Məhkəmə qərarları › İş №1(010)-427/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-427/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-427/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Nizami qızının iştirakı ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 30 yanvar – 02 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)-289/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 fevral 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən evin küçə qapısının qıfılını özündə olan vint açanla sındırıb yaşayış sahəsi olan evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq evin həyətindən 100 manat dəyərində 10 ədəd dəmir armaturu, bundan sonra 08 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən evin açıq qalmış küçə qapısından evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri olan qarajın qapısının qıfılını sındırdıqdan sonra qarajdan 30 manat dəyərində moydadırı, evin giriş qapısını sındırıb evə daxil olduqdan sonra evdən isə hər birnin qiyməti 150 manat olan 2 ədəd plastik qapını, 10 manat dəyərində “Tefal” markalanma nişanı olan elektrik qəfədanmı, 210 manat qiyməti olan yağla işləyən radiatoru və hər birinin qiyməti 150 manat olmaqla 2x3 ölçüdə Türkiyə Respublikasında istehsal edilmiş 02 ədəd xalçanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 950 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsində yerləşən saxlanc yeri olan dəmir köşkə qanunsuz daxil olub köşkün 01 ədəd 200 manat dəyərində olan dəmir qapısını, köşkün içərisindən isə 80 manat dəyərində 01 ədəd lomu, 40 manat dəyərində 01 ədəd külüngü və 10 manat dəyərində olan 01 ədəd beli gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsinə hasardan aşaraq keçib evin plastikdən olan pəncərəsinin dəmir barmaqlığını sındırıb həmin pəncərəni özündə olan vint açanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan dolabın içərisindəki dəftərin içərisindən 260 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 260 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız Zərərçəkmiş şəxs2 evindən baş vermiş oğurluq hadisəsini maddi sıxıntıları və pula ehtiyacı olduğundan törətmişdir. Belə ki, 23 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Verdiyev küçəsindən keçən zaman təbii ehtiyacını ödəmək üçün yer axtardıqda yolun kənarında faktiki olaraq fəaliyyət göstərməyən dəmir köşkün olduğunu görüb köşkün arxa tərəfinə keçmişdir. Təbii ehtiyacını ödəyən zaman köşkün qapısının acıq olduğunu, lomdan, külüngdən və beldən başqa köşkün icərsində heç bir əşyanın olmadığını görmüşdür. Bu zaman köşkün qapısını oğurlamaq qərarına gəlmiş, ətrafa nəzər yetirmiş, küçədə heç kimin olmadığını gördükdə qapını əli ilə yerindən çıxartmışdır. Bundan başqa köşkün içərisindən bir ədəd lomu, bir ədəd külüngü və bir ədəd lopatkanı, yəni beli oğurlamışdır. Həmin oğurladığı əşyaları bu ərəfədə yolla “VAZ” minik markalı avtomaşının keçdiyini gördükdə avtomaşını taksi kimi saxlatdırmışdır. Dəmir qapını avtomaşının damında olan yük yerinə qoyub, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şükürov küçəsində yerləşən yarım tikili məscidin həyətində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparmışdır. Orada işləyən adını bilmədiyi şəxsə həmin dəmir qapını 15 manata, digər əşyaları isə həmin ünvanda sata bilmədiyindən Sabunçu bazarında tanımadığı şəxsə hamısını 45 manata satmış və əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. Digər oğurluqları o etməmiş, ona Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində təyziq göstərildiyindən o, digər epizodları boynuna almışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsində ona məxsus fəaliyyət göstərməyən dəmir köşkü vardır və həmin köşk uzun müddətdir fəaliyyətsiz qalmışdır. Həmin köşkün içərisində bəzi məişət əşyalarını və tikinti alətlərini saxlamışdır. 23 yanvar 2023-cü il tarixdə axşam saatlarında həmin köşkə gedən zaman köşkün 200 manat dəyərində qapısının yerində olmadığını, köşkün içərisinə baxdıqda isə 80 manat dəyərində 1 ədəd lomun, 40 manat dəyərində 1 ədəd külüngün və 10 manat dəyərində 1 ədəd belin oğurlandığını aşkar etmişdir. Oğurluğun kim tərəfindən edilməsini gömrəsə də həmin məhəllədə yaşayan sakinlərdən eşitmişdir ki, köşkdən oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Bundan sonra 27 yanvar 2023-cü il tarixdə o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bununla ona cəmi 330 manat ziyan dəymişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. 25 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində anasının yas mərasimində iştirak etmə məqsədi ilə yaşadığı evdən çıxıb getmiş və həmin günü saat 21:00 radələrində yas mərasimindən çıxıb yaşadığı evə qayıtmışdır. Evin küçə qapısını açıb həyətə daxil olan zaman evin ön tərəfində olan plastik pəncərənin dəmir barmaqlığının evin divarına bərkidilmiş yerindən qopduğunu və pəncərənin açıq olduğunu görmüşdür. Evin giriş qapısını açıb evə daxil olduqda isə evin otaqlarının dağınıq olduğunu, əşyaların isə döşəməyə dağıdıldığını görmüşdür. Evin yataq otağında yerləşən uşaq dolabının siyirtməsinə baxıdqda həmin siyirtmədə olan dəftərin arasında gizlədib saxladığı 260 manat pulun oğurlandığını aşkar etmişdir. Bu puldan başqa onun evindən başqa heç nə oğurlanmamışdır. Evdən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona 260 manat maddi ziyan dəymişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ünvan 2 ünvanında təmir işləri aparıldığından müvəqqəti olaraq qayınatasının Yasamal rayonunda yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Evdə həmin ərəfədə ustalar işləsə də hadisə baş verən gün evdə ustalar olmayıb. O, demək olar ki, hər gün evinə baş çəksə də ancaq 08 yanvar 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq evə gedə bilməmişdir. 09 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gəlmişdir. Evin küçə qapısının qıfılının sındırıldığını görüb həyətə daxil olduqda evin həyətində yerləşən saxlanc yeri kimi istifadə etdiyi qarajın da qapısının qıfılının sındırıldığını görmüşdür. Qarajda saxladığı 30 manat dəyərində moydadırın yerində olmadığını görmüşdür. Daha sonra görmüşdür ki, evin giriş qapısının da qıfılı sındırılıb. Evi yoxlayan zaman evdən hər birinin qiyməti 150 manat olan 2 ədəd plastik qapının, 10 manat qiyməti olan 1 ədəd “Tefal” elektrik qəfədanın evdən oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra 09 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş və 10 yanvar 2023-cü il tarixdə isə ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət etmişdir. 31-ci polis bölməsindən evə qayıtdıqdan sonra evdən 210 manat qiyməti olan yağla işləyən radiatorun və 2x3 ölçüdə hər birinin qiyməti 150 manat olan 2 ədəd türk istehsalı olan xalçanın da oğurlandığını aşkar etmişdir. Bundan başqa həyətə baxan zaman həyətdən 100 manat dəyərində 10 ədəd köhnəlmiş dəmir armatur parçalarının evin həyətində olmadığını aşkar etmişdir. Ümumilikdə ona 950 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsindəki məscidin həyətində yerləşən metal qəbulu məntəqəsində işləyir. Şəxsiyyəti barədə ona sonradan polisdə olduğu zaman məlumat olan Təqsirləndirilən şəxs tanıyır və onunla şəxsi münasibəti olmasa da o, 23 yanvar 2023-cü il tarixdə iş yeri olan metal qəbulu məntəqəsində olan zaman təxminən saat 17-18 radələrində Təqsirləndirilən şəxs markası və dövlət nömrə nişanı yadında qalmayan köhnəlmiş vəziyyətdə olan “VAZ 2106” minik markalı avtomobillə məscidin həyətinə gəlmişdir. Həmin vaxt avtomobilin kuzasının yük yerində dəmir qapı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşıb dəmir qapının özünə məxsus olduğunu və hazırda dəmir qapıdan istifadə etmədiyi üçün satmaq istədiyini demiş, həmin dəmir qapını Təqsirləndirilən şəxsla onun arasında olan razılığa əsasən Təqsirləndirilən şəxs 15 manata almışdır. Təqsirləndirilən şəxs özü avtomobilin kuzovunda olan yük yerindən dəmir qapını götürüb metal qəbulu məntəqəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs həmin dəmir qapının oğurluq olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs ona qapının özünə məxsus olduğunu və istifadə olunmadığı üçün satdığını dediyi üçün o, Təqsirləndirilən şəxs dəmir qapını almışdır. Dəmir qapının Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə, yəni oğurlanmaqla əldə etməsindən onun həmin vaxt xəbəri olmayıb, daha sonra polisə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs almış olduğu dəmir qapının oğurluq olmasından onun xəbəri olub. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(010)-99/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)-289/2023 nömrəli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 180-ci maddələri cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini və Zərərçəkmiş şəxs2 evindən etdiyi oğurluq nəticəsində əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)- 289/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 24 – 26 oktyabr 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 30 yanvar – 02 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 fevral 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)-289/2023 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi Nizami qızı müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi Nizami qızı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)-289/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 24 – 26 oktyabr 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 30 yanvar – 02 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(010)- 289/2023 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Nizami qızının Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi Nizami qızına ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar