Məhkəmə qərarları › İş №1(010)-446/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-446/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-446/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olan, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 22 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 24 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 22 aprel 2025-ci il tarixdə, saat 20:40-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən Poçtun yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 (bir) ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, aradabir narkotik vasitə və psixotrop maddənin “patı” kimi tanıdığı metamfetamin növündən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, 22 aprel 2025-ci il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmir yolu stansiyasının qarşısından piyada keçib gedərkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxs xarici görünüşündən narkotik vasitə qəbul edənə oxşamışdır. Ona yaxınlaşmış, özünün psixotrop maddə metamfetamin qəbul etdiyini və ehtiyacı olduğunu bildirib bir büküm psixotrop maddə-metamfetamin istəmişdir. Həmin şəxs də bir büküm metamfetamini ona 30 manata təklif etmişdir. Onunla razılaşaraq 30 manat pul verdikdən sonra, həmin şəxs ona bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü vermişdir. Bükümü açıb arasına baxdıqda, orada psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra, həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin şəxs bir büküm halında psixotrop maddəni ona verəndən sonra, orada dayanmamış və uzaqlaşıb gedərək gözdən itmişdir. Bundan sonra, həmin ərazidən uzaqlaşmış və şəxsi işlərinin ardınca getmişdir. Həmin gün, yəni 22 aprel 2025-ci il tarixdə saat 20:40 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində, Malik Mustafayev küçəsində yerləşən poçtun yaxınlığında piyada gedən zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib ad və soyadını soruşmuşlar. Özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra, ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik vasitə olubolmadığını soruşmuşlar və olduğu halda, onlara təqdim etməsini bildirmişlər. Həmin vaxt üzərində psixotrop maddə-metamfetamin olduğunu onlara bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmiş və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Polis əməkdaşları həmin bükümü alaraq açıb baxmış, sonra həmin bükümü arasında olan kütlə ilə birlikdə zərfə qoyub qablaşdırmışlar. Daha sonra, zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş, o və polis əməkdaşları zərfin üzərinə imza etmişlər. Daha sonra polis əməkdaşları üstünə baxışı davam etdirmiş və yoxlamışlar, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları üstünə baxış keçirib qurtardıqdan sonra, onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə getməyi təklif etmişlər. Etiraz etməmiş və onlarla birgə, Suraxanı RPİ-yə getmişdir. İdarəyə gəldikdən sonra, onu xidməti otağa gətirmişlər. Özünü Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı kimi təqdim edən Elvin Nurəliyev onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə xidməti otaqda onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcə də, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın videogörüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmış və sonra, bu barədə protokol tərtib etmişdir. O, və iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra, Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Elvin Nurəliyev üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Suraxanı rayonu 9 saylı Vəkil Bürosundan dövlət hesabına Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra, təhqiqatçı onun izahatını almışdır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə, axşam saatlarında çörək almaq üçün evdən çıxmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində, Malik Mustafayev küçəsində yerləşən poçtun yanında narkotik vasitə istifadəçisi tanışı onu görmüş və 20 qəpik ondan pul istəmişdir. Artıq bir ildir ki, narkotik vasitə istifadə etmir və müalicə alır, buna görə də, həmin tanışına 20 qəpik verib xahiş etmişdir ki, yanından uzaqlaşıb getsin. Həmin vaxt 4 nəfər polis əməkdaşı yaxınlaşaraq onub tutub polis idarəsinə aparmışdır. Əvvəllər 2 dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, polis idarəsində əvvəllər məhkum olduğunu öyrəndikləri zaman onu hədələmişlər, həmin psixotrop maddəni boynuna götürməsə, Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə ittiham elan edəcəklərini bildirmişlər. Qorxduğu üçün məcbur qalıb həmin psixotrop maddəni boynuna götürmüşdür. Təxminən 40 dəqiqə onu polis idarəsində saxladıqdan sonra, yenidən poçtun yaxınlığına aparıb, videoçəkiliş keçirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuşdur. Azərbaycan Republikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı hədəsi ilə hədələmişlər. Tutulan zaman mobil telefonu və pulu yanında idi, lakin üzərində hər hansısa bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Malik Mustafayev küçəsində yerləşən poçt ilə Suraxanı RPİ arasında avtomobillə təxminən 5 dəqiqəlik məsafə vardır. Həmin psixotrop maddəni üzərinə götürməyə Şahid1 və Şahid3 məcbur etmişdir. Ona dövlət hesabına müdafiəçi təyin olunmuş, müdafiəçi təxminən iki saat sonra gəlmişdir. Müdafiəçini gördüyü zaman polis əməkdaşları da yanlarında olduğu və qorxduğu üçün polis əməkdaşları tərəfindən ona psixi təzyiqlər olduğunu, həmçinin psixotrop maddənin ona məxsus olmadığını müdafiəçiyə deyə bilməmişdir. Ancaq narkotik vasitənin heroin növündən istifadə etmişdir. Narkomaniya xəstəliyindən müalicə almış, bir ildir ki, narkotik vasitə istifadə etmir. Sonradan isə ifadəsində bildirmişdir ki, mobil telefonu evdən çörək almağa çıxdığı üçün yadından çıxıb evdə qoymuşdur. Mobil telefonunun tutulan zaman üzərində olmadığını bir daha təsdiq etmiş və videogörüntüdən də aydın şəkildə telefonun tutulan zaman üzərində olmadığı müəyyən edilmişdir. Sonda isə iki övladının olmasını, bir övladının isə ali təhsil almasını, himayəsində yaşlı anasının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Malik Mustafayev küçəsində yerləşən poçtun yaxınlığında üstündə narkotik vasitə olması barədə əməliyyat məlumatı almışdır. Dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri, polis polkovnikleytenantı Şahid2 və polis kapitanı Şahid3 ilə birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Malik Mustafayev küçəsinə getmişlər. Həmin gün, yəni 22 aprel 2025-ci il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Malik Mustafayev küçəsində yerləşən poçtun yaxınlığında Təqsirləndirilən şəxs küçə ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Həmin vaxt yanında olan polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə özlərini Təqsirləndirilən şəxs təqdim edib Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra, narkotik vasitə və psixotrop maddələrdən qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib ona üstündə narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs üstündə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli xırda kağız parçasına bükülmüş bükümü çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd xırda kağız bükümün arasında psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, həmin bir ədəd xırda kağız büküm açılmış və arasında ağ rəngli kristal şəklində, iysiz maddə olduğu müəyyən edilmişdir. Daha sonra, həmin kağız büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyulub qablaşdırılmış, zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmiş və zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması mobil telefon vasitəsindən istifadə edilməklə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq saxladığı başqa hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış tamamlandıqdan sonra, Təqsirləndirilən şəxs onlarla birlikdə, Suraxanı RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-yə getmişdir. İdarəyə gəldikdən sonra, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilən protokol Təqsirləndirilən şəxs, eləcə də polis əməkdaşlarına oxunmuş və protokolun düzgün tərtib edildiyi imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə mobil telefon vasitəsilə çəkiliş aparılmaqla keçirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirilməsi haqqında raportla rəhbərliyə məruzə etmiş, daha sonra Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Nurəliyev tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş və zərfə qoyub qablaşdırdığı bir ədəd ağ rəngli kağız bükümünə, eləcə də, şəxsi axtarış keçirdikləri zaman mobil telefonla apardıqları videoçəkilişi köçürdükləri diskə təhqiqatçı Elvin Nurəliyev tərəfindən onların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm açılmış və arasında ağ rəngli, kristal şəklində, iysiz maddə olduğu müəyyən olunmuşdur. Daha sonra, həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, prosessual qaydada sənədləşmə aparılmış və şübhəli şəxs qismində tutulmuşdur. Bu barədə protokol tərtib olunmuş, protokol onlara və Təqsirləndirilən şəxs oxunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu-sual zamanı o, təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümdəki kütlənin patı adlandırdığı psixotrop maddəmetamfetamin olduğunu, həmin psixotrop maddəni 22 aprel 2025-ci il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək olmuşdur. Hazırda ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, videoçəkiliş aparılmasından əvvəl tutulduğunu bildirməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümə baxış keçirilmişdir. Şübhəli şəxs qismində tutan zaman şəxsin xəsarətləri yox idi. Şəxs tutulan zaman üzərində mobil telefon aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı məlumat daxil olubolmamasını bilmir, lakin həmin gün məlumat əsasında getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid2 və polis kapitanı Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmişlər, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, müşahidə aparma əməliyyat-axtarış tədbiri keçirilmişdir. Müşahidə aparma nə qədər müddət çəkmiş xatırlamır, lakin bu zaman videoçəkiliş aparılmamışdır. Hazırda ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, videoçəkiliş aparılmasından əvvəl tutulduğunu bildirməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxsin təqdim etdiyi bükümün içərisinə baxış keçirən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etmişlər, həmçinin təqsirləndirilən şəxs özü metamfetamin olduğunu bildirmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, müşahidə aparma əməliyyat-axtarış tədbiri keçirilmişdir. Müşahidə aparma nə qədər müddət çəkmiş xatırlamır, lakin bu zaman videoçəkiliş aparılmamışdır. Hazırda ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, videoçəkiliş aparılmasından əvvəl tutulduğunu bildirməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək olub-olmamasını dəqiq xatırlamır, deyəsən yanında bir nəfər də var idi. Polis İdarəsində olan zaman təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 23 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 22 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 5(010)-264/2025 saylı qərarı ilə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. 22 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin (və ya psixotrop maddələrin) istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə, saat 20:40-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, poçtun yaxınlığında yaxalanmışdır. Yaxalanmış Təqsirləndirilən şəxs yaxalanması səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş və vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kağıza bükülmüş kütlənin metamfetamin olduğunu və 30 (otuz) manat pul müqabilində tanımadığı və şəxsiyyəti barədə məlumatları olmadığı şəxsdən almasını, məqsədinin əldə olunmuş vasitəni istifadə etmək olduğunu bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə açıldıqda kütlənin kağıza bükülmüş halda metamfetamin olması müəyyən edilmişdir. (iş,v. 10-11) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-yə Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, şübhəli bilindiyi üçün 22 aprel 2025-ci il tarixdə, saat 19:40 dəqiqədə Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 42 saylı poçtun yaxınlığında dayanmış halda olan zaman saxlanılaraq üstü yoxlanılmışdır. Üzərində göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümündə metamfetaminə bənzər psixotrop maddə aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə aşkar olundmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra, 01 (bir) ədəd DVD-yə kompyuterdə baxış keçirilmişdir. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması və Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (iş.v. 15-16) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 01 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 42 saylı poçtun yaxınlığında saxlanılır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs anket məlumatlarını soruşurlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini, əgər üzərində narkotik vasitə və psixotrop maddə varsa, çıxarıb təqdim etməsini bildirirlər. Bundan sonra, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edir və bildirir ki, 01 ədəd həmin bükümdə olan psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata əldə etmişdir. Bundan sonra, onun üzərinə baxış keçirilir və başqa hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılır. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına aparılır. Bundan sonra digər diskdə isə, təhqiqatçının otağında təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı olan zərfdən 01 (bir) ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunur və həmin büküm yenidən qablaşdırılaraq möhürlənir. Bundan sonra 01 (bir) ədəd DVD-yə kompyuterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 6/1167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ““Azərbaycan Respublikası DİN Zərflər üçün № 45 dairəvi möhür əksləri olan, “Şahid2 “imza”; Təqsirləndirilən şəxs “imza”; Şahid3 “imza”; Şahid1 “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Ekspertiza xərci 89 (səksən doqquz) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,197 qram, tədqiqata sərf edildi - 0,030 qram, qalıq – 0,167 qram. (iş.v. 42-45) Məhkəmə ambulator narkoloji ekspertizasının 23 aprel 2025-ci il tarixli, 2322 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi Narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş.v. 84-86) Suraxanı RPİ-nin İŞ-nin 06 may 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 26 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (iş.v. 77-78, 83-84) 09 iyun 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,167 qram çəkidə qalığının saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs Suraxanı RPİ-yə aparıldıqdan sonra təhqiqatçı Elvin Nurəliyev tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd disk olmaqla, 02 ədəd disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. (iş.v. 99-108) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, saat 19:40-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 24 aprel 2025-ci il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, saat 19:30-da müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 27, 55-56, 68-70) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X5 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X7 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə, axşam saatlarında çörək almaq üçün evdən çıxmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində, Malik Mustafayev küçəsində yerləşən poçtun yanında narkotik vasitə istifadəçisi tanışı onu görmüş və 20 qəpik ondan pul istəmişdir. Artıq bir ildir ki, narkotik vasitə istifadə etmir və müalicə alır, buna görə də, həmin tanışına 20 qəpik verib xahiş etmişdir ki, yanından uzaqlaşıb getsin. Həmin vaxt 4 nəfər polis əməkdaşı yaxınlaşaraq onub tutub polis idarəsinə aparmışdır. Əvvəllər 2 dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, polis idarəsində əvvəllər məhkum olduğunu öyrəndikləri zaman da onu hədələmişlər, həmin psixotrop maddəni boynuna götürməsə, Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə ittiham edəcəklərini bildirmişlər. Qorxduğu üçün məcbur qalıb həmin psixotrop maddəni boynuna götürmüşdür. Təxminən 40 dəqiqə onu polis idarəsində saxladıqdan sonra, yenidən poçtun yaxınlığına aparıb, videoçəkiliş keçirmişlər. Polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuşdur. Azərbaycan Republikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı hədəsi ilə hədələmişlər. Tutulan zaman mobil telefonu və pulu yanında idi, lakin üzərində hər hansısa bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Sonradan isə ifadəsində bildirmişdir ki, mobil telefonunun yanında olmadığını, evdən çörək almaq üçün çıxdığından telefonu evdə qalmışdır. Ona dövlət hesabına müdafiəçi təyin olunmuş, müdafiəçi təxminən iki saat sonra gəlmişdir. Müdafiəçini gördüyü zaman polis əməkdaşları da yanlarında olduğu və qorxduğu üçün polis əməkdaşları tərəfindən ona psixi təzyiqlər olduğunu, həmçinin psixotrop maddənin ona məxsus olmadığını müdafiəçiyə deyə bilməmişdir. Ancaq narkotik vasitənin heroin növündən istifadə etmişdir. Narkomaniya xəstəliyindən müalicə almış, bir ildir ki, narkotik vasitə istifadə etmir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ilkin dindirmə zamanı prosessual hərəkətlərin aparılmasından narazı olması, üzərindən aşkar olunmuş maddənin ona məxsus olmaması barədə müdafiəçisinə heç bir məlumat bildirməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı hansısa zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini səmimi etiraf etmiş və polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyi bildirmişdir. Həmçinin şübhəli şəxs qismində tutulması müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Əgər hər hansı narazılığı olsaydı müdafiəçisinə bildirmək imkanı varıydı. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin heç bir dəlillə əsaslandırmadığı özünü təqsirli bilməməsi, tutulan zaman üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş maddənin olmaması xüsusatlarını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən məcbur edildiyindən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür məntiqəuyğun ifadələr deyildir. Həmçinin təqsirləndirilən şəxs ifadəsində yalnız heroindən istifadə etməsini bildirsə də, həmçinin narkomaniyadan müalicə alıb sağaldığını qeyd etsə də iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının rəyində onun həm opioidlərdən həm də psixostimulyatorlardan birgə istifadə etməsi, onda narkomaniya xəstəliyinin aşkar olunması və müalicəyə ehtiyacının olması öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 (bir) ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddəni çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Həm videogörüntüdən, həm də məhkəmə iclaslarında özünün bildirdiyi kimi ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq tətbiq edilməmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Həmçinin onun Azərbaycan Respublikası CM-in məhz 234.1-ci maddəsi ilə əvvəllər iki dəfə məhkumluğu olmuşdur. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi və ona qarşı psixi təzyiqlərin göstərilməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi gətirdiyi əsassız dəlillər kimi qiymətləndirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,197 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən poçtun yaxınlığıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 22 aprel 2025-ci il tarixdə, saat 20:40-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən Poçtun yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 (bir) ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 20 noyabr 2021-ci il tarixdə, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. 19 fevral 2022-ci il tarixdə, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (iş.v. 81-83) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, X8, Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə az ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 19 fevral 2022-ci il tarixdən 02 il müddət keçdikdən sonra, 22 aprel 2025-ci il tarixdə yenidən qəsdən cinayət əməli törətdiyindən, əvvəlki cinayət əməlinə görə, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,167 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçiriməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 110 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,167 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar