Məhkəmə qərarları › İş №1(010)-444/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-444/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-444/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli və himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 08 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 4(010)-34/2025 saylı qərarı ilə barəsində əvvəli 08 fevral 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 02 may 2025-ci il tarixli, 4(010)-134/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətə, yəni 07 iyul 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 13 may 2025-ci il tarixli, 4(010)-147/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə, yəni 07 iyul 2025-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, həmin Məhkəmənin 07 iyul 2025-ci il tarixli, 4(010)- 220/2025 saylı qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 20 gün, yəni 27 iyul 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 11 avqust 2025-ci il tarixli, 1(010)-444/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 68.1.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə və əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmələri ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 01 fevral 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olmaqla, yataq otağından həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 50 manat olan 01 ədəd “Casio” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 49 manat olan 01 ədəd “Curren” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 200 manat olan 01 ədəd “Sony Cyber shot” markalı 14.1 megapiksel texniki fotoaparatı, dəyəri 25 manat olan 01 ədəd “Superbox Z440” markalı tuneri, dəyəri 45 manat olan 01 ədəd “Samsung” markalı, “DVD C550 model” İndoneziya istehsalı olan DVD-ni, dəyəri 120 manat olan 01 ədəd “Samsung blu-ray” markalı,”BD-F6500” model İndoneziya istehsalı tuneri, dəyəri 30 manat olan “MXQ Pro 55 8K”markalı, 8g+128+ yaddaş tutumlu tuneri, dəyəri 700 manat olan 585 əyarlı Türkiyə istehsallı, çəkisi 1,70 qram olan 01 ədəd qızıl boyunbağını, dəyəri 800 manat olan 750 əyarlı İtaliya istehsallı, çəkisi 1,78 qram olan 01 ədəd qızıl kulonu, içərisində 150 manat olan uşaq seyfini, evin birinci mərtəbəsindən dəyəri 800 manat olan 4 cüt kişi ayaqabısını, dəyəri 1000 manat olan 01 ədəd “Coco Chanel” 200 ml kişi ətrini, dəyəri 150 manat olan 50 ml həcmdə 01 ədəd “Dolce Gabanna” kişi ətrini, dəyəri 260 manat olan “İphone” markalı qulaqcığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4379 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 01 fevral 2025-ci il tarixdə saat 21 radələrində vətəndaş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olmaqla, yataq otağından həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 50 manat olan 01 ədəd “Casio” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 49 manat olan 01 ədəd “Curren” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 200 manat olan 01 ədəd “Sony Cyber shot” markalı 14.1 megapiksel texniki fotoaparatı, dəyəri 25 manat olan 01 ədəd “Superbox Z440” markalı tuneri, dəyəri 45 manat olan 01 ədəd “Samsung” markalı, “DVD C550 model” İndoneziya istehsalı olan DVD-ni, dəyəri 120 manat olan 01 ədəd “Samsung blu-ray” markalı,”BD-F6500” model İndoneziya istehsalı tuneri, dəyəri 30 manat olan “MXQ Pro 55 8K”markalı, 8g+128+ yaddaş tutumlu tuneri, dəyəri 700 manat olan 585 əyarlı Türkiyə istehsallı, çəkisi 1,70 qram olan 01 ədəd qızıl boyunbağını, dəyəri 800 manat olan 750 əyarlı İtaliya istehsallı, çəkisi 1,78 qram olan 01 ədəd qızıl kulonu, içərisində 150 manat olan uşaq seyfini, evin birinci mərtəbəsindən dəyəri 800 manat olan 4 cüt kişi ayaqabısını, dəyəri 1000 manat olan 01 ədəd “Coco Chanel” 200 ml kişi ətrini, dəyəri 150 manat olan 50 ml həcmdə 01 ədəd “Dolce Gabanna” kişi ətrini, dəyəri 260 manat olan İphone markalı qulaqcığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2, ümumilikdə 4379 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələrini təsdiq edərək, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə, saat təxminən 20:00 radələrində əvvəllər birlikdə məhkum həyatı yaşadığı Orxan ilə Mehdibadab ərazisində onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət edərkən ikisi də işsizlikdən bir-birinə şikayət etmişlər. Bundan sonra qərara gəlmişlər ki, mənzildən oğurluq etsinlər. Orxana bildirmişdir ki, Suraxanı rayonu ərzisində olan evlərin birindən oğurluq etsinlər. Orxan da onunla razılaşmış, bundan sonra, taksi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində hadisə baş verən ünvana gəlmiş, bir qədər gəzdikdən sonra, Orxana evlərin birini göstərərək bildirmişdir ki, həmin evə daxil olsunlar. Həmin evə dəfələrlə girmək istəmiş, lakin evdə adam olduğu və işığın yanıb-söndüyünü gördüyü üçün girməmişdir. Bu səbəblə onlar təxminən 45-50 dəqiqə müddətində həmin evi güdməyə başlamışlar. Həmin evin 2-ci mərtəbəsi görsənirdi və işığı yanırdı. Lakin hərəkət olmadığı üçün evdə heç kimin olmadığını anlamışlar. Həmin evin ikinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlı olduğunu gördükləri üçün Orxan oraları gəzmiş, dəmir parçası taparaq evə pəncərədən girmək istəmişlər. Bir-birinə kömək edərək pəncərədə olan dəmir barmaqlıqları sındıraraq mənzilə birlikdə daxil olmuşlar. İkisi də həmin pəncərədən içəri daxil olmuş və hərəsi müxtəlif otaqlara daxil olaraq evdə dəyərli, qiymətli nələr varsa, oğurlamağa başlamışlar. Oğurluq zamanı Orxan ilə birlikdə markasını bilmədiyi 02 ədəd ətir, 01 cüt kişi ayaqqabısı, 14 ədəd qol saatı, 01 ədəd dron, 01 ədəd “Sony” markalı fotoaparat, 03 ədəd DVD, 01 ədəd markasını bilmədiyi modem, 01 ədəd uşaqlar üçün nəzərdə tutulmuş və içərisində 100 manat (qəpik və nağd pulla) olan seyf, 01 ədəd qızıl üzərində kulon olan boyunbağı oğurlamış və oğurluq hadisəsindən sonra, pəncərədən çıxaraq evdən qaçmışlar. Bundan sonra isə oğurladıqları əşyaları bölmək üçün onun evinə gəlmiş və orada oğurlanmış əşyaları bölüşdürmüşlər. Orxana 07 ədəd qol saatı və 01 ədəd fotokameranı vermişdir. Bundan sonra isə oğurladığı qızılı Binəqədi rayon ərazisində şəxsiyyətini təqdim etməklə qızıl-alış-satış mağazasına 314 manat dəyərində satmış, 2 gün sonra da Orxanla görüşərək ona 135 manat vermişdir. Bundan sonra isə etdiyi digər cinayət əməlinə görə haqqında seçilmiş qətimkan tədbirlərini pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış və Suraxanı MSY-nə yerləşdirilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin qeyd etdiyi farfor materiallı vazı ətraf qaranlıq olduğundan dəqiq bilmir, ehtiyatsızlıqdan sındırmış ola bilər. Oğurladığı əşyalardan 7 ədəd qol saatını Orxana vermiş, digərləri isə onda qalmışdır. Oğurluq hadisəsini birlikdə törətmişlər. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurduğu ziyanı qismən ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində 1 azyaşlı uşağının olmasının nəzərə alaraq barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Son zamanlar heç bir yerdə işləmədiyi üçün borcları olmuş və qaytarıb ödəyə bilməmişdir. 2025-ci ilin fevral ayının 01-də, saat təxminən 20:00 radələrində əvvəllər birlikdə məhkum həyatı yaşadığı Vüqar ilə Mehdibadab ərazisində yaşadığı evin yaxınlığında görüşüb söhbət etmişlər. Hər ikisi işsizlikdən bir-birinə şikayət etmişlər. Bundan sonra qərara gəlmişlər ki, mənzildən oğurluq etsinlər. Vüqar ona Suraxanı ərazisində olan evlərin birindən oğurluq etməyi təklif etmiş, o da razılaşmışdır. Bundan sonra taksi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində hadisə baş verən ünvana getmişlər. Bir qədər gəzdikdən sonra, Vüqar evlərin birini göstərmiş, həmin evə daxil olmağı təklif etmişdir. Bundan sonra onlar təxminən 45-50 dəqiqə müddətində həmin evi güdməyə başlamışlar. Həmin evin 2-ci mərtəbəsi görsənmiş və işığı yanmışdır. Lakin hərəkət olmadığı üçün evdə heç kimin olmadığını anlamışlar. Həmin evin ikinci mərtəbəsinin dəmir barmaqlıqlı olduğunu gördükləri üçün yaxınlıqda olan yerdən dəmir borunu götürmüşdür ki, evə pəncərədən girmək istədikdə həmin dəmir barmaqlığı sındıra bilsinlər. Beləliklə, ikisi də hasara qalxmaq üçün həmin evin qonşuluğunda olan və yaşayış sahəsi olmadan hasara alınmış ağaclıq sahəyə düşmüş və oğurluq etmək istədikləri evin hasarına qalxmışlar. Bundan sonra ev hasara yaxın olduğu üçün pəncərəyə tərəf əyilmiş, Vüqarın köməkliyi ilə dəmir barmaqlıqları sındırmış və plastik pəncərəyə təzyiq etdikdən sonra pəncərə açılmışdır. İkisi də həmin pəncərədən içəri daxil olmuş və hərəsi müxtəlif otaqlara daxil olaraq evdə dəyərli, qiymətli nələr varsa, oğurlamağa başlamışlar. Oğurluq zamanı Vüqar ilə birlikdə markasını bilmədiyi 02 ədəd ətir, 01 cüt kişi ayaqqabısı, 14 ədəd qol saatı, 01 ədəd dron, 01 ədəd “Sony” markalı fotoaparat, 03 ədəd DVD, 01 ədəd markasını bilmədiyi modem, 01 ədəd uşaqlar üçün nəzərdə tutulmuş və içərisində 135 manat (qəpik və nağd pulla) olan seyf, 01 ədəd qızıl boyunbağı və kulon oğurlamışlar. Oğurluq hadisəsindən sonra, pəncərədən çıxaraq evdən qaçmışlar. Sonra isə oğurladıqları əşyaları bölmək üçün Vüqarın yaşadığı dəqiq bilmədiyi ünvana getmiş və orada oğurlanmış əşyaları bölüşdürmüş, o 07 ədəd qol saatı və 01 ədəd fotokameranı götürüb çıxmışdır. Təxminən 2 gün sonra Vüqarla gördüşdükdə satmış olduğu qızıla görə, həmçinin seyfdə olan pula görə ona, ümumilikdə 135 manat pul vermişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləsə də, cinayət yolu ilə əldə etdiyi digər əşyaları sata bilməmiş və 08 fevral 2025-ci il tarixdə könüllü olaraq 32-ci polis bölməsinə gələrək təslim olmuş və əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasları zamanı isə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayının 1-də, saat təxminən 20:00 radələrində əvvəllər birlikdə məhkum həyatı yaşadığı Vüqar ilə Mehdibadab ərazisində yaşadığı evinin yaxınlığında görüşüb söhbət etmişlər. Bir müddət söhbət etdikdən sonra, Vüqar Qaraçuxur qəsəbəsinə getməyi təklif etmiş və onlar Vüqarla birlikdə taksi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişlər. Qaraçuxur qəsəbəsinə çatdıqda o meşəlik adlanan ərazidə bir müddət gözləmiş, bundan sonra Vüqar gəlmiş və oradan uzaqlaşmışlar. Vüqar ona 7 dənə saat vermiş, o da tutulduqdan sonra həmin saatları təhvil vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bir saatdan az müddət küçədə gözləmişdir. İbtidai istintaq dövründə ifadəsini oxumamış, polis əməkdaşlarının qeyd etdikləri ilə razılaşmışdır. O, Vüqarla birlikdə oğurluq hadisəsini icra etməmiş, sadəcə Vüqara kömək etmişdir. Sonda isə 2 azyaşlı uşağının olmasını, hazırda anbardar işləməsini, valideynlərinin ağır xəstə olmasını və cinayətdə Təqsirləndirilən şəxs1 yalnız köməklik göstərməsini, dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə ünvan 5 ünvanında yaşayır. 01 fevral 2025-ci il tarixdə, azyaşlı qızı ilə saat təxminən 20 radələrində yaşadığı evdən çıxmış və Günəşli qəsəbəsində yaşayan qohumlarıgilə getmişdir. Təxminən saat 23 radələrində həyat yoldaşı Mətin zəng edərək bildirmişdir ki, evə oğru girib və evi dağıdıblar. Mətinə heç nəyə dəyməməsini demiş, bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları evə gəlib müəyyən əməliyyat-istintaq hərəkətləri həyata keçirdikdən sonra, nə oğurlanmasına baxdıqda görmüşdür ki, evin 2-ci mərtəbəsində olan yataq otağının pəncərəsində olan dəmir barmaqlıqları sındırıb, plastik pəncərəni açaraq içəri daxil olunmuş, digər yataq otağında olan ağ rəngli dolabdan 14 ədəd kişi qol saatı olmaqla 6000, 02 ədəd DVD və 01 ədəd tvbox 400 manat, Türkiyə istehsallı, dəyəri 700 manat olan 585 əyarlı çəkisi 10 qram olan 01 ədəd boyunbağı, İtaliya istehsallı, dəyəri 800 manat olan 750 əyarlı 01 ədəd kulon, 02 ədəd “Coco Chanel” və “Clean” ətri 1150 manat, içərisində 150 manat olan öz dəyəri 28 manat olan kiçik uşaq seyfini, “İphone” markalı qulaqcıq 360 manat, 01 ədəd ayaqqabını oğurlamaqla, 300 manat qiyməti olan əşyaları oğurlamaq və birinci mərtəbədə olan İtaliya istehsalı olan Villary şirkətinə məxsus farfor materiallı vazanı ehtiyatsızlıqdan sındırmaqla 10000 manat maddi, dəmir barmaqlıqları qırmaqla isə 150 manat ziyan vurmaqla, ümumilikdə 20030 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyil, dəymiş ziyan qismən qaytarılsa da onlarla barışmışdır. Boyunbağı və kulon istisna olmaqla, digər əşyalar qaytarılıb, lakin 10000 manat dəyərində olan vazın qırılması ilə bağlı heç bir ziyan ödənilməmişdir. İttiham aktında və ekspert rəyində dəymiş ziyanla bağlı qeyd edilmiş 4379 manat məbləğlə razıdır. Əlavə olaraq da bildirmişdir ki, İtaliya istehsalı olan Villary şirkətinə məxsus farfor materiallı 10000 manat məbləğində vaz ehtiyatsızlıqdan sınmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən 20 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödəməsələr də, hər iki şəxsi bağışlayaraq şikayətini geri götürür. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq şahid Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, 22 sentyabr 2025 və 07 oktyabr 2025-ci il tarixlərdə məhkəməyə daxil olmuş teleqramlarda məhkəmə iclaslarında işi ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və həmin ifadənin nəzərə alınmasını xahiş etmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmişdir. Şahid Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019cu il tarixdən ünvan 6 ünvanında zinət əşyaları mağazası işlədir və özü həmin mağazanın müdiridir. 03 fevral 2025-ci il tarixdə işlədiyi mağazaya bir nəfər gələrək bildirmişdir ki, qızılını satmaq istəyir. O da qızıla baxaraq həqiqi qızıl olub-olmamasını yoxladıqdan sonra, 01 ədəd 585 əyarlı boyunbağı, 01 ədəd 750 əyarlı kulon olmasını müəyyənləşdirmiş və alış qiymətini 314 manat dəyərləndirmişdir. Bundan sonra, həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək həmin qızılı ondan almışdır. Həmçinin alış zamanı müvaqif sənədləşmə apararaq şəxsiyyət vəsiqəsinin surətini və qızıl alış kitabında öz qeydiyyatını aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 07 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən HK-1/126 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 01 fevral 2025-ci il tarixli, MK-1-N-126 nömrəli raportdan görünür ki, 01 fevral 2025-ci il tarixdə, saat 23:33 radələrində DİN-nin 102 xidmətinə ********** sayla daxil olan məlumata əsasən, Qaraçuxur qəsəbəsi, Şərq küçəsi, döngə 1-də yaşayan Zərərçəkmiş şəxs2, evinə oğru girməsini bildirib təcili polis gəlməsini istəmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış 02 fevral 2025-ci il tarixli ərizədən görünür ki, 01 fevral 2025-ci il tarixdə, naməlum şəxs (şəxslər) qanunsuz olaraq yaşadığı evə daxil olaraq 10 ədəd kişi qol saatını, 01 ədəd ona məxsus qızıl boyunbağını, 01 ədəd qızıl kulonu, 02 ədəd DVD-ni, 150 manat nağd pulu, yoldaşına məxsus 04 ədəd ayaqqabını, 01 ədəd “Sony” markalı fototaparatı oğurlamışdır. Hadisə nəticəsində ona 7700 manat dəyərində maddi ziyan dəymişdir. Ərizəsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 4) 01 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, X3 yaşadığı ev ünvan 8 ünvanında yerləşir. Ev 2 mərtəbəli fərdi yaşayış evidir. Evin birinci və ikinci mərtəbələrinə baxış keçirilən zaman hər iki mərtəbədəki şkaf və siyirmələrin dağıdılması müəyyən edilmişdir. (iş.v. 8-17) 06 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ev Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşir. Həmin ev birmərtəbəli fərdi yaşayış evidir. Sözügedən evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evin dəhlizindən masanın altından 01 ədəd qabda içərisində 07 ədəd kişi qol saatı, qəpik pullar, 04 ədəd 1 ABŞ dolları, 01 ədəd 100 rus rublu, 01 ədəd 01 qrivin Ukrayna pulu olan qabı könüllü olaraq təqdim etmişdir. Bundan başqa, siyirmədə olan 02 ədəd ətri təqdim edərək onların hamısının Samirə Qənbərovaya məxsus evdən oğurladığını və kirayə yaşadığı evdə saxladığını səmimi olaraq etiraf etmişdir. Həmin əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (iş.v. 22-27) 06 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 X3 yaşadığı ünvan 9 ünvanında yerləşən evin arxa hissəsindən ağaclıq sahəsinin baş hissəsinə gedərək daş hasarın dibində 01 ədəd sellofanın içərisində 03 ədəd DVD aparatını, 01 ədəd modemi, 01 ədəd uşaq seyfini təqdim etmişdir. Digər ağacın altında 01 ədəd dronu təqdim edərək həmin əşyaları Samir Qənbərovaya məxsus evdən oğurlamalarını bildirmişdir. Sözügedən əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (iş.v. 28-32) 06 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi barədə” protokoldan görünür ki, sözügedən qızıl-zinət əşyalarının alış və satışı olunan Bakı şəhəri, Binəqədi rayonu, Kəmalə, Nərmin şadlıq sarayının yaxınlığında yerləşən həmin qızıl dükanına baxış keçirən zaman Zərərçəkmiş şəxs1 həmin dükana 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 314 manata qızıl boyunbağı və kulon almasını bildirmişdir. Zərərçəkmiş şəxs1 qızıl məmulatlarını alan zaman akt kitabında qeydlərinin olmasını və Təqsirləndirilən şəxs1 həmin qızılı özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satmasını bildirmişdir. (iş.v. 33-38) 10 fevral 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 təklifi ilə ünvan 3 ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsi üzrə cinayəti necə törətdiyini göstərmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 fevral 2025-ci il tarixdə, Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuşlar və həyətdə yerləşən evin pəncərəsini açma yolu içəri daxil olmuşlar. Evin 2-ci mərtəbəsindən ümumi dəyəri 5000 manat olan 10 ədəd kişi qol saatının, Türkiyə istehsalı, dəyəri 700 manat olan 585 əyarlı çəkisi 10 qram olan boyunbağı, İtaliya istehsalı, dəyəri 800 manat olan 750 əyarlı çəkisi 6 qram olan kulon (qızıl), içərisində 150 manat olan uşaq seyfi, evin birinci mərtəbəsindən 02 ədəd biri 200 manat olmaqla, DVD aparatı, dəyəri 800 manat olan 4 cüt kişi ayaqabısı, ümumi dəyəri 1000 manat “Coco Chanel” 200 ml və “Clean” 100 ml olan ətiri, dəyəri 150 manat olan 50 ml həcimdə “Dolce Gabanna” markalı kişi ətri, 260 manat dəyərində “Apple” markalı qulaqcığı gizli olaraq talayıb oğurluq etmiş və evin pəncərəsindən çıxmışdır. Daha sonra, oğurladıqları əşyaları öz aralarında bölmüş və 07 ədəd saatla 01 ədəd “Sony” markalı fotoaparatı Vüqar ona vermişdir. (iş.v. 80-83) X1 RPİ-nin İŞ-ə 10 fevral 2025-ci il tarixdə ərizə ünvanlayaraq ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 89) 10 fevral 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 90) 10 fevral 2025-ci il tarixli “əşyanın təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təqdim olunmuş 01 ədəd casio, 01 ədəd heuer, 01 ədəd ulysse Nardin, 02 ədəd kenten cole, 01 ədəd patek phlippe, 01 ədəd dolce gabanna, 01 ədəd breguet, 01 ədəd alange&söhne, 01 ədəd essence, 01 ədəd revvard markalı kişi qol saatları ərinə məxsusdur, 01 ədəd “Sony” markalı fotoaparat, 01 ədəd “chanel” markalı ətir, 01 ədəd üzərində xarici dildə yazılmış ətir, 01 ədəd pult, 03 ədəd DVD, 01 ədəd internet modemi, 01 ədəd dron və 01 ədəd uşaq seyfi isə ona məxsusdur, həmin əşyaları xarici görkəminə, rənginə və əlamətlərinə görə tanıyıb göstərmişdir. (iş.v.98) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 aprel 2025-ci il tarixli 9/1401 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 adda malın 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 519,00 manat müəyyən edilmişdir. Təqdim edilmiş 10 adda malın satışı və qiyməti barədə məlumat olmadığından və 02 adda ətir, 01 ədəd uşaq üçün kassa aparatı təyinatı üzrə yararsız (çox hissəsi istifadədə olmuş və qırıq vəziyyətdədir) olduğundan qiymətləndirmə aparmaq mümkün olmamışdır. Digər qərarda və fotoşəkillərdə göstərilən 02 adda mal haqqında ətraflı məlumat (əyarı, çəkisi, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin cədvəl hissəsində göstərilmişdir. (iş.v. 124-126) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin İŞ-in müstəntiqinə verilmiş 29 aprel 2025ci il tarixli qəbzdən görünür ki, 14 ədəd kişi qol saatı, uşaq seyfi, DVD aparatı, “Coco Chanel” 200 ml və “Clean” 100 ml olan ətri təhvil almışdır. (iş.v. 134) 01 may 2025-ci il tarixli, “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklifi ilə ünvan 3 ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi üzrə cinayəti necə törətdiyini göstərmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 fevral 2025-ci il tarixdə, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş və həyətdə yerləşən evin pəncərəsini açma yolu içəri daxil olmuşlar. Evin 2-ci mərtəbəsindən ümumi dəyəri 5000 manat olan 10 ədəd kişi qol saatını, Türkiyə istehsalı, dəyəri 700 manat olan 585 əyarlı, çəkisi 10 qram olan boyunbağını, İtaliya istehsalı, dəyəri 800 manat olan 750 əyarlı çəkisi 6 qram olan kulonu (qızıl), içərisində 150 manat olan uşaq seyfini, evin birinci mərtəbəsindən 02 ədəd biri 200 manat olmaqla, DVD aparatını, dəyəri 800 manat olan 4 cüt kişi ayaqqabısını, ümumi dəyəri 1000 manat olan “Coco Chanel” 200 ml və “Clean” 100 ml olan ətrini, dəyəri 150 manat olan 50 ml həcmdə “Dolce Gabanna” kişi ətrini, 260 manat dəyərində “Apple” markalı qulaqcığı gizli olaraq talayıb oğurluq etmiş və evin pəncərəsindən çıxmışlar. Daha sonra, oğurladıqları əşyaları öz aralarından bölmüş və 07 ədəd saat, 01 ədəd “Sony” markalı fotoaparatı Orxana vermişdir. (iş.v. 147-153) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin İŞ-in rəisinə ünvanlanmış 09 iyun 2025-ci il tarixli ərizədən görünür ki, 01 fevral 2025-ci il tarixdə yaşadığı ünvanda baş vermiş oğurluq faktı ilə əlaqədar ona dəymiş ziyan qismən ödənilmişdir. Cinayət işi üzrə heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. (iş.v 209) 11 iyun 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan və Təqsirləndirilən şəxs1 barəsində Suraxanı Rayon Məhkəməsində baxılan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1401 nömrəli, 11 aprel 2025-ci il tarixli rəyinə əsasən 7 adda əmlakın qiyməti, ümumilikdə 519 manat müəyyən edildiyindən həmin əmlakların qiymətləri ekspert rəyində göstərildiyi kimi, bazar qiymətləri barədə rəy alınması mümkün olmayan digər əmlakların qiyməti isə Zərərçəkmiş şəxs2 ifadəsində göstərildiyi kimi qəbul edilməklə, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ümumi məbləği 4379 manat kimi müəyyən edilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Zərərçəkmiş şəxs2 məxsus 7 ədəd kişi qol saatı, qəpik pullar, hər biri 1 dollarlıq əskinaslardan ibarət olmaqla 4 ABŞ dolları pul, 1 ədəd 100 Rus rublu pul, 1 ədəd 1 Ukrayna qrivini pul və 02 ədəd ətir maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxsə saxlanışa verilmişdir. Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. (iş.v. 210-218) 11 iyun 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarda 7 ədəd kişi qol saatı, qəpik pullar, hər biri 1 dollarlıq əskinaslardan ibarət olmaqla 4 ABŞ dolları pul, 1 ədəd 100 Rus rublu pul, 1 ədəd 1 Ukrayna qrivini pul və 02 ədəd ətirin zərərçəkmiş şəxsə saxlanışa verilməsi qeyd olunsa da cinayət işi materialında səhifə 134-də olan zərərçəkmiş şəxsin verdiyi qəbzdə 14 ədəd kişi qol saatı, uşaq seyfi, DVD aparatı, “Coco Chanel” 200 ml və “Clean” 100 ml olan ətrin təhvil alındığı göstərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, oğurlanan əşyalardan dəyəri 700 manat olan 585 əyyarlı Türkiyə istehsalı çəkisi 1,70 qram olan 01 ədəd qızıl boyunbağı və dəyəri 800 manat olan 750 əyyarlı İtaliya istehsalı, çəkisi 1,78 qram olan 01 ədəd qızıl kulondan, həmçinin dəyəri 800 manat olan 4 cüt kişi ayaqqabısı, dəyəri 260 manat olan Apple markalı qulaqcıqdan başqa digər əşyalar istintaq tərəfindən ona qaytarılmışdır. Ona görə də məhkəmə dəymiş ziyanın qismən ödənilməsini qəbul edir. Təqsirləndirilən şəxs1, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 68.1.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə və əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(010)-125/2023 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və 06 fevral 2025-ci il tarixdə tutulmuşdur. Hazırki cinayət işi üzrə 06 may 2025-ci il tarixdə, saat 16:40-da Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 174-175) Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2025-ci il tarixdə, saat 10:30-da Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 4(010)-34/2025 saylı qərarı ilə barəsində əvvəli 08 fevral 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 02 may 2025-ci il tarixli, 4(010)-134/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətə, yəni 07 iyul 2025-ci il tarixədək uzadılmışdır. 07 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəmənin 13 may 2025-ci il tarixli, 4(010)- 147/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə, yəni 07 iyul 2025-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, həmin Məhkəmənin 07 iyul 2025-ci il tarixli, 4(010)-220/2025 saylı qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri 20 gün, yəni 27 iyul 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 11 avqust 2025-ci il tarixli, 1(010)-444/2025 saylı qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 55, 67, 106-112, 160-164, 187-188, 199-203). Məhkəmə Elektron İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü Mələk Nəcəfli və xx.xx.2018-ci il təvəllüdlü Məhəmməd Nəcəfli olmaqla, himayəsində 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X14 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 Şamil oğlu ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə, saat təxminən 20:00 radələrində əvvəllər birlikdə məhkum həyatı yaşadığı Vüqar ilə Mehdibadab ərazisində yaşadığı evin yaxınlığında görüşüb söhbət etmişlər. Bir müddət söhbət etdikdən sonra, Vüqar Qaraçuxur qəsəbəsinə getməyi təklif etmiş və onlar Vüqarla birlikdə, taksi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişlər. Qaraçuxur qəsəbəsinə çatdıqda o, meşəlik adlanan ərazidə bir müddət gözləmiş, bundan sonra, Vüqar gəlmiş və oradan uzaqlaşmışlar. Vüqar ona 7 dənə saat vermiş, o da tutulduqdan sonra həmin saatları təhvil vermişdir. İbtidai istintaq dövründə ifadəsini oxumamış, polis əməkdaşlarının qeyd etdikləri ilə razılaşmışdır. Vüqarla birlikdə cinayət əməlini törətməmiş və yalnız oğurluqdan sonra ona kömək etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 Şamil oğlu məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin ibtidai istintaqın qeyri-obyektiv aparılması barədə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Şamil oğlunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya törətmədiyini iddia etdiyi həmin oğurluq cinayət hadisəsini boynuna götürməsi ilə bağlı etirafedici ifadələr verməsi, heç cür məntiqəuyğun ifadələr deyildir. Təqsirləndirilən şəxs2 barəsində əvvəllər də oğurluq cinayət əməli törətməsi ilə bağlı ittihamedici hökm çıxarılmış və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs həmçinin 10 fevral 2025-ci il tarixli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında da özünü təqsirli bilmiş, törətdiyi əməli səmimi etiraf etmiş və qeyd olunan hal məhkəmə qərarında öz əksini tapmışdır. Təqsirləndirilən şəxs həmçinin fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı heç bir fikir bildirməmişdir. Onun fiziki və ya psixi təzyiqə məruz qalmadığı halda, törətmədiyi cinayət əməlini etiraf edərək boynuna götürməsi də heç cür məntiqli hərəkət deyildir. Cinayət işinin məhkəmə iclasları zamanı ittihamda elan edilən əməli özünün törətmədiyini, sözügedən ünvanda olmadığını, sadəcə Təqsirləndirilən şəxs1 meşəlik adlanan ərazidə gözlədiyini bildirsə də, həmin sanksiya qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Şamil oğlu məhkəmə iclasında həmin epizod üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, evə Vüqar ilə birlikdə daxil olmuş və oğurluq etmişlər. Bundan əlavə, 10 fevral 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs2 Şamil oğlu zərərçəkmiş şəxsə məxsus evi göstərərək evdən necə oğurluq etməsini bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, köməklik etmək istəyən şəxs Mehdiabad qəsəbəsi ərazisindən kifayət qədər uzaq məsafədə yerləşən Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə gəlməz. Odur ki, həmin ifadələr Zərərçəkmiş şəxs2 evindən oğurluq edilən zaman onun həmin ünvanda ümumiyyətlə olmaması və cinayət törədilərkən orada iştirak etməməsi ilə bağlı bildirdiklərini tam təkzib etmişdir. Təqsirləndirilən şəxs1 də törətdiyi əməli etiraf etmiş və cinayət hadisəsini Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini bildirmişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X12 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsə oğurlanmış əşyaların bəziləri qaytarıldığından o, təqsirləndirilən şəxsləri bağışlamış, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə araşdırmanın yekunu olaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 01 fevral 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 8 ünvanında yerləşən fərdi yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olmaqla, yataq otağından həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 50 manat olan 01 ədəd “Casio” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 49 manat olan 01 ədəd “Curren” markalı dəmir bilərzikli kişi qol saatını, dəyəri 200 manat olan 01 ədəd “Sony Cyber shot” markalı 14.1 megapiksel texniki fotoaparatı, dəyəri 25 manat olan 01 ədəd “Superbox Z440” markalı tuneri, dəyəri 45 manat olan 01 ədəd “Samsung” markalı, “DVD C550 model” İndoneziya istehsalı olan DVD-ni, dəyəri 120 manat olan 01 ədəd “Samsung blu-ray” markalı,”BD-F6500” model İndoneziya istehsalı tuneri, dəyəri 30 manat olan “MXQ Pro 55 8K”markalı, 8g+128+ yaddaş tutumlu tuneri, dəyəri 700 manat olan 585 əyarlı Türkiyə istehsallı, çəkisi 1,70 qram olan 01 ədəd qızıl boyunbağını, dəyəri 800 manat olan 750 əyarlı İtaliya istehsallı, çəkisi 1,78 qram olan 01 ədəd qızıl kulonu, içərisində 150 manat olan uşaq seyfini, evin birinci mərtəbəsindən dəyəri 800 manat olan 4 cüt kişi ayaqabısını, dəyəri 1000 manat olan 01 ədəd “Coco Chanel” 200 ml kişi ətrini, dəyəri 150 manat olan 50 ml həcmdə 01 ədəd “Dolce Gabanna” kişi ətrini, dəyəri 260 manat olan “İphone” markalı qulaqcığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4379 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 29 aprel 2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, cərimə cəzası 03 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq üzərində 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin 23 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması, ona vurduğu ziyanı qismən ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması və zərərçəkmiş şəxs tərəfindən bununla bağlı ərizə təqdim edilməsi, həmçinin himayəsində 2 azyaşlı uşağının olması CMnin 59.1.4, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1— 61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı digər tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş, sonuncu dəfə isə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar həmin hökmdən CM-in 177.2.4cü maddəsi xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə cəzası ilə 03 ilə endirilmişdir. 09 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmünə əsasən isə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilərək Suraxanı Rayon Məhkəməsinin 1(010)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi nəzərə alınmış və Xətai Rayon Məhkəməsinin 1(011)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 68.1.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə və əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması, ona vurduğu ziyanı qismən ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması və zərərçəkmiş şəxs tərəfindən bununla bağlı ərizə təqdim edilməsi, həmçinin himayəsində 1 azyaşlı övladının olması CM-nin 59.1.4, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Təqsirləndirilən şəxs2 Şamil oğlunun şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, o cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 177.2-ci maddəsi ilə bir dəfə məhkumluğunun olması, ona təyin edilmiş cəzanı çəkdikdən sonra islah olunmaması, törətdiyi əməli ibtidai istintaq zamanı etiraf etsə də məhkəmə istintaqı zamanı etiraf etməməsi, onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə isə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də oğurluq cinayəti törətmiş, məhkum olunmuş lakin hazırki iş üzrə cinayət əməlini törətmələri onların ictimai təhlükəliliyinə, islah olunmadığına dəlalət edir. Onların hər hansı xəstəlikdən əziyyət çəkməməsi, əlilliyinin olmaması halında işləyib özünü saxlaya biləcəyi halda oğurluq cinayət əməli qanunsuz olaraq mənzilə daxil olmaqla törətmələri onların şəxsiyyət olaraq cəmiyyət üçün təhlükəli olmasına əsas verir. Onların azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalara səbəb ola bilər və yeni cinayətlərin törədilməsinə zəmin yaradar. Buna görə də məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)-335/2022 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu müddət və Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd casio, 01 ədəd heuer, 01 ədəd ulysse Nardin, 02 ədəd kenten cole, 01 ədəd patek phlippe, 01 ədəd dolce gabanna, 01 ədəd breguet, 01 ədəd alange&söhne, 01 ədəd essence, 01 ədəd revvard markalı kişi qol saatların, 01 ədəd “Sony” markalı fotoaparat, 01 ədəd “chanel” markalı ətir, 01 ədəd üzərində xarici dildə yazılmış ətir, 01 ədəd pult, 03 ədəd DVD, 01 ədəd internet modemi, 01 ədəd dron və 01 ədəd uşaq seyfinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Pərvin İbrahimov barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X13, Təqsirləndirilən şəxs2 hüquqlarını isə məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 15 iş saatı üçün 165 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 15 iş saatı üçün 165 manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 08 fevral 2025-ci il tarixdən 27 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay 19 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 06 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan olunduğu 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 1(010)-6/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(011)- 335/2022 saylı hökmü üzrə 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2025ci il tarixli, 1(010)-6/2025 saylı hökmü üzrə 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, cəmi 04 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində saxlanılmış 04 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona qəti olaraq 03 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd casio, 01 ədəd heuer, 01 ədəd ulysse Nardin, 02 ədəd kenten cole, 01 ədəd patek phlippe, 01 ədəd dolce gabanna, 01 ədəd breguet, 01 ədəd alange&söhne, 01 ədəd essence, 01 ədəd revvard markalı kişi qol saatların, 01 ədəd “Sony” markalı fotoaparat, 01 ədəd “chanel” markalı ətir, 01 ədəd üzərində xarici dildə yazılmış ətir, 01 ədəd pult, 03 ədəd DVD, 01 ədəd internet modemi, 01 ədəd dron və 01 ədəd uşaq seyfinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Pərvin İbrahimov barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 15 iş saatı üçün 165 manat və müdafiəçi X8 Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 15 iş saatı üçün 165 manat pul Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğlərin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçilərə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar