Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-412/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 22 – 24 yanvar 2025-ci il tarixləri üzrə üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 0,990 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, daşımaqla saxlamış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yanvar 2025-ci il tarixdə saat 21:45 radələrində ünvan 2 ünvanın yaxınlığında narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılarkən halı pisləşdiyindən 21 saylı TTYS-na gətirilib tibbi yardım göstərildikdən sonra orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan təmiz çəkisi 0,990 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü hava qaralmamışdır. Durmuşdur həyətdə dostunun qarajında. Birdən qapı açılaraq polis əməkdaşları içəri girmişlər. İçəri girən kimi sorğu-sualsız sinəsinə təpiklə vurmuşar, nəfəsini çıxartmışlar. Qarajda Əhməd adlı şəxs olmuş, Əhmədidə döymüşlər. Sonra iki nəfər gelmiş, həmin şəxsləri də döymüşlər. Hamını orda döymüşlər. Üstlərinə baxış keçirmişlər, amma heçnə çıxmamışdır. O, İİ-cu qrup əlildir, epilepsiya xəstəsidir. Əgər narkotikdən bir dəfə belə istifadə etsə dərhal yerində keçinər. Hərbidə oxumuş və epilepsiya xəstəsi olduğuna görə onu hərbidən çıxarmışlar. Xestəliyinə görə qeydiyyatdadır və buna görə hər 3 aydan bir həkimdən keçir. Atası Qarabağ əlilidir, anası 4-cü dərəcəli ağır onkoliji xəstədir. Sonra onları aparmışlar bölməyə və orada 2 saat döymüşlər. Onu uzadıb yerdə ayağını kürəyinə qoyub obiri dostunu döymüşlər, sonra onu qaldırmışlar. Soruşmuşdur ki, onları niyə döyürlər, demişlər ki, onlar narkomandır. O, da bildirmişdir ki, əgər eledirsə analiz versin. Onlarda cavabında demişlər ki: “nə analiz gəl bura”. Onları 17-ci binanın qarşısında saxlamamışlar, həmin gün o, ümümiyyətlə orada olmamışdır. Onları aparmışlar bölməyə. Orada dişlərini çəkiclə qırmışlar. Bölmədə onu əsmə tutmuşdur. Polis əməkdaşlarına bildirmişdir ki, başına vurmasınlar əsməsi var, atasına desinlər dərmanını gətirsin, amma polis əməkdaşları yenə də acığa onu vurmağa davam etmişlər. Həmin dərmanı həmişə üstündə gəzdirmişdir ki, birdən epilepsiyası tutanda istifadə etsin. Onu orada aldatmışlar. Əvvəl demişlər ki, 2 gün sonra buraxacaqlar, amma sonra demişlər ki, hələ məhkəməsi olacaq. Onu poliklinikanın içində boynundan tutub sürüyə-sürüyə aparmışlar. Onu saxladıqları yerdə kamera olmuş, lakin onu ancaq polis vasitəsi ilə almaq olar, ona görə də o, görüntüləri təqdim edə bilmir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 17-ci bina ilə onun tutulduğu yer arasında 150 metr məsafə olardı. 10 nəfərdən çox polis əməkdaşı gəlmişdir. O, əvvəl tək olmuş, sonra 3 nəfər dostu gelmişdir. Bölmədə onu döyə-döyə bildirmişlər ki, aparsınlar 17-ci binanın qarşısına, narkotiki cibinə qoysunlar, sonra cibindən çıxartsın, videoçəkiliş edəcəklər, polislər yaxınlaşacaq və ondan sonra day onu döyməyəcəklər. O, da demişdir ki, yox, onun etmədiyi şeyi onun üstünə niyə qoysunlar. Sonra başlamışlar onu yenə döyməyə və bundan sonra əsməsi tutmuş, aparmışlar onu poliklinikaya. Onu saxlayanda 4 nəfər olmuşlar. Onların üzərindən videoçəkilişlə narkotik çıxmış, eyni ona dedikləri qaydada, amma ona orada videoçəkiliş etməmişlər. Onların arasından yalnız 1 nəfərin narkotik istifadə etdiyini bilmiş, o da çoxdandı etmirdi. Onlar 3 nəfər ümumiyyətlə heç narkotik vasitəsi istifadə etmirlər. Onun bildiyinə görə onlar istifadə etmirdi. Polislər yeqin ki başqa adama görə gəlmişlər, amma onların hamısını aparmışlar. Onu döyən polislərdən 2 nəfərin adını bilir. Ülvi və Azər. Onları üzdən tanıyır. 1 nəfərdən başqa hamısı mülki geyimdə idi. Ümumiyyətlə narkotik vasitəsi istifadə etməmişdir. 5-6 il bundan əvvəl nəşədən cəkmiş, oda ki 2-3 tüstü almış, dadına baxmaq üçün. Hal-hazırda da istifadə etmir. Döyülməyi ilə bağlı heç yerə müraciət etməmişdir. Ona bu barədə heçne deyən olmamışdır. Onları saxladıqları saatla ittiham aktında olan saat ferqlidir. Onları qarajda saat 7-ə işləmiş saxlamışlar. Videoçəkilişi təcili tibbi yardımda eləmişlər. Nəyə görə polislərin onu saxladıqlarını bilmir. Həmin polislər şahid kimi gəlsə onları üzdən tanıyacaqdır və eyni ifadəni verəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “22 yanvar 2025-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin almış və sonra istifadə etmək üçün şalvarımın cibinə qoymuşdur. Həmin gün saat 21:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi 17 saylı binanın yaxınlığında olarkən üç nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlandığını və üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. O, qorxudan qıcolma, yəni «sudurqa» tutmuşdur. Belə olduqda polis əməkdaşları onu 21 saylı TTYS-na aparmışlar. Orada ona tibbi yardım göstərildikdən sonra təcili yardımın həkim otağında videoçəkilişlə üzərinə baxış keçirmişlər. Əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməyi təklif olunmuş, o da başqa çıxış yolu olmadığından əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən özü istifadə etmək üçün saxladığı bir ədəd sellofan bükümündə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Əynində olan şalvarın sol yan cibindən isə «Samsung» markalı mobil telefonunu çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat müqabilində əldə etmişdir. Sonra üstü yoxlanılmış və qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm onun tərəfindən həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar edilmiş «Samsunq» markalı mobil telefon bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm onun həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra Suraxanı RPİ-nin 33-cü PB-nə getmişlər. Polis əməkdaşları onu saxlayan zaman videoçəkilişdən istifadə etmişlər və ona qarşı heç bir təzyiq göstərməmişlər”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Yanvar ayında əməliyyatçıların tədbirində iştirak etmiş və təqsirləndirilən şəxs narkotikə görə tutulmuşdur. Samirin xəstəliyi var idi titrəməsi. Samiri təcili tibbi yardıma aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid1 məxsus olmuşdur. Əməliyyat məlumatı narkotik istifadəsi ilə bağlı idi. Təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmış, o, Fərid və Ülvü.Yaxınlaşaraq özlərini təqdim etmişlər və Samirin titrəməsi tutmuş, başlamışdır əsməyə, təcili tibbi yardıma aparmışlar, orada müayinədən keçmiş, bildirmişlər ki, qorxulu bir şey yoxdur, sakitləşdirici iynə vurmuşar. Bölmədə üzərinə baxış keçirmişlər, üzərindən bir sellofana bükülmüş metamfetamin çıxmışdır. İşin üstündən çox vaxt keçdiyinə görə üzərinə baxışı xəstaxanada və ya bölmədə keçirdiklərini xatırlamır. Könüllü formada özü təqdim etmiş və bildirmişdir ki, istifadəçidir. Tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bölmədə təhqiqatçının otağında üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq, döymə olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, ona qarşı 10 nəfər şəxs yaxınlaşmaqları düzgün deyil. Ülvü müəlimin tədbiri idi, onlarda Ülvü ilə getmişlər. Təqsirləndirilən şəxsə yaxınlaşan kimi huşunu itirmişdir. Təqsirləndirilən şəxs döyülməmiş, söyülməmiş, özu narkotik qəbul edəndir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi barəsində aparılan araşdırma ilə bağlı tanıyır. Tərəfindən şübhəli şəxs kimi saxlanılmışdır. Təqsirləndirilən şəxsin səhhətində problem var idi, epilepsiya xəstəliyi. Saxlanılan anda özündən getmiş, ondan bağlı tərəfindən Yeni Günəşli qəsəbəsində yerləşən 21 saylı poliklinikaya aparılmışdır. Təqsirləndirilən şəxsə orada tibbi yardım göstərilmiş, biraz özünə gəlmiş, əsirdi. Sonra orada üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə çıxmışdır. Tam olaraq yadında deyil. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşda tək olmuşdur. Təqsirləndirilən şəxsin epilepsiya xəstəsi olduğunu bilmirdi. Təqsirləndirilən şəxsin 2 dəfə halı pisləşmişdir. Əməliyyatçı Ülvü müəllim Qarabağ zonasına ezam olunmuşdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir: “Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsi daşıyır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi ev 19 mənzil 63-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 22 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra rəhbərliyi altında Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Şahid2 və Suraxanı RPİ-nin 33-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid3 tərəfindən əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 33-cü Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək saat 21:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 20 saylı binanın yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15 dəqiqə sonra, saat 21:45-də 17 saylı binanın yaxınlığında ona yaxınlaşaraq özlərini təqdim edərək qanunusuz olaraq narkotik vasitələrin qəbulu və saxlamasında şübhəli olduğunu bildirib birlikdə Polis Bölməsinə getməsini təklif etmişlər. Həmin anda Təqsirləndirilən şəxs halı pisləşərək başı və bədəni titrəməyə başlamışdır. Onun bu vəziyyətini görüb yaxınlıqda olan 21 saylı TTYS-na aparmışlar. Müşahidə altında ona tibbi yardım göstərilmişdir. Bundan sonra ona həkimin otağında hüqüq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşaraq könüllü surətdə təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü və sağ cibindən 1 ədəd «Samsunq» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmişdir. Ondan həmin bükümdəki maddənin nə olduğu, haradan, kimdən əldə etdiyini soruşduqda həmin maddənin metamfetamin olduğunu, həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, başqa hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Suraxanı RPİ-nin 33-cü PBnə heç bir əməliyyat məlumatı daxil olmamışdır”. Məhkəmədə ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Suraxanı rayonu 21 saylı TTYS-da qeydə alınmışdır. Suraxanı RPİ-nin 33-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Ülvi Quliyev, onun qarşısında 33-cü polis bölməsinin sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. X11 tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə inspektoru, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparıldığı elan edilir, bundan sonra Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf selofan bükümü və şalvarının sol cibindən 1 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra onun üzərinə polis mayoru Şahid2 tərəfindən şəxsi axtarış keçirilir başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində kristalşəkilli ağ rəngli maddə olduğu müşahidə olunur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan kimdən əldə etdiyi barədə sual verilir, o həmin maddənin metamfetamin olduğunu həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılıb götürülür. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə baş əməliyyat müvəkkili Ülvi Quliyev tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həmdə protokol imzalandığı müşahidə olunur. İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-6/336/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar üçün №171” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs /imza/; 1) sahə rəisi A.Nəzirov /imza/; 2) sahə inspektoru Şahid3 /imza/; Tərtib etdi: baş ə/m /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,990 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,990 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,940 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2025-ci il tarixli 594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,990 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,940 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:45-də şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin atası X4 Azərbaycan Respublikası “X7” İctimai Birliyi tərəfindən İİİ qrup müharibə əlili kimi 01 avqust 2020-ci ildə 01599 nömrəli vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 20 iyul 2020-cu il tarixli **********5 nömrəli arayışdan görünür ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 və Mühasibatlıq İdarəsindən İİİ qrup müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq 210 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərsutikinti” X2 tərəfindən verilmiş 1346 saylı stasioanr xəstəlik tarixindən çıxarışdan, X3 tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəsidir. İş materiallarında olan Milli Onkologiya Mərkəzi Kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsi tərəfindən verilmiş müayinə aktından görünür ki, təqsirləndirilən şəxsin anası 1960-cı il təvəllüdlü X1 onkoloji xəstəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, epilepsiya xəstə olmasını, atasının İİİ qrup müharibə əlili (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) olmasını, anasının onkoloji xəstə olmasını, ailəni dolandıran yeganə şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 22 – 24 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.940 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 – 24 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.940 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-412/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-412/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver