Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-42/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Əziz» adlı şəxslə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına hasarın üzərindən aşmaqla həyətə qanunsuz daxil olaraq yaşayış sahəsinin plastik pəncərəsini dəmir parçası ilə sındırıb açmaqla mənzilin yataq otağında olan çarpayının üzərində olan döşəyin alt hissəsindən 2000 manat pulu, paltar dolabından isə ümümi dəyəri 2600 manat olan rusiya istehsalı 01 ədəd qızıl sepi, 01 ədəd üzərində qaş olan qızıl klonu, 02 cüt qızıl sırğanı, 01 ədəd qızıl bilərziyi və 01 dəst qızıl sırğa üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümümilikdə 4600 (dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarını bilmədiyi Əziz adlı şəxs yaşadığı ünvanda qonşuluqda yaşamış, üzun illərdi biri birlərini tanımışlar. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Əziz onun mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmiş və idarə etdiyi **-PS-*** dövlət qeydiyyat nişanlı, “Xəzər Lada” markalı avtomobillə yaşadığı ünvanın qarşısına gəlmişdir. O, Əzizin avtomobilinə əyləşmiş və Əziz avtomobili hərəkətə gətirmişdir.Yolda söhbət edən zaman Əziz ona sərfəli bir iş olduğunu və kartı pul qazana biləcəklərini təklif etmişdir. O, həmin işin nədən ibarət olduğunu bildirdikdə Əziz qonşuluqda yaşayan Eldəniz adlı şəxsin hazırda evdə olmadığını, onun mənzilindən oğurluq edə biləcəklərimi söyləmişdir.O, əvvəllər mənzildən oğurluq etmədiyi üçün ilk əvvəl təklifi rədd etsə də, sonradan maddi sıxıntıda olduğundan Əzizlə razılaşmışdır.Əvvəlcədən razılaşmaya görə onlar mənzilin hasarından digər tərəfə aşaraq daxil olmalı, o, darvazanı gözətləməli olmuşdur ki, gələn olduqda Əzizə xəbər versin, Əziz isə mənzilin pəcərəsini üzərində olan dəmir parçası ilə açmalı və birlikdə mənzilə daxil olmalı olmuşlar. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Əzizin idarə etdiyi avtomobillə həmin ünvana gəlmiş, hər ikisi avtomobildən düşərək ətrafa nəzər yetirib onları kiminsə görməməsinə əmin olduqdan sonra daş hasarı aşaraq mənzilin həyətinə daxil olmuşlar. Həyətdə o,ətrafı göstərləməyə, Əziz isə mənzilin pəncərəsini üzərində olan dəmir parçası ilə zor edib açmağa başlamışdır. Pəncərə açıldıqda hər ikisi mənzilə daxil olaraq ətrafda qızıl və pul axtarmaq üçün hərəkətə keçmiş və əşyaları ətrafa dağitmağa başlamışlar. O, yataq otağında taxtın üzərində olan döşəyin altına baxdıqda orada 2000 (iki min) manat pulun olduğunu aşkar edib götürmüşdür. Bu barədə də Əzizə məlumat vermiş, həmin yataq otağında paltar şkafının içindən isə Əziz dəsmalın arasında nəsə götürmüşdür. Nə olduğunu Əzizdən soruşduqda, qızıl-zinyət əşyalarının olduğunu söyləmişdir. Bundan sonra onlar gəldikləri yolla, yəni pəncərədən çıxaraq mənzili tərk edib, Əzizin idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Bölgüyə əsasən mənzildən oğurluq zamanı döşəyin altından götürdüyü 2000 manat pul ona qalmış, qızıl zinyət əşyalarını isə Əziz götürmüşdür. Bu qaydada da bölüşdürmüş, əldə etdiyi 2000 manat pulu isə o,öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında göstərdi ki, o, özünü təqsirli bilmir. Axşam saat 08.00-da Razində Əkbər marketdə işləyirdi. O, axşam doqquzun yarısı işdə ola-ola deyirlər ki, axşam 11.00-da hadisəni eləmişdir. O, tutulana qədər işləmişdir. Ayın 21-i evə gəlmiş, çörəyini yemiş, həmin gün işdən gəlmişdir. 31-ci PB-nin əməkdaşları daxil olmuş və onu PB-ə gətirib dedilər ki, Əfsun marketin yanında oğurluq olmuşdur. Məhəllə uşağını da gətirdilər ki, guya ki, bir yerdə olmuşlar. Onu o şəxs gətirib aparırdı, onun sürücülük vəsiqəsi də, maşınında yoxdur. Tələb eləmiş və müdirini çağırmışlar, o da dedi ki, bu uşaq işdə olmuşdur. Ona polis Orxan dedi ki, “Əzizin üzünə dur”. Mağaza müdirindən və gündüz vaxtı olan Nemətdən soruşulsa onlarda təsdiqləyər. X8 ayın 21-də marketdə saxlayıblar. Hadisə isə 10 və yaxud 11-də olmuşdur. Həmin mağazada rəsmi işləyir. Həftədə 1 dəfə ya şənbə, ya da bazar günü istirahət edir. 11 fevral da bazar gününə təsadüf edir və günü icazə göürməmiş və işdə olmuşdur. Mağazanın ətrafında 24 saat işləyən kamera vardır. Bundan başqa onun xəsarətləri də olmuş, bu barədə Şüvəlanda onun xəsarətlərini qeydə almışlar. Prokurluğa şikayət də etmiş, lakin nəticəsi barədə məlumatı olmamışdır. Sanksiyada xəsarətlərlə bağlı deməmiş, fərqli ifadə vermiş, çünki təzyiq altında olmuşdur. Müstəntiq Araz ona “boynuna al, yoxsa yaxşı olmacaq” bildirmişdir. Hadisə günü də Əzizin maşını ilə getmiş, səhər 07:30-da onu götürmüş, yoldan özünə siqaret almışdır. Sonda o, qardaşının Qarabağ qazisi olduğunu və xaricdə fəhlə kimi işlədiyini, anasının xəstə olduğunu, ailəsinə baxan yeganə şəxsin məhz özü olduğunu və özünü təqsirli bilmədiyini bildirərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda təxminən 2010-cu il tarixdən ailə üzvləri ilə birlikdə yaşayır. 10 fevral 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən ailə üzvləri, yəni həyat yoldaşı və övladı ilə birlikdə xeyr işlə əlaqədar Yevlax rayonuna getmişdir. Səhəri gün 11 fevral 2024-cü il tarixdə saat təxminən 23:45 radələrində yaşadığı ünvana qayıtmışdır. Həmin vaxt o, çöl darvazanın açıq olmasını, içəri daxil olduqdan isə şahidi olmuşdur. Evə daxil olduqda yataq otağında dolabdan qutunun içərisində çəkisini və əyarını bilmədiyi, ümümi dəyəri təxminən 2600 manat olan rusiya istehsalı 01 ədəd qızıl sepin, 01 ədəd üzərində qaş olan qızıl klonun, 02 cüt qızıl sırğanın, 01 ədəd qızıl bilərziyin və 01 dəst qızıl sırğa üzüyün və yataq otağından taxtın döşəyinin altında olan 2000 manat pulun oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4600 manat maddi zərər dəymişdir. O, ilkin ərizə və izahatında həyəcanlı olduğu üçün pulun miqdarını səhv olaraq 1000 manat göstərmişdir. Sonradan isə müəyyən etmişdir ki, döşəyin altından oğurlanmış pul 1000 manat yox, 2000 manat olmuşdur. Sonda o, şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 7-15-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tanışı «Əziz» adlı şəxslə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına hasarın üzərindən aşmaqla həyətə qanunsuz daxil olaraq yaşayış sahəsinin plastik pəncərəsini dəmir parçası ilə sındırıb açmaqla mənzilin yataq otağında olan çarpayının üzərində olan döşəyin alt hissəsindən pulu, paltar dolabından isə olan rusiya istehsalı 01 ədəd qızıl sepi, 01 ədəd üzərində qaş olan qızıl klonu, 02 cüt qızıl sırğanı, 01 ədəd qızıl bilərziyi və 01 dəst qızıl sırğa üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 44-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-74-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-64/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 21 fevral 2024-cü il tarixindən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Həmin qərara əsasən Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclasında verdiyi izahatında əməlin törətməsini etiraf etmiş və törətmiş olduğu əmələ görə səmimi peşman olduğunu bildirmişdir. Cinayət işinin 25-32-ci vərəqlərində olan “ifadənin hadisə yerində yoxlanılması barədə” 26 fevral 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Cinayət işinin 81-87-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-158/2023 saylı, 06 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 15-17 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən yəni, 13 fevral 2023-cü il tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 88-89-cu vərəqlərində olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay, 28 gün müddətinə müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Suraxanı RPİnin xx.xx.2024-cü il tarixli 3-13-54/2-3436/2024 nömrəli məktubu vasitəsilə 11,02.2024-cü il tarixdə ünvan 6 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 12 ədəd daktiloskopik lent xx.xx.2024-cü il tarixdə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuşdur. Tədqiqat zamanı 12 ədəd daktiloskopik lent üzərində 10 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi müəyyən edilmişdir. Həmin əl izləri KTİ-nin avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs (açar monitorun üzərindən götürülmüş) sağ əlinin çeçelə barmağı ilə eynilik təşkil etmiş və nəticələrinə dair məlumat xx.xx.2024-cü il tarixli 3-13-11/2-2019/2024 nəmrəli məktubla Suraxanı RPİ-nə göndərilmişdir. Daktiloskopik tədqiqata daxil olmuş 11 ədəd əl izlərindən yerdə qalan 09 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi avtomatlaşdırılmış eyniləşdirmə sistemində olan şəxslərin əl əksləri ilə eynilik təşkil etmir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməli ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 158/2023 saylı, 06 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 15-17 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən yəni, 13 fevral 2023-cü il tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-158/2023 saylı, 06 aprel 2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş əsas cəzanı çəkmiş və cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-158/2023 saylı, 06 aprel 2023-cü il tarixli hökmünə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə məhkum edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (müəyyən ediıməmişdir) və ağırlaşdıran halın olmamasını (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyrimi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tu HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-42/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-42/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver