Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-439/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,873 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə saat 11:54-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən «Qum bazarı» adlanınan yerin yaxınlığında saxlanılıb üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,873 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il yarımdır narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərinin istifadəçisidir. xx.xx.2025-ci il tarixdə səhər vaxtlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir büküm “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni üzərində, göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 11:54 də Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Qum” bazarının qarşısında olan zaman 3 nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə və psixotrop maddənin əldə etməsi, saxlanılması və daşınmasında şübhəli olduğunu deyib ona təklif etmişlər ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər dövriyyəsi qadağan olunmuş maddə, əşya varsa, təqdim etsin. Mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla üzərində baxış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 şəffaf sellofan bükümdə olan «patı» adı ilə tanıdığı metamfetamini təqdim etmiş, həmin psixotrop maddənin özünə məxsus olduğunu və haradan əldə etməyini söyləmişdir. Bundan başqa, əynindəki boz rəngli toxunma gödəkçənin sol yan cibindən bir ədəd «Rothmans» markalı siqareti çıxardaraq təqdim etmişdir. Sonra iştirakçıların iştirakı ilə maddə ilə olan büküm zərfə qoyulub möhürləndi. Sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nə gəlmişdir. Sonra onu təhqiqatçının otağına dəvət etmişlər, orada hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra, təhqiqatçının otağında polis əməkdaşları, müdafiəçinin və tərcüməçinin iştirakı ilə təqdim etdiyi «patı» kimi tanıdığı psixotrop maddə metamfetaminə baxış və götürmə, çəkilmiş DVD diskə baxış keçirilmişdir. Həmin maddə olan zərf açılaraq içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə yenidən qablaşdırılaraq zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra çəkilmiş DVD diskə kompüter vasitəsilə baxış keçirilmiş və həmin videogörüntülərdə təqdim etdiyi psixotrop maddənin üzərindən aşkar edilib götürülməsi öz əksini tapmışdır. 31-ci PB-nin əməkdaşı tərəfindən keçirilən həmin baxış və götürmə zamanı «Samsung» markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamış və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək və istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir, 3 il metamfetamin və kakos istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Müalicə olunmuş, oradan çıxandan sonra tutulmuşdur. Qeyd etmişdir ki, 2 uşağı vardır, rəsmi nikahdadır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 10 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı rəhbərliyə raportla məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 11 radələrində o və əməliyyat qrupunun digər üzvləri Suraxanı RPİ-nin 31 -ci Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X7 və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən Qum bazarının yaxınlığında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra video çəkiliş davam etdirilməklə ona üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa çıxarıb təqdim etməsini bildirmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparılmış, şöbədə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş kütlə təhqiqatçı Namiq Məmmədova təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 10 aprel tarixində məlumat daxil olmuşdur ki, Azər adlı şəxs narkotik vasitələrinin istifadəsində və dövriyyəsində şübhəlidir. Orxan, Şöhrət və özü Qum Bazarı adlanan həmin ünvana yaxınlaşmışlar. Özlərini təqdim etmiş, şəxsdən üzərində qanunla qadağanedici vasitə olub olmamasını soruşmuşlar, şəxs isə narkotik vasitəni özü könüllü təqdim etmişdir. Daha sonra onlar təhqiqat şöbəsinə gəlmiş, orada baxılandan sonra istintaq şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən "Qum" bazarının yaxınlığında olacağı psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə əlaqədar yaxalanması məqsədi ilə, Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X7, Suraxanı RPİnın 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:54-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən "Qum" bazarının yaxınlığında saxlanılmış, ona üzərində saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal halda olan psixotrop maddəyə bənzər maddə olan bükümü, əynindəki boz rəngli parça gödəkcəsinin sol yan cibindən bir ədəd siqaret təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı digər əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 (ədəd) şəffaf selofana bükülmüş, içində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən 20 manat pul ödəməklə alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında qərarla Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 aprel 2025-ci il tarixdə saat 11:54 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 aprel 2025-ci il tarixdə saat 11:54 dəqiqədən tutulmuş hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib Bakı şəhəri, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Qum bazarının yaxınlığında üzərində saxlaması barədə şübhəli bilindiyi üçün, 10 aprel 2025-ci il tarixdə, saat 11:54 dəqiqədə Bakı şəhəri, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən «Qum» bazarının yaxınlığında dayanmış halda olan zaman saxlanılaraq üstü yoxlanılmış, əynində olan boz rəngli jaketin sol yan cibindən 01 (bir) ədəd "Rothmans" markalı siqaret, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən isə 01 (bir) ədəd şəffaf selofan bükümündə metamfetaminə bənzər psixotrop maddə aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması, Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyətı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 (bir) ədəd DVD-yə "HP" markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli 6/1335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 195” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,873 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,823 qram. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə qərarla Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi Suraxanı RPİ-nin İŞnə göndərilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 tərəfindən qəbul edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunması və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamın ona elan edilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan başqa yerə getməmək haqqında iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən Suraxanı RPİ İŞ-ə ünvanlanmış 15 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Verilmiş məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, diskə baxış keçirilən zamanı müəyyən edildi ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağında olan HP markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X6" proqramı vasitəsilə yazılmış 01 ədəd fayl olması müşahidə olunur. Çəkilmiş videoçəkilişdən görünür ki, Həmidov X9 RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Qum bazarının yaxınlığında saxlanılmışdır. Polis əməkdaşlarını özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını soruşurlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini, əgər üzərində narkotik vasitə və psixotrop maddə varsa çıxarıb təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, həmçinin əynindəki boz rəngli parça gödəkçənin sol yan cibindən 1 ədəd siqareti çıxarıb təqdim edir və bildirilmişdir ki, 1 ədəd həmin bükümdə olan psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə etmişdir. Bundan sonra, onun üzərinə baxış keçirilmiş və başqa hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qalaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 1(003)-229/2025 saylı xx.xx.2025ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X11- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 2111 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd <<DVD>> disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs 31-ci PŞ-nə aparıldıqdan sonra təhqiqatçı Namiq Məmmədov tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,873 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,873 qram psixotrop maddə metamfetamin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs az ağır cinayət törətməsi və barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayətlərin residivini yaratmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan X5 tərəfindən Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs X2 reabilitasiya olunur, xx.xx.2025-ci ildən reabilitasiya mərkəzindədir. Reabilitasiyanın bitmə müddəti xx.xx.2026-cı il tarixinə qədərdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-439/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(010)- 439/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ №778105 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İş materiallarında olan AR ƏN Bakı şəhər Probasiya İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin 1(003)-229/25 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə idarənin qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün barəsində olan şəxsi iş xx.xx.2026-cı il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1 -ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1. 1 —1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 -ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1. 12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan, yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs iclas zalından dərhal azad edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,823 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs iclas zalından dərhal azad edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ümumi təmiz çəkisi 0.823 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-439/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-439/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver