Məhkəmə qərarları › İş №1(010)-448/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-448/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-448/2025 11.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci ildə Bakı şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və 2 uşağı olan, məhkumluğu və residivi olan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 4(010)-110/2025 saylı qərarı ilə əvvəli 19 aprel 2025-ci il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 18 iyul 2025-ci il tarixli, 4(010)-241/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 09 avqust 2025-ci il tarixədək uzadılmış, məhkəmənin hazırlıq iclasının 07 avqust 2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti təsdiq edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,636 qram olan psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 19 aprel 2025-ci il tarixdə, saat 16:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Səfərov küçəsində yerləşən ”Qırmızı Körpü” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış və orada üzərinə baxış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,636 qram psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Psixotrop maddənin patı kimi tanıdığı növündən çəkmə yolu ilə istifadə etmişdir. Həmin maddələri 19 aprel 2025-ci il tarixdə, günorta saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almış və daşımışdır. 19 aprel 2025-ci il tarixdə, təxminən saat 16:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi «Qırmızı körpü» restoranın arxasında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış aparılmasının zəruri olmasını bildirərək ona hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Bundan sonra, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməyi təklif olunmuşdur. O, da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamini əməkdaşlara təqdim etmişdir. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdəki kütlə psixotrop maddə-metamfetamindir. Həmin maddə zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf, onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Faktla bağlı göstərdikləri bunlardan ibarətdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 19 aprel 2025-ci il tarixdə, saat 12 radələrində dostu Anar Nuriyevlə birlikdə iş axtarmaq üçün Sabunçu rayonundan Yeni Günəşli qəsəbəsi ərazisinə “Yango” taksi proqramı vasitəsi ilə taksi sifariş verib gəlmişlər. Yeni Günəşli qəsəbəsində “pekarnı” deyilən ərazidə olan zaman polis əməkdaşları onları tutub, polis bölməsinə aparmış, orada onu, metamfetamini boynuna götürməyə məcbur etmişlər. Emin adlı polis əməkdaşı tərəfindən ona qarşı psixi zorakılıq tətbiq olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağını bildirmişlər, o da məcbur olub cinayəti boynuna götürmüşdür. Ona demişlər ki, 48 saat Suraxanı RPİ-nin MSY-də saxlanıldıqdan sonra, buraxılacaqdır. O, da məcbur olub razılaşmış, daha sonra «Qırmızı Körpü» restoranının yaxınlığına aparılıb orada videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq olumuşdur. Azərbaycan Republikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı hədəsi ilə hədələnmişdir. Tutulan zaman üzərində mobil telefon, siqaret, alışqan və pul qabı var idi, lakin hər hansısa bir narkotik vasitə və ya psixotrop maddə yox idi. Mobil telefonu yanında idi. Lakin ona həmin gün Anar yeni mobil telefon nömrəsi vermiş, buna görə də telefon nömrəsini bilmir. Ona dövlət hesabına müdafiəçi təyin olunmuş, müdafiəçi axşam saatlarında gəlmişdir. Sonda isə özünü təqsirli bilməməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və həyat yoldaşının 2-ci qrup əlil olmasını nəzərə alaraq barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPİ-nin 33-cü polis bölməsinin CAŞ üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 19 aprel 2025-ci il tarixdə, Denis adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat müvəkkilinə əməliyyat məlumatı daxil olmuşdur. Denis adlı şəxsin şəxsiyyətini dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 33-cü polis bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra, bölmənin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən «Qırmızı Körpü» restoranın yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 16:15-də əməliyyat qrupunun üzvü Şahid3 və Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə-metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış aparılacağı barədə məlumat verildikdə, buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində baxış aparılmasına başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə-metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda, sonuncu həmin kütləni tutulduğu gün, günorta saatlarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini və özü istifadə etməsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bir ədəd psixotrop maddə-metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 171 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində baxış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən bir büküm psixotrop maddə-metamfetamin aşkar edilmiş, başqa hər hansısa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman o tək olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Əməliyyat-axtarış tədbirinin müşahidə növü keçirilmişdir. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunduğunu bildirməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs Anar Nuriyev adlı şəxslə yox, tək tutulmuşdur, ola bilər Anar Nuriyev həmin gün polis bölməsinin digər əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirinə əsasən tutulsun, lakin onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə polis inspektoru, polis kapitanı Şahid3 və həmin bölmənin CAŞ üzrə əməliyat müvəkkili, polis mayoru Şahid2 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən bir büküm psixotrop maddə-metamfetamin aşkar edilmiş, başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman tək idi. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla tutulmuş, daha sonra polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunduğunu bildirməsi həqiqətə uyğun deyildir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən bir büküm psixotrop maddə-metamfetamin aşkar edilmiş, başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman tək idi. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunduğunu bildirməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxsin üzərinə baxışı özü həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250100193 nömrəli cinayət işi 20 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 19 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 6-7) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi, əşyaların götürülməsi həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. 19 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs, 19 aprel 2025-ci il tarixdə, saat 16:15-də Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı “Qırmızı Körpü” restoranının yaxınlığında videoçəkilişdən istifadə edilməklə barəsində üstünə yoxlama aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə, kristalşəkilli maddəni təqdim etmişdir. Həmin maddənin psixotrop maddə-metamfetamin olduğunu və həmin gün tanımadığı şəxsdən Suraxanı rayonu ərazisində özünün istifadəsi məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə, kristalşəkilli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (iş,v. 10-11) “Təqdim olunan əşyaya, DVD diskə baxış keçirilməsi və götürmə haqqında” 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, 19 aprel 2025-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 (bir) ədəd bükümdə kristalşəkilli psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə 01 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılmış, onun Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. X2 üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş və həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra, 01 (bir) ədəd DVD-yə kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlələrin aşkar olunması və Təqsirləndirilən şəxs psixotrop maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. (iş.v. 23) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 aprel 2025-ci il tarixli, 6/1452 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,636 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə-metamfetamindir. Ekspertiza xərci 80 (səksən) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,636 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,586 qram. (iş.v. 42-44) Məhkəmə ambulator narkoloji ekspertizasının 23 may 2025-ci il tarixli, 3094 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 fevral 2012-ci il tarixdən Quba rayon mərkəzi xəstəxanasında F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 116-117) Suraxanı RPİ-nin İŞ-nin 30 aprel 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 10 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 91; 101) 20 iyun 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,636 qram psixotrop maddəmetamfetaminin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,586 qram psixotrop maddə-metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” haqqında 19 aprel 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd "DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini ona qanunsuz olaraq satmış şəxsin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində material ayrılaraq həmin material üzrə araşdırma davam etdirilmiş və həmin materialın gələcək istiqaməti barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məlumat verilmişdir. Cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Suraxanı RPİ-yə təqdimat verilmişdir. (iş.v. 120-126) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, saat 16:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 21 aprel 2025-ci il tarixdə, saat 13:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025ci il tarixli, 4(010)-110/2025 saylı qərarı ilə əvvəli 19 aprel 2025-ci il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 18 iyul 2025-ci il tarixli, 4(010)-241/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 09 avqust 2025-ci il tarixədək uzadılmış, məhkəmənin hazırlıq iclasının 07 avqust 2025-ci il tarixli yekun qərarı ilə həbsdə saxlama müddəti dəyişdirilmədən qüvvəsində saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 33, 60-61, 87-90) Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən ünvanlanan cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı isə yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş 3023/2025 saylı Təqsirləndirilən şəxs tibbi kitabçasından görünür ki, həbsə alınmazdan əvvəl zədə almadığını bildirmişdir. Şikayəti bel ağrılarındandır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmaması əsası ilə 1176-C-25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 1(010)- 448/2025 saylı qərarından görünür ki, iş üzrə şahidlər Şahid2 məxsus ***-***-**-**, ***-***- **-**, ***-***-**-** və Şahid3 məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin 19 aprel 2025-ci il tarixdə, saat 09:00-dan 20 aprel 2025-ci il tarixdə, saat 09:00-dək olan müddət ərzində kimə məxsusluğunun, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, anten əhatə dairəsi məlumatların müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Azercell Telecom” MMC, "xxxx" MMC-dən 24 dekabr 2025-ci il tarixli qərarın icrası ilə bağlı göndərilmiş məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə 20 aprel 2021-ci il tarixdən, ***-***-**-** saylı mobil nömrə isə 01 aprel 2021-ci il tarixdən "xxxx" şəbəkəsinə daşınmışdır. Odur ki, məhkəmənin təşəbbüsü ilə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 1(010)-448/2025 saylı qərarından görünür ki, iş üzrə ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin 19 aprel 2025-ci il tarixdə, saat 09:00-dan 20 aprel 2025-ci il tarixdə, saat 09:00-dək olan müddət ərzində kimə məxsusluğunun, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, həmçinin anten əhatə dairəsi məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən 24 dekabr 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 19 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində hər hansı abunəçinin adına rəsmiləşdirilməmiş, "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilən zaman 19 aprel 2025-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində olduğu zaman polis əməkdaşları tərəfindən tutduğunu bildirmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Vladimirioviç 19 aprel 2025-ci il tarixdə, saat 18:00-da tutulmuş, həmin tarixdə, saat 16:15də hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid2 məxsus olduğu müəyyən edilmişdir. Diskə baxış keçirilən zaman Şahid2 məxsus olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilərkən 19 aprel 2025-ci il tarixdə, saat 13:21-də ünvan 6 ünvanında, həmin tarixdə, saat 13:24-də ünvan 7 ünvanında, həmin tarixdə, saat 16:27-də qesebesi/Bakı şəhəri, Suraxanı rayonu, Hövan yolu sol tərəfi/Surakhany/ ünvanında, həmin tarixdə, saat 16:29da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Massiv D, 24, 25, 26 saylı binaların həyətində yerləşən qaraj/Surakhany/ ünvanında, həmin tarixdə, 17:41-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin mərkəzinin şimal şərqi/Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid2 məxsus olduğu müəyyən edilmişdir. Şahid2 məxsus olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilərkən 19 aprel 2025-ci il tarixdə, saat 09:00-dan 20 aprel 2025-ci il tarixdə, saat 09:00-dək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu, qeyd edilən tarixlərdə Suraxanı rayonunda olmadığı müəyyən olunmuşdur. Həmin nömrənin anten əhatə dairəsinin məlumatlarından görünür ki, nömrə Şahid2 adına olsa da başqa şəxs tərəfindən istifadə olunmuşdur. Həmin gün Şahid2 Suraxanı rayonu ərazisində iş yerində olmasına baxmayaraq, həmin xüsusat ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi ilə də təsdiq edilmişdir. ***-***-**-** saylı mobil nömrə Şahid2 məxsus olsa da, anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman qeyd edilən nömrənin onun istifadəsində olmadığı müəyyən edilmişdir. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid2 məxsus olduğu müəyyən edilmişdir. Şahid2 məxsus olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilərkən 19 aprel 2025-ci il tarixdə, saat 22:39-da Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi/Nakhchivan/ ünvanında olduğu müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid3 məxsus olduğu müəyyən edilmişdir. Şahid3 məxsus olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilərkən 19 aprel 2025-ci il tarixdə, saat 11:05-də ünvan 12 ünvanında, həmin tarixdə, saat 11:37-də Bakı şəhəri, Suraxanı- Qaraçuxur yolu üstündə yerləşən pavillyonun üstündə/Surakhany/ ünvanında, həmin tarixdə, saat 15:58-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin mərkəzinin şimal şərqi/Surakhany/ olduğu müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid3 məxsus olduğu müəyyən edilmişdir. Şahid3 məxsus olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilərkən 19 aprel 2025-ci il tarixdə, saat 09:52-də Baki seh. Suraxani ray. V yasayis massivi kucesi 31, Yeni Guneşli bazarı ünvanında ünvanında olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş anten əhatə dairələrinə aid 04 ədəd disk iş üzrə təqsirləndirilən şəxsi tutan polis əməkdaşlarının 19 aprel 2025-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ünvanında olmasını təsdiq etdiyindən və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs evli olduğunu və 15 aprel 2009-cu il təvəllüdlü Nəcəf Sterikov və 23 mart 2010-cu il təvəllüdlü İlqar Sterikov olmaqla himayəsində iki övladının olduğunu bildirmişdir. Bununla bağlı, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X9 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X11 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 19 aprel 2025-ci il tarixdə, saat 12 radələrində dostu Anar Nuriyevlə birlikdə iş axtarmaq üçün Sabunçu rayonundan Yeni Günəşli qəsəbəsi ərazisinə “Yango” taksi proqramı vasitəsi ilə taksi sifariş verib gəlmişlər. Yeni Günəşli qəsəbəsində “pekarnı” deyilən ərazidə olan zaman polis əməkdaşları onları tutub, polis bölməsinə aparmış, orada onu, metamfetamini boynuna götürməyə məcbur etmişlər. Emin adlı polis əməkdaşı tərəfindən ona qarşı psixi zorakılıq tətbiq olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağını bildirmiş, o da məcbur olub cinayəti boynuna götürmüşdür. Ona demişlər ki, 48 saat Suraxanı RPİ-nin MSY-də saxlanıldıqdan sonra, buraxılacaqdır. O, da məcbur olub razılaşmış, daha sonra «Qırmızı Körpü» restoranın yaxınlığına aparılıb orada videoçəkiliş aparılmışdır. Polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq olumuşdur. Azərbaycan Republikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı hədəsi ilə hədələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ilkin dindirmə zamanı prosessual hərəkətlərin aparılmasından narazı olması, üzərindən aşkar olunmuş maddənin ona məxsus olmaması barədə müdafiəçisinə heç bir məlumat bildirməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini səmimi etiraf etmiş, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Bütün prosessual hərəkətlərdə müdafiəçi və tərcüməçi iştirak etmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Məhkəmə istintaqı dövründə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna araşdırma aparılması üçün sorğu göndərilmiş, həmin sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmaması əsası ilə 1176-C-25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən ünvanlanan cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən və sorğu zamanı xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı isə yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş 3023/2025 saylı Təqsirləndirilən şəxs tibbi kitabçasından görünür ki, həbsə alınmazdan əvvəl zədə almadığını bildirmişdir. Şikayəti bel ağrılarındandır. Odur ki, Təqsirləndirilən şəxs polis idarəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı bildirdikləri tam təkzib edilmiş, öz təsdiqini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun ona təcüməçi təyin edildiyi halda, özünün də azərbaycan dilində sərbəst yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilən və tədqiq olunan zaman videogörüntülərdən təqsirləndirilən şəxsin aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,636 qram psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Həm videogörüntüdən, həm verilmiş sorğunun cavabı olaraq göndərilmiş aktdan, həm də aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və bu əməlin nə ilə nəticələnə biləcəyindən məlumatlı olmuşdur. Özü də məhkəmə iclasında ifadəsi zamanı narkotik maddələrin istifadəçisi olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs tanışı Anar Nuriyevlə birlikdə 19 aprel 2025-ci il tarixdə səhər saat 12 radələrində tutulduqlarını bildirsələr də 13 oktyabr 2025-ci il tarixli Anar Nuriyev barəsində olan 1(010)-423/2025 saylı hökmdən görünür ki, təqsirləndirilən şəxs Anar Nuriyev tək tutulduğunu bildirmiş, onun tutulma saatı hökmdə 17:15 kimi qeyd edilmiş, tutan şəxslər isə polis əməkdaşları Şahid2 və Şahid3 olmuşdur. Hazırki iş üzrə də həmin polis əməkdaşları Təqsirləndirilən şəxs tutsalar da sonuncu tək olmuş və saat 16 radələrində tutulmuşdur. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması, tək tutulmaması, tutulma saatının fərqli olması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir və nəzərə alınır. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadələrini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, maddi sübutları, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,636 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Səfərov küçəsində yerləşən ”Qırmızı Körpü” restoranın yaxınlığıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə də, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,636 qram olan psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 19 aprel 2025-ci il tarixdə, saat 16:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Səfərov küçəsində yerləşən ”Qırmızı Körpü” restoranın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış və orada üzərinə baxış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,636 qram psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən, həmçinin elektron məhkəmə informasiya sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə isə, Quba Rayon Məhkəməsinin 04 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə, 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 avqust 2011-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmişdir. 30 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qərarı ilə cəzası 08 ilə endirilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 7(007)-1096/20023 saylı qərarı ilə 01 ay 11 gün cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 25 yanvar 2024cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (iş.v. 93-100) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azad edildiyi 14 dekabr 2023-cü il tarixdən 06 il keçməmiş, yenidən 19 aprel 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Buna görə də, o, həmin hissədə məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 234.1-ci maddəsi ilə barəsində dəfələrlə məhkəmə tərəfindən hökm çıxarılmış, lakin islah olunmamışdır. Həmin hal məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hal hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Təqsirləndirilən şəxs məhkəməyə 04 mart 2026-cı il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, himayəsində 2 azyaşlı uşağının olmasını və həyat yoldaşının İİ qrup əlil olmasını nəzərə alaraq özünü təqsirli bilməsə də 19 dekabr 2025-ci il tarixli Amnistiya Aktının ona tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun özünü təqsirli bilməməsinə görə o, təyin edilmiş cəzadan azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) hallarından biri də 39.1.12-ci maddədə olan amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda halıdır. CPM-nin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində təyin ediləcək cəzadan azad edilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər mövcud deyildir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs 26 fevral 2012-ci il tarixdən “F12.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,586 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, mobil operatorlardan anten əhatə dairələri ilə bağlı göndərilmiş 04 ədəd disk iş üzrə maddi sübut kimi tanınmalı və iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Pərvin İbrahimov barəsində yol verdiyi qanun pozuntuları ilə bağlı xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışda təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etdiyini qeyd etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və cəmi 10 məhkəmə iclası keçirilmişdir. Müdafiəçi tərəfindən hər bir iclasda işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, məhkəmə iclaslarında iştirak üçün 3-4 saata yaxın vaxtın sərf olunması göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər icra olunsa da müdafiəçi tərəfindən şişirdilmiş (həqiqətə uyğun olmayan) saatlar qeyd olunmuşdur. Lakin iş üzrə bir hazırlıq və doqquz baxış iclası keçirilmiş, bütün iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 20 saat vaxt sərf etməsi nəzərə alınır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 20 saatı nəzərə alır. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2012-ci il tarixdən “F12.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,586 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Mobil operatorlardan anten əhatə dairələri ilə bağlı göndərilmiş 04 ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Pərvin İbrahimov barəsində yol vediyi qanun pozuntuları ilə bağlı xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar