Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-426/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(001)-295/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və əməlində cinayətin sadə residivi olan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində kirayədə yaşamış, 11 iyun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 1(010)- 426/2025 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 avqust 2025-ci il tarixdə tutulmuş, 20 avqust 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsi ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə əvvəllər audit yoxlamaları ilə bağlı keçirilmiş seminarda iştirak etmiş Zərərçəkmiş şəxs1 18 yanvar 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq özünü seminar dərsləri keçən Nəcəf Talıbov adlı müəllim kimi təqdim edərək ona yeni iş tapması üçün əlavə seminar dərslərində iştirak etməsini təklif etmiş, Zərərçəkmiş şəxs1 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü Vüsal adlı şəxs kimi təqdim edərək əlavə seminar dərslərində iştirak etməsi üçün qabaqcadan 700 manat ödəniş etməli olduğuna və həmin məbləğdə pulu istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-3637-3880 nömrəli bank kartına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında Zərərçəkmiş şəxs1 18 yanvar 2025-ci il tarixdə, saat 14:10-da yaşadığı ünvan 1 ünvanında yerləşən evində olan zaman istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə aid 4169-7388-3637-3880 nömrəli bank kartına göndərdiyi 400 manat və 23 yanvar 2025-ci il tarixdə, saat 10:36-da “Azərfloot” şirkətinin Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən inzibati binasında olan zaman "xxxx" ASCyə aid 4169-7388-3637-3880 nömrəli bank kartına göndərdiyi 300 manat pul olmaqla, ümumilikdə 700 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə əvvəllər Bakı Şəhər Təhsil İdarəsində mühasib vəzifəsində işləmiş Zərərçəkmiş şəxs2 internet saytlarında iş axtaran şəxs kimi yerləşdirdiyi şəxsi məlumatlarına (CV-sinə) baxıb həmin məlumatlar əsasında sonuncuya “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq əvvəlcə özünü Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə xanım kimi təqdim edərək ona SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant mühasib işinin olduğunu bildirib həmin işi ona təklif etmiş, Zərərçəkmiş şəxs2 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü SOCAR-da işləyən Vüsal adlı vəzifəli şəxs kimi təqdim edərək mühasib işinə düzəlməsi üçün qabaqcadan 700 manat pulu istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-3637-3880 nömrəli bank kartına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında Zərərçəkmiş şəxs2 20 yanvar 2025-ci il tarixdə, saat 13:26-da yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olan zaman istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə aid 4169- 7388-3637-3880 nömrəli bank kartına göndərdiyi 700 manat pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə 2023-cü ildə “Azərbaycan Neft və Sənaye Universitetinin” ekologiya mühəndisliyi ixtisasını bitirib məzun olmuş X1 internet saytlarında iş axtaran şəxs kimi yerləşdirdiyi şəxsi məlumatlarına (CV-sinə) baxıb həmin məlumatlar əsasında sonuncuya 21 fevral 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq əvvəlcə özünü “Azərbaycan Neft və Sənaye Universitetində” dekan işləyən Sevinc xanım kimi təqdim edərək ona SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant menecer işinin olduğunu bildirib həmin işi ona təklif etmiş, X14 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü SOCAR-da işləyən Vüsal adlı vəzifəli şəxs kimi təqdim edərək menecer işinə düzəlməsi üçün qabaqcadan 700 manat pulun verilməli olduğunu bildirmiş, X15 bu barədə atası Elshad Guseinova bildirdikdən sonra sonuncu onunla əlaqə saxlayıb X9 atası olduğunu dedikdən sonra o, qızı X9 SOCAR-da menecer vəzifəsinə işə düzəlməsi üçün qabaqcadan 700 manat pulu istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-2775-1888 nömrəli bank kartına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında zərərçəkmiş şəxs Elshad Guseinovun 21 fevral 2025-ci il tarixdə, saat 14:12-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Südçülük savxozu, F.Köçərli küçəsində yerləşən nömrəsiz evdə olan zaman istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə aid 4169-7388-2775-1888 nömrəli bank kartına göndərdiyi 700 manat pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə 2023-cü ildə “Bakı Dövlət Universitetinin” dünya iqtisadiyyatı fakültəsini bitirib məzun olmuş Zərərçəkmiş şəxs4 internet saytlarında iş axtaran şəxs kimi yerləşdirdiyi şəxsi məlumatlarına (CV-sinə) baxıb həmin məlumatlar əsasında sonuncuya 24 fevral 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq əvvəlcə özünü “Bakı Dövlət Universitetinin” dünya iqtisadiyyatı fakültəsinin dekanı Laçın Abışlı kimi təqdim edərək ona SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant menecer işinin olduğunu bildirib həmin işi ona təklif etmiş, Zərərçəkmiş şəxs4 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü SOCAR-da işləyən Vüsal adlı vəzifəli şəxs kimi təqdim edərək menecer işinə düzəlməsi üçün qabaqcadan 600 manat pulu istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-2775-1888 nömrəli bank kartına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında Zərərçəkmiş şəxs4 24 fevral 2025-ci il tarixdə, saat 12:02-də Bakı şəhəri, Ziya Bünyadov prospekti 337 ünvanında yerləşən 4 saylı Bakı DOST mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-də olan zaman "xxxx" ASC-yə aid 4169- 7388-2775-1888 nömrəli bank kartına göndərdiyi 480 manat və həmin gün, saat 15:27-də Bakı şəhəri, Ziya Bünyadov prospekti 337 ünvanında yerləşən 4 saylı Bakı DOST mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-də olan zaman "xxxx" ASC-yə aid 4169-7388- 2775-1888 nömrəli bank kartına göndərdiyi 120 manat pul olmaqla, ümumilikdə 600 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə 2023-cü ildə “Gəncə Dövlət Universitetinin” riyaziyyat müəllimliyi fakültəsini bitirib məzun olmuş Zərərçəkmiş şəxs5 internet saytlarında iş axtaran şəxs kimi yerləşdirdiyi şəxsi məlumatlarına (CV-sinə) baxıb həmin məlumatlar əsasında sonuncuya 08 mart 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq əvvəlcə özünü “Gəncə Dövlət Universitetinin” riyaziyyat müəllimliyi fakültəsinin dekanı Oruc Hüseynov kimi təqdim edərək ona SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant menecer işinin olduğunu bildirib həmin işi ona təklif etmiş, Zərərçəkmiş şəxs5 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü SOCAR-da işləyən Vüsal adlı vəzifəli şəxs kimi təqdim edərək menecer işinə düzəlməsi üçün qabaqcadan 550 manat pulu istifadəsində olan "xxxx" ASC-yə aid 5238-1517-1562-0293 nömrəli bank kartına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında Zərərçəkmiş şəxs5 08 mart 2025-ci il tarixdə, saat 16:46-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dəmiryolları vağzalında olan zaman "xxxx" ASC-yə aid 5239-1517-1562-0293 nömrəli bank kartına göndərdiyi 400 manat və 09 mart 2025-ci il tarixdə, saat 14:39-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dəmiryolları vağzalında olan zaman "xxxx" ASCyə aid 5239-1517-1562-0293 nömrəli bank kartına göndərdiyi 150 manat pul olmaqla ümumilikdə 550 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə əvvəllər "xxxx" QSC-də inzibati şöbənin rəhbəri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs6 internet saytlarında iş axtaran şəxs kimi yerləşdirdiyi şəxsi məlumatlarına (CV-sinə) baxıb həmin məlumatlar əsasında sonuncuya 09 mart 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq əvvəlcə özünü "xxxx" QSC-nin idarə heyətinin sədri Niyaz adlı şəxs kimi təqdim edərək ona SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant menecer işinin olduğunu bildirib həmin işi ona təklif etmiş, Zərərçəkmiş şəxs6 həmin təkliflə razılaşdıqdan sonra digər mobil telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlayıb özünü SOCAR-da işləyən Vüsal adlı vəzifəli şəxs kimi təqdim edərək mühasib işinə düzəlməsi üçün qabaqcadan 900 manat pulu istifadəsində olan "xxxx" ASC-yə aid 5239-1517-1562-0293 və 4169-7388-2295-1632 nömrəli bank kartlarına köçürməli olduğuna inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 09 mart 2025-ci il tarixdə, saat 17:15də yaşadığı ünvan 5 ünvanında yerləşən evində olan zaman istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə aid 5239-1517-1562-0293 nömrəli bank kartına göndərdiyi 480 manat və 09 mart 2025-ci il tarixdə, saat 17:20-də yaşadığı ünvan 5 ünvanında yerləşən evində olan zaman "xxxx" ASC-yə aid 4169-7388-2295-1632 nömrəli bank kartına eyni üsulla göndərdiyi 420 manat pul vəsaiti olmaqla ümumilikdə, 900 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadələrini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ayrı-ayrı şəxsləri "xxxx" şirkətinə işə düzəltmək adı altında onlardan müxtəlif ödənişlər istəmişdir. Vətəndaşlar pul vəsaitlərini onlara göndərdiyi kartlara göndərmişlər. İnternetdə iş axtaran müxtəlif vətəndaşların mobil nömrələrini götürərək onlara yeni iş təklifi etmişdir. Yəni, internet saytlarında iş axtaran şəxslər kimi öz şəxsi məlumatlarını (CV-lərini) yerləşdirmiş şəxsləri müəyyən edib şəxsi məlumatlarını gözdən keçirmiş, daha sonra təhsil aldıqları və yaxud əvvəl işlədikləri yerlərin rəhbərləri, dekanlarının adından həmin şəxslərə digər mobil telefon nömrəsi ilə mesaj yazıb tanışlıq vermiş, hətta adından istifadə etdiyi şəxslərin fotoşəkillərini profilinə qoymaqla vətəndaşları inandırmış, daha sonra isə özünün istifadəsində olan digər mobil telefon nömrəsi ilə özünü Vüsal adlı şəxs kimi təqdim edərək həmin şəxslərlə danışıb onları aldadaraq ödəniş adı altında pul vəsaitlərini alıb ələ keçirmiş, daha sonra həmin şəxslərin nömrələrini qara siyahıya atmışdır ki, onu narahat etməsinlər. Bu yolla o, bir neçə nəfərin pulunu ələ keçirib dələduzluq etmişdir. Belə ki, 18 yanvar 2025-ci il tarixdə Günay adlı vətəndaşın ***-***-**-** saylı mobil telefon nömrəsinə mesaj yazıb özünün "xxxx" şirkətində işləyən Nəcəf müəllim olduğunu bildirib işlə bağlı əlavə seminar dərslərin keçirilməsi barədə demişdir. Bunun üçün ətraflı seminar dərsləri ilə danışmaq üçün vətəndaşa ***-***-**-** saylı nömrəsini vermişdir. Şəxsin guya Vüsal adlı şəxs oluğunu, əlavə seminar dərsləri ilə bağlı geniş məlumat verəcəyi barədə vətəndaşa yalan vəd vermişdir. Şəxs ona zəng edib əlavə seminarlar barədə soruşmuşdur. Vətəndaşlarla əvvəlcə yazışmış ki sonradan zəng edəndə eyni səsli şəxs olmasından şübhələr yaranmasın. O, həmin şəxsə əlavə seminarlarda iştirak etmək üçün əlavə ödənişlərin olduğunu bildirmişdir. İlkin olaraq şəxsdən o, 800 manat pul ödəməsini istəmişdir. Şəxs ona 400 manat göndərə biləcəyini demişdir. O, həmin şəxsə istifadəsində olan, atası Şahid1 məxsus 4169-7388-3637-3880 saylı bank kartının 16 rəqəmini yazmışdır. Həmin şəxs ona inanaraq karta 400 manat pulu göndərmişdir. Həmin vaxt o, yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində olmuşdur. Göndərilən 400 manat pulu Naxçıvan şəhərində bankomatdan çıxarmışdır. Şəxs ona 23 yanvar 2025ci il tarixdə yenidən yazaraq seminar keçirilməsi barədə soruşduqda o, yalandan ödənişin az olmasını, seminarda iştirak edə bilməyəcəyini demiş və əlavə olaraq 300 manat istəmişdir. Həmin şəxs qeyd etdiyi karta 300 manat pulu göndərmişdir. Daha sonra şəxsin nömrəsini blok etmiş, ümumi olaraq şəxsin 700 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa 20 yanvar 2025-ci il tarixdə Məfkurə adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrənin vvatsapına yazaraq özünü Təhsil İdarəsinin müdir müavini Xəyalə xanım kimi tanıdaraq vətəndaşa “Socar" şirkətində təcili mühasibə ehtiyac olduğunu bildirmişdir. Daha sonra vətəndaşa ***-***-**-** saylı nömrəsini verərək şəxsin Socarda işləyən Vüsal adlı şəxs olduğuna inandırmışdır. Şəxs onunla danışdıqdan sonra işə qəbul üçün müəyyən ödəniş istəmişdir. Bunun üçün istifadəsində olan, atası Şahid1 məxsus 4169-7388-3637-3880 saylı bank kartının 16 rəqəmini yazmış və həmin şəxs karta 700 manat pul göndərmişdir. Ona pul göndərdikdən sonra şəxsin zənglərinə cavab verməmişdir. Nəticədə şəxsin 700 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, 21 fevral 2025-ci il tarixdə ***-***-**-** saylı vatsap nömrəsi ilə Ləman adlı xanımın vvatsap nömrəsinə yazaraq özünü şəxsin əvvəl oxuduğu universitetin dekanı kimi təqdim edərək "xxxx" şirkətində vakant menecer vəzifəsinin olduğunu bildirmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi onun dostu X5 adına qeydiyyatda olsa da, həmin nömrə onun istifadəsində olmuşdur. Təxminən bir il əvvəl o, Bakı şəhərində olan zaman mobil telefon nömrəsi almaq istəmiş, lakin həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığına və Nazim yanında olduğuna görə o, həmin şəxsin şəxsiyyət vəsiqəsi ilə həmin nömrəni alıb istifadə etməyə başlamışdır. Əlaqə üçün digər nömrəsi olan ***-***-**-** saylı nömrəsi verərək şəxsin guya Vüsal adlı şəxs olduğunu vətəndaşa inandırmışdır. Təxminən bir neçə saat sonra nömrəyə zəng edilərək yazdığı qızın atası kimi özünü təqdim edən şəxs yeni işlə bağlı ətraflı məlumat soruşmuşdur. O, işdə heç bir problemin olmayacağını, bunun üçün əlavə ödənişin olmasını demişdir. Ödənişi guya işə qəbulla bağlı sənədləri yığmaq adı ilə qarşı tərəfə demiş və iş üçün 700 manat ödəniş olunmasını bildirmişdir. Qarşı tərəfə qızın atasına istifadəsində olan atası Şahid1 məxsus 4169-7388-2775-1888 saylı bank kartının 16 rəqəmini qeyd etmişdir. Qızın atası pulun göndərilməsi ilə bağlı qəbzi ona göndərdikdən sonra onların zənglərinə cavab verməmişdir. Beləliklə o, qızın atasının 700 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, 24 fevral 2025-ci il tarixdə internetdə iş elanları ilə bağlı sayta daxil olmuşdur. İş axtaran şəxslərdən birinə, yəni Mədinə adlı xanıma istifadəsində olan ***-***-**-** saylı vvatsap nömrəsi ilə qarşı tərəfin ***-***-**-** saylı vvatsap nömrəsinə şəxsin əvvəlki oxuduğu universitetin, yəni BDU-nun dekanı olan Laçın müəllim kimi təqdim edərək şəxsi tanıdığını və "xxxx" şirkətinə təcili menecer vəzifəsinə işçi lazım olduğunu bildirmişdir. Ətraflı məlumat üçün digər nömrəsi olan ***-***-**-** nömrəsini verərək Socar şirkətində kadrların rəisi Vüsal müəllimin nömrəsi olduğunu bildirmişdir. Şəxs qeyd etdiyi nömrəyə zəng edərək işlə bağlı məlumat almaq istəyəndə o, işə qəbulla bağlı ödənişin olunmasını bildirmişdir. Qarşı tərəfə istifadəsində olan, atası Şahid1 məxsus 4169-7388-2775-1888 saylı "xxxx" kartının 16 rəqəmini göndərmişdir. Birinci olaraq vətəndaş ona 480 manat pul göndərmişdir. Bir neçə saat sonra şəxsə yazaraq guya işin alınmadığını, əlavə olaraq 120 manat da ödənişin göndərilməsini bildirmiş və karta 120 manatı göndərmişdir. Beləliklə, qarşı tərəfin 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, 08 mart 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin vvatsapı ilə iş axtaran Zərərçəkmiş şəxs5 adlı şəxsin ***-***-**-** saylı nömrəsinə qarşı tərəfin əvvəl oxuduğu X6 dekanı olan Oruc müəllim kimi təqdim edərək Socar şirkətində təcili menecer vəzifəsinə ehtiyac olduğunu bildirmişdir. Qarşı tərəf görmüşdür ki, onun yazdıqlarına artıq inanmışdır. Dərhal qarşı tərəfə guya "xxxx" şirkətində kadrlar bölməsinin rəisi kimi çalışan Vüsal müəllimin nömrəsini, yəni özünün digər nömrəsi olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Bundan sonra qarşı tərəf mobil nömrəsinə zəng edərək nömrəni Oruc müəllimdən aldığını, şirkətdə işə düzəlmək ilə bağlı ondan məlumat almaq istəmişdir. Qarşı tərəfi əgər rayon qeydiyyatı olarsa, bunun mümkün olmadığını, lakin əlavə ödənişlər olarsa işi həll edə biləcəyinə inandırmışdır. Həmin vaxt 8 mart tarixi cümə günü olduğundan sənəd qəbulu ilə bağlı 6 və bazar günlərinin olmadığını bildirmişdir. Sənədləri yığmaq üçün ilkin olaraq 400 manat pul istəmişdir. Həmin şəxsə dostu Zaminin adına olan 5239-1517-1562-0293 saylı "xxxx" kartını göndərib bildirmişdir ki, pulu həmin karta göndərsin. Pulu karta göndərdikdən sonra ona qəbzini göndərmişdir. O, Zaminə demişdir ki, ona borcu olan şəxs pul göndərəcəkdir, pul gəldikdən sonra çıxarıb ona verər. Zamin də həmin pulu çıxarıb ona vermişdir. Artıq qarşı tərəfə o, sənədlərin sistemə qəbul olunduğunu və 1-ci gün saat 11-də "xxxx" şirkətinin binasına gəlməsini demişdir. Sabahkı gün, yəni 09 mart 2025-ci il tarixdə xanım ona yenidən zəng edərək işlə bağlı daha ətraflı soruşduqda o, həmin şəxsə iş təcrübəsi ilə bağlı əlavə olaraq 150 manat pula ehtiyac olduğunu bildirmişdir. Qarşı tərəf onun dediyinə inanaraq göndərdiyi 5239-1517-1562-0293 saylı bank kartına 150 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra xanım ona dəfələrlə zəng etsə də o, zənglərə cavab verməmişdir. Beləliklə, Zərərçəkmiş şəxs5 550 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Dostu Zaminə borcu olduğundan onun kartına pulu göndərmiş, sonra Zaminə zəng edərək borcunu onun kartına göndərdiyini bildirmişdir. Bundan başqa, 09 mart 2025ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin vvatsapı ilə iş axtaran Zərərçəkmiş şəxs6 adlı şəxsin ***-***-**-** saylı nömrəsinə qarşı tərəfin əvvəl işlədiyi "xxxx" şirkətində rəhbər şəxslərdən olan Niyaz müəllim kimi özünü təqdim edərək "xxxx" şirkətində təcili menecer vəzifəsinə ehtiyac olduğunu, ətraflı məlumat üçün "xxxx" şirkətində kadrların rəisi Vüsal müəllimlə əlaqə saxlamağı bildirmiş və özünün digər nömrəsi olan ***-***-**-** saylı nömrəni vermişdir. Xanım ona yığaraq nömrəni Niyaz müəllimdən aldığını və iş ilə bağlı ətraflı məlumat istəmişdir. O, işə qəbulla bağlı sənədləri yığmaq üçün əlavə ödənişin olmasını bildirmişdir. İlkin olaraq Zərərçəkmiş şəxs6 1000 manat lazım olduğunu, lakin 900 manat pul ilə də işi həll edə biləcəyinə inandırmışdır. O, qarşı tərəfə istifadəsində olan, dostu Zaminə məxsus 5239-1517-1562-0293 saylı bank kartının 16 rəqəmini və Naxçıvan şəhərində yaşayan tanışı Arifə adlı qadının istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-2295-1632 saylı bank kartının 16 rəqəmini göndərmişdir. Birinci qeyd etdiyi karta 480 manat, digər karta isə 420 manat pul göndərməsini istəmişdir. Çünki onun Arifəyə 420 manat pul borcu olmuş, həmin borcun qaytarılması üçün həmin karta 420 manat pul göndərilməsini demiş, həmin pulu borcunun əvəzi olaraq Arifəyə vermiş, ona da demişdir ki, pulu guya o göndərmişdir. Xanım ümumilikdə, 900 manat pulu kartlara göndərmişdir. Beləliklə, Zərərçəkmiş şəxs6 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, əldə etdiyi pul vəsaitlərini bankomatlardan nağdlaşdıraraq öz şəxsi tələbatları üçün xərcləmişdir. O, özü tək olaraq insanları aldadaraq pullarını ələ keçirmiş, bu işdə ona kömüəklik edən şəxs olmamış, kart atasının adına olsa da həmişə onun özünün istifadəsində olmuşdur. Kart sahiblərinin bu əməllərdən heç bir məlumatı olmamışdır. O, zərərçəkmiş şəxslərin heç birini qabaqcadan tanımamışdır. İnternetdə iş elanları ilə bağlı saytlara daxil olmuş, orada müxtəlif sənət sahibləri iş elanları paylaşmışlar. Elanda özləri haqda ətraflı məlumatlar, əvvəllər hansı universitetlərdə təhsil aldıqları, əvvəlki iş yerləri barədə qeyd edirdilər. O, da bundan istifadə edərək insanlara əvvəlki iş yerlərinin rəhbər şəxsləri, oxuduqları universitenin dekanı kimi yazmış, inandırmaq üçün rəhbərlərin, dekanların internetdən şəkillərini götürüb vvatsap ani mesajlaşma tətbiqində profil şəkli kimi qoymuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslərin heç birini qabaqcadan tanımamış, internetdə iş elanları ilə bağlı saytlara daxil olmuş, orada özləri haqda məlumatlar, əvvəllər hansı universitetlərdə təhsil almaları, əvvəlki iş yerləri barədə məlumat paylaşmış şəxslərə əvvəlki iş yerlərinin rəhbər şəxsləri, oxuduqları universitenin dekanı kimi yazmış, inandırmaq üçün rəhbərlərin, dekanların internetdən şəkillərini götürüb vvatsap mesajlaşma tətbiqində profil şəkli kimi qoymuşdur. Onun istifadəsində ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri olmuş, ittiham aktında qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsi olmamışdır. Ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilir, Şahid2 pul almamışdır. İttiham aktında qeyd edilən əməlləri törətməkdə ona heç kim köməklik göstərməmişdir. Sonda isə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməsini, əməlindən peşman olmasını, xəstə atasının olmasını, zərərçəkmiş şəxslərin ziyanını ödəmək iqtidarında olmamasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, uzun müddətdir ki, müxtəlif yerlərdə mühasib, baş mühasib vəzifələrində işləmişdir. Baş mühasib işlədiyinə görə iş yerlərindən ondan sertifikatlar istəmişlər. Hər il yeni sertifikatlar çıxır deyə o, seminarlarda iştirak edib həmin sertifikatları almış, bu onun daha yaxşı yerlərdə işləməsinə şərait yaradır. Bildirmişdir ki, keçən il o, audit yoxlamaları ilə bağlı seminarda iştirak edib sertifikat almışdır. Orada onun müəllimi Nəcəf müəllim olmuşdur. Beləcə, Nəcəf müəllimlə onun münasibəti yaranmışdır. Bu ilin yanvar ayının əvvəllərindən o, Nəcəf müəllimlə telefon vasitəsilə danışmışdır. Söhbət əsnasında ondan yeni əlavə seminarların olub-olmaması barədə soruşmuş, Nəcəf müəllim isə hələ seminarların olmadığını, olacaqsa məlumat verəcəyini bildirmişdir. 18 yanvar tarixində ona ***-***-**-** saylı nömrənin vvatsap ani mesajlaşma tətbiqi ilə mesaj gəlmişdir. Mesajı yazan şəxs özünü ona Nəcəf müəllim kimi təqdim etmişdir. Şəxsin profil şəklinin altında Auditorlar Palatasının üzvü Nəcəf Talıbov yazılmışdır. O, şəxsin Nəcəf müəllim olduğuna inanmışdır. Şəxs ona işində uğur qazanmasını istədiyini, bunun üçün əlavə seminarlara getməsini bildirmişdir. O, onunla həqiqətən də işində daha da uğur qazanması üçün əlavə seminara getməyə razılaşmışdır. Özünü Nəcəf adlı şəxs kimi qələmə verən şəxs ona daha ətraflı danışıb işində uğur qazanması üçün Vüsal adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. O, qeyd edilən mobil nömrəyə zəng etmişdir. Telefonda o, nömrəni Nəcəf müəllimdən aldığını bildirmiş, Vüsal adlı şəxs ona əlavə seminara getmək üçün ödənişin olmasını zəruri olaraq bildirmişdir. O, Vüsal adlı şəxsə 1-ci gün görüşərək məsələ haqqında danışmağı bildirmişdir. Vüsal adlı şəxs isə ona 1-ci günün gec olacağını, guya onun üçün endirim etdiyini bildirmişdir. O, Vüsal adlı şəxsdən ödənişin nə qədər olduğunu soruşduqda ona hər yerə ödənişin 2600 manat olduğunu və onun üçün 800 manata həll edəcəyini bildirmişdir. O, yenə ona israrla üzbəüz oturub danışmağı demiş, Vüsal ona bunun alınmayacağını demişdir. O, Vüsal adlı şəxsə 800 manat pul göndərə bilməyəcəyini demişdir. Ondan nə qədər pul göndərə biləcəyini soruşduqda, o, 300 manat göndərə biləcəyini demişdir. Vüsal adlı şəxs ona heç olmaya 400 manat göndərməsini istəmişdir. O, Vüsal adlı şəxsin dediyi ilə razılaşmışdır. Vüsal adlı şəxsin ona göndərdiyi 4169-7388- 3637-3880 saylı "xxxx" kartına 400 manat pulu 18 yanvar 2025-ci il tarixdə özünə aid Paşa bankın mobil tətbiqi vasitəsilə göndərmişdir. Həmin vaxt o, yaşadığı ünvanda olmuş, pulu göndərdikdən sonra ona işin həll olunacağını bildirmişdir. 23 yanvar 2025-ci il tarixdə o, Vüsal adlı şəxsə zəng vuraraq işin nə yerdə olması barədə məlumat almaq istəmişdir. Vüsal adlı şəxs ona işin alınmadığını, ödənişin az olduğunu bildirmişdir. O, əlavə nə qədər məbləğ lazım olduğunu soruşduqda Vüsal adlı şəxs ona 300 manat lazım olduğunu bildirmişdir. O, həmin vaxt Nərimanov rayonu, Gənclik tərəfdə yerləşən “Azerfloot” adlı şirkətdə baş mühasib işləmişdir. İşlədiyi yerdə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Azərfloof’ şirkətində işdə olan zaman yenə öz mobil bank tətbiqi ilə onun təqdim etdiyi 4169-7388-3637-3880 saylı bank kartına 300 manat pulu göndərmişdir. Vüsal adlı şəxs ona işin tezliklə həll olunacağını bildirmişdir. Bir neçə gün sonra yenidən ***-***-**-** saylı nömrəyə zəng eləmişdir. Görmüşdür ki, nömrəsini qarşı tərəf bloka atmışdır. Həmin nömrəyə heç bir mesaj çatmamış, anlamışdır ki, qarşı tərəf ona qarşı dələduzluq etmişdir. O, Vüsal adlı şəxslə yalnız adi zənglə danışmışdır. Telefonla danışan zaman qarşı tərəf Naxçıvan ləhcəsi ilə danışmış, ancaq onun üzünü heç bir vaxt görməmiş, ancaq Naxçıvan ləhcəsi ilə danışmışdır. Onun bir neçə mobil telefon nömrəsi vardır. Həmin ərəfədə onun telefonunda digər nömrəsi olduğuna görə o, qeyd olunan nömrənin Nəcəf Talıbova məxsus olub-olmadığını müəyyən edə bilməmişdir. Həm də həmin şəxsin şəxsi məlumatlarında da Nəcəf Talıbov yazılmışdır deyə o, inanmışdır. X16 bu barədə danışmış, sonuncu ona demişdir ki, belə bir işdən məlumatı yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi tarixdə o, iş axtarmamış və heç bir saytda CV-sini paylaşmamışdır. Onunla mobil telefonla danışan şəxsin təqsirləndirilən şəxs olub-olmadığını dəqiq bilmir, həmin şəxs onunla danışan zaman yemək yeyirmiş, lakin danışığında Naxçıvan ləhcəsi olduğunu hiss etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 01 avqust 2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ziyan ödənilməmiş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Elshad Guseinov ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. 1988-ci ildən Azərbaycan Respublikasında yaşadığına görə, həmçinin, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bildiyinə görə ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməmişdir. 21 fevral 2025-ci il tarixdə yaşadığı evdə olarkən qızı Ləman ona zəng vuraraq "xxxx" neft şirkətinə menecer vəzifəsində yeni iş təklifi olunduğunu bildirmişdir. X21 2023-cü il tarixdə “Azərbaycan Neft və Sənaye Universitetini” bitirmişdir. Təqsirləndirilən şəxs qızına həmin universitetin dekanı olan Sevinc xanım kimi özünü təqdim etmiş və ***-***-**-** saylı mobil nömrəsinin vvatsap ani mesajlaşma tətbiqi ilə mesaj yazmışdır. Özünü Sevinc xanım kimi qələmə verən şəxs qızını "xxxx" neft şirkətində Vüsal adlı şəxsin işlədiyini və onun köməklik edə biləcəyini bildirmişdir. Daha sonra qarşı tərəfin verdiyi digər ***-***-**-** saylı mobil nömrənin vvatsapına qızı yazmışdır. Özünü Vüsal kimi təqdim edən şəxs qızını işə düzəltmək üçün 1000 manat pula ehtiyac olduğunu, lakin universitetin dekanı olan Sevinc xanımla münasibəti olduğundan 700 manat qarşılığında onu "xxxx"a menecer kimi işə düzəldəcəyini bildirmişdir. Qızı Ləman bunları ona dedikdən sonra o, özünü Vüsal kimi təqdim edən şəxsin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Telefon zəngində Ləmanın atası olduğunu bildirmişdir. O, düzəldəcəyi iş ilə bağlı qarşı tərəfdən məlumat almaq üçün maraqlanmış, həmin şəxs ona heç bir problemin olmayacağını, iş üçün 1000 manat pul vəsaitinin lazım olduğunu lakin Sevinc xanıma görə 700 manat ilə işi həll edəcəyini bildirmiş və onu 1-ci gün Heydər Əliyev mərkəzi yaxınlığında olan ofisə dəvət etmişdir. Buna qədər işə düzəltmək üçün lazım olan 700 manat pulu karta göndərməsini istəmişdir. O, həmin şəxsin dedikləri ilə razılaşmışdır. Qarşı tərəf qızı Ləmanın vvatsap nömrəsinə ***-***-**-** saylı mobil nömrənin vvatsapı ilə özünə aid 4169-7388-2775-1888 saylı bank kartının 16 rəqəmini yazmışdır. Qızı kartın nömrəsini ona göndərmişdir. O, özünə aid 4169-7388-3939-7530 saylı bamk kartının birbank mobil tətbiqi ilə qarşı tərəfə 700 manat pulu göndərmişdir. Pulu göndərdikdən bir neçə saat sonra Vüsal adlı şəxsə 1-ci gün dediyi ofisin dəqiq ünvanı barədə soruşmaq istəmişdir. Dəfələrlə zəng etsə də, qarşı tərəf zənginə cavab verməmişdir. Daha sonra onun nömrəsini bloka atmışdır. Əlaqə saxlaya bilməmişdir. Qarşı tərəfin onu aldadaraq 700 manat pulunu ələ keçirdiyini və dələduzluq etdiyini başa düşmüşdür. O, Vüsal adlı şəxslə yalnız adi zənglə danışmışdır. Telefonla danışan zaman özünün Naxçıvanlı olduğunu bildirmişdir. O, özünü Vüsal adlı şəxs kimi təqdim edən şəxsə pulu göndərərkən yaşadığı ünvan 8 ünvanında olmuş və pulu istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-3939-7530 nömrəli bank kartının birbank mobil tətbiqi vaitəsi ilə qarşı tərəfin qızına göndərdiyi "xxxx" ASC-yə aid 4169- 7388-2775-1888 saylı bank kartına köçürmüşdür. O, özünü Vüsal kimi təqdim edən şəxslə telefonda danışmışdır. Həmin şəxs ona bildirmişdir ki, həmin 700 manat pulu ondan qızı X8 "xxxx"da menecer vəzifəsinə işə düzəltməsi üçün alır. Qızı evləndikdən sonra soyadını dəyişərək Hüseynova Mirzəevi olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, azərbyacan dilində oxuyub-yaza bilir, Azərbaycan Respublikasında təhsil almış, ona dəymiş ziyan qaytarılmamış, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs Elshad Guseinov tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 04 avqust 2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanla bağlı heç bir məbləğ ödənilməmiş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü il tarixdə “Bakı Dövlət Universitetinin” (bundan sonra BDU) dünya iqtisadiyyatı fakültəsini bitirmişdir. Həmin vaxt onların universitetində fakültənin dekanı Laçın Abışlı olmuşdur. 24 fevral 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin vvatsapına ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj gəlmişdir. Mesaja baxan zaman şəxs özünü BDU-nun dekanı Laçın müəllim olduğunu və iş üçün yazdığını bildirmişdir. Şəxs ona "xxxx" şirkətinə təcili menecer lazım olduğunu, uyğun olarsa işə düzələ biləcəyini demişdir. Onun dediyi iş maraq kəsb etdiyindən şərtləri soruşmuşdur. O, iş haqqında ətraflı məlumat üçün ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. Həmin nömrə "xxxx" şirkətində kadrların rəisi işləyən Vüsal müəllim olduğunu, danışarkən nömrəni Laçın müəllimin verdiyini ona bildirmişdir. Həmin nömrəyə zəng edərək Laçın müəllimin tələbəsi olduğunu və nömrəni ondan aldığını demişdir. O, Vüsal müəllim kimi təqdim edən şəxsdən işlə bağlı ətraflı məlumat istəmişdir. Vüsal adlı şəxs ona qeydiyyatının hansı rayon olmasını soruşmuşdur. O, Vüsal adlı şəxsə Füzuli rayonu qeydiyyatı olduğunu demiş, həmin şəxs ona rayon qeydiyyatının alınmayacağını, lakin bununla bağlı Laçın müəllimlə məsləhətləşməsini tövsiyyə eləmişdir. O, yenidən Laçın müəllimə bu barədə yazmışdır. Ona Vüsal adlı şəxs tərəfindən elektron hökümət ilə məsələnin həll oluna biləcəyini demişdir. Bu barədə Laçın müəllimə demiş, sonuncu ona həll oluna biləcəyini və bunun üçün ödəniş olunmasını demişdir. O, nə üçün ödəniş olunmasını soruşanda rayon qeydiyyatda olduğunu, bunun üçün ödəniş lazım olduğunu demişdir. Ödəniş üçün 600 manat pul lazım olduğunu, lakin endirim kimi 480 manata edə biləcəyini demişdir. O, ödənişi kimlə həll edə biləcəyini soruşmuş, ona özü həll edəcəyini demişdir. Ödənişdən qabaq ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Bir neçə dəqiqə sonra işinin həll olunduğunu və ödəniş kimi 4169-7388-2775-1888 saylı kartın 16 rəqəmini yazaraq göndərmişdir. İlkin olaraq 600 manatdan 480 manata ödənişi endirdiyini demişdir. O, qeyd edilən kart nömrəsinə özünün birbank tətbiqi ilə 480 manat pul göndərmişdir. Göndərdikdən iki saat sonra ona yazaraq işin alınmadığını, əlavə 120 manatın göndərilməsini istəmişdir. Səbəb kimi rayon qeydiyyatını 600 manatdan aşağı etmədiklərini bildirmişdir. O, həmin şəxsə inanaraq yenidən 120 manatı qeyd edilən 4169- 7388-2775-1888 saylı "xxxx" kartına göndərmişdir. Pulu göndərdikdən sonra ona Vüsal adlı şəxs günortadan sonra "xxxx" şirkətinin baş ofisinə gəlməsini demişdir. O, dediyi yerə getmişdir. Orada kadrların rəisi Vüsal adlı şəxsin olmadığı bildirilmişdir. Vüsal adlı şəxsin ***-***-**-** saylı nömrəsinə dəfələrlə zəng etsə də, telefon zənglərini götürməmişdir. O, bu barədə Laçın müəllimə deyəndə Vüsal müəllimin iclasda olduğunu, sabah yaxınlaşmasını istəmişdir. Daha sonra o, qrup yoldaşından Laçın müəllimin nömrəsini istəmiş, nömrəni ona göndərəndə görmüşdür ki, tamamilə fərqli nömrədir. Laçın müəllimə hadisə barədə məlumat vermişdir. Laçın müəllim heç kimə iş təklif etmədiyini və bunun dələduzluq olduğunu bildirmişdir. Bundan sonra o, dələduzluğun qurbanı olduğunu anlamışdır. O, Vüsal adlı şəxslə yalnız adi zənglə danışmışdır. O, 24 fevral 2025-ci il tarixdə pul vəsaitini qarşı tərəfə göndərərkən Nərimanov rayonunda yerləşən “Dost” mərkəzində işdə olmuşdur. O, həmin pulu özünü "xxxx"-ın, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadrlar şöbəsinin rəisi kimi təqdim edən Vüsal adlı şəxsin göndərdiyi karta 24 fevral 2025-ci il tarixdə, saat 12:02-də 480 manat və saat 15:27-də 120 manat olmaqla, ümumilikdə 600 manat pul vəsaitini işlədiyi Bakı şəhəri, Ziya Bünyadov prospekti 337 ünvanında yerləşən 4 saylı Bakı DOST mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-də işdə olan zaman göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən sonra təqsirləndirilən şəxsi görməmişdir. Hadisə baş verdiyi tarixdə iş axtarırdı, buna görə də, öz CV-sini bir çox iş saytlarına, məsələn, jobsearch, edumap kimi saytlara yükləmişdir. Ona dəymiş ziyan qaytarılmayıb, şikayətçidir. Ona mesaj yazmış mobil nömrənin “Whatsapp” sosial şəbəkəsində Laçın müəllimin fotoşəkili olmuşdur. Zərərçəkmiş şəxs4 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 04 avqust 2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ziyan ödənilməmiş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü il tarixdə Gəncə Dövlət Universitetinin (bundan sonra GDU) riyaziyyat müəllimliyi fakültəsini bitirmişdir. Həmin vaxt onların universitetdə fakültənin dekanı Oruc Hüseynov olmuşdur. Təxminən bir əvvəl internetdə müxtəlif elan saytlarına işə düzəlmək ilə bağlı öz tərcümeyi halını yerləşdirmişdir. 8 mart 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin vvatsapına ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj gəlmişdi. Mesaja baxan zaman şəxs özünü GDU-nun dekanı Oruc müəllim olduğunu və iş üçün yazdığını bildirmişdir. Şəxs ona "xxxx" şirkətinə təcili menecer lazım olduğunu, uyğun olarsa işə düzələ biləcəyini demişdir. Onun dediyi iş maraq kəsb etdiyindən şərtləri soruşmuş, həmin şəxs ona iş haqqında ətraflı məlumat verilməsi üçün ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. Həmin nömrə "xxxx" şirkətində kadrların rəisi işləyən Vüsal müəllim olduğunu, danışarkən nömrəni Oruc müəllim verdiyini deməsini ona bildirmişdir. Həmin nömrəyə zəng edərək Oruc müəllimin tələbəsi olduğunu və nömrəni ondan aldığını demişdir. O, özünü Vüsal müəllim kimi təqdim edən şəxsə işlə bağlı ətraflı məlumat verməsini demişdir. Vüsal adlı şəxs ondan qeydiyyatının hansı rayon olmasını soruşmuş, o, sonuncuya Ağcabədi rayonu qeydiyyatı olduğunu demişdir. Həmin şəxs ona rayon qeydiyyatının alınmayacağını, lakin bununla bağlı Oruc müəllimlə məsləhətləşməsini tövsiyə etmişdir. O yenidən Oruc müəllimə bu barədə yazmış, ona bu işin Vüsal adlı şəxs tərəfindən elektron hökümət ilə həll oluna biləcəyini demişdir. Bu zaman həmin şəxs ona həll oluna biləcəyini və bunun üçün ödəniş olunmasını demişdir. O, nə üçün ödəniş olunmasını soruşanda 6 və bazar günlərində heç bir dövlət qurumunun işləmədiyini, Oruc müəllimin tələbəsi olduğu üçün müəyyən ödəniş əsasında işi həll edə biləcəyini demiş və ödəniş üçün 400 manat pul istəmişdir. Oruc müəllim kimi təqdim edən şəxs ödənişdən qabaq ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Bir neçə dəqiqə sonra işinin həll olunduğunu və ödəniş kimi 5238-1517-1562-0293 saylı kartın 16 rəqəmini yazaraq göndərmişdir. O, qeyd edilən kart nömrəsinə özünün “m10” hesabı ilə 400 manat pul göndərmişdir. Pulu göndərdikdən bir saat sonra özünü Vüsal kimi təqdim edən şəxs onun sənədlərinin artıq sistemə qəbul olunduğunu və birinci gün saat 11 radələrində "xxxx" şirkətinin baş ofisində olmasını demişdir. Sabahkı gün yəni 9 mart 2025-ci il tarixdə özünü Vüsal kimi təqdim edən şəxs ona zəng edərək təcrübə üçün əlavə ödəniş kimi 150 manat pul göndərməsinin vacib olduğunu demişdir. O, Vüsal adlı şəxsin dediklərinə inanaraq əvvəlcədən göndərdiyi 5238- 1517-1562-0293 saylı "xxxx" kartına aid “m10” hesabından 150 manat pulu göndərmişdir. 1-ci gün o, "xxxx" şirkətinin binasına getmiş, orada Vüsal müəllimi maraqlandıqda belə bir adamın olmadığını bildirmişlər. O, həmin vaxt Oruc müəllim və Vüsal müəllimin nömrələrinə dəfələrlə zəng etsə də, zənglərə cavab verilməmişdir. Qrup yoldaşından Oruc müəllimin digər başqa nömrəsini tapmışdır. Həmin nömrəyə zəng edərək Oruc müəllimə hadisə barədə məlumat vermiş, Oruc müəllim belə bir hadisə ilə əlaqəsinin olmadığını və onun adından danışıldığını bildirmişdir. Sonradan anlamışdır ki, ona qarşı dələduzlar oyun oynayaraq ümumilikdə 550 manat pulunu ələ keçirmişlər. Bundan sonra o, dələduzluğun qurbanı olduğunu anlamışdır. O, Vüsal adlı şəxslə yalnız adi zənglə danışmışdır. O, sonuncu pulu 09 mart 2025-ci il tarixdə qarşı tərəfə göndərərkən Nəsimi rayonunda yerləşən Azərbaycan Dəmiryolları vağzalında işdə olmuşdur. Ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. O, onu "xxxx"-da ofis meneceri vəzifəsinə işə düzəltməsi üçün özünü Vüsal kimi təqdim edən şəxsə 08 mart 2025-ci il tarixdə, saat 16:46-da 400 manat, 09 mart 2025-ci il tarixdə, saat 14:39-da isə 150 manat olmaqla ümumilikdə 550 manat pul göndərmiş, həmin pul vəsaitlərini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dəmiryolları vağzalında işdə olarkən qarşı tərəfin təqdim etdiyi 5238-1517- 1562-0296 saylı karta istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə açılmış “m10” vasitəsi ilə göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi tarixdə öz CV-sini iş saytlarında paylaşmamış, sadəcə olaraq, öz tanıdığı şəxslərə iş axtardığını bildirmişdir. Təqsirləndirilən şəxsin ona bildirdiyi iş üçün 1000-1500 manat məbləğdə əmək haqqı nəzərdə tutulduğunu qeyd etmişdir. Ona dəymiş ziyan qaytarılmayıb, təqsirlənirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanında yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən iki ilə qədər əvvəl "xxxx" QSC-də inzibati şöbənin rəhbəri vəzifəsində çalışmışdır. 09 mart 2025-ci il tarixdə yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** saylı nömrənin vvatsapına ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj gəlmişdir. Mesaja baxan zaman yazan şəxs özünü əvvəlki iş yerinin idarə heyətinin sədri Niyaz müəllim kimi qələmə verərək "xxxx" neft şirkətində əlavə vakansiya olduğunu ona bildirmişdir. Əmək haqqının 2500 manat olduğunu və əlavə vakansiya kimi ofis meneceri kimi çalışa biləcəyini bildirmişdir. Niyaz müəllim kimi təqdim edən şəxs "xxxx" şirkətində özünün dostu Vüsal adlı şəxsin olduğunu ona yazmışdır. Daha sonra onun ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. Qeyd edilən mobil nömrəyə zəng edərək nömrəni Niyaz müəllimin verdiyini Vüsal adlı şəxsə bildirmişdir. O, Niyaz müəllimlə 3 gün əvvəl əlavə iş vakansiyaları barəsində danışdığını və vakansiya sisteminin bağlı olduğunu demişdir. Daha sonra Vüsal adlı şəxs ona Niyaz müəllim tərəfindən yönləndirildiyini nəzərə alaraq yeni iş ilə bağlı müəyyən sənədləşmə işlərinin olacağını və bunun üçün ödəniş etmək lazım olduğunu bildirmişdir. O, Vüsal adlı şəxsdən nə qədər məbləğ lazım olduğunu soruşmuş, sonuncu isə ondan nəyə gücünün çatdığını soruşmuşdur. O, Vüsal adlı şəxsə xidmət haqqının konkret qiyməti olması barədə demişdir. Vüsal adlı şəxs isə ortada Niyaz müəllimin olduğunu yenidən vurğulayaraq 1000 manat pulun lazım olduğunu, gücü çatmasa isə 900 manat pul ilə də həll etmək mümkün olduğunu telefonda demişdir. O, Vüsal adlı şəxsin dedikləri ilə razılaşmışdır. Əvvəlcə özünə məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini çəkib qarşı tərəfə vvatsap vasitəsilə göndərmişdir. Vüsal adlı şəxs isə ona iki kart hesabı göndərəcəyini, birinə 480 manat, digərinə isə 420 manat pul göndərməsini demişdir. Pulu göndərdikdən sonra 1-ci gün Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinin inzibati binasına gələcəyini demişdir. Vüsal adlı şəxs ona 5239-1517-1562-0293 və 4169-7388-2295-1632 saylı "xxxx" kartlarının 16 rəqəmini göndərmişdir. O, da özünə aid olan 4169-7388-0485-8292 saylı kartının birbank tətbiqi ilə qarşı tərəfin qeyd etdiyi 5239-1517-1562-0293 saylı bank kartına saat 17:15-də 480 manat, 4169-7388-2295-1632 saylı bank kartına saat 17:20-də 420 manat pulu yaşadığı ünvan 14 ünvanında yerləşən evindən olan zaman göndərmişdir. Pulu göndərdikdən sonra o, Vüsal adlı şəxsə yazaraq nə zaman işə gələcəyini soruşmuşdur. Vüsal adlı şəxsi də ona narahatçı olmamasını, sabah saat 11 üçün məkanın olduğu yeri göndərəcəyini bildirmişdir. Bu barədə həyat yoldaşı Pərvizə məlumat vermişdir. Pərviz onların dələduz olmaları barədə ona şübhələndiyini demişdir. Yenidən o, ***-***-**-** saylı mobil nömrəsinə yığaraq onların dələduz olmasını və pulunun geri qaytarılmasını istəmişdir. Vüsal adlı şəxs ona pulu geri qaytaracağını bildirmişdir. Sabahkı gün o, şəxsə dəfələrlə zəng etsə də, telefon zəngini götürməmişdir. Ona qarşı 900 manat pulun dələduzluq yolu ilə ələ keçirildiyini başa düşmüşdür. O, 09 mart 2025-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən evdə olan zaman Birbank mobil tətbiqi vasitəsi ilə özünü Vüsal adlı şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs ümumilikdə 900 manat pul vəsaiti göndərmişdir. O, əvvəllər "xxxx" QSC-nin inzibati işlər şöbəsinin müdiri vəzifəsində işləmiş və bir müddətdir, oradan işdən çıxmışdır. Həmin vaxt onun işlədiyi "xxxx" QSC-nin idarə heyətinin sədri Niyaz İsmayılov olmuşdur. O, bu məsələdən sonra Niyaz müəllimlə əlaqə saxlamış, sonuncu da ona bildirmişdir ki, bu məsələdən xəbəri yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan qaytarılmayıb, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. "xxxx" QSC-də işlədiyi dövrdə Niyaz müəllimə tabe idi, onunla əlaqə saxlayırdı, ona görə də, ona Niyaz müəllim adından mesaj yazıldıqda inanmışdır. Təqsirləndirilən şəxsə pulu ünvan 15 ünvanında yaşadığı evindən sonuncunun kart hesabına göndərmişdir. Hadisə baş verdiyi tarixdə iş axtarmış, buna görə də, öz CV-sini bir çox iş saytlarına yükləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2-da ailəsi ilə birlikdə yaşayır. Təxminən iki il əvvəl Bakı şəhər Təhsil idarəsində mühasib kimi işləmişdir. 20 yanvar 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsappına” ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj gəlmişdir. Mesaja baxan zaman tanımadığı şəxs özünü Bakı şəhər Təhsil İdarəsinin müdir müavini olan Xəyalə xanım olduğunu demişdir. O, əvvəllər həmin idarədə işlədiyindən Xəyalə xanımı yaxından tanımışdır. Xəyalə xanım kimi özünü tanıdan şəxs ona Təhsil idarəsində mühasib işlədiyini nəzərə alaraq "xxxx" şirkətində təcili mühasibə ehtiyac olduğunu bildirmişdir. O, həmin şəxsin dediyi ilə razılaşmışdır. Ona "xxxx" şirkətində çalışan Vüsal adlı şəxsin ***-***-**-** mobil nömrəsini göndərmişdir. Həmin şəxslə əlaqə saxlayaraq mühasib kimi şirkətə düzələ biləcəyini demişdir. Daha sonra həmin şəxsin verdiyi ***-***-**- ** saylı mobil nömrəsinə zəng etmişdir. Zəng zamanı nömrəni Xəyalə xanımdan aldığını və mühasib işi üçün müraciət etdiyini bildirmişdir. Qarşı tərəf onu mühasib vəzifəsinə düzəldə biləcəyini, lakin bunun üçün 1 gün vaxt qaldığını demişdir. Vüsal adlı şəxs ondan vakansiyanın elanlardan silinməsi və işə qəbulla bəzi sənədləri yığmaq üçün 700 manat pul istəmişdir. Pulu ondan istəyən zaman o, yenidən Xəyalə xanıma yazaraq həmin şəxsin etibarlı olub-olmamasını soruşmuşdur. Xəyalə xanım həmin şəxsə güvəndiyini, heç bir probleminin olmayacağını və özü buna görə cavabdeh olduğunu bildirmişdir. O, Xəyalə xanım kimi özünü qələmə verən şəxsə inanaraq Vüsal adlı şəxsin ona göndərdiyi 4169- 7388-3637-3880 saylı bank kartına 20 yanvar 2025-ci il tarixdə, saat 13:26-da yaşadığı ünvan 2 ünvanında olan zaman özünə məxsus olan 5239-1517-1117-5938 saylı bank kartından mobil telefonuna quraşdırdığı Kapital Bank ASC-nin “Birbank” mobil tətbiqi vasitəsi ilə 700 manat pul göndərmişdir. Ona Vüsal adlı şəxs sabahkı gün Heydər Əliyev prospekti Yeni Klinika ilə üzbəüz olan "xxxx" şirkətinin binasına gəlməsini və gələrkən üzərində 3x4 olan foto şəklini də götürməsini istəmişdir. Bundan sonra o, bir neçə dəfə Xəyalə adlı şəxsə və Vüsal adlı şəxsə zəng etsə də, telefonlara cavab verməmişlər. 1 gün sonra anası Xəyalə xanımın nömrəsini taparaq onun adı ilə iş təklif edildiyini bildirəndə Xəyalə xanım bunun yalan olduğunu və onun adından istifadə edilməsi barədə bildirmişdir. Bundan sonra anlamışlar ki, dələduzluğun qurbanı olmuşdur. O, Vüsal adlı şəxslə yalnız adi zənglə danışmış, danışığından Naxçıvanlı olması hiss olunmuş, Naxçıvan şivəsi ilə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ali təhsillidir, evlidir, lakin hər hansı bir yerdə işləmir. Təxminən bir il bundan əvvəl o, iş axtardığı üçün şəxsi məlumatlarını (CV) bir sıra internet saytlarında yerləşdirmişdir. Həmin vaxt bir nəfər şəxs onu SOCAR-da işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq onun 270 manat pulunu ələ keçirmiş, həmçinin həmin vaxt o, həmin şəxsə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Həmin şəxsin onu aldatdığını öyrəndikdən sonra o, bu barədə polisə şikayət də vermişdir. Bir müddət sonra ona müxtəlif polis orqanlarından zəng edilib adına olan ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edilməklə dələduzluq cinayətinin törədilməsi ona bildirilmiş, həmin vaxt o bilmişdir ki, dələduzluq edərək aldatmaqla onun pulunu ələ keçirmiş şəxs onun adına mobil telefon nömrəsi almışdır. Sonradan o gedib qeyd olunan mobil telefon nömrəsini bağlatdırmışdır. Bir daha qeyd edir ki, həmin mobil telefon nömrəsinin alınmasından, həmçinin həmin mobil telefon nömrəsindən istifadə edilməklə törədilmiş cinayət əməllərindən onun xəbəri və heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında 300 manat qeyd edilsə də, ona 270 manat ziyan dəymişdir. O, öz məlumatlarını boss.az saytında paylaşmışdır. Düzəlməli olduğu vəzifə üzrə ona 1000 manat məbləğində əmək haqqı verilməli olduğu bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Babək rayonunun Şıxmahmud kəndində yaşayır. "xxxx" ASC-yə aid 4169-7388-3637-3880 və 4169-7388- 2775-1888 nömrəli bank kartları ona məxsusdur. Həmin kartlar onun adınadır, lakin həmin kartlar ona məxsus olsa da, əsasən oğlu Təqsirləndirilən şəxs olmuşdur. Həmin kartlar oğlu Ruslanda olduğuna görə oraya hansı məbləğdə vəsaitin gəlməsindən onun məlumatı olmamışdır. Qeyd olunan pul vəsaitləri kartına gəldikdən sonra oğlu tərəfindən nağdlaşdırılaraq istifadə edilmişdir. Oğlu Ruslan kartları ondan götürən zaman hansı məqsədlə istifadə edəcəyini deməmiş, kartına gələn pul vəsaitlərinin hansı məqsədlə göndərilməsindən onun məlumatı olmamışdır. Həmin pullardan ona hər hansı bir məbləğ verilməmişdir. Oğlunun cinayət əməllərindən onun xəbəri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə şahid X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, ünvan 17 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hər hansı bir yerdə işləmir, evdar qadındır. Ali təhsillidir, 2019-cu ildə “Azərbaycan Neft və Sənaye Universitetinin” ekologiya mühəndisliyi ixtisasına daxil olub 2023-cü ildə həmin ixtisasdan məzun olmuşdur. O, dövlət işində işləmək istədiyinə görə CV hazırayıb internet üzərində müxtəlif dövlət qurumlarına və digər yerlərə müraciət etmişdir. Həmin CV-də şəxsi məlumatlarını paylaşmışdır. 21 fevral 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma tətbiqinə ***-***-**-** saylı mobil telefon nömrəsindən mesaj gəlmiş, mesaj yazan şəxs özünü məzun olduğu universitetin dekanı Sevinc xanım kimi təqdim etmişdir. O, Sevinc xanımı tanımışdır deyə onun mesajına cavab vermiş, həmin şəxs ona mesaj yazaraq "xxxx"-da vakant menecer vəzifəsi olduğunu bildirib işləmək istəyib-istəmədiyini soruşmuş, o da həmin ərəfədə iş axtardığına görə özünü Sevinc xanım kimi təqdim edən şəxsə iş istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, ona Vüsal adlı şəxsin telefon nömrəsini göndərəcəkdir, həmin nömrə ilə əlaqə saxlayıb desin ki, nömrəni Sevinc xanım vermişdir. Bir neçə dəqiqə sonra özünü Sevinc xanım kimi təqdim edən şəxs ona Vüsal adlı şəxsin mobil telefon nömrəsini göndərmişdir. O, həmin telefon nömrəsinə zəng etmiş və nömrəni Sevinc xanımın verdiyini bildirmişdir. Həmin şəxs adının Vüsal olduğunu, "xxxx"-da kadrlar şöbəsinin rəisi olduğunu, "xxxx"-da vakant menecer vəzifəsinin olduğunu, həmin işin maaşının 1200 manat olduğunu bildirmiş və əgər həmin işdə işləmək istəyirsə, bir saat ərzində şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayış və yadında qalmayan digər sənədləri gətirməsini, əgər çatdıra bilməsə onda işin alınmayacağını bildirmişdir. O, həmin şəxsə qeyd olunan sənədləri çatdıra bilməyəcəyini demiş və daha sonra yenidən Sevinc xanıma zəng etmişdir. Sevinc xanım ona demişdir ki, zəng etməsin, danışa bilmir, konfransdadır. Ona görə də, o, Sevinc xanıma yazmış və ona Vüsal adlı şəxsin istədiyi sənədləri demiş və bir saat ərzində həmin sənədləri çatdıra bilməyəcəyini bildirmişdir. Sevinc xanım ona yazmışdır ki, o, Vüsala desin ki, Sevinc xanımın qohumudur, lazım olsa Vüsala “hörmət” də etsin. O, bundan sonra yenidən Vüsala zəng edib Sevinc xanımın qohumu olduğunu, ona bu işin alınması üçün köməklik etməsini demiş, həmin şəxs də ona demişdir ki, onda o, Sevinc xanımın yaxınıdırsa, bu işi həll edə bilər, lakin bu işin alınması üçün təcili 700 manat pul göndərilməlidir. Ondan sonra Vüsalla zəngi sonlandırıb atasına zəng edib məlumat vermiş və Vüsalın telefon nömrəsini atasına göndərmişdir. Bundan sonra öyrənmişdir ki, atası həmin şəxslə danışıb onu işə düzəltməsi üçün özünü Vüsal kimi təqdim edən şəxsə 700 manat pul göndərmişdir. Sonradan “Azərbaycan Neft və Sənaye Universitetində” dekan işləyən Sevinc xanımın nömrəsini tapıb onunla danışmış və olanları həmin şəxsə demişdir. Ona məlum olmuşdur ki, əslində Sevinc xanımın nömrəsi başqa nömrədir, yəni ona yazan nömrə deyil. Sevinc xanım ona bu işdən məlumatının olmadığını, Vüsal adlı şəxsi ümumiyyətlə tanımadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 21 aprel 2025-ci il tarixdə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X17 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs1 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, yeni iş tapmaq məqsədi ilə sertifikat almaq üçün özünə məxsus olan “Paşa bank” tərəfindən verilmiş bank kartından qarşı tərəfin təqdim etdiyi 4169-7388-3637-3880 saylı "xxxx" kartına 18 yanvar 2025-ci il tarixdə 400 manat, 23 yanvar 2025-ci il tarixdə 300 manat ümumilikdə 700 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 4) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 mesaj yazmış şəxs özünü Nəcəf Talıbov kimi təqdim etmiş, Zərərçəkmiş şəxs1 18 yanvar 2025-ci il tarixdə 400 manat və 23 yanvar 2025-ci il tarixdə isə 300 manat olmaqla, ümumilikdə 700 manat ödəniş etmiş və həmin qəbzlərin fotoşəkillərini ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. (iş.v. 8) Zərərçəkmiş şəxs2 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, "xxxx" şirkətinə mühasib vəzifəsinə düzəlmək məqsədi ilə 20 yanvar 2025-ci il tarixində özünə məxsus olan "xxxx" tərəfindən verilmiş 5239-1517- 1117-5938 saylı kartdan qarşı tərəfin təqdim etdiyi 4169-7388-3637-3880 saylı "xxxx" kartına 700 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 10) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, özünü Xəyalə xanım kimi təqdim edən şəxs Zərərçəkmiş şəxs2 SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant mühasib işinin olduğunu bildirib həmin işi ona təklif etmiş və Zərərçəkmiş şəxs2 həmin şəxsin göndərdiyi bank kartına 700 manat pul köçürmüşdür. ( iş.v. 15-22) İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ****5983 saylı bank kartından 20 yanvar 2025-ci il tarixdə, saat 13:26-da 700 manat məbləğ MU******* M******* məxsus ****3880 saylı bank kartına göndərilmişdir. ( iş.v. 14) X13 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, qızı Hüseynova Ləmanı "xxxx" şirkətinə menecer düzəlmək məqsədi ilə 21 fevral 2025-ci il tarixində özünə məxsus olan "xxxx" tərəfindən verilmiş 4169-7388- 3919-7530 saylı kartdan qarşı tərəfin təqdim etdiyi 4169-7388-3637-3880 saylı "xxxx" kartına 700 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 24) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə özünü “Azərbaycan Neft və Sənaye Universitetində” dekan işləyən Sevinc xanım kimi təqdim edən şəxs SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant ofis meneceri işinin olduğunu bildirib həmin işi X2 təklif etmiş və X11 atası Elshad Guseinov həmin şəxsin göndərdiyi 4169-7388-2775-1888 saylı bank kartına 21 fevral 2025-ci il tarixdə 700 manat pul köçürmüşdür. ( iş.v. 28-29) İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ****7530 saylı bank kartından 21 fevral 2025-ci il tarixdə, saat 14:12-də 700 manat məbləğ MUSTAFA M******* məxsus ****1888 saylı bank kartına göndərilmişdir. ( iş.v. 30) Zərərçəkmiş şəxs4 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, "xxxx" şirkətinə menecer vəzifəsinə düzəlmək məqsədi ilə 24 fevral 2025-ci il tarixində özünə məxsus olan "xxxx" tərəfindən verilmiş 4159-7388- 8749-9154 saylı kartdan qarşı tərəfin təqdim etdiyi 4169-7388-3637-3880 saylı "xxxx" kartına 480 manat, 120 manat ümumilikdə 600 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 32) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə özünü “Bakı Dövlət Universitetinin” dünya iqtisadiyyatı fakültəsinin dekanı Laçın Abışlı kimi təqdim edən şəxs SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkətində) vakant ofis meneceri işinin olduğunu bildirib həmin işi Zərərçəkmiş şəxs4 təklif etmiş və sonuncu da həmin şəxsin göndərdiyi bank kartına 24 fevral 2025-ci il tarixdə 480 manat və 120 manat olmaqla, ümumilikdə 700 manat pul köçürmüşdür. ( iş.v. 37-46) İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ****9154 saylı bank kartından 24 fevral 2025-ci il tarixdə, saat 12:02-də 480 manat məbləğ və həmin tarixdə, saat 15:27-də 120 manat məbləğ MUSTAFA M******* məxsus ****1888 saylı bank kartına göndərilmişdir. ( iş.v. 47) Zərərçəkmiş şəxs6 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, "xxxx" şirkətinə menecer vəzifəsinə düzəlmək məqsədi ilə 09 mart 2025-ci il tarixində özünə məxsus olan "xxxx" tərəfindən verilmiş 4169-7388-0485- 8292 saylı kartdan qarşı tərəfin təqdim etdiyi 5239-1517-1562-0293 və 4169-7388-2295- 1632 saylı "xxxx" kartlarına ümumilikdə 900 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 50) İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ****8292 saylı bank kartından 09 mart 2025-ci il tarixdə, saat 17:15-də 480 manat məbləğ ZAMİN A******* məxsus ****0293 saylı bank kartına və həmin tarixdə, saat 17:20-də 420 manat məbləğ ARİFA H******* məxsus ****1632 saylı bank kartına göndərilmişdir. ( iş.v. 54) İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs6 mesaj yazmış şəxs özünü "xxxx" QSC-nin idarə heyətinin sədri Niyaz kimi təqdim etmiş, Zərərçəkmiş şəxs6 09 mart 2025-ci il tarixdə 480 manat və 420 manat olmaqla, ümumilikdə 900 manat ödəniş etmiş və həmin qəbzlərin fotoşəkillərini ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. ( iş.v. 55-58) Zərərçəkmiş şəxs5 tərəfindən 14 aprel 2025-ci il tarixdə DİN-in KMBİ-nin rəisinə ünvanlanan ərizədən görünür ki, "xxxx" şirkətinə menecer vəzifəsinə düzəlmək məqsədi ilə 08 mart 2025 və 09 mart 2025-ci il tarixində özünə məxsus olan ***-***-**-** saylı “m10” hesabı ilə qarşı tərəfin təqdim etdiyi 5239-1517-1562-0293 saylı "xxxx" kartına ümumilikdə 550 manat pul vəsaiti göndərmişdir. Lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. ( iş.v. 60) İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə 08 mart 2025-ci il tarixdə 400 manat və 09 mart 2025-ci il tarixdə isə 150 manat məbləğ 5239-15**-****-0293 saylı bank kartına göndərilmişdir. ( iş.v. 64) 21 aprel 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 79-80) 22 aprel 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 88-89) 22 aprel 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 97-98) 19 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 124-125) 20 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 137-138) 22 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 145-146) Suraxanı RPİ-nin İŞ-in 12 may 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ tərəfindən göndərilmiş 26 may 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-yə aid 4169-7388-3637-3880 və 4169-7388-2775-1888 nömrəli bank kartları Təqsirləndirilən şəxs atası Şahid1 məxsusdur, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 5239-1517-1562-0293 və 4169-7388-2295-1632 nömrəli bank kartlarının kimlərə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. (iş.v. 117-118, 156) 12 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin bəzi səhifələrində təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus pul vəsaitlərini ələ keçirməkdə istifadə etdiyi Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169-7388-2775-1888 nömrəli bank kartının son dörd rəqəmi 1880 kimi yazılan yerlərdə həmin rəqəmlər 1888 kimi oxunmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs və bir qrup şəxs halında qeyd olunan cinayət əməllərini törətməsini sübuta yetirmək mümkün olmadığından Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, X5, Zamin, Arifə və adları qeyd olunmuş digər şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 225-238) Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 10:30-da Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 1(010)-426/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən ünvanlanmış 20 avqust 2025-ci il tarixli məktubla Suraxanı RPİ-nin əməkdaşları tərəfindən onun 19 avqust 2025-ci il tarixdə tutularaq 20 avqust 2025-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi bildirilmişdir. (iş.v. 184-187, 207-212) Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi yuxarıda sadalanmış mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılmıdşır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. X19 həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 da Təqsirləndirilən şəxs işə düzəlmək üçün 300 manat pul verməsini bildirmiş, lakin qeyd olunan məbləğ CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş 500 manatdan az olduğundan əməldə cinayət tərkibi yaranmır, əksinə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından həmin xüsusat araşdırmanın aparılmasının təmin olunması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. CPM-nin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, onlara dəymiş ziyanı ümumiyyətlə ödəməmişdir. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixli, 1(001)-295/2022 saylı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla, ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. (iş.v. 157- 158) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı şəhəri Binəqədi Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə az ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 30 dekabr 2023-cü il tarixdən 02 il keçməmiş, yenidən qəsdən cinayət əməlləri törətmişdir. Buna görə də, o, həmin hissədə məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi vardır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs digər məhkəmə və icra işləri barədə məlumatlarından görünür ki, təqsirləndirilən şəxsin hazırda Abşeron Rayon Məhkəməsinin icraatında 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışındadır. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 178.2.2-ci maddəsi ilə barəsində 1 dəfə məhkəmə tərəfindən hökm çıxarılmış, hazırda da Abşeron Rayon Məhkəməsinin icraatında barəsində cinayət işi vardır. Həmin hallar məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, əksinə ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərə ziyanın ödənilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona əməlində cinayətin sadə residivinin olması nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli axtarış nəticəsində tutulduğu 19 avqust 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, Şahid2 pulunun ələ keçirilməsi faktı CPM-nin 207.6-cı maddəsinə əsasən araşdırmanın aparılması üçün zəruri sənədlərin surətləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 18 iş saatı üçün 198 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə Şahid2 pulunun ələ keçirilməsi faktı CPM-nin 207.6-cı maddəsinə əsasən araşdırmanın aparılması üçün zəruri sənədlərin surətləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 18 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 198 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-426/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-426/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver