Məhkəmə qərarları › İş №1(010)-444/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-444/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-444/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum edilməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin aprel ayında Biləsuvar rayonu, Əliabad kənd sakini Zərərçəkmiş şəxs etibarından sui istifadə etməklə Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon mühafizə idarəsində polis nəfəri kimi xidmət edən Zərərçəkmiş şəxs qardaşı Şahid3 xidməti iş yerinin Suraxanı RPİ-nin Post Patrul Xidməti Bölüyünə dəyişdirilməsinə Zərərçəkmiş şəxs bacısının həyat yoldaşı Şahid1 vasitəsilə vəd edərək onun etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs məxsus 5000 manat nağd pulu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adlı şəxsin kafesində ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs aldadaraq ona 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü ilin oktyabr ayından DİN-nin X6 polis nəfəri işləmiş, 2022-ci ilin fevral ayında ailə vəziyyəti ilə əlaqədar raport yazaraq DİO-dan xidmətdən xaric olunmuşdur. 2022-ci ilin aprel ayında Suraxanı rayonu, Hövsan qəsəbə sakini kimi tanıdığı Teyyub onunla görüşəndə bir nəfər polisdə işləyən şəxsin yerini dəyişmək lazım olduğunu bildirmiş, o da Teyyuba həmin şəxsləri dəvət etməsini və görüşüb söhbət etməyi demişdir. Bir neçə gündən sonra Teyyub və Suraxanı rayonu Hövsan qəsəbə sakini kimi tanıdığı Vasif və onun qaynı Tahir onunla Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən Slavikin kafesində görüşərək söhbət etmişlər. Onlar Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadıqları üçün onları tanımışdır. Həmin şəxslər ona Tahirin Sabunçu rayon mühafizə polisi idarəsində işlədiyini və onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsinə köməklik etmək lazım olduğunu bildirmişlər. O da həmin şəxslərə bu barədə danışıb razılıq aldıqdan sonra nəticəsi barədə Teyyuba deyəcəyini bildirmişdir. Səhəri gün Teyyuba bu barədə danışdığını və Tahirin xidməti iş yerinin dəyişdirilməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Bir neçə gündən sonra Vasif onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək pulun onda olmasını bildirmişdir. O, Vasifə bir neçə dəqiqədən sonra kafedə olacağını, həmin kafeyə gəlməyini demişdir. Həmin günü Vasif qaynı Tahir ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adlı kafeyə getmiş və həmin vaxtı onun əyləşdiyi stola yaxınlaşmışlar. O, Vasif və Tahir ilə görüşdükdən sonra onlara keçib kafenin otağında oturub söhbət etməyi təklif etmişdir. O, Tahir və Vasif ilə birlikdə kafedə yerləşən otaqların birində əyləşmişlər. Vasif ona 5000 manat pulun onda olduğunu demiş, o da narahat olmamalarını, təxminən 1 ay müddətinə Tahirin xidməti iş yerinin Suraxanı RPİ-nin PPXBnə dəyişdiriləcəyini vəd etmişdir. Vasif qaynı Tahirin iştirakı ilə 5000 manat pulu cibindən çıxardaraq saydıqdan sonra ona vermişdir. Sonra Vasif ona 1000 manat pulu da əmr olduqdan sonra verəcəklərini bildirmişdir. O da razılaşmış və Vasifdən aldığı pulu sayıb cibinə qoyaraq kafdən çıxıb getmişdir. Vasif hər dəfə onu görəndə iş məsələsi ilə bağlı maraqlanmış, o da narahat olmamasını, qısa müddət ərzində iş məsələsinin düzələcəyini bildirmişdir. Təxminən 2022-ci ilin iyun ayının əvvələrində onun mobil nömrəsinə zəng gəlmiş və özünü Tahirin qardaşı olduğunu adının isə Elvin olduğunu bildirmişdir. Elvin onda 5000 pulu olduğunu demiş, o da Elvinə onu tanımadığını və onda heç bir məbləğdə pulu olmadığını bildirmişdir. Elvin telefonda onunla mübahisə etməyə başlamış və Bakı şəhərinə gəlib onunla görüşüb söhbət edəcəyini demişdir. Telefon ilə danışdıqları günün səhəri Elvin ona zəng edərək Bakı şəhərində olduğunu demişdir. O da Elvinə Hövsan qəsəbəsində Slavikin kafesində onu gözlədiyini bildirmişdir. Təxminən 1 saatdan sonra Teyyub və yanında bir nəfər ayağı olmayan əlil şəxs kafeyə daxil olmuşlar. Teyyubun yanındakı şəxsin sol ayağı olmadığından əlində əsa olmuşdur. Həmin vaxtı onun yanında isə əmisi oğlu X3 əyləşmişdir. Teyyub həmin şəxsi onunla tanış edərək həmin şəxsin adının Elvin olduğunu, Qarabağ qazisi olduğunu, Tahirin də qardaşı olduğunu bildirmişdir. Onlar Elvinə hörmət ilə yanaşaraq ona yer göstərmişlər. Elvin ondan qardaşı Tahirin işi ilə bağlı maraqlanmış və nə üçün məsələnin bu vaxta qədər uzandığını soruşmuşdur. O da Elvinə 20 gün müddətinə pulu düzəldib qaytaracağına söz vermişdir. Lakin o, pulu düzəldə bilmədiyi üçün onun pulunu verə bilməmişdir. 07 iyul 2022-ci il tarixdə isə Elvinin onun barəsində DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət etdiyini eşitmişdir. O, Tahirin xidməti iş yerinin dəyişdirilməsi üçün aldığı 5000 manat pulu öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa heç kimdən işə düzəlmək adı ilə pul almamışdır. Onun pulu olmadığı üçün Zərərçəkmiş şəxs aldığı pulu qaytarmaqda çətinlik çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildə hərbi xidmətdə olan vaxtı Ağdam rayonu ərazisində minaya düşmüş və almış olduğu zərbədən sol ayağını itirmişdir. Qardaşı Quliyev X4 rayon mühafizə polis şöbəsində polis nəfəri işləyir. 2022-ci li aprel ayında bacısının həyat yoldaşı Şahid1 ona tanış olduğunu, istəyirsə onun ilə danışıb Tahiri Suraxanı RPİ-nin PPXB-nı polis nəfəri vəzifəsinə dəyişdirməyi təklif etmişdir. O, Vasifə danışmasını və nəticəsi barədə ona məlumat verməsini bildirmişdir. Bir neçə gündən sonra Vasif ona zəng edərək həmin şəxs ilə danışdığını və həmin şəxsin Tahiri Suraxanı RPİ-nin PPXB-nı dəyişdirə biləcəyini demişdir. O, həmin şəxsin adının və harada işləməsini Vasifdən soruşmuş, Vasif də həmin şəxsin adının Anar olmasını və X6 işləməsini demiş, bu işə görə Anara 6000 manat pul verməli olduğunu bildirmişdir. O, Vasifin dediyi məbləğ ilə razılaşmış və bu barədə qardaşı Tahirə zəng edərək iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsi üçün 6000 manat pul istədiklərini bildirmişdir. Qardaşı Tahir də onunla razılaşmışdır. Təxminən 2-3 gündən sonra o, 5000 manat pulu Vasifə yol maşını ilə göndərmiş. Vasif isə zəng edərək pulu götürdüyünü və həmin pulu Anara verdiyini bildirmişdir. O, Vasifə əmr olduqdan sonra 1000 manat pulu da göndərəcəyini bildirmişdir. Vasif ona Anarın aprel ayının axırlarına qədər əmr olacağını vəd etdiyini bildirmişdir. 2022-ci ilin aprel ayında əmrin olmadığını görüb Vasifə zəng etmiş, Vasif də ona bir neçə gündə gözləməsini, ona xəbər edəcəyini bildirmişdir. Təxminən may ayının ortalarında yenidən Vasifə zəng etmiş və nə üçün əmrin yubandığını soruşmuşdur. Vasif isə Anar ilə bir neçə dəfə danışdığını, Anarın onu arxayın edərək qısa müddət ərzində məsələnin öz həllini tapacağını dediyini bildirmişdir. May ayının axırlarında o, Vasifdən Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni alıb zəng edərək onun ilə danışmışdır. Anara nə üçün vaxtı yubadıb məsələni həll etmədiyini soruşmuş, Anar da onu tanımadığını və ondan pul almadığını bildirmişdir. O, Anarın bu sözündən əsəbləşmiş və ona saat 18:00 dəqiqəyə kimi vaxt verdiyini, əgər pul ona çatmasa səhəri gün onun evinə gələcəyini bildirmişdir. Səhəri gün o, Biləsuvar rayonundan Bakı şəhərinə gəlmiş və Anarın yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmişdir. Həmin vaxtı Anar evdə olmadığından ona yenidən zəng edərək yaşadığı evin qapısını yanında olduğunu bildirmişdir. Anar da ona Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adlı kafedə oturduğunu deyib həmin kafedə onu gözlədiyini söyləmişdir. O, həmin kafeyə getmiş və Anarla görüşmüşdür. Anar ondan üzrxahlıq edərək narahat olmamasını, 20 gün müddətinə onun pulunu düzəldib qaytaracağını bildirmişdir. Anarın ona dediyi vaxt gəlib çatdıqdan sonra ona zəng etmiş, lakin Anar telefona cavab verməmiş, mesaj yazaraq özünün zəng edəcəyini bildirmişdir. O, Anarın ona zəng etməməsini görüb yenidən Biləsuvar rayonundan Bakı şəhərinə gəlmişdir. Mən 07 iyul 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Anar adlı şəxs tərəfindən aldadıldığını bildirmişdir. Sonra isə Suraxanı RPİnin 30-cu PŞ-nə gedərək bu barədə şikayət ərizəsi yazmışdır. Anar bu vaxta qədər ondan aldığı 5000 manat pulu qaytarmamışdır. Bacısının həyat yoldaşı Vasif ona demişdir ki, Anar ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adlı kafedə görüşərək pulu orada ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021 may ayında DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon mühafizə idarəsinin polis nəfəri kimi işləyir. 2022-il ilin aprel ayında bacısının həyat yoldaşı Vasif ona tanış bir şəxs olduğunu, əgər istəyirsə onun xidməti iş yerini Suraxanı RPİ-nin PPXB-nə dəyişdirməkdə 6000 manat verməklə köməklik edə biləcəyini qeyd etmişdir. O da Vasifə bu barədə qardaşı Zərərçəkmiş şəxs ilə danışıb konkret olaraq cavab deyəcəyini bildirmişdir. O, həmin günü qardaşı Elvinə zəng edərək xidməti iş yerinin dəyişdirilməsi ilə bağlı Vasifin ona dediyi sözü demiş və 6000 manat pul lazım olduğunu bildirmişdir. Qardaşı da ona bu barədə fikirləşib deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra qardaşı Elvin ona zəng edərək 5000 manat nəğd pulu olduğunu bildirmişdir. Bir neçə gündən sonra o, Vasif ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyəti göstərən «Slavikin» kafesində Anar adlı şəxs ilə görüşmüşlər. Vasif ona Anan Hövsan qəsəbə sakini Vüsal (əsl adı Teyyub olan) şəxsin vasitəsilə tanıdığını bildirmişdir. Anar ona və Vasifə onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsi üçün 6000 manat pul lazım olduğunu demişdir. O, Anara bu barədə qardaşı ilə danışdığı və 5000 manat pul olduğunu demiş, Anar isə ona problem olmadığını, 1000 manat pulu da əmr olduqdan sonra hissə-hissə verməyi demişdir. O və Vasif Anar ilə sağollaşıb kafedən çıxdıqdan sonra Biləsuvar rayonunda yaşayan qardaşı Elvinə zəng edərək Anar ilə razılaşdıqlarını bildirmişdir. Elvin ona hansı formada Anar ilə razılaşdıqlarını soruşmuş, o da Elvinə 5000 manat pulu indi vermək, qalan 1000 pulu isə əmr olduqdan sonra hissə-hissə vermək barədə razılaşdıqlarını demişdir. Elvin ona problem olmadığını, sabah Bakı şəhərinə gələn maşınlar ilə 5000 manat pulu göndərəcəyini demişdir. Səhəri gün Vasif ona zəng edib 5000 manat pulu götürdüyünü və onda olduğunu bildirmişdir. Həmin günü axşam Vasif Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək pulun onda olmasını bildirmişdir. Anar bir neçə dəqiqədən sonra kafedə olacağını və həmin kafeyə gəlmələrini demişdir. O, Vasif ilə birlikdə Suraxanı rayonu. Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adlı kafeyə getmişlər və Anarın əyləşdiyi stola yaxınlaşmışlar. Anar o və Vasif ilə görüşdükdən sonra keçib kafenin otağında oturub söhbət etməyi demişdir. O, Vasif və Anar kafedə yerləşən otaqların birində əyləşmişlər. Vasif Anara 5000 manat pulu gətirdiyini və onda olduğunu demiş. Anar da Vasifə narahat olmamasını, təxminən 1 ay müddətinə Tahirin xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdiriləcəyini bildirmişdir. Vasif onun iştirakı ilə 5000 manat pulu cibindən çıxardaraq saydıqdan sonra Anara vermişdir. Anar pulu aldıqdan sonra pulu özü də sayıb cibinə qoymuşdur. Təxminən 2022-ci ilin may ayinin axırlarında onlar Anar tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Sonra Vasif ona bu barədə Elvinə də dediyini bildirmişdir. Sonra eşitmişdir ki, qardaşı Elvin Bakı şəhərinə gələrək Anar ilə görüşmüş və onlara qarşı etmiş olduğu dələduzuluq hərəkətləri barəsində Suraxanı RPİ-nin 30-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Anar bu vaxta qədər də onlardan aldığı pulu geri qaytarmamışdır. Vasifin onun yanında Anara verdiyi 5000 manat pulun hamısı 100 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 2022-il ilin aprel ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olan Vüsal adlı şəxsi görmüşdür. Vüsal Hövsan qəsəbəsində yaşadığı üçün və özünün də uzun müddət Hövsan qəsəbəsində yaşadığından Vüsalı tanımışdır. O, Vüsal ilə salamlaşmış və onun ilə söhbət edərkən Vüsal ona bir nəfər şəxs tanışı olduğunu, polis orqanlarına adam düzəltdiyini bildirmişdir. O, Vüsala qaynının Sabunçu rayon mühafizə polisi idarəsində işlədiyini, onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsinə köməklik edə bilərsə həmin şəxslə görüşüb söhbət edə biləcəyini demişdir. Vüsal da əgər istəyirsə, həmin şəxslə görüşüb söhbət edə biləcəklərini demişdir. Sonra o, Vüsaldan həmin şəxsin kim olmasını soruşmuş, Vüsal da həmin şəxs Hövsan qəsəbəsində yaşayan və X6 işləyən Anar adlı şəxs olduğunu demişdir. Vüsal bunu dedikdən sonra o, Anarı Hövsan qəsəbə sakini kimi tanıdığını bildirmişdir. Bundan başqa o, Anarı bir neçə dəfə polis geyim formasında görmüşdür. O, Vüsal ilə birlikdə dayanacağın yaxınlığında fəaliyyət göstərən «Slavik» adlı şəxsin kafesinə getmiş və həmin kafeyə daxil olaraq həmin vaxtı Anarın kafedə olan stolların birində əyləşərək pivə içdiyini görüb həmin stola yaxınlaşaraq birlikdə əyləşmişlər. Anar, o və Vüsal ilə görüşdükdən sonra Vüsal ona qaynının Sabunçu rayon mühafizə polis idarəsində polis nəfəri işlədiyini, onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsinə köməklik göstərmək lazım olduğunu demişdir. Anar da bu barədə danışıb razılıq aldıqdan sonra nəticəsi barədə Vüsala deyəcəyini bildirmişdir. Səhəri gün Vüsal onunla Hövsan qəsəbəsində görüşmüş qaynının məsələsini danışdığını, onun xidməti iş yerinin dəyişdirilməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin günün evə gedərək onlarda qalan qaynı Tahirə xidməti iş yerinin dəyişdirilməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Tahir də qardaşı digər qaynı olan hazırda Biləsuvar rayonunda yaşayan Elvin ilə danışıb nəticəsini deyəcəyini bildirmişdir. Sonra qaynı Elvin mobil telefon vasitəsilə ona zəng edərək Tahirin onunla danışdığını deyib. Anar adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, qaynı X7 qəsəbəsində yaşayan şəxs kimi tanıdığını, onun polis əməkdaşı olmasını, anasının isə müəllimə olduğunu demişdir. Elvin də bir neçə gündən sonra ona konkret cavabını deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Elvin ona zəng edərək 5000 manat nəğd pulu olduğunu demişdir. Sonra o, qaynı Tahir ilə birlikdə Anar ilə görüşdüyü kafeyə getmiş və Tahir ilə onu tanış etmişdir. O, Anara qaynının 5000 manat pulu olduğunu demiş. Anar da problem olmadığını, onun danışacağını və qalan 1000 manat pulu da əmr olduqdan sonra hissə hissə verməyi bildirmişdir. O və Tahir Anar ilə sağollaşıb kafedən çıxdıqdan sonra Biləsuvar rayonunda yaşayan qaynı Elvinə zəng edərək Anar ilə razılaşdıqlarını bildirmişlər. Elvin onlardan hansı formada Anar ilə razılaşdıqlarını soruşmuş, onlar da Elvinə 5000 manat pulu indi vermək, qalan 1000 pulu isə əmr olduqdan sonra hissə hissə vermək barədə razılaşdıqlarını demişlər. Elvin də problem olmadığını, sabah Bakı şəhərinə gələn maşınlar ilə 5000 manat pulu göndərəcəyini demişdir. Səhəri gün Elvin ona zəng edərək 5000 manat pulu göndərməsini bildirmişdir. O, Elvinin pulu göndərdiyi şəxs ilə Nizami metrosunun yaxınlığında görüşərək ondan 5000 manat pulu götürmüş və öz yaşadığı evə gəlmişdir. Həmin günü axşam Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək pulun onda olmasını bildirmişdir. Anar da bir neçə dəqiqədən sonra kafedə olacağını, həmin kafeyə gəlmələrini demişdir. O, qaynı Tahir ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavik» adh kafeyə getmişlər və Anarın əyləşdiyi stola yaxınlaşmışlar. Anar o və Tahir ilə qaynı Tahir və Anar kafedə yerləşən otaqların birində əyləşmişlər. O, Anara 5000 manat pulu gətirdiyini, onda olduğunu demiş, Anar da narahat olmamağını, təxminən 1 ay müddətinə Tahirin xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdiriləcəyini vəd vermişdir. O, qaynı Tahirin iştirakı ilə 5000 manat pulu cibindən çıxardaraq saydıqdan sonra Anara vermişdir. Anar ondan pulu aldıqan sonra pulu özü də sayıb cibinə qoymuşdur. Anar ilə görüşdükdən sonra çıxıb getmişlər. Təxminən 10 gündən sonra o, Anar ilə Hövsan qəsəbəsində görüşmüş və Tahinin iş məsələsi ilə bağlı maraqlanmışdır. Anar da narahat olmamağını, sabah onunla əlaqə saxlayacağını bildirmişdir. Səhəri gün Anar ilə görüşmüş və Anar ona danışdığını, pulun lazım olan yerə çatdığını, bir neçə günə əmr olacağını demişdir. O, Anar ilə görüşdükdən sonra onun dediyi sözləri qayınları Elvin və Tahirə demişdir. Anan hər dəfə Hövsan qəsəbəsində görəndə ondan Tahirin işi barəsində soruşmuş, Anar da hər dəfə ona narahat olmamasını, bir neçə günə əmr olacağını bildirmişdir. Təxminən 2022-ci ilin may ayının axırlarında o, məcbur olub qaynı Elvinə deyəsən Anarın onları aldatdığını demişdir. Bundan sonra Elvin ondan Anarın mobil telefon nömrəsini istəmiş və o, Anarın mobil telefon nömrəsini Elvinə vermişdir. Sonra Elvin ona zəng edərək özünün Bakı şəhərinə gəlib Anar ilə görüşəcəyini demişdir. Buna görə də o, Vüsalın mobil telefon nömrəsini qaynı Elvinə vermişdir ki, Bakı şəhərinə gələndə Anar ilə görüşmək üçün Vüsal ilə əlaqə saxlasın. Sonradan Elvin ona demişdir ki, Bakı şəhərinə gələrək Vüsal ilə birlikdə Anar ilə görüşmüş və Anar pulun qaytarılması üçün ondan vaxt istəmişdir. 07 iyul 2022-ci il tarixdə Elvin ona demişdir ki, Anarın etdiyi hərəkətlər barəsində DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 30cu PŞ-nə şikayət ərizəsi yazmışdır. Sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər və o, baş vermiş hadisə barədə izahat yazmışdır. O, Anarı 07 iyul 2022-ci il tarixdən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində görməmişdir. Sonra o, Anarın harada olmağı ilə bağlı maraqlanmış və Anarın təxminən bir il müddət olar ki, polis orqanlarında işləmədiyini və onun hazırda harada olması barədə ona heç bir söz deməmişlər. Onun Anara verdiyi 5000 manat pulun hamısını 100 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, adı Teyyub soyadı isə Teyibovdur, lakin uşaqlıqdan onu Vüsal adı ilə çağırdıqları üçün Hövsan qəsəbəsində hamı onu Vüsal kimi tanıyır. 2022- il ilin aprel ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən avtobus dayanacağında olan vaxtı Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vasif adlı şəxsi görmüşdür. Vasif Hövsan qəsəbəsində yaşadığı üçün və özünün də uzun müddət Hövsan qəsəbəsində yaşadığından onu tanımışdır. O, Vasif ilə söhbət edərkən bir nəfər şəxsin olduğunu, polis orqanlarına adam düzəltdiyini demişdir. Bundan sonra Vasif ona qaynının Sabunçu rayon mühafizə polisi idarəsində işlədiyini, həmin şəxsin onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsinə köməklik edə bilərsə onun ilə görüşüb söhbət edə biləcəyini demişdir. Sonra Vasifə istəyirsənsə onun ilə görüşüb söhbət edə biləcəklərini təkif etmişdir. Sonra Vasifdən həmin şəxsin kim olmasını soruşmuş, o da həmin şəxs Hövsan qəsəbəsində yaşayan və X6 işləyən Anar adlı şəxs olduğunu demişdir. Vasif də Anar adlı şəxsi tanıdığını bildirmişdir. Sonra o, Vasiflə birlikdə dayanacağın yaxınlığında fəaliyyət göstərən «Slavik» adlı şəxsin kafesinə getmişlər. O və Vasif kafeyə daxil olmuşlar, həmin vaxtı Anarın kafedə olan stolların birində əyləşərək pivə içdiyini görüb həmin stola yaxınlaşaraq həmin stolda əyləşmişlər. Anar o və Vasif ilə görüşdükdən sonra o, Anara Vasifin qaynının Sabunçu rayon mühafizə polis idarəsində polis nəfəri işlədiyini, onun xidməti iş yerinin Suraxanı RPİ-nin PPXB-nə dəyişdirilməsinə köməklik göstərmək lazım olduğunu bildirmişdir. Anar o və Vasifə bu barədə danışıb razılıq aldıqdan sonra nəticəsi barədə deyəcəyini bildirmişdir. Səhəri gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və ondan Vasifin qaynının işi ilə bağlı maraqlanmışdır. Vasif də bu məsələnin razılığını aldığını, 6000 manat pula həll oluna biləcəyini demişdir. O, bu barədə Vasif ilə görüşərək məlumat vermişdir. Vasif də qaynı ilə danışıb konkret olaraq cavab deyəcəyini bildirmişdir. Sonra Vasif ona qaynı ilə danışıb razılığını aldığını və Anar ilə Hövsan qəsəbəsində fəaliyyət göstərən kafedə görüşərək qaynı Tahirin xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar 5000 manat pulu Anara verdiklərini demişdir. Bir müddətdən sonra Vasif ona Anarın onları aldatdığını, özünün də işdən çıxarıldığını demişdir. O, Vasifə Anarın belə hərəkət etməyəcəyini demiş və buna görə də, Anar ilə Hövsan qəsəbəsində fəaliyyət göstərən «Slavikin» kafesində görüşmüşlər. Anar ona və Vasifə narahat olmamalarını, onun öz işində işlədiyini, qısa müddət ərzində bu işin həll olunacağını demişdir. 2022-ci ilin may ayinim axırlarında Vasif ona zəng edərək qaynı Elvinin Anar ilə söhbət etmək üçün Biləsuvar rayonudan Hövsan qəsəbəsinə gəldiyini demiş və Elvini Anar ilə görüşdürməyi xahiş etmişdir. Bir neçə saatdan sonra onun mobil nömrəsinə zəng gəlmiş və zəng edən şəxs adının Elvin və Vasifin qaynı olduğunu demişdir. Elvin ondan Anarın yaşadığı evin yerini soruşmuş, o da Anarın Hövsan qəsəbəsində yerləşən evinin yerini telefon vasitəsilə Elvinə başa salmışdır. Təxminən 30 dəqiqədən sonra o, Elvinə zəng edərək Anarın evinin yerini tapa bilib tapa bilməməsini soruşmuşdur. Elvin də Anarın evinin yerini tapdığını və hazırda Anar ilə kafedə görüşməyə getdiyini demişdir. O, Elvinə özünün də kafeyə gəldiyini demişdir. Bir neçə dəqiqədən sonra o, «Slavik» adlı kafeyə getmişdir. O, kafeyə daxil olduqda Anarın, Elvin və Anarın əmisi oğlu kimi təqdim etdiyi şəxs stolda əyləşdiklərini görmüşdür. Onların əyləşdiyi stola yaxınlaşaraq görüşmüşdür. Anar onun yanında Elvinə 1 ay müddətinə ondan aldığı 5000 manat pulu geri qaytaracağına söz vermişdir. Elvin də Anar ilə razılaşmış və 1 ay müddətinə pulu verməsə, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Anar yenə də and içərək pulun iyun ayinim axırına qədər Elvinə qaytarmasına söz vermişdir. Sonra sağollaşıb hər biri öz evinə getmişdir. Sonra isə eşitmişdir ki, Anar Elvini aldadaraq onun 5000 manat pulunu qaytarmamış, Elvin də buna görə Biləsuvar rayonundan Bakı şəhərinə gələrək Elvinin onu aldadaraq 5000 manat pulunun ələ keçirilməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Anar ilə heç vaxt hansısa bir şəxsin işə düzəlməyi barədə söhbət etməmişdir. Anar Hövsan qəsəbəsində yaşadığından onu tez-tez görmüş və həmin vaxtda onun əynində polis serjantı rütbəsi ilə çevik polis alayının geyim forması olmuşdur. Cinayət işinin 51-52-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan 12 avqust 2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 41-ci vərəqində olan Təqsirləndirilən şəxs barəsində alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, o, əvvəllər məhkum edilməmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin ziyanının ödənilməməsini, onun şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 10-12 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli hökmün elan edildiyi tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişirilərək, “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 10-12 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi andan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar