Məhkəmə qərarları › İş №1(010)-449/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-449/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-449/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qzının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Əzizbəyov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 200,00 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 12 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş 2(010)- 3674/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2021 -ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021 -ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6560,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2019- cu il tarixdə qanuni qüvvəyə minmiş 2(010)-3674/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6560,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödəmədiyini fərdi əməklə,yəni fəhləliklə məşğul olmaqla aylıq 350,00-400,00 manat məbləğində qazancının öz dolanışığına çətinliklə çatması ilə əsaslandıraraq, maddi imkanı zəif olduğu halda məhkəmənin yüksək məbləğdə aliment ödənilməsinə dair çıxardığı qətnamə ilə razı olmadığını, həmin qətnaməni ədalətsiz hesab etdiyini və övladı ilə görüşməyə Zərərçəkmiş şəxs (Məmmədova) tərəfindən maneə yaradıldığı səbəbindən aliment borcunu qərəzli olaraq ödəmədiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nəzərova (Məmmədova) İzayət Yüsif qızı ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş 2(010)-3674/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021 -ci il, xx.xx.2021-ci il, xx.xx.2021 -ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023cü il tarixədək 6560 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, restoranlarda ofitsant kimi, eyni zamanda evlərdə usta kimi təmir tikinti işləri ilə məşğul olmaqla, həmçinin kuryer kimi yemək daşıma xidmətlərində çalışmaqla ayda kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödəmədiyini, həmçinin məsuliyyətsiz bir insan kimi övladı ilə maraqlanmadığını, ona heç bir yardım göstərmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş 2(010)- 3674/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CMnin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021 -ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6560,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı rayon icra şöbəsinin icra məmuru X3 oğlu icra məmuru Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildiriş və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021 -ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları əlavə edilmişdir. Cinayət işinin 10-ci vərəqində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Tükazban Rüət qızının yetikinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabi pul məbləğində iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 10-cu vərəqində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2019- cu il tarixdə qanuni qüvvəyə minmiş 2(010)-3674/2019 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, xx.xx.2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin alınaraqzərərçəkmiş şəxs Nəzərova (Məmmədova) İzayət Yüsif qızının xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 14-cü vərəqində olan 24 sentyabr 2019-cu il tarixli qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(003)-3674/2019 saylı icra sənədi barədə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Suracanı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdətutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Təqsirləndirilən şəxs inzibati həbs müddətinin başlanğıcı 08 fevral 2021-ci il tarixdən, saat 14:00-dan hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (010) -3674/2019 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdışdırılmışdır. Bakı şəhəri Suracanı Rayon Məhkəməsinin 11 mart 2022-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdətutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Təqsirləndirilən şəxs inzibati həbs müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən, saat 15:45-dən hesablanmışdır. Cinayət işinin 89-90-ci vərəqlərində olan 12 aprel 2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməsi, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunması qərara alınmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(010)-3674/2019 saylı qətnaməsini, Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına, habelə təkrar olaraq aliment borcunu ödəmək üçün vaxt verilməsi, üzürlü səbəblər olmadan aliment borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə dəfədərlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan mərhum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, 12 aprel 2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməsi, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunması qərara alınmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıhdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs oğluna ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 12 sentyabr 2023cü il tarixdən hesablansın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar