Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-44/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda ƏN-nin PX-nin 03 saylı İT-da saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 12 fevral 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Ballı market” mağazasının qarşısında pensiya vəsaitinin plastik bank kartı vasitəsilə bankomatdan çıxarılması üçün kömək istəyən xx.xx.1935-ci il təvəllüdlü Zərərçəkmiş şəxs kömək edərək bankomatdan onun 426 (dörd yüz iyirmi altı) manat məbləğində pensiya vəsaitini çıxaran tanışı Şahid1 Zərərçəkmiş şəxs gözləri qarşısında həmin vəsaiti alaraq qeyd olunan şəxslərin onu təqib edib pulu tələb etmələrinə məhəl qoymayıb yaxınlıqda dayanmış onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan Şahid2 idarə etdiyi “Honda” minik markalı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs əmlakını açıq talayıb ona 426 (dörd yüz iyirmi altı) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, 11 illik tam orta təhsilini Hövsan qəsəbəsində Azərbaycan sektorunda almışdır, ailəlidir, fəhləlik fəaliyyəti ilə məşğul olur. Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 149.3.3, 150.3.3, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. X3 telefonu, Neftçilər metrosunun yaxınlığında Lombardda olmuşdur. Samirin də ona 100 manat borcu olmuşdur. O, əmisinin oğlu Şahid2 12 fevral 2024-cü il tarixdə zəng edib yaşadığı Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 174 ünvanına çağırmış, onunla borcunu almaq üçün Samirin işlədiyi 107 servisə getmişdir. Samir ona Ballı marketdə işləyən arvadından pul alaraq borcunu ödəyə biləcəyini bildirmişdir. Samir Bəhruzun idarə etdiyi ağ rəngli Honda markalı avtomobilə əyləşmiş, onlar birlikdə Hövsan qəsəbəsində yerləşən Ballı marketin yanına gəlmişlər. Samir maşından düşmüş, Təqsirləndirilən şəxs da un məmulatı almaq üçün maşından düşmüşdür. Mağazada Samirin bir qadınla söhbət etdiyini görmüş, onun Samirin arvadı olduğunu fikirləşmiş, sonra çölə çıxmışdır. Bir qədər sonra Samir də çölə çıxmışdır. Samir bankomata yaxınlaşmış Təqsirləndirilən şəxs da pulunu almaq üçün bankomata yaxınlaşmışdır. Həmin vaxt Samirlə yaşlı kişi bankomatın qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs Samirin sağından yaşlı kişinin solundan yaxınlaşmış və Samirə “nə oldu pul ver də” səslənərək müraciət etmişdir. Pullar Samirin sol əlində olmuşdur. Onun əlində bir neçə yüzlük, onluq və manatlıq pul əsginasları olduğunu görmüşdür. Təqsirləndirilən şəxs tələbindən sonra Şahid1 ona əlində olan puldan 102 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs maşına doğru getmişdir. Şahid1 da maşına doğru gəlmişdir. Yaşlı kişi də maşına doğru gəlmişdir. Şahid1 da maşında əyləşmişdir. Həmin şəxs əlindəki pulu görüb ondan pulunu verməyini tələb etmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs pulun ona məxsus olmadığını özünə məxsus olduğunu bildirmişdir. Samir də həmin vaxt maşında əyləşmişdir. Samir həmin kişiyə kartından pul çıxmadığını, kartında pul olmadığını bildirmişdir. Sonra 200 metr getdikdən sonra Şahid1 avtomobildən düşmək istədiyini bildirmişdir. Limon kafenin yanında maşından düşmüşdür. Təqsirləndirilən şəxs da Lombarda gedərək borcunu ödəyərək telefonunu götürmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, özünü təqsirli bilmir, o, yalnız pulunu istəmişdir. Belə ki, 15 gün əvvəl Şahid1 adında şəxs ondan 100 manat borc götürmüşdür. Şahid1 dayısı ilə onun əmisi dost olmuşlar, həm də qonşudurlar. O da pulunu almaq üçün Samiri iş yerindən götürmüş və oradan Samirin arvadının işlədiyi Ballı marketə getmişlər. Onun yanında əmisioğlu Şahid2 olmuş, ancaq üçü olmuşdur, maşını da sürücü kimi Bəhruz idarə edirmiş. Onlar Ballı marketin qarşısına gələndə Samir həyat yoldaşının kartından pul çıxaracağını deyərək maşından düşmüş, o özü də maşından düşərək 2 kətə almış, kətənin birini əmisioğluna vermiş və Samirin harada olduğunu soruşmuşdur. Əmisioğlu bankomatdan pul çıxartdığını demiş, o da Samirin yanına bankomatın qarşıısna gəlmişdir. Orada kişi Samirin yanında olmuş, o isə 30 metrlik məsafədə olmuşdur. Orada Samir pulu çıxartmış, əlində yüzlük, onluq və iyirmilik olmuşdur, ona da 100 manat verəndə 5 manat artıq verməsini demiş, Samir də 2 manat artıq pul vermişdir. Həmin vaxt kişi gəlib Samirdən pulu soruşanda Samir pulunun hələ yüklənmədiyini bildirdi. Onlar danışdıqdan sonra Samir 100 manat aparıb kişiyə veribmiş. Sonda o, pula ehtiyacı olmadığını, 6 aya 10000 manat xərclədiyini, narkotik vasitə istifadə etdiyini, ancaq üzərindən çıxmadığını, belə cinayətə görə tutulmaq istəmədiyini, qeyri-rəsmi nikahından 13 yaşlı uşağının olduğunu, uşağın hazırda nənəsinin himayəsində olduğunu və həyat yoldaşının onkoloji xəstə olmasını, özünün də 3-cü qrup gözdən əlil olmasını nəzərə alaraq ədalətli qərar verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində öz təqaüdünü və arvadının təqaüdünü çıxarmaq üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ballı marketin yanında yerləşən Kapital banka məxsus bankomata gəlmişdir.Bankomatın qarşısında 1-2 pilləli pilləkən olduğundan həmin pilləkənləri çıxa bilməmişdir. Həmin bankomatın qarşısında olan şəxsdən kartından pul çıxarılması üçün ona kömək etməsini xahiş etmişdir. Kömək edən şəxs kartı bankomata daxil etmişdir. Zərərçəkmiş şəxs kodu demiş həmin şəxs bankomatdan çıxan 401 manat pulu götürərək Zərərçəkmiş şəxs vermişdir. Sonra ikinci kartı da həmin şəxsə verərək pulu çıxarmaqda ona köməklik göstərilməsini xahiş etmişdir. Kodu demiş pulun çıxması ərəfəsində bir nəfər sarı gödəkçəli şəxs pulu çıxaran şəxsin yanına gələrək Zərərçəkmiş şəxs qarşısında dayanmışdır.Sonra sarı gödəkçəli şəxs bankomatdan uzaqlaşaraq getmişdir. Ona kömək edən şəxs sarı gödəkçəli şəxsin arxasınca getmişdir. Zərərçəkmiş şəxs da onların dalınca getmişdir. Zərərçəkmiş şəxs səslənərək onlardan pulunu qaytarmasını tələb etmişdir. Təxminən 4 metr məsafədə ağ rəngli avtomobilə əyləşmiş və oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs Ballı marketə daxil olaraq bu barədə bildirmiş, onlardan kömək istəmişdir. Təxminən 20 dəqiqədən sonra ona kartdan pul çıxarmaqda köməklik etmiş şəxs Ballı marketin yanına gəlib ona yaxınlaşaraq 100 manat pulu və təqaüd kartını ona təqdim etmiş və ona “mən o pulu yeyə bilmərəm” deyə bildirmişdir. Zərərçəkmiş şəxs pulun qalan hissəsini də ondan tələb etmiş, o sarı gödəkçəli şəxsin pulu götürdüyünü bildirmişdir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə fevralın 12-də olub. Həmin gün o, həkimə getmək üçün bankdan pensiyasını çıxartmağa getmişdir. Onun pulunu götürüb gedən 3 nəfər – sürücü, oğru və pulu verən olub. O, 426 manat bankdan pul çıxartmalı idi, pulu götürüb qaçıblar. Pulu götürüb getdikdən 20 dəqiqə sonra da o, həmin yerdə gözləmiş, sonra geri qayıdıb 100 manat vermişlər. O, təqsirləndirilən şəxsi tanıyır, kartı bankomata salan başqa oğlandır, pulu götürən isə başqa oğlandır, tam görə bilməmişdir. Kamera görüntülərində adamlar görünüb, hazırda şikayəti yoxdur. İbtidai istintaq zamanı barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşıdır. 11 illik tam orta təhsilini Hövsan qəsəbəsində Azərbaycan sektorunda almışdır, ailəlidir, övladı yoxdur. Hövsan qəsəbəsində Günel Ticarət mərkəzi ilə üzbəüz 107 servisdə təkər təmiri işi ilə məşğul olur. Əvvəllər Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hal-hazırda cəza çəkir. Onun dayısı ilə İslamın əmisi dostdur. Hər ikisi Hövsan kəndində qalırlar. Təxminən 6-7 ay bundan qabaq İslamdan 100 manat borc pul almışdır. 12 fevral 2024-cü il tarixdə günorta saatlarında Bəhruzla o, ağ rəngli Honda markalı avtomobillə işlədiyi Hövsan qəsəbəsində 107 servisə gəlmişlər. İslam ondan pulunu tələb etmişdir. O, kart hesabından İslamın kart hesabına 25 manat göndərmişdir. Qalanını telefonunu satıb verə biləcəyini bildirmişdir. Avtomobili o, idarə etmişdir. İslamla maşına əyləşmişdir.Onlar servisden çıxıb telefonunu satmaq üçün Neftçilər metrostansiyasının yaxınlığına getmişdir. Samsung A6 markalı mobil telefonunu şəxsiyyət vəsiqəsi ilə 35 manata satmış, sonra İslama qalan 40 manatı arvadı Kasıbova Rəqsanədən götürüb verə biləcəyini bildirmişdir. O, Bəhruzla İslamış avtomobilinə əyləşmişdir. Onlar onun arvadının işlədiyi Ballı marketə gəlmişlər. Bəhruzla İslam avtomobildə gözləmiş, o da pul götürmək üçün Ballı marketə daxil olmuş, arvadı Rəqsanədən 16 manat götürmüşdür. Qalan 38 manat da onun maaş kartında olduğundan o kartı arvadından götürmüşdür. Pulu çıxarmaq üçün marketdən çölə çıxmış, Ballı marketin çölündə bankomat yerləşən hissəyə gəlmiş, pul çıxarmaq üçün yaxınlaşmışdır. Ondan qabaq bir nəfərin bankomatın qarşısında dayandığını görmüş və növbəsini gözləməyə başlamışdır. O, növbə gözləyərkən bir nəfər yaşlı adam ona yaxınlaşıb bankomatdan pul çıxarmaqda köməklik göstərməsini xahiş etmiş, o da razılaşmışdır. Növbə ona çatanda həmin yaşlı şəxs kartı ona vermiş, oda kartı bankomata daxil etmişdir. Kodu həmin şəxs demiş, o da yığmışdır. Bankomatdan pul çıxmış və 401 manat pulu həmin yaşlı kişiyə vermişdir. Sonra öz pulunu çıxarmış, çıxardığı özünə məxsus 38 manatı sol əlində saxlamışdır. Yaşlı kişi bir ədəd də kart verərək pul çıxarmağını istəmişdir. Kodu demiş, o da yığmışdır. 426 manat pul çıxmış, o da pulu götürmüşdür. Sol əlində 38 manat, sağ əlində 426 manatı saxlamışdır. 426 manat pulu sayıb yaşlı kişiyə təqdim edəndə İslam sağ əlindəki 426 manatı və sol əlindəki 38 manatı əlindən almış və maşına doğru hərəkət etməyə başlamışdır. O, İslamın dalınca getməyə başlamışdır. Yaşlı adam da onun dalınca gəlmişdir. O, hərəkət edə-edə İslamdan pulu kişiyə qaytarmasını tələb etmişdir. İslam avtomobilə əyləşmişdir. O da yaşlı kişiyə pulu qaytarmasını tələb etmək üçün avtomobilə əyləşmişdir. Bəhruz maşında rolda olmuşdur. İslam avtomobilin pəncərəsindən həmin kişiyə pulun çıxmadığını bildirmişdir. İslam Bəhruzdan maşını idarə etməsini tələb etmişdir. O, avtomobildə İslamdan pulu kişiyə qaytarmasını tələb etmişdir. Maşına da pulu geri qaytarmasını tələb etmək üçün əyləşmişdir. X4 pulu götürüb- götürmədiyini soruşduqda İslam götürmədiyini bildirmişdir. O isə Limon kafenin yanında düşmək istədiyini bildirmişdir. Limon Kafenin yanında maşını saxlamışdır. Limon kafe Ballı marketdən 600 metr məsafədə yerləşmişdir. Maşından düşməmişdən qabaq İslam ona qaytardığı 100 manat borcunu ona geri vermişdir. O da həmin pulu yaşlı kişiyə qaytarmaq üçün İslamdan qəbul etmişdir. Limon kafenin yanında saxlamış, avtomobildən düşmüşdür. Yaşlı kişinin uzaqdan gəldiyini görmüşdür. Həmin şəxsə yaxınlaşmış, 100 manatı ona vermiş, ona həmin məbləği ala bildiyini, onun pulunu götürmədiyini bildirmişdir. Yaşlı kişi ona bildirmişdir ki, həmin sarı gödəkçəli şəxs onun pulunu ələ keçirmişdir. O, polisə şikayət edəcəyini bildirmiş, həmin pulu geri qaytarmaq üçün Təqsirləndirilən şəxs qəbul etmişdir. Onlar maşınla bir qədər irəliyə getmiş, sonra avtomobil yolun geri dönüb yolun digər hissəsi ilə Ballı market istiqamətində hərəkət etməyə başlamış, avtomobil yolun sağı ilə hərəkət edərkən yaşlı kişinin irəliyə doğru hərəkət etdiyini görmüşdür. O, avtomobildən düşüb həmin şəxsə yaxınlaşmışdır. Pulu qaytarmış, həmin şəxsdə ona evinin yaxınlıqda olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşdığını görməmiş, yaxınlaşmağını gözləməmiş, onun maşında əyləşdiyini düşünmüşdür. Yaşlı kişi sağında dayanmışdır. Təqsirləndirilən şəxs onun sağından yaşlı kişinində sol hissəsindən ani olaraq əlini atıb, pulu sayıb həmin şəxsə verərkən əlindən almışdır. Yeyin addımlarla maşına doğru hərəkət etməyə başlamış, o da Təqsirləndirilən şəxs dalınca gedib pulu qaytarmasını tələb etmişdir. Yaşlı kişi də onun dalınca gəlmişdir. Təqsirləndirilən şəxs pulu alarkən ona və həmin şəxsə heç bir xəsarət yetirməmiş və hədələməmişdir. Həmin yaşlı kişi onun pulu götürməsinin şahidi olmuşdur. Həmin hadisəni kimlərin görməsini xatırlamadığını bildirmişdir. Onlar maşına əyləşəndə pəncərə açıq olmuş, həmin yaşlı kişi İslamdan pulunu qaytarmasını tələb etmiş, Bəhruz da həmin kişinin gəlməsini və pulunu tələb etməsini görmüşdür. O, maşına əyləşməmişdən qabaq və maşına əyləşdikdən sonra Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etmişdir. Bəhruz da onun sözlərini eşitmişdir. Bəhruz Təqsirləndirilən şəxs pulu götürüb götürmədiyini soruşduqda İslam pulu götürmədiyini bildirmişdir. Lakin o, yol boyu İslamdan pulu qaytarmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs 100 manat borcu olmuş, həmin borcundan 35 manatı kartdan vermiş, qalanı isə nağd şəkildə vermişdir. O, Hövsanda onlarla görüşmüş, Bəhruzun maşını ilə gəlmişdir, bankomatdan öz pulunu çıxartmaq istəmiş, yaşlı kişi bankomat qarşısında dayanmış, ondan köməklik istəmişdir. O, kömək edərək pulu çıxardıb kişiyə vermişdir. Kişi ona başqa kart verərək çıxartmasını istəmişdir. O, pulu çəkib kişiyə vermək istəyəndə Təqsirləndirilən şəxs maşından düşüb onların yanına tərəf gəlmiş, pulu kişinin əlindən götürüb vermişdir. O, öz borcunu İslama vermiş, İslam da pulu götürüb gedəndə “hara gedirsən” demişdir, İslam da ona 100 manat susması üçün vermişdir. O da həmin 100 manatı yaşlı kişiyə vermişdir. İslam həmin 100 manatı ona maşının içərisində vermiş, bunu Bəhruzun görüb görmədiyini isə bilməmişdir. İslam qarşıda oturmuş, maşını isə Bəhruz idarə etmişdir. Yaşlı kişi İslama pulu ona qaytarmasını deyəndə, İslam kişiyə ikinci kartda pul olmadığını demişdir. İbtidai istintaq zamanı barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 illik tam orta təhsilini Hövsan qəsəbəsində Azərbaycan sektorunda almışdır, ailəlidir, oğlunun 11 yaşı var, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə AR CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında İslam ona zəng edərək arvadının telefonunun Neftçilərdə metrostansiyasının yaxınlığında lombardda olduğunu, onun maşını ilə gedib onu götürməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onu taksi sürücüsü kimi çağırmışdır. Samirin İslama 100 manat borcu olmuş, İslam o borcu götürüb telefonu Lombarddan götürəcəkdi. Şahid2 Hövsan qəsəbəsi Kooperativ küçəsinə gələrək İslamı götürmüşdür. Samirin işlədiyi Hövsan qəsəbəsində yerləşən 107 Servisə getmişdir. Samir pulun kartda olduğunu, kartın da arvadında olduğunu, arvadının da Ballı marketdə işlədiyini bildirmişdir. Samir idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar Hövsan qəsəbəsində İdman kompleksinin yanında yerləşən Ballı mağazasının yanına gəlmiş, Samir marketdə satıcı kimi işləyən arvadının yanına gedib kartı alıb pulu çıxarmalı olduğunu bildirmişdir. Samir maşından düşmüş, marketə daxil olmuşdur. İslam da marketdən bulku alacağını bildirərək maşından düşmüşdür. Maşının qarşı tərəfi Ballı marketlə üzbəüz olmuş, o, maşından Samirin bankomata yaxınlaşdığını, İslamın Samirin yaxınlığında dayandığını görmüşdür. İslam Samir pulu kartdan çıxardıqdan sonra borclu olduğu pulu verməsi üçün Samirin yanında dayanmışdır. Maşını ilə bankomatın arası təxminən 20 metr olmuş, o, bankomatın yanında yaşlı kişini görməmişdir. Sonra İslamın ardınca Samirin, onun ardınca da yaşlı kişinin gəldiyini görmüşdür. Maşının yaxınlığında İslam Samirdən pulunu tələb etmişdir. Samir də İslama 100 manat pul vermişdir. Samir maşına yaxınlaşdıqda yaşlı kişi ona yaxınlaşmış və ondan pulunu istəmişdir. Samir də pulunun köçmədiyini bildirmişdir. Samirlə İslam avtomobilə əyləşmişdir. Samir maşına əyləşmişdir. Samir ona Ballı marketdən 200 metr məsafədə düşəcəyini bildirmişdir. O da 200 metr məsafədə maşını saxlamış, Samir maşından düşmüşdür. Samirlə İslam maşının yanında dayandığı zaman yaşlı kişi Samirə yaxınlaşmış, pulunu istəmiş Samir də pulun karta köçmədiyini bildirmişdir. Yaşlı kişi İslama Samirin verdiyi 100 manatı hansı səbəbdən götürdüyünü soruşmuşdur. İslam da Samirin ona borcu olduğunu pulun Samirə məxsus olduğunu bildirmişdir. Samir də İslamın dediyini təsdiq etmişdir. Samir pulun onun özünə məxsus olduğunu İslama borcu olduğunu bildirmişdir. Ona görə həmin 100 manatı ona verdiyini bildirmişdir. Yaşlı kişi də bu sözdən sonra geri qayıdıb çıxıb getdi. O, hadisəni görən şəxs və ya şəxsləri xatırlamadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus pulun kim tərəfindən ələ keçirildiyini görməmişdir. Onlar Samiri maşından düşürmüş, İslam Neftçilər metrostansiyasının yanına gedib həmin 100 manatla öz arvadı arvadı Sevincin telefonunu götürmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 Novruz oğlu ifadəsində göstərmişdir ki, əmisioğlu ona zəng edərək Lombarddan yoldaşın telefonunu götürmək istəyir. O, ilk İslamı götürmüş, sonra isə Samiri götürmüşdür. Samir bildirmişdir ki, yoldaşı Ballı marketdə işləyir, pul onun kartındadır. Onlar marketdə getmişlər ki, Samir yoldaşından kartı ala bilsin. Həmin vaxt o, sok-bulku almış, sonra isə Samirlə İslam gəlib maşında oturmuşlar. O, maşını sürmək istəyəndə yaşlı kişi arxa pəncərəni döyərək “pulum noldu?” deyə soruşmuşdur. Samir də “bir kartda pul var idi, digər kartdan pul çıxmadı” demişdir. Onlar arasında söz-söhbət olmamış, maşının nasazlığından danışılıb. O, Samirin iş yerində düşəcəyini düşünmüş, ancaq Samir Limon adlı kafenin yanında düşmüşdür. Həmin vaxt İslam qarşıda oturmuş, o isə arxada əyləşmişdir. Onun yanında heç kim heç kimə pul verməmiş, ehtimal ki, maşına minməmiş və ya çöldə pul söhbətləri olub. Samir kafenin yanında düşdükdən sonra İslamı lombarddan telefonu çıxartması üçün aparmışdır. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü-cü il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 107-108-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında“ 15 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Suraxanı RPİ-dən xidməti avtomobilə əyləşərək onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ballı marketin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs bildirdi ki, o, əmisioğlu Şahid2 12 fevral 2024-cü il tarixdə zəng edib yaşadığı Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 174 ünvanına çağırmışdır. Onunla borcunu almaq üçün Samirin işlədiyi 107 servisə getmişlər. Samir ona Ballı marketdə işləyən arvadından pul alaraq ödəyə biləcəyini bildirmiş, Samir Bəhruzun idarə etdiyi ağ rəngli Honda markalı avtomobilə əyləşmişdir. Onlar Hövsan qəsəbəsində yerləşən Ballı marketin yanına gəlmişlər. Samir maşından düşmüş, o da bulku almaq üçün maşından düşmüşdür. Mağazada Samirin bir qadınla söhbət etdiyini görmüş, onun arvadı olduğunu fikirləşmiş, sonra çölə çıxmışdır. Bir qədər sonra Samir də çölə çıxmışdır. Samir bankomata yaxınlaşmış, o da pulunu almaq üçün bankomata yaxınlaşmışdır. Həmin vaxt Samirlə yaşlı kişi bankomatın qarşısında dayanmışdır. O. Samirin sağından yaşlı kişinin solundan yaxınlaşmış və Samirə “nə oldu pul ver də" səslənərək müraciət etmişdir. Pullar Samirin sol əlində olmuşdur. Onun əlində bir neçə 100lük, 10luq və manatlıq pul əsginasları olduğunu görmüşdür. Onun tələbindən sonra Samir ona əlində olan puldan 102 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs maşına doğru getmişdir, Şahid1 da maşına doğru gəlmiş, yaşlı kişi də maşına doğru gəlmişdir. Təqsirləndirilən şəxs da maşına əyləşmişdir. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zamanı müəyyən edildi ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti otaqda olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X5” proqramı vasitəsilə yazılmış bir ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntünün 18 saniyə olduğu müəyyən olunur və həmin fayla nəzər yetirdikdə, görünür ki, hadisə yeri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ballı marketin qarşısıdır. Videoaya baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs bankomatın qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanından əlindəki pul əsginasları ilə sola doğru istiqamətlə surətlə hərəkət edir. Bir neçə saniyədən sonra onun arxasınca Şahid1, Şahid1 da arxasınca isə Zərərçəkmiş şəxs irəlilədiyi, Şahid1 Təqsirləndirilən şəxs müraciət etdiyi və əli ilə geriyə doğru Zərərçəkmiş şəxs işarə etdiyi görünür. Cinayət işinin 1-ci cildinin 142-143-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti təqsirləndirilən şəxsə və onun müdafiəçisinə göndərilməsi göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 179-181-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 01 il islah işləri 15% məhkumluqdan azad olunmaq cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1.3-cü maddəsi əsas götürülməklə xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 il islah işləri cəzasının çəkilməmiş 11 ay ilə birləşdirilməklə qəti olaraq 02 il 09 ay 20 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 14 il 06 ay azadlıqdan məhrumetmə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əməli xx.xx.2004-cü il tarixli hökmü ilə birləşdirilərək qəti olaraq 15 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 il 06 ay müddətində cəzasını çəkmək üçün həbsxana rejiminə keçirilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirlənərək, CM-nin 149.3.3-cü maddəsi ilə 13 il, CMnin 150.3.3-cü maddəsi ilə 14 il, CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixdə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 7 ay 26 gün yeni təyin olunmuş cəzaya birləşdirilməklə üzərində qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzsını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2007-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqlərində olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs 11 saylı Cəzaçəkmə Müəssisəsindən cəzasının 2 il 06 ay müddətini çəkmək üçün həbsxana rejiminə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 189-200-cü vərəqlərində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05 may 2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif olunması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs tutulduğu vaxt faktiki olaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni xx.xx.2024-cü il tarixdən saat 23:50 dəqiqədən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181-ci maddəsinin tərkib ələmətlərini yaratmadığından cinayət işi üzrə icraatda həmin hissədə cinayət təqibi xitam edilməsi və bu barədə ayrılmış material saxlanılması üçün Suraxanı rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 182-ci maddəsinin tərkib əlamətlərini yaratmadığından cinayət işi üzrə icraatda həmin hissədə cinayət təqibi rədd edilməsi və bu barədə ayrılmış material saxlanılması üçün Suraxanı Rayon Prokurorluğuna göndərilməsi, cinayət işi üzrə icraata Şahid1 aid hissədə Azərbaycan respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət işi üzrə icraata Şahid1 aid hissədə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri, ifadələri jzləşdirmə, ifadələrin yerində yoxlanması, tanınmaya təqdim etmə və üzləşdirmə protokolları, eləcə də digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilməsi, tərtib edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 163-166-cı vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 2-10-cu vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində 04 iyun 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin əvvəli qərarın elan edildiyi 13 may 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 17:00-da yaşadığı ərazidə yerləşən polis məntəqəsinə şəxsən gəlib qeydiyyatdan keçmək əlavə vəzifəsi qoyulması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024- cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 11 oktyabr 2024cü il tarixdən 13 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli hökm elan olunduğu 19 iyun 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanması nəzərə alınması, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Cinayət işinin 2-ci cildinin 160-162-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 məhkəmə iclasında suallara cavab verərək bildirmişdir ki, hadisə görüntüləri ilə bağlı videonu əməliyyatçılar marketdən alıb və ona təqdim ediblər. O da diskə baxmış, diskdə kəsilmə olmamış, sübutlar da kifayət etdiyi üçün əlavə sorğu ilə müraciət etməmişdir. Həmin görüntünü diskə köçürmüş və cinayət işi ilə birlikdə təqdim etmişdir. O videoda nə görübdə diskə baxış protokolunda qeyd etmişdir.Zərərçəkmiş şəxs bankomatın yanında İslamın sağ tərəfində dayanmış, İslam maşına doğru hərəkət edir, Şahid1 da əli ilə zərərçəkmiş şəxsi göstərir. Videogörüntüdə isə kameradan uzaqlaşandan sonra görüntü yoxdur. Diskdə heç bir kəsilmə olmadığını, texniki səhvliklə videogörüntünün müddətinin 18 saniyə yazıldığını, əslində 15 saniyə olduğunu bildirdi. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanması və qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 3-cü qrup əlil olması cəzasını yüngülləşdirən hal qismində hesab edir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin yaşlı şəxsə qarşı törədilməsi və cinayətlərin residivi məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3 və 234.1-ci maddələri təqsirli bilinib 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 il 06 ay müddətində cəzasını çəkmək üçün həbsxana rejiminə keçirilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Qeyd olunmuşdur ki, onun cəzasının sonu xx.xx.2022-ci ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi oğluna Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 11 oktyabr 2024-cü il tarixdən 13 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli hökm elan olunduğu 19 iyun 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanması nəzərə alınması, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcud olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 ay 18 gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 ay 18 gün müddət təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 07 avqust 2024-cü il tarixindən 09 avqust 2024-cü il tarixədək tutulduğu 2 gün müddət və 11 oktyabr 2024-cü il tarixdən 13 oktyabr 2024-cü il tarixədək ona təyin olunmuş 01 (bir) il 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-44/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-44/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver