Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-420/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kazımov Rasm Sarı oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin və mülki cavabdehin müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs və mülki iddiaçının müdafiəçisi və nümayəndəsi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, 04 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942 В saylı məhəllədə yerləşən avtomobillərin texniki xidmət obyektinin yararsız hala düşmüş dəmir konstruksiyasını daş ilə əvəz edəcəyi barədə yalan vədlər verərək 15 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942 В ünvanında Zərərçəkmiş şəxs 850 manat ekvivalentində olan 500 ABŞ dolları və həmin tarixdə tanışı Şahid1 vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qsəbəsində yerləşən “Fayton” restoranında Zərərçəkmiş şəxs 150 manat, 19 avqust 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Fayton” restoranında Zərərçəkmiş şəxs 1200 manat, 21 avqust 2020-ci il tarixdə Şahid1 vasitəsilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942 В ünvanında Zərərçəkmiş şəxs 800 manat, 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942 В ünvanında Zərərçəkmiş şəxs 1000 manat və 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Fayton” restoranında Zərərçəkmiş şəxs 300 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 4300 (dörd min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs X2 qarşı mülki iddia verilmiş və icraata götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 1 ildir ki, tanıyır. Şahid1 ona tanışı Zərərçəkmiş şəxs Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektini yenidən daş hasarla tikmək istədiyini demiş və onu Zərərçəkmiş şəxsla tanış etmişdir. Zərərçəkmiş şəxs ona Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 780 nömrəli sərəncamına əsasən Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektinin quraşdırılmasına icazə verilməsi və xx.xx.2019cu il tarixdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədini təqdim etmişdir. O isə Zərərçəkmiş şəxs onun sənədlərinin qaydasında olduğunu və icra hakimiyyətinə ərizə ilə müraciət etməsini və onların birlikdə tikintiyə başlamasını demişdir. Onlar Etibarla həmin qarajın tikilib ona təhvil verilməsi üçün 10.000 manata razılaşmışlar və Etibar ona ilkin olaraq 2020-ci ilin avqsut ayında beh kimi 700 ABŞ dollarını Binəqədi rayonu ərazisində yerləşən ofisində, daha sonra isə həmin gündən təxminən 20 gün sonra 300 manat pulu Xətai rayonu ərazisində işləyəcəkləri qarajın yanında vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, icra hakimiyyəti tikintiyə icazə verməmişdir. O, bu barədə maraqlandıqda bildirmişlər ki, qarajın içərisində ağac olduğu üçün orada tikinti aparıla bilməz. Bundan sonra o, təxminən Etibarı 1-2 ay gözləmişdir ki, tikintiyə icazə alsın. Daha sonra isə respublikada baş vermiş pandemiya ilə əlaqədar işlər dayandırılmışdır. Bir müddət keçmiş və onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər və orada ona məlum olmuşdur ki, həmin vaxtlar sürücüsü Çingiz Etibardan onun adı ilə pul almışdır. Ona görə də, Etibar ona ümumilikdə 4300 manat pul verdiyini demişdir. O, Zərərçəkmiş şəxs onun üçün dəmir kostruksiyalı qarajın yerində daşdan qaraj tikmək üçün 700 ABŞ dolları, 10 manat və 300 manat pul almış, yəni ümumilkdə 1500 manat pul almışdır. O, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə borcdan 800 manat qaytarmış və mülki iddiada göstərilən qalan məbləği də qaytarmağa söz verir. O, etdiyi əməldən peşmandır və məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 780 nömrəli sərəncamına əsasən Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektinin quraşdırılmasma icazə verilmişdir. xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ancaq müəyyən müddət sonra dəmir konstruksiyah avtomobillərin texniki xidmət obyekti yararsız hala düşmüşdür. O, müxtəlif icra orqanlarına məktubla müraciət edərək dəmir konstruksiyanı daşla əvəz etmək istədiyini bildirmişdir. Ancaq ona icazə verməmişlər. Şahid1 ona sürücüsü olduğu Təqsirləndirilən şəxs icra orqanlarından sənədlər düzəldə biləcəyini demişdir. 2020-ci ilin avqust ayında o, Şahid1 vasitəsilə Təqsirləndirilən şəxslə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi deyilən yerdə guya Təqsirləndirilən şəxs ofisində görüşmüşdür. Təqsirləndirilən şəxs ona tikinti üçün icazə ala biləcəyini, bunun üçün isə pul lazım olduğunu dedi, o da onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs deməsinə görə ona məxsus olan ofisində 850 manat, yəni 500 ABŞ dolları həmin axşam isə Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942 В saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektində 150 manat məbləğində pul vermişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq 1200 (min iki yüz) manat məbləğində pul lazım olduğunu demiş və səhəri günü Şahid1 Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektində ondan 1200 (min iki yüz) manat məbləğində pulu götürərək Təqsirləndirilən şəxs aparmışdır. 2 gün sonra Təqsirləndirilən şəxs yenə onunla telefon vasitəsilə əlaqə saxlayaraq 800 (səkkiz yüz) manat məbləğində pul lazım olduğunu demişdir. Səhəri günü Şahid1 Təqsirləndirilən şəxs qaynı İbrahim adlı şəxslə birlikdə gələrək işlədiyi Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiya avtomobillərin texniki xidmət obyektindən 800 (səkkiz yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs vermək üçün ondan götürmüşdür. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Xətai rayonu, General Şıxlinski küçəsindəki 2942-B saylı məhəllədə dəmir konstruksiyalı avtomobillərin texniki xidmət obyektinə bir nəfər şəxs gətirərək Bakı şəhər salma komitəsindən gəlməsini, ölçülər götürməsini demişdir. Elə həmin şəxs də ölçü götürmüş və Təqsirləndirilən şəxs ondan 1000 (min manat) məbləğində pul almışdır. Daha sonra isə Elnurla telefonla danışarkən ona bildirmişdir ki, Fövqaladə Hallar Nazirliyinə 300 manat pul vermək lazımdır ki, tikintiyə icazə verilsin. O da 300 manat pulu Qaraçuxur qəsəbəsində yerləşən Fayton restoranında Elnura Çingiz, İbrahim və tanımadığı şəxsin yanında vermişdir. O, 2020-ci ilin avqust ayından başlayaraq, 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində özünə məxsus damir konstruksiyalı avtomobil təmiri emalatxanasının daşla hörülməsi üçün sənədlərini düzəltmək məqsədi ilə Elnura Rəsulzadə qəsəbəsindəki ofisində Çingizin və İbrahimin yanında 950 manat yəni 700 ABŞ dolları, həmin gün Çingizə 50 manat pulu Elnura çatdırması üçün vermiş, daha sonra 1200 manat pulu işlədiyi sexdə qardaşı İlhamın yanında vermiş, 800 manat pulu Elnura çatdırması üçün işlədiyi sexdə Çingizə vermiş, 1000 manat pulu Elnurə işlədiyi sexdə qardaşı İlhamin yanında vermiş və sonucu dəfə isə 300 manat pulu Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Fayton restoranında Çingizin, İbrahimin və Elnurun dostunun yanında Elnura vermişdir. Elnur ondan təmir emalatxanısının sənədləşdirilməsi üçün 4300 manat pul almışdır. İbtidai istintaq zamanı polis bölməsində ona bu puldan 400 manat qaytarılmış və o bu barədə qəbz imzalamışdır. Bundan başqa ona ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi üçün imzalanmış müqavilə əsasında 6 saylı vəkil bürosuna ödədiyi 220 AZN, məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsi üçün bağlanmış müqavilə əsasında 6 saylı vəkil bürosuna ödədiyi 510 AZN və mülki iddianın verilməsi ilə bağlı ödədiyi 113 AZN dövlət rüsumu ilə ümumilikdə 843 AZN maddi ziyan dəymişdir. O, mülki iddianın təmin olunmasını və təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2008-2009-cu ildən avtomobil təmiri ustası kimi tanıyır və özünə məxsus olan avtomobili dəfələrlə Etibara təmir etdirmişdir. Təxminən 2020-ci ilin yay aylarında "xxxx" MMC-də sürücü işləmiş və boş vaxtlarında idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxtlarda Elnur onun avtomobilinə müştəri kimi oturmuş və söhbət zamanı ona yanında sürücü işləməyi və onun tikinti briqadasında işləyən ustaları evlərinə və işə daşınmasında kömək etməsini və bunun müqabilində ona aylıq əmək haqqı 1000 manat pul vermyi təklif etmişdir. O, Elnurla tam işləməyə başlanmazdan əvvəl Elnuru sənəd düzəltmək üçün Səbail rayon icra hakimiyətinə və Qaradağ rayon icra hakimiyətinə aparmış və onda tam inam yaranmışdır ki, Elnur sənədləşmə işləri ilə məşğul olur. O da öz növbəsində Etibarın işlədiyi dəmir kostruksiyalı avtomobil təmiri emalatxanasına sənəd düzəltmək istədiyini və həmin emaltaxananı daşla hördürüb səliqəli düzəltməsini demişdir. Ona görə də, o, Etbara Elnur adlı müştərinin sənədləşmə işləri ilə məşğul olduğunu və əgər istəyirsə onları görüşdürməyi və söhbət etməyi demişdir. Etibar onunla razılaşmış və o, bu barədə Elnura bildirmiş və Etibarın mobil telefon nömrəsini Elnura vermişdir. Daha sonra o, Etibarla danışmış və onu Elnurun ofisinə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə çağırmışdır. Etibar oraya gəlmiş və Elnurla özünə məxsus dəmir kostruksiyalı qarajın sokülürək yerində daşla qaraj tikdirməsi üçün sənədlərinin düzlətmək istədiyini Elnura bildirmişdir. Elnur da Etibara həmin sənədlərin düzəlməsi üçün 4500 manat pul lazım olduğunu demişdir. Bundan sonra Etibar avtomobilindən 850 (500 ABŞ) manat pul götürərək onun yanında Elnura vermiş və həmin axşam o, Etibarla onun iş yerinə getmiş, Etibar ona 150 manat pulu Elnura aparması üçün vermişdir. O da 50 manatı Elnura Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Fayton» restoranında vermişdir. Daha sonra isə o işdən çıxmış və Elnurla işləməyə başlamışdır. Bundan bir müddət sonra Elnur ona Etibardan pul götürməsini və ona çatdırmasını demiş, o da Etibarın iş yerində ondan 800 manat pul götürüb yenə də həmin «Fayton» restoranında Elnura vermişdir. Həmin vaxt Elnurun yanında qaynı İbrahim və adını xatırlamadığı dostu olmuşdur. Bir neçə dəfə də o, Elnuru idarə etdiyi avtomobillə Etibarın iş yerinə müxtəlif vaxtlarda bir neçə dəfə aparmış və Etibardan pul aldığını bilsə də nə qədər aldığını bilməmiş, lakin sonuncu dəfə isə o, Elnur, qaynı İbrahim Qaraçuxur qəsəbəsində yerləşən Faytion restoranında olduqları zaman Etibar oraya gəlmiş və orada Elnura onların yanında 300 manat pul vermişdir. Bundan sonra Elnur Etibara məxsus təmir emalatxanasının sənədlərini düzəltməmiş və ondan aldığı pulları Etibara qaytarmamışdır. O, sonradan Etibardan eşitmişdir ki, Elnur onun yanında Etibardan aldığı pullarla birlikdə ümümilkdə 4300 manat pulu Etibardan avtomobil təmiri emalatxanasının sənədləşməsi üçün almışdır. Elnur ona əmək haqqı olaraq verəcəyi 1000 manat pulu da verməmiş və Etibardan aldığı puldan da ona verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Şahid1 isə qardaşı Etibarla birlikdə işlədiyi ünvan 3 ünvanın yaxınlığında yerləşən avtomobil təmiri sexindən tanımışdır. Belə ki, Çingiz dəfələrlə avtomobilini təmir etmək üçün onların yanına gətirmiş və buna görə də, aralarında münasibət yaranmışdır. 2020-ci ilin avqust ayında Çingiz qardaşı Etibarla söhbət əsasında bildirmişdir ki, işlədikləri sexin sənədləri vardır və həmin sənədlər əsasında dəmir konstruksiyalı sexi söküb yerində daşla sex tikdirmək istəyir. Lakin Çingiz buna icazə vermədiklərini demişdir. Bundan sonra Çingiz onun tanışı Elnur adlı şəxsin olduğunu və həmin şəxsin sənədləşmə işləri ilə məşğul olduğunu demişdir. Daha sonra ona məlum olmuşdur ki, qardaşı Etibar Çingizlə birlikdə Elnur adlı şəxsin işlədiyi Binəqədi rayonu ərazisində yerləşən ofisinə getmişlər və orada X3 yanında onlara məxsus sexin dəmir konstruksiyasını söküb yerində daşla sex tikilməsi üçün icazə ahması ilə bağlı söhbət etmişlər və Elnur həmin yerdə daşla sex tikilməsinə icazə alacağını bildirmişdir. Ona görə də, Etibar Elnurla 4300 manata razılaşmış və həmin gün Etibar Elnura nə qədər pul verdiyini bilməmişdir. Lakin həmin məqsədlə Etibar 2020-ci ilin avqust ayında Elnura onun yanında işlədikləri sexdə 1200 manat, 2020-ci ilin sentyabr aynda işlədikləri sexdə 1000 manat pul vermişdir. Daha sonra o, Etibarın Elnura hissə hissə pul verdiyini bilmişdir. Lakin sonda bilmişdir ki, Etibar Elnura ümümilikdə 4300 manat pulu dəmir konstruksiyalı sexin yerində daşla sex tikilməsi məqsədi ilə vermişdir. Lakin Elnur verdiyi vədinə əməl etməyərək Etibarı aldatmış, tikintiyə icazə almamış və pulunu da qaytarmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 21 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Allahquliyevə həvalə edildiyindən, həmin tarixdə cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 05 noyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Allahquliyev tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 10 yanvar 2022-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Allahquliyev tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs kimi axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 22 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Allahquliyev tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Allahquliyev tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün kifayət qədər subutlar olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilmədən saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 02 iyul 2022-ci il tarixdə isə həmin cinayət işi üzrə istintaqın davam etdirilməsi Suraxanı RPİ-nin müstəntiqi polis mayoru Habil Hüseynova həvalə edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələmiş və icraata qəbul edilmişdir. 02 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə şübhəli şəxs qismində tutulmuşdur. 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə itiham elan olunmuş və barəsində “həbs” qismində qətimkan tədbirinin seçilməsi üçün Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməsindən imtian olunması haqqında qərar qəbul edilmiş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. 14 iyul 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri nəzərə alınmışdır. Təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 400 (dörd yüz) manat pul Zərərçəkmiş şəxs qaytarılmış, bununla bağlı qəbz tərtib edilmiş və materiala əlavə olunmuşdur. İş materiallarında olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndi tətbiq olunduğundan təyin olunmuş cərimə cəzasından azad edilərək şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 178.1-ci maddəsində göstərilən cinayət əməlinin törədilməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə və cəmi 1500 manat pul götürüdüyünü göstərməsinə baxmayaraq, bu hal zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə təkzib olunur. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 15.2-cü maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Eyni Məcəllənin 75.1.1-ci maddəsinin tələbinə görə «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır…». Hazırkı iş üzrə cinayət əməlinin 2020-ci ilin avqust-sentyabr aylarında törədilməsi müəyyən edilmiş və göründüyü kimi, cinayətin törədildiyi vaxtdan etibarən iki ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinin tələblərinə görə «Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur». Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin həmin maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Müdafiəçi2 tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı təhlil edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 4300 manat məbləğində pulun Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilməsi və ibtidai istintaq zamanı 400 manat məbləğin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qaytarılması məhkəmənin iclasında sübuta yetirilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs TT**********434210 saylı qəbzlə ibtidai istintaq zamanı hüquqların müdafiəsi üçün bağlanmış müqaviləyə əsasən 210 AZN 6 saylı vəkil bürosunun hesabına, 6750 saylı qəbzlə məhkəmədə hüquqların müdafiəsinin həyata keçirilməsi üçün bağlanmış müqaviləyə əsasən 510 AZN 6 saylı vəkil bürosuna və mülki iddianın verilməsi ilə əlaqədar 5115 saylı qəbzlə 113 AZN dövlət rüsumu ödəmişdir. İş üzrə verilmiş mülki iddiada ödənilməli olan məbləğ 4743 AZN kimi göstərilsə də, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki, ibtidai istintaq zamanı hüquqların müdafiəsi üçün ödənilmiş məbləğ mülki iddiada 220 AZN göstərilsə də, iş materiallarında olan qəbzdən görünür ki, bu məbləğ 210 AZN təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsində qeyd olunduğu kimi cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsində qeyd olunduğu kimi cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin, 4733 (dörd min yeddi yüz otuz üç) manat mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Suraxanı Rayon Məhkəməsi vasitəsilə 20 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-420/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-420/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver