Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-415/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə, Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 03 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə saat 21:50 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X6” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Zığ-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətinə 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1 nişanla xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, diqqəti idarəetmədən yayınaraq hərəkət istiqamətlərini ayıran ağ bütöv xətti kəsib əks hərəkət zolağına keçərək, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomoblin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs difraqmanın, qara ciyərin, dalağın və bağırsağın yaralanması ilə müşayiət olunan qarının küt travması, sol tərəfli travmatik pnevmotoraks (döş boşluğuna havanın yığılması) ilə myşayiət olunan döş qəfəsinin küt travması, çanaq sümüklərinin çoxsaylı qapalı sınıqları xəsarətləri yetirərək, ehtiyatsızlıqdan zərərçəkmişə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “X6” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına olsa da faktiki olaraq ona məxsusdur, həmin avtomobili sonuncudan almış və pulunu tam ödəmişdir. Lakin öz adına sənədləşdirməmiş, baş etibarnamə əsasında idarə edir və sərnişin daşımaqla məşğul olur. 27 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində həmin avtomobili idarə etməklə Suraxanı rayonu Zığ qəsəbəsi istiqamətindən Hovsan qəsəbəsi istiqamətinə təxminən 50 km/saat sürətlə hərəkət edərək Dədə Qorqud qəsbəsinə yolayrıcına çatan zaman ani olaraq diqqəti idarəetmədən yayınmış, təxminən 1,5 metr əks hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, həmin avtomobil isə fırlanaraq arxa hissəsi, sağdan Dədə Qorqud qəsəbəsi yolundan yaxınlaşan “Opel Astra” markalı avtomobilin qarşı hissəsi ilə toqquşmuşdur. Toquşma nəticəsində özü xəsarət almasa da “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü xəsarət almışdır. Hadisəyə toplaşmış kənar şəxslər təcili yardıma və DİN 102 xidmətinə məlumat vermişlər. Təcili yardım avtomobili gələrək həmin xəsarət almış sürücünü xəstəxanaya aparmış, özü isə hadisə yerində qalmış və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Səhəri gün isə öyrənmişdir ki, xəsarət almış sürücünü Sabunçu 3 saylı ŞKX-na aparmışlar. Həmin xəstəxanaya gedərək öyrənmişdir ki, həmin sürücü Zərərçəkmiş şəxsdur. Həmin gün isə onu «Bonadea» özəl hospitalına köçürmüşlər. Onun müalicəsi üçün həmin hospitala 2000 manat pul ödəmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, buna görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “B” dərəcəli sürücülük vəsiqəsi olmaqla "xxxx" MMC-yə məxsus “Chevrolet Cobalt” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobli idarə edir. 27 noyabr 2022-ci il tarixdə saat 21:50 radələrində həmin avtomobili idarə etməklə Hovsan qəsəbəsindən çıxıb Zığ qəsəbəsi istiqamətinə təxminən 55 km/saat sürətlə hərəkət edirmiş. Avtomobildə tək olmuş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Dədə Qorqud qəsbəsinə ayrılan yol ayrıcına yaxıınlaşan zaman qarşıdan hərəkət edən sonradan markasının “X6” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı olduğunu bildiyi avtomobil qəfləti olaraq onun hərəkət zolağına çıxmış və məsafə yaxın olduğundan heç bir tədbir görə bilməmiş və həmin avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanaraq arxa hissəsi, sağdan Dədə Qorqud qəsəbəsindən yaxınlaşıb dayanmaqda olan “Opel Astra” markalı **- OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət aldığı üçün Təcili yardım avtomobili gələrək əvvəlcə Sabunçu 3 saylı ŞKX-na aparmışlar, oradan isə “Bonadea” özəl hospitalına köçürülmüşdür. Döş qəfəsindən və çanaq sümüyündən ağır xəsarətlər almışdır. Toqquşduğu «X6» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəstəxanaya gələrək ilkin olaraq 2000 manat müalicə xərcini hospitala ödəmiş, lakin sonrakı müalicə xərclərini ödəmədiyindən barışıq baş tutmamışdır. Hazırda yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, “B” dərcəli sürücülük vəsiqəsi olmaqla “Opel Astra” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 27 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində həmin avtomobili idarə etməklə yaşadığı Bahar qəsbəsindən 2-ci dərcəli köməkçi yoldan Zığ-Hövsan baş yolu istiqamətinə hərəkət edərək yolayrııcına çatan zaman baş yolla hərəkət edən avtomobilləri buraxmaq üçün avtomobili dayandırmış və bu anda Hövsan qəsəbəsi istiqamətinə hərəkət edən “X6” markalı avtomobil ani olaraq əks hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobilin qabaq sol hissəsi toqquşmuş, “Chevrolet Cobalt” markalı avtomobil isə fırlanaraq arxa hissəsi, onun idarə etdiyi avtomobilin qarşı hissəsi ilə toqquşmuşdur. Toquşma nəticəsində özü xəsarət almasa da “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü xəsarət almışdır. Hadisəyə toplaşmış kənar şəxslər təcili yardıma və DİN 102 xidmətinə məlumat vermişlər. Təcili yardım avtomobili gələrək həmin xəsarət almış sürücünü xəstəxanaya aparmış, özü isə hadisə yerində qalıb polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Avtomoblinin zədələnməsi ilə bağlı sığorta şirkətinə müraciət etmiş, bununla bağlı həmin avtomobillərin sürücülərinə qarşı iddiası və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 01 saylı rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: difraqmanın, qara ciyərin, dadağın və bağırsağın yaralanması ilə müşayiət olunan qarının küt travması, sol tərəfli travmatik pnevmotoraks (döş boşluğuna havanın yığılması) ilə myşayiət olunan döş qəfəsinin küt travması, çanaq sümüklərinin çoxsaylı qapalı sınıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə üm umilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 fevral 2023-cü il tarixli 8/386 №-li rəyindən görünür ki, «X6» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən 1.1 üfüqi nişanlama xəttini kəsib keçmək qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2003-cüü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.2.1-ci, 244.2.2-ci, 62-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum eidlmişdir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxs ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-415/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-415/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver