Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-43/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində adsız ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə-metamfetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1.149 qram olan kustar üsulla hazırlanmış metamfetamin əldə edib, üzərində saxlamaqla satmaq niyyəti ilə daşımış və 28 fevral 2024-cü il tarixdə saat 16:30-də Suraxanı RPİ-nin 31-ci PŞ-nin CA-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Suraxanı qəsəbəsi A.Rzayev küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynindəki tünd yaşıl rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1.149 qram olan kustar üsullla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı şəxsdən psixotrop maddə olan metamfetamin almışdır. Metafetimini almaq üçün 10 azn pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə yaxınlıqda olan Suraxanı RPİ-nin 31-ci PŞnə yollanmışdır. Ona Suraxanı RPİ-nin 31-ci PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki tünd yaşıl rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü və gödəkçəsinin sağ yan cibindən içərisində ***-***-**-** olan qara rəngli Samsung markalı mobil telefonu təqdim edərək bükümün içərisindəki maddənin narkotik vasitə olan metamfetamin olduğunu, bugün səhər saatlarında Suraxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 AZN alıb istifadə etmək üçün üzəridə saxladığını bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə metamfetamini və telefonu onun iştirakı ilə ayrı-ayrılıqda bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı şəxsdən psixotrop maddə olan metamfetamin almışdır. Metamfetamini almaq üçün 10 azn pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə yaxınlıqda olan Suraxanı RPİ-nin 31-ci PŞ-nə yollanmışdır. Ona Suraxanı RPİ-nin 31-ci PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki tünd yaşıl rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü və gödəkçəsinin sağ yan cibindən içərisində ***- ***-**-** olan qara rəngli Samsung markalı mobil telefonu təqdim edərək bükümün içərisindəki maddənin narkotik vasitə olan metamfetamin olduğunu, bu gün səhər saatlarında Suraxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 AZN alıb istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə metamfetamini və telefonu onun iştirakı ilə ayrı-ayrılıqda bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, satışı ilə məşğul olmayıb. Fevral ayının 28-i günorta saatlarında onu Oba market, Atəşgah tərəfdə avtobus gözləyəndə saxlamışlar, Onu, Polis bölməsinə aparanda yolda qolunu qandallayıblar və oğurluq etməsi səbəbi ilə tutublar. Daha sonra isə 234.1-ci maddə ilə ittihamı qəbul etməsi üçün zorla imza etdiriblər. O, X1 ona məlum olub ki, maddəsi 234.2ci maddəyə tövsif edilib. O, daha əvvəl istifadəçi olmuş və buna görə türmədə olmuşdur, oradan çıxandan sonra da arada bir istifadə edir. O, Ramin, Roşqa, Cabir adlı şəxsləri tanımır, Elgiz isə məhlə uşağıdır, o da narkotik vasitən istifadə edir. Həmin günü də üstündə narkotik vasitə olmamış, istifadə də etməmişdir. Onu qandalla trubadan asaraq Şüvəlanda xəsarətlər yetirmişlər və işgəncə verərək 234.1-ci maddəni qəbul etməsi üçün imza çəkdirmişlər. Xəsarət yetirilməsi barədə ekspertizadan belə keçməmişdir. Həmin vaxt “Samsung” markalı telefon işlətmiş və onun mobil nömrəsi ***-***-**-** olmuşdur. Həmin nömrəni daima işlətmiş, “Whatsapp” proqramını da həmin nömrədə işlətmişdir. Onun yalnız “Leo Bank” kart hesabı olmuş, “Kapitan Bank” kart hesabı olmamışdır. Özü ustadır, kiminsə üçün narkotik vasitə almamışdır, istifadə edən, satan adam telefon ilə daim zəngələşər. Onda olanda başqası ilə birlikdə, başqası ilə olanda isə onunla birlikdə çəkirmiş. Qeyd etdiklərinə əsasən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin yekun iclasında Təqsirləndirilən şəxs ona yüngül və ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. 28 fevral 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsinin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsinin yaxınlığına getmişlər. Həmin vaxtı, yəni saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 31-ci PŞ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana rəngli bükümə bükülmüş içərisində psixotrop maddə olan metamfetamini və əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə kristal şəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 28 fevral 2024-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb özündə saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şahid2 əməliyyat məlumatı daxil oldu. Məruzə olunaraq, dərhal 16:30 radələrində Atamoğlan Rzayev küçəsinə yaxınlaşmışlar, təqsirləndirilən şəxsə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, PB-ə dəvət etmişlər. 31-ci PB-də üzərinə şəxsi baxış keçirilmiş, tünd yaşıl şalvarın sol yan cibindən metamfetamin, gödəkcənin sağ cibindən telefon çıxmışdır. O, bunları tanımadığı adamdan aldığını bildirmişdi. Onlara məlumat narkotik vasitənin satışı ilə bağlı daxil olmayıb. Onlar 2 nəfər birlikdə gediblər, şəxsin onlara qarşı heç bir müqaviməti olmayıb. Onun polis bölməsinə aparanda nəsə etməməsi üçün qolunda qandal ilə gətirmişlər, təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və üzərindən telefon çıxarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, Suraxanı rayonu ərazisində tanış olmuşdur. Özü əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitə olan heroini falqa arasında çəkməklə qəbul edirdi. Tərlanlada həmin vaxtlarda tanış olmuşdur. Dəfələrlə Tərlandan ona narkotik vasitə tapmasını xahiş etmişdir. Bir neçə dəfə Tərlandan getmiş, Tərlan tanımadığı yerə gedərək pulu ondan alıb və narkotik vasitə olan heroini gətirib ona vermişdir. Sonuncu dəfə 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan 050 ***-**-** saylı mobil telefona mesaj yazaraq Tərlandan narkotik tapmasını xahiş etmişdir. Lakin sonradan Tərlan mesajlarına cavab verməmişdir. Bundan sonra o, yazdığı mesajları silmişdir. Cinayət işinin 11-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-81-ci vərəqlərində olan “cinayət əməlinin tövsif edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 99-cu vərəqində olan “diskə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan qeyd olunur ki, protokol Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vüsal Hüseynov tərəfindən tərtib edilmişdir. Təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağında olan «Lenovo» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X4” proqramı vasitəsilə yazılmış 01 ədəd fayl olması müşahidə olunur. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin bükümün açılaraq içərisinə baxıldıqdan sonra ondan təqdim etdiyi bükümün dərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində patı kimi tanıdığı psixatrop vasitə metafetamin olduğunu, həmin metafetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi 01 ədəd Samsung markalı mobil telefonunun aşkar edilməsi aşkar edilmiş həmin 01 ədəd bükümün və mobil telefonun götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması müəyyən olundu. Daha sonra Müdafiəçi əlyazısı ilə “Diskə baxa bilmədik, çünki açılmadı” qeyd etmişdir. Suraxanı Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə dair verilmiş xx.xx.2025-ci il tarixli sorğusuna həmin məhkəmənin böyük məsləhətçisi İsa Maqsudovun cavabına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Elektron Məhkəmə İnformasiya Sistemində 2018-2024-ci ilin iyul ayınadək baxılmış işlər üzrə axtarış edilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs ətrafında “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanuniliyinin yoxlanmasına dair Bakı şəhən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(010)-321/2021 saylı, xx.xx.2024-cü ı tarixli, 5(010)-194/2024 saylı qərarıları, “Telefon və digər qurğularla aparılan danışıqların rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” nə dair xx.xx.2024-cu il tarixli, 5(010)- 202/2024 saylı qərarı və “Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi” nə dair xx.xx.2024-cü il tarixli, 5(010)- 206/2024 saylı qərarları olmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 fevral 2024-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 110-114-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni 17 iyun 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 29-cu vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Pərvin İbrahimov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynidəki tünd yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü və əynindəki gödəkçəsinin sağ yan cibindən ***-***-**-** nömrəsi olan bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə metamfetaminə oxşar maddə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, psixotrop maddəni 28 fevral 2024-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Cinayət işinin 39-42-ci vərəqlərində olan Cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/1220 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,149 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 1,149 qram, tədqiqata sərf edilmişdir 0,050 qram, qalıq 1,099 qram. Cinayət işinin 155-156-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X7- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 2518 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 59-60-cı vərəqlərində olan “telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı aşkar edilmişdir. Bundan sonra telefon aparatında olan “WhatsApp” proqramına daxil olundu. Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun “WhatsApp” mesajlaşması vasitəsilə, 050 475-27- 78, 070 721-14-14, 055 963-01-02, 070 851-27-87, 055 923-13-28, 051 937-71-44, 055 461-61-51, 077 579-59-39, 051 684-61-01, 051 ***-**-** saylı mobil nömrələr ilə danışmış, onlara narkotik vasitə təşkil edərək çatdırmışdır. Belə ki, daxil olan çıxan mesajların Təqsirləndirilən şəxs yaxalanmazdan bir neçə saat əvvələ aid olduğu mesajlarda qeyd olunur. Mobil telefonuna 055 ***-**-** saylı nömrəni Azik kimi qeydiyyata almış şəxslə danışaraq Təqsirləndirilən şəxs: Azik 14:08 Təqsirləndirilən şəxs:-neynirsen neynirsen 14:08 Təqsirləndirilən şəxs -hardasan 14:08 Azik: səsli olaraq salam qaqas salam heçnə işdəyən sən neynirsen 14:09 -Təqsirləndirilən şəxs:Qaqa gör nə dirəm bir sekkiz manatın var, onu həll eləyim,bu dəqiqə həmin şəxs çıxır mənə mal gətirir atsan sənədə gətirərə o dediyim qırmızıdan demişəm ona bibioğluya söz vermişəm. 14:09 -Azik:Bu gün nə bilim brat çətin kartdada pul yoxdu,atardım kartdan,görüm neynirəm,bu gün ama çətin olacaq alınsa sabhlarım alınacaq,həm obirisi həm obirisi,başa dustun,deyəcəm sənə 14:14 Təqsirləndirilən şəxs: Ala indi fürsətdirdə qaqaş bilirəm nə deyirəm,cəhənnəm 5 manat altı manat nəyə gücün çatır at,mən götürüm də bildün nə deyirəm. İndi fürsətdir ki,götürüm. 5 manat altı manat nə olsa at mən götürüm hara deyirsən aparım verim maşmlaam 14:15 - Azik:At kartı 5 manat atıram 14:37 Azik:Səndə qalsa sonra mən səni tapa bilməyəcəm,aparıb verə bilərsən Ramin obyektə 14:37 Təqsirləndirilən şəxs: 4169-7388-0206-0768 14:39 Təqsirləndirilən şəxs: Tez atsan əla olar ki men çıxardım gedim gəlim 14:40 Azik:Atmışam 14:41 Təqsirləndirilən şəxs Ok götürüm yığıram seni 14:42 Azik:Qaqaş 14:48 Təqsirləndirilən şəxs: he brat 14:51 Azik:sesin gəlsin 17:17 Azik: Qaqas mən bilirdim sən özün divijenya eleyindin,özünün malının vaxtı çatmışdı,ona görə məndən pulu aldm,özdə deyirsən oğlana deyirəm bibim oğluna söz vermişəm çatdırmalıyam,men sabaha nese elemeliydim ama sen mene çatdırmadın. Heç bir şey öpürəm özündən muqayət ol 21:07 Bundan başqa Saat 14:07 dəqiqədə 051 ***-**-** saylı mobil nömrə ilə danışaraq ondan 4169-7388-0206-0768 saylı karta 5 manat atmasını istəmiş,həmin şəxsdə pulu ataraq qəbzin şəklini ona atmışdır,hamin tarixdə saat 13:55 dəqiqədə mobil telefonuna adını Elgiz olaraq qeyd etdiyi şəxslə danışıqlar aşağıdakı kimi göstərilmişdir: Təqsirləndirilən şəxs:qaqas hardasan 13:53 Elgiz:-aycan qaqa heçne pul axtaram, 13:54 Təqsirləndirilən şəxs :qaqa 10 manat çatmır yarıya,götürəy eliyəy hamısını 13:55 Elgiz:-ilkinə yaz bu dəqiqə yazdı mənə kanal axtarır 13:55 Təqsirləndirilən şəxs - hansı nömrə 13:55 Elgiz: 051 ***-**-** 13:56 Təqsirləndirilən şəxs -ok 14:03 Cinayət işinin 157-158-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022- ci ildə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 11 ay 28 günə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 132-133-cü vərəqlərində olan “Məhkəmə-tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2024-cü tarixli 157 saylı ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü vət. Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sağ saidin sıyrığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilədri, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterizə və lokalizasiyasına görə qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması inkar olunmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, ilk olaraq istifadəsində olan telefonunda aşkar olunmuş digər şəxslərlə yazışmaları, bu barədə öz ifadəsi, “şəxsi axtarış və götürmə“ haqqında protokol, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış nəticəsində üzərində aşkar edilmiş maddi sübutlara (mövcudluğu və məxsusluğu təqsirləndirlən şəxs tərəfindən inkar olunmur) əsasən, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Əsmətov X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 11 ay 28 günə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixində cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Qeyd olunmalıdır ki, onun cəzasının sonu xx.xx.2022-ci ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olduğunu (residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 440 (dörd yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,099 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 440 (dörd yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-43/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-43/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver