Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-417/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçı X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli və 1 uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 05 mart 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, 29 aprel 2025-ci il tarixdə tutulmuş, 30 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək oğlu X11 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) prorab (iş nəzarətçisi) vəzifəsinə təyin etdirəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, 25 aprel 2024-cü il tarixdə saat 20:19-da onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan tanışı X1 vasitəsilə sonuncunun yaşadığı ünvan 3 ünvanından Rasəddin Abdullayevin adına olan "xxxx" ASC-yə aid 5239 1517 5646 7257 nömrəli bank kartına bağlı olan hesabdan “Birbank” mobil tətbiqi ilə özü istifadə etdiyi "xxxx" ASC-yə aid 4127 2093 0647 0086 nömrəli bank kartına bağlı olan hesabına göndərdiyi 250 manat, 29 aprel 2024-cü il tarixdə, saat 12:47-də həmin bank kartına bağlı olan hesabdan həmin yerdə “Birbank” mobil tətbiqi ilə özü istifadə etdiyi həmin bank kartına bağlı olan hesabına göndərdiyi 300 manat, 05 may 2024-cü il tarixdə, saat 16:53-də Rasəddin Abdullayevin adına olan "xxxx" ASC-yə aid 4098 5844 6434 6582 nömrəli bank kartına bağlı olan hesabdan həmin yerdə “Leobank” mobil tətbiqi ilə özü istifadə etdiyi həmin bank kartına bağlı olan hesabına göndərdiyi 250 manat, 07 may 2024-cü il tarixdə saat 18:38-də sonuncu bank kartına bağlı olan hesabdan həmin yerdə “Leobank” mobil tətbiqi ilə özü istifadə etdiyi həmin bank kartına bağlı olan hesabına göndərdiyi 250 manat, 11 may 2024-cü il tarixdə, saat 00:14-də sonuncu bank kartına bağlı olan hesabdan həmin yerdə “Leobank” mobil tətbiqi ilə özü istifadə etdiyi həmin bank kartına bağlı olan hesabına göndərdiyi 250 manat, 13 may 2024-cü il tarixdə, saat 19:40-da sonuncu bank kartına bağlı olan hesabdan həmin yerdə “Leobank” mobil tətbiqi ilə özü istifadə etdiyi həmin bank kartına bağlı olan hesabına göndərdiyi 600 manat, ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub köçürmə yolu ilə Zərərçəkmiş şəxs məxsus həmin vəsaitləri ələ keçirərək, 18 may 2024cü il tarixdə, saat 18 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 5D ünvanda yerləşən binanın qarşısında Rasəddin Abdullayevdən əlbəəl 500 manat, 28 may 2024-cü il tarixdə, saat 18 radələrində həmin ünvanda R.Abdullayevdən əlbəəl 300 manat, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində Zərərçəkmiş şəxs məxsus həmin vəsaitləri əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tam təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, əvvəllər “SOCAR” şirkətinin “Dalğıc, Qəza və Xilasetmə işləri” idarəsində 25 il işləmiş, 2 ildir ki, oradan işdən çıxmışdır. “SOCAR”-da çox tanışları vardır. X2 2024-cü ilin mart ayından tanıyır. Həmin vaxt Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 5D, mənzil 59-da kirayədə yaşamış, Rasəddin də həmin binanın 41-ci mənzilində yaşamış, belə ki, qonşu kimi tanış olmuşlar. Rasəddinə demişdir ki, «SOCAR» şirkətində yaxşı tanışları var, lazım olarsa, kimisə işə düzəldə bilər. Rasəddin də demişdir ki, dostu var, oğlu Cəmili işə düzəltmək lazımdır. Cəmili mühəndis vəzifəsinə işə düzəltməli idi. Rasəddinə demişdir ki, yüksək əmək haqqı olacaq və s., «SOCAR»-da işi tərifləmişdir ki, Rasəddindən pul alsın. Rasəddin və dostu Ruslana bu barədə deyəndə «SOCAR» şirkətində işləyən hər hansı konkret tanışını nəzərdə tutmamış, ümumi demişdir ki, orada tanışları çoxdur, hər hansı ad çəkməmişdir. Dəqiq yadına gəlmir, aldığı hər bir pul miqdarını necə və harada Rasəddindən almışdır, yadındadır ki, 2024-cü ilin aprel-may aylarında Rasəddin ona yaşadıqları evin yanında pul vermiş, bank kartı ilə də istifadə etdiyi oğlu Şahid adına olan “Beynəlxalq Bank”-a aid 4127 2093 0647 0086 nömrəli kart hesabına da hissə-hissə köçürürərək pul məbləğlərini hissə-hissə vermişdir. Rasəddindən 2700 manat pul almışdır. Lakin sonra, Cəmili işə düzəldə bilməmiş, pulları da öz ehtiyaclarına xərcləmişdir. Cəmil Qasımovu görməmiş, Zərərçəkmiş şəxsla danışmış, oğlunun işə düzəldilməsi üçün pulları Rasəddin verəndən əvvəl Ruslanla danışmış, ona söz vermişdir ki, Cəmili «SOCAR» şirkətinə işə düzəldəcək. Lakin, buna görə Rasəddin pul verəndən sonra və həmin pulları xərclədiyi üçün Ruslan və Rasəddin ikisi birlikdə yaşadığı mənzilə gələrək Rasəddinin verdiyi pulları tələb etmişlər. Mübahisə yaranmış, həmin şəxslərə demişdir ki, verdikləri pulların hamısını qaytaracaq. Lakin sonra, Ruslan polisə gedib şikayət etmişdir. Rasəddinin özünü işə düzəltməyə söz verməmiş, yalnız dostu Ruslanın oğlu Cəmili işə düzəltməyə söz vermiş və buna görə də, Rasəddin vasitəsilə Ruslandan 2700 manat pul almışdır. Nə Ruslandan, nə də ki, Cəmildən hər hansı pul almamış, pulların hamısını hissə-hissə Rasəddindən almışdır. Rasəddin Cəmilin işə düzəldilməsi üçün pul verəndə, özünə Ruslandan aldığı hər hansı məbləğin saxladığını bilmir, bu barədə nə Rasəddin, nə Ruslan, nə də ki, Cəmil heç nə deməmişlər. İstintaq araşdırması zamanı özü əlyazma ilə iltizam yazmışdır ki, pulu Rasəddinə 17 fevral 2025-ci il tarixdə ödəyəcək, lakin imkanı olmadığı üçün ödəməmişdir. X12 məxsus pulları almaq üçün istifadə etdiyi “Beynəlxalq Bank”-a aid 4127 2093 0647 0086 nömrəli bank kartı oğlu Şahid adınadır, lakin həmin kartı yalnız özü istifadə edirdi. Qurban heç vaxt həmin kartı istifadə etməmişdir. Rasəddindən Zərərçəkmiş şəxs məxsus pulları almaq üçün yalnız həmin bank kartı hesabından istifadə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona verilmiş ittihamla bağlı özünü tam təqsirli bilir və törətdiyi əməldən peşmandır. Sonda isə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı geri qaytaracağını, himayəsində xəstə yoldaşının olmasını və səhhətini, özünün müharibə veteranı olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, Rasəddin Abdullayevi təxminən 2 ildir ki, tanıyır, onunla Qara Qarayev prospektində yerləşən yeməkxanaların birində tanış olmuş və həmin vaxtdan əlaqə saxlamışlar. X20 «Azza» şirkətində şöbə müdiri işləyirmiş, lakin həmin iş dövlət işi olmadığı üçün bundan narazı olmuş, dövlət işinə keçmək istəmişdir. Təxminən 2 il bundan əvvəl Rasəddinə demişdir ki, dövlət işinə düzəltmək üçün tanış adam olsa, ona desin. Təxminən 10 gün sonra, Rasəddinlə görüşdüyü zaman Rasəddin ona demişdir ki, Eldar adlı bir qonşusu var, deyir ki, «SOCAR» şirkətində qohumu kadrlar şöbəsində işləyir. Lakin qohumunun adını çəkməmişdir. Rasəddin ona demişdir ki, Eldar oğlunu prorab vəzifəsinə «SOCAR» şirkətinə işə düzəlmək üçün köməklik edə bilər. Rasəddinin dediyinə görə, oğlu 1500 manat aylıq zəhmət haqqı almalı idi. Dəqiqliyini soruşduqda Rasəddin demişdir ki, bəli, dəqiqdir, Eldar onun qonşusudur. Rasəddinin dediyinə görə, Eldar əvvəl 3500 manat pul istəmiş, lakin həmin məbləğ çox olduğu üçün bununla razılaşmamışdır. Həmin vaxta qədər Rasəddinin pula ehtiyacı olduğu üçün ona hissə-hissə 900 manat borc vermişdir. Rasəddinə 1800 manat pulu verməmişdən 10 gün əvvəl, təxminən 2024-cü ilin aprel ayının 2-3-də Rasəddin ona zəng etmişdir ki, 900 manatı düzəldibdir, həmin vaxt olduğu Nizami rayonu, B.Çobanzadə küçəsinin Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən «50 qəpik» restoranına gələrək 900 manat pulu qaytarmışdır. Həmin 900 manat pulu Rasəddinə geri qaytarmış və demişdir ki, oğlu Cəmilin işə düzəlməsi məsələsini Eldar vasitəsilə həll edəndə elə bu pulu Eldara verməli olan məbləğin üstünə qoyub sonuncuya versin. Rasəddin razı olmuş və 900 manat pul Rasəddində qalmışdır. Həmin vaxt hələ Eldarla razılaşmamışdır ki, ona nə qədər pul verəcək. Ona görə də, Rasəddin 900 manat pulu özündə saxlamış və gözləmişdir ki, Eldara pul verəcək, ya yox, versə, həmin 900 manat pulu verəcəyi pulun üstünə qoyub Eldara verəcəkdir. Oğlunun işə düzəlmə məsələsi söhbətində Rasəddin Eldarla onun yanında danışmış və Eldar sonda qiymətdə 2700 manata düşmüşdür. Eldarın dediyinə görə, bu son qiymət idi, bundan ucuz başa gəlməyəcəkdir. Rasəddin Eldarla danışanda Rasəddinin yanında olmuş və ona demişdir ki, Eldarı tanımır, pulu Rasəddinin özünə verəcək. Rasəddin razı olmuş və təxminən 2024cü ilin aprel ayının 16-17-də Rasəddin Abdullayev və Eldar həmin vaxt yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində 1800 (min səkkiz yüz) manat pulu Rasəddin Abdullayevə vermişdir. Rasəddin borclu olduğu və sonda Rasəddinin özündə qalmış 900 (doqquz yüz) manat pulu həmin 1800 manatın üstünə qoyub, ümumilikdə Təqsirləndirilən şəxs 2700 manat pul verəcəyini ona demişdir. Pulu Rasəddinə verəndə Eldar orada olmamışdır. Rasəddindən soruşmuşdur ki, Cəmil nə vaxt işə çıxacaq, Rasəddin də yanında zəng edib Eldara demişdir ki, 2700 manat pulu alıb, ondadır. Ruslanın oğlu nə vaxt işə çıxacağını soruşmuş, Eldar da Rasəddinə demişdir ki, təxminən 15 gündən sonra Cəmili “SOCAR” şirkətinin İnsan Resursları İdarəsinə çağıracaqlar, 15 gündən sonra da işə gedəcək, yəni cəmi, 1 aya Cəmilin işə düzəlməsi məsələsi həll olunacaq. Bu barədə Rasəddin Eldarın sözlərini ona çatdırmışdır. Bu barədə oğlu Cəmilə heç nə deməmiş, oğluna “sürpriz” etmək istəmişdir. Rasəddin demişdir ki, 2700 manat pulu Eldara vermişdir. Yəni ki, Rasəddin verdiyi 1800 manat pulun üstünə 900 manat qoyub, cəmi 2700 manat pulu Təqsirləndirilən şəxs verməsini demişdir. 15 gün keçmiş, heç kim oğlunu işlə bağlı çağırmamış, Rasəddinə zəng etmişdir ki, bəs nə olub, Rasəddin zəng edib Eldardan soruşmuş, sonra isə Rasəddin onun özünə zəng edib demişdir ki, Eldarın dediyinə görə 3-4 günə çağıracaqlar. 3-4 gün də keçmiş, lakin, hər hansı məsələ həll olunmamış, İnsan Resurslarından oğlunu heç kim çağırmamışdır. Rasəddinə demişdir ki, Eldarı çağırsın, görüşsünlər və özü Eldardan soruşsun ki, bu nə məsələdir. Növbəti gün Nizami rayonu, Vərəm Dispanserinin yanında Rasəddinlə zəngləşmiş, Rasəddin və Təqsirləndirilən şəxs ilə ikisi birlikdə gəlmişlər. Eldardan soruşmuşdur ki, Rasəddin ona nə qədər pul verib, Eldar cavab vermişdir ki, Rasəddin ona 2700 manat pul vermişdir. Oğlunun işi barədə soruşduqda Eldar bildirmişdir ki, arxayın olsun, 3-4 günə oğlu X13 çağıracaqlar. Eldara demişdir ki, ya oğlunun işini düzəltsin, ya da 2700 manat pulunu geri qaytarsın. Sonra çıxıb getmiş, 3 gün də gözləmiş, görmüşdür ki, heç bir xəbər yoxdur, Rasəddindən Eldarın telefon nömrəsini götürüb Eldarı yığıb onunla özü birbaşa təmasda olmuşdur. Eldar demişdir ki, oğlunun işi düzələcək, 1 ay onu aldatmış, sonra zənglərinə cavab verməmiş, Eldarın yaşadığı evə getmiş və pulunu geri istəmiş, Eldar desə də ki, pulunu qaytaracaq, lakin qaytarmamışdır. Ona görə DİN-in 102 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bu şikayətlə əlaqədar onu 33-cü Polis bölməsinə çağırmışlar, orada ərizə və izahat vermişdir. Rasəddinə demişdir ki, pulu ona verdiyi üçün özü qaytarsın. Rasəddin demişdir ki, 3 gündən sonra pulunu ona verəcək və 33-cü polis bölməsinə şikayət edəndən 3 gün sonra, Rasəddin Abdullayev ona 2700 (iki min yeddi yüz) manat pulu Qara Qarayev prospektində qaytarmışdır. Rasəddinə demişdir ki, Eldardan pulu özü alsın, qonşusudur. Rasəddinin bu işdə marağı olmamış, onun dostudur, Rasəddin istəmişdir ki, onun oğlunun işə düzəlməsi məsələsi həll olunsun. Oğlunun işə düzəlməsi üçün Eldara çatdırmaq üçün Rasəddinə 1800 manat pul vermiş, Rasəddin də onun üstünə ondan əvvəl aldığı 900 manat pulu qoyub Eldara cəmi 2700 manat pul vermişdir. Rasəddinin özünün də «SOCAR»-a işə düzəlmək istəməsi barədə bir söhbət olmamış, yalnız oğlu Cəmilin işə düzəlməsi üçün Rasəddin ondan pul alıb Təqsirləndirilən şəxs vermiş, başqa pul barədə isə heç bir söhbət olmamışdır. Rasəddin Abdullayevə 1800 manatı bir dəfəyə vermiş, hissə-hissə verməmişdir. Qalan 900 manat pulu da, yəni cəmi 2700 manat pulu Rasəddin Eldara vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğlunun işə düzəlməsi üçün sənədlərin hamısını göndərmişdir. Ona dəymiş ziyanı Rasəddin tam olaraq qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, polisə də o şikayət etməmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2024-cü ilin noyabr ayında 33-cü polis bölməsində verdiyi izahatında düzgün göstərməmişdir. Belə ki, Ruslanın oğlu Cəmilin işə düzəldilməsini Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs söz vermiş və buna görə, Təqsirləndirilən şəxs Ruslandan çox pul istəmiş, miqdarı dəqiq yadında deyil, sonda Zərərçəkmiş şəxsla razılaşmışlar ki, Ruslan Eldara 2700 manat pul verəcək. Onun Ruslana 900 manat pul borcu olduğu üçün 2024-cü ilin aprel ayının əvvəllərində həmin pulu gətirib Ruslana «50 qəpik» restoranında qaytarmışdır. Lakin Ruslan həmin pulu təzədən ona qaytararaq demişdir ki, Təqsirləndirilən şəxslə razılaşandan sonra hansı pul miqdarı istəyəcəksə, həmin 900 manatı olan fərqə əlavə edib, ümumilikdə olan miqdarı Təqsirləndirilən şəxs versin. Bununla razı olub həmin 900 manat miqdarında pulu özündə saxlamışdır. Eldar Ruslanın 2700 manat pul verməli olduğu barədə razılaşandan sonra, təxminən 2024-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs ona Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində 1800 manat pulu vermiş, həmin pulu götürüb Eldara dərhal yox, hissə-hissə vermişdir, yəni Təqsirləndirilən şəxs istifadə etdiyi “Beynəlxalq Bank”-ın bank kartına yaşadığı evdən ümumi olaraq 1900 manat pul göndərmiş, əlbəəl isə yaşadığı evin yanında, ümumilikdə 800 manat pul vermişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində Zərərçəkmiş şəxs məxsus pulu çatdırmışdır. Belə ki, 2024-cü ilin aprelin 25-də, saat 20:19-da evdə olduğu zaman öz adına olan "xxxx" ASC-yə aid 5239 1517 5646 7257 nömrəli bank kartından Eldarın “Beynəlxalq Bank”a aid 4127 2093 0647 0086 nömrəli kartına 250 manat pul göndərmiş, 29 aprel 2024-cü il tarixdə, saat 12:47-də həmin kartdan həmin yerdə Eldarın həmin kartına 300 manat pul atmış, 05 may 2024-cü il tarixdə, saat 16:53-də həmin yerdə özünün adına olan «Leobank» 4098 5844 6434 6582 nömrəli bank kartından Eldarın həmin kartına 250 manat pul atmış, 07 may 2024-cü il tarixdə, saat 18:38-də özünə məxsus «Leobank»ın həmin bank kartından həmin yerdə Eldarın həmin kartına 250 manat pul atmışdır. 11 may 2024-cü il tarixdə, saat 00:14-də özünün «Leobank» 4098 5844 6434 6582 nömrəli bank kartından həmin yerdə Eldarın həmin kartına 250 manat pul atmışdır. 13 may 2024-cü il tarixdə, saat 19:40-da 600 manat pulu öz adına olan «Leobank» 4098 5844 6434 6582 nömrəli bank kartından həmin yerdə Eldarın həmin kartına atmışdır. Qalan məbləğləri Eldara yaşadığı binanın qarşısında əlbəəl vermişdir. Belə ki, 18 may 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Eldara əlbəəl 500 manat, 28 may 2024-cü il tarixdə, saat 18 radələrində həmin yerdə 300 manat əlbəəl pul vermişdir. Pulları ona görə Təqsirləndirilən şəxs hissə-hissə bir müddət ərzində vermişdir ki, hər dəfə Təqsirləndirilən şəxs ona deyirmiş ki, Cəmil Qasımovun işə düzəldilməsi üçün filan məsələni həll etmək üçün filan qədər pul lazımdır və o, da istədiyi pulu Təqsirləndirilən şəxs kartdan karta və ya əlbəəl vermişdir. Lakin, Təqsirləndirilən şəxs onu və Ruslanı aldatdığını başa düşəndən və Zərərçəkmiş şəxs verdiyi pulu ondan tələb edəndən sonra, özü Zərərçəkmiş şəxs 2700 manat pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs isə hər hansı miqdarda pulu heç kimə qaytarmamışdır. 10 may 2025-ci il tarixdə, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 əlavə dindirilməsində verilən suallara cavabında isə bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 14:16-da Eldar ona «Whatsapp» sosial şəbəkəsində yazmışdır ki, 250 manat pulu ona **********470086 kart nömrəsinə göndərsin. Lakin həmin məbləği ona axşam, saat 20:19-da göndərmişdir. Həmin gün Eldara cəmi bir dəfə, yəni saat 20:19-da 250 manat pul məbləğini göndərmiş, saat 14:16-da 250 manat göndərməmişdir. Həmin gün Eldarla yazışmanın surətini istintaqa təqdim etmişdir. İfadəsinə görə Eldara 05 may 2024cü il tarixdə saat 16:53-də 250 manat pulu Təqsirləndirilən şəxs öz "xxxx" kartı ilə göndərmişdir. Lakin istintaqa təqdim olunmuş "xxxx" Kommersiya bankının çıxarışından görünür ki, həmin məbləğ adına olan «Leobank» kartından Təqsirləndirilən şəxs istifadə etdiyi kart hesabına göndərilmişdir. Bu barədə bildirmişdir ki, ifadəsində səhv göstərmişdir. Həmçinin bildirdi ki, Eldara cəmi 2700 manat pul vermişdir. Əvvəl verdiyi ifadədə Eldara 22 may 2024-cü il tarixdə 350 manat pulu əlbəəl verməsini səhvən göstərmişdir. Belə ki, Eldara həmin məbləği verməmişdir. Eldara cəmi 2700 (iki min yeddi yüz) manat pul vermişdir. 2024-cü ilin aprelin 25-də saat 20:19-da evdə olduğu zaman özünün işə düzəlməsi üçün öz adına olan "xxxx" ASC-nə aid 5239 1517 5646 7257 nömrəli bank kartından X14 aid 4127 2093 0647 0086 nömrəli kartına 250 manat göndərmişdir. 29 aprel 2024-cü il tarixdə, saat 12:47-də həmin kartdan həmin yerdə Eldarın həmin kartına 300 manat pul atmışdır. 05 may 2024-cü il tarixdə, saat 16:53-də həmin kartdan həmin yerdə Eldarın eyni kartına 250 manat pul atmışdır. 07 may 2024-cü ildə, saat 18:38-də özünün «Leobank» 4098 5844 6434 6582 bank kartından həmin yerdə Eldarın eyni kartına 250 manat pul atmışdır. 11 may 2024-cü ildə, saat 00:14-də Cəmil Qasımovun işə düzəldilməsi üçün «Leobank» 4098 5844 6434 6582 bank kartından həmin yerdə Eldarın eyni kartına Cəmilin atasından aldığı 250 manat pul atmışdır. 13 may 2024-cü ildə, saat 19:40-da Cəmil Qasımovun SOCAR-a işə düzəltməsi üçün atası Ruslandan aldığı 600 manatı öz adına olan «Leobank» 4098 5844 6434 6582 bank kartından həmin yerdə Eldarın həmin kartına atmışdır. Qalan məbləğləri isə Eldara yaşadığı binanın qarşısında əlbəəl vermişdir. Belə ki, 18 may 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Eldara əlbəəl özünün işə düzəldilməsi üçün 500 manat pul vermiş, 28 may 2024-cü il tarixdə özünün işə düzəlməsi üçün 300 manat əlbəəl vermişdir. Eldar demişdir ki, 1 ay müddətində Cəmil işə mühəndis düzələcəyi üçün ay yarıma işə çıxacaqlar. Ondan sonra, hər dəfə ondan soruşanda bir bəhanə gətirmiş, bildirmişdir ki, həmin adam dənizdədir, burda yoxdur, gəlməlidir, ezamiyyətdədir və s. Sonra pulu geri istəmiş, lakin Eldar pulu qaytaracağına söz versə də, bu günə qədər qaytarmamışdır. Ruslandan cəmi 1150 manat alıb Eldara göndərmişdir. 1550 manat pulu isə özünün işə düzəlməsi üçün Eldara vermişdir. Ruslanla dostluq etmiş və bu işdə heç bir maddi marağı olmamışdır. Ruslandan aldığı pulun, yəni 1150 manat pulun hamısını Eldara vermişdir. Aralarında olan münasibət pozulmasın deyə Eldarın dələduz olduğunu biləndən sonra Ruslandan aldığı 1150 manat pulun hamısını ona özü qaytarmışdır. Cəmil Qasımovun onu işə düzəltmək istəmələri barədə xəbəri olmamışdır. Məhkəmə iclasları dövründə isə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X5 ibtidai istintaq dövründə verdiyi 27 fevral 2025-ci il tarixli ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, Ruslanın oğlu Cəmilin işə düzəldilməsini Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs söz vermiş, sonda Zərərçəkmiş şəxsla razılaşmışlar ki, Ruslan Eldara 2700 manat pul verəcək. Onun Ruslana 900 manat pul borcu olduğu üçün 2024-cü ilin aprel ayının əvvəllərində həmin pulu gətirib Ruslana «50 qəpik» restoranında qaytarmışdır. Lakin Ruslan həmin pulu təzədən ona qaytararaq demişdir ki, Təqsirləndirilən şəxslə razılaşandan sonra hansı pul miqdarı istəyəcəksə, həmin 900 manatı olan fərqə əlavə edib, ümumilikdə olan miqdarı Təqsirləndirilən şəxs versin. Odur ki, ümumilikdə Təqsirləndirilən şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində Zərərçəkmiş şəxs məxsus pulu çatdırmışdır. Lakin, Təqsirləndirilən şəxs onu və Ruslanı aldatdığını başa düşəndən və Zərərçəkmiş şəxs verdiyi pulu ondan tələb edəndən sonra, özü Zərərçəkmiş şəxs 2700 manat pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs isə hər hansı miqdarda pulu heç kimə qaytarmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2700 manat pula Təqsirləndirilən şəxs Ruslanın oğlunu işə düzəltməli idi. Öz işinə görə Eldara pul verməmiş və həmin hissədə istintaqda verdiyi ifadədə səhvlik olmuşdur. Özünün işə düzəlməsi üçün Eldara müraciət etməmişdir. Verilən bütün pullar Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş zərəri Təqsirləndirilən şəxs mülki qaydada tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Adına olan “Beynəlxalq Bank”-a aid 4127 2093 0647 0086 nömrəli kartı təxminən 2 ildir ki, ABB-nin Əhmədli filialından şəxsi istifadə üçün alıb atasına vermişdir ki, evə alışveriş edəndə həmin kartdan istifadə etsin. Əvvəllər atası ilə Yeni Günəşli qəsəbəsində V yaşayış massivində yerləşən binada kirayədə yaşamışdır. Təxminən 2024-cü ilin aprelmay ayında həmin binada yaşayan Rasəddin Abdullayev adlı şəxs atasının yanına gəlib atasından borcu tələb edərək Rasəddin demişdir ki, borcunu ödəmək üçün bankdan kredit götürsün. Kredit götürmək üçün "xxxx"-a müraciət etmiş, lakin bank kredit verməkdən imtina etmişdir. Bundan başqa, Rasəddinlə hər hansı söhbəti, görüşü olmamışdır. Atası Təqsirləndirilən şəxs Rasəddindən dələduzluq yolu ilə pul ələ keçirməklə adına olan həmin bank kartından istifadə etməsini bilməmişdir. Rasəddin polisə müraciət edəndən sonra və polis atasını çağırandan sonra bilmişdir ki, atası dələduzluqda təqsirləndirilir. Nə Ruslanı, nə də ki, Cəmili tanımır və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Rasəddin Abdullayevi tanımış, lakin Zərərçəkmiş şəxs tanımamışdır. Atasının işə düzəltmək üçün zərərçəkmiş şəxslərdən pul aldığını bilməmiş, atası polis idarəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. X6 borcunun olduğunu bilirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 27 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən HK-1-1390 saylı material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 17:48-də DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur ki, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, V massivi 5D ünvanında yaşayan X8 zəng edərək bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs adlı şəxsə (***-***-**-**) işə düzəltmək məqsədi ilə **********470086 saylı bank kartından, ümumilikdə 2700 manat pul göndərmiş, lakin həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. (iş.v. 3) X5 tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanan 27 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, təxminən 6-7 ay bundan qabaq, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs onu və onun vasitəsilə dostu Ruslanın X20u SOCAR-da işə düzəltmək adı ilə onlardan 1200 manat, ondan isə 1500 manat pul almış, lakin vədinə əməl etməmiş, onları aldadaraq dələduzluq etmişdir. Bugünə qədər nə qədər söhbətlər aparsalar da, müddəti uzatmışdır. Eldar adlı şəxsə verdiyi 2700 manatın ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. (iş.v. 4) 27 noyabr 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 5 ünvanıdır. Orada qonşuluqda yaşayan Təqsirləndirilən şəxs Rasəddin Abdullayevi aldatmış və 2700 manat pulu ələ keçirmişdir. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. (iş.v. 6-7) Təqsirləndirilən şəxs tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli əlyazma iltizamdan görünür ki, X3 vurduğu 2700 manat maddi ziyanın 1500 manat hissəsini 13 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-də ödəyəcək, 1200 manat hissəsini isə 17 fevral 2025-ci il tarixdə, ödəyəcəkdir. İltizamı imzalayaraq barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar olmuşdur. (iş.v. 14) İş materiallarına Rasəddin Abdullayevin adına olan "xxxx" ASC-yə aid 4098 5844 6434 6582 nömrəli və "xxxx" ASC-yə aid 5239 1517 5646 7257 nömrəli bank kartlarının surətləri əlavə edilmişdir. 27 fevral 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 17-18) 27 fevral 2025-ci il tarixli, “giriş-çıxış və qeydiyyat” İAMAS-ın “sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsi və çıxarılmasına dair 27 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ tərəfindən tərtib edilmiş həmin sənədin statusunun növü “saxla”dır. (iş.v.27) "xxxx" ASC-yə məxsus 4098 5844 6434 6582 nömrəli “Leobank” bank kartından çıxarışdan görünür ki, "xxxx" ASC-yə aid 4127 2093 0647 0086 nömrəli bank kartına bağlı olan hesaba həmin kartın hesabından 07 may 2024-cü il tarixdə, 252.50 manat, 11 may 2024-cü il tarixdə, 252.50 manat, 05 may 2024-cü il tarixdə 250 manat və 13 may 2024-cü il tarixdə, 606 manat məbləğində vəsait köçürülmüşdür. (iş.v.28-33) "xxxx" ASC-yə aid 5239 1517 5646 7257 “Birbank” bank kartından çıxarışdan görünür ki, həmin kartın hesabından 26 aprel 2024-cü il tarixdə, 250 manat və 29 aprel 2024-cü il tarixdə, 300 manat məbləğində vəsait hesabdan köçürülmüşdür. (iş.v.41-54) İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, "xxxx" ASC-yə aid 5239 1517 5646 7257 “Birbank” bank kartından "xxxx" ASC-yə aid 4127 2093 0647 0086 nömrəli bank kartına 25 aprel 2024-cü il tarixdə, 250 manat, 29 aprel 2024-cü il tarixdə 300 manat, Unibank” ASC-yə məxsus 4098 5844 6434 6582 nömrəli “Leobank” bank kartından isə həmin karta 05 may 2024-cü il tarixdə 250 manat, 07 may 2024-cü il tarixdə, 252.50 manat, 11 may 2024-cü il tarixdə, 252.50 manat və 13 may 2024-cü il tarixdə isə, 606 manat məbləğində vəsait köçürülmüşdür. (iş.v. 55-60) İş materiallarına Şahid adına olan “Beynəlxalq Bank”-a aid 4127 2093 0647 0086 nömrəli kart hesabının surəti əlavə edilmişdir. (iş.v. 112) 10 may 2025-ci il tarixli, “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, zərərçəkmiş şəxs X5 ifadəsini yerində Bakı şəhəri, Bakı şəhəri, ünvan 6 ünvanda, yaşadığı binanın və 41-ci mənzilin qarşısında təsdiq etmiş, bu barədə müvafiq protokol və fotocədvəl tərtib edilmişdir. (iş.v. 117-119) 23 may 2025-ci il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs X5 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (iş.v. 135-137) 11 iyun 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 140) 04 avqust 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanmış raportdan görünür ki, həmin tarixdə, saat 15:47 radələrində 102 xidmətinə Təqsirləndirilən şəxs tərəfindən məlumat daxil olmuşdur ki, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, “V” massivində Ruslan və Zenfira adlı qadın onunla münaqişə etmişdir. (iş.v. 154) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanmış 04 avqust 2024-cü il tarixli ərizədən görünür ki, 2024-cü ilin aprel ayında tanışı Rasəddin Abdullayev vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs oğlunu işə düzəltmək adı ilə hissəhissə ümumilikdə, 2700 manat pul vermişdir. Lakin həmin şəxs verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (iş.v. 155) 12 iyun 2025-ci il tarixli, “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini yerində ünvan 8 ünvanda yerləşən «50 qəpik» restoranında və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, «Bolmart» supermarketinin qarşısında təsdiq etmiş, bu barədə müvafiq protokol və fotocədvəl tərtib edilmişdir. (iş.v. 167-172) 14 iyun 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə icraata Təqsirləndirilən şəxs tərəfindən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə X1 hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakının ələ keçirilməsi təsdiq olunmadığından və qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən, sonuncunun barəsində cinayət təqibi üzrə icraata həmin hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. X1 mülki iddiaçı qismində tanınması barədə ərizəsi daxil olduqda onun cinayət işi üzrə mülki iddiaçı qismində tanınması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 296 və 297.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırki iş üzrə əvvəllər məhkum olunmamış hesab olunmuşdur. (iş.v.177-186) Zərərçəkmiş şəxs X1 14 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanladığı yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel-may aylarında törətdiyi dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 2700 manat miqdarında maddi ziyan dəymişdir. Həmin maddi ziyanı Zərərçəkmiş şəxs tam şəkildə o ödəmişdir. Lakin onun Ruslana ödədiyi pulu ona heç kim hazıra qədər ödəməmiş və buna görə də, ona 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də, iş üzrə 2700 manat məbləğində mülki iddiası olduğu üçün mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. (iş.v. 204) 14 iyun 2025-ci il tarixli “mülki iddiaçı qismində tanımaq haqqında” qərardan görünür ki, X5 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. (iş.v. 205) İş materiallarına əlavə edilmiş 09 noyabr 1998-ci il tarixdə verilmiş, 008684 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. 05 mart 2025-ci il tarixdə, Suraxanı RPİ-nin İŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, 29 aprel 2025-ci il tarixdə saat 15:00 radələrində şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, saat 15:20-dən saat 15:55-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və sonradan barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş və Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (iş.v. 34, 67, 89-90, 104-105) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan üzləşdirmə, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi və digər istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə və aldatmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırki iş üzrə zərərçəkmiş şəxs X1 14 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanladığı yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel-may aylarında törətdiyi dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 2700 manat miqdarında maddi ziyan dəymişdir. Həmin maddi ziyanı Zərərçəkmiş şəxs tam şəkildə o ödəmişdir. Lakin onun Ruslana ödədiyi pulu ona heç kim hazıra qədər ödəməmiş və buna görə də, ona 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 tərəfindən verilmiş mülki iddia ərizəsi tam təmin edilməli və maddi ziyan 2700 (iki min yeddi yüz) manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 ödənilməlidir. Belə ki, CPM-nin 139.0.6-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən, bank kartlarından edilmiş köçürmələrlə bağlı ödəniş çıxarışlarından, işin faktiki digər hallarından, o cümlədən təqsirləndirilən şəxsin etirafedici ifadələrindən və digər sübutlardan aşkar görünür ki, cinayət əməli nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 həqiqətən də 2700 manat maddi ziyan dəymişdir. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş ziyanı ödəmək üçün kifayət qədər vaxt verilsə də hazırki günədək heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vurduğu 2700 manat məbləğində maddi ziyanın 1500 manat hissəsini 13 fevral 2025-ci il tarixədək, qalan 1200 manat hissəsini isə 17 fevral 2025-ci il tarixədək ödəyəcəyinə dair yazılı iltizam vermişdir. Hazırda zərərçəkmiş şəxs (mülki iddiaçı) Rasəddin Abdullayev ondan şikayətçidir və vurulmuş ziyanın geri qaytarılmasını tələb edir. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatına həmin Məcəllənin 73-1.2-ci maddəsi ilə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (iş.v. 61-62) Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 72-ci maddəsinin Qeydində göstərilmiş hüquqdan artıq bir dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs (saatlar nəzərə alınmaqla) tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 tərəfindən verilmiş mülki iddia ərizəsi tam təmin edilməli və 2700 (iki min yeddi yüz) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışda müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etdiyini qeyd etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və cəmi 05 məhkəmə iclası keçirilmişdir. Müdafiəçi tərəfindən hər bir iclasda işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, məhkəmə iclaslarında iştirak üçün biriki saat vaxtın sərf olunması göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər icra olunsa da müdafiəçi tərəfindən şişirdilmiş (həqiqətə uyğun olmayan) saatlar qeyd olunmuşdur. Lakin iş üzrə bir hazırlıq və dörd baxış iclası keçirilmiş, bütün iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2-3 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 12 saat vaxt sərf etməsi nəzərə alınır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 12 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 iş saatı üçün 132 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək (saatlar nəzərə alınmaqla) tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və ona qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 tərəfindən verilmiş mülki iddia ərizəsi tam təmin edilsin və 2700 (iki min yeddi yüz) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 ödənilsin. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-417/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-417/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver