Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-444/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X19 qızının katibliyi, şikayət vermiş şəxs X10, onun nümayəndəsi və vəkili X15 iştirakı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Nurlan Ələsgər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, el-adət ənənəsi ilə X8 ailə həyatı qurmuş və rəsmi qaydada nikaha girmişdir. Nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən X8 ilə 2016-cı ildən bir yerdə yaşamır və aralarında olan nikah formal xarakter daşıdığından tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması, 14 noyabr 2008-ci il təvəllüdlü X5 və 23 sentyabr 2015-ci il təvəllüdlü X7 onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin X2 alınıb ona verilməsi qət edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi məqsədi ilə aralarında olan hüquq mübahisəsinin həlli üçün bir neçə məhkəmə prossesləri keçirilmişdir. Hər məhkəmə prossesində qarşı tərəfin nümayəndələri onu nalayiq ifadələrlə təhqir edərək tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin yanında şərəf və ləyaqətinin alçaldılmasına səbəb olurlar. Son olaraq isə xx.xx.2024-cü il tarixdə Bakı Appellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində keçmiş həyat yoldaşı Nurlan Məhərrəmov ona hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında nəlayiq ifadələr işlətməklə onu təhqir etmiş bununla da şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, Nurlan Məhərrəmov xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində məni "bu qadm dələduzdur, biri ilə yox, bir neçəsilə xəyanətini tutdum mən və mənə dəfələrlə xəyanət edib, pozğundur" ifadələri işlədərək hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında onu təhqir etmişdir. Qeyd olunan təhqiramiz ifadələr hakim Cəmilə Musayeva tərəfindən məhkəmə prossesinin açıq elan edildikdən sonra deyilib və Nurlan Məhərrəmovun ona dediyi bütün təhqiramiz ifadələr audio-video çəkilişlə qeydə alınıb. Həmçinin keçmiş həyat yoldaşı X8 tərəfindən şərəf və ləyaqəti qəsdən nəlayiq formada alçaldılaraq əvvəllər tanımadığı insanların yanında təhqir edildiyindən hələ də ağır stress yaşayır. O, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Cəmiyyət arasında hörməti və öz çəkisi var. Keçmiş həyat yoldaşı X8 tərəfindən açıq keçirilən məhkəmə prossesində ona "bu qadın dələduzdur və mənə dəfələrlə xəyanət edib, biri ilə yox, bir neçəsilə xəyanətini tutdum mən, Pozğundur" deməsi ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Bu hal onu psixi gərginliklər yaşamasına səbəb olub. Bunun nəticəsi olaraq isə həkim nevropotoloq və şəxsi psixoloq həkimin konsultasiyalarına yazılası olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilmir, mənəvi istirablar çəkir. Həqiqətən də bu hərəkətlə ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. X3 bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurulub və cəmiyyət içərisində hörmətdən salınmasına səbəb olub. Bu səbəbdən keçmiş həyat yoldaşı X3 CM-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Əlavə olaraq qeyd edir, dediklərinin həqiqət olmasını aydınlaşdırmaq üçün məhkəmə Bakı Apellyasiya Məhkəməsinə sorğu verib audio-video yazılışı aparılan məhkəmə prossesinin protokolun əldə edib tanış olmaqla əyani şahidi ola bilər. Məhkəməyə təqdim etdiyi audio - video diskin içərisində X9 məhkəmədə onu hansı sözlərlə təhqir etdiyini şəxsən özü etiraf edir. Qanunvericiliyin tələbinə görə şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuiiyyətə səbəb olmalıdır. X8 Bakı Appellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında "bu qadın dələduzdur və mənə dəfələrlə xəyanət edib, Pozğundur" deməsi ilə onu təhqir etmiş, onun işgüzar nüfuzuna xələl gətirmiş və bununlada AR CMnin 148-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X6 CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74-cü maddəsinin İ hissəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd edilən Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən həmçinin CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda imtina edir. Bu zaman CPM-nin 302.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə məhkəmə qərar qəbul edir. Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən əməl Bakı Apellyasiya Məhkəməsində keçirilmiş iclas zamanı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin rəsmi internet saytından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin yerləşdiyi ərazi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllədir. Xüsusi ittiham qaydasında şikayətin aidiyyəti məsələsinin müzakirəsi zamanı məhkəmənin hazırlıq iclasında iştirak edən şikayət vermiş şəxs X16 və onun nümayəndəsi (vəkili) X18 şikayətin və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X10 X9 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aid olduğundan, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət materialı aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilsin. Qərardan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(010)-444/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-444/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver