Məhkəmə qərarları › İş №1(010)-42/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-42/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-42/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi X4 mülkiyyətində olan “Lexus LX450” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 40-50 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, E.Bəkirli küçəsi ilə Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq yəni, 1.1- 1.3 üfüqi nişanlama xətlərini kəsib keçməməli, avtomobili hərəkət zolağına daxil etməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməmiş, yolun əks hərəkət zolağına keçməklə qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq Zərərçəkmiş şəxs sol kürək və sağ əlin İ daraq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol dirsək oynağında bağların zədələnməsi ilə müşayiət olunan sol dirsək oynağının sıyrığı, başın sol gicgah nahiyəsinin, sol saidin və hər iki diz oynaği nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “BC” kategoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi arvadı X4 mülkiyyətində olan “Lexus LX 450” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-50 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sağa doğru döngəli olduğu yerə çatdıqda onun hərəkət zolağına hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin çıxaraq ötmə manevri etdiyini görmüş, o, baş verə biləcək hadisənin qarşısını almaq üçün tədbir görmək istəmişdir. Əvvəlcə sükanı yolun sağına doğru döndərib yol kənarına çıxmaq istəsə də, yol kənarında səkinin və daş hasarın olduğunu gördüyü üçün hadisədən yayınmaqdan ötrü avtomobili yolun sol kənarında olan boşluq torpaq sahəsinə çıxarmaq üçün sükanı sola doğru döndərmişdir. Bu vaxtı qarşı hərəkət zolağında “Mitsubishi Pajero” markalı avtomobilin hərəkətdə olduğunu görmüş və onunla toqquşmamaq üçün sükanı yenidən sağa döndərib öz yoluna qayıtmaq istədikdə həmin vaxtı hava yamğurlu, aslaft isə sürüşkən olduğundan avtomobil düzünə yəni, yolun sol kənarı istiqamətində sürüşməyə başlamışdır. O, tormoz verib avtomobili tam dayandırmaq istəsə də, yer yaş olduğundan avtomobil sürüşmüş və avtomobilinin ön hissəsi adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və qabaq sağ hissəsi ilə toqquşmüşdür. Zərbənin təsirindən burnu açılmış təhlükəsizlik şarına dəyərək sınmışdır. Zərərçəkmiş şəxs yaxınlaşaraq onu avtomobildən düşürmüşdür. Bir qədər sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmuş, təcili tibbi yardım avtomobili ilə 3 saylı ŞKX-na aparılmışlar. Həkim müayinəsindən keçdikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı müvafiq yoxlamadan da keçirilmişdir. O, hadisədən əvvəl avtomobili təxminən 40-50 km/saat sürətlə hərəkət etdirmiş, avtomobili həmin vaxtı saz vəziyyətdə olmuş, avtomobili idarə edərkən yol şəraiti nəzarəti altında olmuş, hadisə baş verən anda hər hansı amil onun yol şəraitinə nəzarət etməsinə mane olmamış, lakin həmin vaxtı hava yağmurlu, yol yaş vəziyyətdə olduğundan asfalt sürüşkən olmuş, tormoz verib avtomobilin sükanını sağa doğru döndərib hadisədən yayınmaq istəsə də, yer yaş olduğundan avtomobil düzünə sürüşmüş, bu zaman, o, idarəetməni itirdiyi üçün hadisənin qarşısını ala bilməmiş, həmin vaxtı salonda və yük bölümündə hər hansı bir yük olmamış, avtomobildə tək olmuşdur. Sonda, Qarabağ müharibəsinin iştirakçısı olduğunu, qazi olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödədiyini və onunla barışdığını nəzərə alınmaqla, cinayət işi üzrə icraata üzrə icraata xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus “Mitsubishi Pajero” markalı 90- ВХ-588 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 30-35 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə Əmircan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sola doğru döngəli olduğu yerə çatmasına təxminən 8-10 metr məsafə qaldığı vaxt əks istiqamətdə hərəkətdə olan sürücüsünün adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus LX 450” markalı **- CV-*** dövlət qeydiyyat nişanlı-avtomobilin yolun döngəli hissəsindən çıxdığını, havanın yağmurlu və yerin yaş vəziyyətdə olması səbəbindən idarəetməni itirib onun hərəkət zolağına keçdiyini görmüş, həmin vaxtı dərhal tormoz əyləcini sıxıb avtomobili sağa döndərib, avtomobilin ön hissəsini yolun hərəkət hissəsindən çıxarıb torpaq hissəyə keçərək baş verə biləcək toqquşma hadisəsinin qarşısını almağa çalışsa da, digər avtomobilin sürücüsü idarəetməni itirdiyindən, avtomobilin sükanını sola doğru döndərib hadisədən yayınmağa çalışsa da, havanın yağmurlu və asfaltın yaş vəziyyətdə olması səbəbindən digər avtomobil sürüşərək ön hissəsi ilə onun avtomobilinin ön təkərlərinin yol kənarında, arxa təkərlərinin isə asfaltın üstündə olan vəziyyətdə avtomobilinin qabaq ön və sol yan tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən onun avtomobilinin qabaq hissəsi sağ tərəfə doğru yerini dəyişmiş, digər avtomobil isə zərbənin təsirindən onun avtomobilindən bir qədər kənara yerini dəyişmişdir. Avtomobili idarə etməyə başlamazdan əvvəl o, təhlükəsizlik kəmərindən istifadə etməsinə baxmayaraq hadisə nəticəsində bədəninin sol yan hissəsi avtomobilin qapısına, sağ əli isə sürətlər panelinə çırpılmış, sağ əlin birinci barmağının və sol kürək sümükləri sınmış, sol dirsək oynağı bağları qırılmış, sol dirsəyin alt hissəsində deşilmiş-didilmiş yaralar, dizlərində isə sıyrıqlar yaranmışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə digər sürücü Təqsirləndirilən şəxsla 3 saylı ŞKX-na aparılmışdır. Həkim tərəfindən müayinə olunduqda hazırda qeyd olunan bədən xəsarətləri almaması ona bildirilmişdir. Hadisədən bir neçə gün sonra o, avtomobilinə dəymiş ziyanla bağlı qiymət müəyyən etmək üçün avtomobil təmiri ilə məşğul olan "xxxx" Kiçik Müəssisənə müraciət etmişdir. Həmin müəssisənin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərək təxmini olaraq hadisə nəticəsində ona 15045 manat məbləğində ziyan dəydiyini müəyyən edilmiş, bununla bağlı ona ziyan aktı təqdim edilmişdir. Qeyd olunan aktda avtomobilin zədələnmiş detalların qiyməti ikinci əl olaraq yəni, istismar olunmuş qiymətlərlə hesablanmış və bu qiymətlərə təmir zamanı müəyyən edilə biləcək zədələnmiş ehtiyat hissələrinin qiymətləri daxil edilməmişdir. Bundan başqa yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətləri ilə bağlı cərahiyyə əmliyyatı keçirmiş, hər iki qolları gipsdə olmuş, müalicə ilə bağlı 5000 manat pul xərcləmiş, müalicədə olduğu müddət ərzində əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün bununla bağlı ona 5000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə 25045 manat maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs ziyanla bağlı hazırki vaxtadək ona heç bir ödəniş etməmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışmış olduğunu, ona qarşı qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Cinayət işinin 1-ci cildinin 40-41-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Suraxanı rayon şöbəsinin məhkəmə-tibbi eksperti Ariz Quliyev tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 1084 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol kürək və sağ əlin İ daraq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol dirsək oynağında bağların zədələnməsi ilə müşayiət olunan sol dirsək oynağının sıyrığı, başın sol gicgah nahiyəsinin, sol saidin və hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 66-67-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Təhmasib Bağırov tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli 8/3432 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Lexus LX450” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-ci maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan cinayət işində olan 1/4903 nömrəli xx.xx.2022-ci il tarixli (saat 20:09) Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Cinayət işinin 1-ci cildinin 81-82-ci vərəqlərində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarilxi, 9/899*3 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, avtobazarlarında və internet saytlarında (Turbo. Az.) mövcud olan qiymətlərə əsasən ekspert baxışına təqdim edilmiş 2007-ci il buraxılışlı, ağ rəngli “Mitsubishi Pajero” markalı, universal tipli, dəri oturacaqlı, dizel yanacaqla işləyən, mühərrik həcmi 32 003 sm olan (** BX *** dövlət qeydiyyat nişanlı), normal vəziyyətdə saxlanılmış, yəni təyinatı üzrə istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki) orta bazar qiyməti təxminən 30000,00 manat, likvid qiyməti isə təxminən 27000,00 (30000m - 10%) manat müəyyən olunur. Cinayət işinin materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, “Misubishi Pajero” markalı,-** BX *** dövlət qeydiyyat nişan əqliyyat vasitəsi Şirkətdə “X1 Mülki Məsuliyyətinin İcbari sığortas 'övü üzrə sığortalanmış, PDS********** saylı müqavilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023- il tarixinədək qüvvədə olmuşdur. Müqavilə qüvvədə olduğu müddət ərzində xx.xx.2022-cı il a'ixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qanunvericiliyə əsasən tələb olunan sənədlər (X1 mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış) təqdim olunmadığından hər hansı sığorta ödənişi həyata - keçirilməmişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində “Misubishi Pajero" markalı, ** BX *** dövlət nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı tərəfimizdən 6225 (altı min iki yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunduğu kimi müvafiq tələb olunan sənədlər təqdim olunduğu təqdirdə sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır. Cinayət işinin materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 06 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mitsubishi Paiero markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5.000,00 (beş min) manat sığorta məbləğininin ödənilməsi nəzərdə tutulmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı ödəniş edilməmişdir. Qeyd olunan avtonqəliyyat vasitəsinin mülki məsuliyyət hadisə tarixində icbari qaydada "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş mülki iddiadan görünür ki, mülki cavabdeh 1(010)-388/2023 nömrəli cinayət işi üzrə AR CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq avtomobilə dəymiş 15045 (on beş min qırx beş) manat zərərin, əməliyyat və müalicə ilə bağlı xərclədiyi 5000 (beş min) manatın, mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manatın, vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi 490 (dörd yüz doxsan) manatın, ümumilikdə 25,535 (iyirmi beş min beş yüz otuz beş) manat məbləğində pulun və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun tutularaq ona Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış olduğunu, ona qarşı qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona qarşı heç bir şikayət və tələb olmadığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, zərərçəkmiş şəxslə barışığını əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar