Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-429/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Həsrət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi, vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun nümayəndəsi, vəkili Müdafiəçi2 iştirakı ilə X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını və ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum edilmə cəzası təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 özünün https://www.facebook.com profilində “Hövsan qəsəbəsindəki tikinti” adı ilə video paylaşaraq, birinci videoda Suraxanı Rayon İcra Hakimiyyətinin, hüquqmühafızə orqanı əməkdaşlarını guya ondan təmənna əsasında tikintisinə göz yummaqda onu rüşvət verməkdə günahlandırmış, digər bir videoda onun təsiri ilə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun da korrupsiya halı əsasında verdikləri iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsini bildirir. Həmin çıxışlarında X8 ona yalandan böhran ataraq, Suraxanı Rayon İcra Hakimiyyətinin, rayonun hüquqmühafızə orqanlarının nümayəndələrinin ondan təmənna əsasında, tikintinə şərait yaratmaqda ittiham edir. X8 həm internet səhifəsində, həm də müxtəlif ünvanlara göndərdiyi şikayətlərdə həm onun, həm də ümumilikdə rayon icra hakimiyyətinin, hüquqmühafızə orqanlarının nümayəndələrinin, habelə Bakı İnzibati Məhkəməsinin hakiminin ünvanına yalan və böhtan xarakterli məlumatlar əks etdirmişdir. Beləliklə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 informasiya vasitəsilə onu rüşvət verməkdə ittiham etməklə, barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Onun bu əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməl olduğundan məsuliyyətə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, barəsində şikayət verilmiş şəxs X8, onu ağır cinayət əməli törətməkdə ittiham edərək, böhtan xarakterli məlumatı, internet informasiya ehtiyatı vasitəsilə yaymışdır. Məhkəmənin nəzərinə çatdırır ki, X8 https://www.facebook.com profilində yalan məlumatı yaymağa və saytın izləyicilərinə, ölkə rəhbərinə və digər rəhbər qurumlara müraciət edərək haqqında yalan və böhtanlar məlumatlar yayması nəticəsində ona mənəvi və fiziki sarsıntı yetirmişdir. Haqqında kütləvi informasiya vasitələrində-internet informasiya ehtiyatında yayılmış böhtan məlumatlara, habelə müxtəlif dövlət orqanlarına və vəzifəli şəxslərə ünvanlanmış ərizlər nəticəsində onun işgüzar nüfuzu ləkələnmişdir. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.” Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs hər bir halda qanun qarşısında cavab verməlidir. X8 özünün https: //www.facebooк.соm profilində “Hövsan qəsəbəsindəki tikinti” adı ilə video paylaşaraq, birinci videoda Suraxanı Rayon İcra Hakimiyyətinin, hüquqmühafızə orqanının əməkdaşlarını guya ondan təmənna əsasında tikintisinə göz yummaqda onu rüşvət verməkdə günahlandırmış, digər bir videoda onun təsiri ilə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun da korrupsiya halı əsasında verdikləri iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsini bildirir. Həmin çıxışlarında X8 ona yalandan böhtan ataraq, Suraxanı Rayon İcra Hakimiyyətinin, rayonun hüquqmühafızə orqanlarının nümayəndələrinin ondan təmənna əsasında, tikintisinə şərait yaratmaqda ittiham edir. X8 həm internet səhifəsində, həm də müxtəlif ünvanlara göndərdiyi şikayətlərdə onu rüşvət verməkdə ittiham etməklə, həqiqətə uyğun olmayan məlumatı həm onun, həm də ümumilikdə rayon icra hakimiyyətinin, hüquqmühafızə orqanlarının nümayəndələrinin, habelə Bakı İnzibati Məhkəməsinin hakiminin ünvanına yalan və böhtan xarakterli məlumatlar yaymaqla, onun işgüzar nüfuzuna ləkə gətirməklə, onu kənd sakinləri və digər şəxslər qarşısında hörmətdən salmışdır. Bu hərəkətlər nəticəsində sarsıntı keçirmişdir. X8 qəsəbədə yolun daralmasına səbəb olan tikinti üçün kiməsə rüşvət verməyini böhtan olaraq bildirir. Bu şəxs onun harada, hansı şəraitdə və nəyə görə rüşvət verdiyini sübut etməlidir. Həmin tikinti Hüquqların dövlət qeydiyyatına alınması barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, Yeni qaydalarla: AZ 1088, ünvan 2 ünvanında 0,1093 ha torpaq sahəsinin üzərində, əvvəldən mövcud olan daş hasarın daxilində bütün tikinti norma və qaydalara uyğun olaraq aparılır. Onun isə yaydığı böhtan xarakterli məlumatların heç bir faktiki və hüquqi əsası yoxdur. Bundan əlavə kənd sakinləri olan başqa şəxslərin də cəlb edilməsi yolu ilə müxtəlif orqanlara da saxta, həqiqətə uyğun olmayan məlumatlar yazmaqla, yaxud öz mülahizəsi əsasında barəsində böhtan yaymaqla, bu əsasdan rayon icra hakimiyyətinin, hüquqmühafızə orqanlarının nümayəndələrinin, habelə Bakı İnzibati Məhkəməsinin hakiminin ünvanına böhtan deməklə, öz çirkin niyyətinə çatmaq istəyir. Böhtanı deyən şəxs qanuna əsasən onun həqiqiliyini sübut etməlidir. Böhtançının məqsədi böhtan vasitəsilə tikintinin başa çatdırılmasına süni əngəllər yaratmaq və onun qəsəbə sakinləri arasında olan hörmətinə zərər vurmaqdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi, vəkili Müdafiəçi1 şikayət ərizəsində göstərilənləri təsdiq edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 izahatında bildirmişdir ki, nəyə görə İcra Hakimiyyəti səhlankarlıq edərək həmin yeri yoxlamır. X4 rüşvət verməsi ilə hər hansı bir yerə müraciət etməmiş, ele bir iddiası da yoxdur ki, X1 rüşvət verib. Müəmmalı məqamları nədən olduğunu bilmir, amaa şübhəsi var. İnzibati məhkəmədə də bu işlə bağlı onu qeyd etmişdir ki, bu tikintini yoxlanılsın. Tikintinin qeyri-qanuni olması ilə bağlı araşdırılımasını demişdir. Düşünür ki, korrupsiya halı yoxdur. Qeyd etdiyi fikirlərdə nəzərdə tutmamışdır ki, hansısa hakim tikinti ilə bağlı Vəfadardan rüşvət alsın. Tikintinin dayandırılması ilə bağlı məhkəmənin qərarı olmasına baxmayaraq dünən də orada tikinti gedirdi. Buna görə də şübhələnmişdir ki, bu halda oranı necə tikir. Vəfadarın o tikintini qanuni yolla aparmasına görə onun və kənd camaatının narazıcılığı yoxdur. Sadəcə o tikintini qeyr-qanuni aparmasına görə narazıdırlar. Vəfadarın bu tikintini aparması üçün vəsaitin haradan olduğunu düşünür. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 nümayəndəsi, vəkili Müdafiəçi2 izahatında bildirmişdir ki, vətəndaşlar eyni zamanda oranın sakinləri kimi qanunların riayət olunmasına, hüqüqlarının pozulmasına görə vətəndaş kimi dövlət orqanlarının vəzifəli şəxslərindən o tikintinin dayandırılması barədə müraciət etmələri onların hüqudur. Hüquqlar hamı üçün bərabərdir, ölkədə imtiyazlı şəxslər yalnız şəhid ailələlidir. Bələ məsələlərdə qanunu pozmaya heç kimə imtiyaz verilməyib. Həmin tikintidə yazılan və yazılmayan qanunlar pozulub. 13 yanvar 2025-ci il tarixli məhkəmənin tikinti işlərinin qadağan edilməsi ilə bağlı qərarı var. O qərarın icraya yönəldilməsi iyul ayında baş verib. Xüsusi ittiham qaydasında verilmiş şikayətlər də Ali Məhkəmənin Plenumunda 2014-cü il tarixindəki qərarında göstərilmişdir ki, fikir bildirmək, fikirləşmək konkret ferqli məsələlərdir. Məmmədov Vəfadar CM-nin 306cı maddəsini pozur. Bununla bağlı da müraciət etmişlər. Qanunsuz tikilidir, məhkəmənin də bununla bağlı qərarı var. Vəfadar məhkəmənin qərarın icra etmir, tikintini hələ də davam etdirir. Əliyev Yadigar videoda rüşvət sözü işlətməmiş və böhtan xarakterli heç bir hal yoxdur. Şübhələnmək böhtan atmaq demək deyil. Əliyev Yagidar yaranmış vəziyyətə görə sadəcə şübhələnmiş və burda korrupsiya halları yoxdur. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sairüsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Cinayət qanunvericiliyinə görə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs böhtan xarakterli məlumatların şikayətdə əks olunduğunu qeyd etmişdir. Göründüyü kimi böhtan xarakterli məlumatların şikayətdə əks olunması həmin şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsini istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-429/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-429/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver