Məhkəmə qərarları › İş №1(010)-421/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-421/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-421/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi, 11 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:00-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd bükümlərdə bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ayrı-ayrılıqa təmiz çəkiləri 95,0 qram və 15,0 qram, ümumi çəkisi 110,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı 50 (əlli) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq, ünvan 1 ünvana gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 12:00-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 (iki) ədəd bükümlərdə bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ayrı-ayrılıqa təmiz çəkiləri 95,0 qram və 15,0 qram, ümumi çəkisi 110,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 50 manat pul müqabilində marixuananı alaraq, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Aldığı marixuananı özü ilə daşıyaraq, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi, 11 saylı evin qarşısına gətirmişdir. Həmin gün saat 12:00 radələrində o, ünvan 2 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə marixuana olduğu üçün o, həyəcanlanmış və polis əməkdaşları şübhələnərək, onu sorğu-sual etməyə başlamışdır. Həmin vaxt o, özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 30-cu PŞ-nə dəvət etmişdir. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək, onlar ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını izah etmişlər. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə ona ilkin olaraq sual verilmişdir. Bundan sonra o, üzərində saxlamaqla daşıdığı və özünə məxsus, içərisində marixuana kimi tanıdığı narkotik maddə olan, 02 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü əynində olan qara rəngli cins şalvarın sol yan cibindən çıxaraq, masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş marixuana kimi tanıdığı narkotik vasitədir, onu xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 50 manat nəğd pul ödəyərək, öz şəxsi istifadəsi üçün alıb, daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar, tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Əməlindən peşman olmasını və Suraxanı RPİ-nin 30-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi, 11 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş-marixuananı əldə edib özündə saxlayaraq daşıması, həmçinin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə ondan və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Şahid1 tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyevin adına xx.xx.2022-ci il tarixdə raport tərtib edilmişdir. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmişdir. Eyni zamanda Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 12:00-də o, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1lə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 6 ünvanda Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq, üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişlər ki, özünü şübhəli aparması ilə bağlı onlar ilə bərəbar olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara həmin zaman heç bir etiraz etmədən, onlar ilə bərabər 30-cu PŞ-nə getməsinə razlıq vermişdir. Bundan sonra Şahid1 Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında polis polkovnik-leytenantı Elnur Əliyevin adına raport tərtib etmişdir ki, şöbəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 həvalə edilmişdir. Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması” haqqında X8 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquqları və vəzifələri təhqiqatçı X8 tərəfindən izah edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istəyi və razılığı əsasında Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilərək, ona təqdim edilmişdir. Bundan sonra “şəxsi axtarış və götürmə aparılması” zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya narkotik vasitə varsa, onu təqdim etsin.Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 (iki) ədəd bükümləri çıxardaraq, otaqda olan masanın üzərinə qoymuşdur.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi paltarların boynuna və içərisinə baxılmş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd şəffaf rəngli bükülünü göstərərək, həmin bükülüdəkinin qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 (iki) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sual edilən zaman, sonuncu qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə, saat 10:00-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 50 (əlli) manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımasını qeyd etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq, ünvan 6 ünvana gətirməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün X8 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd edilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu hamı tərfindən müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 02 (iki) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİnin 30-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini göstərmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci ildə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/568 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs orlundan götürülmüş maddi sübut” yazılar və imzalar olan ar rəngli karız paketdə 2 (iki) ədəd şəffaf sellofan barlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 95,0 qram; 15,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 110,0 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 şəxsi Ambulator Məcburi-narkoloji X3 xx.xx.2022-ci tarixli 3471 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs orlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili Gölər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs orlu Suraxanı rayon məhkəməsinin 01 avqust 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2003-cü il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları var. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı marixuana olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 109,96 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 109,96 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar