Məhkəmə qərarları › İş №1(010)-446/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-446/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-446/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 18 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edib üzərində saxlamaqla daşımış və 16 yanvar 23-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 20:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nə aparılanıq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki. təxninən 20 ildir ki. narkotik vasitənin “kokos” kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə etmişdir. 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu. Omircan qəsəbəsində üzdən tanıdığı, adını, ünvanım bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir büküm “kokos”adı ilə tanınan narkotik vasitə- heroini alıb, sonradan istifadə etməsi üçün özündə saxlamışdır. 16 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivinin yanınlığmda olarkən iki nələr mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olmaları barədə xidməti vəsiqələrini göstərməklə, ondan şəxsiyyətini təsdiq edən sənəd göstərməsini tələb elmişdir. O, onlara özünü təqdim edərək, üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, da həyəcanlı olduğundan onlara üzərində həqiqətəndə narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə getməli olduğunu bildirilmişdir. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına getdikdən sonra 33-cü PB-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri ona izah edilmişdir. O, ərizə ilə müraciət edərək öz hesabına müdafiəçi-vəkil tutmağa maddi imkanı olmadığım və buna görə də dövlət hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona görə də hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Vəkillə təklikdə görüşdükdən sonra ərizə ilə müraciət edərək, üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirak etməməsinə etirazı olmadığım bildirmişdir. Ona görə də üzərində şəxsi axtarış və götürmə müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Onu PB-nə aparan polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir maddə-vasitə, əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofan bükümündə içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümdə olan kütlənin nə olması, haradan, nə məqsədlə, neçəyə əldə etdiyi soruşulmuşdur. O, da təqdim etdiyi bükümdəki kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə-heroin olduğunu, şəxsi istifadəsi üçün Əmircan qəsəbəsində ünvanım, adım bilmədiyi şəxsdən 10 manata aldığını və istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş şəffaf sellofan bükümündə olan həmin bir ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Tərtib edilmiş protokolun düzgünlüyü onun və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş şəffaf sellofan bükümündə olan bir büküm maddə narkotik vasitəheroin olduğunu, onun özünə məxsus olduğunu şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığnı bildirmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən də kimsəyə satmamış, əvəzli, əvəzsiz verməmiş, polis əməkdaşaları tərəfindən yaxalandığından istifadə etməyə imkanı- vaxtı olmamışdır. Polis əməkdaşları tərəfindən 33-cü PB-nə aparılarkən və PB-də olarkən ona hər hansi bir şəxs tərəfindən fiziki, psixi təsir göstərilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamışdır. O, narkotik maddə almağı barədə heç kimə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iladəsində göstərmişdir ki hazırda Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mavoru xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində onun özündən və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi. "D” yaşayış massivi yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsi görüb, ona yaxınlaşaraq onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşınmasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, ona görə də onlarla birlikdə Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nə getməli olduğunu bildirmişlər. 33-cü PB-nə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçı, polis kapitanı Elməddin Əhmədov tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdal'ə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli küllə olduğu görünən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb, təqdim etdiyi bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində, üzdən tanıdığı, ancaq adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığım, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Şahid2 əli ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Başqa hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisindəki kütlənin narkotik vasitə olduğu güman edilən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 73-74-cü vərəqlərində olan 18 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 75-76-cü vərəqində olan 18 yanvar 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 33-34-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümdə olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu həmin narkotik maddəni 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli büküm bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 195 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 41-45-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/254 saylı 17 yanvar 2023-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,362 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0.362 qram, tədqiqata sərf edilən miqdarı 0, 05 qram, qalıq 0.312 qram. Cinayət işinin 106-107-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 7484 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 53-cü vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı X1 Məhərrəmova ona izah edilmiş Azərbaycan Respublikasının CM-nin 90-cı maddəsində nəzərdə tutulmuş müddəaların ona aydın olub- olmaması barədə soruşur. Təqsirləndirilən şəxs da həmin müddəaların ona aydın olduğunu bildirir. Sonra təhqiqatçı Elməddin Əhmədov şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etməsini bildirir. Şəxsi axtarış və götürmədə iştirak edən şəxslər bir-bir özlərini təqdim edir. Polis əməkdaşlarının iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilməklə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsinin təklif edilməsi öz əksini tapır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bır) ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edərək bildirir ki, həmin bükümdə kakos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat pul ödəməklə öz şəxsi istifadəsi almaqla üzərində saxlayaraq gəzdirdiyini bildirir. Sonra 33-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırır, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-ci il tarixli 1(101)-593/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun 2022-ci il avqustun 10-dan 2022-ci il dekabrın 10-dək həbsdə saxlandığı 04 (dörd) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməsi və o, məhkəmə iclası zalında həbsə alınması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il mayın 01-dən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən və iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa verilən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4,798 qram təmiz çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınması və iş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.362 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,362 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-ci il tarixli 1(101)-593/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun 2022-ci il avqustun 10-dan 2022-ci il dekabrın 10-dək həbsdə saxlandığı 04 (dörd) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməsi və o, məhkəmə iclası zalında həbsə alınması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il mayın 01-dən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən və iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa verilən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4,798 qram təmiz çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınması və iş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-ci il tarixli 1(101)-593/2023 saylı qərarı ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-593/2023 saylı, 01 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç il) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, 16-18 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-593/2023 saylı, 01 may 2023-cü il tarixli hökmü ilə həbsdə saxlanıldığı 04 ay müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-593/2023 saylı, 01 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç il) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16-18 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-593/2023 saylı, 01 may 2023-cü il tarixli hökmü ilə həbsdə saxlanıldığı 04 ay müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxsn ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar