Məhkəmə qərarları › İş №1(010)-448/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-448/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-448/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 00:30-da yaşadığı ünvan 3 ünvanında həyat toldaşı Zərərçəkmiş şəxs məxsus mobil telefona sevgi mesajı gəldiyini gördükdə sonuncudan mesajın kim tərəfəindən göndərildiyini soruşmuş və telefonun kilidini acıb ona verməsini tələb etmiş, sonuncu telefonun kilidini acmaqdan imtina etdikdə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə nəticəsində yumruqla qəsdən onun burun və baş nahiyələrinə zərbələr vuraraq ona burun tənəffüsüsünün çətinləşməsi və burun sümüyündə kəskin deformasiya ilə müşaiyət olunan burun sümüyünün qapalı yerini dəyişən sınığı, başın sol gicgah nahiyəsinin qançırıilə müşayət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükə olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan 5 yaşlı Nizami adlı övladları vardır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində yaşadıqları evə gəlmiş, evə daxil olduqda Oksananın özünə məxsus mobil telefonu yanına qoyaraq yatmış olduğunu görmüşdür. Bundan bir qədər sonra yəni, xx.xx.2022-ci il tarixdə, saat 00:30 radələrində Oksanının mobil telefonuna mesaj gəldiyini görmüşdür. Telefon kiliddə olduğu üçün acıb mesajda nə yazıldığını tam oxuya bilməsə də “Rasiya” adlı şəxsdən “axşamın xeyir bir dənəm” deyə yazılı mesajın olduğunu gördükdə Oksananı yuxudan oyatmışdır. Mesaj yazan şəxsin kim olduğunu soruşduqda Oksana həmin şəxsi tanımadığını, daha sonra xəbərinin olmadığını dedikdə kontaktında “Rasiya” adı ilə kimi qeydə aldığını soruşduqda o, bilmədiyini dediyi üçün telefonun kilidini acıb baxmasıüçün telefonu ona verməsini tələb etmişdir. Bu zaman Oksana telefonun kilidini açmayacağını dedikdə ondan daha da şübhələndiyi, eləcə də onun hərəkətlərindən əsəbləşdiyi üçün burun və baş nahiyələrinə qəsdən yumruqla zərbələr vuraraq onu döymüşdür. Hadisə zamanı həmin vaxtı orada Zərərçəkmiş şəxs ilə ondan başqa heç kim olmamışdır. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahlarından 5 yaşlı Nizami adlı övladları vardır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yorğun və halsız halda yaşadığı evə gəlmiş, bir qədər ev işləri gördükdən sonra xx.xx.2022-ci il tarixdə, saat 00:00-da yatmaq üçün yatağına uzanmışdır. Həmin gün saat 00:30-da əri Rəsul onu yuxudan oyadaraq ona məxsus mobil telefona sevgi mesajı gəldiyini, mesajı yazan şəxsin kim olduğunu soruşmuş, telefona kimin nə yazdığını görmədiyi üçün mesajın da kim tərəfindən gəldiyindən xəbərinin olmadığını dedikdə Rəsul əsəbləşərək yumruqla onun burun və baş nahiyələrinə qəsdən zərbələr vuraraq onu döymüşdür. Hadisə zamanı həmin vaxtı orada Təqsirləndirilən şəxs ilə ondan başqa heç kim olmamışdır. Sonda o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar