Məhkəmə qərarları › İş №1(010)-41/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-41/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-41/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Türkmənistan Respublikasının Ahal vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi ev 1də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi ev 10-da yaşayandır, xx.xx.2023-cü il tarixdə barəsində tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 13 dekabr 2022-ci il tarixdə saat 12:45 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin və Suraxanı RPİ- nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən qəbristanlığın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkmənistan Respublikasında anadan olsa da, uşaqlıqdan Azərbaycanda yaşamışdır. 11 illik orta təhsilini Azərbaycanda, 2 saylı internat məktəbində Azərbaycan sektorunda başlayaraq Azərbaycanda başa vurmuşdur. Türkmənistan dilində ümumiyyətlə bilmir. Azərbaycan dilində isə sərbəst danışmağı yazmağı oxumağı bacarır. İfadəsi alınarkən tərcüməçinin iştirakına ehtiyacı yoxdur. Bir müddətdir ki, "Patı" deyilən psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddəni hər dəfə Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə yəni, xx.xx.2022-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını, ata adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün bir ədəd sellofan bükümdə 10 manata psixotrop maddə olan metamfetamin almışdır. Həmin günü saat 12:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən qəbristanlığın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PBnə dəvət etmişlər. Polis əməkdaşlarının müşayiəti ilə qeyd olunan polis bölməsinə gəlmiş, 32-ci PB-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazı olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin, həmçinin şalvarının sol yan cibindən 01 ədəd "Samsung" markalı "A 10" modelli mobil telefonu çıxarıb təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilnmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməklə, 13 dekabrda Qaraçuxurda tutulmasını ittiham aktında qeyd edilməsinə baxmayaraq, “Priyezdən” düşən kimi sağda məktəb var, gəlmişdi dostunun yanına, dostu ilə görüşüb, telefon mağazasına, telefon ehtiyat hissələri almağa getdiyini, telefonu tutulmamışdan 15-20 gün qabaq aldığını bildirmişdir. Onu 13 dekabr tarixdə 10.00-12.00 saxlayıblar. Bülbülədə saxlayıblar, kəndin içində “Priyezə” dönən yerdə. Polis əməkdaşları yaxınlaşdı, məhkumluğunu soruşdular, dedi ki, məhkum olunmuşdur. Soruşanda ki, “burada neyləyirsən” dedi ki, “Razində yaşayıram, telefon almağa gəlmişəm”. Bül-Bülədə yoxladıqlarını, cibində 110 ya 240 manat pulu olduğunu və polis əməkdaşları tərəfindən götürdüklərini, daha sonra PB-ə apardıqlarını 1 kq narkotik vasitəni qoyduqlarını, döydükləri üçün boynuna aldığını bildirmişdir. Məhkumluq yaşamış, ona görə bilirdi ki, “srok” gözlüyəcəkdi məni”. Boğazını kəsdi, Sabunçuya apardılar, sonra İVEYS-ə apardılar, axşam buraxıblar. Evə gələndə evdəkilər, prokurorluğa şikayət edib. Anası Solmaz yazıb. Narkotik vasitə istifadə eləsə də, tutulduğu zaman üstündə heçnə olmayıb. Polis əməkdaşları yaxınlaşmadı, məsafə var idi. Üzərində olan telefon və pulu maşının üstünə qoydu, Məhkumluğu olduğu üçün tutdular, yanında olan şəxsi yoxlayıb buraxdılar. Həmin günü istifadə etməmişdir. Bir gün ya iki gün İdarədə qalmışdır, axşam buraxdılar. Ülgüclə özünə qəsd eləmişdir. Orada PB-də saxlama yerində ülgüc tapdı, öz boğazına xəsarət yetirdi. Polis əməkdaşları zorakılıq elədilər. Bir kq (narkotik) qoydular qarşına, tok verdilər, boynuna aldı. Çəkiliş hələ olacaqdı. Siqaret istədi, ona nalayiq sözlər dedilər. Çəkiliş olana qədər xəsarət yetirmişdilər. Onu saxlayanlar çəkilişdə iştirak edənlər deyildi. Özünü kəsəndə həkim gəldi dedi ki, tikiş vurulmalıdır, Toğrul adlı polis əməkdaşı çayı üzərinə atdı, həkim də bunu gördü. Özünü kəsəndən sonra dedilər ki, CM-in 234.1-ci maddəsi ilə edə bilərik, hökmü də olub. 32-ci PB-dən apardılar. 32-ci Polis Bölməsinə qansnuz apaılması, boğazın kəsilməsi ilə əlaqədar anası və qardaşı ərizə verib, prokurorluqda araşdırma olub. Onu indi gələn şahidlər saxlayıblar. Adlarını bilmir, lakin onlar onu döyüblər. İs üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə tərəfindən bu barədə 32-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində əməliyyat qrupunun üzvü Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən qəbristanlığın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 32-də xidməti otaqda baş təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu və əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm baş təhqiqatçı tərəfindən açılmış və içərisində ağ rəngli kristal halında maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin "Patı" deyilən psixotrop maddə metamfetamin olduğunu, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmçinin də əlavə etmişdir ki, təqsirləndirilən şəxs yalan deyib, xəsarətin alınması barədə umümiyyətlə məlumatı yoxdu, təcili tibbi yardım maşının gəlmiyib, Saxlama saatın xatırlamaması, gününün ikinci yarısı olduğunu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi olduğunu, Habil Əliyevlə birgə olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs Şahid1 ilə çarpaz dindirmədə göstərmişdir ki, həmin şəxs ümumiyyətlə saxlanılmasında iştirak etməmiş. Təcili tibbi yardımı çağıranda, xəstəxanaya getdikdən sonra həmin şahid sonra polis bölməsinə gətirmişdir. Həmçinin bildirib ki, həmin şahid tərəfindən döyülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmçinin də əlavə etmişdir ki, zorakılıq olmadığını, xəsarəti olmadığını, xəsarətin yetirilməsini xatırlamır Həkimin gəlməsini xatırlamır. Emillə birlikdə mən saxladığını, Nazim İsmayılov küçəsi, qəbrstanlığın yanında saxladığını, gününü saatı yadında olmadığını, hadisə olan vaxtı xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 ilə çarpaz dindirmədə göstərmişdir ki, həmin şəxs ümumiyyətlə saxlanılmasında iştirak etməmiş. Təcili tibbi yardımı çağıranda, xəstəxanaya getdikdən sonra həmin şahid sonra polis bölməsinə gətirmişdir. Həmçinin bildirib ki, həmin şahid tərəfindən döyülmüşdür. İbtidai istintaq zamanı toplanmış materiallar: 13 dekabr 2022-ci il tarixdə Yusupov X7 RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. 14 dekabr 2022-ci il tarixdə cinayət işi istintaq aidiyyəti üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilmiş və həmin tarixdə cinayət işi üzrə istintaqın aparılması müstəntiq.... həvalə edildiyindən, cinayət işi icraatına qəbul edilərək istintaq aparılmışdır. 13 dekabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxış protkoluna əsasən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu və əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümə baxılan zaman qeyd olunan bükümün içərisindən ağ rəngli, kristal şəkilli maddə aşkar olunmuş, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin "Patı" deyilən psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 6/7022 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №196" möhür əksi, "...Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.730 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli 1527 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserindəqeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə istintaqı zamanı toplanmış sübutlar: Suraxanı Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, təqsirləndiriln şəxs Yusupov X7 rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerin xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində daxil olmuş Tibbi müayinə zmanı boğazında kəsik izləri aşkar edtlmiş, həmin xəsarəti deməsinə görə tutulmamışdan əvvəl almışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19in X18 X19 tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli və təkrar 08 fevral 2024-cü il tarixli məktublara əsasən X12 rəbhərliyi bildirir ki, vətəndaş Təqsirləndirilən şəxs cərrahi profilli qəbul şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 14:20-də “boyun nahiyəinin kəsilmiş yarası” “diaqnozu ilə ambulator müraciət etmişdir. No635. Küçə hadisəsi. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 15-C-23 saylı material üzrə 13 fevral 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi, üzərindən pulunun götürülməsi və sonuncunun anası X1 polis əməkdaşı tərəfindən təhqir olunması və ona xəsarət yetirilməsi faktları öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çaldırılması halları olmamış, ona görə də 15-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti maraqlı tərəfləri göndərilməsi və qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 15-C-23 saylı material üzrə izahatı alınmış X3 bildirmişdir ki, ünvan 4 ünvanında 2 oğlu ilə birlikdə yaşamışdır. Əri İsmayıl vəfat etmiş, daha sonra yenidən evlənib boşanmış, sonuncu evlilikdən isə Rəvan anadan olmuşdur. Böyük oğlu Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olmuş, müalicəyə ehtiyacı vardır. 13 dekabr 2022-ci il tarixdə saat 17 radələrində kiçik oğlu Rəvanla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman tanımadığı nömrədən zəng gəlmiş, zəng vuran şəxs oğlu Adilin tutulduğunu. Suraxanı RPİ-nin 32-ci PB-də olduğunu demişdir. O, oğlu Rəvanla birlikdə 32-ci PB-nə gedərək növbətçi hissəyə yaxınlaşmış, növbətçi hissədə olan polis əməkdaşı digər polis əməkdaşını çağırmış, mülki geyimdə olan polis əməkdaşı gələrək ona oğlunun üzərində narkotik vasitə ilə saxlanıldığını demişdir. Bu zaman ondan bir qədər aralı dayanmış oğlu Rəvan anidən ağlayaraq Adilin boynunun qan içində olduğunu demişdir. Növbətçi hissədə olan polis əməkdaşı ona oğlunun polis bölməsində boynunu kəsdiyini, lakin narahat olmamasını, həkim çağırdıqlarını, oğlunun boynuna tikiş atıldığını bildirmişdir. O, oğlunu görmək üçün polis bölməsinin içərisinə tərəf getmək istədikdə iri cüssəli, mülki geyimdə olan polis əməkdaşı ona tərəf gələrək qolundan tutub onu bayıra tərəf itələmişdir. Polis əməkdaşı onun qolundan tutan zaman onun qaraciyərimdəki problem səbəbindən qolunda olan şişin üzərini sıxmış, bu ona çox ağrı vermişdir. Polis əməkdaşı ona qarşı kobud və təhqiramiz sözlər işlətmiş, kiçik oğlu Rəvanı da itələmişdir. O, DİN- nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, daha sonra 32-ci PBnin rəisi onu dəvət edərək bölmədə səs-küy saldığını demiş, oğlunun vəziyyətinin yaxşı olduğunu bildirmiş, onun qolunu gördükdə həkimə göndərməyi təklif elmişdir. O, kömək təklifini qəbul etməmişdir. O. həmçinin oğlunun saxlanılarkən cibində olan 103 manat məbləğində pulun oğlunu 32-ci PB-nə təhvil verən polis əməkdaşları tərəfindən götürüldüyünü, qolunu sıxan polis əməkdaşını üzdən tanısa da adını bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 15-C-23 saylı material üzrə izahatı alınmış Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 izahatında bildirmişdir ki. Təqsirləndirilən şəxs əvvəldən tanımamış və aralarında heç bir ziddiyyət olmamışdır. 13 dekabr 2022- j il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxıır qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında "Adil" adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Suraxanı RPİ-nin 32-ci PB-nə əməliyyat daxil olmuş, həmin tarixdə keçirilmiş əməliyyat tədbiri ilə sonuncu saxlanılaraq 32-ci PB-nə gəlirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Suraxanı RPl-nin 32-ci PB-də olarkən Təqsirləndirilən şəxs ilə əməliyyat xarakterli söhbətlər aparılmışdır. O, həmçinin X1 dediklərinin yalan olduğunu, sonuncunu heç vaxt görmədiyini. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini, şərəf və ləyaqətinin alçaldılmadığını, təhqir edilmədiyini, amansız rəftar edilmədiyini, sonuncuya hədə-qorxu gəlinmədiyini və igəncə verilmədiyini. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində pul olmadığını, sonuncunun üzərində şəxsi axtarış və götürmə zamanı 01 ədəd Samsung markalı mobil telefon və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət büküm aşkar edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 241/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə kimi, 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «04» (dörd) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» aprel 2023-cü il tarixdən hesablanması və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(010)-41/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin, şahidlər Şahid1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin və Şahid2 istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinin 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək əhaət edən dövrə ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi “Azerfon” və “Bakcell” məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərar alınmışdır. "xxxx" MMC-in məktubuna əsasən, aparılmış tədqiqatlara əsasən Şahid2 istifadəsində olan mobil nömrəsinin anten dairəsinin nəticələrini 13 dekabr 2022-ci il tarixdə, saat 14:07 üçün Bakıxanov qəsəbəsi, Mehmandarov st, Doğum evi, sonra Bakıxanov qəsəbəsi, Fidan şadlıq sarayı, 14:14 Sabunçu qəsəbəsi, saat 14:14-də Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı (Asfalt zavodu), 14:21-də Bakı Fəhləsi zavodu, 14:21-də Balaxanı qəsəbəsi, 14:39-da Sabunçu rayonu, Zabra-Maştağa yolunda, Maşatağa Avtoservis göstərmişdir. Məhkəmənini təhlili: Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaqın gəldiyi qənaətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirləndirilməsinə dair ittihamın əsas sübutları – Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsinə dair 13 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsinə dair protokol və 15 dekabr 2022-ci il tarixli təqsirləndiriən şəxs qismində dindirilməsinə dair protokollar və həmin protokollarda əks olunmuş etirafedici ifadələri, 13 dekabr 2022-ci il Təqsirləndirilən şəxs saxlanılmasına və şəxsi axtaış və götürmə istintaq hərəkətində iştirak edilməsinə dair ifadə verən şahidlər – polis əməkdaşları Şahid1 və Şahid2 dindirilmələrinə dair protokollar və məhkəmə ekspertizaların rəyləri təşkil edir. Məhkəmə baxışı zaman A.İ,Yusupovun özünün təqsirli bilməməsinə dair ifadəsinə əsasən cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə, bununla da həmin prosessual sənədlərin sübut olaraq mötəbərliyinə, mümkünlüyünə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. İlk olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bütün istintaq müddəti ərzində özünü təqsirli bilməmiş, heç bir təqsirinin olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu,onların tərəfindən döyüldüyünü, ona daha ağır maddə ilə “yükləmək” istəyəndə özünün boğazının kəsilməsini və xəstəxanaya apardıqlarını, döyüldükdən sonra ittihamla razılaşdığını bildirmiş, həmin halı da hazırki cinayət işinin istər məhkəmənin ilk baxış iclasında, istərsə də hazırkı məhkəmə istintaqının bütün proseslərində bildirmişdir. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs həmin ifadəsinin həqiqiliyini yoxlamaq məqsədilə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ifadəsində göstərdiyi hallar cinayət işi üzrə tərtib edilmiş prosessual sənədlər arasında ciddi uyğunsuzluğunun mövcudluğu ilə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən təzyiq göstərilərkən, özünə sui-qəsd edilməsini, boğazının kəsdiyini və bununla əlaqədar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığına dair məqamı araşdırmaq məqsədilə Təqsirləndirilən şəxs MSY-nə daxil olarkən üzərində hansı xəsarətin olub-olmamasına dair Suraxanı Rayon Polis İdarəsinin MSY-ə sorğu göndərərək, alınmış cavabı ilə müəyyən etmişdir ki, Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerin xx.xx.2022-ci il tarixdə saat 21:30-da radələrində daxil olmuş Tibbi müayinə zamanı boğazında kəsik izləri aşkar edilmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 15-C-23 saylı material üzrə izahatı alınmış X3 bildirmişdir ki, ünvan 4 ünvanında 2 oğlu ilə birlikdə yaşamışdır. Əri İsmayıl vəfat etmiş, daha sonra yenidən evlənib boşanmış, sonuncu evlilikdən isə Rəvan anadan olmuşdur. Böyük oğlu Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olmuş, müalicəyə ehtiyacı vardır. 13 dekabr 2022-ci il tarixdə saat 17 radələrində kiçik oğlu Rəvanla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman tanımadığı nömrədən zəng gəlmiş, zəng vuran şəxs oğlu Adilin tutulduğunu. Suraxanı RPİ-nin 32-ci PB-də olduğunu demişdir. O, oğlu Rəvanla birlikdə 32-ci PB-nə gedərək növbətçi hissəyə yaxınlaşmış, növbətçi hissədə olan polis əməkdaşı digər polis əməkdaşını çağırmış, mülki geyimdə olan polis əməkdaşı gələrək ona oğlunun üzərində narkotik vasitə ilə saxlanıldığını demişdir. Bu zaman ondan bir qədər aralı dayanmış oğlu Rəvan anidən ağlayaraq Adilin boynunun qan içində olduğunu demişdir. Növbətçi hissədə olan polis əməkdaşı ona oğlunun polis bölməsində boynunu kəsdiyini, lakin narahat olmamasını, həkim çağırdıqlarını, oğlunun boynuna tikiş atıldığını bildirmişdir. O, oğlunu görmək üçün polis bölməsinin içərisinə tərəf getmək istədikdə iri cüssəli, mülki geyimdə olan polis əməkdaşı ona tərəf gələrək qolundan tutub onu bayıra tərəf itələmişdir. Polis əməkdaşı onun qolundan tutan zaman onun qaraciyərimdəki problem səbəbindən qolunda olan şişin üzərini sıxmış, bu ona çox ağrı vermişdir. Polis əməkdaşı ona qarşı kobud və təhqiramiz sözlər işlətmiş, kiçik oğlu Rəvanı da itələmişdir. O, DİN- nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, daha sonra 32-ci PB-nin rəisi onu dəvət edərək bölmədə səs-küy saldığını demiş, oğlunun vəziyyətinin yaxşı olduğunu bildirmiş, onun qolunu gördükdə həkimə göndərməyi təklif elmişdir. O, kömək təklifini qəbul etməmişdir. O. həmçinin oğlunun saxlanılarkən cibində olan 103 manat məbləğində pulun oğlunu 32-ci PB-nə təhvil verən polis əməkdaşları tərəfindən götürüldüyünü, qolunu sıxan polis əməkdaşını üzdən tanısa da adını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və müdafiəçinin sorğusuna əsasən X17 X15 alınmış cavaba əsasən müəyyən edilmişdir ki, A.İ.Təqsirləndirilən şəxs cərrahi profilli qəbul şöbəsinə xx.xx.2022-ci il tarixdə saat 14:20-də “boyun nahiyyəsinin kəsilmiş yarası” diaqnozu ilə daxil olmuş, orada ambulator müalicə almışdır. Lakin cinayət işin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair protokolun tərtib edilməsi 13 dekabr 2022-ci il tarixdə saat 13:40-da başlanmışdır. Şəxsi axtarış və götürmə haqqında qərarın tərtib edilməsi 13 dekabr 2022-ci il tarixdən saat 13:50-də başlanmış, saat 14:00-da qurtarmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına protokola əsasən isə həmin istintaq hərəkəti ümumiyyətlə 13 dekabr 2022-ci il tarixdə, saat 14:10-da başlanmış və saat 14:20-də qurtarmışdır. Belə olan halda həmin istintaq hərəkətlərinin aparılmasında, xüsusilə də şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı vaxt, o cümlədən saat 14:10-da Təqsirləndirilən şəxs fiziki olaraq hər iki yerdə, o cümlədən ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-n 32ci Bölməsində və eyni zamanda Sabunçu rayonu, Ə.Məmmədəliyev 21 ünvanda yerləşən X6 bilməzdi və həmin hal şəxsi axtarış və götürməyə dair protokolu və onda əks olunan məlumatları ciddi şübhə altına alır və mötəbərsiz hesab edilməsinə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. CPM-in 124.2.4-cü maddəsinə əsasən istintaq və məhkəmə hərəkətlərnin protokolları həmçinin də sübut növü kimi qəbul olunur. CPM-in 134.1-ci maddəsinə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Azərbaycan Respublikasının CPM-nin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq- mühafizə orqanına gətirildikdə; 2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Qeyd olunmalıdır ki, sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əsasən müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Suraxanı RPl-nin 32-cu PŞ-nin təhqiqatçısı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, o cümlədən həqiqətə uyğun olmayan istintaq hərəkətinin aparılması vaxt, iştirakçılar və ümumiyyətə həqiqətə uğun olmayan hadisə təsvir edilmişdir. Bundan əlavə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə artıq şübhəli şəxsin tutulması haqqında protokolun düzgün tərtib edilməsinə dair tənqidi yanaşaraq, qeyd edir ki, protokolun tərtib edilmə vaxtı barədə məlumat təhrif edilməklə protokolda təsvir edilmişdir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM- nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxsi tutulması haqqında protokol həqiqətə uyğun olmayan məlumatlarla (tutulma vaxtının, təhrif edilməsi ilə) tərtib edildiyindən və həmin prosessual sənədin sübut kimi qəbul edilmədiyindən və sübütların siyahısından xaric edilməli olduğunudan bütün digər prosessual hərəkətləri əlaqədar tərtib edilmiş prosesual sənədlər da sübutların siyahısından xaric edilməlidir. Şübhəli şəxsin tutulması zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şübhəli şəxsin tutulması və dindirilməsi və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, şübhəli şəxsin tutulması və dindirilməsi barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Qeyd edilənlərdən başqa, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Məhkəmə şəxsi axtarış və götürməyə dair istintaq hərəkətinin protokollarını qeyri-mötəbər sübut hesab edərək, həmçinin qeyd olunan istintaq hərəkətində iştirak edən və həmçinin şəxsin saxlanılmasında iştirak edən şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini tənqidi və şübhəl altına almaqla yanaşır. Belə ki, hər iki şahid ifadələrində Təqsirləndirilən şəxs saxlanılma tarixi, günün hansı vaxtı ilə əlaqədar dəqiq məlumatı vermir, Şahid1 ümumiyyətlə saxlanılma vaxtını “günün ikinci yarısında, qaranlıq vaxtlarnda” olduğunu bildirir. Həmçinin hər iki şahid israrla məhkəməyə bildirirlər ki, Təqsirləndirilən şəxs özünə hər hansı xəsarət yetirməmiş və bununla əlaqədar xəstəxanaya aparılmamışdır. Yuxarıda göstərildiyi kimi həmin hal da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid2 13 dekabr 2022-ci il tarixdə şəxsi axtarı və götürmə istintaq hərəkəti aparıldığı zaman Suraxanı RPİ-in 32-ci Polis Bölməsində olmamışdır. Aparılmış tədqiqatlara əsasən Şahid2 istifadəsində olan mobil nömrəsinin anten dairəsinin nəticələrini 13 dekabr 2022-ci il tarixdə, saat 14:07 üçün Bakıxanov qəsəbəsi, Mehmandarov st, Doğum evi, sonra Bakıxanov qəsəbəsi, Fidan şadlıq sarayı, 14:14 Sabunçu qəsəbəsi, saat 14:14-də Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı (Asfalt zavodu), 14:21-də Bakı Fəhləsi zavodu, 14:21-də Balaxanı qəsəbəsi, 14:39-da Sabunçu rayonu, Zabra-Maştağa yolunda, Maşatağa Avtoservis göstərmişdir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən verilmiş ifadələrində qeyd olunan ziddiyyət və yanlış məlumatlar həmin ifadələrin sırf ittihamın sübutedici bazasının bir hissəsini təşkil edən sübutları kimi sübuti əhəmiyyətinin itirilməsinə və həmin sübutlar mötəbər, qanuni və mümkün olan sübutların sırasından çıxarılmasına səbəb olur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, ifadəsindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti, şəxsi axtarışın aparlma şəraiti və vaxtı ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahidlərin ifadəsi həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Yuxarıda qeyd olunan hallara əsasən şahidlər tərəfindən verilmiş ifadələrinin, həmin təhqiqatçı və digəri tərəfindən tərtib edilmiş prosessual sənədlərin və onların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi,dindirilməsi və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1, Şahid2 oğlunun ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Polis Bölməsində olanda müəyyən ittihamın boynuna alması ilə əlaqədar təzyiqə məruz qalarkən özünə suiqəsd etmiş və boğazını kəsərək, xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs saxlanılmasından sonra polis əməkdaşları tərəfindən təzyiq edilmiş, hədə-qorxu gəlmiş, sözlərinə görə işgəncə verilmiş, buna dözməyib bütün təqdim olunmuş izahatlara imza atmış, ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hətta üzərində olan boğazın kəsikləri ilə əlaqədar hər hansı məhkəmə-tibbi ekspertizası keçirilməmiş, ümumiyyətlə həmin hal gizlənmiş və cinayət işinin materiallarında öz əksini tapmamışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətinin dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurban xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırki işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keirilmiş tibi müayinə məzkəm-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X2rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyriinsani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X16rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X4rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X9rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquqmühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El- Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb) Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə istintaqı zamanı Polis Bölməsində təqsirləndirilən şəxs saxlanılarkən cinayətprosessual qanunvericliyinə uyğun olaraq rəsmiləşdirilməmiş, bununla da onun hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş prosessual sübutlar - etirafedici ifadələri, həmin etirafedici ifadələrinə dair prosessual protokollar təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma zamanı və ondan qabaq təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, A.İ,Yusupova şübhəli şəxs qismində saxlanılmasından əvvəl polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib dindirilmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədəqorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatlarından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçılara, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs “etirafedici ifadələri” ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. İlk izahatlardan görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən, onun prosessual vəziyyəti müəyyən edilmədən, müdafiəçi ilə təmin olunmadan, özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış bir ifadə alınır və həmin hal yenə təkrarlanmışdır. Şahid qismində alınmış izahatdan sonra Təqsirləndirilən şəxs prosessual vəziyyəti müəyyən olunmamış, müdafiəçi ilə təyin edilməmiş, həmin izahatların sonunda ikisində tarix qeyd edilmiş, ikisində ümumiyyətlə qeyd olunmamış və bununla da məhkəmə həmin izahatların nə vaxt, hansı tarixlərdə və hansı prosessual vəziyyətdə (prosessual hüquqları (müdafiəçi ilə təmin olunmaq və digər, təmin edilmiş şəkildə və yaxud yox) alınması müəyyən etmək qeyri-mümkün hesab olunur. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış, Təqsirləndirilən şəxs həmin protokolu imza etməkdən imtina etmişdir. Sonradan material istntaq aidiyyəti üzə göndərildikdən sonra Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dindirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Təqsirləndirilən şəxs bu protokola imza etməkdə imtina etmişdir. Artıq təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdimata münasibət bildirməklə, əslində polis əməkdaşları onu döyərək faktları boynuna almasına məcbur etmiş, ilk ifadələrin ona fiziki işgəncə, o cümlədən döyülmə nəticəsində xəsarətlər yetirməklə, fiziki təzyiq altına verilməsi və fiziki təzyiq altında imzalanması göstərmişdir. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polis bölməsində verdiyi ilkin izahat və ifadələrində cinayət əməlinin tərəfindən törədilməsini etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır və məhkəmə istintaq zamanı verdiyi ifadəni real və inandırıcı hesab edir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə, Suraxanı rayon 32-cu PŞ-nin təhqiqatçısı A.Meydanov tərəfindən şübhəli şəxs qismində tutulsa da, onun şübhəli şəxs qismində ilkin dindirilməsi yalnız 14 dekabr 2022-ci il tarixdə, saat 16:15-də Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahov tərəfindən cinayət işi onun icraatına qəbul edildikdən sonra həyata keçirilmişdir. Lakin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra təhqiqatçı tərəfindən dindirilməsinə dair protokol isə ümumiyyətlə tərtib edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının CPM-nin 232.1-ci maddəsinin tələbi kobud şəkildə pozularaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra dindirilməmiş, cinayət işi təhqiqatçı A.Meydanovun icraatında olduğu müddət ərzində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi ümumiyyətlə alınmamış, sonuncu tutulduqdan demək olar ki iki gün sonra müstəntiq tərəfindən dindirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs tutulmasının vaxtının saxtalaşdırılması, tutulduqdan dərhal sonra şübhəli şəxs qismində dindirilməməsi, sonuncunun şübhəli şəxs qismində Azərbaycan Respublikasının CPM və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş prosessual hüquqlarının kobud pozuntusu hesab edilməlidir. Məhkəmə, növbəti olaraq, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 6/7022 saylı rəyinə və ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X19in edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli 1527 saylı rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq metamfetamin olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5ci maddəsində Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 6-cı maddəsinə əsasən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. 7-cı maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Qeyd edilənlər əsasında məhkəmə, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 6/7022 saylı rəyinə rəyinə və ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X19i məhkəmə-narkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli 1527 saylı rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir Məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı", “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçünmötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən,cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də, iş üzrə tərtib edilmiş ittiham aktından (i/v:194-202) və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı А.İ.Yusupova Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinəəsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin yalnız ön sağ cibi yoxlanılmış, bundan sonra heç bir əsas olmadan digər ön sol, şalvarın cibləri faktiki olaraq ümumiyyətlə yoxlanılmamış, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılması şəraiti ilə bağlı məhkəmə istintaqı zamanı toplanmış materialları ilə ziddiyyətli ifadələr vermiş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra deyil, demək olar ki növbəti gün şübhəli şəxs qismində dindirilmiş, bununla da məhkəmədə əsaslı şübhələr yaranmışdır. Bununla da, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də, ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi - ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan RespublikasınınCM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə-nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan 0,730 qram metamfetamin Təqsirləndirilən şəxs aidiyyəti və sonuncunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmüçıxarmahdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməli, ibtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında getməmək” haqqında qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 241/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və təqsiri sübuta yetirilmədinə görə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında getməmək” haqqında qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İbtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,680 qram olan psixotrop maddəmetamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar