Məhkəmə qərarları › İş №1(010)-414/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-414/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-414/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 may 2023-cü il tarixdə, saat 11:45-də, Bakı şəhərində xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-235/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 12 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında yeznəsi Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ondan ayrılmış keçmiş həyat yoldaşı ilə əlaqəsinin olmasından şübhələnməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs kürək nahiyyəsindən bir dəfə vuraraq qəsdən ona sol kurək nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası müşayiət olunan sağlmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 1999-cu ildə X3 ilə ailə həyatı quraraq yaşamışlar. Təqribən 1 il əvvəl Rəna ilə arasında mübahisə yarandığından Rəna çıxıb gedib bacısıgil ilə yaşamağa başlamış və o, nə qədər onu evə çağırsa da Rəna evə gəlməkdən imtina etmişdir. Bir müddət əvvəl Rənanın onun bacısı Sevdanın əri Elşad ilə münasibətlərinin olması barədə məlumatı olmuşdur. Bu səbəblə o, xx.xx.2023-cü il tarixdə saat 18.30 radələrində Elşadgilin yaşadığı Əmircan qəsəbəsi, Məscid ilə üzbəüz yerləşən ünvana getmişdir ki, Elşadın özündən məsələ ilə əlaqədar maraqlansın. Elşad ibadət əhli olduğundan məsciddən çıxdığını görmüşdür. Bu zaman Elşadı çağıraraq məsələ ilə bağlı izah istəmişdir. Bu zaman arvadı Rənanın özünün onunla birlikdə olmaq istədiyini demişdir. Bu zaman onun danışıqlarına dözə bilməyib üzərində gətirdiyi bıçaqla Elşadın kürək nahiyyəsindən zərbə ilə bir dəfə vurmuşdur. Bu zaman evdən çıxan bacısı Sevda və arvadı Rəna evdən çıxaraq qışqırmışlar. O, bunu gördükdə həmin yerdən uzaqlaşaraq çıxıb evinə gəlmişdir. O, yalnız həmin vaxt Elşadı cəzalandırmaq üçün üzərində bıçaqla onun üzərinə getmişdir. Həmin bıçağı hadisədən sonra yadında qalmadığı ünvanda tullamışdır. O, Elşadı etdiyi hərəkətə görə cəzalandırmaq istəmiş, onu öldürmək istəməmişdir. Hadisənin baş verdiyi ünvan bacısıgilin yaşadığı ünvana yaxın olduğundan ancaq bacısı Sevda və Rəna evdən çıxaraq onu təhqir etmişlər. O da üzünü döndərib çıxıb getmişdir. Hadisə yerində başqa kimsə olmamışdır. Onun əməlini davam etdirmək imkanı olsa da, bu cür halda arvadının sağ olduğu müddətcə onun Elşada hər hansı bir xəsarət yetirməyi düzgün olmadığından, o, əməlindən həmin an peşman olub hadisə yerindən uzaqlaşaraq getmişdir. Sonda o, məhkəmədən barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Emin onun qaynıdır. Emin problemli şəxs olduğu üçün sonuncu ilə danışmamışdır. Lakin bir müddətdir ki, Emin keçmiş həyat yoldaşı olan Rəna ilə münasibətdə onu günahlandırmışdır. Ancaq onun Rəna ilə qohumluq əlaqəsindən başqa hər hansı bir əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə o, evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşitmişdir. O, evdən çıxaraq həyətin darvazasını açmışdır. Bu zaman Emin ona daş atmış, o isə əyildiyindən daş ona dəyməmişdir. Bu zaman Emin onun üstünə hücum çəkmiş və onu vurmuşdur. Həmin an o, yerə yıxılmışdır. Səs küyə evdən yoldaşı Sevda çıxmışdır. Bu zaman Emin qaçıb getmişdir. O, ayağa qalxdıqda sol kürək nahiyyəsindən qan axdığını görmüşlər. Bu zaman başa düşmüşlər ki, Emin ona bıçaqla xəsarət yetirmişdir, sadəcə isti-isti hiss etmədiyindən bilməmişdir. Bu zaman təcili tibbi yardım çağıraraq TTY avtomobili ilə Sabunçu xəstəxanasına getmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 18.30 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında baş vermişdir. Bu hadisə zamanı hadisə yerində o və Emin olmuşlar. Onun evdən çıxdığını görən yoldaşı Sevda hər ehtimala qarşı onun arxasınca gəldiyindən o da, hadisənin sonuna yaxın orada olmuşdur. O, yıxıldıqda Emin əməlini dəvam etdirə bilsə də, Sevdanın da çıxdığını görüb həmin yerdən uzaqlaşıb getmişdir. Sonda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmadığını, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Emin Rəna ilə ailə həyatı qurmuş, lakin sonradan onlar yola getmədikləri üçün Rəna Emindən ayrılaraq onların yaşadığı onların yaşadığı evə gəlmiş və birlikdə qalmağa başlamışdır. Emin dəfələrlə Rəna ilə danışıb evə qayıtmasını desə də Rəna razılaşmamışdır. Həm də Emin düşünmüşdür ki, guya onun yoldaşı Rəna ilə Elşadın arasında münasibət vardır, yəni X5sqanmışdır. 06 yanvar 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman yoldaşı Elşad da evdə olmuşdur. Bu zaman qardaşı Emin onlara gəlib evin çöl qapısını döymüşdür. Yoldaşı Elşad çölə çıxmış və Emin qapının ağzında çöldə yoldaşı ilə sözə mübahisə etməyə başlamışdır. Onların sözlə mübahisə etdiyini görüb evdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman Emin yoldaşı Elşadı onun arvadı Rəna ilə cinsi əlaqədə olduğu üçün ailəsinin dağılmasında günahlandırmışdır. Onlara yaxınlaşmaq istəmiş, lakin onlara yaxınlaşanda Eminin Elşadı vurduğunu və Elşadın yerə yıxıldığını görmüşdür. O, qışqırmağa başlamış və bunu görüb Emin qaçaraq oradan uzaqlaşmışdır. Elşad ayağa qalxdıqda onun kürəyindən qan axdığım görmüşdür. Bu zaman hadisə zamanı Eminin Elşadı kürək nahiyyəsindən bıçaqla vurduğunu başa düşmüşdür. Hadisə 06 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadıqları evin çöl qapısının ağzında küçədə baş vermişdir. Həmin vaxt Eminin Elşadı bıçaqla vurmasının şahidi olmamış, lakin Emin Elşadla mübahisə etdiyi üçün və bundan sonra Eminin onu görüb qışqırdığını eşidərək qaçıb uzaqlaşdıqdan sonra Elşadın ayağa qalxdıqda kürəyindən qan axdığını gördüyü zaman Eminin yoldaşını kurək nahiyyəsindən bıçaqla vurmasını başa düşmüşdür. Hadisə zamanı Elşad və Emin orada olmuş, sonra isə o, hadisə yerində olmuşdurm. Üçündən başqa orada heç kim olmamış və bu hadisənin şahidi olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürək nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş 06 01.2023-cü il tarixdə və özünün dediyi şəraitdə bıçaqla törənə bilərdi, dərəcəsinə görə sağlmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizsiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar olunur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsinə qeyd etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərini tam olaraq təsdiq etmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını, hazırda məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə istintaq olunan ********* saylı xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-235/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 22 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-235/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 08 may 2023-cü il tarixdə tam çəkib qurtarmışdır. Törətdiyi cinayət əməlini etiraf etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, az ciddi cəza növünün və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq, habelə sosial ədalətin bərpası, Təqsirləndirilən şəxs islah edilməsi və onun tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmBundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən, saat 11:50-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar