Məhkəmə qərarları › İş №1(010)-43/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-43/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-43/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X4 onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 24 dekabr 2022ci il tarixdə saat 12:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci ildə onun üstündə narkotik maddə olmamışdır. Həmin günü polis əməkdaşları ondan başqa iki nəfəridə gecə vaxtı bir yerdə tutmuşlar. Onlar üçü də gecə saat 03:00 radələrində banka yığmağa gedən zaman polis əməkdaşları onları saxlamışlar. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsində polis əməkdaşları onu döyərək bədənin müxtəlif yerlərinə vurduğundan o, etiraf etmişdir. Lakin polis əməkdaşları tərəfindən ona problem olmasın deyə heç yerə şikayət etməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X14 patrul bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq polis əməkdaşlarını görəndə təqsirləndirilən şəxsin özünü itirdiyini, saat 12.20-12.30 radələri idi, yanında digər polis əməkdaşı Şahid2 olduğunu, yaxınlaşaraq təqsirləndirilən şəxsdən adını soruşduqlarını, təqsirləndirilən şəxs cavabında dəmir yığdığını, onun üzərində vəsiqə olmadığından 32-ci polis bölməsinin növbətçi hissəsinə apardıqlarını, 32-ci polis bölməsinin təhqiqatçısı X5 gəldiyini, təqsirləndirilən şəxsi təhqiqatçının otağına apardıqlarını, videoçəkilişlə üzərinə baxış keçirildiyini, videoçəkilişdə onun, iş yoldaşı Şahid2 və təhqiqatçının olduğunu, təqsirləndirilən şəxsə üzərində nə varsa təqdim edilməsini, təqsirləndirilən şəxsə qarşı onlara qədər heç bir təzyiqin olmamasını, təqsirləndirilən şəxsin onlara qarşı güc göstərməməsini, həmin günü 32-ci polis bölməsinə başqa şəxslərin gətirildiyini, təqsirləndirilən şəxsin onlar tək gətirməsini, təqsirləndirilən şəxsin narkotik maddənin hansı cibindən çıxardığını, haradan aldığını yadında olmamasını, bükümün yaşıl rəngdə olmasını, təqsirləndirilən şəxsin cibinə heç kimin narkotik maddə qoymamasını, çəkilişdə vəkilin olmasını, lakin həmin vəkilin adını bilmədiyini, səhər saat 08.30-dan axşam saat 19.30-a qədər işlədiyini, stabil ya 5 ay gecə, yada 5 ay gündüz işlədiyini, təqsirləndirilən şəxs tutulanda gündüz növbəsində olduğunu, son 15 gündə gecə növbəsində işlədiyini, təqsirləndirilən şəxsin yanında heç kimin olmadığını, təqsirləndirilən şəxsi iş yoldaşı Nicatla birlikdə saat 12.15-12.20-radələrində tutduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Şahid1 ona yaxınlaşan polis əməkdaşlarından olduğunu, Şahid1 onu döyməməsini və üzərinə narkotik maddə qoymamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X14 patrul bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq iş yoldaşı Şahid1 ilə birlikdə xidmət apararkən təqsirləndirilən şəxsə şübhəli olduğu üçün yaxınlaşdıqlarını, özlərini təqdim edərək təqsirləndirilən şəxsdən sənədini soruşduqlarını, təqsirləndirilən şəxsin üstündə sənədin olduğunu, 2479 nömrəli maşında olduqlarını, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə apardıqlarını, sonra isə təhqiqatçının otağına apardıqlarını, videoçəkilişdə onun, iş yoldaşı Səbuhi, Emil və təhqiqatçının olduğunu, vəkilin olduğunu, lakin kim olduğunu xatırlamadığını, vəkilin də videoçəklişdə iştirak etdiyini, kameranın kriminalist tərəfindən çəkdiyini, video çəkən əməliyyatçı olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmadığını, təqsirləndirilən şəxsin üzərinə narkotik maddənin qoyulmadığını, təqsirləndirilən şəxs tərəfindən bir bükümün təqdim edildiyini, əvvəllər belə tədbirdə iştirak etmədiyini, təqsirləndirilən şəxsi İ.Musayev küçəsində yerləşən Qartal heykəlinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs saat 12:30 radələrində yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu, onun iki ildir çevikdə işlədiyini, hazırda gündüz növbəsində, təqsirləndirilən şəxs tutlanda isə gecə növbəsi olduğunu, təqsirləndirilən şəxsin saat 12.30-da tutulduğunu, gecə növbəsi axşam saat 20.00-dan səhər saat 8.00-dək olduğunu, avtomobili səhər saat 08.00-da təhvil verərək çəkilişə gəldiyini, 2479 nömrəli maşında iş yoldaşı Şahid1 ilə birlikdə olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Şahid2 gördüyünü, lakin ona yaxınlaşan polis əməkdaşlarından olmadığını, 32-ci polis bölməsində gördüyünü, maşında polis əməkdaşlarının 3 nəfər oluqlarını, Şahid2 orada olmadığını, Şahid2 tərəfindən ona qarşı təzyiq olmadığını, cibinə narkotik maddə qoymadığını, Şahid2 32-ci polis bölməsində oturaraq növbəsinin başladığını gözdədiyini, videoçəkilişdə Şahid2 iştirak etdiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Çingiz, o və Emil bir məhlədə böyümüşlər. Hadisə günü görüşmüşlər. Ümumiyyətlə onlar iki gündən bir görüşərək banka, seloffan yığıb, təhvil verirlər. Hadisə günü axşam saat 01:00 radələrində görüşmüşlər. Gəzə-gəzə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Şir heykəlinin yanına çatmışlar. Əllərində kisələr olmuşdur. Saat 02:30-da qərara gəldilər ki, taksi çağıraraq getsinlər. Taksi gəlmiş və oturmaq istəyəndə polis maşını onlara yaxınlaşmışdır. Polis maşını taksinin qarşısını kəsərək onları düşürüb polis əməkdaşları üstlərini yoxlamışlar. Polis əməkdaşlarından biri demişdir ki, tapdı, əlində nə isə gətirmişdir. Lakin üstlərini yoxlayanda heç nə tapmamışlar. Onlar mübahisə etmişlər. Polis əməkdaşları zəng etmişlər, bir dənə də polis maşını gələrək onları maşına mindirib 32-ci polis bölməsinə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid X7 üçünü də bir gecə saat 03:00 radələrində apardığını, hadisə yerində üzərinə baxış keçirildiyini, lakin heç nə çıxmadığını, ***-***-**-** mobil nömrəsinin üstündə olduğunu, polis maşınında 3 nəfər polis əməkdaşının olduğunu, Emillə, Çingizlə gecə 00:30-da görüşdüklərini, Emilə ev telefonu ilə yığdığını, 32-ci polis bölməsinə Emillə onu polis maşınında, Çingizi isə taksi ilə apardıqlarını, bölməyə 02:30-da satdıqlarını, 32-ci polis bölməsində onları səhərə kimi saxladığını, onları 32-ci polis bölməsində döydüklərini, çəkliş olanda onları ayırdığını, döyülmə ilə bağlı qorxduğundan şikayət etmədiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, onlar Bakıxanov qəsəbəsində bir məhlədə yaşayırlar. Sellofan torba, bizon qabları yığıb təhvil verərək pul əldə edirlər. Gecələr yığırdılar. Hadisə günü gecə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi tərəfdə “Doblo” markalı polis maşını onları saxlamışdır. Üstlərini yoxlamışlar. Onun cibində 100 manata qədər pul, Artyomun cibində isə 200 manat pul var idi, Emilin pulu yox idi. Başqa ciblərində qeyri-qanuni heç nə olmamışdır. Sonra başqa “Dobla” maşın gəlmişdir. Birinci maşında 4 nəfər, ikinci maşında isə 3-4 nəfər polis əməkdaşları gəlmişlər. İkinci maşın gələndən sonra ortaya büküm çıxmış, Artyoma təzyiq etmişlər ki, boynuna alsın ki, büküm ona məxsusdur. Üçünü də götürüb Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin yanına gətirmişlər. Onlar istəmişlər ki, ciblərində olan pulu polis əməkdaşlarına versinlər ki, onlarla işləri olmasın. Lakin polis əməkdaşları razılaşmamışlar. Sonra onları 32-ci polis bölməsinin binasına gətirmişlər. Təhvil verib getmişlər. Səhər 32-ci polis bölməsinin əməkdaşları gəlmiş, onları bir-bir çıxardıb, həyətdə bisetkada təzyiq etmişlər. Heç biri boynuna almamışdır. Onları otağa salmışlar, demişlər ki, iş açılmalıdır, bükümü 3 yerə bölərək bildirmişlər ki, ciblərinə qoyaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirlər. Emil və Artyom razılaşmış, o, isə razılaşmamışdır. Bildirmişdir ki, üstündə heç nə olmamışdır. Onu çölə çıxartmışlar, lakin Emili və Artyomu saxlamışlar içəridə. Emilə və Artyoma sənədlərə qol çəkdirmişlər. O da, razılaşmışdır. Onları ayrı-ayrı otaqlara aparmışlar. Şahid tapmışlar, onları səhəri gün rəsmiləşdirmişlər. Guya onları səhər tutmuşlar, çəkliş etmişlər, sonra vəkil Müdafiəçi gəlmişdir. Vəkil Müdafiəçi onlardan düzünü soruşmuşdur, lakin vəkilə inanmamışlar və vəkilə heç nə deməmişlər. İş müstəntiqə veriləndən sonra vəkil onlara köməklik etmişdir. Onlar 32-ci polis bölməsinə “Dobla” markalı avtomobillə getirmişlər, o, tək getmişdir, Emil digər maşında oturmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid X9 əvəllər 234.1-ci maddəsi ilə məhkum olunduğunu, 30 il olar ki, narkotik maddə istifadə etdiyini, Emilin istifadəçi olmadığını, hər gün narkotik maddə istifadə etmədiyini, “Dobla” markalı avtomobilin onları saxlayan zaman gecə saat 02-02:30 olduğunu, onu “Dobla” markalı avtomobilə mindirib aparılaraq 3 nəfər polis əməkdaşı olduğunu, 32-ci polis bölməsinin yanına apardığını, sonra bölməyə apardığını, onu tutan polis əməkdaşlarının çəkilişdə olmadığını, onlara qarşı təzyiq olduğunu, həmin gün işlətdiyi nömrələr ***-***-**-** və ***-***-**-** olduğunu, üzərlərində telefon olduğunu, həyətdə düşüb görüşüb getdiyini, bölmənin yanında 1 saat qaldığını, söhbətlərin çöldə olduğunu, Artyomu da gətirdiyini, əllərinin qandalda olduğunu, sonra onları bölməyə təhvil verdiyini, üçünün də səhərə qədər bir yerdə qaldıqlarını, telefonlarının aldığını, pullarını da aldığını, çıxanda pullarını qaytarmadığını, telefonlarını isə müstəntiqə qaytardığını, onları ayrı-ayrı müstəntiqlərə verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 24 dekabr 2022-ci il tarixli tarixdə, saat 14:00-da tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 dekabr 2022-ci il tarixdə saat 14:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Suraxanı RPİ-nin İstintaq Şöbəsinin xidməti iş otaqlarının birində qeydə alınmış və görüntülərdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8, vəkil Müdafiəçi, tərcüməçi X6, həmçinin şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs vardır. Görüntülərə əsasən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 02 ədəd Bakı kart, “ATB” bank kartı təqdim etməsi, ondan təqdim etdiyi 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu üzərində daşıdığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan somra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/7152 saylı 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi və “...Şübhəli şəxs-Təqsirləndirilən şəxs-imza, iştirakçılar-iki imza; Təhqiqatçı: A.Meydanovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,228 qram olan qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 164 saylı 13 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 23 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 21 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 395/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin, şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin və Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin 23 dekabr 2022-ci ildən 25 dekabr 2022-ci ilədək olan intervalı əhatə edən daxil olan və çıxan zənglərin siyahısı, telefon nömrələrinin anten üzrə əhatə dairələri barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 24 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: saat 12:04:59- LBBK5765O3/LBBK5765 Garachukhur/"Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi ilə Şərq yaşayış sahəsi 10-cu döngənin kəsişməsindəki qaraj"/Surakhany/ (40.4007/49.984); saat 13:04:29- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704); saat 13:04:31- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704); saat 13:18:21- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704); saat 13:23:46- LBBK0153O3/LBBK0153 Cay evi/"Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsi, Balaxanı yolunun sol tərəfdə"/Sabunchu/ (40.44844/49. 93478); saat 13:24:08- UBBK0153C/UBBK0153 Cay evi/"Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsi, Balaxanı yolunun sol tərəfdə"/Sabunchu/ (40.44844/49. 93478); saat 13:31:48- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704); saat 13:58:16- LBBK5319O3/LBBK5319 Elshan Mehdiyev str 5/"Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi 5"/Sabunchu/ (40.443xx/xx.92891); saat 13:59:24- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704); saat 14:00:00- LBBK5257O1/LBBK5257 Elshen Mehdiyev/"Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi döngə 5"/Sabunchu/ (40.447xx/xx.92704). İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 24 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: saat 12:26:51- LBBK0233O2/LBBK0233 Neftchi/"Bakı şəhəri, K. İsmayilov küçəsində yerləşən Qaraçuxur stadionu"/Surakhany/ (40.397xx/xx.97625); saat 12:27:15- LBBK3883O1/LBBK3883 Neapol/"Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Nepol 555 avtoservis"/Khatai/ (40.384xx/xx.96959); saat 12:41:40 - LBBK3839O1/LBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E. Mehbəliyev küçəsi, 16 A"/Surakhany/ (40.392/49. 9727); saat 12:42:44 – LBBK3883O1/LBBK3883 Neapol/"Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Nepol 555 avtoservis"/Khatai/ (40.384xx/xx.96959); saat 12:44:40- LBBK2487O1/LBBK2487 Sami Petrol/"Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33"/Surakhany/ (40.390xx/xx.96708); saat 12:44:49 – UBBK3839C/UBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehdiyev küçəsi, 16 A"/Surakhany/ (40.3xx/xx.9727); saat 12:56:44 – UBBK2487G/UBBK2487 Sami Petrol/"Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33"/Surakhany/ (40.390xx/xx.96708); saat 12:58:20- UBBK2487A/UBBK2487 Sami Petrol/"Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33"/Surakhany/ (40.390xx/xx.96708); saat 13:00:53- LBBK3069O1/LBBK3069 Ahmedli-HSP/"Bakı şəhəri, Babək prospekti 111a,məhəllə 2376 "/Surakhany/ (40.398xx/xx.96716); saat 13:01:41 – UBBK0233E/UBBK0233 Neftchi/"Bakı şəhəri, K. İsmayilov küçəsində yerləşən Qaraçuxur stadionu"/Surakhany/ (40.397xx/xx.97625); saat 13:01:53- LBBK3069O1/LBBK3069 Ahmedli-HSP/"Bakı şəhəri, Babək prospekti 111a,məhəllə 2376 "/Surakhany/ (40.398xx/xx.96716); saat 13:02:57- LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:04:32- LBBK3883O1/LBBK3883 Neapol/"Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Nepol 555 avtoservis"/Khatai/ (40.384xx/xx.96959); saat 13:04:47- LBBK3883O1/LBBK3883 Neapol/"Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Nepol 555 avtoservis"/Khatai/ (40.384xx/xx.96959); saat 13:11:46- UBBK2487A/UBBK2487 Sami Petrol/"Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33"/Surakhany/ (40.390xx/xx.96708); saat 13:12:37- UBBK3839D/UBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehdiyev küçəsi, 16 A"/Surakhany/ (40.392/49. 9727); saat 13:30:48- UBBK3839D/UBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehdiyev küçəsi, 16 A"/Surakhany/ (40.392/49. 9727); saat 13:31:53- UBBK5819A/UBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:39:08- UBBK3839A/UBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehdiyev küçəsi, 16 A"/Surakhany/ (40.392/49. 9727); saat 13:39:42-UBBK5819A/UBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:41:51- LBBK3839O3/LBBK3839 Piramida/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E. Mehbəliyev küçəsi, 16 A"/Surakhany/ (40.392/49. 9727); saat 13:45:32-LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:57:29- LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:57:52- LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:58:20- LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:58:55 - LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581); saat 13:59:12- LBBK5819O1/LBBK5819 MOYKA_ZAUR/"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərpic küçəsi"/Surakhany/ (40.390xx/xx.97581). Müdafiə tərəfin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X19 tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid1 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan görünür ki, 24 dekabr 2022-ci ildə Şahid1, digər polis əməkdaşları Qəribli Rüfət və Rəcəbli Məmmədrza ilə birlikdə saat 21:00-dan saat 09:20-dək xidmət aparmışlar. Müdafiə tərəfin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X19 tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan görünür ki, 24 dekabr 2022-ci ildə Şahid2, digər polis əməkdaşları Əhmədov Amid və Qəmbərov Rauf ilə birlikdə saat 09:00-dan saat 21:00-dək xidmət aparmışlar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər "xxxx" MMC-dən məlumatlar və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X13 götürülmüş iş qrafiki barədə “Naryadların xidməti kitabı”, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X18 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində 24 dekabr 2022-ci ildə saat 12.20-12.30 radələrində yanında digər polis əməkdaşı Şahid2 olduğunu, təqsirləndirilən şəxsin təhqiqatçının otağına apardıqlarını, videoçəkilişlə üzərinə baxış keçirildiyini, videoçəkilişdə onun, iş yoldaşı Şahid2 və təhqiqatçının olduğunu, təqsirləndirilən şəxsin onlar tək gətirməsini, 24 dekabr 2022-ci ildə səhər saat 08.30-dan axşam saat 19.30-a qədər işlədiyini, təqsirləndirilən şəxs tutulanda gündüz növbəsində olduğunu, təqsirləndirilən şəxsi iş yoldaşı Nicatla birlikdə saat 12.15-12.20radələrində tutduğunu bildirsə də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid1 ümumiyyətlə 24 dekabr 2022ci ildə saat 12:00-dan saat 14:00-dək ifadəsində qeyd etdiyi kimi “Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında” deyil başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X19 tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid1 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, Şahid1 digər polis əməkdaşları Qəribli Rüfət və Rəcəbli Məmmədrza ilə birlikdə hadisənin olduğu gün gecə növbəsində xidmət aparmış, yəni 23 dekabr 2022-ci il tarixində saat 21:00-dan 24 dekabr 2022-ci il tarixində saat 09:00-a kimi işdə olmuş, 24 dekabr 2022-ci il tarixində 09:00-da növbəni təhvil vermişdir. Digər şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X18 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində hadisə günü iş yoldaşı Şahid1 ilə birlikdə xidmət apararkən təqsirləndirilən şəxsə şübhəli olduğu üçün yaxınlaşdıqlarını, 2479 nömrəli maşında olduqlarını, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə apardıqlarını, təqsirləndirilən şəxsi İ.Musayev küçəsində yerləşən Qartal heykəlinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs saat 12:30 radələrində yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu, təqsirləndirilən şəxsin saat 12.30-da tutulduğunu, 2479 nömrəli maşında iş yoldaşı Şahid1 ilə birlikdə olduğunu bildirsə də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid1 ümumiyyətlə 24 dekabr 2022-ci ildə saat 12:00-dan saat 14:00-dək ifadəsində qeyd etdiyi kimi “Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında” deyil başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X19 tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, Şahid2 digər polis əməkdaşları Qəribli Rüfət və Rəcəbli Məmmədrza ilə birlikdə gündüz növbəsində xidmətdə olduğu qeyd olunur. Həmçinin məhkəmə qeyd edir ki, şahidlər ibtidai istintaq dövründə eyni şəkildə ifadələr vermiş, bu isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, ifadələrin peşəkar polis əməkdaşı tərəfindən diktə edildiyi görsənir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X7 və X17 hadisə günü, yəni 24 dekabr 2022-ci ildə gecə vaxtı bir yedə olduqlarını, 24 dekabr 2022-ci ildə təxminən saat 03:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirdiklərini bildirmişlər. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatında şahidlərin, yəni polis nəfələri Şahid1 və Şahid2 24 dekabr 2022-ci ildə saat 12:00 radələrinə kimi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin ərazisində olmaları həmdə onunla təsdiq edilir ki, şahidlərin iştirakları ilə videoçəkilişdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi vəkil və tərcüməçi dəvət olunmamışdan öncə, yəni saat 12:00 radələrinə kimi keçirilmişdir və videogörüntü vəkilə tutma protokolundan sonra çəkilmiş kimi təqdim edilmişdir. Halbu ki, sənədlər üzrə təqsirləndirilən şəxsin üzərinə baxış saat təxminən 14:30-14:40 aralığı keçirilməsi qeyd edilmişdir. Bu kobud prosessual pozuntu, müdafiə hüququnun pozulması olmaqla, işin ən önəmli sübutu olan şəxsi axtarış baxış protokolunun mötəbərliyini şübhə altına alır. Həmçinin təqsirləndirilən şəxsin üzərinə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində baxış keçirilərkən təcüməçi X3 iştirak etdiyi qeyd olunsa da, məhkəmə iclası zamanı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərcüməçi X6 təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən iştirak etməmişdir. Bununla da təqsirləndirilən şəxsin tərcüməçinin köməkliyindən istifadə etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol iş üzrə ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin təqsirləndirilən şəxsin üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 24 dekabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,228 qram kustar üsulla hazırlanmış heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 1,228 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 1,178 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X10 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,228 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,178 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X10 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 50 (əlli) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar