Məhkəmə qərarları › İş №1(010)-42/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-42/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-42/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 mart 2023-cü il tarixdə, saat 10:00-da, Bakı şəhərində xx xxxxxx 1961-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 14 may 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1994-cü ildə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm-Cırdaxan qəsəbəsində qeydiyyatda olan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-309/2022 saylı, 21 may 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 may 2022-ci il tarixdən hesablanmaqla 01 ay 18 gün müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)- 291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə sərxoş vəziyyətdə tanışı Şahid1 vəkildən pulunu geri almalarına digər tanışları Zərərçəkmiş şəxs maneə olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs2 əlində olan “beşmarmaq” adlandırılan dəmir alətlə sifətinin sol tərəfinə üç dəfə zərbə endirmiş, o isə əlindəki şüşə butulkanı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs başınadan bir dəfə zərbə endirdikdə sonuncu huşunu itirmiş və yerə yıxılmış, Təqsirləndirilən şəxs2 isə xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə təpik zərbələr endirib sonuncuya yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə sərxoş vəziyyətdə tanışı Şahid1 vəkildən pulunu geri almalarına digər tanışları Zərərçəkmiş şəxs maneə olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs2 əlində olan “beşmarmaq” adlandırılan dəmir aləti silah qismində tətbiq edərək sifətinin sol tərəfinə üç dəfə zərbə endirmiş, həmin vaxt arxasında olan Təqsirləndirilən şəxs1 əlindəki şüşə butulka ilə başmadan bir dəfə zərbə endirdikdə huşunu itirmiş və yerə yıxılmış, Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə təpik zərbələr endirib sonuncuya yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3cü və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirsiz bilərək göstərdi ki, o, tikilməkdə olan binalarda usta kimi işləmişdir. Cavanşir ilə 30 il olar ki, münasibəti vardır. 19 yanvar 2022-ci il tarixdə tanışı İlkin ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkdakı adını bilmədiyi kafedə digər tanışları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşmişlər. Əli adlı şəxs də onların yanında olmuşdur. Azər söhbət əsnasında bildirmişdir ki, Suraxanı rayonunda yerləşən vəkil Bürosunda vəkil Eldar Əliyarovla müqavilə bağlamış və sonuncuya görə banka 800 manat pul ödəmişdir. Lakin, vəkil Eldar müəllim Bakı Apellyasiya Məhkəməsində işi uduzduğundan sonuncudan verdiyi pulunu geri almaq istəyir. Cavanşir Azərə demişdir ki, vəkillə müqavilə bağlamısan və vəkil əziyyət çəkmişdir. Həmçinin Cavanşir vəkilin həmin pulu geri qaytarmayacağını demişdir. Azər bildirmişdir ki, vəkildən pulunu almalıdır. Azər təklif etmişdir ki, vəkildən pulunu aldıqdan sonra kafedə qonaqlıq verəcəkdir. Bundan sonra Əli çıxıb getmişdir. Onlar tanımadığı taksi ilə Suraxanı rayonunda yerləşən 9 saylı Vəkil Bürosuna gəlmişlər. Büroda Azər, vəkil Eldar müəllim ilə söhbət edib pulunu istəmişdir. Həmin vaxt orada İlkin, Cavanşir və o, olmuşdur. Vəkil Eldar müəllim onu və İlkini otağından küçəyə çıxarmışdır. Azər və Cavanşir isə orada qalmışdır. Bir qədər sonra həmin şəxslər də küçəyə çıxmışlar. Azər onları yemək yemək üçün yaxınlıqda olan kafeyə dəvət etmişdir. Onlar həmin kafedə əyləşib yemək yemiş və bir litr spirtli içki araq içmişlər. Hamısı içkinin təsirindən sərxoş olmuşlar. Sonra kafedə işləyən adını bilmədiyi şəxs onlara bildirmişdir ki, yediyi yeməyin hesabı 40 manat etmişdir. Həmin vaxt heç birinin üzərində hesabı ödəməyə pul olmamışdır. Ona görə də Azər şəxsiyyət vəsiqəsini kafedə saxlamışdır ki, sonra gəlib hesabı ödəyəcək. Azər kafedə qalmış, Cavanşir və İlkin isə kafedən çıxmışlar. O, spirtli içki qəbul etdiyindən tammailə sərxoş vəziyyətdə olmuşdur. Sonra görmüşdür ki, İlkin və Cavanşir yoxdur. Azərə demişdir ki, getsin onlara baş çəksin. Bir qədər keçəndən sonra Azər də geri gəlməmişdir. Kafedən çıxmış və görmüşdür ki, təcili tibbi yardım avtomobili gəlmiş, Cavanşiri avtomobilin içərisinə qoymuşlar. Dərhal Cavanşirə yaxınlaşmış, sonuncudan kim tərəfindən döyüldüyünü soruşmuşdur. Lakin həmin vaxt Cavanşir özündə olmamış, Cavanşirin sifəti qan içində olmuşdur. Sonra Cavanşiri həkimlər xəstəxanaya aparmışlar. Orada isə Azər və İlkin olmuşdur. Sonra Azər çıxıb getmiş, İlkin ilə avtobusa əyləşib oradan getmişlər. Sərxoş olduğu üçün avtobusda yatmışdır. Yuxudan ayıldıqda İlkinin yanında olmadığını görmüşdür. Səhəri günü İlkin ilə əlaqə saxlamış və soruşmuşdur ki, dünən nə üçün dalaşmışdır. İlkin ona demişdir ki, Cavanşir onu söyərək təhqir etdiyindən sonuncunu vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmadığını, sonuncunun ifadəsinin yalan olduğunu bildirmiş, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi özünü tam təqsirli, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirsiz bilərək göstərdi ki, o, tikilməkdə olan binalarda fəhlə işləmişdir. Cavanşir ilə iki il olar ki, münasibəti vardır. 19 yanvar 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs1 zəng edib onunla birlikdə Cavanşir ilə görüşməyə getməyi təklif etmişdir. Arif ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkdakı adını bilmədiyi kafedə digər tanışları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşmişlər. Əli adlı şəxs də yanlarında olmuşdur. Azər söhbət əsnasında bildirmişdir ki, Suraxanı rayonunda yerləşən vəkil Bürosunda vəkil Eldar Əliyarovla müqavilə bağlamış və sonuncuya görə də banka 800 manat pul ödəmişdir. Lakin vəkil Eldar müəllim Bakı Apellyasiya Məhkəməsində işi uduzduğundan sonuncudan verdiyi pulunu geri almaq istəyir. Cavanşir Azərə bildirmişdir ki, vəkillə müqavilə bağlamısan, vəkil əziyyət çəkmiş və həmin pulu geri qaytarmayacaqdır. Azər bildirmişdir ki, vəkildən pulunu almalıdır. Cavanşir isə təklif etmişdir ki, vəkildən pulunu aldıqdan sonra kafedə oturub qonaqlıq verəcəkdir, sonra Əli çıxıb getmişdir. Tanımadığı taksi ilə Suraxanı rayonunda yerləşən 9 saylı Vəkil Bürosuna gəlmişlər. Azər vəkil Eldar müəllim ilə söhbət edib pulunu istəmişdir. Həmin vaxt orada Arif, Cavanşir və o olmuşdur. Vəkil Eldar müəllim onu və Arifi otağından çıxarmışdır. Azər və Cavanşir isə orada qalmışlar. Bir qədər sonra onlarda bürodan çıxmışlar. Cavanşir onları yemək yemək üçün yaxınlıqda olan kafeyə dəvət etmişdir. Onlar həmin kafedə oturub yemək yemiş və bir litr spirtli içki araq içmişlər. Hamısı içkinin təsirindən sərxoş olmuşdur. Sonra kafedə işləyən adını bilmədiyi şəxs onlara bildirmişdir ki, yediyi yeməyin hesabı 40 manat edir. Həmin vaxt heç birinin üzərində hesabı ödəməyə pulu olmamışdır. Ona görə də Cavanşirə demişdir ki, “əgər pulun yoxdursa, nə üçün bizi qonaqlığa dəvət etdin”. Cavanşir sərxoş olmuş və ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Cavanşirə demişdir ki, ünvanına nalayiq ifadələr deməsin. Hesabı o, yox, kafenin sahibi istəyir. Bu zaman Cavanşir adını bilmədiyi kafenin sahibinə və onun ünvanına yenidən nalayiq ifadələr deməyə başlamışdır. Cavanşirin ünvanına nalayiq sözlər deməyindən əsəbləşib kafenin içərisində iki dəfə yumruqla sonuncunun sifətinə vurmuşdur. Həmin vaxt yanında, Azər, Cavanşir və Arif olmuşdur. Cavanşiri vurduqdan sonra sonuncu yerə yıxılmışdır. Bundan sonra kafedən çıxıb getmişdir. Zərərçəkmiş şəxs ifadəsində barəsində göstərdikləri yalandır, sonuncunu beşbarmaq ilə deyil, kafenin içərisində iki dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs1 şüşə butulka ilə Zərərçəkmiş şəxs başına vurmağını isə görməmişdir. Cavanşir ilə dalaşmaqda məqsədi vəkil pulunun alınması ilə bağlı olmamış, yediyi yeməyin hesabını Cavanşirin ödəməməsi və ünvanına nalayiq ifadələr deməsi olmuşdur. Cavanşiri küçədə deyil, kafenin içərisində vurmuşdur. Vurduqdan sonra özü tək oradan çıxıb getmişdir. Sonda o, Zərərçəkmiş şəxs yumruqla vurduğu üçün əməlindən səmimi peşman olduğunu bildirdi, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3cü və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 09 avqust 2022-ci il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində tikilməkdə olan binalarda usta kimi işləyir. 19 yanvar 2022-ci il tarixdə tanışları Şahid1 və Əli ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkdakı adını bilmədiyi kafedə oturmuşlar. Azər söhbət əsnasında bildirmişdir ki, Suraxanı rayonunda yerləşən vəkil Bürosunda vəkil Eldar Əliyarovla müqavilə bağlamış və ona görə də banka 800 manat pul ödəmişdir. Lakin vəkil Eldar müəllim Bakı Appelyasiya Məhkəməsində işi uduzduğundan sonuncudan verdiyi pulunu geri almaq istəmişdir. Azərə bildirmişdir ki, vəkillə müqavilə bağlayıb, vəkil əziyyət çəkmiş və həmin pulu sənə geri qaytarmayacaqdır. Bir qədər sonra tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların yanına gəlmişlər. Azər, Arif və İlkinə də bildirmişlər ki, vəkildən pulunu almalıdır. Həmçinin Azər təklif etmişdir ki, vəkildən pulunu aldıqdan sonra kafedə oturub qonaqlıq verəcəkdir. Bundan sonra Əli çıxıb getmişdir. Onlar da tanımadığı taksi ilə Suraxanı rayonunda yerləşən 9 saylı Vəkil Bürosuna gəlmişlər. Azər vəkil Eldar müəllim ilə söhbət edib pulunu istəmişdir. Həmin vaxt orada İlkin və Arif də olmuşdur. Vəkil Eldar müəllim, İlkin və Arifi otağından bayıra çıxarmışdır. Eldar müəllim izah etmişdir ki, işlə bağlı əziyyət çəkmişdir. Sonra onlar da oradan çıxmışlar. Azər onları yemək yemək üçün yaxınlıqda olan kafeyə dəvət etmişdir. Onlar həmin kafedə oturub yemək yemiş və bir litr spirtli içki araq içmişlər. Sonra kafedə işləyən adını bilmədiyi şəxs onlara bildirmişdir ki, yediyi yeməyin hesabı 40 manat edir. Həmin vaxt heç birinin üzərində hesabı ödəməyə pul olmamışdır. Ona görə də Azər şəxsiyyət vəsiqəsini kafedə saxlamışdır ki, sonra gəlib hesabı ödəyəcək. Onlar hamısı kafedən çıxıb Vəkil Bürosunun qarşı tərəfində yerləşən avtobus dayanacağına getmişlər. Sonra Arif və İlkin ondan nə üçün Eldar müəllimdən pulu almağa imkan vermədiyini soruşmuşlar. O, sonunculara demişdir ki, Eldar müəllim pul verməyəcək və yalandan gəlmişlər. Bu zaman Arif paltarının qarşı hissəsindən sinə nahiyəsindən tutmuş və ona işlərini həll etməyə imkan vermədiyini, əks halda özlərini pulu ala biləcəklərini demişdir. Həmin vaxt İlkin əlində olan “beşmarmaq” adlandırılan dəmir alətlə sifətinin sol tərəfinə üç dəfə zərbə endirmişdir. İlkin zərbə vurduqdan sonra arxa tərəfdən Arifin də əlindəki şüşə butulka ilə başına vurmasını görmüşdür. Sonra huşunu itirmiş və yerə yıxılmışdır. Özünə gələndə görmüşdür ki, xəstəxanadadır. Bundan sonra Arifin özü ilə onu nə üçün vurması ilə bağlı söhbət etmişdir. Söhbət edən zaman Arif ağlayaraq üzr istəmiş və bağışlamağını xahiş etmişdir. Arif bildirmişdir ki, həmin vaxt sərxoş olduğundan vurmuşdur. Arif demişdir ki, yalnız bir dəfə butulka ilə başına vurmuşdur. Huşunu itirib yerə yıxıldıqdan sonra isə İlkin yerdə olmağından istifadə edərək bir neçə dəfə təpiklə vurmuşdur. Arif bildirmişdir ki, həmin vaxt elə bilmişlər ki, artıq ölmüş, ona görə də orada qoyaraq qaçıb getmişlər. Kafeyə olan borcu da oğlu Şirxan gedib ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində olmuşdur. Təqsirləndirilən şəxs2 üç dəfə əlindəki dəmir barmaqlıqla sifətinin, Təqsirləndirilən şəxs1 isə əlindəki şüşə butulka ilə bir dəfə başının arxa hissəsindən zərbə vuraraq xəsarət yetirmişlər. Yerə yıxıldıqdan sonra da İlkin sayını xatırlamadığı qədər bədəninin müxtəlif yerlərinə təpiklər vurmuşdur. Hadisə zamanı yanında Azər, İlkin və Arif olmuşdur. Hadisə 5-6 dəqiqə davam etmişdir. Sonda o, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmənin 09 avqust 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə tanışları Cavanşir və Əli ilə birlikdə Bakı şəhərində Nərimanov rayonunda yerləşən parkdakı kafedə əyləşmişlər. Söhbət əsnasında bildirmişdir ki, Suraxanı rayonunda yerləşən vəkil Bürosunda vəkil Eldar Əliyarovla müqavilə bağlamış və ona görə də banka 800 manat pul ödəmişdir. Lakin vəkil Eldar müəllim Bakı Apellyasiya Məhkəməsində işini uduzduğundan sonuncuya verdiyi pulunu geri almaq istəyir. Cavanşir isə bildirmişdir ki, vəkil ilə müqavilə bağlamısan, vəkil əziyyət çəkmiş və həmin pulu geri qaytarmayacaqdır. Bir qədərdən sonra tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanlarına gəlmişlər. Arif və İlkinə də bildirmişdir ki, vəkildən pulunu almalıdır. Həmçinin təklif etmişdir ki, vəkildən pulunu aldıqdan sonra kafedə əyləşib qonaqlıq verəcək, sonra Əli çıxıb getmişdir. Tanımadığı taksi ilə Suraxanı rayonunda yerləşən 9 saylı Vəkil Bürosuna gəlmişlər. Eldar müəllim ilə söhbət edib pulunu istəmişdir. Eldar müəllim İlkin və Arifi otağından bayıra çıxarmışdır. Eldar müəllim izah etmişdir ki, işlə bağlı əziyyət çəkmişdir. Bundan sonra onlarda otaqdan çıxmışdır. Sonra həmin şəxsləri yemək yemək üçün yaxınlıqda olan kafeyə dəvət etmişdir. Həmin kafedə əyləşib yemək yemişlər və bir litr spirtli içki araq içmişlər. Kafedə işləyən adını bilmədiyi şəxs onlara bildirmişdir ki, yediyi yeməyin hesabı 40 manat edir. Həmin vaxt heç birinin üzərində hesabı ödəməyə pul olmamışdır. Ona görə də şəxsiyyət vəsiqəsini kafedə saxlamışdır ki, sonra gəlib hesabı ödəyər. Hamısı kafedən çıxıb Vəkil Bürosunun qarşı tərəfində yerləşən avtobus dayanacağına getmişlər. Sonra Arif və İlkin Cavanşirə nə üçün Eldar müəllimdən pulu almağa imkan vermədiyini soruşmuşdur. Cavanşir isə bildirmişdir ki, Eldar müəllim pul verməyəcək və sonuncunun yanma yalandan gəlmişlər. Bu zaman Arif Cavanşirin paltarının sinə hissəsindən əlləri ilə tutmuş və sonuncuya imkan versəydi pulu özlərini ala biləcəklərini demişdir. Həmin vaxt İlkin “beşmarmaq” adlanan dəmir alətlə Cavanşirin sifətinin sol tərəfinə bir neçə dəfə zərbə endirmişdir. İlkin zərbə vurduqdan sonra Arif də arxa tərəfdən əlindəki şüşə butulka ilə Cavanşirin başına vurmuşdur. Sonra Cavanşir huşunu itirmiş və yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra İlkin bir neçə dəfə təpiklə Cavanşirə zərbələr vurmuşdur. Sonra Arif və İlkin oradan qaçmağa başlamışlar. Onlar elə zənn etmişlər ki, Cavanşir ölmüşdür. Həmin şəxslərin arxasıyca qışqıraraq Cavanşiri xəstəxanaya aparmalı olduqlarını demişdir. Lakin, İlkin və Arif qaçıb getmişlər. Yoldan keçən tanımadığı şəxs təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Sonra təcili tibbi yardım avtomobili gəlib Cavanşiri xəstəxanaya aparmışdır. Bundan sonra öz yaşadığı evinə getmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində baş vermiş, bu zaman yanında Cavanşir, İlkin, Arif və yoldan keçən tanımadığı şəxslər olmuşdur. Məhkəmənin 04 oktyabr 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən “Dadlı” kafesini üç ildir ki, icarə əsasında işlədir. Şahid1 1 ildir ki, tanıyır. Azər işlətdiyi kafeyə müştəri kimi mütəmadi olaraq gəlib-getmişdir. 19 yanvar 2022-ci il tarixdə işlətdiyi kafeyə Şahid1, onunla birlikdə adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlmişlər. Həmin şəxslər kafedə otaqda əyləşib yemək və araq sifariş etmişlər. Həmin şəxslərin hamısı icarə əsasında işlətdiyi kafeyə gəlməmişdən əvvəl sərxoş olmuşlar. Adlarını qeyd etdiyi şəxslər yemək yeyib spirtli içki içdikdən sonra onlara hesablarının 40 manat olmasını bildirmişdir. Bu zaman görmüşdür ki, onların heç biri hesabı ödəmək fikrində deyillər. Sonra Azər yaxınlaşıb bildirmişdir ki, heç birinin üzərində pul yoxdur, hesabı sonra gəlib verərlər. Azər daimi müştəri olduğundan sonuncu ilə razılaşmışdır. Sonra onlar kafedən çıxıb getmişlər. Sonra 40 manat borc ödənilmişdir. Kafenin içərisində heç bir mübahisə olmamış və Zərərçəkmiş şəxs orada döyülməmişdir, hadisədən əvvəl onların hamısı birlikdə kafedən çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi vəsatəti əsasında şahid qismində tanınaraq dindirilmiş X10 11 saylı Bölməsinin həkimi X4 15 fevral 2023-cü il tarixdə məhkəməyə verdiyi ifadəsindən göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə verilmiş çağırış üzrə Bakı şəhər, Suraxanı rayon ərazisində, 9 saylı Vəkil Bürosunun yaxınlığında yerləşən avtobuş dayancağında 10 metr məsafədə üzü üstə bir nəfər şəxsin uzandığını görmüş, sonuncunun ənsə nahiyəsindən zərbə aldığını müəyyən etmişdir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması keçirilərək 19 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyü yeri göstərmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X12 25 yanvar 2022-ci il tarixli 93 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətləryüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü- özünə yetirməsi nəticəsində yarana bilməsi inkar olunur. İş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X12 16 may 2022-ci il tarixli 06/93 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması ilə müşaiyət olunmuş sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması və burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1 və 335.1-ci maddələri ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Baki Şəhər Təcili X8 Yardim Stansiyasi” X11 məkhkəmənin sorğusuna əsasən verdiyi 28 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:55-də “103” xidmətinə Suraxanı rayonu, X10 11 saylı bölməsinin yaxınlığı ünvanından Zərərçəkmiş şəxs (60 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkimi Dilruba Həsənova icra edərək, xəstə Zərərçəkmiş şəxs (60 yaş) “Qapalı kəllə beyin travması. Ənsə nahiyyəsinin əzilmiş yarası” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və 3 saylı Şəhər Kliniki Xəstəxanasına hospitalizasiya etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs ümumiyyətlə heç bir halda vurmamasına dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirsiz bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, cinayət işinin məhkəmə araşdırması zamanı həm Təqsirləndirilən şəxs1 özünün, həmçinin digər təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı sərxoş olmuşdur. Bu hal özlüyündə sonuncunun hadisələri düzgün dərk edib qavrama və ifadə etmə imkanını istisna etmişdir, ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında vermiş olduğu ifadəsinə sübut növü kimi istinad edə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vurması, “beşbarmaq”dan istifadə etməməsi, hadisənin küçədə deyil, kafedə baş verməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi münasibətlər zəmnində tanışları Zərərçəkmiş şəxs onların işlərinə maneə olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs2 əlində olan “beşmarmaq” adlandırılan dəmir alətlə sifətinin sol tərəfinə üç dəfə zərbə endirmiş, o isə əlindəki şüşə butulkanı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs başınadan bir dəfə zərbə endirdikdə sonuncu huşunu itirmiş və yerə yıxılmış, Təqsirləndirilən şəxs2 isə xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə təpik zərbələr endirib sonuncuya yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, yaşını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 oğlu X6 Azərbaycan Respublikası Prezidentinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsini məhkəmə sonuncunun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 may 2022-ci il tarixli protokoldan, ünvan 2 2022-ci il tarixli, 1(010)-291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarından, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 14 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Suraxanı RPİ-nin MSY-ə təhvil verilmiş, şübhəli şəxs qismində tutulmuş, 16 may 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham elan edilmiş, ünvan 2 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 14 may 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 may 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 may 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-309/2022 saylı, 21 may 2022-ci il tarixli, 1(010)-291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarından Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Suraxanı RPİ-nin MSY-ə təhvil verilmiş, ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-309/2022 saylı, 21 may 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 may 2022-ci il tarixdən hesablanmaqla 01 ay 18 gün ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-291/2022 saylı, 30 iyun 2022-ci il il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 may 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X5, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 26 (iyirmi altı) saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 26 (iyirmi altı) saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 14 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 20 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 26 (iyirmi altı) saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 26 (iyirmi altı) saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar