Məhkəmə qərarları › İş №1(010)-415/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-415/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-415/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 199*-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 may 2*22-ci il tarixdə, saat *4:52 radələrindən *5:42 radələrinədək olan müddət ərzində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan 2 adlanan xidməti ərazidə Bahar qəsəbəsində yerləşən «X5 Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının xüsusi dəmir setkalar ilə əhatələnmiş ərazisində olan 1722 saylı quyunun arxasında yerləşən əməliyyat şirkətinin elektrik sexinin olduğu əraziyə dəmir setkanın kəsilmiş hissəsindən mühafizə olunan xidməti əraziyə qanunsuz olaraq daxil olub, ətrafda olan dəmir metal əşyaları və həmin ərazidə mişar daşları ilə hörülmüş saxlanca hesab edilən sexin giriş qapısını yerdən götürmüş olduğu dəmir parçası ilə sındırıb sexdə olan neft quyularına elektrik enerjisi ötürülməsi üçün nəzərdə tutulmuş dörd damarlı AVVQ-*,4 kv - 3*15* mm2 +1*7* mm2 markalı 9* metr təşkil edən 5*6 manat dəyərindəki əhəmiyyətli hesab edilən elektrik kabelinin xətlərini kəsməklə gizli olaraq talayıb, «X5 Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialına 5*6 manat dəyərində maddi ziyan vurmaqla neft kəmərlərinə, dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan tanışı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2*22-ci il tarixdə, saat *7 radələrindən *8 radələrinə kimi olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X21 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xüsusi vasitələrlə mühafıəzəsi olmayan əməliyyat şirkətinin ərazisinə qanunsuz olaraq daxil olub, ətrafda olan neft quyularının hasilatı üçün nəzərdə tutulmuş 1 ədəd 42* manat dəyərində 2**X16 ölçülü siyirtməni, 2 ədəd cəmi 16** manat dəyərində elektrik 22 kv mühərrik qapağı, 11 metr uzunluğunda cəmi 49,28 manat dəyərində 73 mm diametrli metal boruları gizli olaraq talayıb hadisə yerinə gəlmiş olduqları “Toyota Prius” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə yükləməklə ələ keçirərək, qeyd edilən avtomobillə həmin ünvandan uzaqlaşan zaman “X21 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə Obyektlərin Qorunması və Nəzarət Buraxılış Xidməti üzrə texniki istehsalat departamenti Texnoloji nəqliyyat sexinin 3 saylı avtodəstəsinin sürücüsü növbədə olan Şahid2 tərəfindən saxlanaraq, avtomobildə olan əşyalara baxmaqla bağlı tələbindən sonra həmin əşyaların şirkətə aid olması müəyyən olunmasına görə həmin ünvanda gözləmə ilə bağlı tələbə əhəmiyyət verməyərək, qabaqcadan əlbir olduğu qrup üzvlərinin yük dolu qeyd edilən avtomobillə həmin ünvandan uzaqlaşaraq, ərazisini tərk etməsi nəticəsində “X19 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə cəmi 2*69,28 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində müxtəlif ünvanlardan metal yığımı ilə məşğul olmuş və metal qəbul məntəqələrinə həmin matalların satışı ilə məşğul olmuşdur. Burada o metal qəbulu məntəqləri daha çox olduğundan, Dərnəgüldə metal qəbul məntəqələrinə metal vermiş və o, əsasən, hərbi komisarlığın yaxınlığında Dədə Qorqud qəsəbəsinə çatmamış yolun solunda olan “Əsəd” adlı şəxsin metal qəbulu məntəqəsinə həmin metalları vermişdir. Əsədə həmin metalları ondan qəbul edən zaman, sonuncu onun şəxsiyyət vəsiqəsinin surətini almış və hər dəfə o, sonuncuya metal verən zaman artıq həmin malın onun tərəfindən verilməsini bildiyinə görə yeni proseduru etməmişdir. Həmin metalın daşınması üçün o, icarə yolu ilə Ruslan adlı şəxsdə “VAZ 21*11” markalı **-BH- *** nömrəli avtomobili gündəlik 1* manat icarə yolu ilə qəbul etmişdir. Həmin avtomobilə dair Ruslan adlı şəxs tərəfindən ona 1 aylıq və ya 3 aylıq etibarnamə vermişdir. Belə ki, 2**8-ci il tarixdə o «BC» kateqoriyalı sürücülük vəsiqəsi almış və avtomobili adına olan vəsiqə əsasında idarə etmişdir. Həmin avtomobil texniki şəhadətnamə ilə Dəryanur adlı şəxsin adına olmuşdur. 25 iyun 2*22-ci il tarixdə səhər saatlarında o, Günay və Tərlan adlı tanışları ilə birlikdə məhəllədə olan zaman onların yaşadığı evə bitişik olan neft ərazisi hesab olunan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X21 Kompani S.A” şirkətindən oğruluq etmək qərarına gəlmişlər. O, məhəllə yoldaşı olan Günay adlı qıza və sonuncu ilə qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşayan, “Toyota Prius” markalı dövlət nömrə nişanını xatırlamadığı “Bolt” taksi xidmətinə qoşulmuş Tərlan adlı məhəllə yoldaşına həmin şirkətin ərzisinə daxil olmaqla oğurluq etməyi təklif etmiş və həmin şəxslər onunla birlikdə oğurluq etməyi razılaşmışlar və bundan sonra o, üzərində kəsici rezaq götürmüş və onlar birlikdə səhər saat *7 radələrində məhəllədən şirkətin ərazisinə getmiş, orda olan dəmir boru və ya hər hansı dəmir əşya olan zaman kəsmək üçün üzərində olan rezaqdan istifadə etmişdir. Şirkət ərazisində borular və digər dəmirləri götürmüş və həmin rezaq ilə boru metalları kəsmiş və daha sonra dəmir avadanlıqları və boruları həmin şəxslərin köməkliyi ilə avtomobilə yığmış və birlikdə həmin ərazini saat *8 radələrində tərk etmişlər. Bu zaman o, avtomobildə öndə, Tərlan sükan arxasında, Günay isə salonda arxada oturmuş və onlar həmin əşyaları aparıb satdıqdan sonra aralarında olan pulu yarı bölməli idilər, yəni pulun yarısı ona, yarsı isə onlara çatmalı idi. Onlar məhəllələrinə çatıb, daha sonra yola doğru avtomobillə hərəkət edən zaman “X21 Kompani S.A.” şirkətinin “Niva” markalı avtomobili idarə edən gözətçisi onları avtomobilin yüklü olmasına görə şübhə edib saxlatmış və bu zaman o, avtomobildən düşmüş və gözətçi onu tanımışdır. Bundan sonra həmin mühafizəçi - sonradan adını tam olaraq bilmiş olduğu Şahid2 avtomobilin yük hissəsini açmağı tələb etmiş və bu zaman Tərlan sükan arxasından düşmüş və avtomobilin yük hissəsini açmış, Coşqun həmin əşyaların şirkətin ərazisindən oğurlanmasını və şirkətə aid olmasını bildirmiş, o, bunu inkar etmiş, əşyaların onlara aid olmasını və Qaradağdan gətirdiyini bildirmişdir. Gözətçi ona bildirmişdir ki, gözləyək, şirkətin əməkdaşları gəlib aydınlaşdırsınlar, daha sonra isə öz avtomobilinə doğur getmiş, telefonla zəng etdiyi zaman o, yanında olan şəxslərə bildirmişdir ki, mühafizəçi digər mühafizəçilərə zəng edib çağırır, ona görə də Tərlan və Günay avtomobillə həmin ünvandan uzaqlaşmış, o, isə həmin ünvanda qalmış və bu zaman o, da həmin ünvana tərk etmək istəmişdir ki, digər mühafizə əməkdaşları gəlmiş və onu özlərinə aid olan məntəqəyə aparmışlar və dostarına zəng edib, həmin əşyaları gətirmələrini deməsini tələb etmişlər. O, hiss etmişdir ki Tərlan və Günay tutulmaqdan qorxurlar ona görə həmin əşyaları bir yerə atmalarını və həmin yerdən telefon vasitəsilə məkan atmalarını bildirmiş və onlar Əfsun şadlıq evinin yanına məkan atmışlar. Şirkətin əməkdaşları artıq polisə məlumat verdiyindən, polislə birlikdə həmin əşyaları oradan götürmüşlər. Oğurluq edən zaman hər hansı şəxs onları görməmiş, sadəcə olaraq onlar həmin oğurluq yerindən məhəllələrinə gəlmiş və orda da həmin əşyaları satmaq üçün aparan zaman, onları görüb saxlamışlar. Lakin o, ittihamın “X12” şirkətindən oğurluq etməsi ilə bağlı hissəsində özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, X5 Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının xüsusi dəmir setkalar ilə əhatələnmiş ərazisində olan 1722 saylı quyunun arxasında yerləşən əməliyyat şirkətinin elektrik sexinin olduğu əraziyə dəmir setkanın kəsilmiş hissəsindən xidməti əraziyə daxil olub, oradan yalnız paslanmış dəmir borular oğurlamış, onları metal qəbulu məntələrinin birində 48 manata satmışdır. Halbuki ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 18*.2.2 və 18*.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü tam təqsirli bilərək, törətdiyi digər cinayət əməllərini etiraf etməklə yanaşı ifadəsində göstərmişdir ki, 24 may 2*22-ci il tarixdə “X6” şirkətinin ərazisinə Bahar qəsəbəsinə orda olan dəmir setkadan daxil orda olan dəmir metalları götürüb yaxınlıqda olan 5* metr kənarda kəndində içərisində saxlamış olduğu avtomobilə toplamışdır. Belə ki, həmin «VAZ 21*11» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ona icarə yolu ilə Ruslan adlı şəxsdən günü 1* manat olmaqla icarəyə götürmüşdür. Həmin avtomobilə dair etibarnaməni adına texniki şəhadətnamə olan Dəryanur vermiş, lakin avtomobilin sahibi Ruslan olmuşdur. Belə ki, o, 24 may 2*22-ci il tarixdə səhər saat *4 radələrində hər hansı bir şəxs onu görməsin deyə idarə etdiyi VAZ 21*1 markalı avtomobillə “X13” şirkətinin Bahar qəsəbəsində olan ərazisinə gəlmiş və avtomobili kəndin içərisində mühafizə setkasından 5* metr kənarda saxlamış və daha sonra piyada həmin mühafizə olunan setkalıq hissəyə getmiş və setkanın kəsilmiş açıq olan hissəsindən əraziyə daxil olmaqla ordan 12* kq dəmir toplamış və həmin dəmirləri 3 dəfə avtomobilinə özü ilə aparmış olduğu torba ilə daşımışdır. Bundan başqa yerdən götürmüş olduğu dəmir parçası ilə orda olan daşla hörülmüş tikilinin dəmir qapısı üzərində olan qıfıl sındırmış və ordan isə ailiminum naqillər götürmüşdür. Onları da həmçinin torbalara yığmışdır. Belə ki, o, əraziyə daxil olan zaman və oğurluq əşyanı daşıyan zaman onu hər hansı kənar şəxs görməmişdir. Təxminən 1 saat ərzidən orda olmuş və qeyd edilən əşyaları daşımış, hər hansı şəxsi görməmiş və həmin ünvana gəlmiş olduğu VAZ 21*11 markalı ağ rəngli avtomobillə ərazini tərk etmişdir. Bundan sonra o, kirayə yaşadığı evə gəlmiş sonra ustaya getmiş və avtomobili təmir etdirmiş və daha sonra saat 14 radələrində Əsədin metal qəbulu məntəqsinə gəlmiş, həmin metalları satmış və 49 manat pul almış və həmin pulu o şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxs «Zərərçəkmiş şəxs2» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadə verərək göstərmişdir ki, «X5 Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqşünası olaraq 2*14-cü il tarixdən fəaliyyət göstərir və hazırda da həmin vəzifədə işləyir. «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ-Hövsan layihəsi üzrə inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Hövsan, Zığ qəsəbəsi, Qum adası həmin əraziyə daxil olmuşdur. «Zərərçəkmiş şəxs2» şirkəti Azərbayan Respublikası Dövlət Neft şirkəti arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən olunması, köhnə quyularm istismara qaytarılması, yeni quyularm qazılıması və neft qazı hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Həmin sazişin 1*-cu maddəsinə əsasən ARDNŞ saziş müddətində neft qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün «Zərərçəkmiş şəxs2» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verilmişdir. Həmçinin sazişə əsasən ARDNŞ «X8 S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsin hüdudları daxilində və həmin sahə ilə bağlı neft qaz əməliyyatların aparılmasına vahid və müstəsna hüquq vermişdir. Kontrak sahəsi dedikdə sazişə 2-ci əlavədə verilmiş coğrafi kordinatlar peremetri daxilində qalan sahə başa düşülür. Qeyd olunan görünür ki, «Zərərçəkmiş şəxs2» şirkəti Azərbaycan Respublikasını istifadəsində olan torapaq sahəsinin hüdudları sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torapaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcud olmuşdur ki, həmin torpaq sahəsində istifadəyə dair onlar göstərilən istiqamətlərlə bağlı müstəsna hüquqlar verilmişdir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi quyularda keçiriləcək geloji texniki tədbirlərin həyata keçrilməsi mümkün olmur. Yəni həmin torpaq qarşıq bütün mülkiyyət dövlətə məxsus olmuşdur yalnız saziş üzrə onlar bütün mülkiyyət və avadanlıqlar üzərində müstəsna səlahiyyət verilmişdir. Filiala elektrik Şahid6 Ablukərim oğlu tərəfindən 24 may 2*22-ci il tarixdə Bahar qəsəbəsində Hövsan 2 adlanan ərazidə olan 1722 saylı quyu arxasında olan dəmir metal setka ilə mühafizə olunan ərazidə olan elektrik kəsintiləri, yəni naqillərin saxlandığı yerdə olan elektrik təsərrüfatının saxlanc yerinə baxan zaman qapısının açıq olmasını, qapı üzərində olan qıfılın sındırılmasını görmüş və bu barədə 24 may 2*22-ci il tarixdə gecə növbəsi olaraq "xxxx" ASC-nin növbə rəisi Şahid5 məlumat verilmiş və həmin şəxs mühafizəçi sürücü Şahid4 xidmət rəisləri Şahid3 Teymuraz oğlu ilə birlikdə akt tərtib etmişlər. Onlara təqdim olunmuş ilkin olaraq orda olan fotoşəkilləri çəkilmiş olan və istintaqa təqdim olunmuş kabellər içərisində olan 9* metr mis naqillərin oğurlanmasını bildirilmiş və həmin məlumatım əsasında ilkin olaraq 6 816,** ABŞ dolları dəyərində mis naqillərin oğurlanması ilə bağlı polisə məktub yazılmaqla müraciət olunmuşdur və sonradan həmin saxlanc yerində olan oğurluq kabel dəqiqləşən zaman müəyyən olunmuşdur ki, sexdən AVVQ - *,4 kv - 3*15* mm2 + 1*7* mm2 markalı 9* metr aliminium kütləsi olan elektrik naqilləri oğurlanmışdır və qeyd edilən hala dair təkrar olaraq məktub tərtib olunmaqla Suraxanı rayon polis idarəsinə ünvanlanmışdır. Başqa hər hansı əşya sexdən oğurlanmamış və bundan başqa həmin saxlancın arxasından hər hansı maddi dəyəri olmayan istifadəyə yararsız olan dəmir qalıqları oğurlanmışdır. Onların üçün hər hansı əhəmiyyəti olmamış, onların şirkət üçün hər hansı maddi dəyəri olmamış və ona görə həmin dəmirlər məktubda əks olunmamış və həmin halın nəzərə alınmasını xahiş etmişdir. Ona görə təqsirləndirilən şəxsə 5*6 manata ittiham elan olunmasını nəzər almasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlara dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilib, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxs «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadə verərək göstərmişdir ki, nümayəndəsi olduğu «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Hüquq və İnsan Resursları Departamentinin hüquqşünası olaraq 2**8-ci il tarixdən fəaliyyət göstərir və hazırda da həmin vəzifədə işləyir. Həmin şirkətdə həmçinin Obyektlərin qorunması və nəzarət buraxılış xidmətinidə vardır və həmin xidmətin rəhəbəri X1 olmuş və o həmin xidmətin rəhbəri vəzifəsində çalışır. Belə ki «X21 Kompani S.A.» inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilərdə daxildir. 16 avqust 2**5-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X21 Kompani S.A.» arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən, olunması, köhnə quyularm istismara qaytarılması, yeni quyunların qazılıması və neft qazı hasilatının makismum həddə qaldırılmasına xidmət etmişdir. Həmin sazişin 1*-cu maddəsinə əsasən ARDNŞ saziş müddətində neft qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmçinin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsin hüdudları daxilində və həmin sahə ilə bağlı neft qaz əməliyyatlarının aparılmasına dair vahid və müstəsna hüquq vermişdir. Kontrak sahəsi dedikdə sazişə 2-ci əlavədə verilmiş coğrafi kordinatlar peremetri daxilində qalan sahə başa düşülür. Qeyd olunanlardan görünür ki, «X21 Kompani S.A.» şirkətini Azərbaycan Respublikasının istifadəsində olan torapaq sahəsinin hüdudları sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları bizdə mövcud olmuşdur ki, həmin torpaq sahəsində istifadəyə dair bizə göstərilən istiqamətlərlə bağlı müstəsna hüquqlar verilmişdir. 25 iyun 2*22-ci il tarixdə işdə olmuş və «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyi üzrə obyektlərin qorunması və nəzarət-buraxılış xidmətinin növbə rəisi X4 bildirmişdir ki. saat *8 radələrində sürücü Şahid2 əməkdaşları postlar üzrə paylamış, ərazidə "Niva” markalı avtomobillə xidmətdə olmuş və təxminən *8:4* radələrində ona Şahid2 zəng edərək Suraxanı rayonu, X.Ələkbərov küçəsində Ramanı qəsəbəsinə dönən yoldan 2** metr məsafədə olan dayancağın yanından hər hansı mühafizə zolağı olmayan yerdən 4-cü Mədən ərazisinə daxil olan zaman bir ədəd yaşıl rəngli dövlət nömrə nişanını tam olaraq xatırlamadığı yüklü içərisində 3 nəfər yəni 1 qadın olmaqla 2 nəfər şəxsin "Toyota Prius” “Bolt” taksi sifarişi ilə rənglənmiş avtomobilin “Mədən” ərazisindən və yaşayış məntəqəsindən çıxaraq yola düzəlməsini görmüş, avtomobilin səhər saat *8:45-də yüklü formada ərazidən çıxması diqqətini cəlb etmiş, avtomobili saxlatmış, avtomobildən Mədənin ərazisindən tanıdığı Təqsirləndirilən şəxs görüb tanımış, ondan avtomobilin arxa yük hissəsini açmalarını tələb etmiş və bu zaman avtomobildən Tərlan adlı sonradan ona məlum olan şəxsdə düşmüş və qadın cinsindən olan, sonradan adı ona Günay olaraq məlum olan həmin ərazidə yaşayan qız avtomobildə qalmışdır. Tərlan avtomobilin yük yerini açmış, orda 73 mm diametrli kəsilmiş borular, 1 ədəd 2**X16 ölçülü siyirtmənin, 2 ədəd elektrik 22 kv mühərrik qapağının avtomobilin yük hissəsində olmasını görmüşdür. Onlara bildirmişdir ki, bu əşyalar 4 saylı NQCS-in ərasindən oğurlanan maldır, Elçin isə onların öz malları olmasını və Qaradağdan gətirmələrini bildirmiş, o, bir dəqiqə gözləməsini bildirmişdir ki, aydanlaşdırmaq üçün zəng etsin, bu zaman sürücü Tərlan dərhal avtomobilin yük yerinin qapısını örtmüş və avtomobillə həmin ünvandan uzaqlaşmışdır. Ona zəng etmiş, kömək çağırmış, o, həmin ünvana gəlmiş, Elçini saxlamışlar, 4 saylı NQÇS-in ərazisində olan mühafizə otaqlarına gətirmişlər ki, polisə məlumat versinlər gəlib aparsınlar. O, avtomobilin yük yerində olan əşyaları 4 saylı NQSC-in ərazisində oğurlamasını, həmin şəxslər ilə metal qəbulu məntəqəsinə satmaq üçün aparmalarını bildirmişdir. Ondan üzərində olan nömrədən Günayın nömrəsinə zəng etməsini tələb etmişlər ki, geri qayıtsın, əşyaları təhvil versin, onlar da polisə məlumat verməsin. Elçin qız ilə telefonda danışmış, əşyaları geri qaytarmasını bildirmiş və onlar isə hər dəfə gəlirik-gəlirik desə də gəlməmişlər, hər dəfə telefona Tərlan cavab vermiş, bir dəfə isə qız cavab vermişdir. Sonunular gəlməkdikdən sonra onlar təklif etmişdir heç olmazsa əşyaları bir yerə atsınlar. Elçinin və ya onlardan hər hansı birinin telefonuna məkan atsınlar ki, onlar əşyaları götürsün. Sonra sonunculardan biri məkan atmış və onlar artıq hadisə yerinə gəlmiş polislərə Elçini təhvil vermiş və birlikdə həmin telefon üzrə atılmış məkan üzrə yerə getmiş və həmin ərazi 4 savlı NQCS-nin ərazisi olan “Əfsun” şadlıq evinin arxasında qamışlıq ərazi olmuşdur və həmin ərazidə onlar avtomobilin arxasında olan 4 saylı NQÇC-nin ərasizindən oğurlanmış 1 ədəd 2**X16 ölçülü siyirtmənin, 2 ədəd elektrik 22 kv mühərrik qapağını həmin qamışlıq ərazisindən götürmüşlər və bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Hadisə nəticəsində şirkətə 2*49.28 manat ziyan dəymişdir ki, həmin əşyalardan 2*** manatlıq əşyalar tərəflərindən aşkar olunmuş və 49,28 manatlıq əşya isə hələ də tapılmamışdır. Sexin ərazisindən başqa hər hansı əşya oğurlanmamışdır. Oğurlanmış 1 ədəd 2**X16 ölçülü siyirtmə, 2 ədəd elektrik 22 kv mühərrik qapaq “X21 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə təhvil verilmiş, 11 metrlik borunun əvəzi ödənilmişdir, təqdirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ- Hövsan layihəsi üzrə "xxxx" ASC-nin Zığ Hövsan üzrə xidmət rəisi Şahid3 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, *8 iyul 2*19-cü il tarixdən «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ-Hövsan layihəsi üzrə "xxxx" ASC-nin Zığ Hövsan üzrə xidmət rəisi olaraq işə qəbul olunmuşdur. «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ-Hövsan layihəsi üzrə təhlükəsizlik xidməti olaraq fəaliyyət göstərir. Belə ki, «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ- Hövsan layihəsi üzrə inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Hövsan, Zığ qəsəbəsi, Qum adası həmin əraziyə daxil olmuşdur. «Zərərçəkmiş şəxs2» şirkəti Azərbayan Respublikası Dövlət Neft şirkəti arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən olunması, köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması və neft-qaz hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Həmin sazişin 1*-cu maddəsinə əsasən ARDNŞ saziş müddətində neft qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün «Zərərçəkmiş şəxs2» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verilmişdir. Həmçinin sazişə əsasən ARDNŞ «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatların aparılmasına vahid və müstəsna hüquq vermişdir. Kontrakt sahəsi dedikdə sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar peremetri daxilində qalan sahə başa düşülür. Qeyd olunan görünür ki, «Zərərçəkmiş şəxs2» şirkəti Azərbaycan Respublikasını istifadəsində olan torapaq sahəsinin hüdudları sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Halhazırda həmin torapaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcud olmuşdur ki, həmin torpaq sahəsində istifadəyə dair bizlər göstərilən istiqamətlərlə bağlı müstəsna hüquqlar verilmişdir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi quyularda keçiriləcək geoloji texniki tədbirlərin həyata keçrilməsi mümkün olmur. «Zərərçəkmiş şəxs2» şirkətinə Obyektlərin qorunması və nəzarət buraxılış xidmətidə daxil olmuşdur qeyd edilən funksiyanı yerinə yetirsinlər. Yəni onlar həmin rayonun digər adminstrativ orqanları ilə qarşılıq fəaliyyət göstərməklə aşkar olunmuş hər bir halı müəyyən edib fıksasiya edib bir-birini məlumatlandırıb daha sonra müvafiq tədbirlər görülməsi üçün işlər görmüşlər. Hətta həmin ərazidə olacaq qanunsuz tikili və zəbtin qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlərdə birgə iştirak edir və həmin üzvlərin hər biri özlərinə aid formada aşkar olunmuş halı qeydə alırlar. Həmçinin ərazini mühafizəsi tərəflərindən təmin olunmuşdur ki orada olan işlək buruq yataqlara kənar hər hansı müdaxilə və oğurluq faktları olmasın. «Zərərçəkmiş şəxs2» şirkəti Suraxanı rayonu Bahar qəsəbəsində yerləşir və onlar üçün həmin ərazidə mühafizə məntəqəsi və həmçinin ərazi üzrə mühafizə postları yaradılmışdır ki, həmin postlar və marşrutlu xidmət «Niva» markalı avtomobillə təmin olunmuşdur. Xidmətə rəisi olaraq işi mühafizəçilər, növbə rəisləri və sürücü mühafizəçilərin işidə növbəli olaraq səhər axşam növbəsi üzrə təşkil olunmuşdur. Növbəli işdə səhər növbəsi səhər saat *8:**-dan axaşam saat 2*:**-dək gecə növbəsi isə 2*:**-dan səhər saat 2*:**-dək olan müddət ərzində xidmətdə olur. Həmin mühafizə ərazisi üzrə bəzi yerlər metal setkalar ilə əhatələnmişdir, bəzi yerlər isə açıq sahə olmuşdur. 24 aprel 2*22-ci il tarixdə gecə növbəi olaraq Cesko ASC-nin növbə rəisi Şahid5 və mühafizəçi sürücü Şahid4 Gtilhəsən oğlu xidmətdə olmuşdurlar və səhər saat *8 radələrində o, işə gələn zaman bildirmişlər ki, Bahar qəsəbəsində Hövsan 2 adlanan ərazidə olan 1722 saylı quyu arxasında olan dəmir metal setka ilə mühafizə olunan ərazidə olan elektrik kəsintiləri, yəni naqillərin saxladığı yerdə olan naqillərin saxlandığı yerin qapısının sındırılması və orada olan naqillərin oğurlanmasını və həmin tikilinin, həmçinin həmin tikilinin arxasında olan metal dəmirlərin setka ilə əhatə olunan ərazindən oğurlanmasını bildirmişlər. Həmin halın mantiyor olaraq xidmət göstərilən Fuad adlı işçi tərəfindən aşkar olunması dərhal ona məlumat verilməsini bildirmişlər və bundan sonra onlar ətrafda olan həmin əraziyə yaxın olan veteranlar adlanan ərazidə olan vətəndaşların küçəyə baxan kamerasından istifadə etmiş və həmin vaxtı onlara məlum olmuşdur ki, səhər saatlarında “VAZ 21*1” markalı ** BH *** nömrəli avtomobilin sürücüsünün səhər həmin oğurluq olan ərazinin yaxınlığına gəlməsi, oğurluğu Bahar qəsəbəsində onların nəzarət etdiyi ərazidən etdikdən sonra idarə etdiyi avtomobillə yükləməklə həmin ünvandan uzaqlaşmasını müəyyən olunmuşdur. Həmin hadisə barəsində polisə məlumat verilmiş və onlar təqdim etmiş olduğu kamera ilə işləyən zaman məlum olmuşdur ki, həmin şəxs “Eşqin” ləqəbli X15 olmuşdur. Həmin hadisə ilə əlaqədar olaraq faktiki olaraq dəymiş ziyanla bağlı hüquqşünaslar və məşğul olmuşdur, dəqiq olaraq şirkətə hansı məbləğdə ziyan dəyməsini bilməmiş və həmin oğurluq hadisəsini hər hansı şəxs görməmişdir. Hətta həmin mühafizə olan əraziyə daxil olmaq üçün Elçin adlı şəxs dəmir setkanı belə kəsmişdir. Sonradan o hadisə yerinə gətirilmiş və o etmiş olduğu əməli etiraf edib göstərmişdir və bu barədə protokol polis tərəfindən tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2» şirkətinin Zığ- Hövsan layihəsi üzrə "xxxx" ASC-in növbə rəisi Şahid5 və Operating Company Limited» şirkətinin Zığ-Hövsan layihəsi üzrə "xxxx" ASC-in sürücü mühafizəçisi Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş «Zərərçəkmiş şəxs2» şirkətinin Azərbaycan Respublikasındakı filialının elektrik avadanlıqları sexində elektro montiyor Şahid6 ifadə verərək göstərmişdir ki, 1* yanvar 2**8-ci il tarixindən «Zərərçəkmiş şəxs2» şirkətinin Azərbaycan Respublikasındakı filialının elektrik avadanlıqları sexində elektro montiyoru olaraq işə qəbul olunmuş və hazırda da həmin vəzifədə xidmət edir. «Zərərçəkmiş şəxs2» şirkətinin Zığ-Hövsan layihəsi üzrə faktiki olaraq fəaliyyət göstərnə neft nasoslarının və ya mancınıqlara normal fəaliyyət göstərməsi üçün nəzərdə tutulan avadanlıqların fasiləsiz elektrik axımını təmin etmək olmuşdur ki, baş verəcək hər hansı elektrik nasazlığından asılı olmayaraq hasilatın davamı olmuşdur. Elektrik avadanlıqları sexində elektrik montiyoru olaraq işləri növbə üzrə təşkil olunmuşdur. Növbəli işdə səhər növbəsi səhər saat *8:**-dan axaşam saat 2*:**-dək, gecə növbəsi isə 2*:**-dan səhər saat *8:**-dək olan müddət ərzində xidmətdə olur. Həmin mühafizə ərazisi üzrə bəzi yerlər metal setkalar ilə əhatələnmişdir, bəzi yerlər isə açıq sahə olmuşdur. Növbə zamanı o, növbətçi avtomobil ilə Zığ, Qum adası, Hövsan 3, Hövsan 2 ərazilərinə gedir orda olan elektrik təsərrüfatına, quyuların faəliyyətinə baxış keçirir. 24 may 2*22-ci il tarixdə gecə növbəsi olaraq "xxxx" ASC-nin növbə rəisi Şahid5 ilə mühafizəçi sürücü Şahid4 xidmətdə olmuş və onların xidmət rəisləri Şahid3 Teymuraz oğlu olmuşdur. Həmin yerləri o, səhər və axşam növbəni təhvil alan və verən zaman yoxlayır. 24 may 2*22-ci il tarixdə səhər saat *7 radələrində onlar xidmətdə olan zaman Bahar qəsəbəsində Hövsan 2 adlanan ərazidə olan 1722 saylı quyu arxasında olan dəmir metal setka ilə mühafizə olunan ərazidə olan elektrik kəsintiləri, yəni naqillərin saxlandığı yerdə olan elektrik təsərrüfatının saxlanc yerinə baxan zaman, qapısının açıq olmasını, qapı üzərində olan qıfılın sındırılmasını görmüş və bu barədə 24 may 2*22-ci il tarixdə gecə növbəsi olaraq "xxxx" ASC-nin növbə rəisi Şahid5 məlumat vermişdir. Onlar ilkin olaraq orda olan fotoşəkilləri çəkilmiş olan və istintaqa təqdim olunmuş kabellər içərisində olan 9* metr naqillərin oğurlanmasını bilmiş və bu barədə akt tərtib olunmuş və həmin aktı gecə növbə rəisi olan Şahid5, Şahid4 və Şahid3 iştirakı ilə tərtib olunmuş və o hətta bu barədə öz rəhbərliyinə məlumat verilmişdir. Sonra onun məlumatı əsasında ilkin olaraq 6 816,** ABŞ dolları dəyərində naqillərin oğurlanması ilə bağlı polisə məktub yazmaqla müraciət olunmuş və sonradan həmin saxlanc yerində olan oğurluq kabel dəqiqləşən zaman müəyyən olunmuşdur ki, sexdən AVVQ - *,4 kv - 3*15* mm2 + 1*7* mm2 markalı 9* metr aliminium kütləsi oğularlanmış və qeyd edilən hala dair təkrar olaraq məktub tərtib olunmaqla, Suraxanı rayon polis idarəsinə aidiyyatı əməkdaşlar tərəfindən ünvanlanmışdır. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyi üzrə təxniki istehsalat departamenti Texnoloji nəqliyyat sexi 3 saylı avtodəstənin sürücüsü Şahid2 ifadə verərək göstərmişdir ki, *4 fevral 2*21-ci il tarixdən «X21 Kompani S.A.»-da şirkətində qeyd edilən vəzifədə çalışır. Belə ki «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilərdə daxildir. 16 avqust 2**5-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X21 Kompani S.A.» arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən olunması, köhnə quyularm istismara qaytarılması, yeni quyunların qazılması və neft qazı hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Həmin sazişin 1*-cu maddəsinə əsasən ARDNŞ saziş müddətində neft qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verilmişdir. Həmçinin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ «X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsin hüdudları daxilində və həmin sahə ilə bağlı neft qaz əməliyyatların aparılırması vahid və müstəsna hüquq vermişdir. Kontrak sahəsi dedikdə sazişə 2-ci əlavədə verilmiş coğrafi kordinatlar peremetri daxilində qalan sahə başa düşülür. «X21 Kompani S.A.» şirkətini Azərbaycan Respublikasını istifadəsində olan torpaq sahəsinin hüdudları sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcud olmuşdur ki, həmin torpaq sahəsində istifadəyə dair bizlər göstərilən istiqamətlərlə bağlı müstəsna hüquqlar verilmişdir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi quyularda keçiriləcək geloji texniki tədbirlərin həyata keçrilməsi mümkün olmur. «X21 Kompani S.A.» Obyektlərin qorunması və nəzarət buraxılış xidmətidə daxil olmuşdur qeyd edilən funksiyanı yerinə yetirisinlər. Yəni onlar həmin rayonun digər adminstrativ orqanları ilə qarşılıq fəaliyyət göstərməklə aşkar olunmuş hər bir halı müəyyən edib fıksasiya edib bir-birlərini məlumatlandırıb daha sonra müvafiq tədbirlər görülməsi üçün işlər görürlər. Hətta həmin ərazidə olacaq qanunsuz tikili və zəbtin qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlərdə birgə iştirak edir və həmin üzvülərin hər biri özlərinə aid formada aşkar olunmuş halı qeydə alırlar. Yəni onlar sadəcə olaraq istifadə hüququ əldə edir orada olan əmlak və avadanlıqlar torpaqla birlikdə «SOCAR» «Dövlət Neft şirkət»nə aid olmuşdur. «X21 Kompani S.A.» 4 saylı X24 ərazisində Obyektlərin qorunması və nəzarət buraxılış üzrə xidmət aparır və ərazidə aşkar olunmuş hər bir halı müəyyən edib fıksasiya edib bir-birlərini məlumatlandırıb daha sonra müvafiq tədbirlər görülməsi üçün işlər görürlər. Hətta həmin ərazidə olacaq qanunsuz tikili və zəbtin qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlərdə birgə iştirak edirəm və həm də gecə hasilatla bağlı quyuları dəzgahları yaxalayırlar. Ərazidə ünvan 4 ünvanında yerləşən “X19 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X26 Sexinin ərazisində olan neft quyularında, mancanaq dəzgahlarında neft hasilatının həyata keçirilməsi ilə bağlı xidməti texnikanın saxladığı ərazidə həmçinin xidmət növbəli olaraq təşkil olunur. Sürücü olaraq ona Niva «Vaz 21214» markalı 1* PJ 137 dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. Həmin avtomobil ilə o, növbəli olaraq iş çıxır və belə ki, səhər növbəsi *8:3*-dan axşam saat 19:**-dək gecə növbəsi isə 19:**-dan *8:3*-dək olan müddət ərzində xidmətdə olur və sürücü olaraq obyektlərin qorunması və nəzarət buraxılış xidmətinin əməkdaşları ilə ərazidə xidmət edir. Obyektlərin qorunması və nəzarət buraxılış xidmətinin gündəlik növbə rəhbərləri olur və baş vermiş hadisələr barəsində dərhal onlara məlumat verilir. 25 iyun 2*22-ci il tarixdə səhər növbəsində olmuş, saat *8 radələrində işə gəlmiş və sonra o Obyektlərin qorunması və nəzarət buraxılış xidmətinin əməkdaşlarını postlar üzrə paylamışdır. Ərazidə Niva markalı avtomobillə xidmətdə olan zaman X.Ələkbərov küçəsində Ramanı qəsəbəsinə dönən yoldan 2** metr məsafədə olan dayanacağın yanından hər hansı mühafizə zolağı olmayan yerdən 4-cü Mədən ərazisinə daxil olan zaman bir ədəd yaşıl rəngli dövlət nömrə nişanını tam olaraq xatırlamadığı yüklü içərisində 3 nəfər yəni 1 qadın olmaqla 2 nəfər şəxsin “Toyota Prius” “Bolt” taksi sifarişi ilə rənglənmiş avtomobilin “Mədən” ərazisindən və yaşayış məntəqəsindən çıxaraq yola düzəlməsini görmüş və avtomobilin səhər saat *8:45-də yüklü formada ərazidən çıxması onun diqqətini cəlb etmişdir. O, həmin avtomobilin Mədəndən çıxmasını görüb şübhə etdiyindən onun qarşısına verib avtomobili saxlamaqla onların önünü kəsmiş və avtobilindən düşən kimi avtomobildə nə aparmalarını xəbər almışdır. Bu zaman avtomobildə əvvəllər dəfələrlə Mədənin ərazisindən oğurluq edən Təqsirləndirilən şəxs kimi sonradan tam olaraq ona məlum olan “Eşqin” ləqəbli şəxsi görüb tanımış və onlardan avtomobilin arxa yük hissəsini açmalarını tələb etmiş və bu zaman avtomobildən Tərlan adlı sonradan ona məlum olan şəxs düşmüş və qadın cinsindən olan sonradan adı ona Günay olaraq məlum olan həmin ərazidə yaşayan qız avtomobildə qalmışdır. Tərlan avtomobilin yük yerini açmış və bu zaman orda o, 73 mm dimetrli kəsilmiş borular, 1 ədəd 2**X16 ölçülü siyirtmənin, 2 ədəd elektrik 22 kv mühərrik qapağının avtomobilin yük hissəsində olmasını görmüşdür. Bu əşyaların 4 saylı NQCS-in ərasindən oğurlanan mal olmasını bildirmişdir. Elçin isə onların öz malları olmasını, o, sonunların bir dəqiqə gözləməli olduğunu, malın kimə olmasını aydınlaşdırmalı olduğunu bildirmişdir. Bu zaman sürücü Tərlan dərhal avtomobilin yük yerinin qapısını örtmüş və o, bu zaman növbə rəisi olan Teyyuba zəng edib həmin ünvana çağırmaq istəmişdir ki, avtomobildə olan yüklərə baxsın. Bu zaman mühəriki işlək vəziyyətdə olan avtomobilin sürücü dərhal avtomobilə oturub qız ilə birlikdə həmin ünvandan uzaqlaşmışdır. Elçin isə yol tərəfə çıxmağa başlamış və o, dərhal avtomobilindən telefonunu götürüb istifadəsində olan *5* *** ** ** nömrəsindən Teyyubun istifadəsində olan *7* *** ** ** nömrəsinə zəng etmiş və sonuncunu olduğu ünvana dəvət etmişdir ki, kömək etsinlər. Bu zaman o, “Niva” ilə Elçinin arxasınca getmiş və yol kənarında taksi axtarmışdır ki, həmin ünvandan uzaqlaşsın. Təxminən 5 dəqiqə müddətində Teyyub dərhal özünə aid olan mülki avtomobillə həmin ünvana gəlmiş və onlar Elçini saxlayaraq 4 saylı NQÇS-in ərazisində olan mühafizə otağına gətirmişlər ki, polisə məlumat versinlər, gəlib sonuncuları aparsınlar. Elçin həmin avtomobilin yük yerində olan əşyaları həmin gecə 4 saylı NQSC-in ərazisində oğurlamasını və həmin şəxslər ilə metal qəbulu məntəqəsinə satmaq üçün aparmalarını bildirmişdir. Bu zaman sonuncuya üzərində olan nömrədən Günay adlı qızın nömrəsinə zəng etməsini tələb etmişlər ki, geri qayıtsınlar, əşyaları təhvil versinlər, onlar da polisə məlumat verməsinlər. Lakin sonuncuların niyyəti onları aldadıb əmlaklarını geri almaq olmuşdur ki, sonradan polis barələrində qanuni tədbir görər. Elçin qız ilə telefonda danışmış və istifadəsində olan *55 *** ** ** nömrəsindən Günayın istifadəsində olan *55 7*1 14 81 nömrəsinə zəng etmiş və əşyaları geri qaytarmalarını bildirmiş və sonuncular isə hər dəfə gəldiklərini desələr də gəlməmişlər və hər dəfə telefona Tərlan cavab vermiş və yalnız bir dəfə qız cavab vermişdir. Onlar gəlməkdikdən sonra heç olmazsa əşyaları bir yerə gətirib atmalarını təklif etmişlər. Elçinin və ya onlardan hər hansı birinin telefonuna məkan atsınlar ki, onlar əşyaları götürsünlər. Sonra məkan atmışlar və onlar artıq hadisə yerinə gəlmiş polislərə Elçini təhvil vermiş və birlikdə həmin telefon üzrə atılmış məkan üzrə yerə getmişlər və həmin ərazi 4 saylı NQCS-nin ərazisi olan “Əfsun” şadlıq evinin arxasında qamışlıq ərazi olmuşdur və həmin ərazidə onlar avtomobilin arxasında olan 4 saylı NQÇC-nin ərasizindən oğurlanmış 1 ədəd 2**X16 ölçülü siyirtmənin, 2 ədəd elektrik 22 kv mühərrik qapağını həmin qamışlıq ərazisindən götürmüş və bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olundu. Hadisə axşam saatlarında baş vermişdir və NQÇS-in əməkdaşları həmin hadisənin şahidi olmamış, o yalnız oğruları Mədən ərazisini tərk edən zaman avtomobilin yüklü olmasına görə diqqətini cəlb etməsini görə saxlamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2*13-cü il tarixdən «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin sürücülük vəsiqəsi əsasında avtomobili idarə edir. 25 aprel 2*22-ci il tarixdə öz adına olan AA № 32*2*9 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında 8** manat X1* ödəməklə «Vaz-21*1» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobil ona məxsusdur. Avtomobilin pulunu tam olaraq o ödəmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs notariat kontorunda sürmək üçün ƏN-V№ 9*1697 nömrəli etibarnamə vermiş və etibarnamə 7E-2349 nömrəsi ilə qeydə alınmışdır. Elçin ona gündəlik 1* manat icarə haqqı olaraq vermişdir. Avtomobil tamam olaraq onun mülkiyyətində olmuşdur. Sonradan əlavə xərc çıxmasın deyə X18 ilə alqı-satqı müqaviləsi bağlayıb avtomobili texniki şəhadətnamə ilə adına almamışdır. X16 onun xalası oğludur və belə ki, avtomobilə icarə yolu ilə hər hansı bir şəxs lazım olan zaman o və ya Ruslan tərəfindən müştəri tapılır lakin sənədlər onun adına olduğundan sənəd işləri ilə o məşğul olmuşdur. Təqsirləndirilən şəxs hadisədən 3 ay əvvəl yaşadığı məhəllədə kirayə yaşadığı vaxtdan tanımış və aralarında münasibət yaranmışdır. Elçin metal qəbulu ilə məşğul olmuşdur. Lakin sonuncunun hardan metal toplamasını bilməmişdir. 24 may 2*22-ci il tarixdə bilmişdir ki, həmin gün səhər saat *4 radələrində Təqsirləndirilən şəxs onun tərəfindən etibarnamə ilə verilmiş “VAZ 21*11” markalı ağ rəngli avtomobillə “X13” şirkətinin Bahar qəsəbəsində olan ərazisinə gəlmiş və avtomobili kəndin içərisində mühafizə setkasından 5* metr kənarda saxlamış və daha sonra piyada həmin mühafizə olunan setkalıq hissəyə getmiş və setkanın kəsilmiş açıq olan hissəsindən əraziyə daxil olmaqla oradan dəmir toplamış və həmin dəmirləri avtomobillə həmin ərazidə aparmaqla metal qəbulu məntəqəsinə satmışdır. Həmin oğurluq əməlindən onun xəbəri olmamışdır və yalnız polisə dəvət olunan zaman hadisə barəsində məlumatı olmuşdur. 24 may 2*22ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi VAZ 21*11 markalı avtomobillə hadisə yerinə gəlməsi və hadisə yerindən getməsi ilə bağlı görüntülər “X13“ şirkətinin mühafizə kameraları vasitəsi ilə qeydə alınmışdır. İş materiallarından görünür ki, *2 iyun 2*22-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, *4 iyun 2*22-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(*1*)-339/2*22 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli *2 iyun 2*22-ci ildən hesablanmaqla *2 sentyabr 2*22-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 3* iyun 2*22-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(*1*)-391/2*22 saylı qərarı ilə *4 iyun 2*22-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(*1*)-339/2*22 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli *2 iyun 2*22-ci ildən hesablanmaqla *2 sentyabr 2*22-ci il tarixədək seçilmiş ev dustaqlığı qətimkan tədbiri eyni müddətə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, *1 sentyabr 2*22-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(*1*)-513/2*22 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17.*9.2*22-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “X21 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyi tərəfindən verilmiş 28.*6.2*22-ci il tarixli arayışdan görünür ki, 73 mm nasos kompressor borular, 1 ədəd 2**X16 ölçülü siyirtmənin, 2 ədəd elektrik 22 kv mühərrik qapağının oğurlanmasına görə şirkətə 2*69,28 manat ziyan dəymişdir. İş materiallarında olan “X13” şirkətinin *8.*6.2*22-ci il tarixli məktubundan görünür ki, 9* metr ölçülü, dörd damarlı AVVQ - *,4 kv - 3*15* mm2 + 1*7* mm2 markalı güc kabelinin oğurlanmasına görə şirkətə 5*6 manat ziyan dəymişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(*1*)-79/2*2* saylı, *8.*9.2*2* tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona qəti olaraq *1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Xanlayev X11 Rayon Məhkəməsinin *8 sentyabr 2*2*-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək il 11 ay 25 gün müddətində şərti sınaq müddəti təyin olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2**5-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, “X13” şirkətinin yalnız paslanmış borular oğurladığını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs 24 may 2*22-ci il tarixdə “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının mühafizə olunan setkalıq hissəyə getdiyini və yerdən götürmüş olduğu dəmir parçası ilə orda olan daşla hörülmüş tikilinin dəmir qapısı üzərində olan qıfılı sındırdığını və oradan naqillər oğurladığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onu məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin ona qarş şikayətlərinin olmamasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd 2**X16 ölçülü siyirtmə, 2 ədəd elektrik 22 kv mühərrik qapağın “X21 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.3-2-ci, 18*.2.1-ci və 18*.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Azərbayan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə *2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18*.2.1-ci və 18*.2.2-ci maddələri ilə *3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq *4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli *2 iyun 2*22-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd 2**X16 ölçülü siyirtmə, 2 ədəd elektrik 22 kv mühərrik qapağının “X21 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 2* gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar