Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-421/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanında yerləşən həyat yoldaşı Şahid valideyinlərinin yaşadığı evin həyətində qaynı Zərərçəkmiş şəxs ona həyat yoldaşını valideyinlərinin evinə tez-tez gəlməsini irad bildirib təhqir etdiyi üçün əsəbləşərək qəsdən əlində olan vintaçanın plastik hissəsi ilə sonuncunun baş və qarın nahiyələrinə bir neçə dəfə vuraraq ona başın alın nahiyəsinin yumuşaq toxumasının hematoması, döş qəfəsinin sağ yan səthinin zolaqşəkilli sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 90-da arvadı Şahid və valideyinləri ilə birlikdə yaşayır. Gülşənlə 3 aya yaxın müddətdir ki, ailə həyatı qurmuşlar. Gülşən evliliklərinə öyrəşə bilmədiyi üçün tez-tez Əmircan qəsəbəsində yerləşən valideyinlərinə məxsus evə gedib-gəlir. Onun valideyinlərinin evinə getməsinə heç bir etiraz etməyibdir. Arvadı valideyinlərinin yanında 2-3 saat vaxt keçirdikdən sonra onu evlərinə aparır. xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində öz avtomaşınıyla Gülşəni Əmircan qəsəbəsində yerləşən valideyinlərinə məxsus evdən götürüb yaşadıqlara evə aparmaq üçün gəlmişdir. Onların həyətində olan zaman Gülşənin qardaşı Əliyev X2 onlanın evinə gətirdiyini ona irad bildirərək onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. O da Natiqə demişdir ki, onu burda gözləsin, Gülşəni evi qoyub qayıdacaqdır. Həmin gün, saat təxminən 23:30 radələrində Gülşəni evlərinə qoyduqdan sonra Əmircan qəsəbəsinə Natiqin yaşadığı evə gəlmişdir. Natiqi evin həyətinə çağırmış, avtomobildən düşərkən əlində vintaçanın plasmas hissəsi olmuşdur. Şahindən nə üçün onu təhqir etməsini soruşduqda, “yaxşı edirəm” cavabı verdiyindən əsəbiləşib əlində olan vintaçanın plastik hissəsi ilə onun başından və qarnından zərbələr vurmuşdur. Bundan sonra, Natiq onu polisə şikayət edəcəyini demiş və avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, özünü təqsirli bilir, hadisədən uzun müddət keçib, yadından çıxıb, zərərəkmiş şəxslə münasibətləri yaxşı olub, hadisə əsəbilikdən oldu, narkotik vasitənin təsirində olmamışdır, zərərçəkmiş şəxs nalayiq söz dediyinə görə əsəbiləşmişdir. Narkotik vasitə istifadəçisidir, lakin indi istifadə etmir, o vaxt da etməmişdir. Bildirdi ki, zərərçəkmiş şəxs onun ünvanına söydü, o, həyətdə yoldaşı ilə danışırdı, yoldaşı 1-2 dəfə anasıgilə gedib, indi arada gedib, gəlir, münasibətləri yaxşıdır. Ətrafda kimin olduğunu bilmədiyini, yoldaşının yanında olduğunu, onları kimin ayırdığını bilmədiyini, əsəbi xəstəliyinin olduğunu, vintaçanın maşında olduğunun və maşının 2 metr yaxınlıqda olduğunu, mübahisə 5-6 dəqiqə çəkdiyini, zərərçəkmiş şəxsin əlində heç nə olmadığını, zərərçəkmiş şəxsi vintaçanın plastik hissəsi ilə vurduğunu, başından və qarnından yüngül vurduğunu, aralarında barışıq olduğunu, zərərçəkmiş şəxsi hansı söyüş söydüyünü deyə bilməyəcəyini, vurmasının səbəbinin söyüş söyməsi olduğunu, peşman olduğunu, yoldaşını atasının evindən onunla getmək istəmədiyi üçün əsəbi olduğunu və əməlinin bu dərəcədə cinayət olduğunu bilmədiyini qeyd etmişdir. Sonda təqsirləndirilən şə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdə barışığını əldə edilməsini və bununla bağlı ih üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, ev 5-də valideyinləri ilə birlikdə yaşayır. Subaydır. Bacısı Şahid təxminən 3-4 ay bundan öncə Təqsirləndirilən şəxs ilə ailə quraraq Zığ qəsəbəsində Şahinə məxsus evdə yaşayırlar. Bacısı ailə həyatı qurmasına baxmayaraq tez-tez onların yaşadığı evə valideyinlərinin yanına gəlir. Bacısının onlara gəlməsinə valideyinləri etiraz etməsə də, ona pis təsir edir. Odur ki, hər dəfə bacısına irad bildirib ki, ailə həyatı qurmusan, vaxtını ailənə həsr et, onların evinə tez-tez gəlib-getmə. Lakin bacısı gəlibgetməkdə davam edirdi. xx.xx.2025-ci il tarixdə axşam saatlarında işdən evə gələndə bacısının onlarda olduğunu görmüşdür. Bir daha bacısına onlara gəlməyini irad bildirib öz otağına keçmişdir. Həmin gün, saat 22 radələrində bacısının əri Şahinin də onların evinə bacısını aparmaq üçün gəldiyini görüb, bayıra çıxaraq Şahinə bacısını onların evinə gəlməyinə icazə verməməsini demişdir. Onun sözlərini valideyinləri eşitməsə də bacısı eşitmişdir. Şahin ona dediyi sözlərini özünə təhqir kimi qəbul edərək arvadını evlərinə qoyub onunla söhbət etmək üçün geri qayıdacağını demişdir. Saat 23:30 radələrində Şahin yenidən evlərinə gələrək onu həyətə çağırmışdır. Göstərir ki, onların evlərinin həyəti yoldan hasarla ayrılmışdır. Şahinə yaxınlaşdıqda, onun bacısını valideyinlərinin yanına gətirməməsini deməsini özünə təhqir kimi qəbul etdiyini deyərək əlində olan vintaçanın plastik hissəsi ilə başından və qarnından zərbələr vurmuşdur. Şahinin onu vurduğu üçün polisə şikayət edəcəyini demişdir. Bundan sonra Şahin çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onların arasında heç vaxt problem olmayıb, olar ev aldığı üçün oraya getmişdirlər, bacısıgil 1-2 dəfə dava etmiş və bacısı 1-2 dəfə atasının evinə gəlib getmişdir. O, bacısına ya bir dəfəlik gəlməsini, ya da qonaq kimi gəlməsini demişdir. Evə gəldikdə bacısının onlarda olduğunu və yoldaşı ilə həyətdə danışdıqlarını gömüşdür. Bacısının 20 yaşı var və hesab edir ki, uşaq ağlındadır. Bacımın üstə qışqırmışdır, söyüş istifadə etməmişdir, əsəbindən evdə işlətdim, kiməsə qarşı etməmişdir. Bacısı əsəbləşib getmiş, yarım saat sonra belə bir hadisə olmuşdur. O həyətdə olduğu zaman bacısı ona zəng edərək Şahinin həyətdə olduğunu demişdir. Şahin söyüş söyəndə həyətdə, 10 metr aralıda olmuşdur. Qeyd etdi ki, onların evləri içiçə idi və həyətin qapısı açıq, digər qapı isə bağlı idi. O küçədə olan zaman Şahin maşınla gəlib söhbət etmək üçün getməklərini təklif etmiş, o isə cavabında burada söhbət etmələrini demişdir. Şahinə onu söymədiyini demiş, Şahin maşından vintaçanı gətirmişdir. Bildirdi ki, mübahisə olan zaman özləri aralaşmış, onları heç kim ayırmamışdır. Qeyd etdi ki, o, Şahini yox, bacısını söymüşdür, Şahinlə barışıqları vardır, notarial ərizəni birinci məhkəmədə vermişdir və istintaqda barışıq olmamışdır. Sonda təqsirləndirilən şəxslə barışdığını nəzərə almasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 3 ay bundan öncə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Şahinlə evliliklərinə öyrəşə bilmədiyi üçün tez-tez Əmircan qəsəbəsində yaşayan valideyinlərinin evinə getmişdir. Qardaşı Zərərçəkmiş şəxs subaydır və valideyinləri ilə birlikdə yaşayır. Hər dəfə valideyinlərinin yanına gedəndə qardaşı ona demişdir ki, təzə ailə hayatı qurduğu üçün tez-tez valideyinlərinin yanına gəlib getməsin. Lakin valideynləri onlara gəlməsinə etiraz etməmişlər. xx.xx.2025-ci il tarixdə evdə darıxdığı üçün Əmircan qəsəbəsində valideynlərinin evinə gəlmişdir. Orda olarkən qardaşı evə gəldikdə yenidən onlara gəlməsini ona irad bildirmişdir. Saat təxminən 20 radələrində Şahin onu evlərinə aparmaq üçün gəlmişdir. Həyətə çıxanda qardaşı da arxasıyca həyətə çıxmışdır. Həyətdə qardaşı Şahinə demişdir ki, sən hara baxırsan arvadın tez-tez bura gəlir. Şahin də qardaşına bu sözlərinin təhqir olduğunu deyərək onu evə qoyub bu məsələni aydınlaşdırmaq üçün geri qayıdacağını demişdir. Sonra onlar şahinin avtomobilinə əyləşib yaşadıqları evə getmişlər. Yolda Şahindən xahiş etmişdir ki, qardaşının sözlərinə fikir verməsin. Şahin də ona demişdir ki, sadəcə söhbət etmək üçün geri qayıdacaqdır. Şahin onu evlərində düşürərək geriyə qardaşının yanına getmişdir. Bir neçə saatdan sonra Şahin evə qayıdaraq Natiqlə dalaşdığını və onu döydüyünü demişdir. O, qardaşına zəng vuraraq hadisə barədə şikayət etməməsini desə də, qardaşı onun sözlərinə əhəmiyyət verməyərək polisə baş vermiş hadisə barədə şikayət edəcəyini demişdir. İş materiallarına əlavə edilmiş, 10 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş, məhkəmə iclasında təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası MTE və PA X4 şəxsin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2025-ci il tarixli, “433” saylı ekspertizası rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxsnın bədənində aşkar edilmiş xəsarət başın alın nahiyyəsinin yumuşaq toxumasının hematoması, döş qəfəsinin sağ yan səthinin zolaqşəkilli sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına görə xüsusiyyətinə əsasən demək olar ki, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-421/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-421/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver