Məhkəmə qərarları › İş №1(010)-410/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-410/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-410/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1970-ci ildə Qazax şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri. Nərimanov rayonu. Gülarə Qədirbəyova küçəsi, ev 63 a, mənzil 113-də qeydiyyatında olub. Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 17 radələrində «BCED» dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «Karsan Atak» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri. Sabunçu rayonu. Bakıxanov qəsəbəsi istiqamətindən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməyi başa çatdırmalarına imkan verməli, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymaması üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, piyada keçidi ilə yolun sağından yolun sol hissəsinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi «Karsan Atak» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun sağ yan hissəsi ilə vuraraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ alın sümüyünün sağ orbitanın yuxarı divarından xəlbir sümüyünə uzanan yerdəyişməmiş sınığı, sağ orbitanın medial divarının yerdəyişmiş sınığı, solda X qabırğanın yerdəyişməmiş sınığı, sağda L3-5 fəqərələrin sınığı, oma sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sağ oturaq sümüyünün sirkə kasasına keçən aşağı və yuxarı şaxəsinin yerdəyişmiş sınıqları, sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ almacıqqaş nahiyəsinin sıyrığı, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin yerini dəyişmiş sınıqları, burun kökünün şişkinliyi və qançırı, sağ budun qançırı və sağ alın-təpə nahiyəsinin dərialtı hematomasından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «BCED» dərəcəli sürücülük vəsiqəsi vardır. "xxxx" MMC-yə məxsus «Karsan Atak» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı 81 saylı sərnişin avtobusunu idarə edir. İdarə etdiyi sərnişin avtobusunun marşurt xətti Qaraçuxur qəsəbəsindən Yeni Günəşli qəsəbəsi istiqamətində və eyni marşurt xətti üzrə Qaraçuxur qəsəbəsi istiqamətindədir. Marşurt avtobusunu saat 05:00 dəqiqədən saat 23:00 qədər idarə edir. 11 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi «Karsan Atak» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı 81 saylı sərnişin avtobusu ilə Suraxanı rayonu. Qaraçuxur qəsəbəsindən Yeni Günəşli qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olan vaxtı yolun sağ hissəsindən yolun sol hərəkət hissəsinə keçmək istəyən təxminən 60-65 yaşlı qadın ani olaraq idarə etdiyi avtobusun qabaq sağ hissəsinə toxunmuşdur. Dərhal avtobusu saxlamış və piyada almış olduğu zərbədən asfatlın üzərinə yıxılmışdır. Avtobusu saxlayaraq aşağı düşmüş və təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək xəstəni həmin avtomobillə xəstəxanaya aparmışlar. Xəstənin vəziyyətini öyrənmək üçün 3 saylı şəhər kliniki xəstəxanasına getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 11 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Suraxanı rayonu. Qaraçuxur qəsəbəsində yaşadığı evin yaxınlığında olan marketə getmək üçün yolun bir tərəfindən digər tərəfinə keçməli imiş. Həmin yerdə piyada keçidi olduğundan adi yerişlə yolu keçməyə başlamışdır. Təxminən 2 metr keçmişdir ki. soldan gələn marşurut avtobusu onu sol tərəfimdən vurub səkiyə atmışdır. Zərbənin təsirindən hüşünü itirmiş, bundan sonra nə baş verdiyini xatırlamır. Sonradan məlumu olmuşdur ki. onu təcili yardım maşını Sabunçu 3 saylı şəhər xəstəxanasına aparmışdır. Sabunçu xəstəxanasında tibbi yardım göstərildikdən sonra aldığı xəsarətləri daha dəqiq yoxlanılması üçün «Səhhət» klinikasına müraciət etmişdir. Məlum olmuşdur ki, alın sümüyümdə qabırğalarında və oturaq sümüyündə sınıqlar vardır. Həmçinin ona məlüm olmuşdur ki. onu vuran **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusdur, sürücü isə Təqsirləndirilən şəxsdur. Həmin sürücü ona heç bir yardım göstərməmişdir, Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Çovdar oğlu ilə barışdığını, ona qarşı şikayətinin, tələbinin və iddiasının olmayacağını bildirmişdir. Cinayət işinin 9-cu vərəqində olan 11 dekabr 2022-ci il tarixli, 2/31996 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən Təqsirləndirilən şəxs hadisədən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş, hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işinin 16-18-ci vərəqlərində olan məhkəmə tibb ekspertiasının xx.xx.2022ci il tarixli 1404 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sağ alın sümüyünün sağ orbitanın yuxarı divarından xəlbir sümüyünə uzanan yerdəyişməmiş sınığı, sağ orbitanın medial divarının yerdəyişmiş sınığı, solda X qabırğanın yerdəyişməmiş sınığı, sağda L.3-5 fəqərələrin sınığı, oma sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sağ oturaq sümüyünün sirkə kasasına keçən aşağı və yuxarı şaxəsinin yerdəyişmiş sınıqları, sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ almacıq-qaş nahiyəsinin sıyrığı, alın-təpə nahiyəsinin əzilmiş- cırılmış yarası, burun sümüklərinin yerini dəyişmiş sınıqları, burun kökünün şişkinliyi və qançırı, sağ budun qançırı və sağ alın-təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşya təsirindən törənmişlər. 1 1.12.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin 37-40-cı vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 11 yanvar 2023- cü il tarixli 8/02 №-li rəyi ilə müəyyən edilmişdir ki. «Karsan Atak» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən əgər epiyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Cinayət işinin 30-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 63-64-cü vərəqələrində olan təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında 18 mart 2023-cü il tarixli qərara əsasən, Mahmudov X3 Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirlən şəxs kimi cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham edlan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-77-ci vərəqində olan 18 mart 2023-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 16 oktyabr 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, Təqsirləndirilən şəxs Çovdar oğlu ilə barışdığını və ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar