Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-432/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, 01 – 03 mart 2024-cü il tarixləri üzrə tutulmuş, 03 mart 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 16 oktyabr 2024-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda 0.831 qram narkotik vasitə heroini və 01 ədəd bükümdə 0.926 qram psixotrop maddə metamfetamini 01 mart 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşından zakladka yolu ilə əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin Narkotirklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2024-cü il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Salamzadə küçəsində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq X10 İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.831 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0.926 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə onlayn vasitəsi ilə “Əli” adlı İran İslam Respublikasının vətəndaşından 70 manata öz şəxsi istifadəsi üçün əldə etmək barədə razılaşmış və narkotik vasitəni götürmək məqsədi ilə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə qəbirstanlığın yanına gəlmişdir. Narkotik vasitəsini götürmüş və mülkü geyimdə ona polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitə gəzdirilməsində şübhəli olduğu üçün onu polis idarəsinə dəvət etmişlər və polis idarəsinə vəkil dəvət olunmuşdur. Polis əməkdaşı ona vəkilinin iştirakı ilə hüquq və vəzifələrini izah etmiş, sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxs axtarış keçirilməsinə başlanmışdır. Polis əməkdaşı ona şəxsi axtarışla bağlı hüquq və vəzifələrini izah etmiş, üzərində dövriyyəsi qanununla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra əynində qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxararaq stolun üstünə qoymuşdur. Sellofan bükümlər şəffaf olduğundan içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddə olduğu görünmüş, polis əməkdaşı ondan həmin bükümlərdə nə olması və nə məqsədlə əldə etməsi barədə sual vermiş, o, həmin bükümlərin birində kakos kimi, digərinin içərisində patı kimi tanıdığı narkotik maddələr olduğunu, öz şəxsi istehlakı üçün əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Götürülmüş iki ədəd büküm bir ədəd ağ rəngli boş zərfə qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, 10 ildir çəkmək yolu ilə metamfetmanin və heroini istifadə edir. O, əldə etdiyi narkotik vasitəni onlayn vasitəsi ilə İran vətəndaşından zakladka yolu ilə 70 manata əldə etmişdir. O, narkotik maddə satmamışdır. Əldə etdiyi narkotik vasitəni “Əli” adlı İran vətəndaşından zakladka yolu ilə əldə etmişdir. Həmin şəxsin nömrəsini və yaşadığı ünvanı bilmir. Üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Ona qarşı heç bir fiziki təziq və zorakılıq göstərilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Digər polis əməkdaşı Şahid2 bu barədə Suraxanı Rayon Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Ondan və digər polis əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 mart 2024-cü il tarixdə saat 18:00 radələrində aldıqları əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Salamzadə küçəsinə gəlmişlər. Saat 19:00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs gəldiyinin görərək yaxınlaşmışlar. Özlərini təqdim edib xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü təqdim etmişdir. Narkotik maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirib onlarla Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına getməli olduğunu bildirmişlər. Həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinə gətirmişlər. Müdafiəçi dəvət olunmuş, baş təhqiqatçı Suad Həmzəyev vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Şahid2, Şahid1 və Suad Həmzəyevin iştirakı ilə Təqsirləndirilən şəxsnin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Baş təhqiqatçı X9 Məmmədovadan izah olunmuş hüquq və vəzifələrinin ona aydın olubolmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin hüquq və vəzifələrin ona aydın olduğunu bildirmişdir. X9 Məmmədovaya üzərində qanununla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ayrıayrılıqda 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Baş təhqiqatçı Suad Həmzəyev həmin bükümləri açmışdır. Bükümlərdən birinin içərisində qəhvəyi rəngli digər bükümün içərisində isə ağ rəngli maddə olduğu müəyyən olunmuşdur. X9 Məmmədovadan həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bükümlərdə heroin və metamfetamin olduğunu, internet vasitəsi ilə “Əli” adlı İran vətəndaşından ümumilikdə 70 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd içərisində ağ və qəhvəyi rəngli maddələr olan 02 ədəd büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 əvvəlcə şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Həmin videoda şəxsi axtarışda Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin CAŞ-nin kiçik əməliyyta müvəkkili polis serjantı Şahid1, CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirak etməsi görünür. Baş təhqiqatçı Suad Həmzəyev Təqsirləndirilən şəxsndan izah olunmuş hüquq və vəzifələrinin ona aydın olub-olmaması barədə sual verir. Təqsirləndirilən şəxs da həmin hüquq və vəzifələrin ona aydın olduğunu bildirir. Suad Həmzəyev Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ayrı-ayrılıqda 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Baş təhqiqatçı Suad Həmzəyev həmin bükümləri açır. Bükümlərdən birinin içərisində qəhvəyi rəngli digər bükümün içərisində isə ağ rəngli maddə olduğu müəyyən olunur. Suad Həmzəyev Təqsirləndirilən şəxs həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. O, da həmin bükümlərdə heroin və metamfetamin olduğunu, internet vasitəsi ilə Əli adlı İran vətəndaşından ümumillikdə 70 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd içərisində ağ və qəhvəyi rəngli maddələr olan 02 ədəd büküm, 01 ədəd boş zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/1266 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 45” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları, soyad v imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,831 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,831 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,781 qram. metamfetaminin təmiz çəkisi-0,926 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,876 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3671 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 17 oktyabr 2024-cü il tarixli 3-16-17/40/2-6948/2024 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 16 oktyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,831 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ilkin çəkisi 0,926 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,876 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə materia ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və X4” publik hüquqi şəxsinin 01 mart 2022-ci il tarixli 49 nömrəli məktubunun surətindən görünür ki, 05 oktyabr 2020-ci il təvəllüdlü X1 meyiti 01 mart 2022-ciil tarixdə prokurorluq, RPİ-nin təliqəsinə (qərarına) əsasən MTE və PA Birliyi PHŞ Sabunçu rayon şöbəsində müayinə edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan və AZ-İV seriyalı 535278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2017-ci il təvəllüdlü X2 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, qadın olmasını, bir azyaşlı övladının ölməsini və bundan başqa himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 – 03 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 16 oktyabr 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,781 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 0,876 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 – 03 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 16 oktyabr 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,781 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 0,876 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-432/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-432/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver