Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-443/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi ünvan 8kil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, orta təhsilli, evli və 1-i azyaşlı olmaqla, 3 uşağı olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmü ilə qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 10 aprel 2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 1(010)-101/2025 saylı qərarı ilə əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, sonradan həmin məhkəmənin qərarı ilə həbsdə saxlama müddəti uzadılmış, həmin Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 1(010)-443/2025 saylı qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri məhkəmə hazırlıq iclasınının yekun qərarı qəbul edilənədək qüvvədə saxlanılmış, həmin Məhkəmənin 11 avqust 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə-metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 1,185 qram psixotrop maddə metamfetamini 09 aprel 2025-ci il tarixdə, Əhmədli metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 50 manata əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən Qarabağ kafesində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,295 qram, 0,115 qram, 0,281 qram, 0,242 qram olmaqla, ümumi təmiz çəkisi 1,185 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə, öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaqda və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik maddələrin “kakos” kimi tanıdığı növündən istifadə edir. 10 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq 30-cu polis şöbəsinə gətirmişlər. Həmin şəxslər 3 nəfər olmuşlar. Polis şöbəsində ona 05 ədəd bükümdə olan narkotik maddələri təqdim edərək çəkiliş zamanı ona məxsus olduğunu qəbul etməsini təklif etmişlər. Bunu qəbul etməmiş, sonra onu döyməyə başlamışlar. Bir qədər döyüldükdən sonra həmin narkotik maddələrin ona məxsus olduğunu qəbul etməyə məcbur olmuşdur. Sonra, onu saat 15 radələrində Hövsan qəsəbəsində kafelərdən birinə gətirmişlər. Həmin bükümləri avtomobildə ona təqdim edərək sol yan cibinə qoymağı və çəkiliş zamanı həmin bükümlərin ona məxsus olduğunu bildirməyə məcbur etmişlər. O, da həmin bükümləri avtomobildə polis əməkdaşı Şahid2 onun əynindəki şalvarın sol yan cibinə qoyaraq kafeyə daxil olmasını istəmişdir. Sonra çəkiliş başlamış və onlar kafeyə daxil olaraq onun ad, soyadını soruşmuş və özünü təqdim etmişdir. Sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişlər. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd bükümü və mobil telefonunu çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddələr ona məxsus olmamış, polis əməkdaşları tərəfindən ona təqdim olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı Şahid2 və Şahid1 tərəfindən fiziki zorakılıq tətbiq olunaraq döyülmüşdür. Şahid1 onu şübhəli şəxs qismində tutan polis əməkdaşlarının arasında olmamış, onu polis şöbəsində olan zaman görmüşdür. 3 saylı İstintaq Təcridxanasına daxil olduğu zaman tibbi müayinədən keçmiş lalin müayinə zamanı xəsarətləri aşkar edilməmişdir. Narkotik vasitələrin əvvəllər heroin növündən istifadə etmişdir. Həmin vaxt özünə məxsus mobil telefonu ustada olmuş, ona görə müvəqqəti istifadə etmək üçün usta ona başqa mobil telefon vermişdir. Həmin mobil telefon yanında idi, lakin polis əməkdaşları tutduqdan sonra, mobil telefonunu götürmüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qarabağlar kafesi ilə polis bölməsi arasında nə qədər məsafə var dəqiq bilmir, lakin yaxındır. Üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilən zaman “İstəyirəm tema götürüm. Bir dənə daş təşkil elə, 30 manat göndərmişəm. Beş manat da göndərəcəm” məzmunlu səsli mesaj göndərildiyi aşkar edilmişdir. Tema dedikdə narkotik vasitə-heroini nəzərdə tutmuşdur. Həmçinin daş dedikdə metamfetamin, kola dedikdə isə heroin nəzərdə tutulur. Narkotik vasitələrin yanlız heroin növündən istifadə etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi qardaşının istifadəsindədir. Telefonuna baxış zamanı ona ayrı-ayrı bank kartlarının nömrələrinin nə üçün göndərilməsini xatırlamır. ***-***-**-** saylı mobil nömrəsini istifadə etmişdir. Aşkar olunan telefonu müvəqqəti istifadə etmiş, öz telefonu ustada idi. Sonda isə özünü təqsirli bilməməsini, tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və şöbənin sahə inspektoru, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 aprel 2025-ci il tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:40 dəqiqədə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən Qarabağlar kafesinin qarşısına gələrək içəri girişdən sağda yerləşən otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs onları görüb ayağa qalxmışdır. Mehmanın başında boz rəngli papaq, əynində qara rəngli köynək və qara rəngli dəri gödəkçə olmuşdur. İlk olaraq özü, sonra Şahid3, daha sonra isə Şahid2 özünü təqdim edərək 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. O, da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, çəkilişin yerini və telefona baxaraq çəkilişin saatını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə olan içərisində ağ rəngli maddə olduğu görünən bükümü çıxararaq təqdim etmişdir. Şahid3 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Şahid1 ondan həmin bükümlərdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə patı kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni dünən axşam Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsin onun üçün qoyduğunu, onun isə 50 manat ödəyərək götürdüyünü bildirmişdir. Şahid1 həmin bükümləri elektron tərəziyə yerləşdirmişdir. Sonra, həmin bükümləri 01 ədəd boş zərfə, Təqsirləndirilən şəxs “Texno T10” markalı olduğunu bildirdiyi mobil telefonu isə digər boş zərfə qoyaraq qablaşdırmışdır. Maddi sübutların üzərini möhürləmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik maddə saxlayıbsaxlamadığını soruşmuş, o da saxlamadığını bildirmişdir. Ondan nə qədər müddətdir istifadə etdiyini soruşduqda, 3-4 ildir ki, istifadəçi olduğunu bildirmişdir. Sonra çəkilişin başa çatdığını bildirərək Təqsirləndirilən şəxs onlarla 30-cu polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də onlarla razılaşmış, onu 30-cu polis şöbəsinə gətirərək raport tərtib edib onun gətirilməsini şöbə rəhbərinə məruzə etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi, əvvəllər də narkotik vasitələrin istifadəsi ilə bağlı tutulduğu üçün tanımışdır. Təqsirləndirilən şəxsin psixotrop maddələrin satışı ilə məşğul olması onun mobil telefonu üzərindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmadan əvvəl tutulmamışdır. Onu həmin gün videoçəkiliş aparılan zaman görmüşdür. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı idi. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və şöbənin sahə inspektoru, polis mayoru Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, həmin əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı idi. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Dediklərini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs barəsində dəfələrlə DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər ərazidə yaşayan və narkotik vasitə istifadəçisi kimi tanımışdır. Təqsirləndirilən şəxsin üzərindən 05 ədəd bükümdə psixotrop maddəyə bənzər metamfetamin aşkar olunmuş, başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, ona qarşı fiziki təzyiq olduğu və döyüldüyünü bildirməsi həqiqətə uyğun deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 11 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 10 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. 10 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs (saxlanılan şəxs) 10 aprel 2025-ci il tarixdə, saat 14:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən Qarabağ kafesində yaxalanmışdır. Yaxalanmış Təqsirləndirilən şəxs yaxalanmasının səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd şəffaf sellofanda bükülmüş bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə olan (patı) metamfetamin olduğunu və Əhmədlidə tanımadığı şəxsdən 50 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə, üzərində olan 01 ədəd mobil telefon götürülmüşdür. Yaxalanmış Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlələr, eyni zamanda elektron tərəzidə ölçülərkən 1,67 qram çəkidə olması müəyyən edilmişdir. (iş,v. 7) “Təqdim olunan əşyaya, DVD diskə baxış keçirilməsi və götürmə haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində üzərində gəzdirməsində şübhəli bilindiyi üçün, 10 aprel 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən Qarabağ kafesində kabinetlərin birində saxlanılaraq üstü yoxlanılmışdır. Üzərindən 05 bükümdə psixotrop maddə-metamfetaminə bənzər sellofan paketə bükülmüş büküm və 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs götürülmüşdür. Bunlar raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümə və DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 05 ədəd bükümdə, ağ rəngli kristal şəkilli psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra, həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə-metamfetaminə bənzər maddənin aşkar olunması və Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. (iş.v. 13) 10 aprel 2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus «Texno Spark» markalı mobil telefona baxış keçirilərkən çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparılması müəyyən olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs kimi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs bildirir ki, smslərdə göstərilmiş şüşə və mal sözləri narkotik vasitə və pisixotrop maddələrə aid olan adlardır. Həmin telefonda aşkar olunan iş üçün əhəmiyyət kəsb edən məlumatların fotoşəkilləri çəkilərək materiala əlavə olunmasından ötrü çap edilmişdir. (iş.v. 34-46) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 aprel 2025-ci il tarixli, 6/1341 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “şübhəli şəxsin üzərindən aşkar olunmuş maddi sübut (imza) Təqsirləndirilən şəxs ’’yazısı və imzalar olan zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,295 qram, 0,115 qram, 0,281 qram, 0,242 qram, ümumi təmiz çəkisi 1,185 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eyni olub, kustar üsuallar hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza xərci 114 (yüz on dörd) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,185 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq – 1,085 qram. (iş.v. 47-49) 12 aprel 2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (iş.v. 63-64) 12 aprel 2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd mobil telefona baxış keçirərkən whatsapp sosial şəbəkəsində aşağıdakı məzmunlu səs yazıları olduğu müəyyən olunmuşdur. 1) Naməlum şəxs tərəfindən Təqsirləndirilən şəxs nömrəsinə “istəyirəm tema götürüm. Bir dənə daş təşkil elə, 30 manat göndərmişəm. Beş manat da göndərəcəm” məzmunlu səsli mesaj göndərilmişdir. 2) Təqsirləndirilən şəxs nömrəsinə "Mehman tema yoxdu. Daş var. Şakanın malı necədi normaldı? Neçəyə verir?” məzmunlu səsli mesaj göndərilmişdir. 3) Təqsirləndirilən şəxs tərəfindən naməlum şəxsin mobil nömrəsinə “Yetmişə əla temadı ancaq durğuza bilmirəm. Bilmirəm necə nömrəsini qeyd edim ki, whatsappda yazım Mehmandı. Tanımır ona görə də açmır” məzmunlu səsli mesaj göndərilmişdir. 4) Təqsirləndirilən şəxs mobil nömrəsinə naməlum şəxs tərəfindən "Hə də yarım istəyirdim hə daşnan barter eliyərdik də, mən sənə nol beş verərdim sən də mənə 05 verərdin, Gör alınırsa eliyək yox yox” məzmunlu səsli mesaj göndərilmişdir. 5) Təqsirləndirilən şəxs tərəfindən naməlum şəxsə "artıq götürə bilmirəm, axı iki dənə şey götürürəm, onun da bir yarımı mənə güclə çatır. Deyərdin sənin üçün də götürərdim” məzmunlu səsli mesaj göndərilmişdir. 6) Təqsirləndirilən şəxs tərəfindən naməlum şəxsə “Gəl Qaraçuxura dəyək gələk deyir təzə tema gəlib, məzmunlu səsli mesaj göndərilmişdir. 7) Naməlum şəxs tərəfindən Təqsirləndirilən şəxs mobil nömrəsinin whatsappına “bəlkə barter eliyək mən sənə daş verim sən də mənə kola ver” məzmunlu səsli mesaj göndərilmişdir. 8) Təqsirləndirilən şəxs tərəfindən naməlum şəxsə "Qardaşım mal yoxdu 30 manatı da vurmursan hə?” məzmunlu səsli mesaj göndərilmişdir. (iş.v. 78) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2025-ci il tarixli, 5(010)-292/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 yanvar 2025-ci il tarixdə, saat 00:00-dan 11 aprel 2025-ci il tarixə, saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş (üzərindən aşkar edilərək götürülmüş mobil telefonun üzərində olması müəyyən olunmuş) ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, arayan və aranan abonentlərin anten məlumatları, həmin nömrənin kimə məxsusluğu barədə məlumatlar və o cümlədən yuxarıda qeyd olunan mobil telefon nömrələrinin göstərilən müddət ərzində anten əhatə dairələri və mesaj mətnləri barədə məlumatların müvafiq olaraq "xxxx" MMC-dən ələ keçirilməsi ələ keçirilməsinə icazə verilmişdir. (iş.v. 118-120) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 06-08 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (iş.v. 128-130) Məhkəmə ambulator narkoloji ekspertizasının 16 may 2025-ci il tarixli, 2868 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 131-132) 21 may 2025-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs mobil telefonundan aşkarlanmış ***-***-**-** mobil nömrəsindən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsi barədə "xxxx" MMC-dən BKC/LGL-5072/25 saylı, 21 may 2025-ci il tarixli məktubla daxil olmuş bir ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində onun 10 aprel 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, Qarabağ kafesində saxlanmadığını, 10 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Hövsan qəsəbəsində Elçin Məmmədov küçəsində tutaraq 30-cu polis şöbəsinə gətirdiklərini bildirmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskə daxil olarkən “Müştəri zənglərinin detallaşması” bölməsində anten məlumatlarında +**********93 mobil nömrəsinin 10 aprel 2025 tarixdə saat 09:18:52 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A ünvanında olduğu görünür. +**********93 mobil nömrəsinin 10 aprel 2025 tarixdə, saat 10:25:12 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi ünvanında olduğu görünür. +**********93 mobil nömrəsinin 10 aprel 2025-ci il tarixdə, saat 10:25:33 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A ünvanında olduğu görünür. Həmin vaxtdan saat 12:21 dəqiqəsinə qədər həmin ünvanda olduğu saat 12:22-dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi ünvanında olduğu görünür. Saat 14:08:01 dəqiqədə XDMX/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan mərkəzi ünvanında olduğu saat 14:15 dəqiqəyədək həmin ünvanda olduğu görünür. 10 aprel 2025-ci il tarixdə, saat 14:15 dəqiqədə saat 19:03 dəqiqəyə qədər anten məlumatları yoxdur. 10 aprel 2025 tarixdə, saat 19:03-dən saat 19:10 dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi ünvanında olduğu görünür. (iş.v. 134-135) 21 may 2025-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs mobil telefonundan aşkarlanmış ***-***-**-** mobil nömrəsindən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsi barədə "xxxx" MMC-dən BKC/LGL-5072/25 saylı, 21 may 2025-ci il tarixli məktubla daxil olmuş bir ədəd DVD diskə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmunda ismarıclar daxil olmuşdur: 1) 23 yanvar 2025 tarixdə, saat 17:00:05 dəqiqədə +**********42 mobil nömrəsindn +**********93 mobil nömrəsinə “Eee mehman kisi vezyetimin pis olan vaxtinda noc bele elyireen xetdin mewguldu acmirsan” məzmunlu mesaj göndərilmişdir. 2) 05 mart 2025 tarixdə, saat 22:23:03-də +**********87 mobil nömrəsindən +**********93 mobil nömrəsinə “X14, seher X12 X13 X10” məzmunlu mesaj göndərilmişdir. (iş.v. 136) 04 iyun 2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək həmin xüsusatları bir daha təsdiq etmişdir. (iş.v. 152-155) 05 iyun 2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək həmin xüsusatları bir daha təsdiq etmişdir. (iş.v. 156-159) 18 iyun 2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək həmin xüsusatları bir daha təsdiq etmişdir. (iş.v. 148-151) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən Suraxanı RPİ-nin İŞ-in sorğusuna cavab olaraq ünvanlanmış 03 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 iİ 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 1(010)-268/2024 saylı, 11 iyul 2024-cü tarixli hökmü və onun icrası barədə 01 avqust 2024-cü il tarixli göstərişi 13 avqust 2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması tutulduğu 10 aprel 2025-ci il tarixə 07 ay 04 gün hissəsi çəkilmiş, 01 il 10 ay 22 gün hissəsi isə çəkilməmiş qalmışdır. (ş.v. 160) 03 iyul 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsi, ona fiziki zor tətbiq olunaraq üzərindən aşkar edilərək götürülmüş narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilməsi və üzərindən aşkar edilərək götürülmüş narkotik maddələrin ona məxsus olduğunu bildirməsi ilə bağlı xüsusatla bağlı araşdırılması üçün cinayət işinin materiallarından ayrıca material ayrılaraq Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərində 10 aprel 2025-ci il tarixdə tutulduğu zaman aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 1,085 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş xeyli miqdarda ümumi təmiz çəkisi 1,185 qram psixotrop maddə-metamfetamini əldə etdiyi şəxsə və mənbəyə görə hazırki cinayət işindən ayrıca icraata material ayrılmışdır. (iş.v. 161-175) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, saat 14:40-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 12 aprel 2025-ci il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(010)-101/2025 saylı qərarı ilə, barəsində əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 08 iyul 2025-ci il tarixli, 4(010)-225/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 30 iyul 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 30 iyul 2025-ci il tarixli, 1(010)-443/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək qüvvədə saxlanılmış və 11 avqust 2025-ci il tarixli məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş.v. 26, 66-67, 89-93) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Təhqiqatçı tərəfindən ona təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC tərəfindən məhkəmənin qərarının icrası ilə bağlı göndərilmiş anten dairələrinə dair 01 ədəd disk və Təqsirləndirilən şəxs məxsus «Texno Spark» markalı mobil telefona baxış keçirilərkən çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair səs yazışmalarının əks olunduğu 01 ədəd disk olmaqla, cəmi 03 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını birbaşa təsdiq etdiyindən maddi sübut hesab edilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən ünvanlanmış 07 avqust 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və ya xəsarət izi aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş TSH-də tərtib edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı zədə almadığını bildirmiş, bədəni üzərinə baxış zamanı sol said, sağ və sol baldır nahiyəsində çapıq toxumaları aşkar edilmiş, heç bir şikayəti olmamışdır. Dəri və selikli qişaları adi vəziyyətdədir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatları ilə bağlı əldə edilmiş çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2007-ci il təvəllüdlü Səbinə Əliyeva, xx.xx.2004-cü il təvəllüdlü Aysel Əliyeva və xx.xx.2012-ci il təvəllüdlü Məhəmməd Əliyev olmaqla, 3 övladı vardır. Onun övladlarından biri azyaşlıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən ünvanlanmış 09 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 8kil bürosunun vəkili X1 və Suraxanı RPİ-nin İŞ-in sabiq müstəntiqi, polis kapitanı Çərkəz Pənahov Təqsirləndirilən şəxs ilə 3 saylı istintaq təcridxanasında görüşməmişlər. Həmçinin Təqsirləndirilən şəxs Suraxanı Rayon Prokuroruluğunun 03 iyun 2025-ci il tarixli qərarı ilə 04 iyun 2025-ci il tarixdən 10 iyun 2025-ci il tarixədək və 01 iyul 2025-ci il tarixli qərarı ilə 02 iyul 2025-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək Suraxanı RPİ-nin MSY-ə keçirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 03 oktyabr 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş həmin tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən 705-C-25 saylı mateial üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X7 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X9 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik maddələrin “kakos” kimi tanıdığı növündən istifadə edir. 10 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq 30-cu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona 05 ədəd bükümdə olan narkotik maddələri təqdim edərək çəkiliş zamanı ona məxsus olduğunu qəbul etməsini təklif etmişlər. Bunu qəbul etməmiş, sonra onu döyməyə başlamışlar. Bir qədər döyüldükdən sonra həmin narkotik maddələrin ona məxsus olduğunu qəbul etməyə məcbur olmuşdur. Sonra, onu saat 15 radələrində Hövsan qəsəbəsində kafelərdən birinə gətirmişlər. Həmin bükümləri avtomobildə ona təqdim edərək sol yan cibinə qoymağı və çəkiliş zamanı həmin bükümlərin ona məxsus olduğunu bildirməyə məcbur etmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin bükümləri avtomobildə Şahid2 əynindəki şalvarın sol yan cibinə qoyaraq kafeyə daxil olmasını istəmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddələr ona məxsus olmamış, polis əməkdaşları tərəfindən ona təqdim olunmuşdur. Polis idarəsində olduğu müddətdə ona qarşı Şahid2 və Şahid1 tərəfindən fiziki zorakılıq tətbiq olunaraq döyülmüşdür. Şahid1 onu şübhəli şəxs qisimində tutan polis əməkdaşlarının arasında olmamış, onu polis şöbəsində olan zaman görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquqmühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Ona həmçinin müdafiəçi təyin edilmiş, əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, müdafiəçisinə bu barədə bildirib onun vasitəsilə müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkandan istifadə etməmişdir. Bununla bağlı məhkəmə istintaqı dövründə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna araşdırma aparılması üçün sorğu göndərilmiş, həmin sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 03 oktyabr 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş həmin tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən 705-C-25 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən və tədqiq olunan zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,295 qram, 0,115 qram, 0,281 qram, 0,242 qram olmaqla, ümumi təmiz çəkisi 1,185 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə, öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən ünvanlanmış 07 avqust 2025-ci il tarixli cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və ya xəsarət izi aşkar edilməmişdir. Bununla bağlı heç bir şikayəti də olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi olduğunu məhkəmə iclası zamanı etiraf etmişdir. O, əvvəllər də CM-in 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuş, istintaq və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və 17 mart 2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatda olması, həmçinin özünün də narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məhkəmə iclasında bildirdikləri təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında ziddiyyətli məqam müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin psixotrop maddələrin satışı ilə məşğul olması xüsusatı ilə bağlı isə qeyd edir ki, "xxxx" MMC tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş anten əhatə dairələrinə və daxil olmuş SMS mətnlərinə dair 01 ədəd diskə, bundan əlavə, Təqsirləndirilən şəxs məxsus «Texno Spark» markalı mobil telefona baxış keçirilərkən çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısına dair səs yazışılarının əks olunduğu 01 ədəd diskə baxış zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu aşkar şəkildə sübut olunmuşdur. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması və onların satışı ilə məşğul olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə gətirdiyi əsassız dəlillər kimi qiymətləndirilmişdir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,185 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binlarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən Qarabağ kafesidir. Bundan başqa qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 1,185 qram psixotrop maddə metamfetamini 09 aprel 2025-ci il tarixdə, Əhmədli metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 50 manata əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Qarabağ” kafesində saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,295 qram, 0,115 qram, 0,281 qram, 0,242 qram olmaqla, ümumi təmiz çəkisi 1,185 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə, öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğular və onlara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkumluqları olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə CM-in 128 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə isə, Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 06-08 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (iş.v. 122-130) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirmədən 10 aprel 2025-ci il tarixdə yenidən qəsdən cinayət əməli törətmiş, buna görə də, o, məhkumluğu olan, məhkumluğu götürülməmiş və ödənilməmiş şəxsdir. Həmçinin Bakı şəhər Probasiya İdarəsindən alınmış məktuba cavabdan görünür ki, o, 06 sentyabr 2024-cü il tarixdə probasiya qurumunda qeydiyyata alınmışdır. 10 aprel 2025-ci il tarixə cəzasının 07 ay 04 gün hissəsini çəkmiş, 01 il 10 ay 22 gün hissəsi çəkilməmiş cəzası qalmışdır. Lakin CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmır. Belə ki, CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Çünki, Təqsirləndirilən şəxs sonuncu törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq, cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum edilmiş olmasına baxmayaraq, eyni zamanda 11 iyul 2024-cü il tarixli hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış, yenidən eyni maddənin daha ağır bəndi ilə cinayət əməli törətməsi məhkəmə tərəfindən onun ictimai təhlükəliliyini, cəzasının islah təsirinin yetərli olmamasını, qanunlara laqeyd münasibətin göstəricisi olmaqla şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirilmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. CM-nin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və 17 mart 2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,085 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk, həmçinin anten əhatə dairələri və mobil telefona baxışı əks etdirən 02 ədəd disk olmaqla, cəmi 03 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi ünvan 8kil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ünvan 8kil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(010)-268/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 11 ay 11 gün müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və 17 mart 2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,085 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk, həmçinin anten əhatə dairələri və mobil telefona baxışı əks etdirən 02 ədəd disk olmaqla, cəmi 03 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-443/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-443/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver