Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-436/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar dələduzluq etmiş, yəni təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs özünü nüfüzlü və işgüzar şəxs kimi təqdim etməklə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarım qazandıqdan sonra 4000 manat pulun müqabilində sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən torpaq sahəsində ev tikdirməsi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən icazə alacağına dair yalan vəd verib aldadaraq 2024-cü ilin aprel ayının sonlarında ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 4000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrar, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs özünü nüfüzlü və işgüzar şəxs kimi təqdim etməklə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazandıqdan sonra 1600 manat pulun müqabilində sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən torpaq sahəsində ev tikdirməsi üçün "xxxx"-dan (Azərbaycan Dövlət Neft Şirkətindən) icazə alacağına dair yalan vəd verib aldadaraq 2024-cü ilin may ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində yerləşən avtomobil dairəsinin yanındakı “Qayo inşaat” mağazasının qarşısında Zərərçəkmiş şəxs 1600 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində övladları vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, hazırda fəhləlik edərək dolanışığını təmin edir. Əvvəllər yük avtomobili ilə mişar daşlarının satışı ilə məşğul olmuşdur. O, yük avtomobili ilə mişar daşı satan vaxtda mişar daşı ilə yüklənmiş avtomobili yolun kənarında saxlamışdır, beləliklə yoldan keçən mişar daşına ehtiyacı olan vətəndaşları mişar daşını görüb bəyənmişlər və almışlar. 2024-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs ilə də bu formada tanış olmuşdur. Nizami yolun kənarında saxladığı avtomobildəki mişar daşlarını görüb bəyənmiş, ona görə də ondan həmin daşları almaq istədiyini bildirmişdir. Onlar danışıb razılaşdıqdan sonra həmin daşları Nizamiyə məxsus Zığ qəsəbəsində yerləşən torpaq sahəsinə aparıb boşaltmışdır. Daşı aparıb boşaldan zaman orada usta işləmiş və torpaq sahəsinin ətrafında olan hasarı hörmüşdür. O, daşı boşaldan zaman oraya "xxxx"ın işçiləri gəlib bildirmişlər ki, həmin torpaq sahəsi "xxxx"ın ərazisidir, ona görə də tikinti dayandırılsın. Buna görə də Nizami məcbur olub tikintini dayandırmışdır. Həmin vaxt onun pula ehtiyacı olmuş, fikirləşmişdir ki, Nizamiyə desin ki, tikinti üçün əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətindən icazə alınmalıdır, o da dost-tanışları vasitəsi ilə icazəni rəsmi alar, Nizamidan aldığı pulu da öz ehtiyaclarına xərcləyər, lap lazım olarsa həmin puldan bir qədərini icazə üçün verər. Ona görə də o, Nizamiyə demişdir ki, onun Zığ qəsəbəsində yaşayır, buradan uzaqda yaşayır, o tanış ustalar gətirib burada lap evi də tikdirər, ancaq əvvəlcə icra hakimiyyətindən icazə alınmalıdır, onun dost-tanışı çoxdur, 3000 manat pula həll edər. Onun sözlərindən sonra Nizami onunla razılaşmış, ona demişdir ki, o danışıb icra hakimiyyətindən icazə alsın. O Nizamiyə demişdir ki, bir qədər gözləsin, xəbər edəcəkdir. 3-4 gün sonra o Nizamiyə zəng edib desinki ki, birlikdə keçmiş icra hakimiyyətinin binasına getməlidirlər. Hazırda orada arxitektura idarəsi yerləşir. O Nizamiyə demişdir ki, əvvəlcə arxitektor idarəsinə getsinlər, orada onun yaxın dostu vardır, həmin dostu zəng edib Suraxanı Rayon İcra Hakimiyyətindən xahiş edəcəkdir. Onlar birlikdə arxitektura idarəsinə getmişlər, Nizami yolun kənarında gözləmiş, o idarəyə daxil olub bir neçə dəqiqə idarənin içərisində gözlədikdən sonra bayıra çıxıb Nizamiyə demişdir ki, dostu ilə danışmış, onun yanında zəng edib Suraxanı Rayon İcra Hakimiyyətindən xahiş etmişdir. 2024-cü ilin aprel ayının sonlarında o Nizamiyə zəng edib demişdir ki, pulu təşkil etsin, gedib icra hakimiyyətinə pulu verməlidirlər. Nizami gəlib idarə etdiyi avtomobillə onu götürmüş, onlar birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısına getmişlər, orada o Nizamiyə demişdir ki, 3000 manata iş həll olunmur, Nizami ona 4000 manat pul versin, Nizami də cibindən çıxarıb ona 4000 manat pul vermişdir. O 4000 manat pulu götürüb əynində olan şalvarın cibinə qoymuş və Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş, orada tanımadığı vəzifəli şəxslərin biri ilə görüşmüş və ona Zığ qəsəbəsi ərazisində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin "xxxx"ın ərazisi olduğunu və qeyd olunan torpaq sahəsində ev tikdirmək istədiyini demiş, lazım gəlsə pul da verə biləcəyini demişdir. Lakin həmin vəzifəli şəxs bu işlərin pulla həll olunmadığını, "xxxx"ın balansında olan torpaq sahəsində ev tikdirməyə icazənin olmadığını, bunun üçün gedib "xxxx"a müraciət etmələrini demişlər. O da həmin vəzifəli şəxsin yanından çıxıb Nizaminin yanına gəlmiş və həqiqəti ondan gizlədib ona demişdir ki, işi danışsın, tikintiyə icazə vermişlər, 4000 manat pulu da vermişdir, bir həftə sonra tikintiyə başlaya bilərlər. Həmin vaxtdan bir həftə sonra o usta tapıb Nizamiyə məxsus torpaq sahəsinə aparmış və evin tikintisinə başlamışlar. O fikirləşmişdir ki, tezliklə evin divarlarını hörüb qaldırsınlar, bundan sonra "xxxx"ın işçiləri məcbur gəlib razılıq verərlər. Ustalar 3-4 gün işləyib evin divarlarını yerdən təxminən 1 metr qaldırmışlar ki, yenə də "xxxx"ın işçiləri gəlib tikintini dayandırmışlar və burada ev tikdirməyin qanunsuz olduğunu bildirmişlər. Bundan sonra o Nizamiyə demişdir ki, gedib tikintiyə icazə üçün "xxxx"a ərizə yazmaq lazımdır, lap lazım olsa biraz “hörmət” də edərlər. 01 may 2024-cü il tarixdə onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən "xxxx"ın baş idarəsinə getmişlər və orada Nizami tikintiyə icazə üçün ərizə yazmışdır. Lakin həmin ərizəni yazdıqdan 10-15 gün keçsə də bir cavab gəlməmişdir deyə o fıkirləşdir ki, Nizamidən bu adla pul alsın, onsuz da yazdıqları ərizəyə Nizamiyə müsbət cavab verəcəklər, yəni tikintiyə icazə verəcəklər. Çünki Nizaminin evinin yanında başqa adamlar ev tikdirmişlər, fikirləşmişdir ki, Nizamiyə də icazə verəcəklər. Ona görə də 2024cü ilin may ayının ortalarında o Nizamiyə demişdir ki, evin tikilməsinə "xxxx"dan icazə verilməsi üçün "xxxx"a da 1600 manat pul verilməlidir. Nizami də həmin 1600 manat pulu ona verməyə razılaşmışdır. 2024-cü ilin may ayının ortalarında o Nizamiyə demişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən avtomobil dairəsinin yanına getməlidirlər, "xxxx"ın işçisi oraya gələcək, onlar orada görüşüb "xxxx"ın işçisinə pul verməlidirlər. Nizami gəlib idarə etdiyi avtomobillə onu götürmüş, onlar birlikdə qeyd olunan avtomobil dairəsinin yanına çatıb orada yerləşən “Qayo inşaat” adlı mağazanın qarşısında dayanmışlar və həmin yerdə o, Nizamidən 1600 manat pulu alıb cibinə qoymuş, daha sonra avtomobildən düşüb onlardan 6-7 metr arxada dayanmış vəziyyətdə olan taksiyə əyləşmiş və taksi sürücüsündən Zığ qəsəbəsinə hansı qiymətə aparmasını soruşmuş, daha sonra yenidən avtomobildən düşüb Nizaminin yanına gəlmişdir. Nizamiyə demişdir ki, pulu həmin şəxsə vermiş, həmin şəxsin qohumu "xxxx"da vəzifəli şəxsdir. Halbuki pul onun cibində olmuşdur. O həmin pulu da kredit borclarına ödəmişdir. Həmin vaxtdan sonra Nizami gömüşdür ki, evin tikintisinə icazə verilməmiş, Nizami ondan pulunu istəməyə başlamışdır. O Nizamiyə demişdir ki, bankdan kreditə pul götürüb onun pulunu verəcəkdir. Nizami buna inanmadığına görə onunla birlikdə Unibanka gedib kredit barəsində maraqlanmış, lakin bankdan ona kreditə pul verilməmişdir. Bundan sonra Nizami tez-tez ona zəng edib pulunu istəmiş, o isə işləməmişdir deyə Nizaminin pulunu qaytara bilməmiş, ona görə də vaxt qazanmaq üçün Nizami aldadaraq ona demişdir ki, bankdan ona demişlər ki, borcun olması barədə müqavilə aparsa ona kreditə pul verəcəklər. Nizami də ona inanıb onunla borc müqaviləsi bağlamağa razı olmuşlar. Ancaq borc müqaviləsi bağlanması üçün ortada pul olmalıdır deyə o keçmiş iş yoldaşından xahiş etmişdir ki, onun üçün bir neçə dəqiqəlik 5000 manat pul tapıb notariusa gətirsin, daha sonra pulunu yenidən götürər. 01 avqust 2024-cü il tarixdə onlar Nizami ilə görüşüb Yeni Günəşli qəsəbəsində yerləşən 34 saylı Notariat ofisinə getmişlər, oraya onun tanışı 5000 manat pul gətirib ona vermiş, o da həmin pulu bankın qarşısında Nizamiyə vermişdir ki, pulu özününki kimi təqdim etsin. Nizami də ona inanıb həmin pulu özünün pulu kimi təqdim etmiş, beləliklə notarisuda onların arasında borc müqaviləsi bağlanmış, guya ki həmin vaxt Nizami ona 5000 manat borc pul vermişdir. Lakin həmin 5000 manat onların olmamış, o sadəcə vaxt qazanmaq üçün belə bir hərəkət etmişdir. O, Nizamidən pulu alan zaman ancaq ikisi olmuşlar, onların yanında heç kim olmamışdır, hər iki görüşdə tək olmuşlar. Nizami adlı şəxsin həyətində tikinti işlərinə dair icazə sənədi alınması məqsədilə pul almışdır, məqsədi həmin işləri pulsuz həll edib həmin pul vəsaitlərini öz ehtiyaclarına xərcləmək olmuşdur. Lakin o pul vəsaitlərini xərcləsə də işi həll edə bilməmişdir. İcazə alınmasına dair sənədlərin əldə edilməsi, qeyri qanuni hərəkətlərlə mümkün olmadığı halda pulu qaytarmamış, fikirləşmişdir ki, başqa tanışlar tapar və həmin müddət ərzindədə şəxsi maraqları üçün, bank borcları üçün xərcləmişdir. Notoriat konturuna gedərək 5000 manat borc müqaviləsi yazdırmaqda məqsədi o olmuşdur ki, müddət uzansın və pulu olduqda həmin 5600 manat pulu qaytarsın. O, birinci dəfə 4000 manatı alan zaman 1600 manatı almaq fikri olmamış, bunun üçün şərait də olmamışdır. Fikirləşmişdir ki, icra hakimiyyəti rəsmi olaraq icazə versə daha "xxxx" bu işə qarışa bilməz. Lakin sonradan "xxxx"ın işçiləri yenə də müdaxilə etmişlər deyə həmin fürsəti dəyərləndirmiş və Nizamini aldadıb 1600 manat pulunu ələ keçirmişdir. 1600 manat pulu alan zaman yanına getdiyi taksi sürücünü tanımır, birinci dəfə idi ki görmüşdür. O, Nizamini aldatmaq üçün demişdir ki, həmin şəxsi tanıyır. Hazırda həmin şəxsi tapa bilməz və kim olmasını bilmir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təqsirini etiraf edir. Zərərçəkmiş şəxs onu aldatdığını hesab edir, ancaq o, zərərçəkmiş şəxsi aldatmamışdır, onun işi quyuya düşüb, qarışıqlıq olub, pul ona qayıdıb. Onun banka verəcək borcu var idi, həmin məbləğ ilə banka ödəniş edəcəyini, sonra isə pulu yerinə qaytarıb qoyacağını düşünmüşdür. O, daş satırmış, zərərçəkmiş şəxslə arasında tikintidən söhbət düşmüş, o da adam olduğunu zəng edəcəyini bildirmiş, zəng etmiş və bu işin alınacağını demişdir. Daha əvvəllər belə bir iş görməmişdir. Həmin adamın belə bir iş gördüyünü eşitmiş, ondan əvvəlcə 4000 manat, sonra isə 1500 manat istəmişdir. Zərərçəkmişdən 10000 manat istəsə verərdi, ancaq o yuxarı məbləğ deməyib, 4000 manat demişdir. Həmin gün pulu almamış, 2-3 gün keçdikdən sonra pulu almışdır. Zərərçəkmiş şəxs onun dalınca getmiş, evdən onu götürmüş, birlikdə İcra Hakimiyyətinə getmişlər, zərərçəkmiş şəxsdə onun içəriyə girdiyini görmüşdür. O, içəri girmiş, ancaq iş alınmamış, çölə çıxanda isə zərərçəkmiş şəxsə bunu deməmişdir, ona "xxxx"a getməklərini demişdir. Onlar birlikdə "xxxx"a getmişlər, orada ərizə yazmışlar, ərizəyə rədd cavabı verilmiş, o da başqa adam axtarmağa başlamışdır. O, zərərçəkmiş şəxsdən 1500 manatı da düzəltmək üçün almışdır. Onun pula ehtiyacı olmamış, aldığı pul onun borcudur, qəpiyinədək geri qaytaracaq. Ondan sonra zərərçəkmiş şəxs başqa adama 8000 manat və 3000 manat verib, həmin şəxs də edə bilməyib, ancaq pulu qaytarıb, o isə qaytara bilməmişdir. O, istintaqda ifadə verərkən ona zor tətbiq edilməyib. Atası bu məsələni 7-8 ay sonra bilmiş, infarkt keçirmişdir. Aldığı pulları atasının ölümünə xərcləməmişdir. Hazırda pulu geri qaytarmağa çalışır. Bugün zərərçəkmiş şəxsə zəng edərək 200 manat verəcəyini demiş, zərərçəkmiş şəxs də ona məjhkəmədə verməsini demişdir. Onun övladı xəstəxanadadır, qızılcadır, 200 manatdan 50 manat xərcləmişdir. Sonda, o, himayəsində 3 uşağı olduğunu, günə 12-20 manat qazandığını, zərərçəkmiş şəxsin səbr etməsini, borcunu qaytaracağını bildirdi. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 il bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsindən 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini alan zaman torpaq sahəsinin dörd tərəfi mişar daşından olan hasarla əhatəyə alınmış, həmçinin torpaq sahəsində evin fundamenti tökülmüş və evə elektrik sayğacı qoyulmuş vəziyyətdə olmuşdur. Həmin torpaq sahəsini almaqda məqsədi orada özünün yaşaması üçün ev tikdirmək olmuşdur. Qeyd olunan torpaq sahəsi düzbucaqlı şəklində olmuş və torpaq sahəsinin yan və baş tərəfində, yəni iki tərəfində olan hasar digər iki tərəfində olan hasara nisbətdə alçaq olmuşdur. Ona görə də o, 2024-cü ilin aprel ayının ortalarında mişar daşı alıb torpaq sahəsinə usta gətirmiş və ustaya hasarın alçaq olan yerlərini qaldırmasını bildirmişdir. Usta hasarın üzərində işləyi divarın hündürlüyünü bərabərləşdirmişdir. 2024cü ilin aprel ayının ortalarında o, Zığ qəsəbəsində yolun kənarında yük avtomobillərində mişar daşı satılan yerə getmiş, orada Zil markalı avtomobilə yığılmış mişar daşına baxmış, həmin daşları onun xoşuna gəldiyi üçün almaq qərarına gəlmişdir. O, həmin avtomobilin sahibi ilə maraqlandıqda orada olan digər insanlar həmin yük avtomobilinin sahibi olan Təqsirləndirilən şəxs çağırmışlar, Seymur avtomobilin yanına gəlmiş, onlar danışıb razlaşmışlar, buna də Seymur avtomobildə olan mişar daşlarını onun torpaq sahəsinə aparmışlar. Seymur daşı aparıb torpaq sahəsinə tökən zaman orada usta işləmiş, yəni torpaq sahəsinin hasarlarını hörmüşdür. Seymur orada olan zaman torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, yəni "xxxx"ın işçiləri gəlib həmin torpaq sahəsinin "xxxx"ın ərazisində yerləşdiyini bildirib tikintini dayandırmalarını bildirmişlər, ona görə äə o tikintini dayandırmışdır. Həmin vaxt orada olan Seymur ona bildirmişdir ki, daha onu "xxxx"ın işçiləri tanıyırlar, o buraya gəlməsin, o Zığ qəsəbəsində yaşayır, tanış ustaları vardır, gətirib həmin ustalarla tikintini davam etdirəcəkdir, onun üçün Suraxanı Rayon İcra Hakimiyyətindən tikintiyə icazə alacaqdır. Həmin vaxt o, Seymurun şirin dilinə aldanmış, Seymur sözləri ilə onu ələ almış, ona görə də o, öz ustasını oradan göndərib Seymura usta gətirməsini demişdir. Bu zaman Seymur ona demişdir ki, tikintinin davam etməsi üçün əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətindən tikinti üçün icazə alınmalıdır, icazə üçün də pul verilməlidir. O, Seymurdan icazə üçün nə qədər pul verməli olduğunu soruşduqda Seymur 3000 manat pulun müqabilində onun üçün Suraxanı Rayon İcra Hakimiyyətindən tikintiyə icazə alacağını bildirmişdir. O Seymurla razılaşmış və tikintiyə icazə almasını, istədiyi pulu verəcəyini demişdir. Həmin vaxtdan bir həftə sonra o Seymurla görüşmüş, onlar birlikdə keçmiş Suraxanı Rayon İcra Hakimiyyətinin binasına getmişlər, Seymur ona bildirmişdir ki, orada arxitektura idarəsinin əməkdaşlarından onun tanışı vardır, həmin tanışı Suraxanı Rayon İcra Hakimiyyətindən tikintiyə icazə məsələsini həll edəcəkdir, ondan sonra gedib Suraxanı Rayon İcra Hakimiyyətinə pul verməlidirlər.. O Seymurun sözlərinə inanmışdır, çünki Seymur öz-özünə inamlı formada danışmışdır, ona görə də onda Seymura qarşı inam formalaşmışdır. Həmin gün o, yolun kənarında gözləmiş, Seymur arxitektura idarəsinə daxil olmuş, bir neçə dəqiqə sonra onun yanma gəlib' işi danışdığını, arxitektura idarəsindən Suraxanı Rayon İcra Hakimiyyətinə zəng edilib tapşırılacağını, ondan sonra işin həll olunacağını demişdir. Həmin vaxtdan təxminən bir həftə sonra, yəni 2024-cü ilin aprel ayının sonlarında Seymur ona zəng edib demişdir ki, gəlib onu da götürsün, birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinə getməlidirlər, gələrkən özü ilə tikintiyə icazə üçün verilməli pulu da götürsün. O da evdən 4200 manat pul götürüb idarə etdiyi avtomobillə gedib Seymuru da götürmüş, onlar birlikdə ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəlmişlər, orada Seymur telefonla kimləsə danışmış, ona demişdir ki, işi danışıb həll ediblər, ona görə də girib pulu verməlidir, lakin 3000 manat deyil ona 4000 manat pul verməlidir. O da fikirləşmişdir ki, təki iş həll olunsun, ona görə də həmin vaxt Seymura 4000 manat pul vermiş, Seymur pulu götürmüşdür. O Seymura demişdir ki, o da icra hakimiyyətinə onunla birlikdə gedib pulu kimə verirsə görmək istəyir, lakin Seymur ona demişdir ki, heç kim onun yanında pul götürməz, bu kimi işlər təklikdə həll olunur. O da Seymurun sözlərinə inanmış və Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında dayanıb gözləmişdir.Seymur Suraxanı Rayon İcra Hakimiyyətinə daxil olmuş, təxminən 15 dəqiqə sonra onun yanma gəlib pulu verdiyini, işinin artıq həll olunduğunu bildirmiş, bundan sonra onlar birlikdə qayıdıb gəlmişlər. Suraxanı Rayon İcra Hakimiyyətindən çıxan zaman Seymur ona demişdir ki, bir həftə ərzində tikintiyə başlaya bilərlər. Həmin vaxtdan bir həftə sonra Seymur onun torpaq sahəsinə usta gətirmiş və fundamenti tökülmüş evin tikintisinə başlamışlar. Seymurun gətirdiyi ustalar iki-üç gün ərzində işləyib yerdən təxminən bir metr hündürlüyündə evin tikintisini qaldırmışlar, lakin həmin vaxt da "xxxx"ın işçilərib gəlib tikintini dayandırmalarmı tələb etmişlər, məcbur olub onlar da tikintini dayandırmışlar. Bu zaman Seymur ona demişdir ki onlar "xxxx"a gedib tikintinin davam etməsi üçün ərizə yazmalıdılar. Səhəri gün onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən "xxxx"ın baş idarəsinə gedib ərizə yazmışlar, daha doğrusu o tikintiyə icazə üçün ərizə yazmışdır. Ərizə yazdıqdan təxminən 10-15 gün sonra, yəni 2024-cü ilin may ayının ortalarında Seymur ona demişdir ki, "xxxx"da tanış adam tapmışdır, icazə üçün həmin adama 1600 manat pul verilməlidir. O Seymura inandığı üçün həmin 1600 manat pulu verməyə razılaşmışdır. 2024-cü ilin may ayının ortalarında o Seymurla görüşmüş, Seymur ona aemişdir ki, onlar birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən avtomobil dairəsinin yanma getməlidirlər, "xxxx"m işçisi oraya gələcək, nlar orada görüşüb "xxxx"m işçisinə pul verməlidirlər. O, idarə etdiyi avtomobillə Seymuru həmin avtomobil dairəsinin yanma aparmış, onlar çatdıqdan bir-iki dəqiqə sonra Seymur avtomobilin içərisində ondan 1600 manat pulu alıb onların dayandıqları yerdən təxminən 5-6 metr arxada dayanmış avtomobilin yanma gedib həmin avtomobilə əyləşmiş, daha sonra avtomobildən düşüb onun yanına gəlmiş və demişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs aparıb pulu "xxxx"da bu iş üçün lazım olan şəxsə çatdıracaqdır. Seymur ona bildirmişdir ki, guya ki həmin şəxsin qaynı verdikləri 1600 manat pulu "xxxx"da vəzifəli şəxslərə verəcəkdir. Bundan xeyli müddət keçməsinə baxmayaraq o görmüşdür ki, tikinti barəsində hər hansı bir hərəkət yoxdur, ona görə də Seymurdan pulunu geri istəmişdir. Lakin hər dəfəsində Seymur müxtəlif bəhanələr gətirib onun pulunu verməkdən yayınmışdır. 2024-cü ilin avqust ayına qədər o, Seymurdan tez- tez pulunu tələb etmişdir. 2024-cü ilin iyul ayının sonlarında Seymur onu “Unibanka” aparıb demişdir ki, həmin bankdan kreditə pul götürüb onun pulunu verəcəkdir. Onlar birlikdə banka getmişlər, lakin bankdan Seymura pul verilməmişdir. Bir neçə gün sonra Seymur ona demişdir ki, o bankda tanış adam tapmışdır, həmin şəxsə borcunun olduğunu bildirib kreditə pul götürmək istədiyini demişdir, həmin şəxs də ona demişdir ki, gedib borc müqaviləsi gətirsin, bundan sonra həmin pulu bank ona verə bilər. Seymur ona demişdir ki, onlar birlikdə gedib notariusda borc müqaviləsi bağlamalıdırlar, lakin müqavilə bağlanması üçün ortada pul olmalıdır, ona görə də bankın işçisi olan tanışı 5000 manat pul göndərəcəkdirki onlar müqavilə bağlaya bilsinlər. 01 avqust 2024-cü il tarixdə onlar Seymurla görüşüb Yeni Günəşli qəsəbəsində yerləşən 34 saylı Notariat ofisinə getmişlər, oraya Seymurun tanışı olan tanımadığı bir nəfər şəxs 5000 manat pul gətirib Seymura vermiş, Seymur da həmin pulu bankın qarşısında ona vermişdir ki, həmin pulu özünün pulu kimi təqdim edib banka versin, o saflığından Seymura inanıb həmin pulu özünün pulu kimi təqdim etmiş, beləliklə notarisuda onların arasında borc müqaviləsi bağlanmış, guya ki həmin vaxt o Seymura 5000 manat borc pul vermişdir. Lakin həmin 5000 manat onun pulu olmamış, Seymur öz dələduzluğunu burada da göstərib onu oyuna salmışdır. O da ilkin izahatında əsəbiləşib həmin 5000 manatın da özünə məxsus olmasını qeyd etmiş, lakin sonradan könüllü şəkildə həqiqəti etiraf edib pulun ona məxsus olmadığını bildirmişdir. Beləliklə Seymur onu aldadıb onun 5600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Seymur ondan Suraxanı Rayon İcra Hakimiyyəti üçün 4000 manat pul istəyən "xxxx" barəsində ümumiyyətlə söhbət olmamış, "xxxx"a pul vermək məsələsi xeyli müddət ortaya çıxmışdır. Əvvəlcə Seymur ona demişdir ki, İcra Hakimiyyətindən tikintiyə icazə üçün 4000 manat pul alan zaman ona demişdir ki, bundan sonra tikintini rahat şəkildə davam edə bilərlər. Lakin sonradan nə oldusa "xxxx"a vermək üçün də Seymur ondan 1600 manat pul almışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hasar tikmək istəmiş, daşı qurtarmış və daş almağa getmişdir. Həmin vaxt təqsirləndirilən şəxs Zığda yolun qırağında daş satırmış, daşı təqsirləndirilən şəxsdən almışdır. Daşı alıb tökdükdən sonra "xxxx"ın nümayəndələri gəlmiş və tikinti işlərinə icazə verməmişlər. bu zaman təqsirləndirilən şəxs ona İcra Hakimiyyətində tanışı olduğunu, ona 1 həftə vaxt verməsini, icazə alacağını demişdir. O, təqsirləndirilən şəxslə görüşməyə gedəndə lazım olar deyə ehtiyyatdan cibinə 4000 manat pul qoyub getmişdir. Təqsirləndirilən şəxs ona ilk 3000 manat demiş, sonradan 3000 manata alınmadığını, 4000 manat istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin onun cibində əlavədən 1000 manat olduğunu belə bilməmişdir. O özü də getmək istəyəndə “sənin yanında pul almazlar” deyərək onu qoymamış, özü 10-15 dəqiqə içəridə qaldıqdan sonra çıxmışdır. O pulu verdikdən sonra 1 həftəyə başlayacağını bildirmiş, "xxxx"dan icazə verəcəklərini demişdir. Şəxs özü ilə işçi gətirmiş, 2 günə 60 kvadrat metr sahədə divar hörmüşlər. Həmin vaxt 500-600 manat pul da vermişdir, həmin pulu heç istəmir. 2 ay sonra "xxxx"dan rədd cavabı gəlmişdir. Bir müddət keçdikdən sonra yenidən 1600 manat icazə verilməsi üçün almışdır. Sonra o işin alınmadığını görmüş və pulu qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə pulu qaytara bilməyəcəyini demişdir. O, pulu kimə veribsə, ondan gedib istəyəcəyini bildirsə də, alınmamışdır. Təqsirləndirilən şəxs ona 500 manat qaytarıb, bu məbləğ qabaqkı puldandır. Hazırda mülki iddia tələbi ilə müraciət edib, iddiasının təmin edilməsini, 5100 manatının geri qaytarılmasını istəyir. Qeyd etdiklərinə əsasən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini, ondan şikayətçi olduğunu və mülki iddiasının təmin edilməsini xahiş etdi. Cinayət işinin materiallarının 1-ci vərəqində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarının 8-ci vərəqində olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünü rki, borc verən Zərərçəkmiş şəxs borc alan Təqsirləndirilən şəxs 5000 manat məbləğində borc vermiş, borc alan borc məbləğini xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarının 28-ci vərəqində olan “şəxsin barəsində axtarış elan edilməsi, ittiham elan etmək üçün tutulması və cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən ********* nömrəli cinaytə işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarının 30-cu vərəqində olan “axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 aprel 2025-ci il tarixdə, saat 23:00-da Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarının 31-ci vərəqində olan “cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarının 50-ci vərəqində olan 18 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 73-76-cı vərəqlərində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (saat 17:15-ə təyin edilmiş məhkəmə iclasında) xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 vəsatətinin rədd edilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan 18 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 78-ci vərəqində olan 18 aprel 2025-ci il tarixli iltizama əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə ********* saylı cinayət işinə dair istintaq prosessini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqat, istintaq və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və ya yaşayış yerinin dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Cinayət işinin materiallarının 80-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarının 97-100-cü vərəqlərində olan “ittiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması” haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilməyərək əlavə ibtidai istintaqın aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə qaytarılması qərara alınmışdır. Cinayət işinin materiallarının 102-ci vərəqində olan cinayət işinin icraata qəbul edilməsi haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 114-115-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunduqda onun saxlanılaraq Suraxanı RPİ-nin İŞ-nə təhvil verilməsi, qərarın surətinin icra edilməsi üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 117-118-ci vərəqlərində olan “cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Mətləb İsmayılov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarının 123-124-cü vərəqində olan “cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Mətləb İsmayılov tərəfindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarının 128-129-cu vərəqlərində olan 17 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarının 128-129-cu vərəqlərində olan “cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 17 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarının 141-142-ci vərəqlərində olan “təqsirləndirilən şəxs yenidən ittiham elan etmə” haqqında 17 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarının 154-cü vərəqində olan AZE seriyalı 11709761 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli X4 adında övladı vardır. Cinayət işinin materiallarının 154-cü vərəqində olan AZE seriyalı 11709762 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli X2 adında övladı vardır. Cinayət işinin materiallarının 154-cü vərəqində olan AZE seriyalı 11709760 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli X5 adında övladı vardır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs müdafiəçisi tərəfindən verilmiş “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ilə təqsirləndirilən şəxs X1 cinayət əməli nəticəsində ona vurmuş olduğu istintaqla müəyyən və sübut olunmuş 5100 manat maddi ziyanın ödənilməsi haqqında hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmasını, himayəsində 3 azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixindən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 09 dekabr 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunaraq 5100 (beş min bir yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Belə ki, cinayət işinin materiallarında olan borc müqaviləsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5600 manat məbləğində borc pul vermiş, həmin məbləğdən 500 manat geri ödəniş etmiş, bu faktı zərərçəkmiş şəxs mülki iddia barədə ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində təsdiq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə vurduğu 5600 manat məbləğində maddi ziyanın ödənilməmiş qalıq hissəsi 5100 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı vurulmuş maddi ziyanın tutulması iddiası təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə maddi ziyanın ödənilməmiş qalan 5100 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək tutulduğu 01 gün müddət təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən 09 dekabr 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Mülki iddia tam təmin olunsun, Təqsirləndirilən şəxs 5100 (beş min bir yüz) manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-436/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-436/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver