpağın sənədlərini sonra hazırlayıb verəcəyini demişdir. Həyat yoldaşı Ülkərin uzaq qohumu Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində iki sot torpaq sahəsini almaq isdəiyini dedikdə Zərərçəkmiş şəxs2lə görüşüb onu torpaq sahəsinə aparmış, Zərərçəkmiş şəxs2 torpaq sahəsinə baxıb həmin yeri bəyəndikdən sonra almağa razılıq vermiş, iki sot torpaq sahəsini Zərərçəkmiş şəxs2 2.700 manata satmışdır. Hasar çəkdirməyə kömək edəcəyini deyərək Zərərçəkmiş şəxs2 əlavə olaraq 310 manat pul almışdır. Bir müddətdən sonra Zərərçəkmiş şəxs2 torpaq sahəsindən xoşu gəlmədiyini, qaytarmaq istədiyini deyib pulunu geri istəmişdir. Zərərçəkmiş şəxs2 aldığı pulu qaytarmış ona cəmi 300 manat pul borclu qalmışdır. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmənin 08 dekabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında boş torpaq sahəsi alıb qızı Nuranə üçün ev tikdirmək istmişdir. Torpaq sahələri ilə maraqlanarkən Adgözəl adlı şəxsin torpaq alqı-satqısı ilə məşğul oldunu öyrənmiş, onunla görüşmüşdür. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində fərdi yaşayış evlərinin arasında1,5 sot torpaq sahəsinin özünə məxsus olduğunu, qanuni sənədlərlə ona satacağını bildirmişdir. 1,5 sot torpaq sahəsini 4.500 manata razılaşdıqdan sonra Adgözəl torpağa dair çıxarışı ona verəcəyinə söz vermişdir. Adgözəlin sözlərinə inanaraq 25 may 2020-ci il tarixdə saat 16 radəldərində Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda 4500 manat pulu Adgözələ vermişdir. Bir ay sonra Adgözəlin torpaq sahəsinə görə ona verdiyi çıxarış Əmlak Komitəsində yoxlanılarkən çıxarışın saxta olduğunu öyrənmiş, Adgözəlin onu aldatdığını 4500 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Sərhəd Qoşunlarında zabit kimi xidmət edir, evi olmadığına görə əmisi Aydın Gündüzovun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbsi, 3-cü Yəhya Hüseynov küçəsi, ev 5A, mənzil 18-də kirayədə yaşayır. Xidməti yeri Xəzər rayonu, Türkan qəsəbəsində olduğundan xidməti yerinə yaxın ərazilərin birindən torpaq sahəsi alıb ev tikmək və yaxud da hazır vəziyətdə olan ev almaq istədiyi üçün soraqlaşıb maraqlandıqda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində bir mərtəbəli kürsülü evin satışa qoyulduğunu öyrənmiş, elan nömrəsi ilə əlaqə saxladıqda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs evi satmaq istədiyini bildirmişdir. Bu hadisə 2021 -ci ilin fevral ayının əvvəllərində olmuşdur. Təqsirləndirilən şəxs onlarla görüşmüş və Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı evə əmisi Şahid4lə birlikdə baxdıqda ev xoşuna gəldiyi üçün almaq isdədiyini Təqsirləndirilən şəxs bildirmiş, sonuncu evinin qiymətinin 11.000 manat olduğunu demişdir. Evin sənədləri ilə maraqlandıqda isə Təqsirləndirilən şəxs evin satılmasının ona həvalə edildiyini, sənədləri də özünün hazırlayıb verəcəyini öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə Bank Respublikadan 12.000 manat kredit götürmüş, xidmətdə olduğuna görə və vaxtı olmadığından xx.xx.2021ci il tarixdə saat 16 radələrində əmisi Aydın Binəqdi rayonu, Biləcəri qəsəbəsində Biləcəri dairəsi deyilən yerdə Təqsirləndirilən şəxslə görüşüb onun adından Təqsirləndirilən şəxs 2.000 manat pulu vermiş, iki gün sonra yenə həmin yerdə 8.000 manat pulu əmisi Aydın yenə onun adından Təqsirləndirilən şəxs vermişdir. Qalan 1.000 manat pulu isə özü iki-üç gün sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbsi, Quşçuluq sovxozunda almaq istədiyi evin qarşısında vermişdir. Təqsirləndirilən şəxs evin ilkin sənədləri adı ilə ərazinin hündürdən çəkilmiş fotoşəklini və evin lahiyə sənədlərini onlara vermişdir. Pulu tam olaraq Təqsirləndirilən şəxs verəndən sonra heçnədən şübhələnmədən evdə təmir işlərinə başlayıb yaşayış üçün şərait qurmağa başlamış, bir neçə gündən sonra Aydın adlı şəxs gəlib evin ona məxsus olduğunu, evi 16.000 manata satmasını Təqsirləndirilən şəxs həvalə etdiyini demişdir. Aydına evi Təqsirləndirilən şəxs 11.000 manat aldığını dedikdə Aydın təmir işlərini dayandırıb evdən çıxmasını tələb etmişdir. Bu məsələyə aydınlıq gətirmək istədikdə Təqsirləndirilən şəxs Aydınla razılığa gəlmiş, sonra isə yenidən Aydın evdən çıxmasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulu hissə-hissə qaytaracağına söz vermiş, lakin sözünə əməl etməmişdir. Ondan yenidən pulunu tələb etdikdə xx.xx.2021-ci il tarixdə Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda 7 sot torpaq sahəsi göstərib özünə məxsus olduğunu deyərək etibarnamə verərək həmin torpaq sahəsini 11.000 manatın əvəzi kimi ona vermişdir. Həmin torpaq sahəsinin də Təqsirləndirilən şəxs məxsus olmaması, Təqsirləndirilən şəxs başqasına məxsus olan torpaq sahəsini aldadaraq ona verdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə 11.000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, torpq sahəsi almaq üçün pul topladıqdan sonra həyat yoldaşının uzaq qohumu Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs bu barədə telefonla demiş, xx.xx.2021-ci ildə Adgözəl zəng edərək Binə qəsəbəsi, Südçülük sovxozunda özünə məxsus torpaq sahəsini ona ucuz qiymətə sata biləcəyini demişdir. Adgözələ 2 sot torpq sahəsi istədiyini dedikdə, Adgözəl də ona 4 sot torpaq sahəsi olduğunu, 2 sot torpaq sahəsini ona 2700 manata sata biləcəyini bildirmişdir. Adgözəlin təklifi ilə razılaşmış, torpaq sahəsinə baxmağa getmiş, torpaq sahəsinə baxdıqdan sonra xoşuna gəlmiş və inandığı üçün orada Adgözələ 2700 manat pul vermişdir. Adgözəl torpaq sahəsinin kənarına hasar çəkdirmək üçün ondan əlavə olaraq 310 manat da almış, şəxsi avtomobilində olan torpaq alqı-satqısı müqaviləsinin bir blankını yazıb ona vermiş, torpaq sahəsinin sənədi olduğunu, «sabah saat 10 radələrində Binəqədi rayonundakı yanmış binanın yaxınlığındakı natotarial kantora gəl, orada torpaq sahəsinə dair sənə rəsmi sənəd verim» demişdir. Adgözəlin dediyi yerə getmiş, lakin Adgözəl oraya gəlməmişdir. Adgözəlin onu aldatdığını başa düşüb zəng edərək ondan pulun tələb etdikdə Adgözəl müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2021-ci il taridə DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, xx.xx.2021-ci ildə isə Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 16 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək X5 tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs torpaq alqı-satqısı ilə məşğul olan makler kimi tanımış, 2019-cu ilin mart ayında torpaq sahəsi almaq istədiyi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsində Şəhərcik adlanan yerdə 2,5 sot torpaq sahəsini ona göstərmiş, torpaq sahəsi xoşuna gəldiyi üçün razılaşaraq Təqsirləndirilən şəxs 3750 manat pul vermişdir. Bir müddət keçəndən sonra adını və telefon nömrəsini xatırlamadığı bir nəfər şəxs zəng edərək onu Təqsirləndirilən şəxs aldığı torpaq sahəsinə çağırmış, Təqsirləndirilən şəxs almış oduğu torpaq sahəsinə aid olan rəsmi sənədlərini göstərib torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zəng vurub çağırmış, satmış olduğu torpaq sahəsi rəsmi olaraq başqa şəxsə məxsus olduğunu bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng vurub çağıraraq başqa yerdən 2,5 sot torpaq sahəsini göstərib torpaq sahəsini ona verdiyini demiş, bir müddət keçəndən sonra həmin torpaq sahəsinin də rəsmi sənədlə başqa şəxsə məxsus olduğu məlum olmuşdur. Həmin vaxtdan da Təqsirləndirilən şəxs pulunu ala bilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, dostu Marifin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq sovxozu ərazisində, Betonzavoda yaxınlıqda 150 kv. metr sahədə bir mərtəbəli fərdi yaşayış evi olmuş, Marif həmin evi 16.000 manata satılmağa qoymuş, özü Daşkəsən rayonunda yaşadığından evin satılmasını ona həvalə etmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində X2 ev alqı-satqısı ilə məşğul olmasını bildiyindən evin açarını ona verərək satılmasına kömək etməsini xahiş etmişdir. Fevral ayının ortalarında qonşular zəng vurub bir nəfər şəxsin həmin evdə söküntü işləri aparmasını xəbər vermişlər. Marifin satılmağa qoyulmuş evinə getdikdə Gəray adlı şəxsin hərbiçi oğlu ilə birlikdə həmin evi aldıqlarını və təmir işləri apardıqlarını görmüşdür. Məsələyə aydınlıq gətirmək istəyəndə Təqsirləndirilən şəxs evi ondan xəbərsiz olaraq 11.000 manata satdığını bilmişdir. Gərayı və oğlunu evdən çıxararaq darvazanı bağlamış, Gəraya və oğluna Adgözəlin onları aldatdığını demişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs4 Minbər qızının ifadəsində göstərdiyi xüsusatları bir daha ifadəsində təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncular Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Axundov Aydıq isa oğlu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 096-4805-1222 və 096-H807-1222 nömrəli məktublarından görünür ki, Zərərçəkmiş şəxs4 adına verilmiş ********** qeydiyat nömrəli və **********6555 reystr nömrəli çıxarışın verilib-verilməməsi haqqında aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs4 adına mülkiyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş çıxarışda qeyd olunan xx.xx.2008-ci il tarixli, 1372 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M-652 saylı icarə hüqunun alqı- satqı müqaviləsi əsasında X4 Abşeron rayonu, Abşeronquşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpraq sahəsi üzərində (ehtiyyat fondu torpaqları) icarə hüququ **********72 restr nömrəsi ilə xx.xx.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reytrində qeydiyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 241-ci maddəsinin “B” bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə cəzasının icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-442/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 14 oktyabr 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 16 noyabr 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 verdiyi çıxarışın saxta olması barədə isə heç bir məlumatının olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 320.2-ci ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. İş materiallarında olan cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, 01 dekabr 2021-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 05 may 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Ağayev X3 Rəmilə Mimbər qızına saxta sənəd təqdim edib həmin torpaq sahəsinə görə 4.500 (dörd min beş yüz) manat pulunu dələduzluq yolu ilə əldə etməsinə dair cinayət əməlini 25 may 2020-ci il tarixdə törətmişdir. Hazırki cinayət işinin icraatının 04 ay 04 gün dayandırıldığı müddət də nəzərə alınmaqla həmin maddə üzrə cinayət əməlinin törədildiyi gündən 03 ildən çox müddət keçmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş, müdafiə tərəfi həmin epizod üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonuncuya qarşı şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayətləri qismən etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-442/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmışdır. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-442/2022 saylı, 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin 06 ay müddətə azaldıldığını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını, bununla təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 adına verilmiş mülkiyə hüququnu təsdiq edən saxta sənəd (********** qeydiyyat nömrəli ve **********6555 reyestr nömrəli çıxarış) Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-442/2022 saylı, 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı nəzərə alınmaqla təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-237/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsin, həbsdə olduğu nəzərə alınsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 adına verilmiş mülkiyə hüququnu təsdiq edən saxta sənəd (********** qeydiyyat nömrəli ve **********6555 reyestr nömrəli çıxarış) Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-41/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-41/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver