Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-43/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “BHM və Partnyorları” Vəkil Bürosunun üzvü Müdafiəçi2 iştirakları ilə 10 mart 2023-cü il tarixdə, saat 12:30-da, Bakı şəhərində 11 avqust 1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində qaranlıq və quru hava şəraitində, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21070» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili «Zığ-Hövsan» avtomobil yolunun Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən keçən hissəsində «Hövsan» qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirərkən yol hərəkəti qaydasını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərini pozaraq göstərilən yol sahəsində həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində, Qum adası yaşayış sahəsinin Zığ-Hövsan avtomobil yolu ilə birləşdiyi yerdə hərəkət istiqamətində yolu soldan sağa doğru keçməyə cəhd edən 1963-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq onun koma ilə müşayiət olunmuş baş beynin diffuz travması və beyin əzilməsi, sağ maksilyar sinusun hər iki divarının sınıqları ilə müşayiət olunmuş sağ göz orbitasının hematoması, sağ diz oynağının ön, arxa və yan bağlarının gərilməsi və cırılması, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən-qəlpəli və diafizinin yerdəyişməyən sınıqları ilə nəticələnən xəsarətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxs və mülki iddiaçıin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, 15 ilə yaxındır ki nəqliyyat vasitəsi idarə edir. Hazırda «VAZ 21070» minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobili 2019-cu il tarixdə almış və öz adıına sənədləşdirmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində işlədiyi “Sədərək ticarət mərkəzi”ndən çıxıb yaşadığı ünvana getməyə başlamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunda yerləşən “Halikarnas” balıq evinə dönən yolun qarşısında üzü Hövsan qəsəbəsi istiqamətində saat təxminən 18:35 dəqiqədə 50-60 km/saat sürətlə hərəkətdə olan zaman qəfildən onunla əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin arxasından bir nəfər şəxs iti sürətlə qaçaraq onun hərəkət yoluna daxil olmuş və o, avtomobilinin ön sol hissəsi ilə həmin piyadanı vurmuşdur. Həmin piyada zərbədən yerə yıxılmışdır. O, həmin zaman avtomobili saxlayıb təcili tibbi yardıma yığaraq piyadanı yolun kənarına çəkmişdir. Ona yaxınlaşdıqda təxminən 55 yaşlarında kişi olduğunu görmüşdür. Həmin vaxt vurduğu piyada özündə olmuşdur. Təcili tibbi yardım avtomobili gəlib piyadanı 3 saylı ŞKX-yə aparmış, o da avtomobilini yolun kənarında saxlayıb TTY avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə baş verən zaman piyada qəfildən önünə çıxdığı üçün əyləcə basaraq rolu sağa qaçırtmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Hadisə baş verən zaman avtomobilində sərnişin və ya yük olmamışdır. Həmin vaxt hava yağıntısız, asfalt örtüyü isə quru olmuş, ətrafda heç bir işıqlandırma sistemi olmamışdır. Nəqliyyat vasitəsini idarə edən zaman spirtli içki qəbul etməmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmçinin ifadəsindən onu da göstərmişdir ki, belə bir bədbəxt hadisənin baş verməsini istəməmişdir, Zərərçəkmiş şəxs yolu keçdiyi ərazidə piyadalar üçün nəzərdə tutulmuş keçid olmuş, lakin sonuncu piyada keçidindən istifadə etməmiş, nəticədə qəza baş vermişdir. Mülki iddiaya münasibətdə isə bildirmiş ki, mülki iddianı qəbul etmir, belə ki, Zərərçəkmiş şəxs müalicə olunduğu “Bona Dea” xəstəxanasındakı müayinə və müalicə xərclərinin qiyməti yüksəkdir, o, əvvəlcədən həmin xərcləri ödəməyə maddi imkanının olmadığını qarşı tərəfə bildirmiş, sonuncunun qızı da həmin xəstəxanada işlədiyindən, Zərərçəkmiş şəxs əvvəlcə Sabunçu xəstəxanasına aparılsa da, sonradan müalicə üçün “Bona Dea” xəstəxanasına köçürülmüşdür. Buna baxmayaraq, sonuncunun “Bona Dea” xəstəxanasındakı müalicə xərclərinin 7950 manatını ödəmişdir, qalan məbləği və mənəvi zərəri ödəməyə maddi imkanı çatmır. Sonda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması üçün hərəkətlər etdiyini nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçını, sonuncunun nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxs və mülki cavabdehi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianı müdafiə etmiş, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 18 radələrində idarə etdiyi "VAZ21070” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunda yerləşən “Halikarnas” balıq evinə dönən yolun qarşısında Zığ qəsəbəsi istiqamətindən üzü Hövsan qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs TTY maşını ilə 3 saylı Şəhər Kliniki Xəstaxanasına aparmışdır. Lakin, xəstənin vəziyyətinin həddən artıq ağır olması səbəbi ilə həkimlərin məsləhəti ilə zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 22:27-də TTY maşını ilə “Bona Dea” Hospitalına köçürülmüşdür. Zərərçəkmiş şəxs “Bona Dea” Hospitalında müalicədə olduğu müddətdə onun müalicəsinə ümumilikdə, 30.256,87 manat (otuz min iki yüz əlli altı manat səksən yeddi qəpik) vəsait sərf edilmişdir. Göstərilən məbləğ “Bona Dea” Hospitalı tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş fakturadan da öz təsdiqini tapmaqdadır. Təqsirləndirilən şəxs tərəfindən “Bona Dea” Hospitalına 7.950 (yeddi min doqquz yüz əlli) manat məbləğində depozit qoyulmuşdur. Həmin məbləğin 1.103,13 (bir min yüz üç manat on üç qəpik) manatı “Bona Dea” Hospitalında Təcili yardım, dərman və həkim qəbuluna sərf edilmiş və qalan 6.848,87 (altı min səkkiz yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat hissəsi isə 30.256,87 manat (otuz min iki yüz əlli altı manat səksən yeddi qəpik) borc məbləğinə silinmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin “Bona Dea” Hospitalına 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat borcu vardır. Sözügedən məbləği “Bona Dea” Hospitalına ödəmək imkanı olmadığı üçün Zərərçəkmiş şəxs həmin hospital qarşısında 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) məbləğində öhdəliyi yaranmışdır. Zərərçəkən şəxsin müalicəsi tam yekunlaşmamışdır və hal-hazırda da davam etməkdədir. Səhhətinin nə zaman tamamilə bərpa olunacağını nüəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs cinayət iş materiallarında olan zahat və ifadəsində törətdiyi cinayəti etiraf etmişdir. Bundan başqa 6 aydan çoxdur ki, təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxs ağır müalicələr alır və uzun müddət hərəkətinin məhdud olduğu üçün sonuncuda psixoloji sarsıntı yaranmışdır. Həmin gündən etibarən zərərçəkmiş şəxs iş kollektivindən ayrı düşmüş və mənəvi sarsıntı keçirərək psixi durumu ağırlaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyanla yanaşı həmçinin sonuncu psixi izdirab çəkdiyi üçün sonuncuya mənəvi ziyanda dəymişdir. Bununla da zərərçəkmiş şəxsə 10.000 (on min) manat məbləğində mənəvi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyana görə 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat məbləğində və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində, ümumilikdə 33.407,99 (otuz üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat məbləğində pulun, həmçinin ödənilmiş 191 manat dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək bildirdi ki, 22 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt yolu tərəfdə yerləşən “SOCAR”a məxsus “Daşgil” adlanan qaz anbarından şirkətə məxsus avtobusla mərkəzə gəlmişdir. İbtidai istintaq zamanı sağlamlıq vəziyyəti yaxşı olmadığından avtobusdan düşdükdən sonra hazırki hadisənin baş verməsinə dair izahat versə də, əslində o, evinin qarşısında yerləşən Zığ-Hövsan yolunda 1 manatlıq taksidən düşmüş, bundan sonra taksinin arxasından piyada yola daxil olub normal asta addımlarla yolu evi tərəfə keçmək istəyən zaman qəfildən markasını və dövlət qeydiyyat nişanını görmədiyi nəqliyyat vasitəsi onu vurmuşdur. Hadisənin necə baş verməsini xatırlamamışdır. Aldığı zərbənin təsirindən yerə yıxılmış və özündən getmişdir. Gözünü xəstəxananın reanimasiyasından çıxdıqdan sonra açmışdır. O, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl yolu asta addımlarla keçmişdir. O, yolu keçən zaman avtomobilin gəlməsini görməmişdir. Yol keçmək istədikdə bir az məsafə qət etmişdir ki, qəfildən avtomobil onu vurmuşdur. Əlavə olaraq izahatında göstərmişdir ki, heç bir ağır xəstəlikdən əziyyət çəkmir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xəstəxanada müalicə olunması üçün çəkilən xərcin yalnız 7.950 (yeddi min doqquz yüz əlli) manat hissəsini ödəyib. Mülki iddianı müdafiə edərək Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyvat hadisəsi nəticəsində ona vurduğu maddi ziyana görə 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat məbləğində və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində, ümumilikdə 33.407,99 (otuz üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat məbləğində pulun, həmçinin ödənilmiş 191 manat dövlət rüsumunun alınıb onun xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 yanvar 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qum adasında yerləşən “Halikarnas” balıqçı restorana Zığ-Hövsan yolunun üzü Zığ qəsəbəsi istiqamətində yolun sağ hissəsində baş vermişdir. Həmin yolun gəliş hissəsi olan yol təmir üçün bağlı olduğundan gediş yolu həm gediş, həm də gəliş yolu kimi istifadə olunur. Yol iki hissədən ibarətdir, ətrafda torpaq sahələri vardır, yolun heç bir işıqlandırılması yoxdur, ətrafı açıqlıqdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 22 yanvar 2020-ci il tarixli, 1/352 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08 aprel 2022-ci il tarixli 360 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərkoma ilə müşayiət olunmuş baş beynin diffuz travması və beyin əzilməsi, sağ maksilyar sinusun hər iki divarının sımqlarıilə müşayiət olunmuş sağ göz orbitasının hematoması, sağ diz oynağının ön, arxa və yan bağlarının gərilməsi və cırılması, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən-qəlpəli və diafizinin yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 20 dekabr 2022-ci il tarixli 8/3212 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «VAZ 21070» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-293/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 may 2022-ci il tarixli 8/929 nömrəli rəyindən görünür ki, piyadanın Hövsan istiqamətində hərəkətdə olmuş taksinin arxa sol qapısı tərəfindən düşərək VAZ-21070 markalı 99VB285 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolu sola doğru keçərkən vurulması real hadisə müxanizminə uyğun deyildir və real olmayan hadisə mexanizmi üzrə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edilən məlumatlara əsasən VAZ-21070 markalı 99VB285 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaltmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini, evli və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 066946 saylı nikah haqqında şəhadətnamənin və AZE seriyalı, 10860811 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə evlidir, onların birgə nikahlarından 15 avqust 2007-ci il təvəllüdlü X5 adlı övladları var. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat, mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 191 (yüz doxsan bir) manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X8” Hospitalı tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X8” Hospitalında müalicəsinə 32.089,54 manat vəsait sərf olunmuşdur. Borclu tərəf həmin vəsaitdən 7.950 manat ödəniş etmişdir. “X8” Hospitalına çəkilmiş xərclər üzrə ödənilməmiş vəsaitinin məbləği 24.139,54 manat təşkil edir Tərəflərin məhkəmə iclasında verdiyi ifadələrlə Təqsirləndirilən şəxs baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün 7.950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pulu sonuncuya ödəməsi təsdiq olunur. Həmçinin iş materiallarında olan “Bona Dea” Hospital tərəfindən verilmiş arayışlardan görünür ki, ümumilikdə 7.950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pul Zərərçəkmiş şəxs tərəfindən xəstəxananın depozit hesabına köçürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə vurduğu 32.089,54 manat məbləğində maddi ziyanın ödənilməmiş qalıq hissəsi 24.139,54 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə verilmiş iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 23.407,99 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddiası təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan 23.407,99 manat məbləği tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Buna görə də məhkəmə mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təqsiri ucbatından ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı, yəni ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və ya mənəvi iztirab, yəni sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə mənəvi zərərin əvəzi qismində Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edildiyinə görə məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 191 manat pul vəsaitinin 160,22 (yüz altmış manat iyirmi iki qəpik) manat məbləğində hissəsi təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat, mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 191 (yüz doxsan bir) manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın əvəzi qismində 23.407,99 (iyirmi üç min dörd yüz yeddi manat doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160,22 (yüz altmış manat iyirmi iki qəpik) manat, cəmi 23.568,21 (iyirmi üç min beş yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 mülki iddiası qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-43/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-43/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver